Məhkəmə qərarları › İş №1(3-6)-626/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-626/2026

02.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(3-6)-626/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Hümbәtov Fәhmin Zaur oğlunun sәdrliyi vә mәruzәsi ilә, X1 vә X2 ibarәt tәrkibdә, Mәhkәmә iclas katibi Boroyev Əli Əhmәd oğlunun katibliyi ilә, Dövlәt ittihamçısı – Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә idarәsinin apellyasiya instansiyası mәhkәmәlәrindә dövlәt ittihamının müdafiәsi üzrә şöbәsinin prokuroru Yusifov İlkin Fәrhad oğlunun, Mәhkum edilmiş şәxs – Tәqsirlәndirilәn şәxs, Müdafiәçi – “Prospekt” Vәkil Bürosunun vәkili müdafiәçi1 iştirakları ilә, ## ### 1991-ci il ildә Bakı şәhәrindә doğulmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, subay, orta ixtisas tәhsilli, fәrdi әmәklә mәşğul olan, әvvәllәr mәhkum olunmuş, ünvan 1 62, mәnzil 11- dә qeydiyyatda olan vә hәmin ünvanda yaşayan, barәsindә hәbs qәtimkan tәdbiri seçilmiş, Təqsirləndirilən şəxs Azәrbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 vә 177.2.4-cü maddәlәri ilә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk mәhkum edilmәsinә dair Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmündәn mәhkum edilmiş şәxs tәrәfindәn apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmü ilә (hakim Aygün Həsənova) Tәqsirlәndirilәn şәxs Cinayәt Mәcәllәsinin 177.2.2, 177.2.3 vә 177.2.4-cü maddәlәri ilә tәqsirli bilinәrәk, ona 3 (üç) il 3 (üç) ay müddәtinә azadlıqdan mәhrum etmә cәzası tәyin edilmәsi, cәzasını ciddi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәsi, cәzasının әvvәlinin ##.##.2025-ci il tarixdәn hesablanması hökm edilmişdir. Hökmlә hәmçinin qәtimkan tәdbiri, mülki iddia, maddi sübut vә mәhkәmә mәsrәfi mәsәlәlәri dә hәll edilmişdir. İşin halları: Mәhkәmәnin hökmünә görә, Kәrimov Mehti Fail oğlu yaşayış yerinә tәkrarәn daxil olmaqla zәrәrçәkmiş şәxslәrә xeyli manat ziyan vurmaqla oğurluq etmişdir. Belә ki, o, özgәnin әmlakını talamaq mәqsәdi ilә ## #### 2025-ci il tarixdә saat 20 radәlәrihdә Kәrimov Turhan Zülfәt oğlunun kirayә yaşadığı Bakı şәhәri, Xәtai rayonu Babәk prospekti 57 mәnzil 57 ünvanında mәnzilin dәmirdәn giriş qapısının “VAZ” daxili qıfılını vintaçanla açıb mәnzilә qanunsuz daxil olaraq yataq otağındakı şkafın siyirtmәsindәn 5.000 manat nağd pul vәsaitini, ümumilikdә 7.000 manat dәyәrindә qızıldan 02 әdәd qolbağı, 01 әdәd boyunbağını, 01 cüt qaşsız sırğanı, gümüşdәn 01 dәst boyunbağını, üzüyü, sırğa vә kulonu, 02 cüt bujuteridәn sırğaları gizli olaraq talamaqla zәrәrçәkmiş şәxs Kәrimov Turhan Zülfәt oğluna ümumilikdә 12.000 (on iki min) manat xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, tәkrarәn özgәnin әmlakını talamaq mәqsәdi ilә ## ### 2025-ci il tarixdә saat 21 radәlәrindә şeydayev Bәhram Şeyda oğlunun yaşadığı Bakı şәhәri Xәtai rayonu, Babәk prospekti 62 mәnzil 10 ünvanında mәnzilin dәmirdәn giriş qapısının “VAZ” daxili qıfılını açar seçmә yolu ilә açıb mәnzilә qanunsuz daxil olaraq yataq otağındakı şkafın siyirtmәsindәn qara rәngli çantanın içәrisindә olan ümumi dәyәri 4.900 manat tәşkil edәn qızıldan 01 әdәd qolbağı vә briliyant qaşları olan kişi qol saatını, 1.350 manat dәyәrindә qızıldan 01 әdәd tros toxunuşlu qadın boyunbağını vә 01 әdәd 1.650 manat dәyәrindә 900 әyyarlı, üzәrindә “B.M.Nikolay II imperator i.Samoderjeç Vseross. 10 Rubley 1899 Q.” yazıları olan 22,67 diametrli 8,52 qramlıq medalyonu, 800 manat dәyәrindә qızıldan 01 әdәd “yolka” toxunuşlu qadın üçün qolbağı, qızıldan 1.300 manat dәyәrindә 01 әdәd «paxlava» formalı üzәrindә briliyant qaşları olan qadın üçün üzüyü vә 400 manat dәyәrindә qızıldan 01 әdәd «paxlava» formalı qadın üçün üzüyü gizli olaraq talamaqla zәrәrçәkmiş şәxs Şeydayev Bәhram Şeyda oğluna ümumilikdә 10.400 (on min dörd yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Hökmdәn narazı qalan mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs apellyasiya şikayәti verәrәk, barәsindә CM-in 62-ci maddәsinin tәtbiq edilәrәk, sanksiyanın aşağı hәddindәn az cәza tәyin edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmә işindә olan faktiki halları tam araşdırmadan yәni, etmәdiyi cinayәt әmәllәrinә әmәkdaşlar tәrәfindәn fiziki-psixi tәzyiq altında mәcbur olması, mәhkәmәdә zәrәrçәkmişlәrin onun bu әmәllәri etmәdiyini qeyd etdiklәrinә, istintqaın saxta sübut vә dәlillәrә әsaslanaraq aparıldığı, günahsızlığı sübuta yetirilsә dә buna baxılmadan әdalәtsiz hökmlә ona cәza tәyin edilmişdir. Xәstә valideynlәrinin gündәlik kömәyә ehtiyacı var. Atası ağır şәkәr xәstәsidir. Anasının açıq ürәk cәrrahiyyә әmәliyyatından sonra müalicәyә ehtiyacı var. Ailәsinә ondan başqa qazanc gәtirәni yoxdur. 2009-2011-ci illәrdә Füzuli istiqamәtindә xidmәtdә olmuşdur. Mәhkәmә iclasında çıxış edәn mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs vә onun müdafiәçisi müdafiәçi1 hәr biri ayrı-ayrılıqda apellyasiya şikayәtini müdafiә edәrәk, tәqsirlәndirilәn şәxs barәsindә bәraәt hökmünün çıxarılmasını xahiş etdilәr. Mәhkәmә iclasında çıxış edәn dövlәt ittihamçısı Yusifov İlkin Fәrhad oğlu apellyasiya şikayәtinin tәmin edilmәdәn, birinci instansiya mәhkәmәsinin hökmünün dәyişdirilmәdәn saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 397.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsinin, habelә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiq edilmәsinin düzgünlüyünü yoxlayır. Hәmin Mәcәllәnin 397.2-ci maddәsinin tәlәbinә görә isә birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununa vә bu Mәcәllәnin normalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddәlәrin mahiyyәtinә görә apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsini apellyasiya müraciәtinin hüdudlarında, cinayәt vә cinayәt prosessual qanunvericiliyinin normalarına riayәt edilmәsini hәr bir halda, o cümlәdәn apellyasiya şikayәti vә ya apellyasiya protestinin dәlillәrindә bu barәdә tәlәb irәli sürülmәdikdә dә yoxlayır. Göstәrilәn qanunvericiliyin tәlәblәri baxımından mәhkәmә kollegiyası cinayәt işinin materiallarını araşdırıb, apellyasiya şikayәtinin dәlillәrini müzakirә edәrәk, proses iştirakçılarının çıxışlarını dinlәyәrәk hesab edir ki, verilmiş apellyasiya şikayәti tәmin edilmәmәli vә birinci instansiya mәhkәmәsinin hökmü dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә kollegiyası hesab edir ki, apellyasiya şikayәti, elәcә dә müdafiә tәrәfinin apellyasiya mәhkәmәsindә etdiyi çıxışlarının dәlillәrindә işin faktiki halları vә mәhkum edilmiş şәxsin tәqsirliliyi mübahisәlәndirildiyindәn ilk növbәdә birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt vә cinayәt-prosessual hüquq normalarının düzgün tәtbiq edilib-edilmәmәsinә, tәqsirlәndirilәn şәxsin törәtmiş olduğu әmәlin hüquqi tövsifinә vә daha sonra isә tәyin olunmuş cәzaya hüquqi qiymәt verilmәlidir. Belә ki, birinci instansiya mәhkәmәsinin hökmündәn görünür ki, Tәqsirlәndirilәn şәxs әmәllәri zәrәr çәkmiş şәxslәrin vә şahidlәrin ifadәlәri, istintaq hәrәkәtlәrinin aparılması haqqında protokollar vә iş üzrә toplanmış digәr sübutlarla tam tәsdiq edilir. Mәhkәmә kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış vә birinci instansiya mәhkәmәsindә mәhkәmә iclasında tam, hәrtәrәfli vә obyektiv araşdırılmış mötәbәr sübutlara birgә qiymәt verәn vә hәmin sübutlara әsaslanan birinci instansiya mәhkәmәsi iş üçün mühüm әhәmiyyәt kәsb edәn bütün halları aydınlaşdırmaqla Tәqsirlәndirilәn şәxs ona ittiham olunmuş cinayәt әmәllәrini törәtmәsi haqda işin faktiki hallarına uyğun olan nәticәyә gәlmiş vә onun hәmin әmәllәrini Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 177.2.2, 177.2.3 vә 177.2.4-cü maddәlәri ilә düzgün tövsif etmişdir. Mәhkum edilmiş şәxsin әmәlinin cinayәt olmasını aradan qaldıran hallar, habelә onun cinayәt mәsuliyyәtindәn vә cәzadan azad edilmәsi üçün әsaslar müәyyәn edilmәmişdir. Mәhkәmә kollegiyası göstәrilәn qәnaәtә gәlәrkәn, ibtidai istintaq orqanı tәrәfindәn toplanmış vә mәhkәmә iclasında araşdırılaraq qiymәtlәndirilәn sübutların artıq birinci instansiya mәhkәmәsi tәrәfindәn mәhkәmә istintaqı zamanı tam, hәrtәrәfli, dolğun şәkildә vә bir-biri ilә qarşılıqlı әlaqәdә tәdqiq edilmәklә, cinayәt vә cinayәt prosessual qanunvericiliyin tәlәblәrinә әsasәn yoxlanılaraq yekun nәticәyә gәlindiyini qeyd edir. Bu sәbәbdәn dә mәhkәmә tәrkibi hesab edir ki, hazırda hökmün mәzmununda göstәrilәn sübutların tәkrarәn geniş şәkildә sadalanmasına lüzum yoxdur, lakin mәhkәmә verilmiş apellyasiya şikayәtin dәlillәrinә münasibәtdә ayrı-ayrı sübutları sadalamaqla onlara diqqәt yetirilmәsini zәruri hesab edir. Belә ki, birinci instansiya mәhkәmәsindә tәqsirlәndirilәn şәxs qismindә dindirilmiş Kәrimov Mehti Fail oğlu ona CM-in 177.2.2, 177.2.3 vә 177.2.4-cü maddәlәri ilә elan edilmiş ittihamda özünü tәqsirli bilmәyәrәk ifadәsindә göstәrmişdir ki, o heç kimin evinә daxil olmamışdır. May ayının 11-ci polis әmәkdaşları gәlib onu evindәn apardılar. Qızılları blokdan qaz turbasının yanından tapmışdır. Hәmin qızıllar qırmızı salafanda olub. Qızılları satarkәn anasına mәxsus olmasını bildirmәsinin sәbәbi onları sata bilmәsi olmuşdur. Hәmin etirafedici ifadәlәri tәzyiq altında vermişdir. Polis әmәkdaşları ona işgәncә verәrәk etiraf edici ifadә vermәsini bildirmişlәr. İfadәlәri arasında ziddiyyәt olduğundan tәqsirlәndirilәn şәxsin mәhkәmәyәdәk icraat dövründә olan ifadәsi elan edilmiş, mәhkәmәyәdәk icraat dövründә ifadәsindә göstәrmişdir ki, ünvan 1 62, mәnzil 11-dә qeydiyyatda olmaqla validyenlәri ilә birlikdә hәmin ünvanda yaşayır, subaydır, heç bir yerdә işlәmir, әvvәllәr iki dәfә mәhkum olunmuş, sonuncu dәfә isә 2022-ci ildә Xәtai Rayon Mәhkәmәsi tәrәfindәn Azәrbaycan Respublikası CM-nin 234.1-ci maddәsi ilә tәqsirli bilinәrәk 01 il 02 ay müddәtinә azadlıqdan mәhrumetmә cәzasına mәhkum edilmiş, 2024cü ilin iyul ayının 09-da azadlığa çıxmış, hәbsdәn çıxdıqdan sonra Xәtai rayonu Babәk prospektindә yerlәşәn "Dәli Kür" adlı avtoservisdә cilallayıcı işlәmişdir. Xәtai rayonunda yaşadığı 4 otaqlı mәnzili tәmir etdirib ailә qurmaq istәmiş, lakin buna maddi imkanı çatmamış, ona görә mәnzillәrdәn oğurluq edib evini tәmir etdirmәk qәrarına gәlmişdir. Bu mәqsәdlә hava qaraldıqda yaşayış binalarının pәncәrәlәrinә baxmış vә işığın yanmadığını görәrәk evdә heç kәsin olmadığına әmin olub qapının qarşısına gәlәrәk dәqiqlәşdirmәsi üçün qapını döymüş, bir qәdәr dayanıb gözlәmiş, qapını açan olmadıqda evdә heç kәsin olmadığına әmin olaraq özündә olan әvvәlcәdәn düzәltdiyi daxili qıfıl açarları ilә dәmir qapının qıfılını açmış, sonra mәnzilә daxil olub yalnız pul vә qızıl әşyası axtarmışdır. ## #### 2025-ci il tarixdә saat 20 radәlәrindә yaşadığı ünvandan çıxaraq piyada Bakı şәhәri Xәtai rayonu Babәk prospekti 58 ünvanının qarşısına gәlmiş, çöldәn binaya baxmış vә 9-cu mәrtәbәdә bir mәnzilin işıqlarının yanmadığı diqqәtini çәkmiş, sonra hәmin mәnzilә daxil olmaq üçün liftlә 9-cu mәrtәbәyә qalxmış, pillәkәnlә sağ tәrәfdә yerlәşәn ağ dәmir qapını açmaq üçün yaxınlaşmış vә özü ilә gәtirdiyi vintaçanla qapının orta qıfıl yerini çevirmәyә başlamış, bu zaman qıfılın açıldığını görәrәk cәld içәri daxil olmuş vә sağda yerlәşәn yataq otağına keçmiş, tәxminәn 5 dәqiqә hәmin mәzildә olaraq yataq otağındakı şkafın gözlüyünü axtarıb orada pul olmasını görüb götürmüş, sonra digәr otağa keçmiş vә şkafın olduğunu görәrәk gözlüyünü açdıqda 02 әdәd qızıl qolbaq, 01 әdәd qızıl sep vә 01 cüt qızıl sırğa olduğunu görüb götürmüş, daha sonra mәnzili tәrk edib eyni qayda ilә qapını özündә olan vintaçanla bağlayaraq hәyәtә düşmüş vә yaşadığı ünvana getmişdir. Evdә oğurladığı pulu saymış vә 5.000 manat olmasını görmüş, ##.##.2025-ci il tarixdә isә oğurladığı qızılları"Laçın ticarәt mәrkәzinin yan hissәsindә olan "GoldCenter" qızıl satışı mağazasına apararaq orada hamısını 3.100 manata satmış, hәmin vaxt qızıl әşyalarını alan şәxs oğurluq olmasını bilmәmiş, yәni ona bu barәdә bildirmәmiş, әldә etdiyi ümumilikdә 8.100 manat pulun tәxminәn 3.000 manatını anasının müalicәsinә xәrclәmiş, qalan 5.000 manatı isә yaşadığı evin dәhliz vә mәtbәxinin tәmirinә xәrclәmişdir. Bundan başqa ## ### 2025-ci il tarixdә saat 21 radәlәrindә yenә dә yaşadığı mәnzildәn çıxıb pillәkәnlә hәyәtә düşәrkәn binanın 5-ci mәrtәbәsindә yerlәşәn 10-cu mәnzilin qapısından keçәn zaman işığın yanmadığnı görmüş, qapının arxasında bir qәdәr dayanıb gözlәmiş vә mәnzildәn sәs gәlmәdiyini dәqiqlәşdirdikdәn sonra qonşunun evdә olmadığına әmin olmuş, daha sonra üzәrindә olan müxtәlif çeşidli qapı (açarları ilә giriş qapısının daxili qıfılını açmağa çalışmış vә özündә olan açarları bir-iki dәfә sağa-sola hәrәkәt etdirәrәk qapını açmış, sonra mәnzilә daxil olub diqqәt çәkmәmәk üçün işığı yandırmamış vә alışqanın işığı ilә beş dәqiqә әrzindә mәnzili axtarmış, sağda yerlәşәn yataq otağına girmiş, orada olan dolabın gözlüklәrini yoxlamış vә dolabın 3-cü gözünün içәrisindә olan balaca çantanın axtardıqda orada 01 әdәd qızıl kişi saatını, 01 әdәd üzәrindә medalyonu olan qızıl qadın boyunbağını, 02 әdәd qızıl qadın üzüyü vә 01 әdәd qadın qızıl qolbağı görәrәk götürüb әynindә olan boz rәngli şalvarın sol yan cibinә qoymuş vә dolabın gözlüyünü sәliqәli düzәldәrәk bağlamış, sonra otaqda olan yatağın yanınında yerlәşәn paltar dolabını axtarmış, lakin dolabdan heç bir qiymәtli әşya vә pul tapa bilmәmiş, sonra mәnzili tәrk edib qapını açdığı açarla bağlayaraq bir mәrtәbә yuxarıda yerlәşәn yaşadığı ** saylı mәnzilә çıxmışdır. ##.##.2025-ci il tarixdә saat 09 radәlәrindә әvvәllәr tanıdığı Bakı şәhәri Nizami rayonu әrazisindә yerlәşәn "Laçın ticarәt mәrkәzi"nin birinci mәrtәbәsindәki qızıl-zinәt әşyalarının alqı-satqısı ilә mәşul olan Paşa adlı şәxsin istifadә etdiyi 070-260-88-88 mobil nömrәsinә “Watsapp” vasitәsi ilә sms yazaraq qızıl-zinyәt әşyaları olduğunu vә satmaq istәdiyini bildirmiş, Paşa da sms yazaraq "gәl iş yerimә" demiş, Paşa adlı şәxsә әvvәl dә qızıl-zinyәt әşyaları satmış, lakin oğurluq olmasını bildirmәmişdir. ##.##.2025-ci il tarixdә saat 10 radәlәrindә Paşanın iş yerinә gedәrәk oğurladığı qızılları satmış vә Paşa ümumilikdә 6.920 manat vermiş, hәmin pulun bir qismini, yәni 3.500 manatı istifadәsindә olan «Kapitalbank» kartına yüklәmiş, 800 manat evә qoymuş, 800 manat borcunu vermiş vә 300 manat atasına xәrclik vermiş, qalan pulu isә xәrclәmişdir. Paşa adlı şәxsә oğurladığı qızıl-zinәt әşyalarını satan zaman şәxsiyyәt vәsiqәsini vermiş vә Paşa iş jurnalında qeydiyyat apararaq imza etdirmiş, oğurluqdan sonra hәmin «atvyorka»nı vә qapını açdığı açarları mәhlәdәki zibil qabına atmış, ona görә istintaqa tәqdim edә bilmәmiş, hәr iki oğurluq cinayәtini törәdәn zaman tәk olmuşdur. Birinci instansiya mәhkәmәsindә zәrәrçәkmiş şәxs qismindә dindirilәn zәrәrçәkmiş şәxs qismindә dindirilmiş Şeydayev Bәhram Şeyda oğlu ifadәsindә bildirmişdir ki, Bakı şәhәri, Yasamal rayonu B.Şaxtaxtinski küçәsi ev 12-dә qeydiyyatda olsa da hazırda hәyat yoldaşı Şeydayev Rübabә Mәhәmmәd qızı ilә birlikdә ünvan 1 62, mәnzil 10-da yaşayır, yaşadığı mәnzil 10 mәrtәbәli yaşayış binasının 5-ci mәrtәbәsindә yerlәşmәklә iki otaqdan ibarәt olmuş, mәnzilin giriş qapısı dәmirdәn olmaqla sey qapıdır vә iki әdәd daxili qıfılı vardır. ## ### 2025-ci il tarixdә sәhәr saat 08:00-da hәyat yoldaşı ilә birlikdә yaşadığı ünvandan çıxıb Quba rayonunda olan, yas mәrasimindә iştirak etmәk üçün getmiş vә ## ### 2025-ci il tarixdә saat 19:00-da evә qayıtmışdır. Evdәn çıxıb gedәn zaman mәnzilin dәmir qapısı üzәrindә olan VAZ tipli qıfılını bağlasa da seyf qıfılı bağlamamış, evә qayıdıb gәldikdә dәmir qapının qıfılı bağlı olmuş, açarkәn heç bir çәtinlik çәkmәmiş, mәnzilә daxil olduqda yataq otağında olan pәrdәnin bağlanmasını aşkar etmiş, ancaq evdәn çıxan zaman yataq otağında olan pәncәrә üzәrindәki pәrdә açıq vәziyyәtdә olmuş, şübhәlәnәrәk hәmin otaqda olan qәhvәyi rәngli dolabın 3-cü sürmәsini açdıqda qara rәngli dәri materialdan olan çantanın işәrisindәki 4.900 manat dәyәrindә 01 әdәd qızıl toxunuşlu qolbağlı vә brilliant qaşlı qızıl saatının, arvadı Şeydayev Rübabә Mәhәmmәd qızına mәxsus 3.000 manat dәyәrindә 01 әdәd tros toxunuşlu qızıl boyunbağının vә üzәrindә olan medalyonun, 800 manat dәyәrindә 01 әdәd yolka toxunuşlu qızı qadın qolbağının, 1.300 manat dәyәrindә 01 әdәd paxlava formalı üzәrindә brilliant qaşı olan qadın üzüyünün vә 400 manat dәyәrindә 01 әdәd paxlava formalı qadın üzüyünün yerindә olmadığını aşkar etmiş vә evdә olmadığı müddәtdә mәnzilinin qarәt olunmasını başa düşmüş, bundan sonra evdә heç bir әşyaya toxunmadan Azәrbaycan Respublikası DİN-nin 102 xidmәtinә zәng vuraraq oğurluq barәdә mәlumat vermiş, daha sonra isә Xәtai RPİ-nin 34-cü PŞ- nә gedib şikayәt әrizәsi ilә müraciәt etmişdir. Mәnzilindәn baş vermiş oğurluq zamanı ümumilikdә 10.400 manat maddi ziyan dәymiş, hadisә zamanı mәnzilindәn nağd pul vә ya başqa qiymәtli oğurlanmamış, sonradan Xәtai RPİ-nin 34-cü PŞ-nә dәvәt olunduqda mәnzilini qarәt edәn şәxsin qonşuluğunda, yәni üst mәrtәbәdә yaşayan Kәrimov Mehti Fail oğlu olmasını vә oğurladığı qızılları aparıb satmasını bilmişdir. Əlavә olaraq qeyd etmişdir ki, Mehti nәyi hardan götürdüyünü dәqiqliklә göstәrmişdir. Tәqsirlәndirilәn şәxsdәn şikayәtçidir, vermiş olduğu mülki iddianın tәmin edilmәsini vә ona vurulmuş 10.400 manat maddi zәrәrin tәqsirlәndirilәn şәxsdәn tutularaq ona ödәnilmәsini xahiş etmişdir. Birinci instansiya mәhkәmәsindә zәrәrçәkmiş şәxs qismindә dindirilmiş Kәrimov Turhan Zülfәt oğlu ifadәsindә bildirmişdir ki, Naxçıvan MR-nın Ordubad rayonu Əylis kәndindә qeydiyyatda olsa da valideynlәri ilә birlikdә ünvan 1 58, mәnzil 57-dә kirayә yaşayır, tәxminәn 4 ilә yaxındır “xxxx” ASC-dә aparıcı mütәxәssis işlәyir, әvvәllәr mәhkum olunmamışdır. Yaşadığı mәnzil 10 mәrtәbәli yaşayış binasının 9-cu mәrtәbәsindә yerlәşmәklә üç otaqdan ibarәt olmuş, mәnzilin giriş qapısı dәmir seyf qapı olmaqla üç әdәd daxili qıfılı vardır. ## #### 2025-ci il tarixdә saat 18 radәlәrindә valideynlәri ilә birlikdә yaşadığı ünvandan çıxaraq Sumqayıt şәhәrindә yaşayan qohumunun evinә getmiş vә ## #### 2025-ci il tarixdә saat 00:20-dә evә qayıtmış, evdәn çıxan zaman mәnzilin dәmir qapısı üzәrindә olan üç daxili qıfıldan birini bağlasa da seyf qıfılı bağlamamış, evә qayıdıb gәldikdә dәmir qapının qıfılı bağlı olmuş, heç bir çәtinlik çәkmәdәn qapının qıfılını açmış, mәnzilә daxil olduqda anası özünә aid yataq otağında qızıllarını çıxarıb yerinә qoymaq istәyәrkәn digәr qızıl әşyalarının yerindә olmadğını aşkar etmiş vә evlәrinin qarәt olunmasını bildirmiş, bu zaman özünә aid otağa daxil olaraq 5.000 manat pulunu saxladığı yerә baxmış vә yerindә olmadığını aşkar etmiş, artıq oğurluq olmasını dәqiqlәşdirdiyi üçün ilk öncә AR DİN-nin 102 xidmәtinә zәng vuraraq oğurluq barәdә mәlumat vermişdir. Baş vermiş oğurluq zamanı anasına mәxsus yataq otağında olan güzgülü şkafın gözlüyündә saxlanılan ümumi dәyәri 7.000 manat tәşkil edәn 02 әdәd qızıl qolbaq, 01 әdәd qızıl sep, 01 cüt qızıl sırğa, 01 dәst gümüş sep, klon, üzük vә sırğa, 01 әdәd gümüş klon vә 02 әdәd bujuteriya sırğa, elәcә dә özünә mәxsus yataq otağında olan şkafın birinci gözlüyündә saxladığı 5.000 manat (әlli әdәd 100 manatlıq әskinaz) oğurlanaraq ümumilikdә 12.000 (on iki min) manat maddi ziyan dәymiş, kirayә yaşadığı mәnzildәn baş vermiş oğurluq zamanı nağd puldan, qızıl, gümüş vә bujiteriyadan başqa digәr qiymәtli әşya oğurlanmamışdır. Əlavә olaraq qeyd etmişdir ki, tәqsirlәndirilәn şәxs müstәntiqin yanında istәmişdir ki, Mehtini çaşdırsın ki, bәlkә oğru o deyil, amma Mehti nәyi hardan götürdüyünü dәqiqliklә göstәrmişdir. Tәqsirlәndirilәn şәxsdәn şikayәtçidir, vermiş olduğu mülki iddianın tәmin edilmәsini vә ona vurulmuş 12.000 manat maddi zәrәrin tәqsirlәndirilәn şәxsdәn tutularaq ona ödәnilmәsini xahiş etmişdir. Birinci instansiya mәhkәmәsindә şahid qismindә dindirilmiş şahid2 ifadәsindә göstәrmişdir ki, Gәncә şәhәri, Abamalıoğlu küçәsi ev 7-dә qeydiyyatda olmaqla Bakı şәhәri Nizami rayonu, B.Nuriyev küçәsi, ev 45 A, mәnzil 31-dә yaşayır, subaydır, «Gold-Center» qızıl mağazasında satıcı İşlәyir, әvvәllәr mәhkum olunmamışdır. Tәxminәn 9 ildir Bakı şәhәri, Nizami rayonu Qara Qarayev prospekti 240 ünvanında yerlәşәn “X4” ticarәt mәrkәzindә qızıl-zinәt әşyalarının alqı-satqısı ilә mәşğul olur, hәmin yeri icarәyә götürmüş vә Orxan Qәzәnfәrli adlı uzaq qohumu ilә birlikdә işlәtmiş, icarәyә götürdüyü yer çox kiçik olmaqla piştaxtada qızılı az olmuş, çünki әsasәn qızıl qәbulu ilә mәşğul olmuş, adәtәn Ticarәt Mәrkәzinә gәlәn fәrdi müştәrilәrdәn qızıl qәbul etmiş, satışa yararlı qızıl әşyası olduqda üstünә qazanc qoyub satmış, yararlı mal olmadıqda isә zәrgәrlәrә satmışdır. 583 vә 585 әyarlı qızıl әşyalarını 97-98 manata, 750 әyarlı qızılı isә 120-125 manata qәbul etmiş, müştәrilәrdәn qızıl әşyası aldıqda şәxsiyyәt vәsiqәsini tәlәb etmiş, satılan qızılın oğurluq olub-olmamasını soruşmuş vә qızıl aldıqda mağazanın «qızıl vә brilyantların alışının aktı kitabında qızılın növü 272 markası, çәkisi vә dәyәri barәdә müvafiq qeydiyyat aparmış, sonra müştәri imza etmişdir. Kәrimov Mehdi Fail oğlunu ## #### 2025-ci il tarixdәn tanımış, Mehti iki dәfә Ticarәt Mәrkәzinә müştәri kimi gәlәrәk lom qiymәtinә qızıl әşyaları satmış, Mehti Kәrimovla әvvәllәr heç bir tanışlığı vә yaxın münasibәti olmamış, yәni Mehtini müştәri kimi tanımışdır. Mehti Kәrimov ilk dәfә ## #### 2025-ci il tarixdә günorta saatlarında Ticarәt Mәrkәzinә gәlәrәk piştaxtaya yaxınlaşmış vә 01 әdәd 18 qram çәkidә 750 әyarlı qolbaq, 01 әdәd 3,5 qram çәkidә 583 әyarlı qolbaq vә 01 cüt sırğa satmış, hәmin qızıl әşyalarını yoxlayaraq ümumilikdә Mehtiyә 3.100 manat vermiş vә Mehtidәn şәxsiyyәt vәsiqәsini alaraq müvafiq qeydiyyat apardıqdan sonra imza etdirib pulu verәrәk yola salmış, Mehti satdığı qızılların anasına mәxsus olmasını bildirmiş vә anasını әmәliyyat etdirmәk istәdiyi üçün satdığını demiş, hәmin vaxt Mehti tәk gәlmişdir. İkinci dәfә isә ## ### 2025-ci il tarixdә saat 09:00-da işdә olan zaman Mehti Kәrimov istifadәsindә olan ***-***-**-** saylı nömrәyә Watssap vasitәsi ilә SMS yazıb satmaq istәdiyi qızıl-zinyәt әşyası olmasını vә avtomobil alması üçün pula ehtiyacı olduğunu bildirәrәk hәmin günü saat 09:30-da işlәdiyi “Xalqlar Dostluğu” yarmakasına gәlmiş vә ümumi çәkisi 10 qram olan 583 әyarlı 01 әdәd üzük, 01 әdәd 32 qram çәkidә 583 әyarlı kişi qol saatı, 01 әdәd 35 qram çәkidә 400 әyarlı qızıl sep, 01 әdәd 8 qram çәkidә 583 әyarlı üzük, 01 әdәd 750 әyarlı 8 qram çәkidә medalyon, 01 әdәd 8 qram çәkidә 585 әyarlı qolbaq vә 01 әdәd 12 qram çәkidә 585 әyarlı qolbaq tәqdim etmişr vә satmaq istәdiyini bildirmiş, yenә dә hәmin qızıl әşyalarını yoxlamış vә Mehtiyә 9.540 (doqquz min beş yüz qırx) manat vermiş, bu dәfә dә Mehtidәn şәxsiyyәt vәsiqәsini alaraq müvafiq qeydiyyat apardıqdan sonra imza etdirәrәk pulu verib yola salmış, hәmin vaxt da Mehti tәk gәlmişdir. Mehti Kәrimovun satdığı qızıl әşyalarının çoxu 583 vә ya 585 әyarlı olmuş, bәzi qızılları isә 750 әyarlı olmuş, Mehtinin satdığı qızılların içәrisindә qaşı olan üzüklәr olsa da sadә qaşlı olmuş vә briliyant qaşlı olmamış, Mehdi Kәrimovdan aldığı qızıl әşyalarının hamısını әrintiyә qızıl alan zәrgәr şahid1 satmış vә ümumi çәkinin üzәrinә 50 qәpik vә ya bir manat pul qoymuş, yalnız Mehtidәn aldığı 01 әdәd 750 әyarlı medalyonu satmamış, çünki satışa yararlı olduğu üçün piştaxtaya qoymuş, polis bölmәsinә çağırıldıqda Mehti Kәrimovun onu aldadaraq satdığı qızıl әşyalarının anasına mәxsus olmadığını vә oğurluq yolu ilә әldә etmәsini bilmiş, sonra piştaxtaya satmaq üçün qoyduğu medaliyonu polis әmәkdaşlarına tәqdim etmişdir. Zәrgәr şahid1 hәmişә “Xalqlar Dostluğu” yarmakasında olmuş vә zәrgәrlik etmiş, әsasәn yarmarkadan әrintiyә gedәn qızılları toplamışdır. Mehti Kәrimov bildiyi qәdәr yarmarkada ondan başqa heç kәsә qızıl әşyası satmamış, Mehti Kәrimov satdığı qızıl әşyalarının anasına mәxsus olmasını vә xәstә anasını әmәliyyat etdirәcәyi üçün pula ehtiyacı olduğundan satdığını bildirmiş, sonuncu dәfә isә satmaq üçün gәtirdiyi qızılları maşın aldığı üçün pula ehtiyacı olmasını deyәrәk satmış, Mehtiyә inanmış, çünki Mehti yarmarkada olarkәn çox sәrbәst vә rahat şәkildә danışdığına görә ondan şübhәlәnmәmiş, müştәrilәrdәn lom qiymәtinә qızıl qәbul edәrkәn onlara qәbz vermәmiş, yalnız qızıl satan zaman qәbz tәqdim etmiş, kassa apartı olsa da yalnız satdığı malları kassaya vurmuş, aldığı malı isә vurmamımş, Mehti Kәrimovla әvvәllәr yaxın münasibәti vә ya hәr hansı bir әlaqәsi olmamış, onunla yarmarkada tanış olmuş vә münasibәti yaranmış, Kәrimov Mehdi Fail oğlu iki dәfә işlәdiyi Bakı şәhәri, Nizami rayonu Qara Qarayev prospekti 240 ünvanında yerlәşәn «X4>> ticarәt mәrkәzindә qızıl-zinәt әşyalarının alqı-satqısı mağazasına gәlәrәk müxtәlif çәkidә vә әyarda qızıl әşyaları satmış, hәmin qızılların içәrisindә 01 әdәd qızıl qolbaqlı qızıl kişi qol saatı olsa da briliyant qaşları olmamış, hәmin qızıl kişi qol saatını 2.950 manata qәbul etmiş, sonra hәmin saatı mağazada işlәyәn zәrgәr Teymura lom qiymәtinә satmış vә 70 manat xeyir qazanmış, yәni 3.020 manata satmış, hәmin qızıl saatın sepi aşağı әyarlı qızıldan olduğundan vә müştәri tәlәbatı az olduğundan zәrgәrә satmışdır. Birinci instansiya mәhkәmәsindә şahid qismindә dindirilmiş şahid qismindә dindirilmiş şahid1 Asәf oğlu ifadәsindә göstәrmişdir ki, Gәdәbәy rayonu, Arabaçı kәndindә qeydiyyatda olsa ailәsi ilә birlikdә Bakı şәhәri, Xәtai rayonu 8 noyabr prospekti H.Aslanov qәsәbәsi, yeni tikilidә yaşayır, evlidir, “Gold-Center” qızıl mağazasında zәrgәr işlәyir, әvvәllәr mәhkum olunmamışdır. Tәxminәn 8-9 ildir Bakı şәhәri, Nizami rayonu Qara Qarayev prospekti 240 ünvanında yerlәşәn “X4” ticarәt mәrkәzindә zәrgәr işlәyir, hәmin yeri İcarәyә götürәrәk tәk işlәmiş, bundan başqa bazarın girişindә emalatxanası da olmuş, qızıl qәbulu ilә mәşğul olmamış, yalnız müraciәt edәn müştәrilәrin tәqdim etdiklәri qızılın әyarına, çәkisinә vә qızıl üzәrindә olan qaşların növünü tәyin etmiş, bu hallardan başqa müştәrilәrlә ünsiyyәtdә olmamış, zәrgәr kimi bazarın qızıl satıcılarından lom qiymәtinә qızıl qәbul etmiş, hansıki hәmin qızıllar istifadәyә yararlı olmayaraq әzik, qaşı düşmüş, modeli köhnә olmuşdur. Qәbul etdiyi yararsız qızılları isә әridәrәk yeni qızıl әşyası (sep vә üzük) istehsal etmiş, daha sonra hazırladığı hәmin mәmulatları bazarda qızıl satanlara satmış vә ya öz piştaxtasına qoyaraq satışa çıxarmışdır. şahid2 “X4” ticarәt mәrkәzindә zәrgәr işlәdiyi müddәtdәn tanımış, şahid2 bazarda piştaxta icarәyә götürmüş vә qızıl- alqısatqısı ilә mәşğul olmuş, şahid2la yaxın dostluq vә yoldaşlıq münasibәtlәri olmasa da bazar adamı kimi münasibәti normal olmuş, Paşa bazarda digәr satıcılar kimi müştәrilәrdәn hәm ucuz qiymәtә qızıl әşyası qәbul etmiş, hәm dә qızılın satışı ilә mәşğul olmuş, şahid2 digәr satıcılar kimi lom qiymәtinә-yәni ucuz qiymәtә yararsız qızıl әşyası alaraq üstünә pul qoyaraq bazarda işlәyәn zәrgәrlәrә, o cümlәdәn ona da satmış, işlәdiyi müddәt әrzindә 1-2 dәfә şahid2 qızıl әşyası almış, ancaq aldığı qızılların qeydiyyatını aparmadığından dәqiq hansı çәkidә vә hansı növ qızıl alması yadında qalmamışdır. Kәrimov Mehdi Fail oğlunu tanımamış, hәmin şәxsdәn qızıl almamış, çünki fәrdi qaydada vәtәndaşlardan qızıl qәbul etmәmiş, qızılı yalnız bazarın satıcılarından almış, istehsalla mәşğul olduğu üçün Paşadan vә ya qeyri birindәn aldığı qızılları әridirәk yeni qızıl әşyası hazırlayıb satmış, şahid2 1- 2 dәfә lom qiymәtinә qızıl almış, ancaq aldığı qızılın dәqiq tarixi, çәkisi, dәyәri vә növü yadında qalmamış, şahid2 heç vaxt brilyant almamış, çünki brilyantdan başı çıxmadığı üçün satışı ilә mәşğul deyildir. Mәhkәmә kollegiyası, birinci instansiya mәhkәmәsi tәrәfindәn iş üzrә dindirilmiş tәqsirlәndirilәn şәxsin, zәrәrçәkmiş şәxsin vә şahidlәrin ifadәlәri ilә yanaşı, Azәrbaycan Respublikasının Cinayәt-Prosessual Mәcәllәsinin 124-cü maddәsinin tәlәblәrinә uyğun olaraq istintaq vә mәhkәmә hәrәkәtlәrinin digәr protokollarını, o cümlәdәn ekspert rәylәrini vә digәr sәnәdlәri dә mötәbәrliyi şübhә altına qoyulmayan sübut növlәri kimi qәbul edir. Belә ki, ## ### 2025-ci il tarixli baxış keçirilmәsi vә götürmә aparılması haqqında protokoldan görünür ki, şahid2 tәqdim etdiyi 01 әdәd 900 әyarlı qızıldan hazırlanmış, ümumi çәkisi 8,52 qram olan “Nikolay” onluq götürülmüş vә cinayәt işinin materiallarına әlavә edilmişdir. ## ### 2025-ci il tarixli tәrtib edilmiş mobil telefonun yaddaşına baxış keçirilmәsi protokolundan görünür ki, tәqsirlәndirilәn şәxs Kәrimov Mehti Fail oğlunun iştirakı ilә istifadәsindә olan “Poco” markalı mobil telefonun daxili yaddaşında olan “Bir Bank tәtbiqinә baxış keçirilmiş vә Tәqsirlәndirilәn şәxs adına olan «Kapital Bank»a mәxsus ****-****-****-**** nömrәli kart hesabının balansında 3.596.09 manat olması müәyyәn edilmişdir. Tәqsirlәndirilәn şәxs hәmin mәblәği oğurladığı qızıl-zinәt әşyalarının satışından әldә etdiyin vә Kapital Bank hesabına köçürdüyünü bildirmişdir. Baxış keçirildikdәn sonra M. Kәrimova mәxsus mobil telefonun yaddaşında olan ****-****-****-**** nömrәli «Bir Bank» tәtbiqindә kart hesabının balansında 3.596.09 manat olmasının fotoşәkili çәkilәrәk cinayәt işinin materiallarına әlavә edilmişdir. ## ### 2025-ci il tarixdә şahid2 tәqdim etdiyi 01 әdәd üzәrindә «Qızıl vә Brilyantların alışının akt Kitabına baxış keçirilmiş vә müәyyәn edilmişdir ki, baxış keçirilәn 01 әdәd üzәrindә “Qızıl vә Brilyantların alışının akt Kitabı”sonluğunda qeyd olunduğu kimi dәyәri 20 manat olmaqla 120 vәrәqәdәn ibarәtdir, baxış keçirilәn zaman Qızıl vә Brilyantların alışının akt Kitabının 09-cu vәrәqәsindә tәqsirlәndirilәn şәxs Kәrimov Mehti Fail oğlundan ## #### 2025-ci il tarixdә şahid2 tәrәfindәn 01 әdәd 18 qram çәkidә 750 әyarlı qolbaq, 01 әdәd 3,5 qram çәkidә 583 әyarlı qolbaq, ümumi çәkisi 3,5 qram 583 әyarlı 01 әdәd qızıl qolbaq vә 01 cüt sırqa qәbul edilmәsi vә ona ümumilikdә 3.100 (üç min yüz) manat pul verilmәsi qeyd edilmişdir.”Qızıl vә Brilyantların alışının akt Kitabı”nın 16-cı vәrәqәsindә tәqsirlәndirilәn şәxs Kәrimov Mehti Fail oğlundan ## ### 2025-ci il tarixdә şahid2 tәrәfindәn ümumi çәkisi 10 qram olan 583 әyarlı 01 әdәd üzük, 01 әdәd 32 qram çәkidә 583 әyarlı kişi qol saatı, 01 әdәd 35 qram çәkidә 400 әyarlı qızıl sep, 01 әdәd 8 qram çәkidә 585 әyarlı üzük, 01 әdәd 750 әyarlı 8,52 qram çәkidә medalyon, 01 әdәd 8 qram çәkidә 585 әyarlı qolbaq vә 01 әdәd 12 qram çәkidә 585 әyarlı qolbaq qәbul edilmәsi vә ona ümumilikdә 9.540 (doqquz min beş yüz qırx) manat pul verilmәsi qeyd edilmişdir. Baxış keçirildikdәn sonra protokol tәrtib edilmiş vә “Qızıl vә Brilyantların alışının akt Kitabı”ndan kserosurәtlәr çıxarılaraq cinayәt işinin materiallarına әlavә edilmişdir. Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Mәhkәmә Ekspertiza Mәrkәzinin ## #### 2025-ci il tarixli, 3-16-16/2-6/1866/2025 nömrәli rәyindәn görünür ki, tәdqiqata tәqdim edilmiş 01 әdәd sarı rәngli sikkә, Aversindә mәrkәzdә sol tәrәfә baxan kişi barelyefi, kәnarları boyunca «B.M.NIKOLAY II IMPERATOR İ SAMODERJEÇ VSEROSS.» reverslәrindә mәrkәzdә rus imperiyasının gerbi, kәnarları boyunca “10 RUBLEY 1899 Q.”, yazıları vardır, diametri 22.67 mmdir, tәxminәn 900 әyyarlı qızıldır, çәkisi 8,52 qramdır. Qiymәtlәndirmә fәaliyyәti elmin hәr hansı bir sahәsindә xüsusi bilik tәlәb etmәmәklә mәhkәmә ekspertizası fәaliyyәtinә aid olmadığından vә qanunvericiliyә әsasәn müstәqil fәaliyyәt növü kimi müәyyәn edildiyindәn ekspert tәrәfindәn materialların vә xidmәtlәrin qiymәtlәri müәyyәn edilmir. Azәrbaycan Respublikası Ticarәt vә Sәnaye Palatası “Azәrekspertiza” Birliyi tәrәfindәn verilmiş ## #### 2025-ci il tarixli, 186 nömrәli ekspertiza rәyindәn görünür ki, tәdqiqata tәqdim edilmiş 01 әdәd 900 әyarlı qızıldan hazırlanmış, ümumi çәkisi 8,52 qram olan “Nikolay” onluğun ##.##.2025-ci il tarixinә orta bazar qiymәti 1,650 (bir min altı yüz 4-207) Azәrbaycan Respublikası Ticarәt vә Sәnaye Palatası “Azәrekspertiza” Birliyi tәrәfindәn verilmiş ## #### 2025-ci il tarixli, 186 nömrәli ekspertiza rәyindәn görünür ki, tәdqiqata tәqdim edilmiş 01 әdәd 900 әyarlı qızıldan hazırlanmış, ümumi çәkisi 8,52 qram olan “Nikolay” onluğun ##.##.2025-ci il tarixinә orta bazar qiymәti 1,650 manat tәyin edilmişdir. Müdafiә tәrәfi tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs hәmin ifadәlәri ona qarşı göstәrilәn tәzyiqlәr nәticәsindә vermәsi barәdә dәlillәr irәli sürsә dә, bu dәlillәr әsaslı görünmәmiş vә mәhkәmә istintaqı zamanı öz tәsdiqini tapmamışdır. Tәqsirlәndirilәn şәxs birinci instansiya mәhkәmәsindә verdiyi ifadәlәr işin faktiki halları vә onun intidiai istintaq zamanı verdiyi ifadәlәr ilә uzlaşmadığından, mәhkәmә bu ifadәlәrdә göstәrdiyi xüsusatları vә gәtirdiyi dәlillәri onun müdafiә mövqeyinә söykәnәn subyektiv mülahizәsi, törәtdiyi cinayәt әmәlinә görә qanunla nәzәrdә tutulmuş mәsuliyyәtdәn yaxa qurtarmaqla mәsuliyyәtini yüngüllәşdirmәyә yönәlmiş cәhdi kimi qiymәtlәndirәrәk, belә nәticәyә gәlir ki, bu dәlillәr birinci instansiya mәhkәmәsindә tәdqiq edilәn sübutlarla, yәni cinayәt işinin materialları, zәrәçәkmiş şәxslәrin vә şahidlәrin ifadәlәri, ekspert rәylәri, istintaq hәrәkәtlәrinin protokolları, habelә iş üzrә toplanmış digәr sübutların mәcmusu vә işin faktiki halları ilә tәkzib olunur. Göründüyü kimi Tәqsirlәndirilәn şәxs tәrәfindәn tәqsirli bilindiyi cinayәt qanunun maddәlәri ilә nәzәrdә tutulan cinayәt әmәllәrinin törәdilmәsi birinci instansiya mәhkәmәsindә tәdqiq edilmiş sübutlarla öz tәsdiqini tapmışdır. Mәhkum edilmiş şәxsә tәyin edilәn cәza mәsәlәsinә gәldikdә isә mәhkәmә kollegiyası aşağıdakıları qeyd edir: İş materiallarında olan Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyinin Əmәliyyat vә Statistik İnformasiya İdarәsindәn alınmış tәlәbnamәdәn vә mәhkәmә aktlarının surәtindәn görünür ki, Kәrimov Mehti Fail oğlu Bakı şәhәri Nizami rayon Mәhkәmәsinin ##.##.2023-cü il tarixli hökmü ilә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 177.2.3-cü maddәsi ilә tәqsirli bilinәrәk 02 il 05 ay 26 gün müddәtinә azadlığın mәhdudlaşdırılması cәzasına mәhkum edilmiş, Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2023-cü il tarixli hökmü ilә Azәrbaycan Respublikası CM-nin 234.1-ci vә 67.1-ci maddәsi ilә tәqsirli bilinәrәk 01 il 02 ay müddәtinә azadlıqdan mәhrumetmә cәzasına mәhkum edilmişdir. ##.##.2024-cü il tarixindә cәzasının sonu ilә azad olunmuşdur. Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2023-cü il tarixli hökmündәn görünür ki, Kәrimov Mehti Fail oğlu Azәrbaycan Respublikası CM-nin 234.1-ci maddәsi ilә tәqsirli bilinәrәk 11 ay müddәtinә azadlıqdan mәhrumetmә cәzasına mәhkum edilmiş, Bakı şәhәri Nizami rayon Mәhkәmәsinin ##.##.2023-cü il tarixli hökmü ilә tәyin edilmiş 02 il 05 ay 26 gün müddәtinә azadlığın mәhdudlaşdırılması cәzasının çәkilmәmiş 02 il 03 ay 24 gün hissәsi CM-nin 68.1.1-1-ci maddәsinә әsasәn bir günә iki gün hesabı ilә hesablanmaqla hәmin mәcәllәnin 67.1-ci maddәsi ilә hazırki hökm ilә tәyin edilmiş cәza ilә qismәn birlәşdirilmәklә qәti olaraq 01 il 02 ay müddәtinә azadlıqdan mәhrumetmә cәzasına mәhkum edilmişdir. Mәhkәmәnin hökmündәn görünür ki, birinci instansiya mәhkәmәsi Tәqsirlәndirilәn şәxs cәza tәyin edәrkәn onun tәrәfindәn törәdilmiş cinayәtin xarakterini, ictimai tәhlükәlilik dәrәcәsini, onun şәxsiyyәtini, әmәlindә cinayәtlәrin residivinin olmasını nәzәrә alaraq Tәqsirlәndirilәn şәxs tәqsirli bilindiyi CM-in 177.2.2 177.2.3 vә 177.2.4-cü maddәlәrinin sanksiyası hәddindә azadlıqdan mәhrum etmә cәzası tәyin etmişdir. Mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs cәza tәyin edәrkәn, cәza tәyin etmәnin ümumi әsaslarını özündә әks etdirәn CM-in 8, 41.2 vә 58.3-cü maddәsinin tәlәblәrinә әmәl etmiş vә törәdilmiş cinayәtlәrin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini, törәdilmiş cinayәt әmәllәrinin sayının çoxluğunu, onun şәxsiyyәtini, tәyin edilәcәk cәzanın onun islah olunmasına vә ailәsinin hәyat şәraitinә tәsirini, cәzasını yüngüllәşdirәn halların olmamasını, ağırlaşdıran hal kimi әmәlindә cinayәtlәrin residivinin olmasını nәzәrә alaraq ona tәqsirli bilindiyi cinayәt qanunu normasının sanksiyasında müәyyәn edilmiş hәddә әdalәtli olmaqla mәhkum edilmiş şәxsin şәxsiyyәtinә, törәtdiyi cinayәtlәrin xarakterinә vә ictimai tәhlükәlilik dәrәcәsinә uyğun cәza tәyin etmişdir vә mәhkәmә baxışı zamanı onun tәqsirli bilindiyi maddәlәr üzrә tәyin edilmiş cәzasının yüngüllәşdirilmәsi üçün әlavә hәr hansı hal müәyyәn edilmәmişdir. “Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 397.1 vә 397.2-ci maddәlәrinin şәrh edilmәsinә dair” Konstitusiya Mәhkәmәsinin Plenumunun ##.##.2009-cu il tarixli Qәrarına әsasәn apellyasiya icraatı mәhkum edilmiş vә ya bәraәt almış şәxsin vә ya onun müdafiәçisinin verdiyi apellyasiya şikayәti vә yaxud mahiyyәtcә hәmin şәxslәrdәn hәr hansı birinin xeyrinә dövlәt ittihamçısının verdiyi apellyasiya protesti üzrә keçirilәrsә, apellyasiya instansiyası mәhkәmәsi göstәrilәn şәxsin vәziyyәtini yaxşılaşdırmaqla birinci instansiya mәhkәmәsinin yekun qәrarını dәyişdirә vә ya lәğv edәrәk yeni qәrar qәbul edә bilәr; Hazırkı apellyasiya icraatı mәhkum edilmiş şәxsin apellyasiya şikayәti üzrә keçirilir vә mәhkum edilmiş şәxsin vәziyyәtinin yaxşılaşdırılması üçün hәr hansı hal müәyyәn edilmir. Azәrbaycan Respublikası CPM-in 398.1.1-ci maddәsinә әsasәn, apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin baxışı nәticәsindә apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarını dәyişdirmәdәn, apellyasiya şikayәtini vә ya apellyasiya protestini isә tәmin etmәdәn saxlanılması haqqında qәrar qәbul etmәk sәlahiyyәtinә malikdir. Göstәrilәnlәri nәzәrә alaraq mәhkәmә kollegiyası belә qәnaәtә gәlir ki, mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti әsassız olduğundan tәmin edilmәmәli, Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmü qanuni vә әsaslı olduğundan verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә kollegiyası hәmçinin hesab edir ki, mәhkum edilmiş şәxsin hüquqlarının mәhkәmә iclaslarında müdafiә xәrclәri Azәrbaycan Respublikası CPM-in 193.2 vә 193.3-cü maddәlәrinә, habelә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qәrarına әsasәn (hәmin qәrara ##.##.2025-ci il tarixli, *** saylı dәyişikliklәr nәzәrә alınmaqla) dövlәt büdcәsindәn ödәnilmәlidir. Mәhkәmә kollegiyası hәmçinin hesab edir ki, mәhkumun hüquqlarının mәhkәmә iclaslarında müdafiә xәrclәri Azәrbaycan Respublikası CPM-in 193.2 vә 193.3-cü maddәlәrinә, habelә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qәrarına әsasәn (hәmin qәrara ##.##.2025-ci il *** saylı dәyişikliklәr nәzәrә alınmaqla) dövlәt büdcәsindәn ödәnilmәlidir. Bakı Apellyasiya Mәhkәmәsinin cinayәt kollegiyası şәrh olunanları vә Azәrbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 vә 410-cu maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayәti tәmin edilmәsin. Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmü verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. “Prospekt” Vәkil Bürosunun vәkili müdafiәçi1 tәrәfindәn mәhkum Tәqsirlәndirilәn şәxs hüquqlarının mәhkәmәdә müdafiә edilmәsinә görә sәrf etdiyi hәr iş saatına görә 11 (on bir) manat hesablanmaqla, 10 (on) saat üçün cәmi 110 (yüz on) manat pul dövlәt büdcәsindәn tutularaq “Prospekt” Vәkil Bürosunun hesabına köçürülsün. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 408-412-ci maddәlәrinә uyğun olaraq Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin cinayәt kollegiyasına kassasiya şikayәti vә kassasiya protesti verilә bilәr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar