Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-631/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), İbrahimov Zamin Vəliyəddin oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseyinova-Zeynalova Səkinə İrzəvan qızının, Məhkum edilmiş təqsirləndirilən şəxs1 və onun müdafiəçisi İsrafilov Fuad Həsənağa oğlunun iştirakları ilə, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair Bakı şəhəri Nərimanov Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə ilkin baxış iclasında baxaraq müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsinin icraatına təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti daxil olmuşdur. Qeyd edilən apellyasiya şikayəti üzrə ## ### 2026-cı il tarixdə ilkin məhkəmə iclası keçirilmiş və üzrə məhkəmə baxışı məhkəmə istintaqı keçirilmədən, əlavə sübutlar tələb edilmədən ## ### 2026-cı il tarixə saat 11:15-də açıq məhkəmə iclasına təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş təqsirləndirilən şəxs1 yazılı ərizə ilə məhkəməyə müraciət edərək verilmiş apellyasiya şikayətindən itmina etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı və məhkum edilmiş şəxsin müdafiəçisi ərizənin nəzərə alınaraq qanunvericiliyə uyğun qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, məhkum olunmuş şəxs təqsirləndirilən şəxs1 verilmiş apellyasiya şikayətindən imtinası qəbul olunaraq apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390.4-cü maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmçinin həmin Məcəllənin 396-cı maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum olunmuş şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edildiyindən apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390 və 396-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l ı r: təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair Bakı şəhəri Nərimanov Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul olunsun və apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: Zamin İbrahimov Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(3-6)-631/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-631/2026
20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver