Məhkəmə qərarları › İş №1(3-6)-603/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-603/2026

21.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-603/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, müdafiəçi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə (hakimlər Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X2 və X3 ibarət tərkibdə) ## ###### 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində baş satış meneceri vəzifəsində işləmiş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ###### 2023-cü il tarixdən ## ###### 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 2 (iki) il 25 (iyirmi beş) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı tutulduğu ## ###### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cinayət işi üzrə zərərçəkmiş şəxs5 tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməsi hökm edilmişdir. Işin halları: Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü «Kamran» adı ilə nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək sonuncuya informasiya texnologiyaları ixtisası üzrə Regionaşünaslıq və Iqtisadiyyat Fakültəsinin əyani şöbəsində ali təhsil aldığı Bakı Avrasiya Universitetində 2022-2023-cü tədris ilinin birinci və ikinci semestri üçün dərslərdə iştirakdan möhlət hüququ təşkil edəcəyini, həmçinin semestr imtahanlarına buraxılması üçün müvafiq icazə əldə edərək imtahanların nəticələri ilə bağlı ona müsbət qiymətlər yazdıracağını yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla zərərçəkmiş şəxs6 ## ####### 2022-ci il tarixdə ünvan 3 ünvanında yerIəşən «Äraz market» mağazasındakı «eManat» ödəmə terminalı vasiətsilə ona məxsus 4169 7388 2343 **** nömrəli bank kartına bağlı olan hesaba əvvəlcə 350 (üç yüz əlli) manat, ## ####### 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən «Müjdə parfüm» mağazasında zərərçəkmiş şəxs6 özünə məxsus 4098 5844 6733 **** nömrəli bank kartına bağlı olan hesabdan «Leobank» mobil tətbiqi vasitəsilə ona məxsus 4169 7388 2343 **** nömrəli karta bağlı olan hesaba 100 manat, ## ####### 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən «Araz market» mağazasındakı «eManat» ödəmə terminalı vasiətsilə ona məxsus 4169 7388 2343 **** nömrəli bank kartına bağlı olan hesaba 250 manat, ## ###### 2022-ci il tarixdə isə zərərçəkmiş şəxs6 ünvan 4 ünvanında yerləşən «Müjdə parfüm» mağazasında özünə məxsus 4098 5844 6733 **** nömrəli bank kartına bağlı olan hesabdan «Leobank» mobil tətbiqi vasitəsilə ona məxsus 4169 7388 2343 **** nömrəli bank kartına bağlı olan hesaba 450 manat məbləğində pul vəsaiti köçürməsinə nail olub həmin vəsaitləri ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 ümumilikdə 1.150 (bir min yüz əlli) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Badamdar filialının əməkdaşı kimi təqdim etməklə zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək onun üçün balansında 10.000 (on min) manatdan 900.000 (doqquz yüz min) manatadək, habelə onun tanışları zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 üçün balansında 10.000 (on min) manatdan 50.000 (əlli min) manatadək məbləğdə kredit vəsaiti olan biznes kateqoriyalı «BirBank Cashbank» taksit kartları təşkil edəcəyinə dair yalandan vəd verib aldadaraq bu məqsədlə «xxxx» Açıq Səhmdar Cəmiyyətinə vergi, depozit və sair bu kimi müəyyən ödənişlər etməli olduğuna inandırıb vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla zərərçəkmiş şəxs5 özünə məxsus 4169T7388 2290 **** nömrəli bank kartına bağlı olan hesabdan «Birbank» mobil tətbiqi vasitəsilə ona məxsus 4169 7388 2343 **** nömrəli bank kartına bağlı olan hesaba ## #### 2023-cü il tarixdə 200 manat, ## #### 2023-cü il tarixdə 305 manat, ## #### 2023-cü il tarixdə 100 manat, ## #### 2023-cü il tarixdə 300 manat, ## ##### 2023-cü il tarixdə 400 manat, ## ##### 2023-cü il tarixdə 100 manat, ## ##### 2023-cü il tarixdə 18 manat, ## ##### 2023-cü il tarixdə 48 manat, ## ##### 2023-cü il tarixdə 300 manat, ## ### 2023-cü il tarixdə 300 manat, ## ### 2023-cü il tarixdə 500 manat, ## ### 2023-cü il tarixdə 200 manat, ## ### 2023-cü il tarixdə 500 manat, ## ### 2023-cü il tarixdə 100 manat, ## ### 2023-cü il tarixdə 10 manat, ## ### 2023-cü il tarixdə 500 manat, ## ### 2023-cü il tarixdə 200 manat, ## ### 2023-cü il tarixdə 300 manat, ## ### 2023-cü il tarixdə 300 manat, ## ### 2023-cü il tarixdə 850 manat, ## ### 2023-cü il tarixdə 390 manat, ## ### 2023-cü il tarixdə 1000 manat, ## ### 2023-cü il tarixdə 40 manat, ## ### 2023-cü il tarixdə 1895 manat, ## ### 2023-cü il tarixdə 100 manat, ## ### 2023-cü il tarixdə 330 manat, ## ### 2023-cü il tarixdə 250 manat, ## ### 2023-cü il tarixdə 100 manat, ## ### 2023-cü il tarixdə 52 manat, ## ### 2023-cü il tarixdə 30 manat, ## ### 2023- cü il tarixdə 350 manat, ## ### 2023-cü il tarixdə 250 manat, ## ### 2023-cü il tarixdə 700 manat, ## ### 2023-cü il tarixdə 300 manat, ## ### 2023-cü il tarixdə 200 manat, ## ### 2023-cü il tarixdə 22 manat, ## ### 2023-cüil tarixdə 200 manat, ## ### 2023-cü il tarixdə 65 manat, ## ### 2023-cü il tarixdə 100 manat, ## ### 2023-cü il tarixdə 96 manat, ## ### 2023-cü il tarixdə 904 manat, ## ### 2023-cü il tarixdə 750 manat, ## ### 2023-cü il tarixdə 1600 manat, ## ### 2023-cü il tarixdə 1300 manat, ## ### 2023-cü il tarixdə 240 manat, ## ### 2023-cü il tarixdə 300 manat, ## ### 2023-cü il tarixdə 100 manat, ## ### 2023-cü il tarixdə 900 manat, ## ### 2023-cüil tarixdə 650 manat, ## ### 2023 cü il tarixdə 100 manat, ## ### 2023-cü il tarixdə 1800 manat, ## ### 2023-cü il tarixdə 300 manat, ## ### 2023-cü il tarixdə 600 manat, ## ### 2023-cü il tarixdə 750 manat, ## ### 2023-cü il tarixdə 100 manat, ## ### 2023-cü il tarixdə 844 manat, ## ### 2023-cüil tarixdə 50 manat, ## ### 2023-cü il tarixdə 335 manat- cəmi 23624 manat məbləğində, zərərçəkmiş şəxs5 özünə məxsus 4169 7388 2290 **** nömrəli bank kartına bağlı olan hesabdan «Birbank» mobil tətbiqi vasitəsilə onun qardaşı şahid6 məxsus 5404 0852 3829 **** nömrəli bank kartına bağlı olan hesaba ## ##### 2023-cü il tarixdə 700 manat, ## ##### 2023-cü il tarixdə 270 manat, ## ##### 2023-cü il tarixdə 150 manat, ## ##### 2023-cü il tarixdə 22 manat, ## ##### 2023 cü il tarixdə 600 manat, ## ##### 2023-cü il tarixdə 22 manat, ## ##### 2023-cü il tarixdə 80 manat, ## ##### 2023-cü il tarixdə 300 manat, ## ##### 2023-cü il tarixdə 139 manat, ## ##### 2023-cü il tarixdə 150 manat, ## ##### 2023-cü il tarixdə 200 manat, ## ##### 2023-cü il tarixdə 200 manat, ## ##### 2023-cü il tarixdə 250 manat, ## ##### 2023-cü il tarixdə 120 manat, ## ##### 2023-cü il tarixdə 200 manat, ## ##### 2023-cü il tarixdə 100 manat, ## ##### 2023-cü il tarixdə 500 manat, ## ##### 2023-cü il tarixdə 250 manat, ## ##### 2023-cü il tarixdə 200 manat, ## ##### 2023-cü il tarixdə 2000 manat, ## ##### 2023-cü il tarixdə 200 manat, ## ##### 2023-cü il tarixdə 91 manat, ## ##### 2023-cü il tarixdə 200 manat, ## ##### 2023-cü il tarixdə 200 manat, ## ##### 2023-cü il tarixdə 500 manat, ## ##### 2023-cü il tarixdə 300 manat, ## ##### 2023-cü il tarixdə 200 manat, ## ##### 2023-cü il tarixdə 300 manat, ## ##### 2023-cü il tarixdə 250 manat, ## ##### 2023-cü il tarixdə 80 manat, ## ##### 2023-cü il tarixdə 300 manat, ## ##### 2023-cü il tarixdə 200 manat, ## ##### 2023-cü il tarixdə 500 manat, ## ##### 2023-cü il tarixdə 300 manat, ## ##### 2023-cü il tarixdə 200 manat, ## #### 2023-cü il tarixdə 55 manat, ## #### 2023-cü il tarixdə 100 manat, ## #### 2023-cü il tarixdə 280 manat, ## #### 2023-cü il tarixdə 160 manat, ## #### 2023-cü il tarixdə 200 manat, ## #### 2023-cü il tarixdə 49 manat, ## #### 2023-cü il tarixdə 120 manat, ## #### 2023-cü il tarixdə 500 manat, ## #### 2023-cü il tarixdə 1800 manat, ## #### 2023-cü il tarixdə 320 manat, ## #### 2023-cü il tarixdə 350 manat, ## #### 2023-cü il tarixdə 300 manat, ## #### 2023-cü il tarixdə 400 manat, ## #### 2023-cü il tarixdə 345 manat, ## #### 2023-cü il tarixdə 330 manat, ## #### 2023-cü il tarixdə 103 manat, ## #### 2023-cü il tarixdə 100 manat, ## #### 2023-cü il tarixdə 45 manat, ## #### 2023- cü il tarixdə 200 manat, ## #### 2023-cü il tarixdə 500 manat, ## #### 2023-cü il tarixdə 580 manat, ## #### 2023-cü il tarixdə 92 manat, ## #### 2023-cü il tarixdə 20 manat, ## #### 2023-cü il tarixdə 170 manat, ## #### 2023-cü il tarixdə 615 manat, ## #### 2023-cü il tarixdə 50 manat, ## #### 2023-cü il tarixdə 100 manat, ## #### 2023-cü il tarixdə 150 manat, ## ###### 2023-cü il tarixdə 115 manat, ## ###### 2023 cü il tarixdə 5 manat, ## ###### 2023-cü il tarixdə 102 manat, ## ###### 2023-cü il tarixdə 20 manat, ## ###### 2023-cü il tarixdə 49 manat, ## ###### 2023-cü il tarixdə 105 manat, ## ###### 2023-cü il tarixdə 150 manat, ## ###### 2023-cü il tarixdə 32 manat- cəmi 19174 manat məbləğində, zərərçəkmiş şəxs5 özünə məxsus 4169 7388^290 **** nömrəli bank kartına bağlı olan hesabdan «Birbank» mobil tətbiqi vasitəsilə onun tanışı şahid4 məxsus 4169 7335 3187 **** nömrəli bank kartına bağlı olan hesaba ## ### 2023-cü il tarixdə 450 manat məbləğində, zərərçəkmiş şəxs5 özünə məxsus 4169 7388 2290 **** nömrəli bank kartına bağlı olan hesabdan «Birbank» mobil tətbiqi vasitəsilə onun tanışı şahid1 məxsus 4169 7388 4721 **** nömrəli bank kartına bağlı olan hesaba ## ### 2023-cü il tarixdə 800 manat, ## ### 2023- cü il tarixdə 291 manat, ## ### 2023-cü il tarixdə 130 manat, ## ### 2023-cü il tarixdə 200 manat, ## ### 2023-cü il tarixdə 50 manat, ## ### 2023-cü il tarixdə 100 manat, ## ### 2023-cü il tarixdə 180 manat, ## ### 2023-cü il tarixdə 400 manat, ## ### 2023-cü il tarixdə 119 manat, ## ### 2023-cü il tarixdə 250 manat- cəmi 2520 manat məbləğində, zərərçəkmiş şəxs5 özünə məxsus 4169 7388 2290 **** nömrəli bank kartına bağlı olan hesabdan «Birbank» mobil tətbiqi vasitəsilə onun qardaşı şahid6 məxsus 4169 7388 9979 **** nömrəli bank kartına bağlı olan hesaba ## ### 2023-cü il tarixdə 150 manat, ## ### 2023-cü il tarixdə 250 manat, ## ### 2023 cü il tarixdə 150 manat, ## #### 2023-cü il tarixdə 630 manat, ## #### 2023-cü il tarixdə 30 manat, ## #### 2023-cü il tarixdə 200 manat, ## #### 2023-cü il tarixdə 450 manat, ## #### 2023-cü il tarixdə 400 manat, ## #### 2023-cü il tarixdə 1000 manat, ## #### 2023-cü il tarixdə 130 manat, ## #### 2023-cü il tarixdə 480 manat, ## #### 2023-cü il tarixdə 150 manat, ## #### 2023-cü il tarixdə 390 manat, ## #### 2023-cü il tarixdə 820 manat, ## #### 2023-cü il tarixdə 200 manat, ## #### 2023-cü il tarixdə 500 manat- cəmi 5930 manat məbləğində, zərərçəkmiş şəxs5 özünə məxsus 4169 7388~2290 **** nömrəli bank kartına bağlı olan hesabdan «Birbank» mobil tətbiqi vasitəsilə onun qohumu şahid2 məxsus 4169 7388 0811 **** nömrəli bank kartına bağlı olan hesaba ## #### 2023-cü il tarixdə 400 manat məbləğində, zərərçəkmiş şəxs5 özünə məxsus 4169 7388 2290 **** nömrəli bank kartına bağlı olan hesabdan «Birbank» mobil tətbiqi vasitəsilə onun şəxsiyyəti istintaqa məlum olmayan “Təhminə” adlı tanışma məxsus 5243 7544 4096 **** nömrəli bank kartına bağlı olan hesaba ## #### 2023-cü il tarixdə 360 manat, ## #### 2023-cü il tarixdə 350 manat, ## #### 2023-cü il tarixdə 80 manat, ## #### 2023-cü il tarixdə 400 manat, ## #### 2023-cü il tarixdə 30 manat, ## #### 2023-cü il tarixdə 50 manat, ## #### 2023-cü il tarixdə 250 manat, ## #### 2023-cü il tarixdə 370 manat, ## #### 2023-cü il tarixdə 442 manat, ## #### 2023-cü il tarixdə 400 manat, ## #### 2023-cü il tarixdə 229 manat, ## #### 2023-cü il tarixdə 250 manat, ## #### 2023-cü il tarixdə 100 manat, ## #### 2023-cü il tarixdə 50 manat, ## #### 2023-cü il tarixdə 40 manat, ## #### 2023-cü il tarixdə 270 manat, ## #### 2023-cü il tarixdə 510 manat, ## #### 2023-cü il tarixdə 100 manat, ## #### 2023-cü il tarixdə 250 manat, ## #### 2023-cü il tarixdə 50 manat, ## #### 2023-cü il tarixdə 570 manat, ## #### 2023-cü il tarixdə 59 manat, ## #### 2023-cü il tarixdə 230 manat, ## #### 2023-cü il tarixdə 220 manat, ## #### 2023-cü il tarixdə 50 manat, ## #### 2023-cü il tarixdə 60 manat, ## #### 2023-cü il tarixdə 300 manat, 06 iyul2023-cü il tarixdə 232 manat, ## #### 2023-cü il tarixdə 80 manat, ## #### 2023-cü il tarixdə 200 manat, ## #### 2023-cü il tarixdə 436 manat, ## #### 2023-cü il tarixdə 200 manat, ## #### 2023-cü il tarixdə 660 manat, ## #### 2023-cü il tarixdə 1 manat, ## #### 2023-cü il tarixdə 185 manat, ## #### 2023-cü il tarixdə 1 manat, ## #### 2023-cü il tarixdə 14 manat, ## #### 2023-cü il tarixdə 1 manat, ## #### 2023-cü il tarixdə 140 manat, ## ###### 2023-cü il tarixdə 31 manat, ## ###### 2023-cü il tarixdə 500 manat, ## ###### 2023-cü il tarixdə 25 manat, ## ###### 2023-cü il tarixdə 101 manat, ## ###### 2023 cü il tarixdə 75 manat, ## ###### 2023-cü il tarixdə 600 manat, ## ###### 2023-cü il tarixdə 25 manat, ## ###### 2023-cü il tarixdə 430 manat- cəmi 10007 manat məbləğində, zərərçəkmiş şəxs5 tanışı şahid3 vasitəsilə sonuncuya məxsus 4098 5844 5833 **** nömrəli bank kartına bağlı olan hesabdan «Leobank» mobil tətbiqindən istifadə olunmaqla onun şəxsiyyəti istintaqa məlum olmayan “Təhminə” adlı tanışına məxsus 5243 7544 4096 9655 nməii bank kartına bağlı olan hesaba ## #### 2023-cü il tarixdə 1030 manat, ## #### 2023-cü il tarixdə 452 manat, ## #### 2023-cü il tarixdə 80 manat, ## #### 2023-cü il tarixdə 141 manat, ## #### 2023-cü il tarixdə 59 manat, ## ###### 2023-cü il tarixdə 245 manat, ## ###### 2023-cü il tarixdə 441 manat, ## ###### 2023-cü il tarixdə 45 manat, ## ###### 2023-cü il tarixdə isə ünvan 2 ünvanında yerləşən Bakı Hərbi Prokurorluğunun yaxınlığında 151 manat cəmi 2.644 manat, ümumilikdə isə 64.749 (altmış dörd min yeddi yüz qırx doqquz) manat məbləğində vəsaiti köçürməsinə nail olub həmin vəsaitləri ələ keçirərək zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs5 ümumilikdə 55.549 (əlli beş min beş yüz qırx doqquz manat məbləğində, yəni külli miqdarda, zərərçəkmiş şəxs1 4.000 (dörd min manat) məbləğində, zərərçəkmiş şəxs2 1.900 (bir min doqquz yüz) mana məbləğində, zərərçəkmiş şəxs3 2.300 (iki min üç manat məbləğində, zərərçəkmiş şəxs4 isə 1.000 (bir min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş şəxsin müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünü dəyişdirərək Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, hökmü təyin edilmiş cəzanın icrasının şərti hesab edilməsi məsələsinə düzgün hüquqi qiymət verilməməsi hissəsində əsassız hesab edir. Belə ki, iş materiallarından və məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallardan açıq şəkildə görünür ki, təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilmiş, əməlini etiraf etmiş və törətdiyi əmələ görə peşman olduğunu bildirmişdir. Eyni zamanda o, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam şəkildə ödəmiş, zərərçəkmiş şəxslər bu barədə məhkəməyə ərizələr təqdim etmiş, həmçinin ona qarşı hər hansı şikayət və tələblərinin olmadığını bildirmişlər. Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs6 Rəhim qızı məhkəmə icraatında açıq şəkildə göstərmişdir ki, onlara dəymiş zərər tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur. Zərərçəkmiş zərərçəkmiş şəxs5 isə mülki iddiadan imtina edir. Belə olan halda, iş üzrə cinayət nəticəsində vurulmuş ziyanın tam aradan qaldırıldığı və tərəflər arasında barışığın əldə olunduğu şübhəsizdir. Müdafiə tərəfi olaraq məhkəmə iclasında son çıxış zamanı qeyd olunan müstəsna halların nəzərə alınaraq təyin edilmiş cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməsi barədə xahiş etsələr də, məhkəmə tərəfindən bu məsələ nəzərə alınmamışdır. Məhkəmə isə bu mühüm hallara formal yanaşaraq onları yalnız qeyd etməklə kifayətlənmiş, lakin həmin halların cəzanın icrasına təsirini nəzərə almamışdır. Bununla da məhkəmə qeyd olunan mühüm yüngülləşdirici hallara lazımi hüquqi qiymət verməmiş, cəzanın fərdiləşdirilməsi prinsipini düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin qarşısının alınmasından ibarətdir. Hazırkı iş üzrə zərərin tam ödənilməsi və zərərçəkmişlərlə barışığın əldə olunması bu məqsədlərin artıq təmin olunduğunu göstərir. Eyni zamanda, Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınmalıdır. Müdafiə etdiyi şəxs tərəfindən zərərin tam ödənilməsi, təqsirin etiraf olunması, peşmançılıq və zərərçəkmiş şəxslərlə barışığın əldə olunması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı idi. Mövcud hallar artıq təqsirləndirilən şəxsin artıq islah olunduğunu sübut etdiyindən onun azadlıqdan məhrum etməklə cəmiyyətdən təcrid edilməsi cəzanın məqsəd və prinsipləri baxımından ədalətli edilə bilməz. Belə ki, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi mümkündür və bu institut məhz şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olduğu hallarda tətbiq edilir. Hazırkı iş üzrə mövcud olan hallar göstərir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah oluna bilər. Birinci instansiya məhkəməsi yüngülləşdirici halları nəzərə alsa da, həmin halların nəticəsi olaraq Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi imkanını qiymətləndirməmiş, nəticədə təyin edilmiş cəzanın icrasının şərti hesab edilməsi məsələsinə hüquqi qiymət verməmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünü dəyişdirərək Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X5 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətinin əsas dəlili məhkum edilmiş şəxs barəsində şərti məhkum etmənin tətbiq edilməsindən ibarətdir. Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi məhkum edilmiş şəxs tərəfindən törədilən cinayətin hüquqi tövsifi mübahisələndirilməmişdir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkum edilmiş şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və etirafedici ifadə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, iş üzrə vurulmuş zərəri ödəməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bundan başqa, qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası belə hesab edir ki, məhkəmənin cəza növünün seçilməsinə dair gəldiyi qənaət əsaslı və qanunidir, lakin məhkəmə cəzanı yüngülləşdirən halları sadalasa da nəzərə almamış və şərti məhkum etmənin mümkünlüyünü yoxlamamışdır. Həmçinin təqsirini etiraf etməsini və səmimi peşmançılığını cəzanı yüngülləşdirən hallar qismində nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsi Qutsardi Italiyaya qarşı (##.##.1980-ci il) işində qeyd etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilməməsini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmasını (əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, iş üzrə vurulmuş zərəri ödəməsini, zərərçəkmiş şəxslərin şikayət və tələbin olmamasını) nəzərə almaqla, onu şərti məhkum etməklə və barəsində sınaq müddəti təyin etməklə cəza çəkmədən islah olunmasını qanunvericiliyin tələbləri baxımından mümkün hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * nömrəli Qərarının 1-ci maddəsinə görə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli qərarında eyni mövqe nümayiş etdirilərək qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 48-ci maddəsinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsi isə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini özündə ehtiva edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tətbiq edilən cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və təqsirləndirilən şəxsin islah olunmasının mümkünlüyünü qiymətləndirərək, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü dəyişdirilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası sınaq müddəti ilə şərti hesab edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.4, 399.1.4, 399.1.5, 403.0.2 və 405.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- ***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya Idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs" qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından azad edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 saat üçün cəmi 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Aqil Musayev Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar