Məhkəmə qərarları › İş №1(3-6)-619/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-619/2026

18.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-619/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, Qarayeva Mehriban Cəfər qızı və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, ## ####### 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi, ev 5, İnzibati binada qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ümumi ittihamdan CM-nin 234.4.1-ci maddəsinin xaric edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və onun 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin ## ######## 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi hökm edilmişdir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən Fərman adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən, İran İslam Respublikasının vətəndaşı Fərman adlı şəxslə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə danışıq zamanı pulsuz olaraq narkotik vasitə qurudulmuş marixuana verilməsi müqabilində sonuncunun ona bildirdiyi ünvanlara çatdırmaq üçün ümumi təmiz çəkisi 6020 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan tarixdə və yerdən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımış, Sabunçu rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ## ######## 2025-ci il tarixdə saat 04:26 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsində ** saylı orta məktəbin yaxınlığında saxlanılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı sol əlində saxladığı göy rəngli sellofan torbadan içərisindən üzəri yapışqan lentlə sarınmış 05 ədəd qara rəngli sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1350 qram, 1140 qram, 1130 qram, 1050 qram, 1350 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 6020 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsini və ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağır Cinayətlər Məhkəməsində baxılmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3- cü maddələri ilə düzgün tövsif edilmədiyindən məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı onun “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ümumi ittihamdan CM-nin 234.4.1-ci maddəsi xaric edilmiş (qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmə sübuta yetirilmədiyindən), Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsmişdir. Bu isə o deməkdir ki, təqsirləndirilən şəxsin digər şəxslə cinayət əlaqəsi sübuta yetirilməmişdir. “Fərman” adlı şəxs müəyyən edilməmiş, təşkil olunmuş və ya satış yönümlü fəaliyyətin əsas elementi aradan qalxmışdır. Belə olan halda ittihamın digər hissəsi satış məqsədi ilə əldə etmə iddiası ayrıca və mötəbər sübutlarla təsdiq olunmalı idi. Lakin belə sübutlar mövcud deyildir. İş materiallarında konkret alıcı müəyyən edilməmişdir satış faktı qeydə alınmamış, pul dövriyyəsi sübut olunmamışdır. Narkotik vasitənin satışı ilə bağlı əlaqə müəyyən edilməmişdir. İttiham yalnız əməliyyat məlumatına ehtimallara və fərziyyələrə əsaslanmışdır ki, bu da Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsinə (təqsirsizlik prezumpsiyası) ziddir. Təqsirləndirilən şəxs faktiki olaraq saat 02:00 radələrində saxlanıldığı halda, tutulma saat 04:26 kimi rəsmiləşdirilmişdir. Bu müddət ərzində videoçəkilişlər dəfələrlə təkrar edilmiş “uyğun sübut” əldə edildikdən sonra sənədləşmə aparılmışdır. Bu hal Azərbaycan Respublikası CPM-nin 148 və 153-cü maddələrinin pozulmasıdır və sübutların sonradan formalaşdırılması ehtimalını yaradır. Polis əməkdaşları tərəfindən məhkəmə qərarı olmadan mobil telefon götürülmüş telefon üzərində baxış keçirilmiş geolokasiya məlumatları araşdırılmışdır. Bu isə Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə Azərbaycan Respublikası CPM-nin 177.3.5 və 236cı maddələrinə ziddir. Belə olan halda telefondan əldə edilmiş bütün məlumatlar yolverilməz sübut kimi qiymətləndirilməli idi. Materiallardan görünür ki, polis əməkdaşları narkotik vasitənin yerini əvvəlcədən bilmiş Təqsirləndirilən şəxs həmin yerə yönləndirmiş ona qarşı əvvəlcədən ittiham mövqeyi formalaşdırmışlar. Bu hal CPM-nin 10 və 21-ci maddələrinin pozulmasıdır. Təqsirləndirilən şəxs çoxsaylı polis əməkdaşlarının təzyiqi altında olmuş, videoçəkilişlər təkrar-təkrar aparılmış yalnız uyğun nəticə əldə edildikdən sonra saxlanılmışdı. Bu səbəbdən həmin etiraf və videogörüntülər Azərbaycan Respublikası CPM-nin 125.2.1-ci maddəsinə əsasən yolverilməz sübutdur. Göstərilənlərə əsasən sübutların bir hissəsi qanunsuz əldə edilmiş, satış məqsədi sübuta yetirilməmiş, ittiham fərziyyə xarakterli olmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(4-1)-52/2026 hökmü ilə dəyişdirilərək CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, əməlin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və cəzanın azaldılmasını xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayəti qəbul etməyərək, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olmuşdur. Narkotik vasitəni İran İslam Respublikası vətəndaşından əldə etmişdir. Telefonundakı mobil nömrənin sahibi 1 ay imiş ki, rəhmətə getmişdir, özünün nömrəsi olmadığı üçün həmin nömrədən istifadə etməyə başlamışdır. Axşam saatlarında nömrəyə zəng gəlmiş, həmin şəxs “Həci, nə edirsən?” deyə soruşmuşdur. O, həmin şəxsə Həci olmadığını demiş və Həcinin rəhmətə getdiyini bildirmişdir. Həmin şəxs ondan nə işlə məşğul olduğunu soruşmuş, o, heç bir işlə məşğul olmadığını demişdir. Kim olduğunu soruşduqda həmin şəxs iranlı olduğunu bildirmişdir. İranlı ondan nə istədiyini soruşduqda “nəşə olsa, çəkərəm” deyə cavab vermişdir. İranlı ondan pulu olub-olmadığını soruşmuş, o isə pulu olmadığını bildirmişdir. İranlıya “imkan varsa, nisyə ver, bir həftəyə pulunu ödəyərəm” demişdir. İranlı ona zəng edəndə saat 19-20 radələri olmuş, daha sonra saat 23-24 arası ona yenə zəng etmişdir. İranlı ondan “Bakıxanov qəsəbəsində ** nömrəli məktəbin yanına gedə bilərsənmi?” deyə soruşmuş, o, iranlıya hal-hazırda əlində pul olmadığını, tapdıqdan sonra gedə biləcəyini demişdir. İranlı ona həmin ünvana gedən zaman xəbər etməsini tapşırmışdır. O, Yasamal rayonunda yaşamış, mopedi olan tanışından xahiş etdikdən sonra tanışı onu iranlının dediyi ünvana aparmışdır. Hal-hazırda həmin şəxsin adını xatırlamır. Ünvana çatdıqdan sonra iranlıya zəng edib “buradayam, mənə narkotik vasitəni yerləşdirdiyin yerin şəklini at” deyə bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman iranlı heç şəkil atmamışdır. Saxlanıldıqdan sonra polis əməkdaşları ikisini də maşına əyləşdirmişlər. Ondan nə üçün gəldiyini soruşmuşlar, onlara narkotik vasitə istifadəçisi olduğunu, yanındakı uşaqdan xahiş etdiyi üçün onu ünvana gətirdiyini, hələ heç nə təhvil almadığını izah etmişdir. Polis əməkdaşları telefonunu əlindən almışlar. Sonradan iranlı narkotik vasitənin yerinin şəklini atmış, polis əməkdaşları da gedib tapmışlar. Narkotik vasitə göy rəngli sellofanın içərisində imiş. Polis əməkdaşları ona demişlər ki, “ikiniz də külli miqdarda narkotik vasitə ilə “srok”a gedəcəksiniz, 10-15 il cəza alacaqsınız, biriniz boynuna götürsün”. O, yanındakı şəxsi tanımamış, yaşı da az olmuş və ona anasının evdə xəstə olduğunu bildirmişdir. O, həmin gəncə narahat olmamasını bildirmişdir. Polis əməkdaşları ilə danışan zaman ona “əgər bizim dediklərimizi etsən, sənin əməlini məhkəmədə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə dəyişəcəklər, 3 il cəza alacaqsan, 1 aya müstəntiq gəlib sənin əməlini Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə dəyişəcək, məhkəmədə isə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə dəyişdiriləcəkdir” demişlər. O, aclıq aksiyası da etmişdir, ibtidai istintaq zamanından onu aldada-aldada bugünə gətirib çıxartmışlar. Bundan sonra aldanmaq fikri olmamışdır. Onu saxlayan ən azı 10 nəfər polis əməkdaşı imiş. Polis əməkdaşları ilə videoçəkiliş aparılmasına etiraz etməyəcəyi barədə razılaşmışdır, polis əməkdaşları da onu həmin ünvana mopedlə gətirən gənci buraxacaqmışlar. Nəticədə, həmin gənci buraxmışlar. Daha doğrusu, polis əməkdaşları mopedçi gənci sadəcə inzibati məsuliyyətə cəlb edəcəkmişlər. Birinci instansiya məhkəməsində verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, 4-5 ildir ki, narkotik vasitə istifadə edir. Narkotik vasitələri həmişə İran İslam Respublikası vətəndaşından əldə etmişdir. Arabir mobil telefon nömrəsini istifadə etdiyi şəxsdən də narkotik vasitə almış, daha sonra həmin şəxs rəhmətə getmişdir. Lakin başqa şəxslərdən narkotik vasitə əldə etməmişdir. O, Fərman adlı şəxsi tanımamışdır, telefonda baxan zaman İran İslam Respublikasının adı Samir olaraq yazılmışdır. Samir ona axşam saatlarında zəng edib nömrə sahibini istəmiş, o da həmin şəxsin rəhmətə getdiyini bildirmişdir. Bundan sonra söhbətləri yaranmış, ondan nəsə lazım olub-olmadığını soruşmuş, o da əlində pulu olmadığını demiş, nisyə verib-vermədiyini soruşmuşdur. İranlı da “gözlə, xəbər edəcəyəm” deyə bildirmişdir. İranlı ona demişdir ki, “** saylı orta məktəbin yanına getdikdən sonra xəbər et”. Mopedçi gəncdən onu həmin ünvana aparmasını xahiş etmiş, ünvana çatdıqdan sonra iranlıya mesaj yazaraq orada olduğunu bildirmiş, narkotik vasitəni yerləşdirdiyi yerin şəklini göndərməsini istəmişdir. Bu zaman polis əməkdaşları tərəfindən saxlanılmış, telefonu əlindən alınmışdır. Sonradan telefonuna gələn mesajların heç birindən xəbəri olmamışdır. Polis əməkdaşları bir bağlama gətirmişlər, 3-4 dəfə videoçəkiliş aparmışlar, ən sonda həmin videoçəkilişlərdən birini saxlamışlar. Polis əməkdaşları ** saylı orta məktəbin yanında videoçəkiliş aparmışlar. O, heç narkotik vasitəni götürməmiş polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman iki nəfər imişlər. Şahid şahid2 ən sonda gəlmiş, videoçəkiliş aparılmasında iştirak etmişdir. Hadisə günü narkotik vasitə istifadə etməmişdir. Şahidlərin onu məktəbin yanında saxladıqlarına dair dedikləri doğrudur. O, 5 qram narkotik vasitə üçün ünvana getmişdir, göy rəngli torbanı isə polis əməkdaşları maşına əyləşdirən zaman görmüşdür, həmin torbadan xəbəri olmamışdır. Ünvana metro ilə gedə bilməmişdir, çünki həmin saatda metro işləməmişdir. “Sovetski” ərazisindən Bakıxanov qəsəbəsinə piyada getmək mümkün deyilmiş, bu səbəbdən həmin gəncdən onu mopedlə ünvana aparmasını xahiş etmişdir. İran İslam Respublikası vətəndaşının adını dəqiq bilmir, sadəcə telefonda Samir yazılmışdır. O, İran İslam Respublikası vətəndaşı ilə nəyinsə müqabilində razılıq əldə etməmişdir. 5 qram narkotik vasitə ilə bağlı danışmışlar. 5 qram narkotik vasitənin pulunu ödəməmişdir, 1 həftə ərzində ödəməli imiş. İranlının ona hansı səbəbdən etibar edərək nisyə 5 qram narkotik vasitə verdiyini bilmir. İran İslam Respublikası vətəndaşından narkotik vasitə alanadək bir nəfər Azərbaycan Respublikası vətəndaşından narkotik vasitə almışdır, daha sonra həmin şəxs vəfat etmişdir. Daha sonra iranlıdan başqa heç bir Azərbaycan Respublikası vətəndaşından narkotik vasitə almamışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, narkotik vasitə marixuanadan çəkmək yolu ilə istifadə etmişdir. Bir il əvvəl “Whatsapp” ani tətbiqi vasitəsi ilə özünü Fərman adı ilə İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə təsadüfən tanış olmuşdur. “Whatsapp” ani tətbiqi vasitəsi ilə Fərman adlı şəxslə söhbət edərkən bildirmişdir ki, narkotik vasitə marixuana istifadəçisidir və marixuana almaq istəyir. Fərman adlı şəxs də ona bildirmişdir ki, ona narkotik vasitə marixuana təşkil edə bilər. Bundan sonra təxminən iki ay əvvəl həmin şəxsdən öz istifadəsi üçün narkotik vasitə marixuana almışdır. Bu zəmində Fərman adlı şəxslə münasibətləri yaxşılaşmışdır. Sonra Fərman ona bildirmişdir ki, ona pulsuz marixuana verə bilər. Bunun üçün Fərmanın ona verdiyi marixuanaları dediyi ünvanlara qoymalıdır, əvəzində də ona pulsuz marixuana verəcəkdir. O da Fərman adlı İran İslam Respublikasının vətəndaşının təklifi ilə razılaşmışdır. ##.##.2025-ci il tarixdə axşam saatlarında Fərman adlı İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlamış, Fərman ona bildirmişdir ki, Bakıxanov qəsəbəsində marixuana qoyacaqdır, həmin marixuananın bir hissəsini özü götürüb istifadə edəcək, qalan hissəsini isə sonuncunun bildirdiyi ünvanlara aparıb qoymalıdır. O da etiraz etməmişdir. ##.##.2025-ci il tarixdə gecə saat təxminən 4 radələrində Bakıxanov qəsəbəsinə getmişdir. Orada Fərman adlı şəxsin ona konum olaraq göndərdiyi ünvandan qoyulduğu marixuananın yerini axtarmış və həmin marixuananı götürmüşdür. Bundan sonra oradan aralaşmaq istəyərkən 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsindən şübhəli olduğunu bildirərək üstünə yoxlanış keçirilməsini bildirmişlər. O da etiraz etmədikdə polis əməkdaşları video çəkilişlə üzərinə və əlində olan göy rəngli sellofanın içərisinə yoxlanış keçirmişlər. Yoxlanış zamanı əlindəki sellofanın içərisində olan 5 bağlamada marixuana və üzərimdən 077-324-07-23 nömrəsi ilə istifadə etdiyi “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Marixuana və “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sonra polis əməkdaşları onu 13-cü Polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Polis şöbəsinə getmişdir. Həmin vaxt o, şübhəli şəxs qismində tutulmuş, hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. O, hüquqlarının Bakı şəhəri * saylı Vəkil bürosunun vəkili X2 tərəfindən müdafiə edilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərindən aşkar edilmiş beş bağlamada marixuananı və ona məxsus olan “Samsung" markalı mobil telefonu onun və vəkilin iştirakı ilə baş təhqiqatçı Elşən Quliyevə təqdim etmişlər. O da həmin vaxt etiraf etmişdir ki, 5 ədəd marixuana ona məxsusdur, həmin marixuananı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Fərman adlı şəxsin ona göndərdiyi konum vasitəsi ilə əldə etmişdir. Fərman adlı şəxslə razılıqlarına əsasən əldə etdiyi marixuananın bir hissəsini sonuncun dediyi məkanlara çatdıracaq, bir hissəsini isə pul ödəmədən özü istifadə edəcək. O, konkret olaraq heç kimə narkotik vasitə marixuana satmamışdır. O, Fərmanla şəxslə heç vaxt görüşməmişdir. Fərmanın mobil telefon nömrəsi onda vardır. Fərman onun telefon dəftərində Fərman adı ilə qeyd edilmişdir (cild 1, iş vərəqi 172-174). İfadəsi elan edildikdən sonra əlavə suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadə ona məxsus deyil, o, belə ifadə verməmişdir. Protokoldakı imzalar və yazılar ona məxsusdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsini görən zaman imza çəkməkdən imtina etmişdir. Vəkil ona demişdir ki, “imza çəkməkdə heç bir problem yoxdur, sadəcə aşağıda qeyd kimi razı olmadığını yaz”. İfadəsində yazılanlarla razı deyil, imzaları isə vəkilin sözü əsasında çəkmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin baş əməliyyat müvəkkili şahid2 ifadəsində göstərdi ki, ona hadisədən öncə Ziya adlı şəxsin Bakıxanov qəsəbəsi ərazisində narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuş, həmin məlumatı raportla rəhbərliyə məruzə etmişdir. Məruzə etdikdən sonra əməliyyataxtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş, əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu yaradıldıqdan sonra həmin gün Ziya adlı şəxsin saxlanılması ilə bağlı tədbirləri həyata keçirmişlər. Saat 04-05 radələrində Ziyaya bənzər bir nəfər şəxsin yol kənarı ilə üzüyuxarı istiqamətdə hərəkət etdiyini görmüşlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs əlində böyük həcmli göy rəngli torba olmuşdur. Şəxsə özlərini təqdim etdikdən sonra ondan da özünü təqdim etməsini istəmişlər. Ziya da etirazsız şəkildə özünü təqdim etmişdir. Daha sonra Ziyaya narkotik vasitə və psixotrop maddələrin satışında şübhəli olduğunu, şəxsi axtarış və götürmə keçirməli olduqlarını bildirmişlər. Ziya deyilənlərə etiraz etməmiş, etiraz etmədiyi üçün şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Baxış zamanı Ziyadan üzərində olan qanunsuz vasitələri onlara könüllü şəkildə təqdim etməsini istəmişlər. Ziya göy rəngli torbanı onlara təqdim etmişdir, həmin torbanın içərisində marixuana var imiş. Ziyanın üzərindən bir ədəd telefon aşkar olunmuşdur. Həmin telefonun markasını dəqiq xatırlamır. Ziyanın dediyinə görə, narkotik vasitələri İran İslam Respublikası vətəndaşından əldə etmiş, həmin maddələri müxtəlif ünvanlara yerləşdirdikdən sonra ən sonda 500 manat pul alacaqmış. Baxış zamanı götürülmüş əşyalar sənədləşdirilmiş, daha sonra Sabunçu RPİ-nin 13-cü Polis şöbəsinə təhvil verilmişdir. Birinci instansiya məhkəməsində verilən suallara cavab olaraq şahid şahid2 bildirdi ki, əməliyyat tədbirində 3 nəfər iştirak etmişdir. Onlar hadisə yerində olan zaman Ziya artıq narkotik vasitəni təhvil almışdır, əlində imiş. Hadisə yerində Ziya tək olmuş, mopedli şəxs yox imiş. Ziya konkret olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni satışı ilə məşğul imiş. Göy rəngli torbanın içərisindən 5 ədəd qara rəngli büküm aşkar olunmuşdur. Ziya narkotik vasitəni İran İslam Respublikası vətəndaşından əldə etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində bunların hamısını ətraflı şəkildə qeyd etmişdir. Ziyanın narkotik vasitə aldığı şəxs İran İslam Respublikası vətəndaşı olduğu üçün əməliyyat tədbirləri hələ də davam etdirilir. Əməliyyat tədbirində 10-12 nəfər əməkdaş olmamışlar. Ziyanı saxlayan zaman yanında başqa şəxs görməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş digər polis əməkdaşı şahid1 oxşar məzmunlu ifadə verməklə şahid şahid2 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir. Cinayət işində olan ##.##.2025-ci il tarixli raportdan görünür ki, ##.##.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 5də qeydiyyatda olamaqla Yasamal rayonu, Əlibəy Hüseynzadə 14-də yaşayan Təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində saxlaması və daşıması bildirilir (cild 1, iş vərəqi 4). Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilməsi, ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 6-7). Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair ##.##.2025-ci il tarixli protokoldan görünür ki, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs sol yan cibində olan bir ədəd “Samsung” markalı telefonu və sol əlində göy sellofana bükülərək yığılmış, narkotik vasitəyə bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş əşya və ya vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs suallara cavab olaraq, istifadə etdiyi və saxladığı narkotik vasitəni üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Üstünü yoxlama Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsində keçirilmiş, üstünü yoxlama zamanı "İphone" markalı mobil telefonla videoçəkiliş edilmişdir (cild 1, iş vərəqi 11-12). ##.##.2025-ci il tarixli raportdan görünür ki, ##.##.2025-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs narkotik maddələrin dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq üzərinə və əlində olan bağlamaya baxış keçirilməsi və əlində olan bağlamanın içərisindən narkotik vasitə aşkar olunması ilə əlaqədar 13-cü Polis şöbəsinə gətirilmiş və bu barədə raport tərtib edilmişdir (cild 1, iş vərəqi 13). Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə edib Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, üzərində narkotik maddə gizlətməsində şübhəli bilindiyi üçün, ## ######## 2025-ci il tarixdə, saat 04:26 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsində yerləşən ** saylı məktəbin yanında piyada hərəkət edən zaman saxlanılaraq üzərinə və əlində olan selofan bağlamaya baxış keçirilmiş, şəxsi axtarış və baxış keçirilərkən əlində olan göy rəngli sellofan bağlamanın içərisindən 5 büküm qara rəngli üzəri yapışqan lentlə sarılmış narkotik vasitə marixuanaya bənzər ot kütləsi bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək qablaşdırılmış və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 1(bir) ədəd göy rəngli sellofan bağlamanın içərisində yerləşdirilmiş, 5 ədəd qara sallofanın içərisində olan, üzəri yapışqan lentlə sarılmış bağlamalara və DVD-yə baxış keçirilmişdir. Üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sözləri yazılmış və CAŞ-nin əməkdaşlarının imzaları olan 5 (beş) bükümdə, açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər ot kütlələri aşkar olunmuşdur. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir (cild 1, iş vərəqi 34-36). Məhkəmə-bioloji ekspertizasının ##.##.2025-ci il tarixli, */**** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Vət Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan polietilen bağlamadakı 05 (beş) ədəd qara rəngli polietilen bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri: 1350 qram; 1140 qram; 1130 qram; 1050 qram; 1350 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi – 6020 qramdır. Təqdim edilmiş marixuanalar tərkibinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir (cild 1, iş vərəqi 41-44). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 53-54). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə Bakı şəhəri Sabunçu RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Həsən Abdiyev tərəfindən qəbul edilmiş və Sabunçu RPİ-nin rəisi Cavid Muradov tərəfindən təsdiq edilmiş ##.##.2025ci il tarixli qərar qanunauyğun hesab edilmişdir (cild, iş vərəqi 84-85). DVD diskə baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir ki, təqdim edilmiş DVD diskdə 02 fayl vardır. Birinci fayl açıldıqda içərisində Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİnin CAŞ-nin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsində ** saylı orta məktəbin yaxınlığına keçirilmiş şəxsi axtarış zamanı çəkilmiş görüntü vardır. Görüntüyə baxdıqda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə ##.##.2025-ci il tarixdə saat 04:26-da şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı CAŞ-nin əməkdaşları tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində qanunla saxlanılması qadağan olunmuş əşya və ya predmetin olduğu təqdirdə təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs da əlində olan göy rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirməsi, həmin sellofan torbaya baxış keçirilən zaman içərisindən üzəri yapışqan lentlə sarınmış 05 ədəd qara rəngli sellofan bağlamanın aşkar edilməsi, həmin bağlamalara baxış keçirilən zaman içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlənin aşkar edilməsi, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 5 ədəd bağlamanın içərisindəki bitki mənşəli kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni İran İslam Respublikasının vətəndaşının ona göndərdiyi “konum” əsasında həm istifadə, həm də müxtəlif ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini bildirməsi, aşkar edilmiş 05 ədəd bağlamanın elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə ümumi çəkisinin 6290 qram olmasını, narkotik vasitəni İran İslam Respublikasının vətəndaşının ona dediyi məkanlara qoyması müqabilində 500 manat pul verməli olduğunu, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd "Samsung" markalı mobil telefonun aşkar edilərək götürülməsi, Təqsirləndirilən şəxs götürülmüş 5 ədəd bağlamada olan ot kütləsinin, bir ədəd "Samsung" markalı mobil telefonun polis əməkdaşları tərəfindən götürülməsi və qablaşdırılaraq möhürlənməsi müşahidə olunmuşdur. DVD diskdəki ikinci fayl açıldıqda müəyyən edilir ki, görüntülər 13-cü Polis şöbəsində xidməti otaqda baş təhqiqatçı, R Elşən Quliyev tərəfindən Sabunçu RPİnin CAŞ-nin əməliyyat müvəkkili Elvin Hümbətov Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilmiş 05 ədəd bağlamada olan ot şəkilli maddə olan marixuananı, bir ədəd “Samsung” markalı mobil telefonu təqdim etməsi, Təqsirləndirilən şəxs 05 ədəd bağlamada olan ot şəkilli qurudulmuş marixuananın onun üzərindən aşkar edilməsini bildirməsi, baş təhqiqatçı Elşən Quliyev tərəfindən təqdim olunan 05 ədəd bükümdə ot şəkilli maddə olan marixuana, bir ədəd "Samsung" markalı mobil telefon götürülməsi və qablaşdırılması müşahidə olunur (cild 1, iş vərəqi 8-89). Mobil telefona baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, istintaqa təqdim olunan bir ədəd telefon “Samsung” markalı mobil telefondur, korpusun arxa hissəsi qara rənglidir. Telefonun ekran hissəsi sensorlu olmaqla qara rənglidir, mobil telefonun istehsal bütövlüyünün pozulması müşahidə olunmur, telefonun sağ yan hissəsində yerləşən düyməcik vasitəsi ilə onu işlək vəziyyətə gətirdikdə telefonun “Samsung Galaxy” sözü əks olunma video fraqment ekrana gəldikdən sonra telefonun "iş masası" ekranda görünür. İş masası üzərində yerləşən "Whatsapp" proqramına daxil olduqda orada həmin proqramın Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatda keçməsi və "Whatsapp" yazışmalarının olması aşkar olundu. Həmin yazışmalara baxış keçirilən zaman"+98 905 741 21-91" saylı Fərman adı ilə qeyd edilmiş İran İslam Respublikasına məxsus mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrənin arasında ##.##.2025-ci il tarixdə narkotik vasitələrin müxtəlif ünvanlara qoyulması barədə səs yazı və yazışmaların olması, göy rəngli sellofan torbanın içərisində 05 kiloqram çəkidə narkotik vasitə qurudulmuş marixuananın qoyulduğu ünvanın işarələnmiş foto şəkilinin göndərilməsi, həmin narkotik vasitələri ünvanlara qoyulması barədə yazışmanın göndərilməsi aşkar edildi. Bundan başqa mobil telefonda olan "Fotolar" bölməsinə daxil olduqdan elektron tərəzinin üzərində müxtəlif növ narkotik vasitələrin çəkilməsinin fotoşəkilləri aşkar edildi (cild 1, iş vərəqi 90-103). “xxxx” publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 125). CD diskə baxış keçirilməsi haqqında ##.##.2026-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə dair “məlumatlar disk şəklində “xxxx” MMC-dən əldə edilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Bir ədəd "CD" fomatlı diskin üzərində "Nar 250050649" rəqəmləri yazılmışdır. Həmin disk “HP” markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 01 ədəd "Mexsusluq tarixchesi_OTHER_773240723" adlı, 01 ədəd "Mushteri zenglerinin detallashmasi_MSISDN_773240723" adlı, 01 ədəd "SMS detallashmasi_MSISDN_ 773240723" adlı və 01 ədəd "Zenglerin mexsusluq tarixcheleri_MSISDN 773240723" adlı "PDF" formatlı fayl aşkar edildi. Həmin 01 ədəd "Mexsusluq tarixchesi_OTHER_773240723" adlı fayl açıldıqda ekranda ***-***-**-** saylı mobil nömrənin X5 adına qeydiyyata alınması aşkar edildi. İkinci 01 ədəd "Mushteri zenglerinin detallashmasi_MSISDN 773240723" adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı “xxxx” MMC-yə məxsus kart nömrəsinə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan müddət ərzində daxil və xaric olan zənglərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin ##.##.2025-ci il tarixdə saat 03:29:44-dən saat 04:39:05-ə kimi ünvan 1 ünvanında olması müəyyən edildi. Üçüncü 01 ədəd "SMS detallashmasi_MSISDN 7732407231" adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı “xxxx” MMC-yə məxsus kart nömrəsinə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan müddət ərzində daxil və xaric olan mesajların siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil nömrədən ##.##.2025-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə "Qaqas daw gotruces? Mende 5manatdig var vererdim sene 3m ata bilersen", ##.##.2025-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə "Qrami 20 m ot var", ##.##.2025-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə "Sene kecsem ... (söyüş) olaramda senin nesluvu ...(söyüş) qehbenin balasisan sen menen daw ogruyub oturursen ona ac meni blokdan" sözləri yazılmış mesajların göndərilməsi aşkar edildi. Dördüncü 01 ədəd "Zenglerin mexsusluq tarixcheleri_MSISDN 773240723" adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı “xxxx” MMC-yə məxsus kart nömrəsinə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan müddət ərzində daxil olan mobil nömrələrin sahiblərinin anket məlumatı göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də, iş üzrə sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilmədi (cild 1, iş vərəqi 128-132). Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi 13-cü Polis şöbəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, ********* saylı cinayət işi üzrə keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbəni müəyyən edib istintaqa təqdim etmək mümkün olmamışdır. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğuldur. Hazırda əməliyyataxtarış tədbirləri davam etdirilir, gələcəkdə hər hansı bir müsbət nəticə əldə olunarsa bu barədə sizə əlavə olaraq məlumat veriləcəkdir (cild 1, iş vərəqi 139). Məhkəmə-narkoloji ekspertizasının ##.##.2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs ##.##.2025ci il tarixdən Bakı şəhəri NM-da (F19x2) diaqnozu dispanser qeydiyyatdadır (cild 1, iş vərəqi 140-141). Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 05 ədəd bükümdə ümumi ilkin təmiz çəkisi 6020 qram olmuş narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və qalıq qalmış 6019 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. ## ######## 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının, həmçinin ## ######## 2025-ci il tarixdə təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılmasının görüntülərinin köçürüldüyü bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon aparatı maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. “xxxx” MMC-dən alınmış 01 ədəd "CD" formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 142-154). Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və İran İslam Respublikasının vətəndaşını müəyyən etmək üçün Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmişdir (cild 1, iş vərəqi 156-157). Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavələr edilərək Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 1, iş vərəqi 160-162). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş ittihamın “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməli, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşıması tam sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən Fərman adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlməsi”ni göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə ittiham tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasən “ittiham – bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 2021ci il ## ###### tarixli Plenum qərarında da (31-ci bənd) iştirkaçılıqla törədilən cinayətlərlə əlaqədar ittihamda və məhkəmə aktlarında hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunmasının, onların rollarının göstərilməsinin vacibliyi vurğulanmışdır. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə isnad edilirsə, bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda isə narkotik vasitənin satış məqsədilə əldə edilməsi, saxlanılması, daşınması əməllərinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən Fərman adlı şəxsin qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində (birgə) törədildiyi qeyd olunsa da, razılaşmanın nə vaxt, harada, hansı üsulla əldə olunduğu, eləcə də təqsirləndirilən şəxsin sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, daşıma, satma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmişdir. Ümumiyyətlə, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununu CPM-in 7.0.20 və 223.3.2ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, CPMin 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən Fərman adlı şəxslə cinayət əlaqəsinə girməsi” ifadəsi) ibarətdir. Özü üçün belə bu qədər naməlum vəziyyətdə cinayət təqibi orqanının təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin əldə edilməsi, daşınması, saxlanması, satışı üzrə əməlləri başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələr olduğu halda - CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq təqsirləndirilən şəxsə qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsi belə qərara gəlmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş ittihamın “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxsə qarşı külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi, saxlaması və daşımasına dair irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” ##.##.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” ##.##.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ##.##.2024-cü il tarixli * saylı Qərarının 9- cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ibtidai araşdırmada üstünün yoxlanılması zamanı verdiyi izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, onu ayrı-ayrı ünvanlara çatdırmaq məqsədilə İran vətəndaşından əldə etdiyini bildirmişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin ifadələrindən imtina etmiş, hadisə yerinə iranlıdan şəxsi istifadə məqsədilə 5 qram qurudulmuş marixuana əldə etmək məqsədilə getdiyini, həmin narkotikə əl vurmamış polislər tərəfindən yaxalandığını, polislərin onu aldatması nəticəsində narkotikin hamısını boynuna götürdüyünü bildirmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin məhkəmədə verdiyi həmin ifadələrə tənqidi yanaşmış, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, cinayət işinin materlallarından görünür ki, polis şöbəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, o, müdafiəçinin iştirakı tutulmuş, şübhəli və təqsirləndirilən şəxs qismində etirafedici ifadələr vermiş və aşkar edilmiş bütün narkotikin ona aid olduğunu göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş polis əməkdaşları təqsirləndirilən şəxsin məhkəmədə göstərdiklərini təkzib etmiş, ona qarşı tərəflərindən hər hansı psixoloji təsir göstərilmədiyini bildirmişlər. Bundan başqa, müdafiə tərəfi təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi məqamları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, həmin ifadələr işdə olan digər sübutlarla tam uzlaşdığından sübut kimi qəbul etmişdir. Həmin halları həmçinin təqsirləndirilən şəxsin digər şəxslərlə telefonla apardığı, narkotiklərin satışına dair SMS yazışmaları da təsdiq etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotikin çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, təqsirləndirilən şəxsin narkotikin satışına dair SMS yazışmalarını, habelə sübut kimi qəbul etdiyi onun istintaq zamanı verdiyi etirafedici ifadələrini nəzərə almış və iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab etmişdir ki, təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədilə əldə etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşıması tam sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, törətdiyi əmələ görə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hal-hazırda Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif ediməsi və daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 16 (on altı) iş saat hüquqi xidmətə görə Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 176 (yüz yetmiş altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar