Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-600/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Qarayeva Mehriban Cəfər qızı (sədrlik edən, məruzəçi hakim), Mehdiyev Emin Əlixan oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclası katibi Mirzəyev Ziya Əziz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Pro Bono” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə (hakimlər X1 (sədrlik edən), X2 və X6 ibarət tərkibdə) ## #### 1976-cı ildə Abşeron rayonu, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ## #### 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli hökmü ilə qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli hökmü ilə qəti olaraq 08 (səkkiz) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2025-ci il tarixli hökmü ilə qəti olaraq 09 (doqquz) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilən 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən birləşdirilməklə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, onun Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair barəsində Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2025-ci il tarixli ittihamedici hökmünün çıxarıldığı cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həmçinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin (***)-***/**** saylı, ##.##.2025-ci il tarixli ittihamedici hökmünün çıxarıldığı cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün müddət, ümumilikdə 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq hazırki hökmlə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məһrum etmə cəzasından çıxılmaqla qəti olaraq 09 (doqquz) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətdə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2024-cü il tarixdən hesablanması, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar məsələsi də həll edilmişdir. Işin halları: Istintaq orqanı tərəfindən verilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində ittiham olunur ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə, şahid4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,308.1, 311,3.2, 311.3.3, 32.4,313, 32.4,320.2 və 320.2-ci maddələri ilə elan olunmuş ittihamın yüngülləşdirilməsinə və barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə köməklik göstərilməsi üçün 2022-ci ilin iyul ayında ona müraciət etmiş sonuncunun qardaşı Zərərçəkmiş şəxs özünü işgüzar və çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib özü barədə yaratdığı inam və etibardan sui-istifadə edərək, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizliyi Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışları vasitəsi ilə şahid4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,308.1, 311.3.2, 311.3.3, 32.4,313, 32.4,320.1, 32.4,320.2 və 320,2-ci maddələri ilə elan olunmuş ittihamın yüngülləşdirilməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi imkanına malik olduğunu Zərərçəkmiş şəxs yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar şahid4 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncuya Cinayət Məcəlləsinin 32.4,308.1, 311,3.2, 311.3.3, 32.4,313, 32.4,320.2 və 320.2-ci maddələri ilə elan olunmuş ittihamın yüngülləşdirilməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə görə birbaşa yolla özü vasitəsilə 150.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirərək Zərərçəkmiş şəxsla bu barədə razılaşmaqla, 2022-ci ilin iyul ayının əvvəllərindən 2022ci ilin avqust ayının sonlarınadək olan dövr ərzində istintaqla müəyyən edilməyən tarix və vaxtlarda Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən Elmlər Akademiyasının parkında Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə hissəhissə olmaqla 70.000, 20.000 və 60.000 manat, ümumilikdə isə 150 000 manat məbləğində pul alaraq ələ keçirib öz şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün qismən ləğv edilməsini və ittihamın 60.000 (altımış min) manat hissəsində Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslarla cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Təqsirləndirilən şəxs heç kimin etibarından sui istifadə etməmiş və heç kimə qarşı dələduzluq əməli törətməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, müqayisəli şəkildə təhlil etməmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi hökmündə göstərmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən qismən etiraf edilsə də, onun təqsiri iş materialları ilə tam sübuta yetirilir. Onun hazırki cinayət işi üzrə özünü qismən təqsirli bilməsinə dair ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Bundan başqa, məhkəmə şahid ifadələrinə istinad edərək, həmin ifadələri ittihamı təsdiq edən sübut növü kimi qəbul etmiş və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirini təsdiq edən sübut kimi qiymətləndirmişdir. Belə ki, iş üzrə ibtidai istintaq vaxtı və məhkəmədə ifadə vermiş şahidlər: şahid4, şahid2, şahid3, şahid1 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs pul götürməsini yalnız eşitdiklərini bildirmişlər, pulun verilməsində iştirak etməmələrini göstərmişlər. Iş üzrə göstərilən şahidlərdən alınmış ifadələr ittihamda göstərilən dələduzluğu təşkil edən halları və həmin cinayəti xarakterizə edən obyektiv və subyektiv əlamətləri, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 178.3.2-ci maddəsinin dispozisiyası ilə müqayisə etdikdə, həmin sübutların və işin faktiki hallarının sözügedən dələduzluq cinayətinin zəruri əlamətlərinin mövcud olması haqqında nəticə ilə uzlaşmadığı aydın olur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin göstərilən müddəasına əsasən şahidlər: şahid4, şahid2, şahid3, şahid1 zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs pul verilməsi barədə məhkəməyə verdiyi ifadələri sübut kimi istifadə edilə bilməz. Təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin özünün və şahidlərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs aldığı məbləğ, yəni 90.000 manatı zərərçəkmişə qaytarmışdır ki, bunu inkar edən yoxdur. Əgər qalan məbləğ də təqsirləndirilən şəxsdə olsaydı, bunu ittiham tərəfi sübut etməli idi ki, bu da sübuta yetirilməmişdir. “Whatsapp” yazışmalarında heç nə təsdiqini tapmır və verilən yazışmalara verilən qiymət absurddur. Şəxsin mesaja cavab verməməsi illüziya şəklində əsaslandırılmışdır. Həmin məbləğlə bağlı təqsirləndirilən şəxslə zərərçəkmişin danışıqları da təsdiq edir ki, 60.000 manat başqa şəxsdədir. Bunu zərərçəkmiş şəxs də bilir. Telefon danışıqlarına gəldikdə təqsirləndirilən zərərçəkmişdən şikayətçi olmamasını xahiş etməsi məhkəmədə onun təqsiri etiraf kimi qəbul edilməməlidir. Təqsirləndirlilən şəxs almadığı 60.000 manat məbləği zərərçəkmiş şəxsin şikayətini geri götürəcəyi təqdirdə ödəyəcəyini bildirmişdir ki, bu da məhkəmə tərəfindən etiraf kimi qəbul edilməməlidir. Məhkəmə cinayət işi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, təhlil olunmaqla bir-biri ilə müqayisə etməmiş və qanuna müvafiq qaydada qiymətləndirməmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən ona həmin maddə ilə bəraət verilməlidir. Birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən elan olunmuş ittiham üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə istintaq orqanının gəldiyini nəticəni işin həqiqi hallarına uyğun hesab etmiş və həmin nəticənin tərəflər arasında mövcüd olmuş real münasibətləri əks etdirdiyini bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmündən göründüyü kimi birinci instansiya məhkəməsi şahidlərin zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs pul verilməsi barədə məhkəməyə verdiyi ifadələri sübut kimi dəyənləndirmiş və qiymətləndirmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Göründüyü kimi, məhkəmədə Təqsirləndirilən şəxs qarşı törətdiyi cinayət əməlləri barədə şahid olan bir sıra şəxslər iş üzrə dindirilmişlər. Şahidlər Təqsirləndirilən şəxs 90.000 manat qaytardığını eşitdiklərini, 60.000 manatın isə kimdəsə başqa şəxsdə olduğu ifadələrdə təsdiq olunmuş, lakin birinci instansiya məhkəməsi həmin şəxsin adı çəkilməsinə baxmayaraq buna şübhə ilə yanaşmış və həmin faktı əsassız olaraq nəzərə almamışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş şəxs apellyasiya şikayəti verməmişlər. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun çıxış etdilər və apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün qismən ləğv edilməsini və ittihamın 60.000 (altımış min) manat hissəsində Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslarla cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 bildirdi ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır, bu səbəbdən də məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini və Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinin əsas dəlili Təqsirləndirilən şəxs ittihamın 60.000 (altımış min) manat hissəsində Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslarla cinayət işi üzrə icraata hissəvi xitam verilməsindən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, hökmün təqsirləndirilən şəxsin müdafiəçisinin mübahisələndirdiyi hissəsində yoxlanılmasını, eyni zamanda hökmün qanuni və əsaslı olmasını apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılmasını məqsədəuyğun hesab edərək, apellyasiya icraatını qismən məhkəmə istintaqı keçirməklə aparmışdır. Belə ki, qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, o, 2022-ci ildə müalicə müəssisəsində cəza çəkmişdir. Orada bir nəfər dustaq yoldaşının çıxmağı ilə bağlı Elnur kömək etmişdir. Sonra Füzuli “Elnura deyə bilərsən Katibin də işini həll eləsin” demişdir. Elnur da ona telefon söhbəti olmadığını, çöldən bir nəfərin gəlməsini demişdir. X3 yanına getmiş, danışmışdırlar. Ilham ona demişdir ki, Elnur köməklik edəcək. Iş biraz uzanmış və alınmamışdır. Sonra Ilham pulunun qaytarılmasını istəmişdir. O, Elnura camaatın pulunu qaytarmasını demişdir. Elnur da həmin adamı işdən çıxardıqlarını, bir neçə adamdan pul aldığını, evini satıb pulu qaytaracağını demişdir. Səhv etmirsə Elnur 50 min bir, 40 min də bir pul qaytarmışdır. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı şahid şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun iştirakı X4 arasında əlaqə yaratmaq olmuşdur. 60 min manat ona verilməmiş, onun göstərişi ilə də kiməsə verilməmişdir. O, Elnurla bir dəfə danışmış, Elnur da o adamın yaxınlarından kim varsa yanına getməyini demişdir. O da Katibə demiş, onun qardaşı gedib Elnurla danışmışdır. 60 min manatın kimə verilməsini bilmir. Elnurun kimlə iş görməsini bilmir. Həmin adamın adını bilir sadəcə, kim olduğunu bilmir. O, 234.4.3-cü maddə ilə məhkum olunmuşdur. Elnur ona vaxt verilməsini demiş, o da razılaşmışdır ki, zərərçəkmiş şəxslə danışacaq. O, bu pulu ödəməli deyil. O, pul verəndə görməmiş, bu Ilham ona Elnurla işi 150 min manata danışdığını, yarısını verdiyini demişdir. Yarısını da məhkəmədən qabaq verəcək. Həmin puldan ona 1 qəpik də verilməmiş və onun marağı da olmamışdır. 60 min manatı zərərçəkmiş şəxs Elnurdan almalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı, həmçinin qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya icraatı zamanı əldə edilmiş sübutlarla əlaqəli şəkildə təhlil edib, qiymətləndirərək təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onların əsasları və dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apellyasiya şikayətində və birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilsə də, işin halları ilə apellyasiya şikayətində qeyd edilənlər öz təsdiqini tapmır, əksinə təkzib edilir. Birinci instansiya məhkəməsi məhkəmə iclasında araşdırılan təqsirləndirilən şəxsin istintaq dövründə və məhkəmə icraatı zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla tədqiq edərək, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə təqsirləndirilən şəxsin istintaq dövründə və məhkəmə icraatı zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokolların sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası xatırladır ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2022-ci ilin yay aylarından tanımış, belə ki, 2022-ci ilin yay aylarında Ədliyyə Nazirliyinin Tibb Idarəsində müalicə alan məhkum tanışı X9 baş çəkmək üçün onun yanına getmiş və həmin vaxtda Ehtiramın vasitəsi ilə orada müalicə alan məhkum şahid4la tanış olmuşdur. O, Ehtiram və Katiblə bir yerdə əyləşib çay içərkən Katib ona işinin hazırda Ali Məhkəməyə verildiyini və orada tanış tapıb hörmət etməklə cəzasını azaltmaq və bu yollada həbsdən çıxmaq fikrinin olduğunu bildirmişdir.O, da bu işdə ona kömək edə biləcək yüksək vəzifədə çalışan tanışları olduğunu və məhz onların köməkliyi ilə şahid4 cəzasının azaldılmasına və onun həbsdən azad edilməsinə köməklik göstərəcəyinə söz vermişdir. şahid4 ona bu işi görə biləcək şəxslərlə danışıb istəniləcək pul vəsaiti barədə qardaşı Zərərçəkmiş şəxs məlumat verməyini ondan xahiş etmiş və onun mobil nömrəsini götürüb qardaşı Ilhama verəcəyini bildirmişdir. Bundan sonra o, tanışı Ehtiramla görüşüb oradan ayrılmışdır. Səhəri günü ona şahid4 qardaşı Zərərçəkmiş şəxs zəng vurmuş və onunla görüşmək istədiyini bildirmişdir. O, da Ilhamın təklifinə etiraz etməmiş və X10 parkında görüşmüşdür. Görüş zamanı o, Ilhama qardaşı Katibin cəzasını yüngülləşdirmək və onu həbsdən azad etmək müqabilində 90.000 manat pul lazım olduğunu bildirmiş, Ilhamda onun təklifi ilə razılaşmışdır. Bu söhbətdən təxminən 4-5 gün sonra o, Ilhamla həmin məkanda görüşmüş və Ilham ona adını bilmədiyi dayısı oğlunun yanında 70.000 manat pul vermiş, təxminən 20 gün sonra isə Ilham ona Babək prospektində 20.000 min manat pul vermişdir. Pul 2 ay onda qaldıqdan sonra o, Ilhama adını bilmədiyi qohumu vasitəsi ilə 50.000 manat geri qaytarmış, 40.000 manat məbləğində pul vəsaitini isə Nizami rayonunda yerləşən “Inci” şadlıq evinin qarşısında Ilhamla görüşərək şəxsən onun özünə geri qaytarmışdır. O, Zərərçəkmiş şəxs ona 90.000 manat deyil 150.000 manat pul verməsi xüsusatını inkar edir və Zərərçəkmiş şəxs ondan 90.000 manatdan əlavə 60.000 manat pul tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq, Katibin işinə kömək edəcək tanışının adını demək istəmədiyini, 70.000 manat məbkləğində pulu işi həll edəcək adama verdiyini, 20.000 manat məbləğində pulu isə özünə götürəcəyini, həbs olunana qədər torpaq işi ilə məşğul olduğunu, heç bir dövlət qurumunda çalışmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ilin sebtyabr ayında qardaşı şahid4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin * nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri vəzifəsində çalışarkən işdə vermiş olduğu bir sıra nöqsanlara görə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin əməkdaşları tərəfindən saxlanılmış və istintaq zamanı qardaşı Katibə Azərbaycan Respublikası CM-nin 32.4 308.1, 311.3.2, 311.3.3, 32.4,313, 32.4,320.1, 32.4, 320.2 və 320.2-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Istintaq yekunlaşdıqdan sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və məhkəmənin ## ######## 2021-ci il tarixli hökmü ilə qardaşı şahid4 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Daha sonra qardaşının müdafiəçisi həmin hökümdən Bakı Apellyasiya Məhkəməsinə şikayət ünvanlamış və Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2022-ci il tarixli qərarı ilə qardaşı şahid4 cəzası 10 ildən 8 ilə endirilmişdir. Bundan sonra qardaşı şahid4 müdafiəçisi Hikmət Xəlilov Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2022-ci il tarixli qərarını əldə etdikdən sonra həmin qərardan kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti verildiyi ərəfələrdə o, qardaşı şahid4 ilə onun müalicə aldığı Ədliyyə Nazirliyinin Tibb müəssisəsində görüşə getmiş və görüş zamanı qardaşı Katib onunla bir yerdə Ədliyyə Nazirliyinin Tibb müəssisəsində müalicə alan Ehtiramın qohumu Elnur adlı şəxsin əlaqə nömrəsini ona vermiş və Elnur adlı şəxslə əlaqə saxlamağını tapşırmışdır. O, da qardaşı Katibdən Elnurun necə kömək edəcəyini xəbər aldıqda Katib ona Ehtiramın vasitəsi ilə Elnurla tanış olduğunu və Elnurla söhbət zamanı Elnurun ona Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizliyi Xidmətində işləyən tanışı Idris adlı şəxs vasitəsi ilə kömək edəcəyini belə ki, onun Ali Məhkəmədə cəzasının azaldılmasına və barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə köməklik göstərəcəyinə söz verdiyini bildirmişdir.O, da Katibin belə bir əlaqələrə malik bir şəxs tapdığını görüb sevinmişdir. Katib Elnurun əlaqə nömrəsini ona vermiş və Elnurla əlaqə saxlamağını və Elnurun bu işi görmək üçün tələb etdiyi pul vəsaitini düzəldib Elnura verməyini xahiş etmişdir. O, da qardaşı Katibə narahat olmamağını bildirmişdir. Katibin ona vermiş olduğu əlaqə nömrəsinə zəng etmiş və Elnur adlı şəxsə Katibin qardaşı Ilham olmağı barədə telefonda məlumat vermiş və onunla görüşmək istədiyini bildirmişdir. Elnurda görüşə etiraz etmədikdə onlar ilk dəfə X11 yanında yerləşən parkda görüşmüş və söhbət zamanı Elnur ona Prezidentin Təhlükəsizlik Xidmətində çalışan Idris adlı şəxslə yaxın münasibəti olduğunu və məhz Idrisin köməkliyi ilə onun qardaşı Katibin Ali Məhkəmədə gedən işinə təsir göstərəcəyini belə ki, Katibin cəzasını azaldacağını və Katibin barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edəcəyini bildirmişdir.O, da bu işin müqabilində nə qədər pul lazım olduğunu Elnurdan xəbər aldıqda Elnur 150.000 manat pulun müqabilində bu işi görə biləcəyini belə ki, ondan almış olduğu pul vasitəsi ilə məhkəmədə çalışan vəzifəli şəxslərə təsir göstərəcəyini bildirmişdir. O, da Elnurun dediklərinə inanıb qardaşı Katibi həbsdən azad etmək məqsədi ilə 2022-ci ilin iyul ayında Bakı Dövlət Universitetinin yanında yerləşən Elmlər Akademiyası parkında Elnura ilk dəfə 70.000 manat, bir müddət sonra həmin ünvanda 20.000 manat və nəhayət sonda həmin ünvanda Elnura 60 000 manat pul vermişdir. Təqsirləndirilən şəxs 150.000 manat pul verməyinə baxmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2022-ci il tarixli qərarı kassasıya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bu zaman o, Elnurdan vermiş olduğu 150.000 manat pulu tələb etməyə başlamış Elnurda 150.000 manat puldan ona 90.000 manat pul geri qaytarmış qalan 60.000 manat pulu isə ələ keçirmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq, təqsirləndirilən şəxsin pulu onda 2 dəfəyə qaytardığını, birinci dəfə 48 000 manat, ikinci dəfə isə 52 000 manat pul qaytarıldığını bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid4 ifadəsində göstərmişdir ki, 1958-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun Balıxlı kəndində doğulmuş, həbs edilənədək isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin * nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri vəzifəsində çalışmışdır.O, çalışdığı dövr ərzində işdə vermiş olduğu bir sıra nöqsanlara görə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin əməkdaşları tərəfindən saxlanılmış və istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 32.4,308.1, 311.3.2, 311.3.3, 32.4,313, 32.4,320.1, 32.4, 320.2 və 320.2-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir.Istintaq yekunlaşdıqdan sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və məhkəmənin ## ######## 2021-ci il tarixli hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilmişdir.Daha sonra onun müdafiəçisi həmin hökümdən Bakı Apellyasiya Məhkəməsinə şikayət ünvanlamış və Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2022-ci il tarixli qərarı ilə onun cəzası 10 ildən 8 ilə endirilmişdir.Bundan sonra onun müdafiəçisi Hikmət Xəlilov Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2022-ci il tarixli qərarını əldə etdikdən sonra həmin qərardan kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti verildiyi ərəfələrdə onunla birlikdə Ədliyyə Nazirliyinin tibb müəssisəsində müalicədə olan şahid3 ona qohumu Təqsirləndirilən şəxs əlaqələrinin geniş olduğunu və Elnur vasitəsi ilə Ali Məhkəməyə təsir göstərə biləcəyini bildirib Elnuru müalicə aldığı tibb müəssisəsinə çağırtdırmışdır. Elnurla görüş zamanı Elnur ona Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizliyi Xidmətində işləyən tanışı Idris adlı şəxs vasitəsi ilə məhkəmədə cəzasını azaltmağa və barəsində seçilmiş həbsi dəyişməyə söz vermişdir. O, da Elnurun əlaqə nömrəsini alaraq qardaşı Zərərçəkmiş şəxs vermiş və Elnurla görüşüb söhbət etməyi ondan xahiş etmişdir. Elnurda onun qardaşı Zərərçəkmiş şəxs 150.000 manat pul almasına baxmayaraq heç bir iş görməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, tanışı Zərərçəkmiş şəxs qardaşı şahid4 çalışdığı Dövlət Tibbi-sosial Ekspertiza və Reablitasiya Agentliyində həkim mütəxəssis vəzifəsində çalışarkən rüşvət alma maddəsi ilə təqsirli bilinib Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edildiyini Zərərçəkmiş şəxs eşitmiş və Ilhamın vəkilləri vasitəsi ilə həmin qərardan 2022-ci ildə Ali Məhkəməyə şikayət ünvanladığını bilmişdir. Belə ki, 2022-ci ilin iyul ayında o, Ilhamla görüşərkən Ilham ona qardaşı Katibi Ali məhkəmə vasitəsi ilə azadlığa çıxardacağını və bu işdə ona Elnur adlı bir şəxsin kömək etdiyini bildirmiş, o, da Ilhama inşallah çıxar deyib onu təsəlli etmişdir. Ilham Elnur adlı şəxsə pul verərkən o, Ilhamın yanında olmasada sonradan Ilhamla Elnurun bütün söhbətlərinin şahidi olmuş, belə ki, Ilham Elnurun bütün görüşlərində iştirak etmişdir. Söhbətlərdən ona məlum olmuşdur ki, Elnur Ilhamı aldadıb ondan 150.000 manat pul alıb lakin Ilhamın qardaşı Katibi azadlığa çıxarda bilməyib. Ilhamla hər görüşdə o, Elnurdan pulunu alıb-almadığını xəbər aldıqda Ilham pulunu ala bilmədiyini ona bildirmiş, o, da Elnura dəfələrlə zəng vurub Ilhamın pulunu Elnurdan tələb etmişdir. Nəhayət çox saylı təkidlərdən sonra Elnur onun yanında Ilhama 90.000 manat pul geri qaytarmışdır. Bu hadisədən bir müddət sonra Ilham ona zəng vuraraq Rəfail ilə birlikdə Elnur adlı şəxslə görüşməyə getdiyini və görüşdə onunda iştirak etməyini xahiş etmiş, o, da etiraz etməyərək Elnurla harda görüşəcəklərini Ilhamdan xəbər aldıqda Ilham Qara-Qarayevdə yerləşən Ayla şadlıq evinin qarşısında Elnurla görüşəcəklərini ona bildirmişdir.O, Ilham və Rəfail Elnur adlı şəxslə görüşərkən Elnur özü ilə bir nəfərdə kişi cinsindən olan bir şəxsidə yanında görüşə gətirmiş və görüş zamanı Ilham onun və Rəfailin yanında Elnurdan yerdə qalan 60.000 manat pulu nə vaxt qaytaracağını xəbər aldıqda Elnur isə hər kəsin içində telefonda kiminləsə danışıb, telefondakı şəxsə qışqıran kimi özünü göstərmiş və danışığını sonlandırdıqdan sonra guya ki, yerdə qalan 60.000 manat pulu həmin şəxsdən alıb qısa müddətə Ilhama qaytaracağına söz vermişdir.Buna baxmayaraq bu günədək Elnur Ilhama 60 000 manat pul vəsaitini geri qaytarmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda doğulmuş, orta təhsilini Babək rayonu Vayıxlı kənd orta məktəbində almış, orta məktəbi bitirdikdən sonra isə Culfa rayonunda yerləşən N saylı hərbi hissədə xidmət etmişdir. Həbs edilməmişdən əvvələdək o, fərdi fəaliyyətlə məşğul olmuş, hazırda isə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. 2022-ci ilin yay aylarında Ədliyyə Nazirliyinin tibb müəssisəsində müalicə alarkən orada olan digər məhkum şahid4 ilə tanış olmuş və söhbət zamanı şahid4 Bakı Apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə müraciət etdiyini onun nəzərinə çatdırmış və onun cəzasının azaldılmasına və həbsdən buraxılmasına kömək edəcək bir şəxs axtardığını ona bildirmişdir. O, da tanışı Təqsirləndirilən şəxs əlaqələrinin yaxşı olduğunu belə ki, onun Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində çalışan tanışı olduğunu düşünüb Elnurla əlaqə saxlamış və Elnuru müalicə mərkəzinə dəvət etmişdir. Elnurda onun dəvəti ilə onun müalicə aldığı tibb müəssisəsinə gəlmiş və görüş zamanı o, Elnuru Katibə təqdim etmiş və onları bir-biri ilə tanış etmişdir. Söhbət zamanı Elnur onun yanında Katibə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində çalışan tanışı vasitəsi ilə onun Ali Məhkəmədə olan işinə təsir edəcəyini belə ki, cəzasını azaldacağına və onu həbsdən azad edəcəyinə dair söz vermiş, Katibdə Elnurdan nömrəsini götürərək qardaşı Ilhama verəcəyini bildirmişdir. O, bu Işin görülməsi müqabilində Elnurun Katibdən nə qədər pul tələb etdiyini unutduğunu bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, tanışı Zərərçəkmiş şəxs qardaşı şahid4 çalışdığı Dövlət Tibbi-sosial Ekspertiza və Reablitasiya Agentliyində həkim mütəxəssis vəzifəsində çalışarkən rüşvət alma maddəsi ilə təqsirli bilinib Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edildiyini Zərərçəkmiş şəxs eşitmiş və Ilhamın vəkilləri vasitəsi ilə həmin qərardan 2022-ci ildə Ali Məhkəməyə şikayət ünvanladığını bilmişdir. Belə ki, 2022-ci ilin iyul ayında o, Ilhamla görüşərkən Ilham ona qardaşı Katibi Ali məhkəmə vasitəsi ilə azadlığa çıxardacağını və bu işdə ona Elnur adlı bir şəxsin kömək etdiyini ona bildirmiş, o, da Ilhama inşallah çıxar deyib onu təsəlli etmişdir. Ilham Elnur adlı şəxsə pul verərkən o, Ilhamın yanında olmasada sonradan Ilhamla Elnurun birgə görüşündə bir dəfə iştirak etmişdir. Belə ki, o, Ayxan və Ilham Qara-Qarayevdə yerləşən Ayla şadlıq evinin qarşısında Elnurla görüşmüşlər. Həmin vaxt Elnur adlı şəxs görüşə özü ilə bir nəfərdə kişi cinsindən olan bir şəxsidə gətirmiş və görüş zamanı Ilham onun və Ayxanın yanında Elnurdan 150.000 manat pul vəsaitindən yerdə qalan 60.000 manat pulu nə vaxt qaytaracağını xəbər aldıqda Elnur hər kəsin içində telefonda kiminləsə danışıb, telefondakı şəxsə qışqıran kimi özünü göstərmiş və danışığını sonlandırdıqdan sonra guya ki, yerdə qalan 60.000 manat pulu həmin şəxsdən alıb qısa müddətə Ilhama qaytaracağına söz vermişdir.Buna baxmayaraq bu günədək Elnur Ilhama 60.000 manat pul vəsaitini geri qaytarmamışdır. Iş materiallarında olan “götürmə və baxış keçirilməsi haqqında” ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, 13 ədəd vərəqə baxış keçirərkən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs çox sayda mesajlar ünvanlayaraq ondan pulunu tələb etmiş, Elnur isə mesajlarda narahat olmamağını, onunla əlaqə saxlayacağını bildirmiş, bundan başqa Zərərçəkmiş şəxs ## ###### 2024-cü il tarixdə saat 19:01-də Təqsirləndirilən şəxs “Elnur bu sənə axrıncı sözümdür, bundan sonra səni narahat etməyəcəyəm, sabaha qədər yerdə qalan 60 000 manatı verməsən, incimə polisə ərizə yazacam” mesajını da ünvanlamışdır. Iş materiallarında olan “telefon məlumatlarına baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, “xxxx” MMC-dən ## ### 2025-ci il tarixdə istintaq orqanına daxil olmuş **** saylı məktuba əlavə edilmiş I6 **** saylı CD diskə baxış keçirilmiş. Məlumatlarda əks olunan daxil olan, xaric olan zənglərə və mesajlara baxış zamanı mesajlar bölməsində istintaq əhəmiyyəti kəsb edən məlumatlar aşkar edilmişdir. Iş materiallarında olan ## #### 2025-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, keçirilmiş üzləşmə zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xususatları təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirmişdir. Məhkəmə qeyd etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən qismən etiraf edilsə də, onun təqsiri iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə özünü qismən təqsirli bilməsinə dair ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş C.Elnur ilə M.Ilham arasında aparılmış yazışmadan görünür ki, M.Ilham C.Elnura “Elnur bu sənə axrıncı sözümdür. Bundan sonra səni narahat etməyəcəm. Sabaha qədər yerdə qalan 60 000 manatı verməsən, incimə polisə ərizə yazacam” tipli mesaj göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, M.Ilhamın C.Elnura 60 000 manatı qaytarmayacağı təqdirdə polisə ərizə yazacağını bildirməsi və sonuncunun qarşılığında bunu təkzib edəcək heç bir söz deməməsi təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsdən 90 000 manat deyil, 150 000 manat məbləğində pul almasını sübut edir. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş şahid4 ifadəsində bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2021-ci il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Daha sonra onun müdafiəçisi həmin hökümdən Bakı Apellyasiya Məhkəməsinə şikayət ünvanlamış və Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2022-ci il tarixli qərarı ilə onun cəzası 10 ildən 8 ilə endirilmişdir. Bundan sonra onun müdafiəçisi Hikmət Xəlilov Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2022-ci il tarixli qərarını əldə etdikdən sonra həmin qərardan kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti verildiyi ərəfələrdə onunla birlikdə Ədliyyə Nazirliyinin tibb müəssisəsində müalicədə olan şahid3 ona qohumu Təqsirləndirilən şəxs əlaqələrinin geniş olduğunu və Elnur vasitəsi ilə Ali Məhkəməyə təsir göstərə biləcəyini bildirib Elnuru müalicə aldığı tibb müəssisəsinə çağırtdırmışdır. Elnurla görüş zamanı Elnur ona Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizliyi Xidmətində işləyən tanışı Idris adlı şəxs vasitəsi ilə məhkəmədə cəzasını azaltmağa və barəsində seçilmiş həbsi dəyişməyə söz vermişdir. O, da Elnurun əlaqə nömrəsini alaraq qardaşı Zərərçəkmiş şəxs vermiş və Elnurla görüşüb söhbət etməyi ondan xahiş etmişdir. Elnur da onun qardaşı Zərərçəkmiş şəxs 150.000 manat pul almasına baxmayaraq heç bir iş görməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin şahid şahid2 məhkəmə iclasında vermiş olduğu ifadəsində bildirmişdir ki, tanışı Zərərçəkmiş şəxs qardaşı şahid4 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edildiyini Zərərçəkmiş şəxs eşitmiş və Ilhamın vəkilləri vasitəsi ilə həmin qərardan 2022-ci ildə Ali Məhkəməyə şikayət ünvanladığını bilmişdir. Belə ki, 2022-ci ilin iyul ayında o, Ilhamla görüşərkən Ilham ona qardaşı Katibi Ali məhkəmə vasitəsi ilə azadlığa çıxardacağını və bu işdə ona Elnur adlı bir şəxsin kömək etdiyini bildirmiş, o, da Ilhama inşallah çıxar deyib onu təsəlli etmişdir. Ilham Elnur adlı şəxsə pul verərkən o, Ilhamın yanında olmasada sonradan Ilhamla Elnurun bütün söhbətlərinin şahidi olmuş, belə ki, Ilham Elnurun bütün görüşlərində iştirak etmişdir. Söhbətlərdən ona məlum olmuşdur ki, Elnur Ilhamı aldadıb ondan 150.000 manat pul alıb lakin Ilhamın qardaşı Katibi azadlığa çıxarda bilməyib. Ilhamla hər görüşdə o, Elnurdan pulunu alıb-almadığını xəbər aldıqda Ilham pulunu ala bilmədiyini ona bildirmiş, o, da Elnura dəfələrlə zəng vurub Ilhamın pulunu Elnurdan tələb etmişdir. Nəhayət çox saylı təkidlərdən sonra Elnur onun yanında Ilhama 90.000 manat pul geri qaytarmışdır. Bu hadisədən bir müddət sonra Ilham ona zəng vuraraq Rəfail ilə birlikdə Elnur adlı şəxslə görüşməyə getdiyini və görüşdə onunda iştirak etməyini xahiş etmiş, o, da etiraz etməyərək Elnurla harda görüşəcəklərini Ilhamdan xəbər aldıqda Ilham Qara-Qarayevdə yerləşən Ayla şadlıq evinin qarşısında Elnurla görüşəcəklərini ona bildirmişdir.O, Ilham və Rəfail Elnur adlı şəxslə görüşərkən Elnur özü ilə bir nəfərdə kişi cinsindən olan bir şəxsidə yanında görüşə gətirmiş və görüş zamanı Ilham onun və Rəfailin yanında Elnurdan yerdə qalan 60.000 manat pulu nə vaxt qaytaracağını xəbər aldıqda Elnur isə hər kəsin içində telefonda kiminləsə danışıb, telefondakı şəxsə qışqıran kimi özünü göstərmiş və danışığını sonlandırdıqdan sonra guya ki, yerdə qalan 60.000 manat pulu həmin şəxsdən alıb qısa müddətə Ilhama qaytaracağına söz vermişdir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, haqlı olaraq belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə elan edilmiş ittihamla bağlı işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun həmin maddə ilə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməli olması barədə apellyasiya şikayətinin dəlillərini və apellyasiya icraatında bildirdiklərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona istinad olunan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair daxili inamı rəhbər tutaraq, təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinin cinayət işi üzrə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara düzgün hüquqi qiymət verməməsi, onun təqsirləndirildiyi maddə üzrə bəraət verilməsi barədə dəlillərini təhlil edərək, həmin dəlillərin iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla (zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla) təkzib olunmasını qeyd etməklə əsassız hesab edir. Bundan başqa məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ittihamda qeyd edilən cinayət hadisəsini törətməsi, onun bu cinayətə aidiyyatı və təqsiri işdə olan birbaşa, mötəbər və mümkün sübutlarla təsdiq olunduğundan, əsas götürdüyü motivləri rəhbər tutmaqla apellyasiya şikayətinin formal mülahizələrə əsaslandığını qeyd edir. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində və apellyasiya icraatında göstərdiyi hallara hüquqi qiymət verərək qeyd edir ki, şikayətdə qeyd olunanlar onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirilməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla və digər iş materialları ilə sübuta yetirilmiş hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri cinayət işi materiallarında öz əksini tapan sübutlarla təkzib edilməklə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələr yuxarıda qeyd olunanlar da nəzərə alınaraq qeyri-səmimi və özünü müdafiə xarakteri daşımaqla, məsuliyyətdən yayınmaq və ya əməlinin daha yüngül maddəyə tövsif edilməsinə nail olmaq məqsədi güdmüşdür. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsinə tənqidi yanaşmış və inandırıcı hesab etməmişdir. Iş materiallarında olan sübutlara əsaslanmaqla məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq və məhkəmə zamanı iş üzrə şahidlərin, zərərçəkmiş şəxsin hər biri ayrı-ayrılıqda bir-birini təsdiq edən, işin faktiki hallarına uyğun gələn, cinayət işinin materialları ilə öz təsdiqini tapan ifadələr vermişlər, həmin ifadələrin həqiqətə uyğun olmaması barədə təqsirləndirilən şəxsin ifadəsi öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bəraət verilməsi üçün əsaslar müəyyən etmir. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CMnin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini əsas götürərək, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə barəsində azadlıqdan məhrum etmə cəzası təyin edərkən, qanuni və ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı apararaq, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair təqsirləndirilən şəxsin və müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPMnin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-600/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-600/2026
08.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver