Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-609/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Məmmədov Əli İrfan oğlu (sədrlik edən və məruzəçi hakim), X3 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru müdafiəçi4, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 və Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi3, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmü ilə (hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi ilə) ##.##.2003-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Həşimov küçəsi, ev 27A ünvanında qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və həmin maddə ilə ona 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə təyin olunan cəzaya qismən toplanması və ona qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə ## ###### 2024-cü il tarixdən ## ####### 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 2 (iki) ay 14 (on dörd) gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması və onun üzərində 1 (bir) il 10 (on) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin tutulduğu vaxtdan, yəni ## ##### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsinin nəzərə alınması hökm edilmişdir. Hökmlə, həmçinin məhkəmə məsrəfləri və maddi sübutlar məsələləri də öz həllini tapmışdır. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını ələ keçirmək məqsədi ilə ## ##### 2025-ci il tarixdə, saat 01:00 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Yasamal rayonu, Eldar Ağayev küçəsi ilə Mehman Bünyadzadə küçəsinin kəsişməsində yerləşən “Dream Tower” yaşayış kompleksinin yaxınlığında saxladığı 2.200 manat dəyərində “Tufan Cub 50S” markalı, 99-G-653 dövlət qeydiyyat nişanlı motosikli, arxa hissəsində olan 120 manat dəyərində, üzərində “Wolt” yazısı olan göy rəngli termo çanta, həmin çantanın içərisində olan 120 manat dəyərində moto dəbilqə, 25 manat dəyərində 01 cüt moto əlcək, 15 manat dəyərində 01 ədəd şalvar və 50 manat dəyərində 01 ədəd gödəkçəni gizli yolla talayıb zərərçəkmiş şəxsə ümumilikdə 2.530 (iki min beş yüz otuz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri və etirazlar: Həmin hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək (apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə bərpa edilmişdir), ona təyin edilmiş cəzanın yenidən hesablanmasını xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş şəxs isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçiləri müdafiəçi3 və müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmünün dəyişdirilməsini və Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı nəzərə alınmaqla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın düzgün hesablanmasını xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı müdafiəçi4 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin yeganə dəlili ona təyin edilmiş qəti cəzanın yenidən hesablanmasından ibarət olmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən də göründüyü kimi, onun tərəfindən törədilən cinayətin hüquqi tövsifi, həmin əmələ görə təyin edilmiş cəzanın növü və həddi mübahisələndirməmiş, əksinə yalnız qəti cəzanın düzgün hesablanmadığı bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bundan başqa, məhkəməyədək icraat zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədi ilə ## ##### 2025-ci il tarixdə, saat 01:00 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Yasamal rayonu, Eldar Ağayev küçəsi ilə Mehman Bünyadzadə küçəsinin kəsişməsində yerləşən “Dream Tower” yaşayış kompleksinin yaxınlığında saxladığı 2.200 manat dəyərində “Tufan Cub 50S” markalı, 99-G-653 dövlət qeydiyyat nişanlı motosikli, arxa hissəsində olan 120 manat dəyərində, üzərində “Wolt” yazısı olan göy rəngli termo çanta, həmin çantanın içərisində olan 120 manat dəyərində moto dəbilqə, 25 manat dəyərində 01 cüt moto əlcək, 15 manat dəyərində 01 ədəd şalvar və 50 manat dəyərində 01 ədəd gödəkçəni gizli yolla talayıb zərərçəkmiş şəxsə ümumilikdə 2.530 (iki min beş yüz otuz) manat maddi ziyan vurmaqla oğurluq etməsi birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlar əsasında təsdiq olunur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, verilmiş apellyasiya şikayətindən göründüyü kimi, təqsirləndirilən şəxs apellyasiya şikayəti verməklə ona qəti olaraq təyin edilmiş cəzanın düzgün hesablanmaması iddia etməklə göstərilən məsələnin yoxlanılmasını xahiş etmişdir. Bu hissədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab etmişdir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi onun tərəfindən törədilmiş cinayət xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə, habelə cinayətin törədilmə üsuluna və mexanizminə, cinayət əməli ilə vurulmuş ziyanın həcminə (ziyan ödənilsə də) uyğun olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun şəxsiyyətini səciyyələndirən halları, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsin onunla barışmasını Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını əsas götürərək, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası xüsusilə ilə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə baxılarkən həmin vaxt qüvvədə olan cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə riayət edilmiş, habelə Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə qanuni və ədalətli cəza təyin edilmiş, bundan başqa, Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə haqlı olaraq qismən toplanmaqla ona qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü qüvvədə olmuşdur. Lakin sonradan kassasiya qaydasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılması barədə apellyasiya məhkəməsinin qərarı dəyişdirildiyindən və qeyd edilən hökm üzrə təyin edilmiş cəzanın həddi 6 (altı) ay azaldığından qismən toplanmış cəzalardan birinin həddi dəyişdirilmişdir. Bu da öz növbəsində hazırkı halda cinayət qanununun norması düzgün tətbiq edilməklə təqsirləndirilən şəxsə təyin edilmiş qəti cəzanın yenidən hesablanmasını zəruri edir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 14 (on dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş və o, dərhal məhkəmə iclas zalından həbs edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli ## ##### 2025-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı dəyişdirilmiş, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1ci bəndi tətbiq edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ay azaldılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 14 (on dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, onun üzərində 1 (bir) il 6 (altı) ay müddətin azadlıqdan məhrum etmə cəzasından çıxılaraq çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 1 (bir) il 3 (üç) ay 16 (on altı) gün olaraq müəyyən edilmişdir. Mübahisələndirilən hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə təyin olunan cəza ilə qismən toplanması və ona qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayəti təmin edilməli, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş (apellyasiya məhkəməsinin qərarına əsasən dəyişdirilmədən saxlanılmış) 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası 6 (altı) ay azaldıldığından, həmin qərar nəzərə alınmalı, hazırki mübahisələndirilən hökmlə qəti olaraq təyin edilmiş 2 (iki) il 1 (bir) ay müddətində azadlıqdan məhrum etmə cəzası da 6 (altı) ay azaldılmalı, Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş cəza 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli hökmü ilə müəyyən edilmiş müddət, yəni Təqsirləndirilən şəxs həmin iş üzrə şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 14 (on dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmalı və həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində qəti olaraq müəyyən edilmiş 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və onun üzərində 1 (bir) il 4 (dörd) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, hökm alan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 398.1.4-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Azərbaycan Respublikası CPM-in 399.1.4-cü maddəsinin tələbinə görə cinayət qanunun normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403-cü maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının tətbiq edilməməsi və ya tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 399.1.5 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmü dəyişdirilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının 6 (altı) ay azaldılması nəzərə alınmaqla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 2 (iki) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılsın və Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 7 (yeddi) ay müddət kimi müəyyən edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 14 (on dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, Təqsirləndirilən şəxs barəsində qəti olaraq müəyyən edilmiş 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində 1 (bir) il 4 (dörd) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-609/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-609/2026
18.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver