Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-588/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), İbrahimov Zamin Vəliyəddin oğllu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X1, Müdafiəçi X4, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim R.Mürsəlov) ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmünə əsasən ## ##### 2004-cü ildə Lənkəran rayonu, Şıxəkəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Şıxəkəran kəndində qeydiyyatda olmaqla deməsinə görə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qaçqınlar məhəlləsi" adlanan ərazidə yerləşən fərdi evdə yaşayan, barəsində həbs qətimkan təbdiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ibtidai istintaq zamanı şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli ## #### 2026-cı il tarixdən hesablanmış, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,560 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, Qaradağ Rayon Polis İdarəsinin 10-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## #### 2025-ci il tarixdə saat 23:03-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən «Mədəniyyət evi»nin arxasında tutularaq saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,560 qram təşkil edən həmin kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları və sübutların təsviri Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək ona təyin edilmiş cəza ilə razı olmadığını, ona həddindən artıq cəza verildiyini bildirib ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlu və onun müdafiəçisi X4 apellyasiya şikayətində göstərilən əsaslarla Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini və ya cəza müddətinin yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X1 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, aylardır ki, psixotrop maddədən və narkotik vasitədən istifadə etmir. “Kubinka” adlanan ərazidən qayıdarkən üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə məlumat olduğunu bildirib, üzərində yoxlama aparılacağını demişlər. Daha sonra polis əməkdaşları ona əgər üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə onu təqdim etməyi təklif olunduqda o, əynində olan şalvarın cibindən içərisində ağ rəngli psixotrop maddə «patı» deyilən metamfetamin olan bükümü çıxarıb təqdim etmiş və üzərində yalnız bu bükümdə psixotrop maddə olduğunu bildirmişdir. Sonra həmin büküm elektron tərəzi vasitəsilə ölçülmüş, lakin bükümdəki psixotrop maddənin miqdarı çox az olduğuna görə elektron tərəzidə ölçülən zaman onun çəkisi əks olunmamışdır. Daha sonra o, polis bölməsinə gətirilmiş və orada ondan aşkar edilmiş bükümdə olan metamfetaminin çəkisi yəqin ki, qanunsuz olaraq artırılaraq yenidən elektron tərəzidə ölçülmüşdür. Sonra isə o, polis əməkdaşları tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən «Mədəniyyət evi»nin arxasına gətirilərək, orada videoçəkilişlə üzərində axtarış və götürülmə aparılmışdır. Ondan aşkar edilərək götürülmüş psixotrop maddənin miqdarı ittiham aktında qeyd olunan qramdan az miqdarda olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir qeyri-insani rəftar və işgəncə olmamışdır. Lakin özü qorxduğu üçün bununla bağlı müdafiəçisinə və istintaq orqanına sonradan heç nə deməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs öz ifadəsində ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi əməldən səmimi peşman olmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər heç vaxt məhkum olunmamışdır, bir neçə aydır ki, psixotrop maddə «patı» deyilən metamfetamin istifadə edir. ## #### 2025-ci il tarixdə günorta saatlarında «Papanin» adlanan ərazidə olarkən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 01 ədəd bükümdə psixotrop maddə metamfetamin almış və onu cibinə qoymuşdur ki, sonra istifadə edər. Həmin gün saat 23:03-də Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsində yerləşən «Mədəniyyət evi»nin arxasında olarkən 3 nəfər mülki geyimli şəxslər videoçəkilişlə ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə məlumat olduğunu bildirib, üzərində yoxlama aparılacağını demişlər. Həmin vaxt ona polis əməkdaşları tərəfindən hüquq və vəzifələri izah olunmuş, həmçinin tutulduğu andan müdafiəçinin yardımından istifadə etmək hüququnun olması izah olunmuşdur. Daha sonra polis əməkdaşları ona əgər üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə onu təqdim etməyi təklif olunduqda o, əynində olan şalvarın sağ yan cibindən içərisində ağ rəngli psixotrop maddə «patı» deyilən metamfetamin olan 01 ədəd bükümü çıxarıb təqdim etmşdir. Verilən suallara cavab olaraq təqdim etdiyi bükümdə olan maddənin psixotrop maddə «patı» deyilən metamfetamin olduğunu, onu tanımadığı şəxsdən istifadə etmək üçün 10 manata aldığını bildirmişdir. Sonra həmin büküm elektron tərəzi vasitəsilə ölçülmüş və çəkisinin 0,81 qram olduğu müəyyən olunmuşdur. Sonra təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üstü onun və polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra üstü yoxlanılmış, üstündən Samsung markalı mobil telefonu, 20 manat və 100 rubl pul və 01 ədəd daraq aşkar olunmuş, başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Mobil telefonu polis əməkdaşları tərəfindən götürülmüş, digər əşyalar isə ona qaytarılmışdır. Daha sonra videoçəkiliş dayandırılmış və polis əməkdaşlarının dəvəti ilə Qaradağ RPİ-nin 10-cu polis şöbəsinə gəlmişlər. Polis şöbəsində üzərindən psixotrop maddənin aşkar olunması ilə bağlı aparılmış videoçəkiliş barədə protokol tərtib olunmuş və o, həmin protokola imza etmişdir. Daha sonra polis şöbəsində təhqiqatçı tərəfindən ona hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmiş, sonra onun iştirakı ilə təqdim etdiyi bükümdə olan maddəyə baxış keçirilmiş, daha sonra bununla bağlı protokol tərtib olunmuş və o, həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. O, psixotrop maddə metamfetamin istifadə edir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi S.Orucov küçəsində yerləşən «Mədəniyyət evi» deyilən yerdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl onun üzərinə qanunsuz baxış aparılmamışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Psixotrop maddəni ## #### 2025-ci il tarixdə «Papanin» adlı ərazidə tanımadığı şəxsdən almış, maddəni aldığı şəxsin adını, soyadını, atasının adını və ya başqa hər hansı bir məlumatlarını bilmir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin əməliyyat müvəkkili şahid1 Gülhüseyn oğlu öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəlcədən tanımamışdır, onunla heç bir qohumluq və düşmənçilik əlaqəsi olmamışdır. ## #### 2025ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olur. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə saat 23 radələrində əldə etdikləri məlumat əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsinə getmişlər. Həmin küçədə «Mədəniyyət evi»nin arxasında olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, üzərinə yoxlama aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs da üzərinə yoxlama aparılmasına etiraz etməmiş və bundan sonra sonuncuya təklif etmişlər ki, əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə varsa onları təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 01 ədəd qızılı rəngli bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümə baxılan zaman içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Polis şöbəsinə gəldikdən sonra videoçəkilişlə təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalara baxış aparılmaqla bununla bağlı protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmiş və eləcə də ona qarşı hər hansı bir zorakılıq tətbiq edilməmişdir. Həmçinin təqsirləndirilən şəxsin ondan aşkar edilmiş içində psixotrop maddə olan metamfetaminin miqdarının onlar tərəfindən qanunsuz olaraq artırılması ilə bağlı fikirləri həqiqəti əks etdirmir və özünümüdafiə xarakterlidir. Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin əməliyyat müvəkkili şahid1 Gülhüseyn oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ## #### 2025-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o, Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin əməliyyat müvəkkilləri şahid2 və şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə saat 23 radələrində əldə etdikləri məlumat əsasında Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsinə getmişlər. Saat 23:03-də həmin küçədə «Mədəniyyət evi»nin arxasında olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, üzərinə yoxlama aparılacağını bildirmişlər. Həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, o cümlədən saxlanıldığı andan müdafiəçinin yardımından istifadə etmək hüququnun olmasını izah etmişlər. Bu proses videoçəkilişlə aparılmışdır. Təqsirləndirilən şəxs da üzərinə yoxlama aparılmasına etiraz etməmiş və bundan sonra sonuncuya təklif etmişlər ki, əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə varsa onları təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümə baxılan zaman içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs ağ rəngli maddənin «patı» deyilən psixotrop maddə metamfetamin olduğunu, onu tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm qablaşdırılmış və götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmış, lakin başqa hər hansı bir əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Sonra videoçəkiliş dayandırılaraq Təqsirləndirilən şəxs onlarla birlikdə Qaradağ RPİ-nin 10-cu PŞ-yə gəlməsi təklif olunmuş, sonuncu da razılaşaraq onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra videoçəkilişlə bağlı protokol tərtib olunmuş və hər bir iştirakçı həmin protokola imza etdikdən sonra Təqsirləndirilən şəxs barəsində raport tərtib olunmuş və şöbənin təhqiqatçısı tərəfindən sonuncu şübhəli şəxs qismində tutulmaqla hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmişdir. Həmçinin təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalara baxış aparılmaqla bununla bağlı protokol tərtib edilmiş və hər bir iştirakçı həmin protokola imza etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin əməliyyat müvəkkili şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəlcədən tanımamışdır, onunla heç bir qohumluq və düşmənçilik əlaqəsi olmamışdır. ## #### 2025-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olur. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə saat 23 radələrində əldə etdiklə məlumat əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsinə getmişlər. Həmin küçədə «Mədəniyyət evi»nin arxasında olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, üzərinə yoxlama aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs da üzərinə yoxlama aparılmasına etiraz etməmiş və bundan sonra sonuncuya təklif etmişlər ki, əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə varsa onları təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 01 ədəd qızılı rəngli bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümə baxılan zaman içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Polis şöbəsinə gəldikdən sonra videoçəkilişlə təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalara baxış aparılmaqla bununla bağlı protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmiş və eləcə də ona qarşı hər hansı bir zorakılıq tətbiq edilməmişdir. Həmçinin təqsirləndirilən şəxsin ondan aşkar edilmiş içində psixotrop maddə olan metamfetaminin miqdarının onlar tərəfindən qanunsuz olaraq artırılması ilə bağlı fikirləri həqiqəti əks etdirmir və özünümüdafiə xarakterlidir. Şahid Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin əməliyyat müvəkkili şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ## #### 2025-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o, Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin əməliyyat müvəkkilləri şahid3 və şahid1 Gülhüseyn oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə saat 23 radələrində əldə etdikləri məlumat əsasında Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsinə getmişlər. Saat 23:03-də həmin küçədə «Mədəniyyət evi»nin arxasında olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, üzərinə yoxlama aparılacağını bildirmişlər. Həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, o cümlədən saxlanıldığı andan müdafiəçinin yardımından istifadə etmək hüququnun olmasını izah etmişlər. Bu proses videoçəkilişlə aparılmışdır. Təqsirləndirilən şəxs da üzərinə yoxlama aparılmasına etiraz etməmiş və bundan sonra sonuncuya təklif etmişlər ki, əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə varsa onları təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümə baxılan zaman içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs ağ rəngli maddənin «patı» deyilən psixotrop maddə metamfetamin olduğunu, onu tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm qablaşdırılmış və götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmış, lakin başqa hər hansı bir əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Sonra videoçəkiliş dayandırılaraq Təqsirləndirilən şəxs onlarla birlikdə Qaradağ RPİ-nin 10-cu PŞ-yə gəlməsi təklif olunmuş, sonuncu da razılaşaraq onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra videoçəkilişlə bağlı protokol tərtib olunmuş və hər bir iştirakçı həmin protokola imza etdikdən sonra Təqsirləndirilən şəxs barəsində raport tərtib olunmuş və şöbənin təhqiqatçısı tərəfindən sonuncu şübhəli şəxs qismində tutulmaqla hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmişdir. Həmçinin təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalara baxış aparılmaqla bununla bağlı protokol tərtib edilmiş və hər bir iştirakçı həmin protokola imza etmişdir. Şahid Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin əməliyyat müvəkkili şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə şahid şahid3 ifadəsi elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində digər şahidlər şahid2 və şahid1 Gülhüseyn oğlu ilə eyniməzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, */**** №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün № *** dairəvi möhür əksi, "Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd büküm (imza) Təqsirləndirilən şəxs" yazısı və imzalar olan zərfdə, 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,560 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,560 qram, tədqiqata cəmi sərf edildi-0,05 qr, qalıq-0,510 qr. Ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 X5-X8 ## ######## 2025-ci il tarixli, **** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ## #### 2025-ci il tarixli “şəxsi axtarış və götürülmə haqqında” protokolla müəyyən edilmişdir ki, ## #### 2025-ci il tarixdə saat 23:03-də Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən «Mədəniyyət evi»nin arxasında polis əməkdaşları tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs üstü polis əməkdaşları tərəfindən yoxlanılır. Belə ki, videogörüntü açılan kimi polis əməkdaşlarının Təqsirləndirilən şəxs yaxınlaşmaqla özlərini təqdim etməsi, Təqsirləndirilən şəxs nə üçün saxlanılması, o cümlədən hüquq və vəzifələri izah olunur, daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunur, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü, sol yan cibindən 01 ədəd mobil telefon, 01 ədəd daraq və pullar çıxarıb təqdim edir, həmin bükümə polis əməkdaşları tərəfindən baxılan zaman içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs ağ rəngli maddənin «patı» deyilən psixotrop maddə metamfetamin olduğunu, onu şəhərdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılır, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmur. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzi vasitəsilə ölçülür və çəkisinin 0,81 qram olması müəyyən edilir. Sonra təqdim olunmuş büküm polis əməkdaşları tərəfindən qablaşdırılmaqla götürülür. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş pul və daraq özünə qaytarılır, mobil telefon isə götürülür. Daha sonra videoçəkiliş dayandırılır. Baxış və götürmə aparılması haqqında protokola əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüyə baxıldıqda müəyyən edilmişdir ki, diskdə Təqsirləndirilən şəxs ## #### 2025ci il tarixdə saat 23:03-də Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən «Mədəniyyət evi»nin arxasında polis əməkdaşları tərəfindən saxlanılaraq üstü yoxlanıldıqdan sonra Qaradağ RPİ-nin 10-cu polis şöbəsinə gətirilməklə üzərindən aşkar olunmuş bükümdəki maddəyə baxış keçirilməsi, həmçinin üzərində şəxsi axtarış aparılması prosesi əks olunmuşdur. Videogörüntüdə Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və qablaşdırılmış büküm açılaraq içərisinə baxılır, həmin vaxt bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olması müşahidə edilir, daha sonra həmin büküm təkrar olaraq təhqiqatçı tərəfindən qablaşdırılır. Sonda videoçəkiliş dayandırılır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə üzərindən psixotrop maddə aşkar olunan şəxsin özünün olduğunu, üzərindən aşkar olunan maddənin özünə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan videogörüntüdən aydın olur ki, videogörüntüdə Qaradağ RPİnin 10-cu polis şöbəsinin inzibati binasındakı xidməti otaqların birində Qaradağ RPİ-nin 10cu PŞ-nin baş təhqiqatçısı, R Əlizamin Ağayev tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və qablaşdırılmış büküm açılaraq içərisinə baxılır, həmin vaxt bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olması müşahidə edilir, daha sonra həmin büküm təkrar olaraq təhqiqatçı tərəfindən qablaşdırılır. Sonda videoçəkiliş dayandırılır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə üzərindən psixotrop maddə aşkar olunan şəxsin özünün olduğunu, üzərindən aşkar olunan maddənin özünə məxsus olduğunu bildirdi. Baxış zamanı qeyd edilən disklərin məzmunu xüsusi proqram vasitəsilə baxıldıqdan və protokola qeyd edildikdən sonra həmin disklər zərflərə qoyuldu. Diskə baxış zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bir daha etiraf etmişdir ki, videogörüntülərdə olan şəxs özüdür, videogörüntülər düzgün çəkilmişdir, şəxsi axtarış zamanı ona qarşı heç bir təzyiqə yol verilməmişdir. İş materiallarında olan “xxxx” MMC-dən daxil olmuş ***** saylı məktuba əlavə edilmiş 01 ədəd diskə baxış keçirərkən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi sonuncu dəfə ## #### 2025-ci il tarixdə saat 20:58də «Bakı şəhəri, Qaradag rayonu, Lokbatan qəsəbəsi, 1-ci massiv» anten dairəsində qeydə alınmışdır. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X11 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olub ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın növünün dəyişdirilməsi və ya yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110(yüz on) manat dövlət büdcəsindən Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Zamin İbrahimov Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(3-6)-588/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-588/2026
18.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver