Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-605/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər - İbrahimli İbrahim Adil (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsi haqqında həmin Məhkəmənin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək, müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli hökmü ilə ## ######## 1968-ci ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddətin bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində yerləşən evini 23:00-dan səhər saat07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməsi, hökmün icrasına nəzarətin Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin məhkəmə məsrəfləri həll edilmişdir Həmin hökmdən zərərçəkmiş Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025- ci il tarixli hökmünün ləğv edilərək pozulmuş konstitusion hüquqlarının bərpa olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(*-*)-***/**** saylı, ##.##.2026-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386-cı maddəsinin tələbləri yerinə yetirilmədiyi üçün hərəkətsiz saxlanılmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386cı maddəsinin tələblərinin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət təyin edilməklə, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti iş materialları ilə birlikdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpasına dair vəsatət rədd edilmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və şikayətinin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qəran qanuna zidd olmaqla yanaşı həm də mənə qarşı qərəzlidir. Cinayətkar “vəkilinin” istəyinə uyğun çıxarılmış qərarda hesablama düzgün aparılmamış, əsaslandırılmamışdır.Qeyd etmək isteyirəm ki 11. 12.2025-ci il tarixli hüquqa zidd “hökmün “surəti qəbul etdiyi gündən apellyasiya şikayəti təqdim etdiyi tarixədək düzgün hesablansa (qeyri iş günləri nəzərə alınsa) müddətin ötürülməsi əks olunmur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq şikayət vermiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X1 qanunvericiliyə uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə araşdırıb və proses iştirakçısının fikirlərini dinləyərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, müddətin bərpasına dair vəsatətin təmin olunmaması barədə məhkəmənin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- ***/**** saylı, ##.##.2025-ci il tarixli hökmündən müəyyən olunur ki, hökm elan edilərkən şikayət vermə müddəti və qaydası tərəflərə izah edilmiş və hökmün nəticə hissəsində əks etdirilmişdir. İş materialından müəyyən olunur ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ##.##.2025-ci il tarixdə elan edilmiş, zərərçəkmiş şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025ci il tarixli hökmünu ##.##.2026-cı il tarixdə rəsmi qaydada almış, ##.##.2026-cı il tarixdə apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 6.1-ci maddəsinə əsasən cinayət-prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində prosessual müddətin bərpasına dair zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilənlər üzrlü hesab edilə bilməz, belə ki, hökmün nəticə hissəsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs hansı müddət ərzində və hansı məhkəmə vasitəsi ilə apellyasiya şikayəti vermək hüququ sadə dillə izah edilmişdir. Bundan başqa, verilmiş apellyasiya şikayətində hökmdən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsinə üzrlü səbəb kimi konkret əsaslar göstərilməmiş və ötürülmüş müddətin üzrlü hesab edilməsi üçün rəsmi sənədlər məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmündən buraxılmış prosessual müddətin bərpa edilməsinə dair hər hansı üzrlü hal müəyyən olunmadığından, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.3.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsi haqqında həmin Məhkəmənin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-605/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-605/2026
13.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver