Məhkəmə qərarları › İş №1(3-6)-633/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-633/2026

22.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-633/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, ##.##.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 181.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rasim Sadıxov (sədrlik edən), Novruz Kərimov, Leyla Əsgərova-Məmmədova) ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təyin edilmiş cəzanın çəkilməmiş, 01 il 01 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin ## ###### 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfi və maddi sübütların məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə ##.##.2024-cü il tarixdə, saat 21:45 radələrində xxxx MMC-yə məxsus Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi, Ləhic bağ sahəsi, İstiqlaliyyət küçəsində yerləşən “Rahat” ərzaq mağazasına müştəri qismində daxil olub işıqların sönməsi səbəbindən mağazada kimsənin olmamasından istifadə edərək kassanın yanında vitrinə yığılmış ümumi dəyəri 304 manat təşkil edən 20 qutu, hər bir qutusu 4 manat 50 qəpik olan “Sobranie whites” siqaretlərini, 10 qutu, hər bir qutusu 4 manat olan “Winston XS silver” siqaretlərini, 20 qutu, hər bir qutusu 4 manat 20 qəpik olan “Kent Nano” siqaretlərini, 20 qutu, hər bir qutusu 4 manat 50 qəpik olan “X2” siqaretlərini ciblərinə və köynəyinin altına yığmaqla gizlətmiş, mağazada baş kassir vəzifəsində işləyən Zərərçəkmiş şəxs tərəfindən onun etdiyi qanunsuz əməl ifşa edildikdə sonuncunun onun əməlini dayandırması ilə bağlı qolundan tutub mağazanın digər işçilərini qışqıraraq köməyə çağıran zaman Təqsirləndirilən şəxs saxlanılacağını bilib özgənin əməlakını gizli yolla ələ keçirmək əməllərini quldurluq, yəni, özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın cinayətinin törədilməsinə yönəldib bu üsulla ələ keçirdiyi əmlaklar üzərində sərəncam vermək hüququnu saxlamaq məqsədi ilə hücuma məruz qalmış zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs üz nahiyyəsindən yumruqla vurub sonuncuya sol qaş nahiyyəsinin əzilmiş-cırılmış yarası, alın nahiyyəsinin sıyrığı ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirib hadisə yerindən uzaqlaşaraq özgənin əmlakını ələ keçirmə məqsədi ilə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib özgənin 304 manat dəyərində əmlakını ələ keçirərək zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə ümumilikdə 304 manat ziyan vurmaqla quldurluq etmişdir. Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək ədalətli məhkəmə araşdırılması aparılaraq hökmün ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi zamanı maddi sübutların saxtalaşdırılması, şahidlərin həqiqətə uyğun olmayan ifadələri və şahid qismində çağırılmalı olan şəxsləri çağırılmaması, həmçinin işin hallarına uğun ibdtidai və məhkəmə istintaqının aparılmaması, məhkəmə-tibbi ekspertizasına dəyər verilməməsi, işgəncə təzyiq və təsirə məruz qalmasının gizlədilməsi qanunsuz cəzalandırılmasına əsas olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və müdafiəçisi verilmiş apellyasiya şikayətinə dəyişiklik edərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün apellyasiya şikayətinə uyğun dəyişdirilməsini, təqsirləndirilən şəxsin əməlinin CM-nin 180-ci maddəsinə tövsif edilərək həmin maddə ilə aşağı həddə cəza təyin edilməsini, dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs əməlində quldurluq cinayətinin tərkib əlamətlərinin olmamasını bildirsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, apellyasiya şikayətlərinin əsaslandığı halları artıq hökmündə tədqiq etməklə, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək təqsirləndirilən şəxsin CM-in 181.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, “CM-nin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” ## ######## 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPMin 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Apellyasiya müraciətindən görünür ki, şikayət müəllifi özgə əmlakını talama faktını təsdiqləyib əməlinin hüquqi tövsifini mübahisələndirmişdir. Quldurluğun obyekti həm mülkiyyət münasibətləri, həm də insanın sağlamlığıdır. Şərh edilən cinayət obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqında ifadə olunur. Basqın dedikdə, təqsirkarın zərər çəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs apellyasiya icraatı zamanı zərər çəkmiş şəxsə qarşı quldurluq cinayət əməlini inkar etsə də, ifadələrlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs üz nahiyyəsindən yumruqla vurub sonuncuya sol qaş nahiyyəsinin əzilmişcırılmış yarası, alın nahiyyəsinin sıyrığı ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirib hadisə yerindən uzaqlaşaraq özgənin əmlakını ələ keçirmə məqsədi ilə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib özgənin 304 manat dəyərində əmlakını ələ keçirərək zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə ümumilikdə 304 manat ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə kollegiyası zərər çəkmiş şəxsin ifadəsinin tam şəkildə əks etdirilməsini lüzum görməyərək zərər çəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq olunmamasını, təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərər çəkmişin ifadələrinin daha mötəbər olmasına inanır, həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə kollegiyası ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb müdafiə tərəfinin dəlillərini əsaslı hesab etmir və həmin şikayətin təmin edilməsi üçün əsas görməyərək hesab edir ki, təqsirləndirilən şəxs apellyasiya şikayətində ona verilmiş ittiham üzrə cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində verdiyi ifadələrində törətmiş olduğu cinayət əməlinin faktiki tərəfi və şəraiti barədə təsdiqedici ifadələr vermişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də birinci instansiya məhkəməsində ziddiyyətli, müxtəlif xırda epizodlarda bir-birini təkzib edən ifadələr versə də, həmin ifadələr həm ayrı-ayrılıqda, həm də zərər çəkmiş şəxsin ifadələri ilə müqayisəli şəkildə təhlil edilərkən müəyyən edilmişdir ki, nəticə etibarı ilə bu ifadələr cəm şəkildə bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqli təsvirini formalaşdırıb təqsirləndirilən şəxsə verilmiş ittihamı təsdiq edir. Bu səbəbdən məhkəmə kollegiyası, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs quldurluq əməlini törətməməsinə dair ifadəsini, həmçinin apellyasiya şikayətində qeyd etdiyi xüsusatları özünümüdafiə xarakteri daşıması kimi qiymətləndirir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin ##.##.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 100 saat ictimai işlər cəzasına məıhkum edilmişdir. Bundan əlavə Bakı şəhəri Nizami rayon məhkəməsinin ##.##.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin ##.##.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3, 66.5-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan savayı Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin ##.##.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 186.2.2, 67-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məıhkum edilmiş, ##.##.2012-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Göstərilən məhkumluqlara görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə 01 il 01 ay 11 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Probasiya İdarəsinin ##.##.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs cəza müddəti ##.##.2025-ci il tarixdə bitmiş və Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən əvvəlki hökmlə cəzasınının çəkilməmiş hissəsi, yəni 01 (bir) il 01 (bir) ay 11 (on bir) gün müddətinə azadlığın məhdudlaşdırlması cəzasını Azərbaycan Respublikası CMin 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş cəzaya tamamilə və ya qismən birləşdirilməklə hökmlərin məcmusu ilə qəti cəza təyin etmişdir. Təqsirləndirilən şəxs məhkumlluğu ödənilməmiş, yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Cinayət qanunvericiliyin tələblərinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (CM-nin 18.1-ci mad.). Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır (CM-nin 65.1-ci mad.). Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (CM-nin 65.2-ci mad.). Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir (CM-nin 83.1-ci mad.). Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur (CM-nin 83.3-cü mad.). CM-nin 181.1-ci maddəsinin sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur və qanunvericiliyin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə uyğun həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində (CM-nin 181.1-ci mad.) müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin, yəni səkkiz il müddətinə azadlıqdan məhrum etmə cəzasının yarısından az ola bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, şəxsiyyətini səciyyələndirən halları, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını, əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmiş, maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs CM-in 181.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-nin 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs CM-in 181.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar