Məhkəmə qərarları › İş №1(3-6)-617/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-617/2026

08.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-617/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X1 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun, Müdafiəçi – “Yasa” Vəkil Bürosunun vəkili müdafiəçi1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, ## ###### 1987-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, nömrəsiz yaşayış evi ünvanında yaşayan, ## ##### 2025ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 177.2.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Xalidə Əlisoy) ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutma altında saxlanıldığı 02 (iki) gün (04-## ##### 2025-ci il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasının yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi, iş üzrə mülki iddianın olmaması müəyyən edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfi məsələsi də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını və vətəndaşın şəxsiyyət vəsiqəsini gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə ## ##### 2025-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 52 ünvanında yerləşən “BodyGym” adlı fitnes zalında tanışı Zərərçəkmiş şəxs istifadəsində olan həmin zalın paltar dəyişmə otağında “11” nömrəli saxlanc yeri olan dolabın qapısını gizli yolla açmaqla həmin dolaba qanunsuz daxil olaraq dolabdan, içərisində Zərərçəkmiş şəxs məxsus sürücülük vəsiqəsi, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsi, “Kapital Bank”a aid “Bir Bank” kartı və 4000 (dörd min) manat olan, 90 manat dəyərində pul qabını götürüb gizli olaraq talamaqla, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 4090 (dört min doxsan) manat dəyərində əmlakını və vətəndaş Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsini gizli olaraq talayaraq oğurluq etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov rayon məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov rayon məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilməlidir. Məhkəmə tərəfindən cəza müddətlərinin hesablanması zamanı səhvə yol verilmişdir. Belə ki, ## ##### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, ## ##### 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək qeyd olunan maddə ilə ona ittiham elan olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan başqa, ## ### 2025-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, ## ######## 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanıldığından iş üzrə icraat təzələnmiş və ## ######## 2025-ci il tarixdə ona yenidən ittiham elan edilməklə, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə 12-## ######## 2025-ci il tarixlərdə saxlanıldığı müddəti nəzərə almamış və nəticədə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Hökmdən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı İlkin Yusifov apellyasiya protestinin məzmununa uyğun çıxış edərək protestin təmin edilməsini, hökmün protestə uyğun dəyişdirilməsini, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi isə apellyasiya protestinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, cinayət qanunu normasını düzgün tətbiq edilməklə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya protestində Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməlin hüquqi tövsifi, təqsirli olub-olmaması mübahisələndirilməmişdir. Cinayət işinin materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə CM-nin 177.2.3-cü maddəsi ilə tam təqsirli bilərək törətdiyi cinayətin halları haqda hökmün təsviri hissəsinə uyğun ifadə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə- cəza müddətlərinin hesablanmasına gəldikdə isə məhkəmə kollegiyası protestin dəlilləri ilə razılaşaraq hesab edir ki, protest təmin edilməlidir. Belə ki, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, faktla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq ibtidai istintaqı aparılması üçün icraata qəbul edilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında ## ##### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nın 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində saat 19:50-də saxlanılmış, ## ##### 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək qeyd olunan maddə ilə ona ittiham elan olunmuş və prokurorun qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” ## ### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, tutulduğu halda Nərimanov RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan ## ######## 2025-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs ## ######## 2025-ci il tarixdə, saat 19:00 radələrində Nəsimi rayonu, 3-cü mkr., bazarının yaxınlığında saxlanılaraq Nərimanov RPİ 16-cı PŞ-yə gətirilmişdir. Nərimanov rayon Polis İdarəsinin müstəntiqi Ayxan Səfərlinin ## ######## 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutma altında saxlanıldığı 02 (iki) gün (04-## ##### 2025-ci il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Cinayət qanunvericiliyin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır (CM-in 69.3-cü mad.). Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutma altında saxlanıldığı 02 (iki) gün (04-## ##### 2025-ci il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxsa da, lakin onun məhkəməyədək icraat dövründə 12-## ######## 2025-ci il tarixlərdə saxlanıldığı müddəti nəzərə almamış və nəticədə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. CPM-nin 399.1.4-cü maddəsinə əsasən isə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Odur ki, verilmiş apellyasiya protesti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsilə təqsirli bilinməsinə dair ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməli, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutma altında saxlanıldığı 02 (iki) gün (04-## ##### 2025-ci il), həmçinin onun məhkəməyədək icraat dövründə axtarışla tutulub saxlanıldığı 02 (iki) gün (14-## ######## 2025-ci il) olmaqla cəmi 04 (dörd) gün azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq, hesabı ilə hesablanıb ümumilikdə 08 (səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumların hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və CPM-nin 193, 396, 397.1, 397.2, 399.1.2 və 405.1.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Apellyasiya protesti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsilə təqsirli bilinməsinə dair ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutma altında saxlanıldığı 02 (iki) gün (04-## ##### 2025-ci il), həmçinin məhkəməyədək icraat dövründə axtarışla tutulub saxlanıldığı 02 (iki) gün (14-## ######## 2025-ci il) olmaqla cəmi 04 (dörd) gün azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanıb ümumilikdə 08 (səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. “Yasa” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 18 (on səkkiz) saat üçün cəmi 198 (yüz doxsan səkkiz) manat dövlət büdcəsindən tutularaq “Yasa” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar