Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-604/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi - Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 iştirakları ilə, ## #### 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X1 küçəsi, bina 3C, giriş 1, mənzil 23 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, - təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətə, Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs2 qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, onun barəsində şərti məhkum etmə tətbiq edilməklə, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il sınaq müddəti ilə şərti hesab olunması, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulması, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxs1 ## ###### 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub ## ######## 2024- cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 7 (yeddi) ay 3 (üç) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılması və təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 4 (dörd) il 4 (dörd) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılması, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının başlanğıcının hökmün çıxarıldığı ## #### 2026-cı il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi məsələsi də həll edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs2 özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı İlyasov Afdandil Zakir oğlunun etibarından sui-istifadə edərək ona əlillik dərəcəsinin alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan, bu məqsədlə 2022-ci ilin yanvar ayının ortalarında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ünvan 1 ünvanında yerləşən Baş Klinik Hospitalının yaxınlığında 6000 manat nağd pul vəsaitini alıb zərər çəkmiş şəxs İlyasov Aftandil Zakir oğluna 6000 (altı min) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan sonra təqsirləndirilən şəxs2 təkrar, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, sonuncunun oğlu Məhəmməd Hüseynova əlillik dərəcəsinin alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan, bu məqsədlə 2022-ci ilin may ayının əvvəllərində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ünvan 1 ünvanında yerləşən Baş Klinik Hospitalının yaxınlığında 6000 manat nağd pul vəsaitini alıb zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 6000 (altı min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təqsirləndirilən şəxs2 təkrar, zərərçəkmiş şəxsin barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Bakı şəhəri, Suraxanı rayonu, ** nömrəli poliklinikada qeydiyyatçı işləyən zərərçəkmiş şəxs3 tərəfindən təqsirləndirilən şəxs1 tanışı şahid9 vasitəsi ilə verilmiş müəyyən edilməyən, habelə üzərində müəyyən edilməyən möhürü olan xəstə şəxslər üçün boş epikriz blankının saxta olduğunu zərərçəkmiş şəxs3 bildirib, həmin epikrizi sonuncunun işlədiyi poliklinikanın rəhbərliyinə təqdim etməklə rüsvayedici məlumatlar yayacaqları barədə telefon vasitəsi ilə mesajlar göndərməklə, 2023-cü ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər”, Sahil küçəsi 14, bina 7, mənzil 22-də özünün icarəyə götürdüyü ofisdə hədə-qorxu gələrək zərərçəkmiş şəxs3 16.000 manat xeyli miqdarda pul vəsaitini tələb etmiş və ## ###### 2024cü il tarixdə saat 11 radələrində həmin ofisdə o, təqsirləndirilən şəxs1la tələb etdikləri pul vəsaitinin 3.700 manatını zərərçəkmiş şəxs3 hədə-qorxu ilə alarkən Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılmışlar. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxs1 barəsində Cinayət Məcəlləsinin 62 və ya 70-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə təqsirləndirlən şəxs təqsirləndirilən şəxs1 cəza təyin edən zaman onun 3-cü qrup əlil olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ondan şikayətinin olmamasını, əvvəllər Azərbaycan Ordusunda zabit qismində xidmət etdiyini nəzərə almamış, onun barəsində azadlıqdan məhrumetmə növündə cəza seçməklə ədalətsiz hökm çıxarmışdır. Belə ki, uzun sürən məhkəmə araşdırması dövründə də təqsirləndirlən şəxs barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilmiş, həmin dövrdə o yeni cinayət əməli tərətməmiş, məhkəmə proseslərindən və çağırışlarından yayınmamışdır. Bütün bunlara əsasən hesab edirlər ki, təqsirləndirlən şəxs barəsində təyin edilmiş cəza cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmamışdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. 1ci bəndin “c” yarımbəndinə əsasən hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması halında azadlıqdan məhrum edilə bilər. 5.3. Həmin konvensiyaya əsasən bu maddənin İ bəndinin "c" yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. 5.4. Tutulma və ya həbsə alınma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 evlidir, Bakı şəhəri, Binəqədi rayonu, 7ci mikrorayon, X1 küçəsi, bina 3C, giriş 1, mənzil 23 ünvanında qeydiyyatdadır və həbs edilən müddətə qədər həmin ünvanda ailəsi ilə birlikdə yaşamışdır. Ali təhsillidir, onurğasında ciddi xəsarət var, 3-cü qrup əlildir. 2 övladı var. Məhkumluğu yoxdur və əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Əlavə olaraq qeyd etmək istəyir ki, o müsbət xarakterizə olunmaqla ona müsbət xasiyyətnamə verilmişdir. Hökmdən zərərçəkmiş şəxslər, digər təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən isə apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi müdafiəçi1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, təqsirləndirilən şəxs1 barəsində təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq olunmasını xahiş etdilər. Dövlət ittihamçısı X2 məhkəmə baxış iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək, təqsirləndirilən şəxs1 şəxsiyyətini tədqiq edərək və onu xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayətin ağırlığını, ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkünlüyünü nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü dəyişdirilməli, hökmlə təqsirləndirilən şəxs1 təyin olunmuş cəza sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin şəxsə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi və ya daha yüngül cəza təyin edilməsi ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, hazırda işin bütün hallarının deyil, məhz şikayətin dəlillərinə münasibətdə olan dəlilləri qərarda qeyd etməyi zəruri və əsaslı hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk olaraq qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq, hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər-hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfi apellyasiya şikayətində və məhkəmə baxışı iclası zamanı iş üzrə zərərçəkmiş şəxsin şikayət və tələblərinin olmamasının nəzərə alınaraq, təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməlinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuş, birinci instansiya məhkəməsi tərəfindən 05 il ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinə əlavə edilmiş notarial qaydada təsdiq olunmuş ## ####### 2024-cü il və ## ####### 2024-cü il tarixli, həmçinin ## ###### 2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş maddi ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı onun şikayəti və tələbi yoxdur. Elektron Məhkəmə portalından əldə olunmuş çıxarışdan görünür ki, təqsirləndirilən şəxs1 ailəlidir, himayəsində ##.##.2015-ci il təvəllüdlü bir azyaşlı və ##.##.2011-ci il təvəllüdlü bir yetkinlik yaşına çatmayan uşaqları vardır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış ## ###### 2024-cü il tarixli tələbnamədən görünür ki, Baş idarənin əməliyyatsorğu kartotekasında təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 174). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsinin tələbindən görünür ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1 və 41.2-ci maddələrinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olması, həmin Məcəllənin 59.1.12-59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və aradan qaldırılmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almaqla yanaşı, eyni zamandı CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını onun cəzasını yüngülləşdirən digər hallar kimi də nəzərə alır. təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulan ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. CM-in 70.2-ci maddəsi məhkəmələrdən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alsın. Qanunun bu normasının tələbindən və mənasından belə nəticə hasil olur ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. Burada əsas meyarlar kimi isə törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin və eyni zamanda cəzanın məqsədlərinə nail olunmasının nəzərə alınması tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq ## #### 2004-cü il və ## #### 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayəthüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2010cu il tarixli Qərarında vurğulanmışdır ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin, qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da, cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2021-ci il tarixli Qərarında vurğulanmışdır ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətəazadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəzaçəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən ## #### 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” * saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik aktı normalarını, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum Qərarlarında göstərilən hüquqi mövqeləri əsas götürərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək həmin cəzanın ona şərti olaraq təyin edilməsi qanuni və əsaslıdır. Belə ki, məhkəmə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edərkən təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını müstəsna hallar kimi nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxs barəsində təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın icrası ilk növbədə onun özünün və ailəsinin həyat şəraitini hədsiz dərəcədə ağırlaşdırmış olar. Qeyd olunanlarla yanaşı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının ## ###### 1959-cu il tarixli «Uşaq Hüquqları Bəyənnaməsi»nin 6-cı prinsipi də uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyümələrini vurğulamışdır. Göründüyü kimi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının bu prinsipi baxımından da təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasının şərti olaraq ona təyin edilməsi bu baxımdan da məqsədə müvafiqdir. Sınaq müddəti ərzində təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, davranışı ilə islah olunduğunu sübut etmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs1 təyin olunmuş sınaq müddətinin əvvəli qərar qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə müvafiq olaraq təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hesab edilir. Azərbaycan Respublikası CPM-nin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilməli, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 05 il azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxs1 şərti olaraq tətbiq edilməli və ona 02 (iki) il sınaq müddəti müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 70, 397, 398, 399, 404, 407, 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALIR: Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilsin. təqsirləndirilən şəxs1 təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə, barəsində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, davranışı ilə islah olunduğunu sübut etmək vəzifələri qoyulsun. Sınaq müddətinin əvvəli qərarın qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qərarın surəti təqsirləndirilən şəxs1 davranışına nəzarəti həyata keçirilməsi üçün yaşadığı ünvan üzrə Bakı şəhər Probasiya İdarəsinə göndərilsin. təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün, cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-604/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-604/2026
11.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver