Məhkəmə qərarları › İş №1(3-6)-606/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-606/2026

06.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-606/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 və dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1 iştirakları ilə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə və ilkin baxış iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakim X1), ## ######## 1976-cı il tarixdə Ermənistan Respublikası, Ararat rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə Bakı istintaq təcridxanasına saxlanılan Təqsirləndirilən şəxs (bundan sonra – təqsirləndirilən şəxs) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, barəsində 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun ## ###### 2024-cü il tarixdən ## #### 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 ay müddət ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 2 il 4 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmış, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minməsinədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Təqsirləndirilən şəxs həmin məhkəmə hökmündən apellyasiya şikayəti verib, barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı * saylı istintaq təcridxanasının ## ##### 2026-cı il tarixli, *-**-**/**/*-****/**** nömrəli məktubu ilə birinci instansiya məhkəməsinə göndərilmiş ## ##### 2026-cı il tarixli ərizəsində iş üzrə birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətindən imtina etdiyinə görə həmin apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxsin apellyasiya şikayətindən imtina etməsinin qəbul edilib, həmin apellyasiya şikayətinə baxılmasına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 91.5.33-cü maddəsinə əsasən özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina etmək təqsirləndirilən şəxsin hüququdur. - 390.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. - 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən verdiyi apellyasiya şikayətindən imtina etməsi qəbul edilməli, buna görə təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası CPM-in 92.9.24, 91.5.33, 193.5, 390.1, 391.11 və 410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən verdiyi apellyasiya şikayətindən imtina etməsi qəbul edilsin və həmin apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar