Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-585/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri «Alyans» Vəkil Bürosunun vəkili müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü ilə ## ###### 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatla olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, in. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək və ## ##### 2024-cü il tarixdən ## ##### 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 04 (dörd) gün müddət ona təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 07 (yeddi) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcı ## ###### 2024- cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttihama aktına və hökmə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq xeyli və xüsusilə külli miqdarda narkotik vasitəni əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,344 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlamaqla üzərində daşımış, ## ###### 2024-cü il tarixdə, saat 15:00-da Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 6 ünvanında yerləşən həmin polis bölməsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,344 qram açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 0,374 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlamaqla üzərində daşımış, ## ##### 2024cü il tarixdə, saat 19:20-də Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, “DSK” yolunda saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən həmin polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,374 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, şəxsiyyəti istintaqla araşdırılan “Ramin” adlı şəxs, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda təmiz çəkisi 1060 qram çəkidə narkotik vasitə heroini və xeyli miqdarda təmiz çəkisi 285 qram çəkidə qurudulmuş marixuananı əldə edib saxlamaqla üzərində daşımış, ## ###### 2024-cü il tarixdə, saat 02:22-də Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Binəqədi rayon polis idarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış aparılan zaman qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı əlində olan 01 ədəd qara rəngli bağlamada xüsusilə külli miqdarda təmiz çəkisi 1060 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd qara rəngli bağlamada xeyli miqdarda təmiz çəkisi 285 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Həmin hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi3 apellyasiya şikayəti və ona əlavə verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmünü ləğv edərək, taəqsirləndirilən şəxs Racəbov Fərid Süleyman oğlu barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayəti və ona əlavənin dəlilləri və proses iştirakçılarının çıxışları: Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş mobil rabitə operatorunun təqdim etdiyi anten (Cell ID) məlumatlarından müəyyən olunur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə saat 00:40da zavodlar ərazisini, saat 00:52-də Binəqədi Rayon Polis İdarəsinin yerləşdiyi ərazini, daha sonrakı saatlarda isə yenidən zavodlar ərazisini göstərmişdir. Bu ardıcıllıq obyektiv texniki sübut olmaqla onu göstərir ki, Təqsirləndirilən şəxs rəsmi sənədlərdə göstərilən vaxtdan əvvəl faktiki olaraq saxlanılmış, polis idarəsinə aparılmış və onun mobil telefonu sonrakı mərhələdə özündə deyil, polis əməkdaşlarının nəzarətində olmuşdur. Mobil nömrənin yenidən zavodlar ərazisini göstərməsi təqsirləndirilən şəxsin həmin əraziyə qaytarılması ilə deyil, mobil telefonun polis əməkdaşlarının üzərində olması və onların hərəkət trayektoriyası ilə izah olunur. Birinci instansiya məhkəməsi bu texniki sübutu digər sübutlarla qarşılıqlı müqayisəli şəkildə qiymətləndirməmiş, anten məlumatlarının göstərdiyi faktiki saxlanılma vaxtına hüquqi qiymət verməmiş və bu halı hökm çıxararkən nəzərə almamışdır. Nəticə etibarilə, mobil rabitə operatorunun təqdim etdiyi obyektiv texniki məlumatlar təqsirləndirilən şəxsin faktiki saxlanılma vaxtının gizlədildiyini və iş üzrə təqdim edilmiş digər sübutlarla ziddiyyət təşkil etdiyini göstərsə də, məhkəmə bu ziddiyyəti aradan qaldırmadan hökm çıxarmışdır. İş materiallarında mövcud olan mobil rabitə operatorunun təqdim etdiyi anten (Cell ID) məlumatlarından müəyyən olunur ki, şahid şahid7 istifadəsində olan *** *** ** ** nömrəli mobil telefon saat 00:42-də zavodlar ərazisini, saat 00:48-də Binəqədi Rayon Polis İdarəsinin yerləşdiyi ərazini, saat 00:58 radələrində isə sonuncu dəfə anten məlumatını göstərmişdir. Bundan sonrakı müddət üçün, yəni 22 avqust tarixində saat 00:58-dən sonra həmin mobil nömrə üzrə heç bir anten və ya GPRS məlumatının mövcud olmaması iş üzrə mühüm əhəmiyyət kəsb edən haldır. Şahid şahid7 məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanıldığını və 3 gün müddətində polis idarəsində saxlanıldığını bildirmişdir. Bu hal mobil operator məlumatları ilə birlikdə qiymətləndirildikdə müəyyən olunur ki, onun mobil telefonu saxlanıldığı andan etibarən faktiki olaraq onun sərbəst istifadəsində olmamışdır. Belə ki, mobil nömrə üzrə anten məlumatlarının saat 00:58-dən sonra qəfil dayanması və sonrakı müddət üçün ümumiyyətlə hər hansı aktivliyin qeydə alınmaması telefonun ya istifadədən çıxarılması, ya da digər şəxslərin, o cümlədən hüquq-mühafizə orqanı əməkdaşlarının nəzarətinə keçməsi ilə izah olunur. Bununla yanaşı, şahidin öz ifadəsində qeyd etdiyi saxlanılma müddətini əhatə edən dövr üzrə (xüsusilə 22–26 avqust tarixləri arası) mobil nömrə üzrə anten və GPRS məlumatlarının iş materiallarına daxil edilməməsi sübutların natamam toplanıldığını göstərir və bu halın obyektiv araşdırılmasına maneə yaradır. Birinci instansiya məhkəməsi bu ziddiyyətləri aradan qaldırmaq, şahid şahid7 mobil telefonunun faktiki olaraq kimlərin nəzarətində olmasını müəyyən etmək və onun ifadəsinin hansı şəraitdə alındığını yoxlamaq üçün əlavə sübutların tələb olunması istiqamətində hər hansı tədbir görməmişdir. Nəticə etibarilə, şahid şahid7 anten dairə məlumatları onun məhkəmədə verdiyi ifadə ilə birlikdə qiymətləndirildikdə, iş üzrə təqdim olunmuş sübutların obyektivliyi və etibarlılığına ciddi şübhələr yarandığı halda, məhkəmə bu hallara lazımi hüquqi qiymət verməmişdir. İş materiallarında mövcud olan mobil rabitə operatorunun təqdim etdiyi anten (Cell ID) məlumatlarından müəyyən olunur ki, polis əməkdaşlarının istifadəsində olan mobil nömrələr üzrə anten məlumatları ##.##.2024-cü il tarixdə saat 22:00 radələrindən etibarən təqsirləndirilən şəxslərin saxlanıldığı zavodlar ərazisində olduqlarını göstərir. Eyni zamanda, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və şahid şahid7 mobil nömrələri üzrə anten məlumatlarından görünür ki, onlar həmin əraziyə ən geci saat 00:40–00:42 radələrində çatmışlar. Buna baxmayaraq, polis əməkdaşları məhkəmədə verdikləri ifadələrdə təqsirləndirilən şəxsləri və şahidi yalnız saat 02:22 radələrində saxladıqlarını bildirmişlər. Beləliklə, mobil rabitə operatorunun təqdim etdiyi obyektiv texniki məlumatlar ilə polis əməkdaşlarının ifadələri arasında ciddi vaxt ziddiyyəti mövcuddur. Belə ki, polis əməkdaşlarının saat 22:00-dan etibarən həmin ərazidə olduqları, təqsirləndirilən şəxslərin isə saat 00:40 radələrində həmin əraziyə gəldikləri halda, onların yalnız saat 02:22-də “qarşılaşdıqları” və saxlanıldıqları barədə verilmiş izahat məntiqi və faktiki baxımdan əsaslandırılmamış qalır. Bu hal onu göstərir ki, polis əməkdaşları ilə təqsirləndirilən şəxslər arasında faktiki qarşılıqlı təmasın baş vermə vaxtı gizlədilmiş, saxlanılmanın real vaxtı isə rəsmi sənədlərdə və ifadələrdə gecikdirilmiş formada göstərilmişdir. Birinci instansiya məhkəməsi bu mühüm ziddiyyəti aradan qaldırmaq, polis əməkdaşlarının və təqsirləndirilən şəxslərin faktiki olaraq nə vaxtdan etibarən eyni ərazidə olduqlarını və hansı səbəbdən yalnız saat 02:22-də saxlanılmanın baş verdiyini araşdırmaq üçün hər hansı tədbir görməmiş, bu halı hökm çıxararkən nəzərə almamışdır. Nəticə etibarilə, iş üzrə təqdim edilmiş anten məlumatları polis əməkdaşlarının ifadələrini təkzib etdiyi halda, məhkəmə bu ziddiyyətə hüquqi qiymət vermədən hökm çıxarmışdır. İbtidai istintaq mərhələsindən etibarən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və şahid şahid7 verdikləri ifadələrdə hadisə zamanı onların yanında Ramin adlı şəxsin də olduğunu bildirmişlər. Məhkəmə istintaqı zamanı isə həmin hallar daha da konkretləşdirilmiş, qeyd olunmuşdur ki, Ramin adlı şəxs onları avtomobillə zavodlar ərazisinə aparmış, həmin əraziyə çatdıqdan sonra isə oradan ayrılaraq uzaqlaşmışdır. Beləliklə, Ramin adlı şəxs hadisənin baş verdiyi məkan və zaman baxımından birbaşa əlaqəli şəxs olmaqla iş üzrə mühüm məlumatlara malik şəxs hesab olunmalıdır. Buna baxmayaraq, həmin şəxsin mobil nömrəsi istintaq orqanına təqdim edilsə də, istintaq orqanı tərəfindən onun şəxsiyyətinin müəyyən edilməsi, yerinin aşkarlanması və dindirilməsi istiqamətində hər hansı effektiv istintaq hərəkətləri aparılmamışdır. Əksinə, iş materiallarından görünür ki, istintaq orqanı bu şəxsin müəyyən olunmasında və prosesə cəlb edilməsində maraqlı olmamış, nəticədə iş üzrə mühüm əhəmiyyət kəsb edən şəxs faktiki olaraq istintaqdan kənarda saxlanılmışdır. Bu hal iş üzrə həqiqətin hərtərəfli, tam və obyektiv araşdırılması prinsipinin pozulmasına gətirib çıxarmış, təqsirləndirilən şəxsin xeyrinə ola biləcək sübutların toplanmasının qarşısını almışdır. Birinci instansiya məhkəməsi də bu məsələni araşdırmamış, Ramin adlı şəxsin müəyyən edilməsi və dindirilməsi istiqamətində hər hansı təşəbbüs göstərməmiş və bu halı hökm çıxararkən nəzərə almamışdır. Nəticə etibarilə, iş üzrə mühüm əhəmiyyət kəsb edən şahidin müəyyən edilməməsi və istintaqdan kənarda saxlanılması iş üzrə sübutların tamlığını və obyektivliyini ciddi şəkildə şübhə altına alır. İş materiallarında mövcud olan mobil rabitə operatorunun təqdim etdiyi məlumatlardan müəyyən olunur ki, ibtidai istintaq mərhələsində təhqiqatçı Nümayəndə ilə müdafiəçi müdafiəçi1 arasında hər hansı telefon danışığı qeydə alınmamışdır. Belə ki, vəkil müdafiəçi1 istifadəsində olan *** *** ** ** nömrəli mobil telefon üzrə danışıq çıxarışında təqsirləndirilən şəxsin saxlanıldığı və ilkin istintaq hərəkətlərinin aparıldığı müddətdə təhqiqatçı tərəfindən edilmiş heç bir zəng mövcud deyildir. Eyni zamanda, vəkilin mobil nömrəsi üzrə anten (Cell ID) məlumatlarından görünür ki, o, həmin gecə saatlarında Binəqədi Rayon Polis İdarəsinin yerləşdiyi ərazidə qeydə alınmamış, yalnız səhər saatlarında, təxminən 09:39 radələrində həmin ərazi üzrə mobil şəbəkədə görünmüşdür. Bu obyektiv texniki məlumatlar onu göstərir ki, müdafiəçi müdafiəçi1 təqsirləndirilən şəxsin saxlanıldığı gecə saatlarında polis idarəsində olmamış və ilkin istintaq hərəkətlərində iştirak etməmişdir. Buna baxmayaraq, təhqiqatçı Nümayəndə məhkəmədə vəkili guya “WhatsApp” proqramı vasitəsilə dəvət etdiyini bildirmişdir. Lakin vəkilin mobil nömrəsi üzrə həmin müddətdə GPRS (mobil internetə qoşulma) məlumatlarının mövcud olmaması, eləcə də hər hansı telefon danışığının qeydə alınmaması bu ifadənin texniki məlumatlarla ziddiyyət təşkil etdiyini açıq şəkildə göstərir. Birinci instansiya məhkəməsi bu ziddiyyəti aradan qaldırmaq, müdafiəçinin faktiki olaraq nə vaxt və hansı qaydada prosesə cəlb edildiyini müəyyən etmək üçün hər hansı əlavə araşdırma aparmamış və bu halı hökm çıxararkən nəzərə almamışdır. Nəticə etibarilə, müdafiəçinin iştirakı təmin edilmədən aparılmış istintaq hərəkətləri nəticəsində əldə edilmiş sübutların etibarlılığı ciddi şübhə altına düşdüyü halda, məhkəmə bu halı qiymətləndirmədən və iş üzrə mövcud olan bütün texniki sübutlar (anten və GPRS məlumatları) rəsmi sənədlərdə göstərilən hallar ilə ziddiyyət təşkil etdiyi halda, məhkəmə bu ziddiyyətləri aradan qaldırmadan ittiham hökmü çıxarmışdır. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi3 apellyasiya şikayətinin müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “İnsan Hüquqlarının və X8 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Həmin Məcəllənin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4- 1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olmasının ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini hesab etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan müdafiə tərəfinin təqsirləndirlən şəxsə bəraət verilməsinə dair apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması iş materiallarında olan və mötəbərliliyi şübhə doğurmayan sübutların məcmusu ilə tam təsdiq olunduğundan ona bəraət verilməsi üçün hər hansı əsas müəyyən etmir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, o, narkotik istifadəçisi olmuş və teztez Ramin adlı şəxslə görüşərək narkotik vasitə almışdır. Ramin ona tutulduqda Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirilərək ancaq qandal vurulduğunu demişdir. Raminə narkotiklə bağlı müraciət edəndə ona sənədləşdirilməsi üçün əvvəlcə polisə getməli olduğunu demiş, sonra isə ona narkotik vermişdir. Ramin özü ya polisdə işləmiş, ya da polislərə işləmişdir. Raminlə görüşüb narkotik istəyəndə onu bölməyə göndərmiş, bir gün bölmədə saxlanılmış və səhəri gün sənədləşdirmə olandan sonra çıxıb Raminlə örüşərək narkotik almışdır. Ramin narkotiki ona pulsuz vermiş, lakin şərti dediyi qaydada olmuşdur. Ramin onu bir dəfə 5-ci və daha sonra 4-cü bölməyə göndərmişdir. Sonuncu dəfə Xırdalan ərazisinə gedərkən Ramin ona zəng edib harada olduğunu soruşmuş və onunla birlikdə Binəqədi rayonu ərazisinə getməyi təklif etmişdir. “Şamaxinka” istiqamətində geri qayıdaraq Ramini götürəndən sonra onları 7-ci mikrorayon ərazisinə sürdürmüşdür. Zavodun yaxınlığında olarkən Ramin onlara orada gözləmələrini, 10- 15 dəqiqəyə gələcəyini demişdir. O, maşından düşüb siqaret çəkmiş, sürücü isə ayaqyoluna getmişdir. Həmin vaxt polis əməkdaşları gəlib onları saxlamışlar. Polis bölməsinə aparandan sonra marixuana və heroin göstərərək bununla onu sənədləşdirəcəklərini, bundan sonra səhəri günü buraxacaqlarını demişlər. O, razılaşandan sonra çəkiliş olmuş, lakin onu buraxmamışlar. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, uzun müdətdir ki, narkotik vasitələr və psixotrop maddələr istifadə edir. Üzərindən narkotik vasitə hesab olunan heroinin aşkar olunması ilə əlaqədar göstərir ki, 5 ildir narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün qəbul edir. Buna onu heç kim təhrik etməsə də, narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə ##.##.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 10 manat nağd pul verərək 01 ədəd şəffaf rəngli bükümdə narkotik vasitə heroin almışdır. Həmin narkotik vasitəni əynindəki tünd göy rəngli cins şalvarın sağ cibinə qoymuşdur ki, sonra istifadə edər. ##.##.2024-cü il tarixdə təxminən saat 15:00da ünvan 2 ünvanının yaxınlığında piyada hərəkətdə olan zaman özünü şübhəli apardığından mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq ondan narkotik vasitənin qəbulu ilə məşğul olmağı barədə soruşduqda, o, narkotik vasitə heroindən istifadə etdiyini bildirmişdir. Özlərini ona təqdim etdikdən sonra onu ərazinin polis bölməsi olan 5-ci Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində o, səmimi etiraf edərək narkotik vasitə heroin istifadə etdiyini deyib, üzərində də 01 ədəd bükümdə narkotik vasitə olan heroinin olduğunu demişdir. Polis bölməsində hüquq və vəzifələri ona izah olunmuş, daha sonra üzərində olan əşyaları təqdim etməsini dedikdə, o, əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli bükümü çıxardıb təqdim etmişdir. Polis əməkdaşı ondan həmin bükümdəki maddənin nə olmasını soruşduqda, o, yalan danışmağın bir əhəmiyyət kəsb etməyəcəyini başa düşüb, həmin bükümdə olan maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra həmin bükümün elektron tərəzidə çəkisi ölçülmüş və çəkisi 0,44 qram olmuşdur. Daha sonra üzərində aşkar edilmiş şəffaf rəngli büküm 01 ədəd kağız zərfə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər” üçün *** saylı möhürü ilə möhürlənərək götürülmüşdür. İştirakçılar tərəfindən imzalar çəkilmişdir. Bundan əlavə o, ## ##### 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu DSK yolunda tanımadığı şəxsən 10 manat müqabilində bir ədəd şəffaf sellofan bükümündə olan narkotik vasitə heroin şəxsi istifadəsi üçün əldə edib yenidən yaşadığı ünvana qayıtmış və gün ərzində həmin bükümü əynində olan göy rəngli cins şalvarının cibində saxlamışdır. ## ##### 2024cü il tarixdə, axşam saat 19:20 radələrində Binəqədi rayonu, DSK yolunda olduğu zaman iki nəfər mülki paltarda olan şəxslər yaxınlaşaraq onun narkotik vasitələr və psixotrop maddələrin istifadəsində şübhəli bilindiyinə görə * saylı Polis Şöbəsinə gətirmişlər. Polis bölməsində hüquqları izah olunaraq şəxsi istəyi ilə dövlət hesabına ona müdafiəçi təqdim olunmuşdur. Müdafiəçi ona təqdim edildikdən sonra hüquqları müdafiəçinin iştirakı ilə ona yenidən izah olunmuşdur. Daha sonra ona bildirilmişdir ki, üzərində şəxsi axtarış keçiriləcək və o, müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Beləliklə də polis bölməsinin inzibati binasının otaqlarının birində polis əməkdaşları və video müşahidə ilə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı bölmədə ona təklif etmişlər ki, üzərində olan qanunla qadağa edilmiş nə varsa təqdim etsin və o, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitə heroin olan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Aşkar olunmuş bükümlə bağlı ona sorğu sual edildikdə bildirmişdir ki, həmin maddəni ## ##### 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsində “DSK yolunda tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata əldə etmişdir. Bundan əlavə o, şalvarının sol yan cibindən özünə məxsus olan üzərində 070-695- 01-02 nömrə olan “Redmi” markalı mobil telefonu, şalvarının arxa sağ cibindən içərisində 24 manat nağd pul və kartlar olan pul kisəsini, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən topa açarları çıxardıb masanın üzərinə qoymuşdur. Sonda üzərindən aşkar olunmuş 01 ədəd büküm polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə o, təxminən bir aya yaxındır ki, Ramin adlı şəxslə tanışdır, sonuncu onun kimi narkotik vasitələrdən istifadə edən şəxsdir. ##.##.2024-cü il tarixdə Raminlə birlikdə olduğu zaman sonuncu ona bildirmişdir ki, sosial şəbəkə vasitəsi ilə İran İslam Republikası olan bir vətəndaşla tanış olmuş və sonuncu Raminə söz vermişdir ki, narkotik vasitələr verəcəkdir. Ramin onun yanında həmin şəxslə istifadəsində olan mobil telefonun “Whatsapp” proqramı ilə danışmışdır. Danışıb qurtardıqdan sonra Ramin ona bildirmişdir ki, yaxın günlərdə narkotik vasitələrin olduğu yeri deyəcəklər. ##.##.2024-cü il tarixdə Ramin onunla əlaqə saxlayaraq görüşmək təklifi etmişdir. Onlar Şamaxinka adlanan yerdə yerləşən “Alov” zavodunun yanında görüşmüşlər. Görüş zamanı Ramin şəxsiyyəti ona məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə danışmışdır. Bundan sonra Ramin ona bildirmişdir ki, gecə saatlarında «Whatsapp” proqramına xəritə ilə ünvan göndəriləcək ki, həmin ünvandan narkotiki götürə bilsin. Ramin ondan xahiş etmişdir ki, o, bir avtomobil tapsın ki, həmin ünvana gedə bilsinlər. Belə ki, Ramin ona söz vermişdir ki, götürəcəkləri narkotik vasitələrdən bir qismini pay olaraq ona verəcək. Onlar gecə saatlarında getməyi planlaşdırmışlar ki, heç kəsin olmadığı vaxt olsun və şübhə doğurmasınlar. Həmin günü gecə saatlarında yəni ki, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixə keçən gecə o, Camal adlı taksi fəaliyyəti ilə məşqul olan tanışına zəng edib onları bir neçə ünvana 20 manat ödəniş əvəzində aparmasını xahiş etmişdir. Camal razı olduqdan sonra o və Ramin Camalın idarə etdiyi Opel markalı avtomobilə əyləşib yanacaq doldurma məntəqəsinə getmişlər. Orada o və Ramin avtomobildən düşüb kənara keçmişlər. Ramin telefonla İranlı şəxslə danışdıqdan sonra xəritə üzrə narkotikin yerinin göndərildiyini bildirmişdir. Daha sonra onlar Camalın avtomobilinə əyləşib 7-ci mikrorayon ərazisinə aparmağını xahiş etmişlər. Beləliklə də onlar Raminə göndərilmiş xəritəyə əsasən 7-ci mikrorayonda fəaliyyət göstərməyən bir zavodun yanına gəlmişlər. Avtomobildən düşdükdə Camaldan onları gözləməsini xahiş etmişlər. Raminlə o, avtomobildən düşdükdən sonra avtomobildən 20-30 metr aralandıqda Ramin dayanmışdır. Bu zaman Ramin ona bildirmişdir ki, qorxur, gedib narkotiki götürsün və ondan xahiş etmişdir ki, özü gedib götürüb gətirsin və ona təhvil versin, bunun əvəzində isə ona şəxsi istifadəsi üçün pay olaraq bir qədər narkotik vasitə verəcəkdir. Onun həmin zaman ağrıları olduğuna görə tək gedib götürməyə razı olmuş, çünki bilmişdir ki, götürəcəyi narkotikdən ona da pay ayrılacaq və həmin zaman onun həmin narkotikə ehtiyyacı vardır. Buna görə razılaşaraq o, qabaqcadan Raminin ona göstərdiyi fəaliyyət göstərməyən köhnə bir zavodun həyətində olan ağacın yanına getmişdir. Bu zaman Ramin ondan 30-40 metr məsafədə aralıqda dayanıb onu gözləmişdir. Ağaca çatdıqda ağacın dibində iki ədəd bir birinə skoçla bağlanmış qara rəngli iri həcimli büküm görmüşdür. O, bükümləri götürdükdən qısa müddət sonra bir neçə polis əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələr və psixotrop maddələrin istifadəsində və daşınmasında şübhəli bilindiyinə görə onu saxlamışlar. Onun saxlanıldığını görən Ramin tez bir zamanda qaçaraq hadisə yerini tərk etmişdir. Daha sonra onu Camalın yanına gətirmişlər. Bundan sonra Camalla onu birlikdə Binəqədi Rayon Polis İdarəsinə gətirmişlər. Polis idarəsində hüquqları izah olunaraq şəxsi istəyi ilə dövlət hesabına ona müdafiəçi təqdim olunmuşdur. Müdafiəçi ona təqdim edildikdən sonra hüquqları ona yenidən izah olunmuşdur. Daha sonra ona bildirilmişdir ki, üzərində şəxsi axtarış keçiriləcək və o, müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Beləliklə də polis idarəsinin inzibati binasının otaqlarının birində polis əməkdaşları və video müşahidə ilə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı ona təklif etmişlər ki, üzərində olan qanunla qadağan edilmiş nə varsa təqdim etsin və o, əlində saxladığı birbirinə skoçla yapışdırılmış iki ədəd qara rəngli bükülüləri masanın üzərinə qoymuşdur. Bundan əlavə o, göy rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus olan üzərində istifadə etdiyi 070-695-01-02 nömrə olan “Techno” markla mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Aşkar olunmuş bükümlə bağlı ona sorğu-sual edildikdə bildirmişdir ki, bükümün birində narkotik vasitə heroin digərinin isə içərisində narkotik vasitə marixuana vardır. Sonda üzərindən aşkar olunmuş 02 ədəd büküm polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. ## ###### 2024-cü il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitəni Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 10 manat nağd pul verərək əldə etmişdir. ## ##### 2024-cü il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitəni Bakı şəhəri, Binəqədi rayonu DSK yolunda tanımadığı şəxsdən 10 manat müqabilində əldə etmişdir. ## ###### 2024-cü il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitələri Raminin xahişi ilə sonuncunun ona göstərdiyi ərazidən götürmüş, belə ki, onun işi yalnız narkotik vasitəni götürüb Raminə çatdırmaqdan ibarət olmuş və bunun əvəzində Ramin ona bir qədər pay olaraq narkotik vasitə verəcəkdir. ## ###### 2024-cü il tarixdə, ## ##### 2024-cü il tarixdə və ## ###### 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan və üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki zorakılığa və digər qanunsuz əməllərə məruz qalmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şahid7 ifadəsində bildirmişdir ki, hadisə olduğu vaxtda 9-cu mikrorayon ərazisində yaşamış və Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Fəridlə tanışlığı isə “Xırdalan-20 Yanvar” arasında manatlıq taksi işləyəndə yaranmışdır. Fəridlə danışıb “Şamaxinka” deyilən ərazidə görüşmüşlər və daha sonra yolda yanacaq doldurma məntəqəsinə girmişlər. Onlar orada olarkən Fəridin telefonuna zəng gəlmiş və həmin şəxs də gəlib onların maşınına əyləşmişdir. Fərid ona hara gedəcəklərini deməmiş, maşınlıq işi olduğunu demişdir. Onlar Binəqədi rayonu istiqamətində getmişlər. Fərid görüşə gələn adamla təxminən 10 dəqiqə yanacaq doldurma məntəqəsinin həyətində danışmışdır. Bundan sonra onlar Fərid deyilən istiqamətdə yola çıxmışlar. O, maşına əyləşən şəxsin adını xatırlamamışdır. Onlar əvvəlcə “Xırdalan dairəsi” istiqamətində hərəkət etmişlər, həmin şəxs sonra 7-ci mikrorayon istiqamətində getməli olduqlarını demişdir. O da maşını həmin istiqamətdə sürmüşdür. Həmin ərazidə “Amor” Şadlıq Sarayından “Elit” istiqamətində hərəkət edərkən dəmiryol xəttinə çatmamış maşını saxlamışdır. Maşına sonradan əyləşən şəxs maşından düşərək beş dəqiqə sonra gələcəyini demişdir. Bir qədər keçdikdən sonra həmin şəxs gəlmədiyindən onlar da maşından düşmüşlər və bundan sonra Fərid maşından bir qədər aralanmışdır. Həmin vaxt orada olan vaqonun bir tərəfində o, digər hissəsində isə Fərid dayanmışdır. Bundan sonra polislərin yaxınlaşdıqlarını görmüş və polis əməkdaşları əvvəl Fəridi, sonra isə onu tutub aparmışlar. Onları idarəyə aparandan sonra ayırmışlar və onu 5-ci polis bölməsinə aparıb beş gün saxladıqdan sonra buraxmışlar. Şahid şahid7 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, Fərid təxminən gecə saat 11-də onun ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmiş və Fərid zəng edəndən 15 dəqiqə sonra görüşmüşlər. Onlar hadisə yerinə təxminən saat on ikiyə qalmış çatmışlar. Vaqonlar tərəfə sürməsi üçün istiqaməti maşına əyləşən oğlan göstərmişdir. Fəridin getdikləri yerin istiqaməti barədə məlumatı olmamış, əgər Fərid bunu bilmiş olsa idi o, Xırdalan istiqamətində sürməzdi. Hətta Fərid onun telefonuna məkan göndərmiş, həmin ünvan Binəqədi rayonu ərazisində olmuş, o, həmin istiqamətə gedərkən maşına əyləşən digər şəxs onları geri qaytarmışdır. Fəridlə o maşından düşərək ayaqyoluna getmək üçün biribirilərindən aralanmışlar. Ramin onlardan təxminən 10-15 dəqiqə əvvəl maşından düşmüşdür. Onların gözlədikləri yer insanların gedib-gəldikləri yer olmamış və daha əvvəl Fəridlə belə yerlərə getməmişdir. Polis əməkdaşları hadisə yerinə çatandan dərhal sonra onları maşına əyləşdirmişlər və onun maşınını polis əməkdaşları özləri idarə etmişlər. Onların hər ikisini saxlayandan sonra üst-başlarını yoxlamışlar. Polis əməkdaşlarının əvvəlcə onu və ya Fəridi tutmasını bilməmiş, çünki eyni anda tutulmuşlar. O, bölmədə Fəridin üzərinə şəxsi axtarış keçirilməsini görməmişdir. Tutulandan sonra Fəridin əlində nə isə görməmiş və onların üzərlərini otaqda yoxlayanda da üzərlərində qanunsuz bir əşya aşkar edilməmişdir. Onları saxlayan polis əməkdaşları təxminən 8-10 nəfər olmuş, çünki təkcə onun maşınında 4 nəfər əyləşmişdir. Üçüncü şəxsin sonradan haraya getməsi ona məlum olmamış və polislər onlardan soruşduqda üç nəfər olduqlarını demişdir. İbtidai istintaq dövründə verdiyi ifadəsində olan imzası ona məxsus olmuşdur. Polis İdarəsində beş gün ac-susuz qalmış, ona görə də canını qurtarmaq üçün ona verilən sənədləri imzalayıb getmişdir. Müstəntiq ifadəsini ona ucadan oxumamışdır. O, ibtidai istintaq dövründə verdiyi ifadəsini ümumiyyətlə oxumamış, Fəridin əlində heç nə görməmiş və Fəridin əlləri arxasında bağlı vəziyyətdə yanında da polis əməkdaşları olmuşlar. Həmin vaxt o, polis əməkdaşının əlində də heç nə görməmişdir. Fəridin hər iki qolunu polislər tutmuş və Fəridin əlində bağlama olması mümükn olmamışdır. Müstəntiq ondan ifadə alarkən Fəridin əlində bağlama olmasını bildirməsi ilə bağlı heç bir söz deməmişdir. O, buraxıldıqdan sonra təkrar polisə çağırılmamış və maşınını Binəqədi rayonunun cərimə meydançasından götürmüşdür. Onlara hansısa təzyiq göstərilməmış, onu döyən olmamış və Fəridin döyülməsini isə görməmişdir. Şahid şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. İdarə etdiyi avtomobil “Opel Astra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Təxminən bir ay öncə müştəri qismində Xırdalan şəhərinə apardığı şəxslə tanış olmuş, həmin şəxsin adı Fərid olmuşdur. Həmin zamandan Fərid onun əlaqə nömrəsini götürüb bir neçə dəfə sonuncunun ailə üzvlərini taksi kimi müxtəlif ünvanlara aparmağını xahiş etmişdir. ## ###### 2024-cü il tarixdə Fərid onunla əlaqə saxlayaraq özünü Şamaxinka adlanan ərazidən götürüb 7-ci mikrorayona daha sonra isə 20 yanvar adlanan əraziyə aparmağını xahiş edib bunun əvəzində ona 20 manat pul verəcəyini söyləmişdir. O, Fəridin təklifi ilə razılaşaraq gecə saatlarında Şamaxinka adlanan əraziyə gəlib Fəridi və daha bir nəfər əvvəllər tanımadığı şəxsi avtomobilinə əyləşdirib onları müştəri qismində 7-ci mikrorayon istiqamətində aparmağa başlamışdır. Yol üstü o, yanacaq doldurmaq üçün avtomobili yanacaq doldurma məntəqəsinə sürmüşdür. Orada olduqları zaman Fərid və sonuncunun yanında olan şəxs avtomobildən düşərək kənara keçib mobil telefonla danışmağa başlamışlar. Yanacağı doldurduqdan sonra onlar avtomobilə əyləşib yollarına davam etmişlər. 7-ci mikrorayon ərazisində yerləşən restoranların qarşısında onun avtomobili dayandırmağını xahiş edib bir qədər onları gözləməyini xahiş etmişlər. O, belə də edərək avtomobili dayandırıb yolun kənarında Fəridlə yanında olan digər şəxs isə avtomobildən düşüb bir qədər aralaşmışlar və fəaliyyət göstərməyən bir zavodun həyətinə daxil olmuşlar və artıq o, onları görə bilməmişdir. Təxminən 5-10 dəqiqə sonra görmüşdür ki, bir neçə şəxs Fəridlə birlikdə ona doğru gəlir. Bu zaman o, avtomobilin yanında dayanıb təbii ehtiyaclarını ödəmişdir. Həmin zaman Fəridin əlində böyük ölçülü iki ədəd bir birinə skoçla bağlanmış bağlamalar vardır. Onlar ona yaxınlaşdıqda özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib onu da Fəridlə birlikdə polis idarəsinə gətirmişlər. Polis idarəsində olduğu zaman Fəridin əlində olan bağlamaların içərisində narkotik vasitələr olduğu bildirilmişdir. Fəridi və digər şəxsi 7-ci mikrorayon ərazisinə apardıqda onların hansı məqsədlə ora getdiklərindən xəbəri olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs “Azadlıq” metrosunun yaxınlığında olan Nizami Nərimanov küçəsində yerləşən “Araz” marketin yaxınlığında saxlamışlar və şəxsi saxlamalarına səbəb daxil olmuş məlumat olmuşdur. Şahid şahid6 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı şahid5 daxil olmuş və qrupun rəhbəri şahid5 olmuşdur. Əməliyyat məlumatı narkotik maddələrin qanunsuz istifadəsi və dövriyyəsi barədə olmuşdur. Əməliyyat tədbirində iki nəfər iştirak etmişlər. Şəxsi fevral ayında günorta vaxtlarında saxlamışlar və şəxsi axtarış təhqiqatçının otağında keçirilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Şəxsi axtarışla bağlı videoçəkiliş aparılmış və şəxsi axtarış zamanı narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs istifadəçi olduğunu bildirmişdir. Videoçəkilişdə vəkilin iştirakı yadında qalmamışdır. Saxlanıldıqdan sonra şəxsin bölməyə gətirilməsinin neçə saat çəkməsi yadında qalmamış, saxlanıldığı küçə bölmədən təxminən bir kilometr məsafədə yerləşmişdir. Təqsirləndirilən şəxsi mülki geyimdə və xidməti avtomobillərində gətirmişlər. Təqsirləndirilən şəxsin şəxsiyyətini özlərini təqdim etdikdən sonra ondan soruşaraq dəqiqləşdirmişlər. Saxladıqları yerdə şəxsi axtarışın keçirilməsi prosessual şəxs tərəfindən həyata keçirilməli olmuş və həmin şəxs də təhqiqatçı olmuşdur. Təqsirləndirilən şəxs başqa epizodlarla saxlanılması barədə məlumatı olmamışdır. Əməliyyat qrupunun rəhbərinin kim olması ilə bağlı ifadələri arasında olan ziddiyyətlə bağlı bildirir ki, hadisənin üzərindən çox keçdiyindən xatırlamaya bilər. Yəqin ki, şəxsin özü vəkilin iştirakına razı olmadığından şəxsi axtarışda vəkil iştirak etməmişdir. Saxlanılan zaman, idarədə olarkən şəxsə hansısa zor və təzyiq olmamışdır. şahid6 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və R rütbəsindədir. ## ###### 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, daşıma və saxlaması ilə ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur, Həmin məlumat əsasında raportla rəhbərliyə məruzə olunmuşdur. O, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru R şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır, qrupun rəhbəri o olmuşdur. Daha sonra ## ###### 2024-cü il tarixdə saat 15:00 radələrində daxil olmuş məlumat əsasında ünvan 2 ünvanının yaxınlığında əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs saxlanılmışdır. Həmin şəxsə özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə Binəqədi Rayon Polis İdarəsinin 5ci Polis Bölməsinin inzibati binasına gəlmişdir və inzibati binanın xidməti otaqların birində Təqsirləndirilən şəxs vəkil dəvət olunmuşdur. Vəkili ona təqdim edildikdən və hüquq və vəzifələri bir daha izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı olmadan xidməti otaqda videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən saxladığı içində heroin olan 01 ədəd şəffaf rəngli bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində başqa qanunsuz əşya və yaxud predmet yoxdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç bir əşya yaxud predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs həmin masanın üzərinə qoyduğu maddənin nə olduğunu deməsi təklif olunduqda, o, bir ədəd şəffaf rəngli bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Ondan həmin bükümü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə narkotik vasitə heroini ##.##.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 10 manat müqabilində aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 01 ədəd şəffaf rəngli büküm elektron tərəzi ilə çəkilmiş və çəkisi 0,44 qram olmuşdur. Daha sonra aşkar edilmiş büküm şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə boş zərfə qoyularaq qablaşdırılmaqla, zərfin üzəri möhürlənmiş, iştirakçıların ad və soyadları üzərinə yazılmışdır. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilərək ucadan oxunmuş, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. O, həmçinin ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmamasını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş və bununla bağlı əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Əməliyyat qrupuna onunla şahid3 daxil edilmişdir. Həmin gün, axşam saat 7 radələrində Binəqədi rayonu ərazisində, “DSK” yolunda Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs onlarla birlikdə idarəyə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşaraq idarəyə gəlmiş və bundan sonra təhqiqatçıya təhvil vermişlər. Şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və narkotik vasitə aşkar edilmişdir. Şahid şahid4 məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuşdur. Şöbə rəisi onlara şəxsi axtarışı yerində deyil, bölmədə keçirmələrini demiş və o, şəxsi axtarışı yerində keçirəcəyi ilə bağlı rəhbərliyə heç bir məlumat verməmişdir. Onların şəxsi axtarışı yerində keçirmək səlahiyyətləri olmadığından yerində deyil, idarədə keçirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz gəzdirməsi barədə məlumat olduğunu bildirərək idarəyə dəvət etmişlər. Şəxsi bölməyə öz maşınları ilə aparmışlar. Həmin vaxt təqsirləndirilən şəxs arxada onun yanında əyləşmişdir. Şəxsi axtarış videoçəkilişlə keçirilmişdir. Bölməyə dəvət edilən vəkil yaşlı şəxs olmuş, lakin kim olması onun yadında qalmamışdır. Vəkil çəkilişdə iştirak etməmiş, lakin hansı səbəbdən çəkilişdə iştirak etmədiyini bilməmişdir. Saxlanılan zaman və idarədə olarkən Təqsirləndirilən şəxs qarşı heç biz zorakılıq olmamışdır. şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ## ##### 2024-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirir. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş, həmin qərarın icra olunması ilə bağlı o və Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin sahə inspektoru şahid3 İlham oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü şahid3 ilə birlikdə saat 19 radələrində əldə etdikləri məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, DSK yoluna getmişlər. Həmin yerdə saat 19:20-də Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşmışlar və özlərini təqdim edərək barəsində əməliyyat məlumatının daxil olduğunu bildirib Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlarla razılaşaraq 4-cü polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olarkən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümü təqdim edib masanın üzərinə qoymuş, daha sonra əynində olan həmin şalvarın sol yan cibindən “Redmi” markalı mobil telefonu, həmin şalvarın arxa cibindən pul kisəsini, əynində olan gödəkçənin cibindən açar dəstini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqdim olunmuş pul kisəsinə baxan zaman içərisində 01 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq və 04 ədəd 1 manatlıq pul əskinasları ilə 24 manat pul olması, sürücülük vəsiqəsi və metro kartı olması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sonra təqdim olunmuş büküm elektron tərəzi vasitəsilə ölçülmüş və çəkisinin 0,46 qram olması müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin özünə məxsus olduğunu, həmin heroini ## ##### 2024-cü il tarixdə DSK yolundan tanımadığı şəxsdən 10 manat qarşılığında öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. Sonra təqdim olunmuş büküm və mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülmüş, digər əşyalar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. .Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli *-**-**/*-*/*** nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza)”...Təqsirləndirilən şəxs” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,344 qram olan açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il ## #### tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2024-cü il tarixli *-**-**/*-*/**** nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №***” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs “imza”...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,374 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il ## #### tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli */**** nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №***” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki, bir ədəd bağlamada təmiz çəkisi 1060 qram (1kq 60qr) qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli */**** nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, kağız paketdə bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 285,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2024-cü il tarixli */**** nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, ##.##.2024-cü il tarixli təqsirləndirilən şəxsə etiraz hüququnun izah edilməsi haqqında protokolda, ##.##.2024-cü il tarixli təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın surətini, hüquq və vəzifələrinə dair yazılı bildirişin ona verilməsi haqqında protokolda, ##.##.2024-cü il tarixli təqsirləndirilən şəxsə “İnsan hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqları barədə bildirişdə, ##.##.2024-cü il tarixli təqsirləndirilən şəxsin hüquq və vəzifələrinin izah edilməsi haqqında bildirişdə, ##.##.2024-cü il tarixli təqsirləndirilən şəxsə müdafiəçinin təqdim edilməsi barədə protokolda “Təqsirləndirilən şəxs” qrafalarındakı imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 X4-X5 ## ###### 2024-cü il tarixli, **** nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 X4-X5 ## ##### 2024-cü il tarixli, **** nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. «Şəxsi axtarış və götürmə aparılması haqqında» ## ###### 2024-cü il tarixli protokoldan və videogörüntüləri özündə əks etdirən diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli bükümə bükülmüş açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisi 0,44 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, üzəri şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu və həmin narkotik vasitə hesab edilən heroini ##.##.2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu «Papanin» adlanan yerdən tanımadığı şəxsdən 10 manata alaraq üzərində saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. «Şəxsi axtarış və götürmə aparılması haqqında» ## ##### 2024-cü il tarixli protokoldan və videogörüntüləri özündə əks etdirən diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmetləri təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümü təqdim edərək masanın üzərinə qoymuş, daha sonra əynində olan gıöy rəngli cins şalvarın sol yan cibindən “Redmi Pro 7” markalı mobil telefonu, əynində olan göy rəngli cins şalvarın arxa cibindən üzərinə “superdry” yazısı həkk olunmuş pul kisəsini, əynində olan qara rəngli gödəkçənin sol cibindən açar dəstini təqdim etmişdir. Şübhəli şəxs siqaretin gümüşü rəngli yağızına bükülmüş bükümdə olanın narkotik vasitə heroin olduğunu bildirmişdir. Şübhəli şəxsin təqdim etdiyi pul kisəsinə baxan zaman içərisində 01 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq və 04 ədəd 1 manatlıq pul əskinazı, sürücülük vəsiqəsi və metro kartı olması müəyyən olunmuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş narkotik vasitə elektron tərəzidə ölçülmüş və 0,46 qram çəkidə olması müəyyən olunmuşdur. Aşkar olunmuş mobil telefon zərfdə qablaşdırılaraq möhürlənmiş, pul kisəsi içərisində olan sənədlər, pul əskinazları və açarlar heç bir maddi sübut əhəmiyyətinə malik olmadığından şübhəli şəxsin özünə geri qaytarılmış, aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, üzəri şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər kütlənin özünə məxsus olduğunu və narkotik vasitə olan heroini ##.##.2024-cü il tarixində DSK yolundan tanımadığı şəxsdən 10 manat qarşılığnda əldə edib üzərində saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psıxi zor tətbiq edilmədiyin bildirmişdir. «Şəxsi axtarış və götürmə aparılması haqqında» ## ###### 2024-cü il tarixli protokoldan və videogörüntüləri özündə əks etdirən diskdən görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əlində olan biri-birinə skoç vasitəsilə yapışdırılmış 02 ədəd qara rəngli bağlamanı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs göy rəngli cins şalvarının sağ yan cibində Tecno markalı mobil telefon olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuş, o, 01 ədəd qara bağlamanın içərisndə “marixuana” deyilən narkotik maddə olduğunu, digər 01 ədəd qara bağlamanın içərisində isə “heroin” olduğunu bildirmişdir. Ondan həmin bağlamaları haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə, o narkotik vasitə istifadə etməsini, həmin bağlamaları İran İslam Respublikasının vətəndaşı bildiyi şəxsin tanıdığı Ramin adlı şəxsin mobil telefonuna “WhatsApp” vasitəsi ilə göndərdiyi xəritə üzrə ünvandan, yəni Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən zavodun yaxınlığından ağacın dibindən ##.##.2024cü il tarixdə, saat 02:22 radələrdə götürərək üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bağlamalar elektron tərəzidə çəkilmiş, içərisində marixuanaya bənzər bağlamanın çəkisi 324.5 qr, içərisində qəhvəyi rəngli heroinə bənzər maddənin çəkisi isə 1210.5 qr göstərilmişdir. «Diskə baxış keçirilməsi haqqında» ## ##### 2024-cü il tarixli protokoldan görünür ki, «Şəxsi axtarış və götürmə aparılması haqqında» ## ##### 2024-cü il tarixli protokola əsasən Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nin inzibati binasında olan xidməti iş otaqlarından birində videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi müəyyən edilir. Təhqiqatçı özünü təqdim edəndən sonra saxlanılan şəxs özünü təqdim edir, bundan sonra təhqiqatçı şəxsin nəyə görə saxlanılması barədə məlumat verir. Bundan sonra iştirakçılar özlərini təqdim edirlər. Sonra təhqiqatçı şübhəli şəxsə üzərində hər hansı qanunsuz əşya vardırsa könüllü təqdim etməsini bildirir, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızma bükülmüş 01 ədəd bükümü təqdim edib masanın üzərinə qoyur və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirir. Sonra Təqsirləndirilən şəxs əynində olan həmin şalvarın sol yan cibindən Redmi markalı mobil telefonu, həmin şalvarın arxa cibindən pul kisəsini, əynində olan gödəkçənin cibindən açar dəstini təqdim edir. Təqdim olunan pul kisəsinə baxış aparılır və içərisində 01 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq və 04 ədəd 1 manatlıq pul əskinasları ilə 24 manat pul olması, sürücülük vəsiqəsi və metro kartı olması müəyyən olunur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, lakin başqa hər hansı bir əşya və ya predmet aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlə bağlı məlumat verməsi bildirildikdə, sonuncu təqdim etdiyi bükümdə olan maddənin heroin olduğunu, həmin heroini ## ##### 2024-cü il tarixdə DSK yolundan tanımadığı şəxsdən 10 manat qarşılığında öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirir. Təqdim olunmuş büküm elektron tərəzi vasitəsilə ölçülür və çəkisinin 0,46 qram olması müəyyən edilir. Təhqiqatçı tərəfindən aşkar olunmuş büküm və mobil telefon qablaşdırılaraq götürülür, digər əşyalar isə Təqsirləndirilən şəxs qaytarılır. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün çəkiliş dayandırılır. «Baxış keçirilməsi haqqında» ## #### 2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılarkən ona üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli bükümü çıxaraq masanın üzərinə qoymuş, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Şifahi sorğu sual zamanı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini ##.##.2024cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, götürülmə hu, «Papanin» adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli büküm elektron tərəzinin üzərinə qoyulmuş və çəkisi 0,44 qram olmuşdur. Aşkar edilən narkotik vasitə heroin boş zərfə qoyulub möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. 2-ci fayl açıldıqda təhqiqatçı tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokolun iştirakçılar tərəfindən imzalarla təsdiq edilməsi görünmüşdür. «Diskə baxış keçirilməsi haqqında» ## ###### 2024-cü il tarixli protokoldan görünür ki, «Şəxsi axtarış və götürmə aparılması haqqında» ## ###### 2024-cü il tarixli protokola əsasən Binəqədi Rayon Polis İdarəsinin inzibati binasında olan xidməti iş otaqlarından birində videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi müəyyən edilir. Təhqiqatçı özünü təqdim edəndən sonra saxlanılan şəxs özünü təqdim edir, bundan sonra təhqiqatçı şəxsin nəyə görə saxlanılması barədə məlumat verir. Bundan sonra iştirakçılar özlərini təqdim edirlər. Sonra təhqiqatçı şübhəli şəxsə üzərində hər hansı qanunsuz əşya vardırsa könüllü təqdim etməsini bildirir, bu zaman Təqsirləndirilən şəxs əlində olan bir- birinə skoç vasitəsilə yapışdırılmış 02 ədəd qara rəngli bağlamanı masanın üzərinə qoyur, sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən «Techno» markalı mobil telefonu çıxarıb təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, lakin başqa hər hansı bir əşya və ya predmet aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir-birinə skoçla yapışdırılmış bağlamalar ilə bağlı məlumat verməsi bildirildikdə, sonuncu təqdim etdiyi bağlamanın birində «marixuana» deyilən narkotik vasitə olduğunu, digər bağlamada isə «heroin» deyilən narkotik vasitə olduğunu bildirir. Təqsirləndirilən şəxs bağlamaları haradan əldə etməsi ilə bağlı sual verildikdə sonuncu narkotik vasitə istifadə etdiyini, həmin bağlamaları tanışı Ramin adlı şəxsin mobil telefonuna İran İslam Respublikası vətəndaşının göndərdiyi xəritə üzrə, yəni Binəqədi rayonu Ə.Rəcəbli küçəsində yerləşən zavodun yaxınlığından ağacın dibindən ## ###### 2024-cü il tarixdə götürərək üzərində gəzdirdiyini bildirir. Daha sonra təqdim olunmuş bağlamalar elektron tərəzi vasitəsilə ölçüldükdə narkotik vasitə marixuana olan bağlamanın 324,5 qram, içərisində qəhvəyi rəngli narkotik vasitə heroin olan bağlamanın isə 1210,5 qram olması müəyyən olunur. Təhqiqatçı tərəfindən aşkar olunmuş bağlamalar və mobil telefon qablaşdırılaraq götürülür. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün çəkiliş dayandırılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin qərarın 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə etirafedici ifadələr verdiyi halda, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı, eləcə də hazırki apellyasiya baxışı zamanı özünü təqsirli bilməməsi, yəni ifadələri arasında yaranmış ziddiyyətlərin səbəblərin birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər ətraflı araşdırılmış və düzgün nəticəyə gəlinmişdir. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır Həmçinin, birinci instansiya məhkəməsinin araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olan, həmin nömrədən çıxan zənglər və ötürücü stansiyalara (anten əhatə dairəsinə) dair məlumatların əks olunduğu CD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qeyd olunan saatda Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsinin anten əhatə dairəsində olmamış, Yasamal rayonu, Nəsimi rayonu və Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində olmuşdur. Ötürücü stansiyalara dair məlumatlar təqsirləndirilən şəxsin ## ###### 2024-cü il tarixdə, saat 22:15də Bakı şəhəri, Biləcəri qəsəbəsi, Habil Süleymanov 99, ATS-30, Binəqədi ünvanında olduğunu göstərir. Həmin ünvan təqsirləndirilən şəxsin ittihama əsasən saxlanıldığı ərazi ilə, yəni Əhməd Rəcəbli küçəsi ilə eynilik təşkil etmir, eyni zamanda həmin iki ərazi Biləcəri qəsəbəsi-Əhməd Rəcəbli küçəsi) arasında kifayət qədər məsafə fərqi mövcuddur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı saxlanıldığı yeri mübahisələndirməmişdir. Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdə, saat 00:52-dən etibarən Əhməd Rəcəbli küçəsində olmuş, 00:55-dən 02:45-dək Binəqədi rayonu, Dərnəgül qəsəbəsi ərazisində müxtəlif ünvanlarda, yəni Cəfər Xəndan, S.S.Axundov küçəsi, 3097-ci məhəllə, xarici dairəvi küçlərində olmuşdur. Göstərilən həmin ünvanlar Əhməd Rəcəbli küçəsi ilə paralel və ya ona yaxın ərazilər olmuş, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi isə “S.S.Axundov 1” ünvanında yerləşmişdir. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs müdafiəçisi qismində iştirak etmiş müdafiəçi1 məhkəmə iclasında suallara cavab olaraq hadisə olduğu gecə Binəqədi Rayon Polis İdarəsində olduğunu, həmin gecə növbətçi olduğunu və orderin rəhbərlik tərəfindən ona təqdim edildiyini, idarədə otaqda olarkən Fəridin ona təqdim edilərək əməliyyat tədbiri ilə saxlanıldığı və üzərində külli miqdarda narkotik vasitə aşkar edildiyini bildirilmələrini, onun iştirakı ilə Fəridin izahatının alındığını, səhəri gün müstəntiq tərəfindən dəvət edilərək Fəridin şübhəli şəxs qismində dindirildiyini, büro rəhbərliyinin onlara çəkilişlərdə iştirak etməməyi tapşırdığını və iştirak edəndə şahidə çevirildiklərini bildirdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin ## ###### 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan və üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki zorakılığa və digər qanunsuz əməllərə məruz qalmaması bilavasitə onun özü tərəfindən göstərilməklə ona qarşı irəli sürülmüş ittiham üzrə etirafedici ifadələr verməsi və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşması təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli olmasını tam sübuta yetirir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli olması onun özünün məhkəməyədək etirafedici ifadəsi və iş materiallarındakı sübutlarla öz təsdiqini tapdığından şikayətin dəlilləri həmin sübutların mötəbərliliyini şübhə altına ala bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli * №-li qərarının 9cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla bərabər, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2024-cü il tarixli Qərarındakı tövsiyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin apellyasiya baxışı zamanı da məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən digər hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində iki azyaşlı uşağının olmasını təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə, yəni 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı kifayət qədər nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmiş, onun barəsində təyin edilmiş cəzasının müddətinin yüngülləşdirilməsi və ya növünün dəyişdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, Qərara a l ı r: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə məhkum olunmasına dair *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev
Məhkəmə qərarları › İş №1(3-6)-585/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-585/2026
16.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver