Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-592/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi ilə, Əliyeva Aytən Heydər qızı və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı3, Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçisi “Ekol” vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, ##.##.1989-cu ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, Biləsuvar rayonu, Xırmandalı ərazi dairəsi, Xırmandalı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsi, * saylı evdə yaşamış. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası ## ###### 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xitam edilmiş və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilmiş, Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilmiş və onun ##.##.2024-cü il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində “F11.2” diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınması müəyyən edilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaarq narkotik vasitə olan heroini xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,246 qram qəhvəyi rəngli maddə kustar üsulla hazıranmış narkotik vasitə heroini xeyli miqdarda əldə edib üzərində saxlayaraq daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşı tərəfindən ##.##.2025-ci il tarixdə saat 16:30-da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsi, * saylı evin ** saylı girişində saxlanılaraq Bakı şəhəri, Səbail rayonu, Badamdar Şossesi ** saylı ünvanında yerləşən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 17:50-dən etibarən müdafiəçinin iştirakı ilə videoçəkilişlə onun üzərinə aparılan şəxsaxtrış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibində daşıdığı 01 (bir) ədəd “Kent” markalı qara rəngli siqaret qutusunun içərisindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,246 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının cinayət qanunu norması düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və suverenlik ili” münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarını tətbiq edib onu cəzadan azad etsə də barəsində narkomaniyadan məcburi müalicə təyin etməklə yanlışlığa yol vermişdir. Belə ki, məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş və ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmışdır. Lakin, məhkəmə Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edərkən niyə məhz məcburi müalicənin saxlanılmasının zəruri olduğunu əsaslandırmamış, yəni tibbi və ya hüquqi əsas gətirməmişdir. Qərardan göründüyü kimi, şəxs cinayət məsuliyyətindən azad edildikdən sonra onun barəsində məcburi müalicənin təyin edilməsi faktiki olaraq dolayı cəza funksiyasını yerinə yetirir. Bu isə amnistiya aktının mahiyyətinə zidd olmaqla təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdırır. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçisi apellyasiya protestinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs hazırda narkotik vasitədən istifadə etmədiyini bildirdi. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya protesti təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri edərək bildirir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası CPMin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun özünün qismən etirafı və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinə münasibətdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilməsi üçün hər hansı əsas görmür. Belə ki, iş materiallarında olan: - Ekspert materialların məhkəmə ekspertizasının */*** saylı, ## ###### 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...." yazıları olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,246 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroinin təmiz çəkisi 0,246 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq çəkisi 0,196 qram. ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildirlər. -Respublika Narkoloji Mərkəzinin ##.##.2025-ci il tarixli, **** №-li ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində “F11.2” diaqnozu ilə dispanser qeydiyyatdadır. -Elektron məhkəmə elektron sisteminin çıxarışından və iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı var - ##.##.2019-cu il təvəllüdlü X1. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: - ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək Binəqədi Rayon Polis İdarəsi tərəfindən məsuliyyətə cəlb olunmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün müddət, ## ######## 2025-ci il tarixdən ## ####### 2025-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 14 (on dörd) gün müddət, yəni ümumilikdə 01 (bir) ay 16 (on altı) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmış, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 8 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumqayıt Şəhər Probasiya Şöbəsinin ## ###### 2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Həmçinin iş materiallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik və psixotrop maddələrdən istifadə edir. Belə ki, narkotik və psixotrop maddələrdən istifadə etmədikdə onun bədənində küt ağrılar olur.Bununla yanaşı narkotik və psixotrop maddələrdən kənarda qala bilmədiyindən yenidən müxtəlif və şəxsiyyəti barədə məlumatı olmayan şəxslərdən müxtəlif ünvanlardan pul müqabilində alaraq özü üçün istifadə edir.Buna baxmayaraq narkotik vasitə asıllığından özünü qurtarmaq üçün müalicələr alsa da, bunun bir nəticəsi olmamışdır və son vaxtlar yenidən mütəmadi olaraq narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Əməlindən peşmandır, bir daha analoji hallara yol verməyəcəyinə söz verir. Belə ki, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Respublika Narkoloji Mərkəzinin ##.##.2025-ci il tarixli, **** №-li ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində “F11.2” diaqnozu ilə dispanser qeydiyyatdadır. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi narkotik vasitə asıllığından əziyyət çəkən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni cinayətlər törətməsinin qarşısının alınmasından ibarətdir. İş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs özü də dəfələrlə ifadələrində narkotik və psixotrop maddələrdən istifadə etdiyini, narkotik və psixotrop maddələrdən istifadə etmədikdə onun bədənində küt ağrılar olduğunu, narkotik və psixotrop maddələrdən kənarda qala bilmədiyini bildirmişdir. Belə olduğu halda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Məcburi müalicənin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı apellyasiya protestinə münasibətdə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmadır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş “Ekol” vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saat hüquqi xidmətə görə müdafiəçi1 165 (yüz altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi “Ekol” Vəkil Bürosunun hesabına köçürülməlidir Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saat hüquqi xidmətə görə müdafiəçi1 165 (yüz altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi “Ekol” Vəkil Bürosunun hesabına köçürülsün Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-592/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-592/2026
14.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver