Məhkəmə qərarları › İş №1(3-6)-595/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-595/2026

30.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-595/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, Qarayeva Mehriban Cəfər qızı və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçiləri müdafiəçi2 və müdafiəçi1 iştirakı ilə, ## #### 1983-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğunun Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə olduğu 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası kimi hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 10 (on) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzanın icrasının əvvəlinin Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsinin qoyulması, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə mülki iddianın baxılmamış saxlanılması hökm edilmişdir. Hökmə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ## #### 2017 ci il tarixli Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbə Bələdiyyəsinin Torpaq və Ərazi İdarəetmə tərəfindən onun anası şahid1 Kürdəxanı “T” Bağ massivində şərti olaraq 1141Z bağ nömrəsi ilə verilmiş faktiki onun mülkiyyətinə olan 3000,0 m2 bağ sahəsinə dair anası şahid1 adından ## ###### 2019-cu il tarixli AR-İ № ****** saylı Zərərçəkmiş şəxs adına etibarnamə verməklə satacağı barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə ## ###### 2019-cu il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsində yerləşən «Samovar» adlı çayxanada 4000 manat, 2019-cu ilin dekabr ayının sonlarında Xətai rayonu, Nargilə dairəsində yerləşən servisdə 5000 manat, 2020-ci ilin yanvar ayının əvvəllərində Xətai rayonu, “Ukrayna” dairəsinin yaxınlığında 1000 manat, 2020-ci ilin yanvar ayının ortalarında Xətai rayonu, Nargilə dairəsində yerləşən servisdə 500 manat, 2020-ci ilin yanvar ayının sonlarında həmin ünvanda 800 manat, 2020-ci ilin yanvar ayının sonlarında həmin ünvanda 200 manat, 2020-ci ilin fevral ayının əvvəllərində həmin ünvanda 500 manat, 2020-ci il n fevral ayının sonlarında Xətai rayonu, Babək prospekti 43A-da yerləşən “Audi” servisin yaxınlığında 1000 manat, 2020-ci ilin marı ayının əvvəllərində Xətai rayonu, Nargilə dairəsində yerləşən servisdə 600 manat və 2020-ci ilin mart ayının ortalarında ünvan 3 ünvanının qarşısında 2000 manat, cəmi 16500 manat pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirdikdən sonra ## ###### 2021-ci il tarixdə bağ sahəsinə görə Zərərçəkmiş şəxs adına verilmiş etibarnaməni ləğv etdirərək zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Aslan oğluna ümumilikdə 16500 (on altı min beş yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Apellyasiya protestinin və şikayətlərinin dəlilləri: Hökmdən Azərbaycan Respublikası Baş Prokurorluğunun Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2 apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs barəsində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmünün ona cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilərək dəyişdirilməsini xahiş edilmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ümumilikdə 16500 manat məbləğində maddi ziyan vurmuşdur. Lakin məhkəməyədək icraat dövründə və məhkəmə dövründə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsi üçün kifayət qədər zamanı olmasına baxmayaraq, ziyan ödənilməmiş, ümumiyyətlə bu istiqamətdə heç bir təşəbbüs göstərilməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyandan hər hansı məbləğdə ödəniş edilmədiyi halda, məhkəmə tərəfindən təqsirləndirilən şəxsə həmin cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmaqla ona əsassız olaraq humanist mövqedən yanaşılmış, zərərçəkmiş şəxsin ona vurulmuş maddi ziyanın ödənilməsində israrlı və təqsirləndirilən şəxsə qarşı şikayətçi olmasını nəzərə almadan ona yüngül cəza təyin etməkdə haqlı olmamış, bununla da zərərçəkmiş şəxsin mənafeyini nəzərə almamışdır. Bundan başqa, hökmdən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü qeyri-səmimi apararaq törətmiş olduğu cinayət əməlini etiraf etməmiş, özünü ümumiyyətlə təqsirli bilməmişdir və belə olan halda törətmiş olduğu əməldən peşmançılıq hissi də keçirməmişdir. Məhkəmə bu halı və vurulmuş ziyanın aradan qaldırılmadığını nəzərə almadan təqirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası deyil, azadlığın məhdudlaşdırılması cəzası təyin etməkdə haqlı olmamış və məhkəmənin bu mövqeyi hüquqi nöqteyi nəzərdən anlaşılmazdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası nə cinayətin xarakterinə, nə ictimai təhlükəlilik dərəcəsinə, nə də ki törədilmə hallarına uyğun olmamışdır. Cəza təyini zamanı məhkumun törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəliliyi nəzərə alınmadığı halda Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədinə nail olmaq mümkün deyildir. Bu məqsədə nail olmaq üçün üsul və vasitələrin tətbiqi cinayət işinin konkret hallarından və təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətindən asılı olaraq dəyişir. Təqsirləndirilən şəxs törətdiyi cinayətdə təqsirini ümumiyyətlə etiraf etməməsi, barəsində bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilməsini bildirməsi isə onun islah yoluna qədəm qoymaq niyyətində olmadığını göstərir. Cəza təyin edilərkən nəzərə alınmalı olan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də təqsirkarın şəxsiyyətinə münasibətdə protestin yuxarıda şərh olunan dəlilləri məhkəmənin gəldiyi nəticədən fərqli olaraq Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkünlüyünü istisna edir. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 178.2.4cü maddəsi ilə təqsirli bilib ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin etdiyi halda, qeyd olunan maddənin sanksiyasında nəzərdə tutulmuş həmin cəzanın həddini də aşağı müəyyən etmişdir. Hökmdən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının dəyişdirilərək azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilir. Belə ki, cinayət qanunvericiliyinə əsasən cinayətin dörd tərkib əlaməti mövcuddur - cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhəti. Həmin tərkib əlamətlərinin birinin olmaması cinayəti istisna edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri zərərçəkmiş şəxs, şahidlərin ifadələri və işdə olan digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsi ilə bağlı onu qeyd etmək istəyir ki, həmin əməlin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən törədildiyi tam sübuta yetirilmişdir və məhkəmə bu hissədə yanlış nəticəyə gələrək həmin şəxsin təqsirsizlik prezumpsiyası hüququnu təmin etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 285.5-ci maddəsinə əsasən cinayət işinin materialları ilə tanış olan şəxslər ona aid zəruri sənədlərdən çıxarışlar etmək, surət çıxarmaq, maddi sübutların fotoşəklini çəkmək hüququna malikdirlər. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin bu tələblərinə riayət edilməməsi cinayət hakimə icraatında çəkişmə prinsipinin pozulmasına və təqsirləndirilən şəxsin ədalətli məhkəmə hüququ başda olmaqla bir sıra konstitusion hüquqları pozulmuşdur. Hökmdə qeyd edilmişdir ki, beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi dələduzluq əməli CM-nin 178.2.4cü maddəsi ilə tamammilə əhatə olunaraq düzgün tövsif edilmişdir. Hökmdən həmçinin məhkum edilmiş şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslarla yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barədə verilmiş ittihama əsasən o, özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından suiistifadə edərək ## #### 2017-ci il tarixli Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbə Bələdiyyəsinin Torpaq və Ərazi İdarəetmə tərəfindən onun anası şahid1 Kürdəxanı “T” Bağ massivində şərti olaraq 1141Z bağ nömrəsi ilə verilmiş faktiki onun mülkiyyətinə olan 3000,0 m2 bağ sahəsinə dair anası şahid1 adından ## ###### 2019-cu il tarixli AR-İ № ****** saylı Zərərçəkmiş şəxs adına etibarnamə verməklə satacağı barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə ## ###### 2019-cu il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsində yerləşən «Samovar» adlı çayxanada 4.000 manat, 2019-cu ilin dekabr ayının sonlarında Xətai rayonu, Nargilə dairəsində yerləşən servisdə 5.000 manat, 2020-ci ilin yanvar ayının əvvələrində Xətai rayonu, “Ukrayna” dairəsinin yaxınlığında 1.000 manat, 2020-ci ilin yanvar ayının ortalarında Xətai rayonu, Nargilə dairəsində yerləşən servisdə 500 manat, 2020-ci ilin yanvar ayının sonlarında həmin ünvanda 800 manat, 2020-ci ilin yanvar ayının sonlarında həmin ünvanda 200 manat, 2020-ci ilin fevral ayının əvvələrində həmin ünvanda 500 manat, 2020-ci ilin fevral ayının sonlarında Xətai rayonu, Babək prospekti 43A-da yerləşən “Audi” servisin yaxınlığında 1.000 manat, 2020-ci ilin marı ayının əvvələrində Xətai rayonu, Nargilə dairəsində yerləşən servisdə 600 manat və 2020-ci ilin mart ayının ortalarında ünvan 4 ünvanının qarşısında 2.000 manat, cəmi 16.500 manat pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirdikdən sonra ## ###### 2021-ci il tarixdə bağ sahəsinə görə Zərərçəkmiş şəxs adına verilmiş etibarnaməni ləğv etdirərək zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Aslan oğluna ümumilikdə 16.500 (on altı min beş yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etməsinə dair Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış X3 ifadəsində göstərmişdir ki, 2019-cu ilin dekabr ayında yuxarıda qeyd edilmiş Təqsirləndirilən şəxs məxsus olan torpaq sahəsini 50.000 AZN müqabilində satın almaq barədə sonuncu ilə razılaşmışlar, bunun üçün təqsirləndirilən şəxsin anası ## ###### 2019-cu il tarixdə ona etibarnamə vermişdir. O, həmin şifahi razılaşmanın əsasında 6 ay ərzində ümumilikdə Təqsirləndirilən şəxs hissə-hissə olmaqla 16500 AZN vermişdir. 2020ci ilin iyul ayında həbs edilərək 2022-ci ilin iyun ayında həbsdən azad edilmişdir. Həmin müddət ərzində ümumiyyətlə Təqsirləndirilən şəxs torpaq sahəsi üzrə razılaşmaya əsasən heç bir ödəniş etməmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayında anası tərəfindən onun adına verilmiş etibarnaməni ləğv etdirməsini özünə qarşı dələduzluq hesab etmişdir. İş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs isə Ravil Əhmədovun ona 12500 AZN pul verməsini, ********** mobil nömrəni 4000 AZN hesablamaqla ona istifadə etmək üçün verərək qısa müddət sonra ləğv etdirdiyini, eyni zamanda hissə-hissə ödəməsi üçün aldığı ``BMW`` marakalı avtomobili bir müddət sonra motorunun tamamilə sıradan çıxdığını, onun xərclərini özünün çəkdiyini, bu barədə Ravilə məlumat verdiyini, həmin puldan avtomobilin motorunu təmir etdirdiyini, 2021-ci ilin yanvar ayınadək Ravili gözlədiyini, buna baxmayaraq sonuncunun CM-nin 179.4-cü maddəsi ilə həbs edildiyini, xüsusilə küli miqdar zərər vurmasını nəzərə alaraq onun torpaq sahəsini əldə etmək üçün pul ödəyə bilməyəcəyini fikirləşərək etibaranməni ləğv etdirdiyini, bundan 1 il 6 ay sonra Ravilin həbsdən azad olunduğunu, ümumiyyətlə Ravilə qarşı dələduzluq etmədiyini, ilkin razılaşdıqları kimi 50.000 AZN verəcəyi təqdirdə torpaq sahəsini adına rəsmiləşdirə biləcəyini ifadəsində göstərmişdir. İş üzrə şahid qismində ifadə vermiş şahid2 hər iki tərəfin göstərdiyi xüsusatlara uyğun ifadə verərək ümumiyyətlə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı dələduzluq etməsinə dair hər hansı xüsusat bildirməmişdir. şahid2 zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs 4 min AZN müqabilində mobil nömrə verməsini də təsdiq edərək sonradan həmin nömrənin ləğv edilməsini, ümumiyyətlə isə təqsirləndirilən şəxsin adına rəsmiləşdirilmədiyini bildirmişdir. ##.##.2025-ci il tarixdə işə baxan məhkəmə Təqsirləndirilən şəxs cinayət törətməkdə təqsirli bilərək barəsində ittihamverici əsaslarla hökm çıxarmışdır. Buna baxmayaraq işə baxan məhkəmə tərəfindən çıxarılmış hökmdə ümumiyyətlə Təqsirləndirilən şəxs əməlində cinayət olub-olmaması, əgər cinayət olmuşdursa cinayətin obyektiv cəhətini əhatə edən əməlin nədən ibarət olması, məhkəmə istintaqı ilə hakimin gəldiyi nəticələr, Təqsirləndirilən şəxs təqsirli sayılması üçün sübutların kifayət etməsinə dair hər hansı mövqe qeyd edilməmişdir. Belə ki, hökm təqsirləndirilən, zərərçəkmiş və şahidin ifadələri, eyni zamanda iş materia larına əlavə edilmiş sənədlərin sıralanması və qət etdi hissədən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarınına əsasən, ittiham hökmü ehtimalara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. ##.##.2025-ci il tarixli hökm isə zərərçəkmiş şəxsin bildirdiklərindən başqa heç bir mötəbər sübutla təsdiq edilmədiyi halda məhkəmə tərəfindən ittihamverici əsaslarla hökm çıxarılmışdır. Halbuki, Azırbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin qərarında müdafiə tərəfinin məhkəmə qarşısında kifayət qədər əsaslandırılmış vəsatət qaldırdıqda, belə vəsatətə ətraflı münasibət bildirmək məhkəmənin vəzifəsidir. Müvafiq olaraq, müdafiə tərəfi vəsatətdə tutarlı əsaslar göstərdikdə, onun rədd edilməsi barədə qərar qəbul edən məhkəmə ciddi və ətraflı əsaslara istinad etməli olması göstərilmişdir. Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş şəxsin onu aldatdığını, 4000 AZN hesablamaqla istifadə etməsi üçün mobil nömrə verməsini, nömrəni onun adına rəsmiləşdirəcəyini, lakin qısa müddət sonra mobil nömrəni ləğv etdirdiyini bildirmiş, lakin birinci instansiya məhkəməsi həmin halı araşdırmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin “BMW” markalı avtomobili istifadə edərkən motorunu tamamilə yararsız vəziyyətə salması, lakin onu təmir etdirməkdən boyun qaçırmasını, özünün isə məcbur qalaraq avtomobili təmir etdirdiyini, bunun üçün təxminən 10.000 AZN xərcinin olmasını bildirmişdir. Maraqlıdır ki, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlara zərərçəkmiş şəxs tərəfindən etiraz edilməmişdir. Lakin, işə baxan məhkəmə həmin halara da əhəmiyyət verməməklə yanaşı ümumiyyətlə hökmdə də göstərməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 1.2.2-ci maddəsinə əsasən, cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. Həmin məcələnin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli halar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinə əsasən, dələduzluq dedikdə aldatma və ya etibardan sui-istifadə etməklə özgəsinin əmlakını talamaq nəzərdə tutulmuşdur. İş materialarına nəzər yetirən zaman Rabil Əhmədovun hüquqlarını müdafiə etdiyim şəxslə torpaq sahəsini almaq üçün 50.000 AZN müqabilində razılaşması, 12500 AZN pulu 6 ay ərzində hissə-hissə olmaqla ödəməsi, 4000 AZN pulu isə adına rəsmiləşdirəcəyi vədi ilə mobil nömrə verməsi, sonradan həmin nömrəni ləğv etdirməsi, altı aydan sonra özünün cinayət məsuliyyətinə cəlb edilərək həbs edilməsi, 10 ildən 15 ilədək cəza nəzərdə tutulan cinayət əməlində təqsirli bilinməsi, iki ildən sonra azadlığa buraxılması, azadlığa çıxdıqdan sonra da ödənişi davam etdirməməsi, təqsirləndirilən şəxsin isə əksinə Rabil Əhmədov həbs edildikdən sonra da onu 7 ay gözəlməsi, məhkəmədə işə baxılan zaman da torpaq sahəsinin ilkin razılaşmaya uyğun olaraq 50.000 AZN-ə sata biləcəyini bildirməsi onun əməlində dələduzluq cinayətinin olmadığını təsdiq edən haldır. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya protestini müdafiə edərək, məhkəmədən apellyasiya protestinin və zərərçəkmiş şəxsin apellyasiya şikayətinin təmin edilməsini, məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs və onun müdafiəçiləri təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsini, dövlət ittihamçısının apellyasiya protestinin və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs öz apellyasiya şikayətinin, həmçinin apellyasiya protestinin təmin edilməsini, məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. İşin hüquqi məsələləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403- 405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya protesti qismən, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilməli, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Aslan oğlunu 2019-cu ildə tanışı şahid2 vasitəsi ilə tanımışdır. Əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Rabili bizneslə məşğul olan şəxs kimi tanımışdır. Anası Xanımnisənin adına olmaqla faktiki ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları 1141 Z nömrəli 30 sot torpaq sahəsi olmuşdur. Həmin bağ sahəsini satmaq qərarına gəlmiş və bu barədə tanışlarına demişdir. 2019-cu ildə söhbət zamanı Azad ona Rabilin həmin torpaq sahəsini almaq istədiyini demişdir. Bu barədə Rabillə görüşən zaman danışmışdır. Rabillə birlikdə gedib torpaq sahəsinə baxış keçirmiş və Rabil həmin yeri almaq istədiyini demişdir. Əslində 4 dükan və 30 sot torpaq sahəsini 50.000 manata Rabilə satmaq barədə razılaşmışlar. Rabil ilkin olaraq 2019-cu ilin dekabr ayının əvvəllərində ona 3.000 manat pul beh kimi vermişdir. ## ###### 2019-cu il tarixdə Rabilin adına anası Xanımnisənin adından etibarnamə vermişdir. Rabil bir ay ərzində bütün pulu ödəyəcəyini demişdir. 2020ci ilin mart ayının ortalarına qədər Rabil hissə-hissə olmaqla ona 12.500 manat pul vermişdir. Bundan əlavə Rabil ona ***-***-**-** saylı mobil nömrəni verib 4.000 manata qiymətləndirmişdir. Beləliklə Rabil ona 16.500 manat pul vermiş olmuşdur. O da Rabilə avtomobil vermiş, motorunu xarab edib qaytarmışdır. Rabilin bildirdiyi vaxt keçməsinə baxmayaraq sonuncu torpağın pulunu tam şəkildə ödəməyib hər dəfə müxtəlif bəhanələr gətirmişdir. ## #### 2020-ci il tarixdə Rabil törətdiyi cinayət əməlinə görə həbs olunmuşdur. Rabil tutulduqdan sonra da bir neçə dəfə Rabil və sonuncunun qardaşı ilə danışıb torpaq, sataraq onun pulunu verməsini demişdir. Bir müddət sonra ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və həmin nömrə ilə danışan zaman danışan şəxs qeyd olunan nömrəni özünün aldığını demişdir. O, Rabilin onu aldatdığını və pulunu verməyəcəyini başa düşüb ##.##.2021-ci il tarixdə etibarnaməni ləğv etdirmişdir. Daha sonra Rabil həbsdən çıxmış və Rabillə görüşmüşdür. Rabilə torpağı satmasını və pulunu verməsini demişdir. Rabil isə onu hədələyərək şikayət edəcəyini bildirmişdir. Rabil pulu ödəmədiyi və verdiyi 050-211 **-** saylı mobil nömrəni başqa şəxsə satdığı üçün sonuncunun adına verilmiş etibarnaməni ləğv etdirmişdir. Hazırda borcu hissə-hissə ödəməklə bağlı zərərçəkmiş şəxsə müraciət etmiş, razılaşmamışdır. Göstərilənlərə əsasən barəsində bəraətverici hökm çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı şahid2 vasitəsi ilə tanımışdır. 2019cu ilin dekabr ayında Azadla bir yerdə olan zaman Taleh onların yanına gəlmişdir. Söhbət zamanı Taleh özünə məxsus Kürdəxanı kəndində yerləşən 0,30 ha torpaq sahəsi olduğunu və satmaq istədiyini demişdir. O da Talehə torpaq sahəsinə baxmağı və münasib qiymətə verərsə ala biləcəyini bildirmişdir. Bir neçə gün sonra Azad və o, birlikdə Talehlə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı kəndində görüşərək Ləhiş bağ massivində yerləşən sahəyə baxmışdır. Torpaq sahəsi yarımçıq hasarlanmış vəziyyətdə olmuş və üzərində heç bir tikili olmamışdır. Taleh torpaq sahəsini 30.000 manata satdığını bildirmişdir. Torpaq sahəsi Talehə Sabunçu rayonu, Kürdəxanı Bələdiyyəsinin sənədi əsasında verilmişdir. Talehlə torpaq sahəsini 30.000 manata almağa razılaşmış, lakin pulu hissə-hissə 6 ay ərzində ödəyəcəyini bildirmişdir. Taleh onunla razılaşmış və ## ###### 2019-cu il tarixdə saat təxminən 11 radələrində Azadla birlikdə Talehlə Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsində yerləşən «Samovar» adlanan çayxanada görüşmüşdür. Talehə Azadın yanında ilkin olaraq 4900 manat pul vermişdir. ## ###### 2019-cu il tarixdə şəxsiyyət vəsiqəsini Talehə vermiş və Taleh anasının adından ** saylı notariat kontorda təsdiq olunmuş ## ###### 2019-cu il tarixli AR-İ № ****** saylı etibarnaməni ona təqdim etmişdir. Həmin etibarnamə əsasında torpaq sahəsi üzərində olan hüquqları anası ona həvalə etmişdir. 2019-cu ilin dekabr ayının son günlərində saat 12 radələrində Talehlə Bakı şəhəri, Xətai rayonu, Nargilə dairəsində yerləşən servisdə görüşərək sonuncuya 5000 manat pul vermişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində Talehlə Bakı şəhəri, Xətai rayonu, “Ukrayna” dairəsi adlana yerin yaxınlığında görüşüb 1000 manat vermişdir. 2020-ci ilin yanvar ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, Nargilə dairəsində yerləşən servisdə görüşərək 500 manat, 2020-ci ilin yanvar ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Nargilə dairəsində yerləşən servisdə görüşərək 800 manat, 2020-ci ilin yanvar ayının sonlarında təkrarən Bakı şəhəri, Xətai rayonu, Nargilə dairəsində yerləşən servisdə görüşərək 200 manat, 2020-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Nargilə dairəsində yerləşən servisdə görüşərək 500 manat, 2020-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 43A-da yerləşən “Audi” servisin yaxınlığında tanışı Fəridin yanında 1000 manat, 2020-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Nargilə dairəsində yerləşən servisdə görüşərək 600 manat, sonuncu 2000 manat pulu 2020-ci ilin mart ayının ortalarında Talehlə NZS qəsəbəsində görüşərək evlərinin yanında vermişdir. 2019-cu ildən 3 aya, yəni 2020-ci ilin mart ayınadək 16500 manat vermişdir. ## #### 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq idarəsində CM-nin 179.4-cü maddəsi ilə istintaq olunan cinayət işi üzrə təqsirli bilinib barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Buna görə də Talehə pulu tam şəkildə ödəyə bilməmişdir. Bu barədə Talehə məlumat verib vermiş pulu tezliklə ödəyəcəyini bildirmişdir. ## ##### 2021-ci il tarixdə o, azadlığa çıxmışdır. O, işləri ilə maraqlanan zaman Talehin ##.##.2021-ci il tarixdə etibarnaməni ləğv etdirdiyini öyrənmişdir. Etibarnamə ləğv olunduğu üçün dələduzluq etdiyini düşünmüşdür. Talehlə görüşüb bu barədə bildirmişdir. Taleh isə pulu gecikdirdiyi üçün etibarnaməni ləğv etdirdiyini və həmin torpaq sahəsinə, yeni sənəd aldığını bildirmişdir. Həmin vaxt Talehə verdiyi 16.500 manat pulu geri tələb etmişdir. Taleh isə söz vermişdir ki, torpaq sahəsini salıb onun pulunu verəcək. Buna baxmayaraq sonradan məlum olmuşdur ki, Taleh torpaq sahəsini başqa şəxsə satmış və onun 16.500 manat pulunu verməmişdir. Taleh ona torpaq satmaq adı ilə 16.500 manat pul almışdır. Həmin 16500 manat puldan əlavə ***-***-**-** saylı mobil nömrəni vermişdir. Sonradan nömrənin qiyməti ilə razılaşmadıqları üçün nömrəni ləğv etdirmişdir. Hazırda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 5 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs isə 20 ildən çoxdur ki tanıyır, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2019-cu ilin dekabr ayında Rabillə bir yerdə olan zaman Taleh onların yanına gəlmişdir Söhbət zamanı Taleh özünə məxsus Kürdəxanı kəndində yerləşən 0,30 ha torpaq sahəsi olduğunu və satmaq istədiyini demişdir. Rabil də Talehə torpaq sahəsinə baxmağı və münasib qiymətə verərsə ala biləcəyini bildirmişdir. Bir neçə gün sonra Rabil və o, birlikdə Talehlə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı kəndində görüşərək Ləhiş bağ massivində yerləşən sahəyə baxmışlar. Torpaq sahəsi yarımçıq hasarlanmış vəziyyətdə olmuş və üzərində heç bir tikili olmamışdır. Taleh torpaq sahəsini 30.000 manata satdığını bildirmişdir. Torpaq sahəsi Talehə Sabunçu rayonu, Kürdəxanı Bələdiyyəsinin sənədi əsasında verilmişdir. Rabil Talehlə torpaq sahəsini 30.000 manat almağa razılaşmış, lakin pulu hissə-hissə 6 ay ərzində ödəyəcəyini bildirmişdir. Taleh Rabil ilə razılaşmış və ## ###### 2019-cu il tarixdə saat təxminən 11 radələrində Rabil onunla birlikdə Talehlə Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsində yerləşən «Samovar» adlanan çayxanada görüşmüşlər. Rabil Talehə onun yanında ilkin olaraq 4000 manat pul vermişdir. ## ###### 2019-cu il tarixdə Taleh anasının adından notariat kontorda təsdiq olunmuş etibarnaməni Rabilə təqdim etmişdir. Sonra Rabil hissə-hissə Talehə 16500 manat pul vermişdir. ## #### 2020-ci il tarixdə Rabil barəsində “həbs” qətimkan tədbiri seçilmiş, buna görə də Talehə pulu tam şəkildə ödəyə bilməmişdir. ## ##### 2021-ci il tarixdə Rabil azadlığa çıxmışdır. X1 ##.##.2021-ci il tarixli etibarnaməni ləğv etdirdiyini öyrənmişdir. Onlar birlikdə görüşdük Rabil Talehdən pulunu geri istəmişdir. Taleh isə torpağı satdıqdan sonra pulu qaytaracağını bildirmişdir. Şahid şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs doğma oğludur. Zərərçəkmiş şəxs isə Talehin dostu kimi tanımış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Onun adına olmaqla faktiki oğlu Talehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları 1141 Z nömrəli 30 sol torpaq sahəsi vardır. Həmin bağ sahəsini Taleh salmaq qərarına gəlmiş və bu barədə tanışlarına demişlər. 2019-cu ildə Taleh mənə torpaq sahəsini Rabilin almaq istədiyini bildirmişdir. ## ###### 2019-cu il tarixdə Talehin sözünə əsasən Rabilin adına torpaq sahəsi ilə əlaqədar etibarnamə vermişdir. Bir müddəi sonra Taleh Rabillə söhbətlərinin düz gəlmədiyini bildirmiş və etibarnaməni ləğv elətdirməli olduqlarını demişdir.##.##.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Xəzər 6 üniversitelinin yaxınlığında olan notariusa gedib etibarnaməni ləğv elətdirmişdir. Rabillə Taleh arasında olan münasibətlərdən və pul alış verişindən xəbəri olmamışdır. Cinayət işində olan ## ######## 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilərək cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin TŞ-də toplanmış ***/** nömrəli material üzrə TŞ-nin baş təhqiqatçısı, polis R Rı Teymur Ağamirov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə dair ## ##### 2023-cü il tarixli qərar ləğv edilib fakta görə Azərbaycan Respublikası CMin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; (i.v. 1) ## ###### 2019-cu il tarixli AR-1 № ****** etibarnamədən görünür ki, şahid1 Zərərçəkmiş şəxs 10 il müddətinə etibarnamə vermişdir. (i.v.11) ## ##### 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan və toplanmış material üzrə hər hansı bir cinayətin tərkib əlamətləri olmadığından cinayət işi başlanılması rədd edilmişdir. (i.v.14-15) ## ######## 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir; (i.v. 21) ## ######## 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v. 24) Bakı şəhəri ** saylı notariat ofisinin ## ### 2023-cü il tarixli məktubundan və “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri ** saylı notariat ofisində şahid1 tərəfindən ##.##.2019-cu il tarixdə 7E/21684 № ilə reyestrlə verilmiş etibarnamə verilmişdir. Lakin həmin şəxsin ##.##.2021-ci il tarixli ərizəsi ilə qeyd edilən etibarnamə ləğv olunmuşdur. (i.v.35-36) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş ## ######## 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməmişdir. (i.v.42-43) ## ####### 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v.46) ## ##### 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. (i.v.50) ## ##### 2024-cü il tarixli ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutularaq Xətai RPİ-nin MSY-nə təhvil verilməsi qərar alınmışdır. (i.v.53) ## ##### 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədək cinayət işinin üzrə icraatı dayandırılmışdır. (i.v.55) ## #### 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. (i.v.60) ## #### 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v.67-68) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə həbsdə saxlama müddəti 01 ay 21 gün həddində müəyyən edilmişdir. (i.v.80-85) ## #### 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədək cinayət işinin üzrə icraatı dayandırılmışdır. (i.v.86-87) ## ######## 2024-cü il tarixli şəxsin ekstradisiyasını təmin etmək üçün qətimkan etmək üçün qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ## ######## 2024-cü il tarixdə saat 14:30-da Rusiyanın Moskva şəhəri Qolovinski rayonu üzrə DİNŞ-nin əməkdaşları tərəfindən ##.##.1983-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X2 Rusiyanın Moskva şəhəri Qolovinski rayonu üzrə DİNŞ-ə təhvil verilmişdir. (i.v.102-104) ## ######## 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ## ######## 2024-cü il tarixdə saat 17:30-da tutulmuşdur. (Rusiya Federasiyasında) (i.v.105-109) ## ####### 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 06 ay müddətinə, yəni ## #### 2025-ci il tarixədək uzadılmışdır. (i.v.110- 112) ## ###### 2025-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. (i.v.113-114) ## ###### 2025-ci il tarixli vəsatətin təmin edilməməsi barədə qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs vəsatəti təmin edilmədən rədd edilmişdir. (i.v.144-145) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasından imtina olunmuş və dərhal məhkəmə iclas zalından azad edilmişdir. (i.v.155-159) ## ###### 2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həsblə bağlı olmayan başqa yerə getməmək haqqında itlizam qətimkan tədbiri seçilmişdir. (i.v.160 161) ## ###### 2025-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar dayandırılmışdır. (i.v.169-170) ## #### 2025-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. (i.v.174-175) ## #### 2025-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə elan edilmiş ittiham və ##.##.2025-ci il tarixdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, iş üzrə şahid1 tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş ## ###### 2019cu il tarixli AR-İ № ****** saylı etibarnamənin surəti sübut növü kimi qiymətləndirilsin və istintaq materiallarına əlavə edilməsi, iş üzrə Bakı şəhəri, ** saylı Notariat Ofisindən alınmış ##.##.2023-c il tarixli, **** nömrəli sorğuya cavab məktubu sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi və Təqsirləndirilən şəxs şahid1 barəsində 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi, iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 16500 manat hesab edilmişdir. (i.v.182-190) İş materiallarına əlavə edilmiş mülki iddiaçı Zərərçəkmiş şəxs iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs xeyrinə 16500 manat vurulmuş ziyanın və ödənilmiş dövlət rüsumu əvəzi 140 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri zərərçəkmiş şəxs, şahidlərin ifadələri və işdə olan digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərinə qiymət verərək və işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələbləri pozulmuş, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etmədiyini, özünü ümumiyyətlə təqsirli bilmədiyini, törətmiş olduğu əməldən peşmançılıq hissi keçirmədiyini və vurulmuş ziyanın aradan qaldırılmadığını nəzərə almadan təqirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin etməkdə haqlı olmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanin növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyi cəza təyin edilərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyi müəyyən edilərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun törədilmə hallarına uyğun olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs münasibətdə cəza təyini məsələsini həll edərkən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlini etiraf etmədiyini, özünü ümumiyyətlə təqsirli bilmədiyini, törətmiş olduğu əməldən peşmançılıq hissi keçirmədiyini və zərər çəkmiş şəxsin ziyanının ödənilməməsini nəzərə almamışdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasının həddində təyin edilmiş cəza islah təsiri baxımından yetərli hesab edilə bilməz. Birinci instansiya məhkəməsi qanunvericiliyin cəza təyini ilə bağlı tələblərini kifayət qədər nəzərə almamış və yüngül cəza təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində yüngül cəza təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlməmiş və əsassız olaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etmişdir. Məhkəmə kollegiyası, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, təqsirkarın şəxsiyyətinə uyğun olmadığını, onun barəsində cəzanı yüngülləşdirici halların olmadığını nəzərə alaraq, ona təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri zərərçəkmiş şəxs, şahidlərin ifadələri və işdə olan digər istintaq materialları ilə tam sübuta yetirilmişdir və hazırda ona bəraət verilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cinayət Məcəlləsinin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3, 3.1-ci bəndlərinə əsasən bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslərin cəzası 6 ay azaldılsın. Həmin Qərarın 5.2.3-cü maddəsinə əsasən məhkəmələr bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan şəxslərin cəzalarını azaldırlar (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 5.3-cü bəndinə əsasən məhkəmələr bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndirilməyən qanuni qüvvəyə minməmiş hökmlər üzrə icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 5.1ci və 5.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edirlər. Həmin Qərarın 19.5-ci bəndinə əsasən Amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələr tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə olduğu 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətin ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri ləğv edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza hissəsində dəyişdirilməli, həmin hökmlə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına dəyişdirilməli, Təqsirləndirilən şəxs barəsində hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli, ***-VIIQR nömrəli Qərarının 3.1ci bəndinə əsasən 06 (altı) ay azaldılaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddəti təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs cəzasının əvvəli ## #### 2026-cı il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 405.1.4-cü maddəsinə görə, hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ### 2018-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397, 398, 399 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya protesti qismən təmin edilsin. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza hissəsində dəyişdirilsin. Həmin hökmlə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli, ***-VIIQR nömrəli Qərarının 3.1-ci bəndinə əsasən 06 (altı) ay azaldılaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddəti təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli ## #### 2026-cı il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməsin. Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə müdafiəçi2 oğluna 165 (yüz altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri “Medleks” Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu mddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar