Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-607/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X1 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1- ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq və ilkin məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Ramilə Xəzri) ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2026cı il tarixdən hesablanması, barəsində “həbs” qətimkan tədbiri seçilməsi və digər cinayət işi üzrə həbsdə olmasının nəzərə alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Hökmdən narazı qalan məhkum edilmiş şəxs apellyasya şikayəti verərək hökmün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin ilkin məhkəmə iclası zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək hökmdən vermiş olduğu apellyasiya şikayətindən imtina etdiyini bildirib müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı məhkum edilmiş şəxsin vermiş olduğu apellyasiya şikayətindən imtina etməsinin onun hüququ olduğunu qeyd edərək məhkum edilmiş şəxsin apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin ərizəsini müzakirə edib, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına apellyasiya şikayətindən imtina olunması əsası ilə xitam verilməlidir. Belə ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir (CPM-nin 390.1-ci maddəsi). Apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır (CPM-nin 396-cı maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmündən verdiyi apellyasiya şikayətindən imtina etdiyindən, həmin hökmdən digər proses iştirakçılarının apellyasiya şikayətləri və ya apellyasiya protesti olmadığından, cinayətprosessual qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərinə əsasən, verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Şərh olunanlara əsasən və CPM-nin 193, 390.1, 396 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1- ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən imtinasına dair ərizəsi təmin edilsin və həmin apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev və Əfqan Ələkbərov.
Məhkəmə qərarları › İş №1(3-6)-607/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-607/2026
04.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver