Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-623/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, müdafiəçi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 iştirakları ilə, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünün təqsirləndirilən şəxs1 aid hissəsindən Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər Aygün Qurbanova (sədrlik edən), Fərid Namazov və Telman Hüseynovdan ibarət tərkibdə) ##.##.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, Baza- Güzdək qəsəbəsi, HYH Y/X N12 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni ## #### 2024-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə maddi sübut, məhkəmə məsrəfləri məsələləri və digər məsələlər də həll edilmişdir. Həmin hökmlə həmçinin təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 05 (beş) il 06 (altı) ay il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanılması, daşınması və satılması barədə tanışı təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra, istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə ünvan 2 saylı ünvanın yaxınlığına gətirilməklə gizlədilmiş külli miqdarda narkotik vasitəni gizlədildiyi yerdən götürmək məqsədi ilə qrup üzvü təqsirləndirilən şəxs2 ilə birlikdə onların cinayətkar niyyətindən məlumatsız olan və şəxsiyyəti istintaqla müəyyən edilməyən taksi sürücüsünün idarə etdiyi avtomobillə ## ### 2024-cü il tarixdə, saat 00:30 radələrində ünvan 3 saylı ünvanın yaxınlığına gələrək aralarındakı rol bölgüsünə və ümumi cinayətkar niyyətə uyğun olaraq avtomobildə qrupun digər üzvü təqsirləndirilən şəxs2 narkotik vasitəni gizlədildiyi yerdən götürərək avtomobilə gətirməsini gözləmiş, sonuncu avtomobildən düşərək ünvan 2 saylı ünvanın yaxınlığında gizlədilmiş ümumi təmiz çəkisi 3010 qram olamqla külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib əlində saxlamaqla daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Nərimanov RPI-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində təqsirləndirilən şəxs2 və şahid1mn ## ### 2024-cü il tarixdə, saat 00:30 radələrində ünvan 2 saylı ünvanın qarşısında saxlanılması zamanı qaçaraq hadisə yerindən uzaqlaşmış, polis əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nərimanov RPI-nin inzibati binasına gətirilmiş təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılarkən sağ əlində saxlamış olduğu qara rəngli sellofan torbada, ayrıayrılıqda təmiz çəkiləri 950 qram, 1015 qram, 1045 qram olmaqla 03 ədəd qara rəngli sellofan bükümlərdə, ümumi təmiz çəkisi 3010 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Apellyasiya protestinin dəlilləri, proses iştirakçılarının çıxışları və sübutların təsviri: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov apellyasiya protesti verərək, hökmün cinayət qanununun norması düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin # ###### 2025-ci il tarixli hökmü təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin olunmaqla dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə müəssisəsinin Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinə ünvanlanmış ## ###### 2026-cı il tarixli, *-**/**/**/*-***/**** saylı məktubla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin # ###### 2025-ci il tarixli hökmündən əlavə Abşeron rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə tutulduğu cəmi 3 gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Iş materiallarına əsasən təqsirləndirilən şəxs1 hazırkı hökmlə (# ###### 2025-ci il tarixli) təqsirli bilindiyi cinayət əməlini ##.##.2024-cü il tarixdə, yəni onun barəsində Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin # ###### 2025-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs1 cəza təyin olunarkən Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-cü il tarixli hökmü ilə təyin olunmuş cəza nəzərə alınmamış, təqsirləndirilən şəxsə CMnin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu qaydasında qəti cəza müəyyən edilməmiş, bununla da, cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.11-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında təqsirləndirilən şəxsə məhz hansı cəzanın (o cümlədən cinayətlərin residivi, cinayətlərin məcmusu, hökmlərin məcmusu, cəzaların birləşdirilməsi, cəza müddətlərinin hesablanması, cəzanın əvəz edilməsi, şərti məhkum etmənin tətbiq edilməsi imkanı nəzərə alınmaqla) təyin edilməli olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir. Beləliklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin # ###### 2025-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs1 cəza təyini zamanı cinayət qanunun norması düzgün tətbiq olunmamış - tətbiq edilməli olan cinayət qanunu norması tətbiq edilməmişdir. Apellyasiya protestində əməlin tövsifi mübahisələndirilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protestinin təmin olunmasını, hökmün cinayət qanunu norması düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi apellyasiya protestinin təmin olunacağı təqdirdə, məhkum olunmuş şəxsə yüngül cəza təyin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, apellyasiya protesti əsaslı olduğundan təmin edilməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli hökmü cinayət qanunu norması düzgün tətbiq edilməklə təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirilməli, yəni təqsirləndirilən şəxs1 cəza təyin edilərkən Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmü nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə cəza təyin edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə, hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları birbiri ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. təqsirləndirilən şəxs1 barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cəza təyin edən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulan normaları pozmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə tutulduğu cəmi 03 (üç) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş, təqsirləndirilən şəxs1 həmin vaxt Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan hazırki cinayət işi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilməsi nəzərə alınaraq, həbs qətimkan tədbiri qanuni hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni ## ###### 2025-ci il tarixdən hesablanmışdır. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı Istintaq təcridxanası tərəfindən verilmiş ## #### 2026-cı il tarixli arayışdan görünür ki, təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmü ilə təyin olunmuş 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzası ##.##.2026-cı il tarixdə bitmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxs1 barəsində olan Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmünü nəzərə almamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə əsasən cəza təyin etməli olduğu halda, cinayət qanunu normasını düzgün tətbiq etməməklə, səhvə yol vermişdir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında, həmçinin göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs1 cəza təyin olunarkən Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmü ilə ona təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ona hazırki hökmlə təyin olunmuş 05 (beş) il 06 (altı) ay il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi 02 (iki) gün (## ###### 2024-cü il tarixdən ## #### 2024-cü il tarixədək) və axtarışda olan şəxs kimi 01 (bir) gün (## ### 2024-cü il tarixdə) tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün və axtarışda olan şəxs kimi tutulduğu 01 (bir) gün, cəmi 03 (üç) gün ona təyin olunan azadlıqdan məhrum etmə müddətindən çıxılmalıdır. Məhkəmə kollegiyası cəzaçəkmə müddətinin əvvəli ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs1 hazırki cinayət işi ilə bağlı ## #### 2024-cü il tarixdən həbsdə olması nəzərə alınmaqla, onun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403-cü maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi, cinayət qanunu normasının düzgün şərh edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanununun normasının düzgün tətbiq edilməməsi hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, verilmiş apellyasiya protesti təmin olunmalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü yuxarıda göstərilən əsaslarla dəyişdirilməlidir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 399.1.4 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Hökmlə təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək təyin olunmuş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, təqsirləndirilən şəxs1 05 (beş) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmünə əsasən tutulduğu 03 (üç) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə müddətindən çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) il, 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli ## #### 2024-cü il tarixdən hesablansın. təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 16 (on altı) saat üçün, cəmi 176 (yüz yetmiş altı) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-623/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-623/2026
16.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver