Məhkəmə qərarları › İş №1(3-6)-628/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-628/2026

22.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-628/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1 (bundan sonra – dövlət ittihamçısı), təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 (bundan sonra – müdafiəçi) iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 verdiyi apellyasiya protestinə (bundan sonra - apellyasiya protesti) Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (sədrlik edən hakim X2) ## #### 1989-cu il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməmiş, məhkumluğu olmayan, Füzuli rayonu, İşıqlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, iş üzrə barəsində həbs qətimkan tədbiri seçildiyinə görə hazırda Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən həmin cəza ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə təyin edilmiş 2 il müddətə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə, 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının tamamilə toplanılması yolu ilə qəti olaraq 2 il müddətə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə, 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilmiş əsas və əlavə cəzanın müddəti hazırki iş üzrə qəbul edilmiş hökmlə təyin olunmuş cəza müddətinə hesablanıb, ondan çıxılmaqla üzərində 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmış, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən onun Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmü üzrə şübhəli şəxs qismində tutulduğu 2 gün müddət və hazırki iş üzrə həbsdə olduğu 2 ay 28 gün müddət ona təyin edilmiş cəzadan çıxılıb, üzərində qəti olaraq 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmış, Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Qərarı tətbiq edilməklə o, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə barəsində təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından azad edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmişdir. İşin halları: Həmin məhkəmə hökmü ilə Təqsirləndirilən şəxs (bundan sonra - təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ona görə təqsirli bilinmişdir ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin bəzi əməkdaşları ilə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə yalan vəd verib, inam və etibarını qazandıqdan, ona Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 600 kv.m. torpaq sahəsini özəlləşdirilməsinə köməklik göstərməsi üçün müraciət edəndə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda, xeyli miqdarda pulunu ələ keçirmək məqsədi ilə qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyi barədə yalan deyib aldatdıqdan sonra vahid niyyətlə əhatə olunan qəsdlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin qarşısında ## ###### 2022-ci il tarixdə 1500 manat və ## ###### 2022-ci il tarixdə 12500 manat, onun istifadəsində olan 4167 74** **** **** nömrəli bank kartının hesabına ## ###### 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Bravo” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə 700 manat və ## ###### 2022-ci il tarixdə saat 16:40-da ünvan 2 ünvanında yerləşən “Araz Supermarket”-də quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə 5000 manat, ## ######## 2022-ci il tarixdə saat 16:53-də ünvan 3 ünvanında yerləşən “Grandmart Supermarket”-də quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi 4000 manat, ## ######## 2022-ci il tarixdə saat 10:22-də Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “xxxx” ASC-nə aid ödəmə terminalı vasitəsilə 1300 manat məbləğində pulun köçürülməsinə nail olmaqla, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı 25000,00 manat məbləğində pulunu ələ keçirib, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya protestində həmin məhkəmə hökmünün cinayət qanunu normaları düzgün tətbiq edilməklə dəyişdirilməsi xahiş edilmişdir. Apellyasiya protestinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə sanksiyasında iki ildən beş ilədək müddətə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını aşağı həddindən də az təyin etməyə imkan verən Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə istinad etmədən və hər hansı əsaslandırma aparmadan 6 ay müddətə təyin etməklə, həmçinin, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilmiş 2 il müddətə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə, 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını hazırkı hökmlə təyin etdiyi cəza ilə tamamilə toplayıb, qəti cəzadan tam çıxdığı halda, yekunda onun Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2023cü il tarixli hökmü üzrə tutulduğu 2 gün müddəti Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təkrar çıxmaqla müvafiq cinayət qanunu normalarını düzgün tətbiq etməmişdir. Halbuki, həmin 2 gün müddətin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzadan çıxıldığı nəzərə alınmalı idi. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı apellyasiya protestinin məzmununa uyğun izahat verib, çıxış edərək onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında izahat və çıxışlarında təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya protestinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in): - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya protestində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilməsi ilə bağlı tələb Azərbaycan Respublikası CPM-in 399.1.4-cü maddəsi ilə əlaqələndirilmişdir. Apellyasiya protestində iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə hökmü sübutların tam, hərtərəfli araşdırılması və qiymətləndirilməsi, təqsirləndirilən şəxsin törətdiyi əməlin hüquqi tövsifi ilə bağlı hissələrdə mübahisələndirilmədiyinə görə məhkəmə kollegiyası göstərilən halların müzakirə edilməsinə zərurət görmür. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilinə düzgün hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli Qərarında göstərilmişdir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə müvafiq olaraq əvvəlki hökmün çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən (Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan # ######## 2010-cu il tarixli qərarı, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şərh olunmasına dair” # #### 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” ## ### 2009-cu il tarixli qərarları ilə yalnız hökmün qanuni qüvvəyə minməsindən sonra şəxsin cinayət-hüquqi anlamda əvvəllər məhkum edilmiş şəxs kimi nəzərdən keçirilməsinə yol verildiyindən) əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyinə uyğun olaraq, iş üzrə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə qəti cəzanı Azərbaycan Respublikası CM-in düzgün olaraq 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin etdiyinə görə həmin məcmuya daxil olan, təqsirləndirilən şəxsin müvafiq cinayət əməli üzrə təqsirli bilindiyi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)- **/**** nömrəli hökmü onun məhkumluğu olan şəxs kimi qiymətləndirilməsi ilə nəticələnə bilməz. Azərbaycan Respublikası CM-in: - 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. - 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. - 178.2.4-cü maddəsinin sanksiyasında müvafiq cinayət əməlinin dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, himayəsində azyaşlı uşaqlarının olması, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəməsi və sonuncu ilə barışıq əldə etməsindən ibarət cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsiri ilə yanaşı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli hökmü ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli üzrə məhkumluğu olmayan şəxs olmasından ibarət şəxsiyyətini xarakterizə edən halı nəzərə alıb, həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin edərkən haqlı olsa da, aşağı həddindən də az təyin etməyə imkan verən Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə istinad etmədən 6 ay müddətə təyin etməsi cinayət qanunvericiliyinin müvafiq tələblərini pozması ilə nəticələnmişdir. Göstərilənlərə əsasən bu pozuntu təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə aradan qaldırılmalıdır. Bundan başqa, cinayət işi materiallarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilnib, barəsində 2 (iki) il müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanıb həmin cəzadan çıxılmış, onun üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə, 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinin ## ###### 2026-cı il tarixli məktubunda göstərilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-**/**** nömrəli hökmü həmin İdarəyə ## ### 2023-cü il tarixdə daxil olmuş, təqsirləndirilən şəxs göstərilən tarixdə həmin İdarənin qeydiyyatına alınmış, barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli ## ### 2023-cü il tarixdən, əlavə cəzasının əvvəli isə ## #### 2023-cü il tarixdən hesablanmışdır. Onun cəza müddəti bitdiyinə görə üzərində probasiya nəzarəti dayandırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilmiş 2 il müddətə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə, 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını hazırkı hökmlə təyin etdiyi cəza ilə tamamilə toplayıb, qəti cəzadan tam çıxdığı halda, yekunda onun Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2023cü il tarixli hökmü üzrə tutulduğu 2 gün müddəti Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təkrar çıxması müvafiq cinayət qanunu normasını da düzgün tətbiq etməməsi ilə nəticələnmişdir. Halbuki, birinci instansiya məhkəməsi həmin 2 gün müddətin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzadan çıxıldığını nəzərə almalı idi. Bu səbəbdən qeyd edilən pozuntu hazırki qərarın nəticə hissəsində göstərilən qaydada aradan qaldırılmalıdır. Azərbaycan Respublikası CPM-in: - 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. - 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya protesti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə, yuxarıda göstərilən işin prosessual hallarına, cinayət və cinayət-prosessual qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iş üzrə verilmiş apellyasiya protestinin dəlillərinin əsaslı olması, birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə hökmündə təqsirləndirilən şəxsə cəza təyin edərkən qeyd edilən pozuntulara yol verməsinin müəyyən edilməsi həmin hökmün dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 398.1.4 və 399.1.4-cü maddələrində nəzərdə tutulmuş prosessual əsasların mövcud olduğunu göstərir. Buna görə də apellyasiya protesti təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə yuxarıda və Azərbaycan Respublikası CM-in 66.5, 68.1.1-1 və 69.3-cü maddələrinin tələblərinə əməl edilməklə qərarın nəticə hissəsində göstərilən məzmunda dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-in: - 92.9.24-cü maddəsinə əsasən müdafiəçi cinayət prosesinin gedişində şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərdikdə müdafiə etdiyi şəxsin hesabına, hüquqi yardım pulsuz göstərdikdə isə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına haqq almaq hüququna malikdir. - 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** nömrəli qərarının 1-ci bəndinə əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** nömrəli dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikası CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin müvafiq hallarına əsaslanaraq hesab edir ki, müdafiəçiyə təqsirləndirilən şəxsə hüquqi yardım göstərməsinə sərf etdiyi cəmi 10 saat iş vaxtına görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına 110 manat məbləğində pul ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.4, 399.1.4 və 410-412-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı dövlət ittihamçısı2 verdiyi apellyasiya protesti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası qəti cəza müddətinə hesablanmaqla və həmin əsas cəzanın müvafiq olaraq iki günə bir gün hesabı ilə bərabər tutulduğu 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı qərarla təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə toplanmaqla qəti olaraq 2 (iki) il müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə, 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə barəsində təyin edilmiş, üzərində saxlanmış və çəkdiyi 2 (iki) il müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə, 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası (həmin əsas cəzanın bərabər tutulduğu 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası) hazırki qərarla barəsində qəti olaraq təyin olunmuş 2 (iki) il müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddiməsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə, 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində 2 (iki) il 6 (altı) ay 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə ## ###### 2025-ci il tarixdən ## ###### 2026-cı il tarixədək həbsdə olduğu 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddət onun üzərində saxlanmış 2 (iki) il 6 (altı) ay 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 3 (altı) ay 4 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 110 (bir yüz) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına ödənilsin. Qərarın bu hissədə icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə olunsun. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar