Məhkəmə qərarları › İş №1(3-6)-618/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-618/2026

20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-618/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Əhmədov Zəfər Vahid oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi – “Pro Bono” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ###### 1979-cu il tarixdə Tərtər rayonunun Hüsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmündən müdafiəçi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İttiham aktına və birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin’’in İ siyahısına daxil edilən 13,788 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ## ##### 2025-ci il tarixdə saat 16:45-də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsi 7 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib həmin gün saat 18:37-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 6,179 qram və 7,609 qram olmaqla, ümumilikdə təmiz çəkisi 13,788 qram olan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının ## ##### 2025-ci il tarixdən hesablanması, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilərək onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi, məhkəmə məsrəflərinə dair məsələ də həll edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmündən müdafiəçi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti cinayət və cinayət-prosessual hüquq normalarına istinad edilərək onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda səslənən cinayət əməlinin tərkibinin olması və ya sonuncu tərəfindən həmin cinayət əməlinin törədilməsi sübuta yetirilməmiş və heç bir qanuni əsas və mötəbər sübutlar olmadan ittiham hökmü çıxarılmışdır. Cinayət işinə əlavə edilmiş əlyazma üsulu ilə təqsirləndirilən şəxsin adından tərtib edilmiş və imzalanmış ilkin izahat və imzanın təqsirləndirilən şəxsə məxsus olmadığını məhkəmənin diqqətinə çatdırılaraq məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi haqqında məhkəmə qarşısında vəsatət qaldırılmış, lakin məhkəmə heç bir qanuni əsas gətirimədən vəsatəti təmin etməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı zaman həmin yerdə olan Təhlükəsiz Şəhər kamerasının yaddaşından videogörüntülərin götürülməsi haqqında qanuni və əsaslı vəsatətləri təmin etməmişdir. Həmin vaxtı təqsirləndirilən şəxsi yol polis əməkdaşı saxlamış və həmin vaxt qəfildən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları təqsirləndirilən şəxsi zorla maşına mindirib həmin idarəyə aparmışlar və orada ona qarşı qeyriinsanı və zorakı hərəkətlər etdikdən sonra onun ilkin etirafedici izahatlarının alınmasına nail olunmuşdur. Baxmayaraq ki, şəxsin saxlanıldığı yer Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin inzibati binasının qarşısı olmuşdur. Nəticə etibari ilə təqsirləndirilən şəxsin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmasına zərurət olmamışdır. Əgər həqiqətən təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olmuşdursa və ilk saxlanılan zaman polis əməkdaşları tərəfindən onun üzəri yoxlanılmamışdırsa, onda yaxınlıqda olan Sabunçu rayon Polis İdarəsində şəxsin üzərinə şəxsi axtarış imkanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşlarında olmuşdur. Lakin həmin idarənin polis əməkdaşlarının bunu etməməsi və təqsirləndirilən şəxsi heç bir əməliyyat və istintaq zərurəti olmadan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması təqsirləndirilən şəxsin həmin idarədə qeyri-insani rəftara məruz qalması və hazırkı ittiham üzrə onun etirafedici izahat verməsinə məcbur edilməsini haqqında ifadələrini bir daha təsdiq etmiş olur. Bakı Ağır Cinayətlər Məhkəməsi müdafiə və ədalətli məhkəmə araşdırılmasını tələb etmək hüququnu kobud şəkildə pozaraq qeyd olunan xüsusatlarla bağlı vəsatətləri təmin etməmiş, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşlarının qanunsuz fəaliyyətinə göz yumaraq onalar hamilik etmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin ona qarşı hazırkı cinayət ittihamının qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılmasını tələb etmək hüququ, habelə öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq hüququ və ən əsası onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırılması və dindirilməsi hüququna malik olmaq hüququ kobud şəkildə pozulmuşdur. Məhkəmə cinayətprosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla məhkəmə istintaqı aparmış, təqsirləndirilən şəxsin əməlində sözügedən cinayətin tərkibinin olması sübuta yetirilməmiş və tələm-tələsik məhkəmə istintaqı yekunlaşdırılaraq qanunsuz hökm çıxarılmışdır. Hazırkı cinayət işi üzrə aparılmış istintaq hərəkətləri nəticəsində toplanmış materiallardan da görünür ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi yoxdur. Cinayət işi üzrə adı çəkilən şahidlərin verdiyi ifadələr mötəbər sübut kimi təqsirləndirilən şəxsin əleyhinə qiymətləndirilə bilməz və nəticə etibarı ilə həmin ifadələr sübut kimi qanunsuz məhkəmə hökmünün çıxarılması üçün əsas gətirilə bilməz. Məhkəmə iclasında müdafiəçi apellyasiya şikayətində göstərilən əsaslarla çıxış edərək təqsirləndirilən şəxsin istintaq zamanı döyüldüyünü, qonşu qadınla bağlı, yəni qadının evinə əri evdə olmayanda yad kişi gəlməsi barədə qadının kişi qohumuna məlumat verdikdən sonra başına bu işlərin gəldiyini, hadisədən əvvəl qadının onun qohumuna verdiyi xəbərdən məlumatlı olaraq onu bilavasitə hədələdiyini, hətta sonradan məhkəmə araşdırması zamanı onun məsələsinin həll edilib azadlığa çıxarılması üçün avtomobilini ona verməsinin tələb edildiyini, Təqsirləndirilən şəxs az-az hallarda narkotik vasitə istifadə etdiyini, lakin tutulan ərəfədə istifadə ümumiyyətlə istifadə etmədiyini, narkotik vasitə satmadığını, hazırkı işdə də satışla bağlı heç bir sübut olmadığını, yazışmalar müəyyən edilmədiyini bildirib hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs müdafiəçisinin bildirdikləri ilə razılaşaraq əslində qonşusunun həyat yoldaşı barədə onun ərinə verdiyi xəbər çatdırdığına görə ondan qisas alındığını, yəni bir müddət əvvəl Mingəçevir şəhərində polis tərəfindən saxlanaraq bir neçə ay həbsdə olmuş qonşusunun evinə gecələr yad kişi gəlməsi barədə qonşusunun qohumuna bildirməsi və sonuncunun da bu məlumatı qadının ərinə çatdırmasından sonra bu hadisənin baş verdiyini, özünün təsadüfi məqamlarda 10 manata bir qrama yaxın marixuana əldə edib istifadə etdiyini, hazırkı iş üzrə ona tam haqsızlıq edildiyini, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirərək hökmün ləğv edilməsini, ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında dövlət ittihamçısı birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin iş materiallarında olan imzaların ona aid olduğunu etiraf etdiyini, müayinə zamanı xəsarətlər aşkar edilmədiyini, heroinin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə artıq olduğunu, barəsində həbs qətimkan tədbiri seçiləndə də narkotik vasitəni iranlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirdiyini, hazırda özünümüdafiə xarakterli dəlillər irəli sürüldüyünü bildirərək verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmü dəyişdirilməli, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilərək ona həmin maddə ilə cəza təyin edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinin tələbinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, ## ##### 2025-ci il tarixdə saat 16:45 radələrində ünvan 3 ünvanının yaxınlığında olduğu zaman üç nəfər şəxs ona yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib polis idarəsinə dəvət etmişlər. O, üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişdir. Baş İdarədə ona vəkil təyin olunmuş, daha sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, o, üstündə “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd sellofan bükümü, həmin şalvarının sağ yan cibindən iki ədəd mobil telefonu təqdim etmişdir. Həmin sellofan bükümlərə baxış keçirilərkən içərisində qəhvəyi, spesifik qoxuya malik narkotik vasitə heroin olması müşahidə edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş selofan ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis işçiləri tərəfindən bir ədəd kağız zərfə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş mobil telefonlarına baxış zamanı mobil telefonlardan birinin “Redmi” markalı olması və içərisində ***-***-**-** saylı mobil nömrənin, digər mobil telefonuna baxış zamanı isə “Samsung" markalı mobil telefon olması və içərisində ***-***-**-** saylı mobil nömrənin olmasını bildirmiş, daha sonra aşkar olunmuş mobil telefonların polis tərəfindən götürülmüş və bir ədəd avtomobil açarı isə ona qaytarılmışdır. Şifahi sorğu zamanı, o, üstündən aşkar edilmiş narkotik vasitə heroini ## ##### 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu ərazisində İran vətəndaşından online qaydada şəxsi istifadəsi üçün 50 manat qarşılığında əldə etdiyini, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, üstündə olmasından heç kimin məlumatı olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə protokolu iştirakçılara ucadan oxunmuş, düz olduğu üçün imzalara təsdiq edilmişdir. Daha sonra idarə etdiyi avtomobilə baxış keçirilmiş, lakin hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Protokol tərtib edilmiş, düzgün olduğu üçün imzalarla təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Alatavada Səlim adlı şəxslə qonşuluqda yaşamışdır. Səlim Mingəçevir şəhərində tutulduqdan sonra onun evinə gecələr kiminsə gəlib-getdiyini görmüş, o da bu barədə onun qohumuna demişdir. Ona görə hesab edir ki, polis işçiləri tərəfindən tutulması həmin hadisəyə görə baş vermişdir. Suallara cavab olaraq tutulduqdan sonra polis işçiləri tərəfindən ona təzyiqlər edildiyini, ona içmək üçün su verdiklərini, sonradan həmin suya nəyinsə qatıldığını öyrəndiyini, özünün narkotik vasitə marixuana qəbul etdiyini, ibtidai istintaq zamanı heç bir izahat yazmadığını, götürülmüş narkotik vasitəninin özünə məxsus olduğunu deməyə polis əməkdaşlarının onu məcbur etdiklərini, onun yol polisi əməkdaşları tərəfindən saxlanıldığını, polis işçiləri tərəfindən hadisə yerində videoçəkiliş aparılmadığını bildirdi. Elan olunmuş ifadə ilə bağlı isə suallara cavab olaraq dindirmə protokolundakı imzaların və qeydlərin ona məxsus olduğunu, lakin həmin ifadəni polis işçilərinin təzyiqi altında verdiyini, buna görə də ifadəni təsdiq etmədiyini bildirdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili şahid3 istintaqa verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, ## ##### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bununla bağlı onun rəhbərliyi ilə şahid2 və şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs Bakıxanov qəsəbəsi, Sülh küçəsi 197 ünvanının yaxınlığında olacağı müəyyən edilərək həmin ünvana getmişlər. Orada avtomobilin yanında Təqsirləndirilən şəxs oxşar bir nəfərin dayandığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs də özünün Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onu əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Şübhəli şəxs üzərində narkotik vasitə heroin olduğunu etiraf edərək onlarla birlikdə Baş idarəyə getmişlər. Təqsirləndirilən şəxs vəkillə təmin edilmiş və təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üstündə narkotik vasitələr varsa təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, əynindəki şalvarın ciblərindən iki ədəd sellofan bükümü və iki ədəd mobil telefonları təqdim etmişdir. Bükümlərə baxış zamanı içərisində qəhvəyi, spesifik qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddələr olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş iki ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddələr kağız zərfə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin aşkar olunmuş mobil telefonlar da təhqiqatçı tərəfindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni ## ##### 2025-ci il tarixdə axşam saatlarında Sabunçu rayonu ərazisində İran vətəndaşından internet vasitəsi ilə şəxsi istifadəsi üçün 50 manata əldə etdiyini, həmin maddədən heç kimə vermədiyini və heç kimə satmadığını bildirmişdir. Sonra şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Verilən sualları cavablandıran şahid şahid3 təqsirləndirilən şəxsi saxlayana qədər onu tanımadığını, Təqsirləndirilən şəxs Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılmadığını, onu maşının yanında görüb yaxınlaşdıqlarını, daha sonra idarəyə apardıqlarını, saxlanılarkən və polis idarəsində olarkən şübhəli şəxsə qarşı hər hansı fiziki və psixoloji təzyiqlər göstərilmədiyini bildirdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili şahid2 və əməliyyat müvəkkili şahid1 ## ##### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və BMCMİ-nə gətirilərək üzərinə şəxsi axtarış zamanı külli miqdarda narkotik vasitə heroinin aşkar edilərək götürülməsi ilə bağlı keçirilmiş əməliyyat tədbirində qrup üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarı şahid3 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında ## ##### 2025-ci il tarixli protokola əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq Baş idarənin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə, həmin şalvarın sağ yan cibindən bir ədəd “Redmi” markalı və bir ədəd “Samsung” markalı mobil telefon və avtomobil açarı aşkar edilərək götürülmüşdür. Açar onun özünə qaytarılmışdır, şəxsi axtarış və götürmə istintaq hərəkəti ## ##### 2025-ci il tarixdə saat 18:37də başlamış və həmin tarixdə saat 18:48-də başa çatmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının ## ##### 2025-ci il tarixli 6/1422 rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № *”xxxx“Təqsirləndirilən şəxs aşkar edilmiş......” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkisi 6,179 qram, 7,609 qram, ümumi təmiz çəkisi 13,788 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi 13,788 qram, qalıq 13,688 qramdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının ## ##### 2025-ci il tarixli **** nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının ## ### 2025-ci il tarixli ***/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinə zamanı bədən səthində 17-## ##### 2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx" publik hüquqi şəxsindən daxil olmuş ## ### 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd edilən xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi * nömrəli Klinik Psixiatriya Xəstəxanasında daxil olmuş ## ### 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri * nömrəli Klinik Psixiatriya Xəstəxanasına müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış ## ### 2025-ci il tarixli tələbnamədən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində üzərindən aşkar edilmiş narkotik maddənin özünə məxsus olduğunu, həmin narkotik vasitə heroini ## ##### 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu ərazisində İran vətəndaşından online qaydada şəxsi istifadəsi üçün 50 manat qarşılığında əldə etdiyini, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, üstündə olmasından heç kimin məlumatı olmadığını, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiqlər göstərilmədiyini bildirmişdir. ## ##### 2025-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılan zaman məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunan əməldə özünü təqsirli bilərək qeyd etmişdir ki, həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə üç ay əvvəl tanıdığı iranlı tanışından 50 manat müqabilində əldə etmişdir. İranlı şəxs narkotik vasitəni Sabunçu rayonu ərazində müəyyənləşdirilmiş yerə qoymalı, o isə həmin narkotik vasitəni isə oradan götürməli olmuşdur. Məhkəmənin sualına cavab olaraq polis əməkdaşları tərəfindən saxlanılarkən heç bir şiddət və təzyiqə məruz qalmadığını göstərmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin aşkar olunmuş narkotik vasitələrin məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olmasını, həmin maddələri İran vətəndaşından əldə edib daşıdığını səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş narkotik vasitələrin ayrı-ayrı bükümlərə ayrılmasını, ekspert rəylərinə görə onların tərkib əlamətlərinin eyni olmasını, eləcə də aşkar edilmiş narkotik vasitəlrin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmaqla ayrı-ayrı bükümlərə bölünməsini nəzərə almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Birinci instansiya məhkəməsi məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiq edib belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə alıb əldə etməklə, daşımaqla və saxlamaqla Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərdiyi xüsusatları qəbul etmir və onda xəsarətlərin aşkar edilmədiyini, barəsində həbs qətimkan tədbiri seçilərkən bu barədə məlumat vermədiyini nəzərə alır və qeyd edir ki, birinci instansiya məhkəməsi həmin hissədə araşdırma aparmış və gəldiyi qənaəti ətraflı əsaslandırmışdır. Lakin bununla belə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qeyd edilən əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunması, yəni onun üzərindən aşkar olunmuş narkotik vasitənin məhz satış məqsədi ilə əldə etməsi barədə istintaq orqanının və istintaq orqanının mövqeyi ilə razılaşan birinci instansiya məhkəməsinin gəldiyi nəticələri də əsassız hesab edir və işin faktiki hallarına uyğun hesab etmir. Xüsusilə qeyd edilməlidir ki, müstəsna olaraq yalnız narkotik vasitələrin və psixotrop maddələrin miqdarına və ya bükümlərin sayına görə şəxsə satış niyyətinin istinad edilməsi və bu mövqedən çıxış edərək təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi yolverilməzdir. Bunun üçün daha mötəbər sübutlar əldə olunmalı (məsələn, istehlakçı ilə razılaşmanın və buna dair yazışmaların olması, tərəzinin mövcudluğu və s.), təqsirkar şəxsə istinad olunan əməl mötəbər sübutlarla öz təsdiqini tapmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs iş materiallarında olan sənədlərdəki imzalarla tanış olması üçün şərait yaradılmış, o həmin imzaları özünün çəkdiyini, özünün imzaladığını inkar etməmişdir. Həmçinin həqiqətən də kiril qrafikası ilə yazdığını etiraf etmiş, iş materiallarında olan sənədlərdə də onun adından yazıların özünün xətti ilə kiril qrafikası ilə yazıldığı öz təsdiqini tapmışdır (cild 1, səhifə 39 – izahat). Göstərilən dəlilin yoxlanması ilə əlaqədar həm də şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı audi-video yazıya da baxış keçirilmiş və istintaq hərəkətinin protokolunun məhkum edilmiş şəxs və müdafiəçisi tərəfindən bilavasitə, şəxsən, sərbəst şəkildə imzalandığı bir daha təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsində isə məhkum edilmiş şəxs “dindirmə protokolundakı imzaların və qeydlərin ona məxsus olduğunu, lakin həmin ifadəni polis işçilərinin təzyiqi altında verdiyini, buna görə də ifadəni təsdiq etmədiyini” bildirmişdir. Həmçinin o təzyiq, təsir altında sənədlərə imza atdığını qeyd etsə də, iş materiallarında onun hüququndan istifadə edərək imzalamaqdan imtina etdiyi prosessual sənədlər kifayət qədərdir. Həmin vəziyyət isə təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı bu məsələdə sərbəst iradəsinə söykənən davranış nümayiş etdirdiyini, iştirak etdiyi prosessual hərəkətlərə dair tərtib olunmuş protokolları, habelə digər sənədləri imzalamaqla bağlı sərbəst qərar verdiyini, ədalətli cinayət mühakimə icraatının mühüm təminatlarından biri kimi təqsirləndirilən şəxsin imzalama sərbəstliyinə riayət edildiyini təsdiq edir. Bu vəziyyət onun müdafıiə hüququnun və iradə azadlığının təmin edildiyinin təsdiqidir. Onun bəzi sənədləri imzalamaqdan imtinası da ümumən qanunverciliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilmiş və hüquqlarının məhdudlaşdırılmasına səbəb olmamışdır. Həmçinin apellyasiya şikayətinin və müdafiə tərəfinin bəraət verilməsinə əsasən istinad etdikləri dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs ona saxlanılarkən suya “hansısa maddənin” qatılmasına dair şübhələri öz əksini tapmamaqla bərabər, ekspert rəyinə görə narkomaniya xəstəliyi də sadəcə bir dəfə istifadəyə görə deyil, məhz asılılığın yaranmasına görə müəyyən edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, müdafiə tərəfinin qonşusu ilə yaranan mübahisələrin hazırkı cinayət işinin başlanmasına səbəb olması və digər dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, iş materialları ilə təsdiqini tapmır, bu fərziyyənin təsdiqinə yönəlmiş hər hansı xüsusat mövcud deyildir. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinin külli miqdarda törədilməsinə görə məsuliyyət müəyyən edir. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin qanunvericilikdə təsbiti özü də maddələrin külli miqdar təşkil etməsi və şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasının birmənalı şəkildə satış məqsədinin əsas sübutu olmadığını göstərir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahıya görə heroinin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0.15 qram, külli miqdarın aşağı həddi 2 qram, xüsusilə külli miqdarın aşağı həddi 800 qramdır. Külli miqdar təşkil etməsinə baxmayaraq, hazırkı iş üzrə aşkar edilmiş heroinin miqdarı (13,788 qram) külli miqdar üçün müəyyən edilmiş aralığın (2-800 qram) aşağı həddinə yaxındır. Beləliklə, birinci instansiya məhkəməsi və ibtidai istintaq orqanının əməlin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsifində istinad etdiyi halın hər zaman maddənin satış məqsədilə əldə edilməsinə dəlalət etmədiyi açıq-aşkar görünür. Ekspert rəyinə əsasən onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi, yəni onda kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması da özü-özlüyündə Təqsirləndirilən şəxs həmin maddə və vasitələrin şəxsi istehlakı üçün əldə etməsinə dair məhkəmə kollegiyasının daxili inamını artırır. Digər tərəfdən, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə sadəcə bir növ – heroin olmuş və yalnız iki bükümdə olmuşdur. Həmçinin onun üzərindən məhz satış məqsədinin ehtimalına imkan verə biləcək elektron tərəzi və ya satış məqsədinin təsdiqinə yönəlik, həqiqətən belə bir məqsədin mövcudluğunu təsdiq edə biləcək digər hər hansı xüsusatlar ümumiyyətlə müəyyən edilməmişdir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il Qərarının 9-cü bəndinə görə təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasına dair yazışmalar, “xxxx” mətnləri, eləcə də alıcılar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair cinayət işi üzrə hər hansı mötəbər əməliyyat məlumatı da olmamışdır. Hələ ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda verdiyi ifadələrində (şübhəli şəxs qismində, təqsirləndirilən şəxs qismində dindirilərkən, barəsində həbs qətimkan tədbiri seçilərkən) narkotik vasitəni şəxsi istehlak məqsədilə əldə etdiyini göstərmiş, bütün ifadələrində ardıcıl olaraq eyni mövqe ifadə etmişdir. Apellyasiya baxışı zamanı da Təqsirləndirilən şəxs və müdafiəçisi onun bəzən narkotik vasitələrdən istifadə etdiyini inkar etməmişlər. Göründüyü kimi, ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair hər hansı bir hal və ya məlumat müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi isə yalnız ibtidai istintaq orqanının təqdim etdiyi sübutları sadalamış, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunundan, "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarından ayrı-ayrı hissələri hökmdə əks etdirməklə kifayətlənmiş, hər hansı əsaslandırma verilməmiş, şəxsdə aşkar olunmuş narkotik vasitələrin məhz satış məqsədilə əldə edilməsinin hansı mötəbər sübutlarla təsdiq edildiyindən ümumiyyətlə bəhs edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalıdır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Qeyd edilən Məcəllənin 125.2-ci maddəsinə əsasən, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.7. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi, qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız Cinayət-Prosessual Məcəllədə göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanda istintaq və məhkəmə hərəkətləri Cinayət- Prosessual Məcəllədə müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə, bu qayda əldə edilmiş məlumatların mümkünlüyünün təmin etməyə yönəldilmişdir. Cinayət-Prosessual Məcəllədə müəyyən edilmiş proseduraya əməl etmədən Cinayət- Prosessual Məcəllənin tələblərinin pozulması ilə əldə edilən məlumatlar, sənədlər və əşyalar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədi ilə əldə etmək niyyətində olmasına dəlalət edən hər hansı sübutun mövcudsuzluğunda, onun həmin maddələri özünün şəxsi istehlakı üçün əldə etməsinə dair ifadələri iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış digər sübutlarla üstüstə düşdüyündən və məntiqi baxımdan həmin sübutları tamamladığından daha mötəbər sübut kimi qiymətləndirilməli və bu baxımdan bu sübutlara əsaslanaraq məhkumun əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməsi qanuni və əsaslı hesab edilməlidir. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması barədə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin ehtimal xarakterli nəticələri apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinin materiallarına əsaslanmaqla və araşdırılmış sübutlar tədqiq edilməklə yoxlanılmış və həmin nəticələrin işin faktiki hallarına uyğun olmadığı müəyyən edilmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində (satılmasında) şübhəli olduğunu göstərsə də, əslində həmin məlumatın mənbəyi cinayət işi üzrə qeyri-müəyyəndir, bununla bağlı cinayət işinin materiallarında hər hansı məlumat da mövcud olmamışdır. Bundan başqa, yuxarıda şərh olunduğu kimi Təqsirləndirilən şəxs cinayət işi üzrə ibtidai istintaq zamanı ardıcıl olaraq izahat və ifadələrində, bütün istintaq hərəkətləri zamanı üzərindən aşkar olunan narkotik vasitəni özünün şəxsi istifadəsi üçün əldə etdiyini göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunvericiliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik vasitənin sadəcə iki bükümlərə ayrılması şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyildir və bu hər bir halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə yanaşı və müqayisəli şəkildə qiymətləndirilməlidir. Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarındakı tövsiyələrə də uyğundur. Beləliklə, hazırda apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə müəyyən olundu ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələri satış məqsədi ilə əldə etməmişdir, bu barədə ittiham mötəbər sübutlar olmadan və ehtimallar üzərində qurulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilib cəza təyin edilməlidir. Ümumiyyətlə, istintaq orqanının və birinci instansiya məhkəməsinin hansı sübutlara və yaxud hansı ehtimallara əsasən Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədilə əldə etməsi nəticəsinə gəlmələrini söyləmək mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual-Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-ci maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin ediləcək cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli * saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Birinci instansiya məhkəməsi cəza təyini zamanı cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən etməmişdir və apellyasiya instansiya məhkəməsi cəza təyini zamanı cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən etmir, cəza təyini zamanı onun qismən etiraf edici ifadə verməsini, narkotik vasitənin miqdarını da nəzərə alır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığna və məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticəsi üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsaslardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı ## ##### 2025-ci il tarixdən hesablansın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar