Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-591/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökmündən Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü ilə (sədrlik edən hakim Azər Tağıyev) ## ####### 1980-cı ildə Biləsuvar rayonu, Ağalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xətai Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Istintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ######## 2025-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməsi və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin ## ### 2025-ci il tarixdən hesablanması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ######## 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhruetmə cəzasının təyin olunmasının nəzərə alınması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri öz həllini tapmışdır. Işin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## ### 2025-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində yerləşən Park Bulvar Ticarət mərkəzinin mənfi 2 mərtəbəsində yerləşən park hisəssində dayanmış zərərçəkmiş şəxs2 məxsus “MercedesBenz” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq (maşının qapısının kilidi açıq olmuşdur) avtomobilin salonunda arxa oturacağın üzərində olan əlçantasın içərisindən 1.000 manat pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə 1.000 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını təkrarən gizli olaraq talama məqsədi ilə ## #### 2025-ci il tarixdə saat 14:30 radələrində ünvan 2 ünvanında yerləşən “Agna” quru-kimyəvi təmizləmə məntəqəsinin qarşısında dayanmış zərərçəkmiş şəxs1 məxsus “Toyota Prado” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq avtomobilin salonundakı idarəetmə panelində olan əşya qutusundan 5.000 manat pul vəsaitini gizli olaraq talamış və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ümumilikdə 5.000 (beş min) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri: Hökmdən dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protesti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmünün cinayət qanununun norması düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü cinayət qanunu norması düzgün tətbiq olunmaqla dəyişdirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2023-cü il tarixli qərarı üzrə çəkilməmiş qalan 1 (bir) il 5 (beş) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 04 may və ## #### 2025-ci il tarixlərdə, yəni barəsində Xətai Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətmiş, lakin məhkəmə təqsirləndirilən şəxsə cinayətlərin deyil, hökmlərin məcmusu üzrə cəza təyin etməklə cinayət qanununun yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Həmin hökmdən məhkum edilmiş Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının nəzərə alınaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ######## 2025-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın azaldılması, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökmünün dəyişdirilərək cəzasının azaldılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü ilə cəza təyin edilən zaman “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarı nəzərə alınmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ######## 2025-ci il tarixli hökmü ilə təyin edilən 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Amnistiya Aktının tətbiqi dairəsinə düşdüyündən cəzasının 6 ay azaldılmasını xahiş edir. Himayəsində olan övladlarından biri birinci qrup əlildir, serebral iflic xəstəliyindən əziyyət çəkir. Azyaşlı övladlarına görə və övladı birinci qrup əlil olduğuna görə cəzası 6 ay azaldılmalıdır. Hökmdən zərərçəkmiş şəxslər apellyasiya şikayəti verməmişlər. Apellyasiya protestinə və apllyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X3 apellyasiya protestinin məzmununa uyğun çıxış edərək, verilmiş apellyasiya protestinin təmin edilməsi, birinci instansiya məhkəməsinin hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilməsi barədə qərar çıxarılmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökmünün dəyişdirilərək, barəsində amnistiya aktının tətbiq edilməklə cəzasının azaldılmasını, apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Işin hüquqi məsələləri: Apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Apellyasiya protestinin dəlillərində hökmün cinayət qanunu normasının düzgün tətbiq edilməsi əsası ilə dəyişdirilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlillərindən, görünür ki, məhkum edilmiş şəxs barəsində amnistiya aktının tətbiq edilərək cəzasının azaldılmasını xahiş etmiş, əməlin hüquqi tövsifi mübahisələndirilməmişdir. Bununla belə məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdıraraq, sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gəlmiş və işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrinə müqayisəli şəkildə qiymət verərək, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmə hökmü cinayət əməlinin tövsifinə dair hissədə cinayət işinin materiallarına tam uyğun çıxarılmışdır. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş protestin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Apellyasiya protestinin dəlili cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun norması düzgün tətbiq olunmaması ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlilləri ilə razılaşaraq ona münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən hazıki hökmlə təyin etdiyi 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ######## 2025-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirərək Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Qeyd edilir ki, məhkəmə bu zaman tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq etməklə cinayət qanunu normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, hazırki cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökmünün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmündən sonra çıxarılsa da, lakin ittihama əsasən Təqsirləndirilən şəxs tərəfindən hazırki iş üzrə cinayət əməli ## ### 2025-ci il və ## #### 2025-ci il tarixlərdə, yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ######## 2025-ci il tarixli hökmünün çıxarılmasından əvvəl törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. - 67.1-ci maddəsində isə göstərilmişdir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin ## ###### 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinin normalarından aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Qeyd edilir ki, cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə təqsirləndirilən şəxsə hökmlərin məcmusu üzrə deyil, cinayətlərin məcmusu üzrə cəza təyin etməli idi. Bundan başqa, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətində himayəsində yetkinlik yaşına çatmayan övladı olması, övladlarından birinin birinci qrup əlil olması əsası ilə “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiqi dairəsinə düşdüyündən cəzasının 6 ay azaldılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkum edilmiş Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Hesab edilir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini düzgün müəyyən etmişdir. Hökmdən görünür ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun himayəsində iki övladının olmasını və uşağı X4 birinci qrup əlil olması, Kvadroplegik spastik serebral iflic xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirib, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, onun törədilməsi halları, əməlindən peşman olması, zərərçəkmiş şəxslərin şikayətçi olmaları və onlara vurulmuş ziyanın ödənilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal olaraq əməlində cinayətlərin residivinin olması nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinin tələblərinə əməl edilmişdir. Bundan başqa, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin ## ###### 2025-ci il tarixli qərarında qeyd olunur: -1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): -1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Qərarın 9-cu bəndində qeyd olunur ki, Bu Qərarın 1–3-cü hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş, həmçinin həmin tarixədək qüvvəyə minmiş məhkəmə qərarları əsasında cəza təyin edilmiş və ya şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraq vaxtından əvvəl azad edilmiş, habelə bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslər barəsində tətbiq edilir. Lakin hazıki cinayət işi üzrə ittiham hökmü ## ###### 2026-cı il tarixdə, yəni, qeyd edilən Qərarın qüvvəyə mindiyi tarixdən sonra qəbul edilmişdir. Göründüyü kimi, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiqi dairəsinə düşmədiyindən məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində qeyd edilən Qərarın tətbiqi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 399.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə təyin edilən cəza cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmadığı halda, apellyasiya instansiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin hökmünün və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 403-cü maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi, cinayət qanunu normasının düzgün şərh edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanununun normasının düzgün tətbiq edilməməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 404-cü maddəsinin tələbinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə və həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən, cəzanın sərtliyinə görə cinayətin ağırlığı və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, cəza yüngülləşdirdikdə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya protesti təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü cinayət qanununun norması düzgün tətbiq olunmaqla dəyişdirilməli, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü məhkum edilmiş Təqsirləndirilən şəxs cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ######## 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplanılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 3 (üç) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Aqil Musayev Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(3-6)-591/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-591/2026
11.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver