Məhkəmə qərarları › İş №1(3-6)-602/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-602/2026

23.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-602/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və Qarayeva Mehriban Cəfər qızından ibarət tərkibdə Məhkəmə iclas katibi Nəcəfova Lamiə Amil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili müdafiəçi2 və Bakı şəhəri “Zəfər” vəkil bürosunun vəkili Babayev İsmayıl Seyfəddin oğlunun iştirakları ilə, ## ##### 1994-cü ildə Sumqayıt səh.ərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkum olunmamış, ünvan 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)- ***/**** saylı hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ.İşin halları:

1. Hökmə əsasən, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən özgənin külli miqdarda əmlakını ələ keçirmişdir.

2. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı zərərçəkmiş şəxs1 “Orxan” adlı şəxsdən pul tələbi ilə bağlı mübahisəsinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində icraata qəbul edilib araşdırılmasına dair köməklik edəcəyi barədə yalan vəd verib etibarından sui-istifadə etməklə onu aldatmış, bununla bağlı olaraq zərərçəkmiş şəxs1 həyat yoldaşı şahid3 Bakı şəhərinin Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “İlisu” restoranında 2022-ci ilin mart ayının sonunda zərərçəkmiş şəxs1 6.500 manat məbləğində pulunu alaraq verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

3. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı zərərçəkmiş şəxs1 “Orxan” adlı şəxsdən pul tələbi ilə bağlı mübahisəsinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baxılıb zərərçəkmiş şəxs1 xeyrinə həllinin tapılaraq həmin məsələdə sonuncuya “Orxan” adlı şəxs tərəfindən dəymiş olan ziyanın ödənilməsinə dair köməklik göstərəcəyi barədə yenidən yalan vəd verib etibarından sui-istifadə etməklə onu aldatmış, bununla bağlı olaraq zərərçəkmiş şəxs1 həyat yoldaşı şahid3 ## ###### 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının çıxışı yaxınlığında zərərçəkmiş şəxs1 məxsus 40.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs şəxsən vermiş, lakin sonuncu verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 40.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir.

4. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə “xxxx” MMC-nin direktoru olduğu dövrdə öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxs2 tərəfindən “xxxx” MMC ilə “Hüquqi xidmət göstərilməsinə dair müqavilə” bağlayacağı halda, sonuncunun sahibi olduğu Bakı səh.əri, Binəqədi rayonu, Binəqədi şossesi 53 ünvanında yerləşən bitki mühafizə vasitələri və tərəvəz bitkilərinin idxalı və satışı anbarının dövlət büdcəsinə olan 37509 manat 05 qəpik vergi cəriməsinin silinməsinə köməklik edəcəyinə dair zərərçəkmiş şəxs2 yalandan vəd verib onu aldadaraq, bu adla zərərçəkmiş şəxs2lə ## ###### 2022-ci il tarixdə “xxxx” MMC ilə “Hüquqi xidmət göstərilməsinə dair müqavilə”nin bağlandığına nail olduqdan sonra elə həmin tarixdə “xxxx” MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində zərərçəkmiş şəxs2 tərəfindən 5.000 manat məbləğində pulun onun şirkətinin hesabına köçürülməsini təmin etməklə etibarını qazanıb 2022-ci ilin dekabr ayının əvvəllərində “xxxx” MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində zərərçəkmiş şəxs2 5.000 manat məbləğində və daha sonra ## ###### 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 69 A ünvanında yerləşən “Badi Səba” şadlıq sarayının qarşısında onun əlavə olaraq 5.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə 10000 manat olmaqla xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir.

5. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinə Türkiyə Respublikasından qadın alt paltarları gətizdirib həmin paltarların satışını təşkil edərək birlikdə qazanc əldə etmək adı ilə zərərçəkmiş şəxs3 yalandan vəd verib onu aldadaraq, bu adla zərərçəkmiş şəxs3 ## ###### 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən “Muskat Lounge” kafesində 6000 manat məbləğində pul vəsaitini, bundan başqa, eyni məqsədlə zərərçəkmiş şəxs3 ## ###### 2023-cü il tarixdə Bakı səh.əri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən “Dərnəgül” Ticarət Mərkəzində quraşdırılmış “e-manat” elektron ödəmə terminalından iki dəfə olmaqla Təqsirləndirilən şəxs verdiyi 4098 5844 6517 **** saylı “Leo” bank hesab nömrəsinə köçürdüyü 3000 manat məbləğində pul vəsaitini və elə həmin tarixdə həmin terminaldan Təqsirləndirilən şəxs bildirdiyi digər 4889 4007 0005 **** saylı “xxxx” ASC-yə məxsus hesab nömrəsinə köçürdüyü 2000 manat məbləğində pul vəsaitini, ## ###### 2023-cü il tarixdə yaşadığı ünvan 3 ünvanında olan zaman zərərçəkmiş şəxs3 mobil telefonunda olan “xxxx” ASC-yə aid “Leo bank” mobil bank tətbiqindən Təqsirləndirilən şəxs istifadəsində olan “xxxx” ASC-yə aid “Leo Bank”-a məxsus digər 4098 5844 6790 **** saylı hesab nömrəsinə köçürdüyü 5500 manat məbləğində pul vəsaitini, ## ###### 2023-cü ildə tarixdə ünvan 4 ünvanında yerləşən “Muskat Lounge” kafesində 16000 manat məbləğində pul vəsaitini, ## #### 2023-cü il tarixdə isə yaşadığı ünvan 6 ünvanında mobil telefonunda olan “xxxx” ASC-yə aid “Leo bank” mobil bank tətbiqindən Təqsirləndirilən şəxs istifadəsində olan “xxxx” ASC-yə aid 4724 9975 9014 **** saylı digər bank kart hesabına köçürdüyü 3000 manat məbləğində pul vəsaitini, elə həmin gün “xxxx” ASC-yə məxsus 4169 7388 4922 **** saylı digər bank hesab nömrəsinə köçürdüyü 2000 manat məbləğində pul vəsaitini və həmin tarixdə “xxxx” ASC-yə məxsus 4169 7388 8415 **** saylı digər bank hesab nömrəsinə köçürdüyü 2000 manat məbləğində pul vəsaitini, daha sonra ## #### 2023-cü il tarixdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs3 öz tanışı İsayev Sənan Tofiq oğlunun vasitəsilə ona göndərmiş olduğu 5000 manat məbləğində pul vəsaitini Bakı səh.əri, Xətai rayonu, Xocalı prospektində yerləşən “Ağa Centr” biznes mərkəzinin qarşısında Sənan İsayevdən və mart ayının ortalarında ünvan 4 ünvanında yerləşən “Muskat Lounge” kafesində isə zərərçəkmiş şəxs3 şəxsən özü əlavə olaraq 11.500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 ümumilikdə 56.000 manat məbləğində olmaqla külli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir.

6. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə “xxxx” MMC-nin direktoru olduğu dövrdə öz qulluq mövqeyindən istifadə etməklə “xxxx” MMC ilə Zeynalabdıyev İsmət Zeynalabdı oğlunun təsisçisi olduğu “X3” MMC-nin arasında “Mühasibat uçotu üzrə xidmətin göstərilməsinə dair müqavilə” bağlanacağı halda “X3” MMC-nin dövlət büdcəsinə olan 91.000 manat vergi borcunun silinməsinə köməklik edəcəyinə dair “X3” MMC-nin təsisçisi Zeynalabdıyev İsmət Zeynalabdı oğluna yalandan vəd verib onu aldadaraq, ## ######## 2022-ci il tarixdə “xxxx” MMC ilə “X3” MMCnin arasında “Mühasibat uçotu üzrə xidmətin göstərilməsinə dair müqavilə”nin bağlanmasına nail olduqdan sonra, bu adla İsmət Zeynalabdıyevdən ## ###### 2022-ci il tarixdə Bakı səh.əri, Nərimanov rayonu, X5 prospekti, ev 6A ünvanında yerləşən “X3” MMC-nin ofisində İsmət Zeynalabdıyevin 20.000 manat məbləğində pul vəsaitini, bundan başqa eyni məqsədlə elə həmin ofisdə smət Zeynalabdıyevdən ## ###### 2022-ci il tarixdə əlavə olaraq 20.000 manat məbləğində pul vəsaitini və ## #### 2023-cü il tarixdə həmin ofisdə eyni məqsədlə əlavə olaraq 15.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxs Zeynalabdıyev İsmət Zeynalabdı oğluna ümumilikdə 55.000 manat məbləğində olmaqla külli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir.

7. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli 1(101)-402/2025 saylı hökmü ilə (sədrlik edən R.N.Ələkbərli) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 46.2ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən ## ####### 2023-cü il tarixdən ## ###### 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətin ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il 10 (on) ay 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu ## ###### 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ona təyin edilmiş dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəzanın, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunması hökm edilmişdir, hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır.

8. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apelyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsini, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini və onun məhkəmə iclas zalından həbsdən azad olunmasına dair hökm çıxarılmasını xahiş etmişdir.

II. Apelyasiya şikayətinin dəlilləri və etirazlar:

9. Müdafiəçi müdafiəçi2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsiri yoxdur. Belə ki, birinci insitansiya məhkəməsində dindirilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, "xxxx” MMC-də direktor vəzifəsində çalışmışdır. Direktoru olduğu şirkətlə əməkdaşlıq edən şirkətlər, fiziki şəxslər bilavasitə Vəlixanın tanışlığı əsasında əməkdaşlıq etmişlər. Şirkətlərlə bağlanmış müqavilələrin şərtlərini, rəsmi və qeyri-rəsmi dəyərini Vəlixan müəyyən etmişdir. Onun pul almaq kimi səlahiyyəti olmamışdır. Zərərçəkmiş şəxslərdən İsmət Zeynalabdıyev Vəlixanla tanışlığı əsasında, təsisçiləri Zeynalabdıyev İsmət Zeynalabdı oğlu və Məmmədov İslam Nəbi oğlu olduğu “Rif İffice Furniture” MMC ilə direktoru olduğu "xxxx” MMC arasında ##.##.2022-ci il tarixli */** saylı müqavilə bağlanmışdır. Müqavilənin bağlanmasında əsas məqsəd vergi orqanı tərəfindən təyin olunmuş vergi cəriməsinin dəqiqliyini yoxlamaq, sonra vergi borcunun silinməsində qanuna uyğun köməklik göstərməkdir. Müqavilənin dəyəri rəsmi 10.000 manat, qeyri-rəsmi 40.000 manat olmaqla ümumi 50.000 manata razılaşdırılmışdır. Müqavilənin şərtlərinə əsasən onun rəhbərliyi tərəfindən mühasibat uçotu məlumatları avtomatlaşdırılmış, proqram təminatında işlənmiş və müvafiq düzəlişlər edilərək uyğunsuzluqlar aradan qaldırılmışdır. Dəqiq və obyektib mühasibat araşdırılmasından və dövlət vergi xidməti orqanına göndərilən bəyannamələrdən sonra 91.000 manat vergi borcu dəqiq olaraq müəyyənləşdirilmişdir. Yazılı və şifahi müqaviləyə 40.000 manat Vəlixana, ## #### 2023-cü il tarixdə isə 10.000 manat isə şirkətin kassasına ödənilmişdir. Şahid qismində dindirilmiş İslam məhkəməyə verdiyi ifadısindədə hər hansı məbləğin verilməsində iştirak etmədiyini bildirmişdir. Halbu ki, şahid qismində dindirilmiş İslam şirkətin təsisçilərindən biridir. Digər şahid şirkətin mühasibi Fərman isə məhkəməyə verdiyi ifadəsində yalnız 40.000 manat ödənildiyini görməsini bildirmişdir. Bundan əlavə İsmətin iddia etdiyi 91.000 manat vergi borcunun silinməsinə görə ödədiyi məbləğ iki şirkət arasında bağlanılmış şifahi və yazılı müqaviləyə əsasən ödədiyi məbləğdir. Bunu şahid qismində dinirilmiş İsmətin təsisçisi olduğu şirkətin mühasibi Fərman məhkəmədə ifadəsində təsdiq etmişdir. Zərərçəkmiş İsmət tərəfindən iddia olunan məbləğin 56.000 manat olması, bütün məsələrin tam, hərtərəfli və obyektiv araşdırılmadan, onun və zərərçəkmiş şəxs arasında bağlanılan kommersiya və bizbes tərkibli müqaviləni qiymətləndirmədən, hüquqi qiymət vermədən qanunsuz və əsassız ittiham irəli sürülməsi, zərərçəkmiş şəxs və şahidlərlər ibtidai istintaq zamanı üzləşmədiyi halda üzləşmə protokolları tərtib edərək cinayət işini məhkəməyə göndərməklə kifayətlənən Nərimanov RPİ-nin baş müstəntiqi Abdulla Cəlilinin savadsızlığı və şəxsi prinsipinin göstəricisidir. Digər şikayətçi zərərçəkmiş şəxs3 öz ifadələrində və izahatında açıq-aydın göstərmişdir ki, onunlə təqsirləndirilən şəxs arasında yalnız kommersiya tərkibli şifahi müqavilə bağlanmışdır. Beləliklə bağlanan şifahi müqaviləyə əsasən Məhəmmədəli müəyyən faiz qarşılığında pul vermişdir. Verilən pul məbləği 15-30 gün sonra müəyyən faiz qarşlığı ilə birlikdə Məhəmmədəliyə qaytarmışdır. Məhəmmədəli özü də məhkəmədə verdiyi ifadəsində ona 10.000 manat qazanc verdiyini, dəfələrlə arasında pul alış-verişi oölduğunu bildirmişdir. Bundan əlavə məhkəmə iclasında çarpaz dindirmə zamanı Məhəmmədəli fazi qarşılığında pul verməsini və aldığı hər hansı bir məbləğin ödəmədiyi halda növbəti məbləğ vermədiyini bildirmişdir. Lakin, ibtidai istintaq zamanı Məhəmmədəli guya ona faizini ödəmədiyi halda müxtəlif tarixlərdə müxtəlif məbləğlər verdiyini qeyd etmişdir. Əfsuslar olsun ki, ibtidai istintaqı aparan Nərimanov RPİ-nin müstəntiqi Abdulla Cəlili onunla zərərçəkmiş şəxs3 arasında bağlanılan şifahi müqaviləyə əsasən Məhəmmədəliyə verdiyi 10.000 manat qazancı nəzərə almadan, CM-nin 178.3.2-ci maddəsi ilə ona ittiham vermişdir. Müstəntiqin məqsədi ona ağır ittiham verməklə barəsində olan cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi olmuşdur. Digər şikayətçi zərərçəkmiş şəxs2 2023-cü ildə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin, həmin idarədən verilmiş rəsmi cavabda Elnurun etdiyi şikayət mülki xarakterli olduğu üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Lakin, Elnur eyni mahiyyət üzrə Nərimanov RPİ-nə ərizə ilə müraciət etmiş və onun barəsində başlanılmış cinayət işində zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi materiallarını nəzərdən keçirərkən zərərçəkmiş şəxs ifadəsində, izahatında, Vəlixan ilə Elnur arasında aparılmış üzləşmə protokolunda Elnur ilə onun arasında bağlanılmış kommersiya tərkibli müqavilələri təsdiq etmişdir. Elnur ifadəsində ## ###### 2022ci il tarixdə atası ilə birlikdə direktoru olduğu şirkətə gəlmişdir. Görüş zamanı Vəlixan ilə dəyəri 10.000 manat olmaqla müqavilə bağlanması razılaşdırılmışdır. Bundan sonra Elnur bağlanmış müqaviləyə əsasən ilkin olaraq 5000 manat ödəniş etmiş və növbəti 5000 manat isə bir həftə sonra şirkətə ödəmiş və ödənilməsi barədə Vəlixana bildirmişdir. 2023-cü ilin fevral ayında isə Vəlixan ilə Elnurun razılığı əsasında hüquqi müqavilə bağlanmışdır. Digər şikayəti zərərçəkmiş şəxs1 2021 -ci ilin dekabr ayından tanımışdır. Belə ki, həmin dövürdə Sevdanın yoldaşı şahid3 təsisçisi olduğu şirkıtdə 3 illik audit yoxlamasının aparılması ilə bağlı müqavilə bağlamışdır. Həmin ərəfələrdə zərərçəkmiş şəxs1 özünün şirkətinin olduğunu, işlərinin düzgün getmədini bildirirərək ona köməklik göstərilməsini xahiş etmişdir. İşlərin yekununda isə müəyyən məbləğdə qonarar verəcəyini vəd etmişdir. Şifahi razılaşmaya əsasən apardığı audit yoxlamaları nəticəsində Sevdanın şirkətinə 2.000.000 manat ziyan dəyidiyini müəyyən etmişdir. Sevda isə həmin dövürdə şirkətində menecer vəzifəsində “Orxan” adlı şəxsin işlədiyini və dəymiş ziyanın onun tərəfindən həyata keçirildiyini bildirmişdir. O, isə həmin məsələnin qanuni tərəfdən həll edilməsi üçün hüquq mühafizə orqanlarına müraciət etməsini bildirmişdir. Bundan sonra Sevda ondan köməklik göstərilməsini xahiş etmişdir. O, tanışına müraciət etdikdən sonra sevda şəxsən özü BMCMİ-nə gedərək ərizə ilə müraciət etmişdir. Sevdanın və tanışının ona dediklərinə əsasən Orxan adlı şəxs tutulmuş və Sevda ilə üzləşdirilmişdir. Aparılan araşdırma zamanı Orxan adlı şəxsin heç bir günahı olmadığı müəyyən edilmiş və sərbəst buraxılmışdır. Qeyd etmək istəyirəm ki, istintaq prosesində Sevda özü iştirak etmişdir. 2023-cü ilin noyabr və dekabr aylarında Sevda ilə görüş zamanı Sevda BMCMİ-dən xəbər gəlmədiyini və Orxanın sərbəst buraxıldığını ona bildirmişdir. O isə cavab olaraq BMCMİ-nə getməsini və şikayət etməsini ona bildirmişdir. İbtidai istintaq zamanı guya bir işin başlanması üçün ilkin olaraq verdiyi 6500 manat pul və sonradan verdiyi 40.000 manat yalandır. Məhkəmə prosesində Sevda və şahid3 ibtidai istintaq dövründə ona “İlisu” restoranında 6500 manat pul veridyini dediyi halda, məhkəmə iclasında 6500 manat dəyərində qab-qacaq verdiyini bildirmişdir. Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və İsmət Zeynalabdıyev özləri şəxsən Vəilixan ilə görüşmüş, müqavilənin şərlərini razılaşmışlar. Görüləcək işin müqabilində onlar arasında rəsmi və qeyri-rəsmi razılaşmalar olmuşdur. Audit xidmətinin müqabilində pulun bir hissəsi rəsmi qaydada qalan hissəsi isə Vəlixanın dediyi kimi alınmışdır. Bunu cinayət işi üzrə ifadə vermiş şahidlər də təsdiq etmişlər. Hətta şahidlərdən şahid9 ifadəsində bildirmişdir ki, o da “xxxx” MMC-də işləmişdir, şirkətin gördüyü bütün işlər Vəlixan ilə müzakirə edilmişdir. Vəlixanın icazəsi olmadan heç bir iş görülə bilməzdi. Bu halın özü bir daha onu təsdiq edir ki, İsmət və Elnurdan alınmış pullar Vəlixan tərəfindən mənimsənilmişdir. Eləcə də cinayət işinin 1-ci cildinin 159-161 -ci səhvələrində olan sənəddən görünür ki, “xxxx" MMC ilə “X3" MMC arasında mühasibat uçotu üzrə xidmətlərin göstərilməsi barədə ## ######## 2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilə İsmət Zeynalabdıyev və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İsmət Zeynalabdıyev və Təqsirləndirilən şəxs təmsil etdikləri şirkətlər arasında bağlanmış müqavilə şərlərindən müəyyən edilir ki, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən İsmətə qarsı heç bir dələduzluq cinayət əməli törədilməmişdir. Belə ki. tərəflər arasında olan müaailədə Vəkalət alan tərəfindən Vəkalət verənə müqavilənin müsbət nətəcələnməyi ilə bağlı təminat verilməmiş, müqavilə üzrə xidmət haqqı kimi 10.000 manat pul vəsaiti köçülürmüş, müqavilənin tərəflərdən birinin vazılı müraciəti olmayanadək Qüvvədə olması, müqavilədən cıxa bilən ixtilafların Tərəflərin arasında danışıqlar yolu ilə, anlaşma əldə olunmazsa. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həll edilməsi razılaşdırılmışdır. Bu qeyd edilənlər İsmət Məmmədov tərəfindən dərk edildikdən sonra imzalanmanla təsdiq edilmişdir. Cinayət işinin 1-ci cildinin 190-cı səhvəsində olan ## #### 2023-cü il tarixli Kassa mədaxil orderinin qəbzdən görünür ki, “X3” MMC tərəfindən “xxxx" MMC-yə 10.000 manat pul vəsaiti ödənilmişdir. Bu zaman sual olunur:bəs nəvə görə həmin 10.000 manat pul vəsaiti İsmət Zeynalabdıyevin epizodu üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxılmamışdır? Axı həmin 10.000 manat pul vəsaiti ## #### 2023-cü il tarixli Kassa mədaxil orderi əsasında “X3” MMC tərəfindən “xxxx” MMC- yə ödənilmişdir. Həmçinin cinayət işinin 1-ci cildinin 167-188-ci səhvələrində olan Whatssap yazışmalarına diqqət yetirdikdə görə bilərik ki, həmin yazışmalar İsmət tərəfindən həm Nofəlin özü ilə həmdə onun atası Saleh ilə aparılıb. Lakin, İsmət tərəfindən Salehə yazılmış Whatssap yazışmaları yalnız İsmətin özünün yazdıqlarından ibarət olmuş və həmin yazışmalarda olan işarələrdən də görünür ki, smslər Salehin telefonuna çatmamışdır. Çünki SMS-lərdə bir xətt göstərir. Buna görə də, həmin yazışmalar sübut kimi qəbul edilə bilməz. Qeyd edilən yazışmalarda İsmət tərəfindən 55.000 manat qeyd edilsə də, smslər Salehin istifadə etdiyi telefona çatmadığına görə birtərəfli yazışma hesab edilməklə sübutlar siyahısından çıxarılmalıdır. Nofələ ünvanlanmış Whatssap yazışmalarında isə İsmət tərəfindən konkret məbləğ yazılmamışdır. Bun görə də həmin Whatssap yazışmaları ümumi xarakterli olduğuna, konkret faktı təsdiq etmədiyinə görə sübut kimi qəbul edilə bilməz. Cinayət işinin 2-ci cildinin 15- 20 səhvələrində olan sənədlərə əsasən müəyyən edilir ki, ## ###### 2022-ci il tarixdə və ## ###### 2023-cü il tarixdə “xxxx” MMC-nin direktoru ilə zərərçəkmiş şəxs2 hüquqi xidmət göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilələrə əsasən də müəyyən olunur ki, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən zərərçəkmiş şəxs2 qarşı dələduzluq cinayət əməli törədilməmişdir. Belə ki, ##.##.2022-ci il tarixli müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, Vəkalət verən zərərçəkmiş şəxs2 tələbi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aparılan vergi yoxlamalarında, birgə iştirak və digər dövlət və qeyri dövlət orqanlarında təmsilçilyi, hüquqi məsləhətlərin verilməsini, yoxlamalarda onun hüquqlarının nümayəndə vasitəsi ilə müdafiəsini vəkalət alana tapşırır, Vəkalət alan isə hazırki müqavilədə göstərilmiş şərtlərlə ona verilmiş tapşırığı konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci bəndində qeyd edilmişdir ki, Vəkalət verən haırki müqavilənin 1.1 bəndində göstərilmiş işlər üçün Vəkalət alana 10.000 (on min) manat ödəyir. Müqavilənin 4.2-ci bəndinə əsasən Ödəniş formascbu müqavilə qanuni qüvvəyə mindikdən sonra nağd və ya bank köçürməsi yolu ilə tapşırıq icra olunduğu dövr ərzində həyata keçirilir. Lakin, müqavilədə tapşırığın yerinə yetirilməsi müddəti nəzərdə tutulmayıb. Həmin müqavilənin 9.1-ci bəndində qeyd edilmişdir ki, Hazırki müqavilədən irəli gələn, yaxud bu Müqavilə barədə meydana çıxan bütün mübahisələr Tərəflərin razılığı ilə həll edilir. Müqavilənin 9.2-ci bəndində qeyd edilmişdir ki: Tərəflər öz aralarında razılığa gələ bilməzlərsə, mübahisənin həll olunması Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilir. Müqavilənin 10.3-cü bəndində qeyd edilmişdir ki: Bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öz öhdəliklərini yerinə yetirənə qədər qüvvədə qalır. zərərçəkmiş şəxs2lə Təqsirləndirilən şəxs arasında bağlanılmış müqavilə şərtlərindən müəyyən edilir ki, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən Elnura qarşı heç bir dələduzluq cinayət əməli törədilməmişdir. Belə ki, tərəflər arasında olan müqavilədə Vəkalət alan tərəfindən Vəkalət verənə müqavilənin müsbət nəticələnməyi ilə bağlı təminat verilməmiş, müqavilə üzrə xidmət haqqı 10.000 manat müəyyən edilmiş və həmin pul vəsaiti müqavilə qüvvəyə mindikdən sonra nağd və ya bank hesab vasitəsilə tapşırıqicra olunanadək ödənilməsi, müqavilənin icra olunanadək icra olunması,müqavilə üzrə meydana çıxan bütün məsələlərin tərəflərin razılığı ilə həll edilməsi, əgər tərəflər öz aralarında mübahisəhi həll edə bilmədikdə mmübahisənin həll olunması Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilməsi razılaşdırılmışdır. Bu qeyd edilənlər zərərçəkmiş şəxs2 tərəfindən dərk edildikdən sonra imzalanmaqla təsdiq edilmişdir. ## ###### 2023-cü il tarixli müqavilədə demək olarki ## ###### 2022-ci il tarixli müqavilə ilə eyni şərtlər daxilində bağlanmışdır. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış zərərçəkmiş şəxs3 qarşı da hüquqlarını müdafiə etdiyim şəxs tərəfindən heç bir cinayət əməli törədilməmişdir. Belə ki, həm cinayət işi üzrə ifadə vermiş zərərçəkmiş şəxs Məhəmmədəlinin özünü həmdə təqsirləndirilən şəxsin məhkəmə iclasına söylədiklərinə əsasən müəyyən olunur ki, Məhəmmədəli ili Nofəl arasında biznes münasibətləri olmuş, buna görə də, Məhəmmədəli Nofələ faizə (sələmə) pul vəsaiti vermişdir. Həmin pul vəsaitinin müqabilində o, Nofəldən hər ay faiz pul vəsaitləri almışdır. Hətta məhkəmə iclasında ona verilmiş suala cavabında Məhəmmədəli bildirdi ki, “Nofələ verilmiş 2500 manata görə hər ay o, Nofəldən 200 manat faiz almışdır, həmçinin Nofəl ona 10.000 manat qazancda vermişdir". Bu zaman sual olunur bəs nəyə görə həmin 10.000 manat pul vəsaiti zərərçəkmiş şəxs3 epizodu üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxılmamışdır? Axı həmin Məhəmmədəli özü ifadəsində bildirir ki. Nofəl tərəfindən ona 10.000 manat pul vəsaiti qazanc olaraq verilmişdir. Belə olan Məhəmmədəli ilə Nofəl arasında olan münasibətlərin biznes axarakterli olması bir daha sübut olunur. Cinayət işi üzrə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 epizodu üzrə də bildirmək istəyirəm ki, hüquqlarını müdafiə etdiyim şəxs şəxs tərəfindən ona qarşı hər hansı dələduzluq cinayət əməli törədilməmişdir. Belə ki, onun şikayətlərində qeyd edilən 40.000 manat pul vəsaiti təqsirləndirilən şəxsə verilməmişdir. Sevdanın özü tərəfindən BMCMİ-nin əməkdaşına verilmişdir. Sevda isə pul verdiyi şəxsin adını məhkəmə iclasında çəkə bilmir. Həmin pul vəsaitini təqsirləndirilən şəxsdən tələb edir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 yalan ifadə verməsi məhkəmə iclasında həm onun özü həmdə əri Nazim tərəfindən də təsdiq edilmişdir. Belə ki, onlar hər ikisi ibtidai istintaq zamanı BMCMİ-də işin həll edilməsi üçün Nofələ 46500 manat pul verilməsi ilə bağlı müstəntiq tərəfindən yazılmış sənədlərə imza çəksələrdə də, məhkəmə iclası zamanı hər iksi bildirdi ki, "Nofəl 6500 manat dəyərində qab-qacaq aparıb, həmin pulla birlikdə Nofəl onlardan cəmi 46.500 manat pul alıb”. Bu zaman sual olunur:6500 manat pul vəsaitinin hazırki ittihama daxil edilməsində məqsəd nə idi? Bu sualın bir cavabı var o da ondan ibarətdir ki, müstəntiq hər vasitə ilə çalışmışdır ki, təqsirləndirilən şəxsi ağır cinayətdə ittiham etsin. Buna görə də o, məbləğləri bilərəkdən şişirtmişdir. Qeyd olunanlara əsasən bir daha müəyyən olunur ki, ittiham tərəfinin təqdim etdiyi sübutlar mötəbər deyildir və buna görə də, sübut kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs X9 ilə zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2, İsmət Zeynalabdıyev və zərərçəkmiş şəxs3 arasında işgüzar fəaliyyətdən irəli gələn, müəyyən müddət aralarında razılaşdırılmış şərtlərlə davam edən işgüzar münasibətlər olmuş, həmin münasibətlərin davam etdiyi müddətdə Nofəl Məhəmmədəlidən faizə pul almış və aldığı pul vəsaitinidə faizi ilə birgə qaytramışdır. Elnur və İsmətə isə xidmətlər göstərməsinə dair müqavilə bağlanmışdır. Ümumiyyətlə Təqsirləndirilən şəxs nə tərəflər arasında işgüzar münasibətlərə girmədən öncə nədə ki sonra onlara məxsus pul vəsaitini əvəzsiz ələ keçirmək niyyəti olmamışdır. İşin mübahisəsiz hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs qarşı elan edilmiş ittihamda nəzərdə tutulmuş əməlin onun tərəfindən törədilməsi inkar edilir. İş üzrə zərərçəkmiş şəxslərin, şahidlərin cinayət işində olan “whatsapp” yazışmaları kimi təqdim olunmuş sənədlər ayrıayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə və mümkünlüyünə əsaslı şübhələrlə müşahidə olunur və bu şübhələri| aradan qaldırmaq mümkün deyildir. Bu səbəbdən onların sübut kimi qəbul edilib bu sübutlara əsasən şəxsin məhkum olunması Azərbaycan Respublikası CPM- nin 125-ci maddəsi baxımından yolverilməzdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməlidir. Zərərçəkmiş şəxslər- mülki iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş mülki iddialara münasibətdə qeyd edilmişdir ki, şəxs baəsində bəraət hökmü çıxarıldığı halda həmin şəxs barəsində cinayət mühakimə icraatı da başa çatmış hesab olunur ki, mövcud olmayan icraat zamanı mülki iddiaya qiymət verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir.

10. Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

III.Proses iştirakçılarının çıxışları:

11. Apelyasiya icraatında müdafiəçi müdafiəçi2 zərərçəkmiş Zeynalabdıyev İsmət Zeynalabdı oğlunun epizodu üzrə bildirmişdir ki, zərərçəkmiş şəxs öz şirkətində vergi əməliyyatlarının aparılması məqsədilə Təqsirləndirilən şəxs pul vəsaiti verdiyini və həmin vəsaitin dələduzluq yolu ilə ələ keçirildiyini bildirsə də, təqsirləndirilən şəxs bu hissədə özünü təqsirli bilməmiş, həmin vəsaitlərin faktiki olaraq şirkətə rəhbərlik edən Vəlixan adlı şəxsə çatdığını bildirmişdir. Vəlixanın məlumatı və razılığı olmadan hər hansı müqavilənin bağlanması və ya məsələnin həlli qeyri-mümkün olmuşdur. Bundan başqa, cinayət işinin 1-ci cildinin 190-cı vərəqində olan ## #### 2023-cü il tarixli Kassa mədaxil orderinin qəbzindən göründüyü kimi, “X3” MMC tərəfindən “xxxx” MMC-yə 10.000 manat pul vəsaiti ödənilmişdir. Həmin 10.000 manat pul vəsaitinin İsmət Zeynalabdıyevin epizodu üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamdan xaric edilməməsi kobud pozuntudur. Qeyd olunan məbləğin ittihamdan xaric edilməməsinin yeganə səbəbi Təqsirləndirilən şəxs AR CM-nin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürmək məqsədi daşımışdır. Halbuki, həmin məbləğ ittihamdan xaric edilsəydi, ittiham AR CM-nin 178.2.4-cü maddəsi ilə irəli sürülə bilərdi. İstintaq orqanı süni şəkildə ağırlaşdırıcı maddə tətbiq etmək məqsədilə qeyd olunan məbləği ittihamda saxlamışdır. Eyni zamanda, bu epizod üzrə ittihamın əsasını təşkil edən “WhatsApp” yazışmalarındakı mesajların qarşı tərəfə çatmadığı (tək xətt işarəsi ilə) müəyyən edilmişdir. Göndərilən mesajların ünvanına çatmaması zərərçəkmiş şəxsin atası ilə Təqsirləndirilən şəxs arasında faktiki ünsiyyətin olmadığını göstərir və bu səbəbdən həmin yazışmalar mötəbər sübut kimi qəbul edilməyərək sübutlar siyahısından çıxarılmalıdır. zərərçəkmiş şəxs2 epizodu üzrə bildirmişdir ki, cinayət işinin 2-ci cildinin 15-20-ci vərəqlərində mövcud olan sənədlərə əsasən, ## ###### 2022-ci il və ## ###### 2023-cü il tarixlərində “xxxx” MMC ilə zərərçəkmiş şəxs2 arasında hüquqi xidmət göstərilməsinə dair rəsmi müqavilələr bağlanmışdır. Bu müqavilələr hüquqlarını müdafiə etdiyi şəxsin əməlində dələduzluq cinayətinin tərkibinin olmadığını, münasibətlərin mülki-hüquqi xarakter daşıdığını sübut edir. Müqavilənin 9.2-ci bəndində tərəflər arasında yaranan mübahisələrin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində həll edilməsi razılaşdırılmışdır. İ.Zeynalabdıyev ilə bağlanmış müqavilədə də mübahisələrin mülki qaydada həll olunması nəzərdə tutulmuşdur. Tərəflər arasında rəsmi müqavilə öhdəliklərinin mövcud olmasına baxmayaraq, mübahisə mülki icraat qaydasında həll edilməmiş, əsassız olaraq cinayət təqibi başlanmışdır. Bununla da həm ibtidai istintaq orqanı, həm də birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini pozmuşdur. zərərçəkmiş şəxs3 epizodu üzrə bildirmişdir ki, zərərçəkmiş şəxsin məhkəmə iclasındakı ifadəsi və iş materiallarında olan səsyazıları təsdiq edir ki, zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs pul vəsaitini şərtləşdirilmiş vaxtda ona ödənişlər edilməsi üçün vermişdir Bu da həmin vəsaitin faizə verilməsini təsdiq edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsə verilən: “Şərtləşdirilmiş vaxtda pul (qazanc) verilməsəydi, siz o vəsaiti Təqsirləndirilən şəxs verərdinizmi?” sualına o, qəti olaraq “Xeyr” deyə cavab vermişdir. Bu cavab və işin faktiki halları tərəflər arasındakı münasibətlərin cinayət xarakterli olmayıb, bilavasitə mülki-hüquqi xarakter daşıyan kredit (borc) münasibətləri olduğunu növbəti dəfə subut edir. zərərçəkmiş şəxs1 epizodu üzrə bildirmişdir ki, qeyd olunan məsələ ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) müzakirələr aparılsa da, sözügedən pul vəsaiti Təqsirləndirilən şəxs tanımadığı üçüncü bir şəxsə verilmişdir. İttiham aktında ziyanın məbləği 46.500 manat göstərilsə də, zərərçəkmiş zərərçəkmiş şəxs1 və şahid şahid3 ifadələrinə görə, faktiki olaraq 40.000 manat nağd pul verilmiş, qalan 6.000 manat isə mağazadan götürülən qab-qacaq formasında olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs bəyanatına əsasən, zərərçəkmiş şəxs1 şirkətində aparılmış audit yoxlamalarının nəticəsi olaraq onların təqsirləndirilən şəxsə 200.000 manat məbləğində borcu yaranmışdır. Məhkəmədən apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. Apelyasiya icraatında müdafiəçi Babayev İsmayıl Seyfəddin oğlu çıxışında bildirmişdir ki, zərərçəkmiş Zeynalabdıyev İsmət Zeynalabdı oğlunun nümayəndəsi tərəfindən cinayət işində ödəniş qəbzin varlığı qeyd edilsə də, həmin qəbz ## ######## 2022-ci il tarixli müqavilə üzrə xidmət göstərilməsi ilə bağlı icra olunmuş ödənişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülərkən onun niyyəti müəyyənləşdirilməmişdir. Dələduzluq işlərində niyyət əsas meyar olduğu halda, iş üzrə Təqsirləndirilən şəxs pul vəsaitlərini ələ keçirmək niyyəti sübuta yetirilməmişdir. Zərərçəkmiş zərərçəkmiş şəxs2 ifadəsində "Vəlixan" adlı şəxsin onu çağıraraq əlavə pullar aldığını bildirməsi də sübut edir ki, xidmət müqavilələri bağlandıqdan sonrakı pul vəsaitləri məhz Vəlixan adlı şəxsin göstərişi ilə alınmışdır. Eyni zamanda, zərərçəkmiş zərərçəkmiş şəxs2 ilkin olaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayətlə müraciət etmiş və ona bu mübahisənin mülki xarakter daşıdığı barədə cavab verilmişdir. zərərçəkmiş şəxs2 ## #### 2023-cü il tarixdə rəsmi müraciət edərək barışdığını və araşdırmanın dayandırılmasını xahiş etsə də, daha sonra — ## ######## 2023-cü il tarixdə Nərimanov Rayon Polis İdarəsinə yenidən şikayətlə müraciət etmişdir. Şahid zərərçəkmiş şəxs3 ifadəsində Təqsirləndirilən şəxs ilə aralarında əməliyyatlar olduğunu qeyd etmiş, lakin bu əməliyyatların mahiyyəti soruşulduqda biznes fəaliyyətini nəzərdə tutduğunu bildirmişdir. Hüquq praktikasında və qanunvericilikdə biznes fəaliyyətinin əməliyyat kimi qiymətləndirilməsinə dair hər hansı hüquqi termin mövcud deyil və bu münasibətlərin faiz (sələm) xarakterli olduğu aydındır. Tərəflər arasındakı səsyazısında Təqsirləndirilən şəxs “Mənə 56000 manat verməmisən, düzgün hesabla, niyə faizi qaldırırsan?” sualına, zərərçəkmiş şəxs3 “15000 manat deyim ki, ziyanı aşağı salsınlar?” şəklində cavab verməsi də pul vəsaitlərinin faizə verildiyini təsdiq edir. Qeyd olunan xüsusatlar hazırkı cinayət işinin obyektiv sübutlara deyil, istintaqın təzyiqi altında formal olaraq yaradıldığını nümayiş etdirir. Müdafiəçi qeyd olunanları rəhbər tutaraq, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

13. Apelyasiya icraatında təqsirləndirilən Təqsirləndirilən şəxs bildirmişdir ki, barəsindəki cinayət işi 2023-cü ildə Nərimanov Rayon Polis İdarəsində başlanılmışdır və işi aparan müstəntiq Abdulla Cəlili zərərçəkmiş Zeynalabdıyev İsmət Zeynalabdı oğlunun tanışıdır. İbtidai istintaq zamanı zərərçəkmiş Zeynalabdıyev İsmət Zeynalabdı oğlu və şahidlərlə faktiki olaraq heç bir üzləşdirmə aparılmadığı halda, cinayət işinin materiallarına saxta üzləşdirmə protokolları daxil edilmişdir. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçildikdən sonra müstəntiq Abdulla Cəlili tərəfindən iş üzrə icraat dayandırılmış, lakin sonradan zərərçəkmiş şəxs1 DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) etdiyi şikayətdən sonra hər iki iş bir icraatda birləşdirilmişdir. Qeyd olunmuşdur ki, Zeynalabdıyev İsmət Zeynalabdı oğlu ilə aralarında rəsmi müqavilə mövcuddur və həmin müqavilə bağlanarkən zərərçəkmiş şəxsin şəriki və mühasibi şahid qismində iştirak etmişlər. Müqavilənin predmeti Zeynalabdıyev İsmət Zeynalabdı oğlunun rəhbərlik etdiyi subyektin 91 000 manat məbləğində vergi borcunun doğruluğunun yoxlanılması və auditin aparılması ilə bağlı olmuşdur. Zərərçəkmiş Zeynalabdıyev İsmət Zeynalabdı oğlu ifadəsində cəmi 55 000 manat (hissə-hissə 40 000 və 15 000 manat) verdiyini iddia etsə də, onun öz şahidi məhkəmə iclasında yalnız 40 000 manat məbləğində pulun verilməsini gördüyünü və bu vəsaitin məhz 91 000 manatlıq vergi borcunun yoxlanılması məqsədilə bağlanmış müqavilə çərçivəsində ödənildiyini təsdiq etmişdir. Şahid zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı tərəflər arasında şifahi razılaşmanın olduğunu və özünün Təqsirləndirilən şəxs 15 000 manat məbləğində qazanc (xeyir) verdiyini etiraf etmişdir. Lakin həmin 15 000 manat məbləğində vəsait ziyanın ümumi məbləğindən çıxılmamışdır. Bunun əsas səbəbi əməlin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə tövsif edilməsi məqsədi daşımışdır. Eyni zamanda, digər zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 müraciəti ilə bağlı qeyd edilmişdir ki, "Vəlixan" adlı şəxs adıçəkilən zərərçəkmiş şəxsə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində tanışlarının olduğunu bildirərək onu həmin quruma şikayət etməyə yönəltmişdir. Lakin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma zamanı tərəflər arasında rəsmi xidmət müqaviləsinin olduğu müəyyən edilmiş və mülki xarakter daşıdığı üçün cinayət təqibi rədd edilmişdir. zərərçəkmiş şəxs1 şikayətinə gəldikdə isə bildirilmşdir ki, onun şirkətində audit yoxlaması aparılarkən ciddi maliyyə yeyintiləri aşkar olunmuşdur. zərərçəkmiş şəxs1 yeyintinin gizlədilməsi üçün köməklik göstərilməsini xahiş etdikdə, ona qanuni qaydada BMCMİ-nə müraciət etməsi tövsiyə olunmuşdur. Şikayətdən sonra "Orxan" adlı şəxs gətirilərək üzləşdirmə aparılmış, sonradan isə azad buraxılmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yekunda vurğulamışdır ki, zərərçəkmiş şəxslərdən heç birinə borcu yoxdur.

14. Apelyasiya icraatında dövlət ittihamçısı bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlar tam şəkildə araşdırılmış, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eyni zamanda üzləşdirmə protokolları və digər sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli olması sübuta yetirilmişdir. Hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Müdafiə tərəfinin tərəflər arasında müqavilə olmasına və mübahisənin mülki xarakter daşımasına dair dəlilini əsassız hesab edirərək qeyd etmişdir ki, həmin müqavilələrin bağlanılmasında məqsəd məhz zərərçəkmiş şəxslərin əmlakını ələ keçirmək olmuşdur. Məhkəmədən apelyasiya şikayətinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

III.Hüquqi məsələlər:

15. Məhkəmə kollegiyası işin materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini və Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinin tələblərinə əsasən bu dəlillərdən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyi normalarının tələblərinə əməl edilməsini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir.

16. Cinayət işinin materiallarında olan ## ###### 2024-cü il tarixli “baxış və götürmə aparılması haqqında protokol”dan görünür ki, zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi 15 ədəd vərəqdə çap edilmiş mobil tətbiqi vasitəsilə aparılan danışıqların çıxarışları və 01 ədəd CD disk sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, təqdim etdiyi predmetlərə baxış keçirilmiş, həmin çıxarışlarla əlaqədar zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin 12 ədəd çıxarışlarda olan yazışmalar “Whatsapp” mobil tətbiqi üzərində qrup şəklində onun özü, Təqsirləndirilən şəxs və həyat yoldaşı şahid3 birlikdə sözügedən məsələ ilə bağlı apardıqları danışıqlar, digər 03 ədəd çıxarışlar isə bilavasitə şahid3 Təqsirləndirilən şəxsla təklikdə olaraq apardıları danışıqların müvafiq hissələridir. Təqdim olunan bir ədəd CD diskdə isə iki ədəd səs yazısının olması məlum olmuş, zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin səs yazıları da məhz ümumi qrupda aparılan danışıqlar zamanı Təqsirləndirilən şəxs ünvanlanan səs yazılarıdır (iş vərəqə: cild 1, səh.44-60). 17.İş materiallarında olan ## #### 2023-cü il tarixli “baxış və götürmə aparılması haqqında protokol”dan görünür ki, iş üzrə zərərçəkmiş şəxs Zeynalabdıyev İsmət Zeynalabdı oğlunun təqdim etdiyi 22 vərəqədən ibarət “WhatsApp” ani mesajlaşma mübadilə sistemi ilə icra edilmiş mətn mesajlarına baxış zamanı müəyyən edilmişdir ki, 10 vərəqədən ibarət “WhatsApp” ani mesajlaşma mübadilə sistemi ilə icra edilmiş mətn mesajları “X1” adlı istifadəçiyə ünvanlanmışdır. Mesaj mətnindən məlum olur ki, Zeynalabdıyev İsmət Zeynalabdı oğlu Saleh adlı isifadəçiyə oğlu Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə məlumat verib vergi borcunun ödənilməsi adı ilə 55.000 manat pul aldığını, lakin həmin mələğdə pulu ödəmədiyini bildirir (Qeyd: Mətn mesajlarının məzmunu olduğu kimi “X1” adlı istifadəçiyə ünvanlanmış 10 vərəqədən ibarət smartfonlar üçün nəzərdə turulmuş “WhatsApp” ani mesajlaşma mübadilə sistemi ilə icra edilmiş mətn mesajlarında əks edilmişdir). 12 vərəqədən ibarət “WhatsApp” ani mesajlaşma mübadilə sistemi ilə icra edilmiş mətn mesajları “X6” adlı istifadəçiyə ünvanlanmışdır. Mesaj mətnindən belə məlum olur ki, Zeynalabdıyev İsmət Zeynalabdı oğlu ilə “X6” adlı istifadəçinin arasında mesajlaşma mövcuddur. Zeynalabdıyev İsmət Zeynalabdı oğlu “X6” adlı istifadəçidən vergi borcuna görə ona ödənilmiş 55.000 manat vergi borcunun nəyə görə ödənilmədiyinə aydınlıq gətirməsini tələb edir, “X6” adlı istifadəçi vergi borcunun silinməsi ilə bağlı vəd verir. (Qeyd: Mətn mesajlarının məzmunu olduğu kimi “X6” adlı istifadəçiyə ünvanlanmış 12 vərəqədən ibarət smartfonlar üçün nəzərdə tutulmuş “WhatsApp” ani mesajlaşma mübadilə sistemi ilə icra edilmiş mətn mesajlarında əks edilmişdir (iş vərəqə: cild 1, səh. 165-188).

18. İş materiallarında olan ## ######## 2022-ci il tarixli ** №-li razılaşmadan və ****** nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, həmin tarixdə “xxxx” MMC ilə “X3” MMCnin arasında “Mühasibat uçotu məlumatlarının avtomatlaşdırılması xidməti üzrə 10.000 manat müqabilində müqavilə bağlanmışdır (iş vərəqə: cild 1, səh. 189-190).

19. İş materiallarında olan «xxxx» ASC-dən daxil olmuş ## ###### 2023-cü il tarixli, 4- **/****-** saylı məktuba əlavə olunmuş 60 vərəqdə təqdim olunan fotogörüntülər və hesab üzrə məxaricmədaxil əməliyyatlara dair çıxarışlardan görünür ki, sorğu edilən 4724 **** **** **** nömrəli bank plastik kartı üzrə olan hesaba ## #### 2023-cü il tarixdə 3.000 manat pul köçürülmüşdür (iş vərəqə: cild 2, səh. 228-279, cild 3, səh. 1-11).

20. İş materiallarında olan ## ###### 2023-cü il tarixli “cd diskə baxış aparılması haqqında protokol”dan görünür ki, iş üzrə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, köçürülmüş “Whatsapp” təminatı proqramı ilə icra edilmiş ismarıcların 14 ədəd fotoşəkil formatında görüntüləri, “xxxx” ASC-yə aid, Leyla Şabanlıya məxsus 5404 0852 3846 **** nömrəli bank kartının fotoşəkili, 02 ədəd bank qəbzinin fotoşəkili, “Leobank”a aid 03 ədəd ödəniş qəbzinin fotoşəkili, 04 ədəd qovluqda audioyazı (səsyazısı) mövcuddur. “WhatsApp” ani mesajlaşma mübadilə proqramında “Nofel Ofis” adlı istifadəçi tərəfindən ismarıcların olduğu məlum olmuşdur. “CD” diskdə mövcud olan audioyazılar aşağıdakı formada aparılmışdır: A: Abim axşamın xeyrli uğurlu olsun, dünənlərim danışmışam bayramın təbrik elədim, bütün malların paylıyıb hamsın, başdıyıb pul yığımına, dedim altıncı günü xəbər elə, indi altıncı gün onunla görüşəcəm abi xəbər verəcəm sənə mütləq A: Salam əziz qardaş necəsən, nə var-nə yox, ay qaqa bu nədi, nə qədər yığmısan, abim buranın setindəndi e, əziz qardaş nədən narahatsan, bir qram da narahat zad olub eləmə abi, nə danışmışıq o da olacaq A: Abim maksimum ya bazar günü axşam uçuram, ya birinci gün tezdən A: Abim Allaha and olsun, sənin canın üçün, quran haqqı narahat olma ay əziz qardaş, vallah o yoldaş var paltar işi ilə məşğuldur da, ona şərikinə qoşulmuşam, gəlmişəm ki, o paltarı verim.

21. “CD” diskdə mövcud olan “Leobank”a aid mobil bank tətbiqi vasitəsilə aparılmış bank əməliyyatım təsdiq edən 03 ədəd ödəniş qəbzlərindən göründüyü kimi ##.##.2023-cü il tarixdə, saat 18:49-da 409858****1337 bank hesab nömrəsindən 416973****3833 bank hesab nömrəsinə 40 manat komissiya haqqı ödənilməklə 2000 manat, ##.##.2023-cü il tarixdə, saat 18:50-də 409858****1337 bank hesab nömrəsindən 472499****9732 bank hesab nömrəsinə 60 manat komissiya haqqı ödənilməklə 3000 manat və ##.##.2023-cü il tarixdə, saat 18:51 -də 409858****1337 bank hesab nömrəsindən 416973****3515 bank hesab nömrəsinə 40 manat komissiya haqqı ödənilməklə 2000 manat pul vəsaiti köçürlmüşdür. zərərçəkmiş şəxs3 bildirmişdir ki, pul vəsaitinin köçürüldüyü bank hesab nömrələrini ona Təqsirləndirilən şəxs vermişdir (iş vərəqə: cild 3, səh. 46-64).

22. İş materiallarında olan «xxxx» ASC-dən daxil olmuş ##.##.2024-cü il tarixli, ****/***/**** nömrəli məktubla müşayiət olunan 01 ədəd CD diskə köçürülüş fotogörüntülərlə 11 ədəd vərəqdə təqdim olunmuş hesablar üzrə məxaric-mədaxil əməliyyatlara dair çıxarışlara keçirilmiş baxış zamanı məlum olmuşdur ki, araşdırma zamanı sorğu edilən 4169 **** **** **** nömrəli bank plastik kartı üzrə olan hesaba həqiqətən də ##.##.2023-cü il tarixdə 2.000 manat, 4169 **** **** **** nömrəli bank plastik kartı üzrə olan hesaba isə həmin tarixdə 2.000 manat pul köçürülmüşdür (iş vərəqə: cild 3, səh. 80-92).

23. ## #### 2024-cü il tarixli “mobil telefon aparatına baxış keçirilməsi barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “iPhone” markalı mobil telefona keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrə üzərindən qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs adı kontaktlar siyahısında “Atam 2” kimi qeyd olunmuş istifadəçi arasında danışıq dialoq pəncərəsində Təqsirləndirilən şəxs həmin istifadəçiyə ## ###### 2023-cü il tarixdə səs yazısı göndərməsi məlum olmuşdur. Həmin səs yazısından məlum olur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs1 ilə canlı olaraq görüşən zaman onunla aralarında olan şifahi söhbəti səs yazısı formasında qeydə almışdır. Həmin danışığın 03:30 hissəsindən danışıq dialoqu bu cür formada aparılmışdır: Təqsirləndirilən şəxs (A), zərərçəkmiş şəxs1 (B): A: Bandotdellə bağlı siz özünüz getmədiniz ora Sevda xanım? Özünüz izahat vermədiniz? B: getmişəm A: ay sağol. Ondan sonra onların özləri əlaqə saxlayıb Orxanla sizi üzləşdirmədi? Mən bunları nəyə görə deyirəm, çünki proseslər olub da düzdü? Indiyənə qədər kimdənsə eşitmisinizmi? əl-qollarınız hər yerə də çatır, heç eşitmisinizmi kimsə getsin ora şey etsin. Düzdü? Bilirsiz cümlə demək asandı...söhbət hansı puldan gedir? B: Bəli, bu proseslər bir il qabaq olub. Bu söhbətlərin hamısı sizinlə bağlıdır. Bandotdelin pulu, səninlə mənim aramda başqa nə pul ola bilərki? Həmin danışığın 12:33 hissəsində: B: Vergini qatma bu söhbətə, hələ bandotdeli qurtaraq sonra...sən get bandotdelə, danış öz adamınla...nə vaxtdandı gedib bu məsələ oratada pul yoxdur, demli problem var ortada..siz deyirsiz məni bandotdelə çağırıb özümə pul verəcəklər? A: pulu siz özünüz götürməlisiniz, elə bir şey yoxdur, mümkün deyil axı kimsə sizin yerinizə gedib pul götürsün. B: Mənim orada heç bir qeydiyyatda adım yoxdur.

24. Bundan başqa, Təqsirləndirilən şəxs həmin istifadəçiyə ## ###### 2023-cü il tarixdə göndərdiyi səs yazısından məlum olur ki, Təqsirləndirilən şəxs Elşad adlı şəxslə canlı olaraq görüşən zaman onunla aralarında olan şifahi söhbəti səs yazısı formasında qeydə almışdır. Həmin danışığın 12:23 hissəsindən danışıq dialoqu bu cür formada aparılmışdır: Təqsirləndirilən şəxs (A), Elşad adlı şəxs (B): A: Bu adam da deyir ki, özüm istəyirəm məşğul olum. Maraqlanıb ki, Orxanı tutublar, ondan şikayət çoxdur. Yadında biz şikayət edəndə deyəsən Polşada idi. Xaricdə idi, oradan gətizdirdilər. Orada maraqlanıb deyiblər ki, sənin burada ərizən yoxdur. B: Özü getmişdi də birinci dəfə həmin adama niyə yaxınlaşmır ki? A: Onu demək lazımdır ki, çağırıb arvadı işin yekununu ona desin. Arvadı dəvət etsin desin ki sənin işinə o vaxt xitam verildi. Həmin adama da desin də niyə Orxanı buraxmısan? Nəyə görə buraxmısan? B: Getsin özü orda soruşsun ya çağırsınlar orda soruşsun da kimə verib, nə olub, kim alıb pulu. 1-də alacağım, 5-də verəcəyim yoxdur, tüpürüm onun işinə, mənə lazımdır guya? Nəyimə lazımdı başağrısı?...Gedib versin araşdırsınlar kimə verib. Sən o vaxt Azərə dedin, Azər də mənə dedi ki, adama kömək etmək lazımdır. Ordan mən nə bilim ki bu iş çözələnib belə gedəcək?

25. Daha sonra Təqsirləndirilən şəxs adı kontaktlar siyahısında “Atam” kimi qeyd olunmuş istifadəçi arasında danışıq dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs ## ###### 2023-cü il tarixdə özünə ünvanlanmış yazını olduğu kimi köçürüb göndərməsi məlum olmuşdur. Həmin yazı “Salam Saleh mm. Sevda xanmdır. Saleh mm, bu gün Nofəl mm bandotdelin pulunun verilməsinin axırıncı günü idi. Amma axşam yoldaşımla görüşüb dedi ki, dekabrın 20-dən sonra ödəniş olacaq. Ayın 15-dən bu günə ödəniş bu ay bitir, axırıncı gün dekabrın 20-nə keçdi olmur. Sentyabr ayından 15 gün - 15 gün uzanır bu söhbət. Xahiş edirəm bu işə müdaxilə edəsiniz” formasındadır.

26. Bundan başqa, Təqsirləndirilən şəxs adı kontaktlar siyahısında “Komp” kimi qeyd olunmuş istifadəçi arasında danışıq dialoq pəncərəsində Təqsirləndirilən şəxs həmin abunəçiyə ## ###### 2023-cü il tarixdə köçürülmüş səs yazılarını göndərməsi məlum olmuşdur. 1-ci səs yazısından məlum olur ki, Təqsirləndirilən şəxs İsmət Zeynalabdıyevlə canlı olaraq görüşən zaman onunla aralarında olan şifahi söhbəti səs yazısı formasında qeydə almışdır. Həmin danışığın 7:07 hissəsindən danışıq dialoqu birtərəfli qaydada bu formada aparılmışdır: İsmət Zeynalabdıyev: “Vəlixan mənə demişdi ki, ismət müəllim mənim burada heç bir iştirakım yoxdur, orqanda istəyirsiz razbirat etmək — gedin edin...indi siz deyirsiz mənim iştirakım yoxdur, işçi deyir ki, pulu Vəlixan müəllimə vermişəm...mənə maraqsızdı.. .(14:41 -də) Vəlixanla 3 dəfə görüşmüşəm...mənim mövqeyim budur ki, ay Nofəl pulu sənə vermişəm, tələbim odur ki, Nofəl Vəlixandan pulumu al ver, aralarında konflikt var, vaxt istəyirsən o heç amma mənim gedib sizin aranızda rol oynayacağım ətlə dırnağın arasına girmək kimi bir şeydir... (24:20-də) mənim sözüm səninlədir, sən də mən konkret de ay İsmət müəllim pulu tam olaraq ya bu vaxt ya da hissə hissə yarısı bu vaxt qalanı da bu vaxt verəcəm...mən Vəlixan davasına girişən deyiləm...ondan pul tələb etməyə haqqım yoxdur, mən ona pul verməmişəm.” 2-ci səs yazısından məlum olur ki, Təqsirləndirilən şəxs İsmət Zeynalabdıyevlə mobil telefonla danışan zaman aralarında olan şifahi danışığı səs yazısı formasında qeydə almışdır. Həmin danışığın 3:07 hissəsindən danışıq dialoqu birtərəfli qaydada bu formada aparılmışdır: İsmət Zeynalabdıyev: “Pulu ver sözünü sən ona deyə bilərsən də, mən deyə bilmərəm, mən ona pul verməmişəm...sənin dediyivi Vəlixan qəbul etmir...pul sən vermisən də Nofəl, sən gedib davasını döyməlisən..mən ona nəsə deyə bilmirəm başa düşürsən?”.

27. Daha sonra, Təqsirləndirilən şəxs adı kontaktlar siyahısında “sevdanecefova9” kimi qeyd olunmuş istifadəçi arasında danışıq dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs ## ###### 2023-cü il tarixdə “...bandotdelin pulu..başqa heç nə lazım deyil”, ## ###### 2023-cü il tarixdə “nə oyununuz var, olsun...sabah gətir 40000 manatı ver” yazması, ## ###### 2023-cü il tarixdə “zənglə heç olmasa həll et bandotdel işini, hələ dilin də var danışırsane...” səsli mesaj, ## ###### 2023-cü il tarixdə “salam, audit rəyini bandotdelə verdiniz?” yazmış olduğu sms-ə Təqsirləndirilən şəxs “hele verib elememsem çatdıra bilmemisem” yazması, ## ###### 2023-cü il tarixdə həmin istifadəçinin Nofəl Məhərrmova “Hər 15 gün yalandan o kişinin başın aldadırsız...ümumiyyətlə hər 15 gün yeni sözlə üzə çıxmağınız hec bir məntiqə uyğun deyil, ağsaqqal kimdir? Nazim getsin onunla görüşsün, mən sabah öz işlərimi bildiyim kimi edəcəm”, ## ###### 20224-cü il tarixdə “40000 gətirin, 40000 verilmişdi ki, 10 günə pulu veririk, şirinlik kimi” yazdığı sms-ə Nofəl Məhərrmovun cavab olaraq “Camaat iş görüb, Orxanı gətirib üzləmisiz, indi də demişəm deyib ki, özbaşına tutmamışdılare Orxanı, qaytarılacaq pulunuz” yazması, həmin abunəçinin də “Orxanı qurum gətirib, şirinliyin ona nə aidiyyatı var?” yazdığı sms-ə Təqsirləndirilən şəxs “Allahla danış e gedib verərdiz də şikayət, onda niyə vermirdiz? Demişəm pulunuzu qaytaracaqlar” yazması məlum olmuşdur.

28. Bundan başqa, Təqsirləndirilən şəxs adı kontaktlar siyahısında “Doktor” (şahid3) kimi qeyd olunmuş istifadəçi arasında danışıq dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxs ## ###### 2023-cü il tarixdə “Qardaş, bizim işlərimiz çox pisdi, zay günündədir, ona görə Sevda tələsir ki, tez işləri həll olunsun...gözləməyə vallah vaxt yoxdur...lndi o imkan yoxdur...evin biri getdi...heç olmasa o birisi getməsin, uşağın institut pulu...sən axşam, gecə bizim bandotdeldə işlərimizi tapşıran adamla mütləq danış, işi tez. həll eləsin”, ## ###### 2023-cü il tarixdə “nə yerdədi işlər? Nə qədər gözləyim? Belə olmaz qardaş, sənə hər şeyi ətraflı danışdım, bir danış mənimlə görüm o adam nə dedi sənə...sən niyə belə edirsən? sənin adamın niyə belə edir? Bu vaxt uzatmaqdır. Hər dəfə sənin adamın bir şey deyir və vaxtı uzadır...beh olmaz...sənin adamın dol uyub bizi...pul istədilər-verdik, nə qədər lazımdı - gözlədik, indi nəyi gözləməliyik? Belə olmaz da”, ## ###### 2023-cü il tarixdə “kim götürüb pulu, kimə veriblər-onıı sənin adamın 18 dekabrdan həll eləməli idi...gedək götürək pulu, qardaş ərizənin nə dəxli var, pul ordadısa gedək götürək, bu iş belə həll olıınur, ərizə ilə yox, qoy sənin adamın zəng etsin, pulu versinlər” yazılarına Təqsirləndirilən şəxs cavab olaraq “Qardaş bu adam deyir ki, kim oranın adından yalan danışıb? Onu kim deyib axı pulu götürüblər? Deyir Sevda xanım başdan ayağı nöqsanı olan adamdı indi gəlib şər atır bizə, deyir getsin ərizə yazsın ” yazmış, şahid3 isə həmin tarixdə ona “Onu sonra həll edərik, ərizə zad. İndi pulu həll etmək lazımdır... Əsas puldur, sənin adamın niyə bunu etmək istəmir?bir ildir bu işlə məşğuldur...ortada nə pul var, nə bir şey. Ancaq mənim evim boş yerə getdi. Mən dedim ki, gedim o adamın yanına özüm danışım. Dedin ki lazım deyil, ona görə mən indi səndən soruşuram sən də cavab vermirsən...Pulu götürməyiblərsə əla, bəs niyə biz onu götürə bilmirik? Gedib götürək də pulu nə varki? Pul ordadırsa və sənin adamının imkanı varsa gedək pulu götürək”, ## ###### 2024-cü il tarixdə “...sənin adamın heçnə edə bilmədi. Mənim evim getdi...Boş boş gözlə dediz. Mənə sabah 40.000 manatım qaytarılsın...vaxt bitti...” yazdığı smslərə Təqsirləndirilən şəxs cavab olaraq “işverən işverən cümlələr qurmae mənə..evini kimə görə satmısanki? Başa düşmədime mən. Uşaqlarını oxutmusan ona kim neynəsin? Sənin kiməsə borcun var onun mənə nə dəxlisi var başa düşmürəm” yazması, həmin tarixdə şahid3 “Uşaqların bura nə aidiyyatı var? Sabah adamın 40 mini versin, 40 mini niyə görə verdim? Bu işə görə...Sabah 40.000 məndə olmalıdır. Iş həll olunar 40000 qaytararam” yazması və Təqsirləndirilən şəxs ona cavab olaraq “Verdin Orxanı tutdular gətirdilər, arvadın səh.v ola ola apardılar da, üzləşdirdilər də, pislik eləyib?...məni əsəbləşdirmə, səhər danışarıq” bildirməsi məlum olmuşdur (iş vərəqə: cild 3, səh. 107-109).

29. ## #### 2024-cü il tarixli “bank məlumatlarına baxış keçirilməsi haqqında protokol”dan görünür ki, «xxxx» ASC-dən daxil olmuş ## ###### 2023-cü il tarixli, 4- **/****-** saylı məktubla müşayiət olunan 60 vərəqdə təqdim olunan fotogörüntülər və hesab üzrə məxaric-mədaxil əməliyyatlara dair çıxarışlara baxış keçirilmiş, baxış zamanı 4724 **** **** **** nömrəli bank plastik kartı üzrə olan hesaba həqiqətən də ##.##.2023- cü il tarixdə 3.000 manat pul köçürüldüyü müəyyən olunmuşdur (iş vərəqə: cild 3, səh. 111).

30. ## #### 2024-cü il tarixli “bank məlumatlarına baxış keçirilməsi haqqında protokol”dan görünür ki, «xxxx» ASC-dən daxil olmuş ##.##.2023-cü il tarixli, HTİDOUT-04215-2023 saylı məktubla müşayiət olunan 01 ədəd CD diskdə təqdim olunan hesablar üzrə məxaric-mədaxil əməliyyatlara dair çıxarışlara baxış keçirilmiş, baxış zamanı 4098 **** **** **** nömrəli bank plastik kartı üzrə olan hesaba həqiqətən də ##.##.2023-cü il tarixdə 5.500 manat, 4098 **** **** **** nömrəli bank plastik kartı üzrə olan hesaba isə ##.##.2023-cü il tarixdə 3.000 manat pul köçürüldüyü müəyyən olunmuşdur (iş vərəqə: cild 3, səh. 112).

31. ## #### 2024-cü il tarixli “bank məlumatlarına baxış keçirilməsi haqqında protokol”dan görünür ki, “xxxx” ASC-dən daxil olmuş ##.##.2024-cü il tarixli, ****/***/**** saylı məktubla müşayiət olunan 01 ədəd CD diskə köçürülüş fotogörüntülərlə 11 ədəd vərəqdə təqdim olunmuş hesablar üzrə məxaric-mədaxil əməliyyatlara dair çıxarışlara baxış keçirilmiş, baxış zamanı 4169 **** **** **** nömrəli bank plastik kartı üzrə olan hesaba həqiqətən də ##.##.2023-cü il tarixdə 2.000 manat, 4169 **** **** **** nömrəli bank plastik kartı üzrə olan hesaba isə həmin tarixdə 2.000 manat pul köçürüldüyü müəyyən olunmuşdur (iş vərəqə: cild 3, səh. 114)

32. ## #### 2024-cü il tarixli “təqdim olunmuş məlumatlara baxış keçirilməsi haqqında protokol”dan görünür ki, zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsla aralarında “Whatsapp” mobil tətbiqi üzərində aparılmış danışıqların həyat yoldaşı şahid3 mobil telefonunda olduğu kimi 15 ədəd vərəqdə çap edilmiş çıxarışları və bir ədəd CD diskə köçürülmüş həmin mobil tətbiqində səsli mesajlarına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, həmin çıxarışlara olan yazışmalar “Vhatsapp” mobil tətbiqi üzərində qrup şəklində zərərçəkmiş şəxs1 özü, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs1 həyat yoldaşı şahid3 birlikdə sözügedən məsələ ilə bağlı apardıqları danışıqlar, digər 03 ədəd çıxarışlar isə bilavasitə şahid3 Təqsirləndirilən şəxsla təklikdə olaraq apardıqları danışıqların müvafiq hissələridir. Təqdim olunan bir ədəd CD diskdə isə ümumi qrupda aparılan danışıqlar zamanı Təqsirləndirilən şəxs ünvanlanan iki ədəd səs yazısının olması məlum oldu. Baxış zamanı məlum oldu ki, 12 ədəd çıxarışlarda həmin mobil tətbiqində qrup şəklində ünsiyyətdə olmaq üçün nəzərdə tutulmuş danışıq dialoq pəncərəsində Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs1 və sonuncunun həyat yoldaşı şahid3 birlikdə ümumi gördükləri iş və məhz sözügedən məsələ ilə bağlı apardıqları danışıqlar, digər 03 ədəd çıxarışda isə bilavasitə şahid3 Təqsirləndirilən şəxsla təklikdə olaraq dialoq pəncərəsində aparılan danışıqlardır. İlk 12 ədəd çıxarışdan görünür ki, həmin görüntülərdə danışıqlar şahid3 adından aparılır. Baxış zamanı məlum olmuşdur ki, Seva Nəcəfovanın ## ###### 2023-cü il tarixdə “40000-dən nə xəbər var?” verdiyi suala cavab olaraq Təqsirləndirilən şəxs “Xeber olan kimi deyecem” cavabını vermiş, sonradan zərərçəkmiş şəxs1 yenidən “40000 söhbəti nə yerdədir?” sualını verərək Təqsirləndirilən şəxs ona “Hələ xəbər yoxdur” cavabını vermişdir. ## ###### 2024-cü il tarixdə zərərçəkmiş şəxs1 “Nofəl bəy 40000 məsələsi nə yerdədir”, ## ###### 2024-cü il tarixdə isə “Nofəl mm 40000 nə oldu?” suallarına Təqsirləndirilən şəxs cavab olaraq “Dünən də demişəm xəbər verəcək” yazmış, zərərçəkmiş şəxs1 “40000+6500 verilib bandotdelə” yazdığı sms-ə isə cavab olaraq Təqsirləndirilən şəxs “Əvvəla Bandatelə yox Bandateldəki işə görə verilib Sevda xanım. İkincisi Orxanı tutdurmaq getirmek bunları qoyuram qırağa adi sikayet bele vermek asan olsaydı vererdiz də camaat o boyda is gördürüb indi hec bir is görmemis kimi qiymetlendirmeyi e Allahdan qorxun”, Nəcəfovanın “Hansı işi ləğv etdirmişik?” verdiyi suala Təqsirləndirilən şəxs “...Sevda xanım keçen seferde 6500 dediz tesdiq eledimki düz deyirsiz.... ” yazmışdır. zərərçəkmiş şəxs1 16 yanvar tarixdə “Nazim Sizə 10000 verdi, dedi verin Vəlixana, Siz dediz ki, gəl Vəlixana ekspertin pulunu verək, bu tərəfdən bandotdelə pul verək, işimiz başlasın” yazmışdır.

33. Təqdim edilmiş 03 ədəd çıxarışda şahid3lə (A) Təqsirləndirilən şəxs (B) arasında olan danışıqların olması müəyyən olundu. Əhəmiyyət kəsb edən danışıqların müvafiq hissələri bu qaydada qeyd olunmuşdur: A - Sabah adamın 40 mini versin B - Sabah danışarıq A - 40 mini niyə görə verdim, bu işə görə B - Verdin Orxanı tutdular getirdiler arvadın sehv ola ola apardılar da üzleşdirdiler de. Pislik eleyib? A - Sənə nə var onu deyirəm. Niyə əsəbləşirsən. Sabah 40000 məndə olmalıdır. İş həll olunar-40000 qaytararam...nə xəbər var bandotdeldən? B - Rəyi veriblər nazirə, cavab gözləyirik, ekspert rəyi verilib brat.

34. 01 ədəd CD diskdə təqdim olunmuş səs yazıları zərərçəkmiş şəxs1 “Vhatsapp” mobil telefon tətbiqində yuxarıda qeyd olunan qrupda ünvanladığı səs yazılarıdır. Birinci səs yazısında zərərçəkmiş şəxs1 “Salam yoldaşlar...mən dünən saat 4-də rəisin qəbulunda oldum...orada mənə dedilər ki, sizin işinizə burada baxıldı və deyildi ki, müraciət edin prokurorluğa, yəni bu bizim səlahiyyətimizdə deyil, bizə aid deyil. Mən dedim necə yani? Bu iş barəsində pul alıblar...mənə deyildi ki, bu iş, yəni pul almaqları dələduzluqdur, burada deyildi ki, iş aparılmayacaq, bizim qurum işi öz üzərinə götürmür, ona görə öz işinizi bərk tutun, dələduzlarla iş görməyin, bunu mənə qurumun içərisində dedilər...mən hamısını orada bildirdim, bəli, Orxanın işi ilə bağlı onu gətirdilər, lakin buraxdılar, çünki onun işi prokurorluqla həll olunan iş olduğundan bizə aid deyil dedilər”, ikinci səs yazısında isə “Ona görə Nofəl müəllim, siz zəhmət olmasa mənə hədə qorxu gəlmyin, 6.500 manat + 40.000 manat pulu o adama deyin gətirib versin, yəni bu qədər adamı loxlamaq hələ dünyaya yazılmayıb, onsuzda o işi araşdıracaqlar...bu işdə kimin adı var, kim ki bizi loxlayır onların hamısını çağıracaqlar, mən demirəm ki, siz biz,i loxlamısız, ola bilər ki, sizin o adamınız, kiminlə ki ağsaqqal və s. onun hamısı...qəbula yazan adam dəli olmuşdu necə yanı 40.000 manat şirinlik alınıb? Qurumda şok vəziyyəti yaşanır” bildirmişdir. Odur ki, üzərinə iş üzrə sübut əhəmiyyətli məlumatlar olan 15 ədəd çıxarışlar iş üzrə sübut növü, 01 ədəd CD disk isə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir (iş vərəqə: cild 3, səh. 115-116) ## ### 2024-cü il tarixli “telefon danışıq məlumatlarına əlavə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, “xxxx” MMC-dən daxil olmuş ## #### 2024-cü il tarixli, AZF/LGL-****/** saylı məktubla müşayiət olunan 01 ədəd diskə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində qeydə alınmış 070- ***-**-** saylı GSM nömrənin anten dairələri ## ###### 2024-cü il tarixdə, saat 10:00 radələrindən 14:00 radələrindək olan müddət ərzində Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ** saylı ünvanında, saat 14:00-dan 16:00 radələrinədək olan müddət ərzində Bakı səhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsi 30 və Naxçıvani küçəsinin kəsişməsində, 16:00-dan saat 20:10 radələrinədək olan müddət ərzində Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 105, 1951-ci məhəllədə, saat 20:15- dən etibarən isə Bakı şəhərinin digər fərqli ünvanlarında qeydə alınmışdır.

35. Bununla belə, “Google Map” ümumdünya ünvan koordinatları mobil tətbiqi vasitəsilə “Muskat Lounge” kafesinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi ** saylı ünvanla Təqsirləndirilən şəxs həmin tarixdə müvafiq saatlarda anten dairələrinin qeydə alındığı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 105, 1951-ci məhəllə adlı ünvanın yerləşdiyi küçələrin paralel olaraq yerləşdiyi məlum olmuşdur. Bundan başqa, anten dairələrinə keçirilən baxış zamanı “Muskat Lounge” kafesinin yerləşdiyi Arif Heydərov küçəsinin ümumiyyətlə anten dairələri siyahısında qeyd olunmadığı məlum olmuşdur. Bu isə sözügedən GSM mobil telefon nömrəsini fiksə etmiş müvafiq ötürücü antenin tədqiq edilən hər iki küçəni eyni radiusla əhatə etməsi anlamına gətirir (iş vərəqə: cild 3, səh. 144-150).

36. İş materiallarında olan ## ### 2024-cü il tarixli “mobil telefon aparatına baxış keçirilməsi barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs “İphone” markalı mobil telefonuna baxış keçirilmiş, baxış zamanı ***-***-**-** saylı GSM nömrə üzərindən qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqində “X4” adlı istifadəçi ilə aralarında olan yazışmanın dialoq pəncərəsini göstərib özündə olan sübut əhəmiyyətli məlumatların müvafiq vaxtlarda Qara Məmmədovla aralarında aparılmış yazışma zamanı sonuncuya ünvanladığını bildirib konkret olaraq həmin yazışmada ## ###### 2023-cü il tarixdə göndərdiyi səsli faylı işarə edərək zərərçəkmiş şəxs3 ilə aralarında olan səsli danışığın yazılı fayl formasında dialoqu bu cür formada aparılmışdır: Təqsirləndirilən şəxs (A), zərərçəkmiş şəxs3 (Β): A: Ay can abi? B: qaqa mən kreditlə danışıram indi, bu qədər məbləğ vermirlərə mənə... ...Allah haqqı... A: ay da qaqa, buna söz verdime B: Bilirəme..gəldim belə dedilər..Leobankdan da 5- 6 min çəkdim...22 min düzəldə bilirəm A: 22 düzəldə bilirsən? B: Ha..maksimum məbləğ budur A: Abi nə olar onun üstünü düzəldək də...nə olar buna söz verdime Allah haqqı B: Bildim...mən bax belə deyim də...indi çıxıram Nofəl..bura ilə də danışıram... görümnə deyillər. A: Hə abim sənə quzu kəsərəm nə olar ona söz verdim... B: Başa düşdüm...indi görüm nə edirəm A: tamam abi B: İndi bu dəqiqə çıxdım bankdan A: tamam... Səs yazısını dinlədikdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmiş şəxs3 ona cəmi 22.000 manat düzəldə biləcəyini deyərək ona məhz həmin məbləği vermiş, bildirdiyi 56.000 manat pul isə şişirdilmiş bir məbləğdir ki, həqiqətdə ona Məhəmmədəli bu qədər pul verməyib. Bundan sonra, Təqsirləndirilən şəxs həmin yazışma zamanı Qara Məmmədova göndərmiş olduğu 02 ədəd müqaviləni göstərib bildirdi ki, həmin müqavilələr İsmət Zeynalabdiyevə aid olan məsələ ilə bağlıdır, belə ki, sonuncu məhz həmin müqavilələrə əsasən qeyd edilən məbləğlərdə pulları ödəniş etmişdir. Sözügedən müqavilələrə baxış keçirilən zaman məlum olmuşdur ki, birinci müqavilə "X3" MMC-yə mühasibat uçotu üzrə xidmətlərin göstərilməsi barədə "xxxx" MMC arasında ##.##.2022-ci il tarixli **/** saylı müqavilə, ikinci müqavilə isə "STİL Office Furniture" MMC-yə mühasibat uçotu üzrə xidmətlərin göstərilməsi barədə "xxxx" MMC arasında ##.##.2022-ci il tarixli **/** saylı müqavilədir. Müvafiq razılaşmalara əsasən həmin xidmətlərin göstərilməsi üçün birinci müqaviləyə görə 10.000 manat, ikinci müqaviləyə görə isə 17.700 manat pul ödənişi nəzərdə tutulmuşdur. Nofəl Məhərrmov bildirdi ki, 55.000 manat bu şirkətə görə verilmişdir (iş vərəqə: cild 3, səh. 197- 198).

37. ## #### 2024-cü il tarixli “baxış aparılması haqqında protokol”dan görünür ki, təqsirləndirilən səxs X7 istintaqa təqdim etdiyi 03 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, 1-ci CD diskin daxili yaddaşına ümumilikdə 03 ədəd səs yazısı vardır ki, həmin yazılar Təqsirləndirilən şəxs tərəfindən baş vermis hadisələrdən sonra İsmət Zeynalabdıyevlə görüşərək və ona zəng edərək sonuncu tərəfindən qeydə alınmışdır. Təqdim edilmiş * nömrəli səs yazısında əks olunan danışıq aşağıdakı şəkildə aparılmışdır: İsmet Zeynalabdiyev (A), Təqsirləndirilən şəxs (B). A. Məsləhətim odur ki, uşaqları verib oxudun ingilis dilini, gedib dünyanı görsünlər B: Gedib görüsdün Vəlixanla, İsmət müəllim? A Bela obiri gün görüşdüyümdü...man dedim ki. Vəlixan müəllim mənim sənin şirkətinlə rəsmi münasibətim var, Nofəllə də oyandan aramızda qeyri-rəsmi bir is olub düzdürmü? B: Bəli...bəli.. A: Siz məni niyə bu işin icinə soxursuz...sizin deməli aranızda illər boyu işləmisiniz narazılıq olub. düzdürmü? Ne al-ver edibsinizsə axırda gətirib aranızda bu narazılığa getirib. Bunun mənə aidiyyəti var? Mən Vəlixana konkret olaraq dedim ki bu məsələdə na sənin yanına gələsi deyiləm, çalışacam danışıqla işimi həll edəcəm... Danışıq zamanı mane demisdir ki, "İsmət müəllim, mənim bu isdə heç bir iştirakım yox, orqanda istəyirsinzidə gedək razbirat edək". mən də ona konkret olaraq dedim ki, organa müraciət etsəm deyəcəm ki. Nofali haradan bəs tanıdım?... Mən də sonra ona dedim ki, bu razborka baslasa hamını ora çağıracaqlar, mən də uşaq deyiləm ki, ora tək gedəsi deyiləm, vakilim gələcək və s. Ona görə də Vəlixana dedim ki, işçin olub Nofəl çağır görüşdüm, o adam da deyir ki, pulu Vəlixan müəllimə vermişəm... Oturub danışı Nofalla sənə nə bu vəziyyətdə nə deyim? biri var ki, mən pulu sənə verəm, yaxud səniış yanman verəm, yaxud sən söz deyəsən mən gedəm edəm...düzdümü? sübut yoxdurki duzdu? Ona görə də dedim ki qardaş məsələni həll et, mən də gəlim sizinlə görüşüm...İndi mən onunla bir dəfə də görüşəcəm... oturub söhbət edin bu B: Mən bir kişiyiniz kimi səbrlə dinlədim, indi icazə versəydiniz...inanın səmimiyyətimə əgər mən ondan götürüb özümdə saxlasaydım...insan gərək ayı ürəyi yeyə... insanı aldatmaq üçün...pulu ona nə vaxt vermişəm, harada vermişəm hamısını deyim... Vəlixanla olan yazışmaları da göstərəcəm bütün orqanlara...gəlsin oturaq danışaq...mən heç bir orqandan qorxmuram, öz isbatımı edəcəm... A: Sizin münasibətə qarışmıram. Çünki niyə? Mənim mövqeyim budur, Nofəl, pulu mən sənə vermişəm. Sən deyirsən ki, Vəlixana vermisən. Mən də səndən tələbim odur ki, Nofəl Vəlixandan pulu al qaytar özümə. Vəlixanla konkfliktin var ya mübahisən var çalış həll et..Amma mənim gedib bu münasibətlərdə nəsə rol oynamağım ətlə dırnağın arasına girmək kimi çıxır. B: Sənin pulun qəpiyə-qəpik Vəlixandadır. Ondan öz haqlı olaraq tələb etdiyim məbləğ var. İsmət müəllim get hara lazımdı mən də gedəcəm. ifadəmi verəcəm, lazım olacaq qalacam, lazım olacaq cəzamı çəkəcəm...İkinci bir tərəfdən mənim ondan tələb etdiyim məbləğ var, yaxın durmasa. Onsuzda onunla çəkişmədəyəm, sizin işlə bağlı yox, gördüyüm işlə bağlı. Mən hansı ki, ondan tələb etdiyim məbləğ var onu bərpa edəndən sonra sizinlə görüşə bilərəm A. Mən də onu deyirəm ki, bu məbləğ üste Valixanla heç bir söhbət edəsi deyiləm ki, tanıdığımız adamların yanında söhbet düşəndə artıq-əskik danışmasın. “Vəlixan müəllim sən sağ men salamat. Kim sənə pul verib nə edib, men sənden pul zad istəmiram, Çünki sənə pul verməmişəm. Pulumu Nofeldən istəyirəm. Mənim yerimə san olsan girişərsən? B: Sizin suala cavab olaraq deyirəm ki, pulunuz Vəlixandadır, siz ala bilmirsizsə… A: Mənim almağa hüququm yoxdur..Mən ona pul verməmişəm B. Mən onsuzda onunla çəkişmədəyəm..öz haqqımı alım, gətirib sizin de haqqinizi verəcəm 2 No-li səs yazısında əks olunan danışıq aşağıdakı şəkildə aparılmışdır. İsmet Zeynalabdiyev (A), Təqsirləndirilən şəxs (B) A. Salam, Nofel B: Danışa bilirsiniz? A Problem yoxdur, təkəm B:…. Keçən dəfə də sizə dedim ki, ay İsmət müəllim, pulu sizdən mən almışam Valixan müəllimin göstərişi ilə, batası deyil, mən də ondan alib verəcəm size A. Vəlixan danır axı, boynuna almır B: Nə vaxta kimi dana bilər? A: Mən nə deyim? Vəlixanla sizin aranızda o söhbətdə olmamışam, mənə də o məsələnin aidiyyəti yoxdur, Vəlixanla pul davası etməyə haqqım da yoxdur B: O vaxt da dedim, düzdür, götürüm sizdən Vəlixanın göstərişinə əsasən, aparıb vermişəm Vəlixana. Bir dənə səbrli ol, mən ondan o pulu götürüb gətirib verəcəm sənə. A: Mən də o danışığımızdan sonra böyüklüyümü edib getdim Vəlixanın yanına. Tutdum xirtdəyindən dedim "Vəlixan müəllim, mən sənin müəssisənə gəlib xeyir vermişəm, elə 30.000 sənə köçürmə etmişəm, bu pulu da Nofəl mənə deyir ki, sizə verib. qardaşım mənim pulumu verin, vergimi ödəyim məsələ qurtarsın çıxsın getsin. O da mənə qayıtdı ki, "Nofəl uşaqdır, yalan danışır, mən ondan şikayət vermişəm, onu içəri soxduracam"...Vəlixanın yanında Tural qayıtdı dedi ki, 40 min də İsmət müəllimdən alıb, sən Türkiyəyə gedəndə... Hələ o vaxtlarda Tural mənə qayıdıb demişdi ki, Vəlixan korrupsiyanın işçisidir. Onu da deyim ki, Vəlixanın sənə qarşı fitnəsinə getmirəm. Səninlə danışığımda arxa yalan bir şey yoxdur, təbiətən elə insan deyiləm. * nömrəli səs yazısında əks olunan danışıq aşağıdakı şəkildə aparılmışdır. İsmət Zeynalabdiyev (A), Təqsirləndirilən şəxs (B). A: Başqa bir şey düşündün? Düşünmədin? B: Yox da, dedim axı, pul ondadır da, verilib Vəlixana, pul Vəlixandan alınmalıdır. Yekun olaraq orada da dedim axı, İsmət müəllim, pul ondadır, ona verilib. A: O da boynundan qaçırdır... B: Qaçıb hara qədər qaçacaq? A: Bizi uje dirədi məhkəmə, qaçası yerimiz yoxdur, gətirib ödəməliyəm artıq onu. Mən onsuz Vəlixala bir də görüşüb danışacam o barədə, amma bilirəm ki, fikrindən daşınan deyil. B: Fikrindən daşındı-daşınmadı, pul ona verilib də...elə də deyil axı A: Mən o məsələdə iştirak etməmişəm, mən ona deyə bilmərəm axı, ona pul verməmişəm, nətər dirənə bilərəm ona? B: Yoxe verib-verməməyindən asılı olmayaraq pulun yisəsi sizsiz də, ay İsmət müəllim, dediz- ən də deyirəm ki, pul verilib Vəlixana A: Başa düşürəm də, sənin dediyini də Vəlixan qəbul etmir B: Elə şey olur ki? Indi tutaq ki, mən də deyirəm ki, sən mənə pul verməmisən, ay İsmət müəllim. Razılaşacaqsan bununla? A: Yoo, bu axı söhbətə tutmayan bir şeydi B: Bəs mən də onu deyirəm ki, bu da söhbətə tutmayan bir məsələdir də, pul verilib ona da, vermişəm ona. B: öpürəm abim...ay qaqa...mənə 5 dənə nə vaxt təşkil edirsən? A: Qaqa Vallah yoxumdu. Lütlənmişəm (gülür) B: de sən öl? A: Allah haqqı yoxdur B: Bu s**ilmiş deyir dövriyyəni artırmaq istəyir A: Nə? B: Şeydən götürdüyümüz ..pul istəyir, deyir dövriyyəni artırmaq istəyirəm, nə olar 20- sinə kimi mənə pul ver, dedim hə gözlə A: Artırmaq istəyir? B: O şeydən ki sıfırlamadıq qaqa götürdüme şeyin pulunu...6 dənəni A: Həə, 6 dənə olan? B: Həə, həə...o ayda faiz verəndir də mənə A: Həə, həə B: Deyir qaqa nə olar pulumu da sıfırlamısan abarotdan düşürəm də, mənə pul tap qoy abarotum qalxsın... A: Bolkartdan pul götürməmişəm də...onlardan götürsəm edə bilərəm...prosta Röyaldı, Fəxrəddindir hələ pulu verməyib...onlar təşkil etsə İnşallah etmək olar B: inşallah qaqam, inşallah A: Nə qədər verəcək ki abarotdan? B: 1500 verir də ay ürəyim, demişdi mənim 6 dənəmə dəymə, ayın 27-si sənə 7,5 verim, dedim Allaha and olsun sıfırlamalıyam da, təcili lazımdır...indi dedi mənə 6 dənə tap 7.5 verirəm də ayın 20-si, bu bayram günləri partladır axı...dedim hələ gözlə görüm Təqdim edilmiş videogörüntüdə isə mobil teleofnla 1-ci səs yazısında aparılan fayla daxil olaraq həmin səs yazısının dinlənməsi qeydə alınmışdır. Baxış zamanı məlum oldu ki, 3-cü CD diskin daxili yaddaşına ümumilikdə 04 ədəd səs yazısı vardır ki, həmin yazılar zərərçəkmiş şəxs3la aralarında aparılmış danışıqlar zamanı Təqsirləndirilən şəxs tərəfindən qeydə alınmışdır. Təqdim edilmiş * №-li səs yazısında əks olunan danışıq aşağıdakı şəkildə aparılmışdır: zərərçəkmiş şəxs3 (A), Təqsirləndirilən şəxs (B) A: Hələ də kreditə faiz olaraq 6.000 manat pul vermişəm təsəvvür et, 6.000 manat kredit faizi ödəmişəm yəni o puldan əlavə haa, yəni mənə dedilər mülki iddia qaldır falan...dedim lazım deyilbu haqq-hesablar olsun qurtarsın, yəni mən istəmirəm mülki iddia, plyus da bilirsənmi nətər? Orda mənim deyil pulun hamısı, 10.000 Sənanın puludur, 4.000 evdən almışdım, 10.000 leobank, 16.000 bank..yəni 40.000 mənim borcum idi, təsəvvür et borc almışam, plyus 6.000, 46.000 təsəvvür et borc almışam, 6.000 də faiz krediti də...orda təkcə 10.000 mənim pulum idi, hansıki onu da səninlə əməliyyatlardan qazanmışdım...yəni belə öz pulum yox idi, sıfır idim, maşını satdım, hal- hazırda kreditləri ödəyirəm, Sənanın qabağında başı aşağıyam... B: Abi, səni and verirəm Allaha...mənimlə sənin aranda məbləğ nə qədər idi, abi? A: 56.000, Allah haqqı 56.000 B: Niyə 56.000 yazılıb orda? 56 faizi ilə birlikdədir də abi... A: Yox, yox, faizi ilə birlikdə deyil, Allaha and olsun 56-dır. Prosta mən hər şeyi açıb şey etmək istəmirəm əlimdə nəyim var, nəyim yox...amma səninlə ən birinic əməliyyatda, belə deyim də ən böyük summalıq pulda ən birinci 35 verdim, sən mənə 45 qaytardın. B: Ay sağol qaqa... A: İkinci əməliyyatda sən məndən 45 istədin, dedin 56 qaytaracam, 56 yoxe Əstəfurullah, 10 da artıq, 60-60 neçə qaytaracam B: Ay sağol. Biz Muskatda sıfırlandıq A: Sifırlanmadıq, 6.000 orda borclu qaldın. B: Muskatda mən sənə topa pul verdim də A: 6.000 əvvəldən borclu qalmışdın B: O 6.000, ürəyim aylıq faiz idi A: Dövriyyədən 1.500, 1.500 verəcəkdin, 15 gündən bir, o 6.000 qalıb hələ düzdü? B. aha A: 5.000 Sənandan götürdün...şeyin qabağından...45.000 də məndən götürdün...yəni 16.000 bir kredit çəkdim, 7.000 karta vurdum, haqq-hesablar... B: Sən bir dənə yadına sal... A: Sən birinci 50 istədin məndən, dedin 70 verəcəm, dedim məndə o qədər düzəlmir, dedin nə qədər düzlir? Dedim gedim banklara. Ondan sonra Sənandan da 5.000 aldım mən, sonra dedim 45.000 düzəldə bilirəm. Onda summan düşdü 10.000 aşağı sənin. Dedin heçnə üstünü özüm düzəldərəm amma 55.000 verəcəm sənə... B: Sən Allah haqqı qarışıdırırsane...Vallahi A: O sənə nəsə verəcəkdi? O 56.000 sənə nəsə verəcəkdi? Bu dəqiqə misal üçün deyim lap 20.000 idi. B: Söhbət ondan getmire...56.000 bilirsən nədiq ardaşım? X8 birləşib, başa düşürsənmi? 50dən o tərəf külli miqdar gedir, başa düşürsən qardaş? A: Məlumatlar var da.,.56-dır...Nofəl Allaha and olsun..nətər deyim? orda bir qram faizdirmi, ya nəbilim başqa bir söhbət yoxdur o məbləğdə B: Tamam, abi, onu qoydum qırağa. Təkliflərim var da. Onları sənə danışmağa. 56 deyirsən, 56-dır... (iş vərəqə: cild 3, səh. 266-270).

38. İş üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** saylı ##.##.2026cı il tarixli müraciətinə cavab olaraq bildirmişdir ki, vətəndaş zərərçəkmiş şəxs2 ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161- Qaynar xətt” əlaqə mərkəzinə etdiyi müraciət üzrə müvafiq araşdırma aparılmış və nəticədə hər hansı qanunazidd əməlin mövcudluğu müəyyən edilməmiş, eyni zamanda sonuncu Baş İdarəyə ünvanladığı ##.##.2023-cü il tarixli teleqramla şikayətinin olmadığnı bildirərək, müraciətinə baxılmasının dayandırılmasını xahiş etdiyindən, araşdırmanın baxılmamış saxlanılması məqsədəmüvafiq hesab edilmişdir.

39. Müdafiə tərəfi Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilməsini tələb etsə də bu arqument hüquqi cəhətdən əsassız olmuşdur.

40. Belə ki, müdafiə tərəfinin zərərçəkmiş şəxslər İsmət Zeynalabdıyev və zərərçəkmiş şəxs2lə bağlanmış müqavilələrə istinad edərək məsələnin sırf mülki öhdəliklərin icra olunmaması statusunda qiymətləndirilməsi barədə mülahizələri əsaslı deyil. İş materiallarında mövcud olan sübutların təhlili göstərir ki, təqsirləndirilən şəxs tərəfindən müqavilələrin bağlanması real biznes fəaliyyəti məqsədi daşımamış, yalnız zərərçəkmiş şəxslərdə hüquqi arxayınlıq yaratmaq və onların etibarını qazanmaq üçün bir cinayətkar pərdə rolunu oynamışdır. Əməldə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməyə yönəlmiş cinayət tərkibinin subyektiv və obyektiv əlamətləri aşkar edildiyi təqdirdə, tərəflər arasında bağlanmış müqavilələrdə mübahisələrin mülki məhkəmədə həll edilməsinə dair bəndlərin mövcudluğu şəxsi cinayət məsuliyyətini istisna etmir. Dələduzluq cinayətinin əlamətləri müəyyən olunduğundan, birinci instansiya məhkəməsi tərəfindən cinayət mühakimə icraatının aparılması tam qanunauyğun olmuşdur.

41. Məhkəmə kollegiyası müdafiə tərəfinin cinayət işinin 1-ci cildinin 190-cı vərəqində olan ## #### 2023-cü il tarixli 10.000 manatlıq kassa mədaxil orderinin qəbzinin ittihamdan xaric edilməsi barədə mülahizələrinə münasibətdə qeyd edir ki, bu barədə arqument rədd edilməlidir. Müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs mülki müqavilə şərtlərini dərk edərək imzalasa da, ona vergi borclarının tamamilə silinəcəyinə dair yalan vədlər verilmişdir. Həmin rəsmi 10 000 manatlıq ödəniş, zərərçəkmişdən qeyri-rəsmi qaydada alınan 45 000 manatlıq talamaya qanunilik donu geyindirmək və vahid qəsdlə əhatə olunan aldatma prosesini tamamlamaq məqsədi daşımışdır. Bu səbəbdən həmin vəsait real maddi ziyanın tərkib hissəsidir, ittihamdan xaric edilə bilməz və ziyanın ümumi həcmi külli miqdar həddini (50 000 manatdan yuxarı) keçdiyi üçün əməlin Azərbaycan Respublikas CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi tam əsaslı olmuşdur.

42. Müdafiə tərəfinin pulların təqsirləndirilən şəxsə deyil, faktiki olaraq Vəlixan adlı şəxsə çatması, Təqsirləndirilən şəxs pul almaq səlahiyyətinin olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfinin pulların Vəlixan adlı şəxs tərəfindən mənimsənilməsi barədə çıxışları, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 03 ədəd CD diskdə yer alan səs yazısı protokolları ilə tamamilə təkzib olunur. * nömrəli səs yazısında zərərçəkmiş İsmətin: “...pulu mən sənə vermişəm, Vəlixandan pul tələb etməyə haqqım yoxdur” bəyanatına qarşı, Təqsirləndirilən şəxs: “Keçən dəfə də sizə dedim ki, ay İsmət müəllim, pulu sizdən mən almışam Valixan müəllimin göstərişi ilə, batası deyil, mən də ondan alib verəcəm sizə” şəklində etirafı pulu şəxsən onun qəbul etdiyini göstərir. Dələduzluq cinayətində zərərçəkmiş şəxsi bilavasitə aldadan, yalan vədlər verən və əmlakı özü qəbul edən subyekt məhz Təqsirləndirilən şəxs olmuşdur. Pulların sonradan daxili münasibətlər zəminində üçüncü şəxslərə ötürülməsi cinayətin bitmiş tərkibini və cinayət məsuliyyətini istisna etmir.

43. Həmçinin müdafiə tərəfinin zərərçəkmiş şəxs1 tərəfindən 40 000 manat pul vəsaitinin Təqsirləndirilən şəxs deyil BMCMİ əməkdaşına verilməsi, müstəntiq tərəfindən məbləğin süni şəkildə şişirdilməsinə münasibətdə qeyd edilir ki, müdafiəçilərin ifadələrdəki "pul və qab-qacaq" fərqliliyinə əsaslanaraq ittihamın qeyri-mötəbər olması barədə çıxışları, baxış protokolları ilə tam təkzib olunur. zərərçəkmiş şəxs1 rəsmi "WhatsApp" ismarışlarına cavab olaraq Təqsirləndirilən şəxs: “...Əvvəla Bandatelə yox, Bandateldəki işə görə verilib Sevda xanım. İkincisi Orxanı tutdurmaq, gətirmək bunları qoyuram qırağa... Keçən səfər də 6500 dediniz, təsdiq elədim ki, düz deyirsiz...” yazması, onun həm 40000 manatlıq əsas məbləği, həm də müdafiəçinin etiraz etdiyi 6500 manat pul məbləğini şəxsən qəbul etdiyini nümayiş etdirir. şahid3 ("Doktor") ilə aparılan fərdi yazışmalarda da zərərçəkmişin pul tələbinə qarşı Nofəlin: “Verdin Orxanı tutdular gətirdilər... arvadın səhvi ola-ola apardılar da, üzləşdirdilər də. Pislik eləyib?” və “Rəyi veriblər nazirə, cavab gözləyirik, ekspert rəyi verilib brat” cavablarını verməsi, pul vəsaitlərinin məhz onun yalan vədləri altında alındığını və müstəntiq tərəfindən hər hansı süni şişirdilməyə yol verilmədiyini subyektiv və obyektiv cəhətdən tam sübut edir.

44. Məhkəmə kollegiyası müdafiə tərəfinin Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəyinin nəzərə alınmaması, mübahisənin mülki xarakterli olmasına dair mülahizəsinə münasibətdə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş rəsmi cavab məktubundan aydın olur ki, (hazırki iş üzrə zərərçəkmiş) vətəndaş zərərçəkmiş şəxs2 ##.##.2023-cü il tarixdə Baş İdarənin “161 - Qaynar xətt” mərkəzinə etdiyi müraciət üzrə cinayət təqibini istisna edən, işin sırf mülki xarakter daşıdığını təsbit edən və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında hər hansı yekun prosessual qərar verilməmişdir. Araşdırma prosesi davam edərkən zərərçəkmiş şəxs ##.##.2023-cü il tarixdə Baş İdarəyə şəxsən ünvanladığı rəsmi teleqramla qarşı tərəflə barışdığını və şikayətinin olmadığını bildirərək müraciətinə baxılmasının dayandırılmasını xahiş etmişdir. Bu səbəbdən materiallar üzrə icraat mahiyyəti üzrə həll edilməmiş, sadəcə baxılmamış saxlanılmışdır. Səbəb işin mülki-hüquqi mübahisə kimi qiymətləndirilməsi deyil, şikayətçinin öz müraciətini geri götürməsi olmuşdur. Bu da bir daha göstərir ki, müdafiə tərəfinin bu istiqamətdə isitnad etdiyi dəlillər əsassızdır.

45. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.

46. Məhkəmə kollegiyası razılaşır ki, hazırki cinayət işinin materialları, dindirilmiş şəxslərin ifadələri ilə Təqsirləndirilən şəxs dələduzluq yolu ilə zərərçəkmiş şəxslərin əmlaklarını ələ keçirərkən onları inandırmaq məqsədilə zərərçəkmiş şəxslərə müxtəlif məzmunlu yalanlar danışmasının təsdiq edilməsi, bununla bağlı özünün kriminal niyyətini icra etmək və bu məqsədinə çatmaq üçün əvvəlcədən gördüyü tədbirlər də onun dələduzluq niyyətində olmasını təsdiq edən hallar kimi qiymətləndirilməlidir. Belə ki, həm təqsirləndirilən şəxsin özü, həm də dindirilmiş digər şəxslərin ifadələri ilə təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs ona inanılması və etibar edilməsi üçün, həmçinin zərərçəkmiş şəxslərdə yalandan əminlik yaratmaq üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, bundan başqa Dövlət Vergi Xidmətinin səlahiyyətli şəxslərinin funksiyalarına aid olan vəzifələrlə bağlı işlərin həllində zərərçəkmiş şəxslərin xeyrinə işlər görəcəyini yalandan bildirmiş, özü barəsində inam və etibar formalaşdıraraq bundan sui-istifadə etmiş, həmçinin bəzi epizodlar üzrə zərərçəkmiş şəxslərin onun barəsində şikayət etməsinin qarşısını almaq məqsədi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparıldığı barədə zərərçəkmiş şəxsdə tam arxayınlıq yaratmış, həmçinin digər epizodlar üzrə də müxtəlif cür doğru olmayan məlumatlar bildirməklə öz məqsədinə nail olaraq zərərçəkmiş şəxslərin ittihamda göstərilən əmlaklarını (pullarını) ələ keçirmişdir. 47.Birinci instansiya məhkəməsində sübutlar hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək, haqlı olaraq belə nəticəyə gəlinmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən özgənin külli miqdarda əmlakını ələ keçirməklə Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir.

48. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə edilir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Həmin Plenum qərarında həmçinin qeyd edilir ki, mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər”.

49. Həmin Plenum qərarında eyni zamanda göstərilmişdir ki, “törədilmiş əməl o halda CMin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun”.

50. Dələduzluq CM-nin 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərinin ümumi əlamətlərini xarakterizə edən əlamətlərə görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir.

51. Odur ki, dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi, əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. 52.Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur.

53. Məhkəm kollegiyası xatırladır ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri CM-nin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir.

54. Birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək bəraət hökmü çıxarılması barədə müdafiəçi müdafiəçi2 apelyasiya şikayətində istinad etdiklərini məhkəmə kollegiyası əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cinayət işinin halları tam, hərtərəfli və obyektiv araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası qanunun sanksiyası daxilindədir, törədilmiş əməlin ağırlıq dərəcəsinə mütənasibdir və müdafiə tərəfinin bəraət tələbi qanunvericiliklə müəyyənləşən maddi, prosessual əsaslara uyğun olmamışdır.

55. Vurğulamaq zəruridir ki, cəzanın məqsədi Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir.

56. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.

57. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir.

58. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edib, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alaraq onun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olan ədalətli cəza təyin etmişdir.

59. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apelyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır.

60. Qeyd olunanlara istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır.

61. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alıb, Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq

QƏRARA ALDI:

Apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026cı il tarixli *(***)-***/**** saylı hökmü təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Mehriban Qarayeva Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar