Məhkəmə qərarları › İş №1(3-6)-635/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-635/2026

13.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-635/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Emin Zöhrab oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Boroyev Əli Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – “Mirzəyev və Partnyorlar” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 1.2.1, 144- 1.2.2, 144-1.2.4-1, 144-1.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə (hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər X5 və X4 ibarət tərkibdə) ## #### 1986-cı ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, ## #### 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Əliyev Orxan Rəşid oğlunun ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri məsələsi həll edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə şəxsiyyəti araşdırılan Türkiyə Respublikasının vətəndaşı Əjdər və Doğuş adlı şəxslərlə razılaşıb, cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2023-cü il noyabr ayının sonlarında ünvan 3 ünvanında yaşayan İsmayılova Nərmin Mahmud qızı ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayaraq, ona Türkiyə Respublikası Aydın əyalətinin Quşadası rayonunda restoranda işə düzəldib yüksək gəlir əldə edəcəyini vəd edib, aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Nərmin İsmayılova razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu ## ###### 2023-cü il tarixdə saat 02:16-da Azərbaycan Respublikasının dövlət sərhədinin Heydər Əliyev adına X7 keçirməklə Türkiyə Respublikasının Aydın əyalətinin Quşadası rayonuna aparıb, həmin rayonda yerləşən kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra Əjdər və Doğuş adlı şəxslərlə birlikdə ## ###### 2023cü il tarixdən ## ###### 2023-cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Aydın əyalətinin Quşadası rayonunda yerləşən Əjdər adlı şəxsin işlətdiyi “Çukur” adlı kafeyə gələn kişi müştəriləri ilə görüşdürüb həmin rayonun müxtəlif otellərində pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə şəxsiyyəti araşdırılan Türkiyə Respublikasının vətəndaşı Əjdər və Doğuş adlı şəxslərlə razılaşıb, cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 24B ünvanında yaşayan zərərçəkmiş şəxs4 İsrayıl qızı ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayaraq, ona Türkiyə Respublikasının Aydın əyalətinin Quşadası rayonunda işə düzəldib yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, zərərçəkmiş şəxs4 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu ## ###### 2024-cü il tarixdə saat 00:58-də Azərbaycan Respublikasının dövlət sərhədinin Heydər Əliyev adına X7 keçirməklə Türkiyə Respublikasının Aydın əyalətinin Quşadası rayonuna aparıb, həmin rayonda yerləşən kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra Əjdər və Doğuş adlı şəxslərlə birlikdə ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Aydın əyalətinin Quşadası rayonunda yerləşən Əjdər adlı şəxsin işlətdiyi “Çukur” adlı kafeyə gələn kişi müştəriləri ilə görüşdürüb həmin rayonun müxtəlif otellərində pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə tamah niyyəti ilə təkrar iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını aldatma yolu ilə cinsi istismar etmək barədə şəxsiyyəti araşdırılan Türkiyə Respublikasının vətəndaşı Əjdər və Doğuş adlı şəxs ilə razılaşıb, cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayının əvvəllərində Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yaşayan zərərçəkmiş şəxs1 ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayaraq, ona Türkiyə Respublikasının Aydın əyalətinin Quşadası rayonunda işə düzəldib yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu ## ###### 2024-cü il tarixdə saat 02:14-də Azərbaycan Respublikasının dövlət sərhədinin Heydər Əliyev adına X7 keçirməklə Türkiyə Respublikasının Aydın əyalətinin Quşadası rayonuna aparıb, həmin rayonda yerləşən kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra Əjdər və Doğuş adlı şəxslərlə birlikdə ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Aydın əyalətinin Quşadası rayonunda yerləşən Əjdər adlı şəxsin işlətdiyi “Çukur” adlı kafeyə gələn kişi müştəriləri ilə görüşdürüb həmin rayonun müxtəlif otellərində pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə tamah niyyəti ilə təkrar iki və daha çox şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını aldatma yolu ilə cinsi istismar etmək barədə şəxsiyyəti araşdırılan Türkiyə Respublikasının vətəndaşı Əjdər və Doğuş adlı şəxs ilə razılaşıb, cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayının sonlarında ünvan 4 ünvanında yaşayan zərərçəkmiş şəxs3 ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayaraq, ona Türkiyə Respublikasının Aydın əyalətinin Quşadası rayonunda işə düzəldib yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu ## ###### 2024-cü il tarixdə saat 06:20də Azərbaycan Respublikasının dövlət sərhədinin Heydər Əliyev adına X7 keçirməklə Türkiyə Respublikasının Aydın əyalətinin Quşadası rayonuna aparıb, həmin rayonda yerləşən kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra Əjdər və Doğuş adlı şəxslərlə birlikdə ## ###### 2024cü il tarixdən ## #### 2024-cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Aydın əyalətinin Quşadası rayonunda yerləşən Əjdər adlı şəxsin işlətdiyi “Çukur” adlı kafeyə gələn kişi müştəriləri ilə görüşdürüb həmin rayonun müxtəlif otellərində pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə tamah niyyəti ilə təkrar iki və daha çox şəxs barəsində insan alveri cinayətini törətmişdir. Həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünün dəyişdirilməsini barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70ci maddəsinin tətbiq olunaraq ona təyin olunacaq cəzanın şərti hesab edilməklə ona sınaq müddətinin müəyyən edilməsini vəya CM-in 62-ci maddəsinin tətbiq edilərək, müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi və xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və etirazlar: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, o tək anadır. Himayəsində iki övladı və onkoloji xəstəlikdən əziyyət çəkən anası var. Bir övladı hələ yetkinlik yaşına çatmayıb, digər övladı isə gəncdir. Övladları hal-hazırda maddi, mənəvi və fiziki durumu ağır olan anası ilə birlikdə yaşayırlar. Övladlarının hər iki valideyn himayəsindən məhrum qalaraq köməksiz, qayğısız yaşamaları onlar üçün çox ağırdır. Onlardan ayrı düşməsi, maddi və mənəvi kömək edə bilməməsi onu bir ana kimi çox narahat edir. Bundan əlavə o sağlamlıq vəziyyəti ilə əlaqəli bir sıra narahatlıqlar keçirir. Belə ki, yüksək təzyiq, bel nahiyəsindəki qrijadan və xroniki sümük ağrılarından əziyyət çəkir. İlk dəfədir ki, cinayət məsuliyyətinə cəlb edilib. Törətdiyi cinayətə görə özünü qismən təqsirli bilir, səhvini də başa düşərək peşmandır. İki zərər çəkmişlə barışıq əldə etmişdir. Ondan heç bir şikayət və tələblərinin olmadığını bildirirlər. Məhkəmədən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70 və ya 62 maddəsinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinə uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin təmin edilməsi, müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsini xahiş etmiş və öz mövqeyi ilə bağlı sübutların qiymətləndirilməsinə aid vəsatətləri məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X6 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Konstitusiyanın 129cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayətprosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası hazırkı cinayət işin materiallarını öyrənib, apellyasiya şikayətinin dəlillərini və müdafiə tərəfinin çıxışını müzakirə edib, apellyasiya şikayətinin təmin olunması barədə müdafiə tərəfin, eləcə də apellyasiya şikayətinin təmin olunmaması barədə ittiham tərəfinin çıxışını dinləyib, işə baxmış birinci instansiyası məhkəməsi tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək təyin olunmuş cəzanın sınaq müddəti ilə şərti hesab olunmasından və ya Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsindən ibarət olmuşdur. Verilmiş apellyasiya şikayətindən göründüyü kimi, törədilən cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifi mübahisələndirilməmişdir. Bununla belə müdafiəçinin apellyasiya məhkəməsində mövqeyi ondan ibaraət olmuşdur ki, məhkum edilmiş şəxsin əməllərində cinayət tərkibi olmadığınddan ona bəraət verilməlidir. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlilləri və məhkəmədə sərgilədiyi hüquqi mövqeyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Məhkəmə kollegiyası cinayət qanunun təsvir olunan normalarını rəhbər tutaraq hesab edir ki, müdafiə tərəfi məhkum edilmiş şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124, 143 və 145ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahid və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlillərinə və müdafiəçinin vəsatətlərinə münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, iş üzrə zərərçəkmiş şəxsləri tanımır. Bir gün o, aeroporta gedərkən polis işçiləri gəlib onu saxlamışlar. Bu zaman Xəyyam adlı polis əməkdaşı onun üzərinə hücum çəkmiş, ona yazılan ifadələrə qol çəkməli olduğunu bildirmişdir. O da, qorxduğu üçün Xəyyamın dediklərini etmişdir. Müdafiəçisi Musa müəllim işə qoşulduqdan sonra gecə ilə onu oradan çıxarmışdır. Üstündən üç ay keçəndən sonra pasportu polis idarəsində qaldığı üçün Xəyyama zəng edib pasportunu tələb etmişdir. Sonuncu da ona pasportu gəlib götürə biləcəyini demişdir. Bunun üçün o, polis idarəsinə getmiş, bu zaman onu saxlamışlar. Daha sonra dörd nəfəri gətirib onun üzünə durğuzmuşlar ki, guya onlardan pul almışdır. Əslində isə, o, həmin şəxslərdən pul almamış, onları ümumiyyətlə tanımamışdır. Həmin qızları o, Azərbaycanda olarkən tanımamış, onları Türkiyədə görüb tanımışdır. O, qızlarla birlikdə Türkiyədə barda işləmişdir. Verilən sualları cavablandıran təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünün ilk dəfə neçənci ildə Türkiyəyə getdiyini xatırlamadığını, tanışı Səma adlı qızın Türkiyədə olduğunu, onun da Səmaya zəng edib oraya işləmək üçün gəlmək istədiyini dediyini, həmin vaxt İstanbulda oteldə qaldığını, Quşadasına Elvina adlı qızın yanına getdiyini, Nərmini Türkiyədə tanıdığını, onunla Quşadasında oteldə tanış olduğunu, Nərminəni kiminləsə tanış etmədiyini, Xəyyam adlı şəxsin onu ilk dəfə hava limanında saxladığını, sonra Xəyyamın onu idarəyə apardığını, özünün 2023cü ildən sonra dörd dəfə Türkiyəyə gedib gəldiyini, zərərçəkmiş şəxsləri Xəyyam müəllimin yanında görmədiyini, zərərçəkmiş şəxsləri Türkiyədə tanıdığını və onların Türkiyəyə necə gəlmələri barədə məlumatı olmadığını, zərərçəkmiş şəxslərin özlərinin Türkiyəyə gedibgəldiklərini, hətta gələndə özləri ilə qız da gətirdiklərini, zərərçəkmiş şəxsləri Türkiyədə görüb tanıdığını, onlarla arasında heç bir narazılıq olmadığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2004-cü ildə Ramin adlı şəxslə ailə həyatı qurmuş, 2014-cü ildə Ramin vəfat etmişdir. Daha sonra Bakı şəhərinə gələrək anası və övladları ilə birlikdə yaşamışdır. Övladlarından qızının 14, oğlunun isə 18 yaşı var. Əvvəllər fərdi evlərdə təmizlikçi kimi işləmişdir. Sonradan maddi vəziyyəti yaxşı olmadığı üçün artıq başqa işlərlə məşğul olmağa qərar vermişdir. 2022-ci ilin avqust ayının ortalarında Türkiyə Respublikasında yaşayan Səma adlı tanışı ilə əlaqə saxlamışdır. Səmaya maddi vəziyyətinin yaxşı olmadığını və burada pul qazanmaqda çətinlik çəkdiyini bildirmişdir. Səma ona Türkiyəyə gələrək başqa işlərdə yaxşı gəlir əldə edəcəyini ona demişdir. O, bir az fikirləşmiş, sonradan Səma ilə razılaşmışdır. 2022ci ilin avqust ayının 27-də Türkiyə Respublikasının İstanbul şəhərinə Səmanın yanına getmişdir. Getmək üçün biletinin pulunu da Səma vermişdir. Bundan sonra artıq o, İstanbul şəhərində müxtəlif otellərdə Səmanın vasitəsilə tanış olduğu oradakı Ali adlı şəxsin təşkil etdiyi kişi müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olmuşdur. Bu zaman müştərilərin verdiyi pullar Aliyə getmişdir. Ali isə oradan ona həmin pulun yarısını vermişdir. Həmin Ali adlı şəxs onun qaçıb gedə biləcəyindən qorxduğu üçün pasportunu da əlindən almışdır. 3 ay müddətinə orada işlədikdən sonra Aliyə artıq getmək istədiyini bildirmişdir. Daha sonra Ali ona Bakı şəhərinə gəlmək üçün bilet almışdır. ## ###### 2022-ci il tarixdə Bakı şəhərinə gəlmişdir. Daha sonra bir müddət Bakı şəhərində fərdi evdə təmizlik işləri edərək pul qazanmışdır. Sonradan Elvina adlı tanışı ilə 2023-cü ilin aprel ayında “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayaraq maddi vəziyyətinin yaxşı olmadığını deyərək, bu barədə Elvinadan ona köməklik etməsini xahiş etmişdir. Elvina ona özünün hal-hazırda Türkiyə Respublikasının X8 qəsəbəsində olduğunu, burada müxtəlif işlərdə işləyərək yaxşı pullar qazandığını bildirmişdir. Daha sonra Elvinanın yanına gəlməyi üçün ona köməklik etməsini xahiş etmişdir. Elvina ona ancaq Əjdər adlı müdirlə danışıb belə kömək edəcəyini demişdir. Elvina ondan pasportunun şəklini istəmiş və köməklik edəcəyini demişdir. Onun Türkiyə Respublikasının X8 qəsəbəsinə gəlməyi üçün Elvina onun biletini almış və o, 2023-cü ilin may ayının 8-də Türkiyə Respublikasının X8 qəsəbəsinə getmişdir. Orada bir müddət Elvinanın təşkil etdiyi kişi müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olmuşdur. Həmin müddət ərzində görüşdüyü müştərilərdən alınan pulun 1000 tl-si Elvinaya verilmişdir. Eyni zamanda Elvinanın nəzarəti altında işləyən Bəsti və Sevil də hər müştəridən Elvinaya 1000 tl pul vermişdir. Sonradan 2023cü ilin iyul ayının 30-da övladlarını görmək üçün Bakı şəhərinə gəlmişdir. Bir müddətdən sonra yenidən artıq oranın köhnə iş yeri olduğu üçün və əlaqələrinin də hələ də qaldığı üçün 2023-cü ilin sentyabr ayının 30-da yenə də aldığı biletlə Türkiyə Respublikasının X8 qəsəbəsinə gəlmişdir. Burada işlədiyi müddətdə ona 2023-cü ilin dekabr ayının ortalarında əvvəldən Bakı şəhərindən tanıdığı Ülviyyə Nuriyeva adlı tanışı zəng edərək maddi vəziyyətinin yaxşı olmadığını bildirib, köməklik etməyini xahiş etmişdir. Eşitdiyinə görə, onun burada yaxşı pul qazandığını və əlaqələrinin geniş olduğunu bildirmişdir. O, Ülviyyəyə burada “Məkan” adlı kafeyə gələn müştərilərlə cinsi əlaqədə olaraq pul qazana biləcəyini demişdir. 2023-cü ilin dekabr ayının sonlarında o, Ülviyyədən şəxsiyyət vəsiqəsinin şəklini istəmişdir. Ülviyyə ona şəxsiyyət vəsiqəsinin şəklini atdıqdan sonra müdirü Əjdərin vasitəsilə onun yol biletini almışdır. Əjdər həmin işlədiyi məkanın müdürü olmuşdur. Doğuş da həmin məkanda olan qızlara nəzarət etmişdir. Ülviyyə Türkiyə Respublikasının İzmir şəhərinə gəlmişdir. Doğuş Ülviyyəni qarşılayaraq X8 qəsəbəsində yerləşən yaşadıqları evə gətirmiş, həmin gün yol gəldiyinə görə Ülviyyəyə istirahət etməsini bildirmişdir. Səhəri gün axşam vaxtlarında Ülviyyəni özü ilə birlikdə “Çukur” restoranına apararaq orada həmin məkana gələn müştərilərlə cinsi əlaqədə olacağını bildirmişdir. Bundan sonra Ülviyyə orada işləməyə başlamışdır. Daha sonra 2023-cü ilin dekabr ayının əvvəllərində Bakı şəhərindən tanıdığı Nərmin adlı tanışı da ona zəng edərək maddi vəziyyətinin yaxşı olmadığını, onun işlədiyi yerin yaxşı gəlir gətirdiyini, əlaqələrinin geniş olduğunu eşitdiyini bildirib kömək etməyini xahiş etmişdir. O, Nərminə burada “Məkan” adlı kafeyə gələn müştərilərlə cinsi əlaqədə olaraq pul qazana biləcəyini demişdir. Nərmin də artıq 2023-cü ilin dekabr ayının ortalarında həmin “Məkan” adlı kafedə işləməyə başlamışdır. Nərminin də yol biletini Əjdərin vasitəsilə almışdır. Nərminə də həmin qaydada Ülviyyədə olduğu kimi şərtləri izah edib kişi müştəriləri ilə görüşüb pul qazanacağını izah etmidir. Amma Nərmin 15 gün işlədikdən sonra geri qayıtmışdır. 2024-cü ilin yanvar ayının ortalarında Sevinc adlı tanışı da ona zəng edərək işlədiyi yerə gəlmək üçün kömək istəmişdir. Sevincdən şəxsiyyət vəsiqəsinin şəklini istəmişdir. Sevinc ona şəxsiyyət vəsiqəsinin şəklini atdıqdan sonra Əjdərin vasitəsilə onun yol biletini almışdır. Sevinc Türkiyə Respublikasının İzmir şəhərinə gəlmişdir. Doğuş Sevinci qarşılayaraq X8 qəsəbəsində yerləşən yaşadıqları evə aparmışdır. Həmin günü yol gəldiyinə görə Sevincə istirahət etməsini bildirmişdir. Sevinci özü ilə birlikdə “Çukur” restoranına apararaq orada Sevincin həmin məkana gələn müştərilərlə cinsi əlaqədə olacağını bildirmişdir. Bundan sonra Sevinc orada işləməyə başlamışdır. 2024-cü ilin fevral ayının ortalarında Mətanət adlı tanışı da ona zəng edərək işlədiyi yerə gəlmək üçün kömək istəmişdir. O da, yenə eyni qaydada şərtləri izah etmişdir. Mətanətin də yol biletini Əjdər almışdır. Gəldikdən sonra Mətanətə də eyni qaydada şərtləri izah etmiş və Mətanət də eyni qaydada digərləri kimi işləməyə başlamışdır. Həmin qadınlardan hər müştəriyə görə ona arada 500-1000 tl pul qalmış, həmin pulu da o, evə xərcləmiş, bazarlıqlar etmişdir. Həmin orada işləyən qadınlar da hamısı onun aldıqlarından istifadə etmişdir. Bakı şəhərindən tanıdığı Vüsalə adlı qadın onunla əlaqə saxlayaraq zərərçəkmiş şəxs4 adlı qadının da gəlmək istədiyini ona bildirmişdir. O, bu zaman Doğuşla əlaqə saxlamalarını bildirmişdir. zərərçəkmiş şəxs4 2024-cü ilin yanvar ayının əvvəllərində işlədiyi yerdə görmüşdür. Lakin həmin qadın məkana içəri daxil olduqdan sonra işi bəyənməmiş və həmin gecə xəstəlik adı ilə məkandan icazə alıb evə getmiş, oradan isə əşyalarını götürüb tanımadığı şəxsin köməkliyi ilə Bakı şəhərinə qayıtmışdır. Sonradan o da, həmin məkanda bir müddət işlədikdən sonra 2024-cü ilin mart ayının 2-də qızı xəstə olduğu üçün yenidən Bakı şəhərinə gəlmişdir. Həmin vaxtdan sonra isə artıq Bakı şəhərində olmuş, ölkə xaricinə getməmişdir. İstintaq zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, adlarını qeyd etdiyi Ülviyyə Nuriyeva, Sevinc, zərərçəkmiş şəxs4, Məryəm ləqəbli Mətanət və Nərmin adlı qadınları və eyni zamanda hər hansı bir qadını cinsi istismara məruz qoymamış, onları nəyəsə məcbur etməmişdir. Həmin qadınlar onun nömrəsini taparaq özləri onunla əlaqə saxlayıb gəlmək istədiklərini bildirmiş və bundan əlavə həmin qadınlar Türkiyəyə fahişəliklə məşğul olduqlarını bilib gəlmişlər. O, həmin qadınları aldatmamışdır. Ali, Səma, Elvina, Əjdər və Doğuş adlı şəxslərin anket məlumatlarını bilmir. O, kiminsə pasportunu almamış, həmin vaxt onların pasportları özlərində olmuş və yol biletlərini də Əjdər almışdır. O, bilet almamışdır. Orada qalıb məcbur kişilərlə cinsi əlaqədə olmalarını da kiməsə məcbur etməmişdir. Ümumiyyətlə, orada kiməsə qarşı məcburiyyət olmamışdır. Müştəri ilə görüşən qadınlar arada ona 500-1000 tl arası pul vermiş, həmin pulu da ona hörmət müqabilində vermişlər (cild 1, iş vərəqi 199-202). Birinci instansiya məhkəməsində dindirilən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 İsrayıl qızı istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, həmin ifadənin məhkəmədə verilmiş ifadə kimi qəbul olunmasını xahiş etmiş, göstərmişdir ki, 2020-ci ildən Binəqədi rayonunda yaşamış, həmin vaxt saç qaynaqçısı kimi işləmişdir. Salonda olarkən o, Aidə xanımla tanış olmuşdur. Söhbət zamanı Aidə ona yaxşı iş olduğunu bildirmiş və işləmək üçün onu Türkiyəyə çağırmışdır. O da, işləmək üçün oraya getmişdir. 2024-cü ilin yanvar ayının 4də Türkiyəyə çatmışdır. Türkiyədə olarkən ona kişi müştəriləri ilə görüşməli olduğunu bildirmiş, danışığa görə qazandığı pulun 50%-ni onu işlədən şəxslərə verməli olmuşdir. Bundan sonra o, həmin yerdə dalaşmış və oranı tərk etmişdir. Hazırda o, təqsirləndirilən şəxslə barışmamış və ona qarşı şikayətçidir. Birinci instansiya məhkəməsində elan olunmuş zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunarkən müəyyən edildi ki, həmin ifadəsində zərərçəkmiş şəxs4 göstərmişdir ki, 2020-ci ilin dekabr ayında 6-cı mikrorayonda gözəllik salonunda Aidə adlı qadınla tanış olmuşdur. Aidə həmin salonda dırnaq ustası kimi fəaliyyət göstərmiş, həmin ərəfədə onun Aidə ilə münasibəti yaranmışdır. Aidə ilə “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlamış, onların münasibətləri səmimi olmuşdur. Aidə hər dəfə onunla danışdıqda Türkiyə Respublikasında olduğunu, burada çoxlu gəlirli iş yerlərinin olduğunu və özünün də restoranda kassir olduğunu bildirmiş, ona da gələ biləcəyi halda yüksək maaşlı işlərdə çalışa biləcəyini demişdir. Həmin vaxt edilən təklifə razı olmamışdır. 2023-cü il dekabr ayının sonlarında yenidən Aidə ilə əlaqə saxlayıb dediyi təkliflə razı olduğunu bildirmişdir. Aidə ona xarici pasportunun şəkilini göndərməyini istəmiş, o da, şəklini göndərmişdir. Bir neçə saat sonra onun üçün yol bileti aldığını bildirmişdir. Aidənin aldığı yol bileti ilə 2024-cü ilin yanvar ayının 3-də Bakıdan Hava limanından birbaşa Türkiyə Respublikasının İzmir şəhərinə getmişdir. Orada onu hava limanında Doğuş adlı şəxs qarşılamışdır. Aidə xəstə olduğunu bildirərək onu qarşılamağa Doğuş adlı şəxsin gələcəyini demişdir. Sonradan Doğuş onu qarşılayaraq Aidənin olduğu Türkiyə Respublikasının X8 qəsəbəsində yerləşən yaşadığı evə aparmışdır. Həmin günü axşamı Aidə onu işləyəcəyi yer ilə tanış olmaq üçün həmin restorana aparmışdır. Burada onu yanına çağıraraq Türkiyəyə gəlməyi üçün xeyli miqdarda pul xərclədiyini, burada kassir kimi işləyib borclarını qaytara bilməyəcəyini bildirib, ona həmin restoranda kişi müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olaraq yaxşı pul qazanacağını demişdir. O, dəfələrlə Aidəyə etiraz etsə də, Aidə onu kişilərlə görüşməyə məcbur etmişdir. Həmin günü Aidə onu nəzarəti altında məcburi olaraq pul qarşılığında iki nəfər kişi ilə cinsi əlaqədə olmağa məcbur etmişdir. Həmin şəxslərdən aldığı pulları Aidə özünə götürmüşdür. O da, sənədlərini özündə saxlayaraq oradan hansısa yolla qaçmaq qərarına gəlmişdir. Aidəyə özünü yaxşı hiss etmədiyini bildirərək onu evə göndərməsini xahiş etmişdir. Aidə onunla razılaşmış və səhəri gün özü ilə birlikdə həmin restorana gətirəcəyini qeyd etmişdir. Bundan sonra onu Aidənin tanıdığı taksi ilə evə aparmışdır. ##.##.2024-cü il tarixdə orada tanımadığı türk vətəndaşının köməkliyi ilə taksidə İzmir hava limanına getmişdir. Həmin şəxsin köməkliyi ilə İstanbul şəhərinə, oradan isə təyyarə ilə Azərbaycana gəlmişdir. Aidə ona “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə hədə-qorxular gələrək onu tapacağını və yox edəcəyini deyərək şantaj etmişdir (cild 1, iş vərəqi 112-115). Birinci instansiya məhkəməsində dindirilən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, həmin ifadənin məhkəmədə verilmiş ifadə kimi qəbul olunmasını xahiş etdi. zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Bir dəfə Novxanı qəsəbəsində məclislərin birində Aynurə adlı xanımla tanış olmuş, söhbət zamanı Aynurə Türkiyədə işləyən bir xanımın olduğunu və orada vəziyyətinin yaxşı olduğunu deyərək onun yanına gedib işləməyi təklif etmişdir. O, Aidənin nömrəsini götürmüş, bir-iki ay onunla danışmışdır. Sonra maddi vəziyyətinin çətin olduğunu fikirləşib, gəlmək istədiyini bildirmiş, lakin bilet almaq üçün pulu olmadığını demişdir. Aidə ona bilet alacağını, amma gəlib burada işləyib pulu qaytarmalı olduğunu söyləmiş, o da, razılaşmışdır. Həmin vaxt pasportunda problem olduğu üçün gedə bilməmiş, ikinci dəfə isə bileti özüm alaraq Türkiyəyə getmişdir. Aidə ona aeroportda Doğuş adlı kok oğlanın qarşılayacağını demiş, həqiqətən də Doğuş onu qarşılayıb Quşadasına aparmışdır. O, 2024cü ilin yanvar ayında Türkiyəyə getmiş, təxminən 5-6 ay orada işləmiş, sonra Azərbaycana qayıtmışdır. Türkiyədə olanda onlar bir mənzildə qalmış, Ülviyyə də orada qalmışdır. Orada olan qızların hamısı da fahişəliklə məşğul olmuşdur. Kişilərlə görüşəndən sonra 5000-6000 TL pul qazananda həmin pulun 1000- 2000 TL-ni Aidə xanıma vermişlər. Hazırda onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Birinci instansiya məhkəməsində dindirilən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, həmin ifadənin məhkəmədə verilmiş ifadə kimi qəbul olunmasını xahiş etdi. Zərərçəkmiş şəxsin sözlərinə görə, o, Aidə ilə Ülviyyə adlı qadının vasitəsi ilə tanış olmuş, onunla telefonda görüntülü danışmışlar. Türkiyəyə 2024- cü ilin yanvar ayında getmiş, fevral ayının 4-də isə oradan Bakıya qayıtmışdır. Orada onu Doğuş qarşılamış və Aidənin kirayədə qaldığı Əzizin evinə aparmışdır. Oraya çatanda Aidə vəsiqəsini əlindən alaraq özündə saxlamışdır. Getdiyi gündən başlayaraq Aidə onu müştərilərlə görüşdürmüş, hər gün 3-4 müştəri ilə görüşmüşdür. Müştərilərdən aldığı pulu Aidə ilə yarıya bölmüşlər. Orada olanda pulla bağlı Aidə ilə mübahisələri olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ona qarşı şikayətçidir. Birinci instansiya məhkəməsində dindirilən zərərçəkmiş şəxs İsmayılova Nərmin Mahmud qızı istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, həmin ifadənin məhkəmədə verilmiş ifadə kimi qəbul olunmasını xahiş etdi. Zərərçəkmiş şəxsin sözlərinə görə, o, bir neçə il əvvəl Vüsalə adlı rəfiqəsinin vasitəsi ilə Aidə adlı xanımı tanımışdır. Maddi vəziyyəti pis olduğu üçün Türkiyəyə getmək qərarına gəlmiş, Aidə ona Türkiyəyə yola salacağına söz vermişdir. O da, həmin ölkəyə getmiş, orada 15 gün qalmış, daha sonra Azərbaycana qayıtmışdır. Əvvəlcədən ona restoranda iş söz verilmiş, restoranda içki satışı ilə məşğul olacağı bildirilmişdir. Yalnız Türkiyəyə gedəndən sonra fahişəliklə məşğul olmaq üçün çağırıldığı ona məlum olmuşdur. Türkiyəyə gedərkən bilet almağa pulu olmadığı üçün Aidə onun biletini almış və ona borclu qalmışdır. Hazırda o, təqsirləndirilən şəxslə barışmamış və ona qarşı şikayətçidir, qanuni şəkildə şəxsin cəzalandırılmasını xahiş edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid4 istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, ## ### 2024-cü il tarixdə zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs3 Baş idarəyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən Türkiyə Respublikasının X8 qəsəbəsinə aparıldıqlarını, həmin şəhərdə cinsi istismara məruz qaldıqlarını göstərmişlər. Rəhbərlik tərəfindən həmin məsələlərin araşdırılması ona həvalə olunmuşdur. Bununla bağlı, o, zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs3 izahatlarını almışdır. Araşdırma nəticəsində Təqsirləndirilən şəxs adlı qadının şəxsiyyəti və yaşadığı ünvan müəyyən edilmiş, sonuncu dəvət edilərək izahatı alınmışdır. Daha sonra zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs3 iştirakı ilə adları çəkilən şəxslərin və Təqsirləndirilən şəxs sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək materiala əlavə edilmiş və toplanmış materiallar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinə göndərilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərdi ki, o, Bakı şəhərində kirayədə qaldığı zaman Şəfa adlı qadınla tanış olmuş, onunla birlikdə vaxt keçirmişlərr. 2022-ci ilin qış aylarında isə Ayşə və Ülviyyə adlı qızlarla, həmin şəxslər də onun vasitəsi ilə 2023-cü ilin sentyabr ayında Şəfa ilə tanış olmuşlar. Bir-birinin maddi vəziyyətləri aşağı olduğu üçün ortaq iş axtarmışlar. Bir gün Ülviyyə də onların evinə gəlmiş, maddi sıxıntıları olduğu üçün Şəfa onlara Türkiyəyəg edib orada işləməyə təklif etmişdir. Şəfa Doğuş adlı tanışı ilə danışdığını və onlara köməklik edə biləcəklərini bildirmişdir. Şəfadan orada nə işlə məşğul olacaqlarını soruşduqda, onlara İzmir şəhərində “Çukur” restoranına gələn müştərilərlə içki içərək pul qazana biləcəklərini demişdir. Bundan sonra Şəfa Doğuşla əlaqə saxlamış, onu və Ülviyyəni Türkiyəyə gətirəcəyini demişdir. Şəfa onların şəxsiyyət vəsiqələrinin şəklini “Whatsapp”la Doğuşa göndərmiş, sonuncu onların yol biletlərini almışdır. 2023-cü ilin axırlarında Şəfa onları İzmir şəhərinə aparmışdır. Orada Doğuş onları qarşılayaraq Quşadadası qəsəbəsinə Əjdər adlı şəxsin evinə aparmışdır. Səhəri gün Şəfa ona və Ülviyyəyə “Çukur” restoranında müştərilərlə pul qarşılığında cinsi əlaqədə olacaqlarını, buna görə yaxşı pul qazanacaqlarını bildirmişdir. Onlar maddi vəziyyətləri çətin olduğuna görə Şəfanın dedikləri ilə razılaşıb işləməyə başlamışlar. Təxminən hər gün 2-3 müştəri ilə cinsi əlaqədə olmuşdur. Həmin vaxt restoranda onlara nəzarəti Doğuş etmişdir. Şəfa Ülviyyəni və onu Doğuşun vasitəsilə Türkiyəyə getdikləri üçün “Çukur” restoranında Azərbaycandan olan Aidə adlı qadının nəzarətinə verməmişdir. Aidə Azərbaycandan özü oraya gətirdiyi qadınları nəzarəti altında cinsi istismar etmiş və hər müştəriyə görə onlardan 1000 tl pul almışdır. Aidənin cinsi istismara məruz qoyduğu qadınlardan o, Sevinc, Mətanət, Nərmin, Ülviyyə və digər Ülviyyə adında qadınları tanımışdır. Birinci instansiya məhkəməsində şahid X3 və şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələr elan və tədqiq olunarkən, onların şahid şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdiyi müəyyən olunmuşdur. (cild 2, iş vərəqi 76-79, 80-83). Bundan başqa, birinci instansiya məhkəməsi iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham tərəfinin təqdim etdiyi sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq etmişdir. Belə ki, cinayət işində olan ## ###### 2025-ci il tarixli baxış protokoluna əsasən, ibtidai istintaq zamanı Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış keçirilmiş, zərərçəkmiş şəxs1 AA******* nömrəli şəxsiyyət vəsiqəsindən istifadə edərək ##.##.2024-cü il tarixdə Bakı X7 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, ##.##.2024-cü il tarixdə Bakı X7 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, ##.##.2024-cü il tarixdə Bakı X7 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, ##.##.2024-cü il tarixdə Bakı X7 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması müəyyən edilmişdir. Bundan əlavə, zərərçəkmiş şəxs3 AA******* nömrəli şəxsiyyət vəsiqəsindən istifadə edərək ##.##.2024-cü il tarixdə Bakı X7 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, ##.##.2024-cü il tarixdə Bakı X7 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması müəyyən edilmişdir. Bundan əlavə, zərərçəkmiş şəxs4 İsrayıl qızının C ******** nömrəli ümumvətəndaş pasportundan istifadə edərək ##.##.2024-cü il tarixdə Bakı X7 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, ##.##.2024-cü il tarixdə Bakı X7 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması müəyyən edilmişdir. Bundan əlavə, İsmayılova Nərmin Mahmud qızının P ******* nömrəli ümumvətəndaş pasportundan istifadə edərək ##.##.2012-ci il tarixdə Bakı X7 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, ##.##.2021-ci il tarixdə Bakı X7 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, ##.##.2012-ci il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, ##.##.2012-ci il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, ##.##.2013-cü il tarixdə Bakı X7 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, ##.##.2013-cü il tarixdə Bakı X7 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, ##.##.2013-cü il tarixdə Bakı X7 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, ##.##.2013-cü il tarixdə Bakı X7 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, ##.##.2013-cü il tarixdə Bakı X7 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, ##.##.2013-cü il tarixdə Bakı X7 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, ##.##.2018-ci il tarixdə Bakı X7 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, ##.##.2018-ci il tarixdə Bakı X7 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, ##.##.2018-ci il tarixdə Bakı X7 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, ##.##.2018-ci il tarixdə Bakı X7 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, C ******** nömrəli ümumvətəndaş pasportundan istifadə edərək ##.##.2023-cü il tarixdə Bakı X7 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, ##.##.2023-cü il tarixdə Bakı X7 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması müəyyən edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs “C 01618517” nömrəli ümumvətəndaş pasportundan istifadə edərək ##.##.2018-ci il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, ##.##.2018-ci il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, ##.##.2018-ci il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, ##.##.2018-ci il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, ##.##.2022-ci il tarixdə Bakı X7 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, ##.##.2022-ci il tarixdə Bakı X7 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, ##.##.2023-cü il tarixdə Bakı X7 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, ##.##.2023-cü il tarixdə Bakı X7 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, ##.##.2023-cü il tarixdə Bakı X7 çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, ##.##.2024-cü il tarixdə Bakı X7 keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması müəyyən edilmişdir (cild 2, iş vərəqi 57-58). Beləliklə birinci instansiya məhkəməsinin apardığı məhkəmə istintaqı ilə tam təsdiq olunmuşdur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə şəxsiyyəti araşdırılan Türkiyə Respublikasının vətəndaşları ilə razılaşıb, cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, dörd nəfər zərərçəkmiş şəxsi kişi müştəriləri ilə görüşdürüb pul ödənişləri müqabilində cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə tamah niyyəti ilə təkrarən insan alveri cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı özü təqsirli bilirək işin halları üzrə etirafedici ifadələr versə də, birinci instansiya məhkəməsində, məhkəmə istintaqı zamanı özünü təqsirli bilməmiş və öz müdafiəsi üçün dəlillər gətirməyə çalışmış, lakin onun gətirdiyi hallar məhkəməyə inandrıcı gəlməməklə yanaşı, işin hallarınada uyğun olmamışdır. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi məhkum edilmiş şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək təyin olunmuş cəzanın sınaq müddəti ilə şərti hesab olunması və ya həmin məcəllənin 62-ci maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs qadın olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə almışdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-.1.2.4-1 və 144-1.2.5-ci maddəsinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda, işə baxan birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən hallar kimi qadın olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, cinayətin tamah məqsədi ilə törədilməsini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq, təqsirli bilindiyi CM-in 144-1.2.1, 144-1.2.2, 144- 1.2.4-1 və 144-1.2.5-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, yəni həmin maddənin sanksiyası daxilində ən aşağı həddə və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayət hüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Eyni zamanda, məhkəmə kollegiyası məhkum edilmiş şəxs X2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən “məhkum edilmiş şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə şərti cəza təyin edilməsi” dəlilinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CMnin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əməlin məqsədi və motivi, cinayəti törətməkdə rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna halların olmaması, cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halların müəyyən edilməməsi, bununla da təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın şərti hesab olunması üçün konkret əsasların mövcud olmaması səbəbindən, Cinayət Məcəlləsinin 70-ci maddəsinin və 62-ci maddəsinin tətbiqi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə ədalətli cəza təyin edildiyindən, apellyasiya şikayətində qeyd olunan dəlillər ona təyin edilmiş cəzaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə şərti cəzanın təyin edilməsi və ya 62-ci maddəsinin tətbiq edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. “Mirzəyev və Partnyorlar” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 20 (iyirmi) saat üçün cəmi 220 (iki yüz iyirmi) manat pul dövlət büdcəsindən tutularaq “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apelyyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar