Məhkəmə qərarları › İş №1(3-6)-598/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-598/2026

26.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-598/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)- **/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü ilə 20 aprel1984-cü ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 2də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəli ## ######## 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttihama əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və həmin Məhkəmənin ## ### 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 02 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “xxxx” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “xxxx” adlı şəxsin və qeyrilərinin sifarişi ilə ona göndərilən maddələrin satışının həyata keçirilməsi və ya sonradan söylənəcək “müştərilərə” çatdırılması üçün naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyəti istintaqla araşdırılan İran islam Respublikasının vətəndaşı “xxxx” adlı şəxs və qeyriləri vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində gizlədilən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxil olan külli miqdarda - 15 kq 430 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ## ######## 2025-ci il tarixdə saat 21:06-da yuxarıda qeyd olunan ünvanda saxlanılaraq həmin tarixdə saat 21:23-dən üzərində baxış və götürmə keçirilən zaman sol əlində saxladığı sintetik çantadan satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıdığı 15 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1050 qram, 885 qram, 1075 qram, 1010 qram, 1080 qram, 1010 qram, 620 qram, 1100 qram, 1030 qram, 1040 qram, 1180 qram, 1070 qram, 1010 qram, 1150 qram və 1120 qram olmaqla ümumilikdə külli miqdarda 15 kq 430 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)- **/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmündən apellyasiya şikayəti verərək əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsini və ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmdən narazıdır, məhkəmə cinayət işinin faktiki hallarını araşdırmamışdır. Şahidlərdən yalnız biri ifadə vermişdir. Ailəlidir. 2 azyaşlı övladı var. Özünü qismən, yəni yalnız narkotik istifadəçisi kimi təqsirli bilir. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı2 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2001-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. “İnsan Hüquqlarının və X7 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146 maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin ##.##.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi sübutların düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə kollegiyası hazırki iş üzrə cinayət işinin materiallarını araşdıraraq, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxsin apellyasiya şikayətindən görünür ki, ## ######## 2025-ci il tarixdə saat 21:06-da saxlanılaraq həmin tarixdə saat 21:23-dən üzərində baxış və götürmə keçirilən zaman ondan ittihamda göstərilən həcmdə narkotik vasitənin aşkarlanması faktını mübahisələndirməmiş, əsas dəlil qismində yalnız narkotik vasitə istifadəçisi olduğunu və aşkar olunmuş narkotik vasitəni satış məqsədilə əldə etmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsi barədə dəlilini əsasız hesab edir və belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması iş materiallarında olan və mötəbərliliyi şübhə doğurmayan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü qismən təqsirli bilirək ifadəsində göstərmişdir ki, usta işləmiş və əvvəllər narkotik vasitə istifadə etməmişdir. Son 5,6 ayda narkotik vasitələrdən istifadə etməyə başlamış, həmin dövrdə “xxxx” adlı İran vətəndaşı ilə tanış olub danışmışdır. Lakin “xxxx” adlı şəxslə aralarında narkotik vasitələrlə bağlı danışıq olmamışdır. Əvvəllər həmin şəxs ona narkotik vasitələri daşıması barədə təklif etmiş, o isə razılaşmamışdır. “xxxx” adlı İran vətəndaşı ona 2.5 kq metamfetamini Lökbatana gətirməsi qarşılığında 1000 manat pul verəcəyini bildirmiş, o da pula ehtiyacı olduğu üçün həmin şəxsin bu təklifi ilə razılaşmışdır. “xxxx” adlı İran vətəndaşı ona məkan atmış, o da həmin ünvana, yəni Binəqədi rayonu ərazisində binanın yaxınlığına getmişdir. O, binanın başına çatanda ona məkan atılmış, məkanın göstərdiyi yer binanın yanında, ağacın altında olmuşdur. Telefonda olan şəkildə çanta böyük görünməmiş, tutacağı olmamış və şəkil qaranlıq düşmüşdür. O ünvanda çantanı görəndə götürməkdən imtina etmiş və “xxxx” adlı İran vətəndaşına zəng edərək 2.5 kq olmadığını demişdir. Həmin şəxs ona “malımı yerdə qoyma, götür” demiş, o da qorxduğunu və pulunu qaytaracağını demişdir. Qayıdanda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri çantanın ona məxsus oldğunu demişlər. Əməlindən peşman olmuşdur. 10 və 11 yaşında iki övladı var. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən şahid3 ifadəsində göstərmişdir ki, ## ######## 2025-ci il tarixdə ona Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında əməliyyat qrupu yaradılmış və həmin gün axşam saat 21:00 radələrində Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi yaxınlığında əlində çanta ilə gedən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşanda əlindəki çantanın çəkisi təxminən 15 kq olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs özü həmin çantada marixuana olduğunu İran vətəndaşı ilə danışdığını, İran vətəndaşının göndərdiyi məkanlara pul müqabilində narkotik vasitə qoyacağını bildirmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs narkotik vasitənin çəkisi barədə heçnə deməmiş və müqavimət də göstərməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər və idarədə təhqiqatçı çantaya baxış keçirmişdir. Baxış keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 10-12) Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq həmin yerdə üzərinə baxış keçirilən zaman onun əlində saxladığı 01 ədəd çantadan 15 ədəd bağlama, əynində olan şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, həmin şalvarının sağ yan cibindən 01 ədəd siqaret qutusu, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd bank kartı, 06 manat pul və 01 ədəd lotoreya bileti aşkar edilmiş, 15 ədəd bağlamaya baxış keçirilən zaman hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar edilmişdir. Aşkar edilmiş qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd mobil telefon, 01 ədəd bank kartı və 01 ədəd şəxsiyyət vəsiqəsi götürülmüş, digər əşyalar ona geri qaytarılmışdır. Baxış və götürmə istintaq hərəkəti ## ######## 2025-ci il tarixdə saat 21:23-də başlamış və həmin tarixdə saat 21:39-da bitmişdir. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli rəyindən görünür ki, (cild1, iş vərəqə 37-41) tədqiqata təqdim edilmiş bir ədəd sintetik çantada ümumi sayı 15 (on beş) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1050,0 qram, 885,0 qram, 1075,0 qram, 1010,0 qram, 1080,0 qram, 1010,0 qram, 620,0 qram, 1100,0 qram, 1030,0 qram, 1040,0 qram, 1180,0 qram, 1070,0 qram, 1010,0 qram, 1150,0 qram, 1120,0 qram, ümumi çəkisi 15430,0 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. “CD” diskə baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 163) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Murad Azayev tərəfindən Təqsirləndirilən şəxs üzərində baxış və götürmə hərəkətləri ünvan 1 ünvanının yaxınlığında həyata keçirilmiş, baxış zamanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri şahid3, şahid1 və şahid2 iştirak etmişlər və videoçəkiliş həyata keçirilmişdir. Baxış aparılarkən ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində daşıdığı çantada “nəşə” olduğunu bildirib həmin çantanı baxışa təqdim etmişdir. Baxış zamanı çantanın içərisində 15 ədəd bağlama, hər bir bağlamanın içərisində isə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar edilmişdir. 15 ədəd bağlamada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə təhqiqatçı tərəfindən aşkar edildiyi çantada qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmaqla elektron tərəzidə çəkilmiş və götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş maddəni İran İslam Respublikasının vətəndaşı “xxxx” adlı şəxsin “xxxx” vasitəsilə göndərdiyi məkandan götürdüyünü, həmin maddəni Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisinə daşımalı olduğunu və bunun müqabilində 1000 manat əldə etməli olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusunu, 01 ədəd şəxsiyyət vəsiqəsini, 01 ədəd bank kartını, 6 manat pulu və 01 ədəd lotoreya biletini çıxarıb təqdim etmişdir. Daha sonra baxış keçirilirsə də, digər əşya və ya predmetlər aşkar edilməmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd şəxsiyyət vəsiqəsi və 01 ədəd bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Digər əşyalar isə ona geri qaytarılmışdır. Mobil telefona baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 164-170) Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman “xxxx” proqram təminatının “Söhbətlər” bölməsində adı “Esker Qonsu” kimi qeyd edilmiş +98-930-609-1099 mobil nömrəsinin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında yazışmalar müəyyən edilmişdir: ## ######## 2025-ci il Esker Qonsu (21:17; 21:18): Qırıldı da, ona görə nömrən itdi. Gör nə deyirəm, qaqa. Gör nə deyirəm, sənə kilo-kilo gül atsam, onu axşamlar paylaya bilərsən? Belə paylamaq yox, hazır ünvan edib hamısını atacaqsan mənə. Nə deyirsən?; Yarım atacam, iki yüz, iki yüz yarım belə. Təqsirləndirilən şəxs (21:19; 21:20): Əşi sən mənə puldan danış. Mənim pula ehtiyacım var. İstəyirsən, Azərbaycanın harasına deyirsən aparıb atım, oradan da sənə konumunu atım. Mən uşaq deyiləm, belə şeyləri yaxşı bilirəm hara atmaq lazımdır, necə lazımdır. Sən mənə de ki, məsələn, get Lökbatanda bir dənə, məsələn, filan şey, filan qədər at ora. Aparıb elə bir yerlərdə qoyacam ki, götürənlər üçün rahat olsun. Yəni mən də bu işin içində işləmişəm də, bilirəm. Sən qardaşına puldan de. İstəyirsən, bu dəqiqə at, gedim götürüm, aparım bu dəqiqə qoyum hamısın yerlərə. Problem deyil. Elə dedin, başa düşmədim, qadan alaram. Açıq şəkildə de, başa düşmürəm nə deyirsən. Esker Qonsu (21:20): Maşının var, qadan alım, maşının var?. Təqsirləndirilən şəxs (21:21): Yox, dədə, yoxdur. Amma lazım olsa, yəni problem yoxdur, etibarlı adam var. Yəni onu danışıb, həll eləmək olar, adam var. Esker Qonsu (21:21): Sənə dörd yüz manat pul verəcəm, əl-ələ verək, işləyək. Maşının vardır maşının?. Təqsirləndirilən şəxs (21:22): Yox, maşın yoxumdur. Amma belə tanış adam var. Danışım, yaxın adamdır, etibarlı adamdır. Gündəlik elə bil danışıb münasib qiymətlə hərləmək olar, problem deyil. Yəni onu problem deyil həll eləmək. ## ######## 2025-ci il Esker Qonsu saat 20:13-də Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən yerin məkanını göndərmişdir. Esker Qonsu (20:13): Qadan alım, çat bura konum, şəkil atacam. Çat bura, bura gör, nə qədər yoldur?. Bundan sonra həmin tarixdə saat 20:13-də iki şəxs arasında 23 saniyə səsli danışıq baş tutmuşdur. Təqsirləndirilən şəxs (20:16): On yeddi dəqiqə. Bura çox uzundur da, o başı bu başı yoxdur, bildin necə? On yeddi dəqiqə piyada gedəcəm, on yeddi dəqiqə. Esker Qonsu (20:18): Çat ora, şəkili də atıram. Bundan sonra həmin tarixdə saat 20:24-də iki şəxs arasında 11 saniyə səsli danışıq baş tutmuşdur. Bundan sonra həmin tarixdə saat 20:30-də “Esker Qonsu” adlı şəxs iki ədəd yerin fotoşəklini göndərmiş, saat 20:49-da iki şəxs arasında 19 saniyə səsli danışıq baş tutmuşdur. Esker Qonsu (20:51): Bəlkə, səhv gedirsən, bir dənə bax, şəkil at görüm. Bundan sonra həmin tarixdə saat 20:54-də iki şəxs arasında 35 saniyə səsli danışıq baş tutmuş, saat 20:56-da “Esker Qonsu” adlı şəxs bir ədəd yerin fotoşəklini göndərmişdir. Esker Qonsu (20:56): Hamısın qoyub, götürüb, hamısın qoyub. Götür, neynək, götür, qadan alım, götür. Götür, çıx gəl belə. Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 183-196) Təqsirləndirilən şəxs cinayət işi üzrə əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 199-201) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihama əlavə və dəyişiklik edilməklə həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 219-202) Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbəyin və qrupun üzvü “xxxx” adlı şəxsin, habelə qrupun digər üzvlərinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətində yalnız narkotik vasitə istifadəçisi olduğunu və aşkar olunmuş narkotik vasitəni satış məqsədilə əldə etməməsi dəlili barədə qeyd edir ki, həmin dəlil “Mobil telefona baxış keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli protokolla təkzib olunur. Belə ki, Cinayət işinin materiallarına əlavə edilmiş mobil telefona baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy A10” markalı mobil telefonun “xxxx” proqramının “Söhbətlər” bölməsində adı “Esker Qonsu” kimi qeyd edilmiş +98-930-609-1099 mobil nömrəsinin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında yazışmalar müəyyən edilmişdir. Həmin yazışmalarda “Esker Qonsu” adlı şəxsin Təqsirləndirilən şəxs “kilokilo gül” göndərəcəyini və axşamlar ünvanlara paylamasını təklif etməsi, Təqsirləndirilən şəxs də bu təkliflə razılaşaraq “Esker Qonsu” adlı şəxsdən pul ilə bağlı danışmasını istəməsi, bu işi yaxşı bilməsini, əvvəllər də bu işin içində olmasını, istənilən ünvanına çatdırma edə biləcəyini, etibar etdiyi avtomobili olan tanışını da bu işə cəlb edə biləcəyini və həmin şəxslə münasib qiymətə razılaşıb gündəlik gəzəcəklərini bildirməsi aşkarlanmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla bərabər, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2024-cü il tarixli Qərarındakı tövsiyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, iş materiallarında olan sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, təqsirləndirilən şəxsin apellyasiya şikayətində göstərdiyi halları artıq hökmündə tədqiq etməklə, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxslərinin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilmişdir. Cinayət işinin apellyasiya baxışı zamanı da məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən digər hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarına əlavə olunmuş qohumluq haqqında məlumatlara dair portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində ##.##.2011-ci il təvəllüdlü X3 və ##.##.2014-cü il təvəllüdlü X2 vardır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məhkəmənin ## ### 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 02 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ##.##.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. Mübahisələndirilən hökmdən göründüyü kimi birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların halları nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)- **/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Ekol Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Ekol Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar