Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-583/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1 İsmayıl oğlunun, müdafiəçi - Bakı şəhəri «Alyans» Vəkil Bürosunun vəkili X1 və məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətin təmin olunmadan rədd edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü (sədrik edən F.Namazov, hakimlər Ə.Quliyev və T.Hüseynov) ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 66.5-ci maddəsi nəzərə alınmaqla, qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində 07 (yeddi) il 04 (dörd) ay 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmündən ## ###### 2026-cı il tarixdə apellyasiya şikayəti verərək, eyni zamanda vəsatət verərək apellyasiya şikayətinin vermə müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkum Təqsirləndirilən şəxs məhkum olunduğu zaman verilmiş hökmdən heç bir şikayəti olmadığından apellyasiya şikayəti vermədiyini, sonradan ailə vəziyyətində yaranan problemlərlə, habelə psixoloji sarsıntı keçirməsi ilə əlaqədar cəzasının azaldılması ilə bağlı apellyasiya şikayəti verdiyini bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatəti təmin olunmadan rədd edilmiş və ona qanunda nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti vermək hüququ izah edilmişdir. Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 İsmayıl oğlu göstərdi ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin olunmamalı və Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, müddətin bərpasına dair vəsatətin təmin olunmaması barədə məhkəmənin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd edir ki, cinayət işinin və məhkumun şəxsi iş materiallarından görünür ki, yekun qərar çıxarıldıqdan sonra, hökmün elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmə hüququ izah edilmişdir. Bu məsələlər hökmün nəticəvi hissəsində də öz əksini tapmışdır. Bundan əlavə, qeyd edilən cinayət işinə proses tərəflərinin, o cümlədən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə baxılmışdır. Hökmün surəti məhkum Təqsirləndirilən şəxs ## ### 2024-cü il tarixdə qəbzə imza etdirilməklə təqdim edilmişdir. Məhkəmə kollegiyası verilmiş şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs 01 (bir) il 08 (səkkiz) aydan artıq müddət keçdikdən sonra, yəni ## ###### 2026-cı il tarixdə apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair yazılı vəsatətlə məhkəməyə müraciət etmiş, bununla belə apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddəti üzrlü səbəblərdən ötürməsinə dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən ## ##### 2024-cü il il tarixli məhkəmə hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə qaldırılan vəsatət əsaslı hesab oluna, sonuncunun gətirdiyi dəlillər üzürlü hesab edilə və qaldırılan vəsatət təmin oluna bilməz. Apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, verilmiş şikayətdən də görünür ki, məhkum məhkəmə hökmünün ona təqdim edildiyini etiraf etmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin III bəndinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs barəsində olan həmin hökmün nəticə hissəsində apellyasiya şikayətinin verilmə qaydası və müddəti, apellyasiya şikayəti verilməli olan məhkəmənin adı dəqiq göstərilmiş, apellyasiya şikayətinin verilməsini istisna edən və ya məhdudlaşdıran heç bir prosessual pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 6.1-ci maddəsinə əsasən cinayət-prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətində, apellyasiya baxışı zamanı prosessual müddətin bərpasına dair üzrlü səbəb kimi bildirdiyi hallar onun hökmdən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verməsinə mane olacaq hallar deyildir. Beləliklə, məhkəmə tərkibi tərəfindən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətində prosessual müddətin bərpasına dair hər-hansı üzrlü hal müəyyən olunmadığından, apellyasiya şikayəti təmin olunmamalı, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 391.3.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətinin təmin edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri «Alyans» Vəkil Bürosunun vəkili X1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 06 (altı) saat üçün cəmi 66 (altmış altı) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Alyans» Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-583/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-583/2026
05.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver