Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-636/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Emin Zöhrab oğlunun sədrliyi və məruzəsilə, X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X11 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, müdafiəçilər – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 və Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1, bəraət almış şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim F.A.Məmmədov, hakimlər M.N.Kərimova və L.S.Əsgərova-Məmmədovadan ibarət tərkibdə) ## #### 2026-cı il tarixli hökmü ilə, ##.##.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 3, ev 26 ünvanda yaşamış, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə görə bəraət verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ilkin araşdırmasını aparan zaman Azərbaycan Repsublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş, Bakı şəhər Nəsimi RPI-nin 20-ci PŞ-nin baş təhqiqatçısı R X8 barəsində ## #### 2026-cı il tarixli xüsusi qərar çıxarılmışdır. Işin halları: Istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2.245 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, ## #### 2024-cü il tarixdə Nəsimi rayon polis Idarəsinin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 13:15-də Bakı şəhəri, Nəsimi rayonu, 3cü Alatava küçəsi ** saylı ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi * saylı ünvanda yerləşən Nəsimi rayon polis Idarəsinin 20-ci polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 01 bükümdə külli miqdarda 2.245 qram çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Hökmdən, dövlət ittihamçısı apellyasiya protesti verərək, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün, məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, məhkəmənin hökmündə əks etdirilmiş nəticənin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməməsi, məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutların nəzərə alınmaması, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsaslarına görə ləğv edilməsini və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməklə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya protesti əsaslandırılarkən, iş üzrə şahid qismində dindirilmiş Nəsimi RPI-nin 20-ci PŞ-nin baş əməliyyat müvəkkili, R şahid3, Nəsimi RPI-nin 20-ci PŞ-nin baş əməliyyat müvəkkili şahid2 və "xxxx” MMC-dən mütəxəssis qismində dəvət olunmuş Mütəxəssis ifadələrinə, habelə "Şəxsi axtarış və götürmə aparılması haqqında” ## #### 2024-cü il tarixli protokola, məhkəmə kimyəvi ekspertizasının ##.##.2024-cü il tarixli *-**-**/*-*/**** saylı və məhkəmə ambulator məcburi narkoloji-tibbi ekspertizasının ##.##.2024-cü il tarixli **** saylı rəylərinə, eləcə də Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Əməliyyat və Statistik Informasiya Idarəsinin tələbnaməsinə istinad olunmuşdur. Habelə, protestdə qeyd olunmuşdur ki, məhkəmənin bəraət hökmündə, Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı istinad etdiyi bütün məlumatlar mötəbərliyinə və mümkünlüyünə görə əhəmiyyətsizdir. Həmçinin, Təqsirləndirilən şəxs bank kart hesabından digər şəxslərin bank kart hesabına edilmiş pul köçürmələri ilə bağlı qeyd olunmuşdur: “...Təqsirləndirilən şəxs tutulduğu ## #### 2024-cü il, saat 13:15-dən həm əvvəl, yəni 13:04-də, həm də sonra yəni 15:00-da eyni şəxsə, yəni şahid1 pul köçürməsi ilə bağlı xüsusi vurğulanmalıdır ki, pul köçürmələri şəxs tutulmadan öncə baş vermişdir. Təqsirləndirilən şəxs həmin məsələ ilə bağlı məhkəmə istintaqında verilən suallara cavab olaraq bildirmişdir ki, mobil telefonunda bankın və “M10” pul köçürmə xidmətinin mobil tətbiqi vardır, əməliyyatları oradan idarə etmişdir. Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş "şəxsi axtarış və götürmə” istintaq hərəkəti saat 15:45-də yekunlaşmış və mobil telefon həmin anadək onun öz sərəncamında olmuşdur. Lakin məhkəmə yenə də, qeyd olunan xüsusatları nəzərə almamış, birtərəfli qənaətlə həmin halı təqsirləndirilən şəxsin xeyrinə şərh edərək əsassız yerə "şəxsi axtarış və götürmə” istintaq hərəkətinin nəticələrini mümkünsüz sübut hesab etmişdir. Əhəmiyyətli məsələ ondan ibarətdir ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs bank hesablarından pul köçürülməsi şübhəsi öz təsdiqini tapsa belə, təhqiqat orqanının əməkdaşlarının bu cür pozuntusu ilə "şəxsi axtarış və götürmə” istintaq hərəkətinin nəticələrinin mümkünsüz hesab olunması arasında məntiqi əlaqə qurmaq mümkün deyil...”. Müdafiəçi müdafiəçi2 tərəfindən apellyasiya protestinə etiraz verilmişdir. Məhkəmə iclasında, dövlət ittihamçısı dövlət ittihamçısı1, apellyasiya protestinin dəlillərini səsləndirərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında, müdafiəçi müdafiəçi2, apellyasiya protestinə etiraz verildiyini və protestin dəlillərinin işin faktiki hallarına uyğun olmadığını, birinci instansiya məhkəməsi tərəfindən cinayət işi üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıldığını qeyd edərək, apellyasiya protestinin təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında, müdafiəçi müdafiəçi1, apellyasiya protestinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçilərinin çıxışı ilə razı olduğunu bildirərək, apellyasiya protestinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası, verilmiş apellyasiya protestini cinayət işinin materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəfin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya protesti təmin edilməməli və iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli bəraət hökmü dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq, hökmün qanuniliyini və əsaslılığını apellyasiya protestinin hüdudları daxilində yoxlayaraq aşağıdakı xüsusatları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin, Təqsirləndirilən şəxs barəsində çıxardığı bəraət hökmünü mübahisəsi ilə bağlı apellyasiya protestində bir sıra dəlillərə istinad edilmişdir. Bu halları nəzərə alan, məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsində mühüm əhəmiyyətə malik olan sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi prosesində birinci instansiya məhkəməsi tərəfindən tətbiq olmuş hüquq normalarının qanuniliyini və əsaslılığını tədqiq edilmiş iş materialları əsasında yoxlamağı zəruri hesab edir. Ittiham tərəfin mövqeyini nəzərə alan, məhkəmə kollegiyası, apellyasiya protestinin dəlillərindən dolayı, istintaq orqanı tərəfindən iş üzrə toplanmış icraat materiallarını və məhkəmə araşdırması zamanı əldə olunmuş sübutu əhəmiyyətə malik məlumatları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirsizliyinin mübahisəsi ilə bağlı irəli sürülən dəlillər, maddi və prosessual hüquq normaları ilə müəyyən edilmiş qaydada toplanmış sübutlara münasibətdə əsassızdır və hökm qanunvericiliyin aşağıda qeyd olunan müddəaları baxımından qanuni və əsaslı olmaqla, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə tədqiq olunmuş sübutlara və onların məcmusuna uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X10 təməl prinsiplərindəndir. Qanunun tələbinə və Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, həqiqət prinsipinin adresatı kimi birinci və apellyasiya instansiyası məhkəmələri çıxış edir və işin faktiki hallarını müəyyən edir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Məhkəmə kollegiyası, bəraət hökmünün mübahisəsi ilə bağlı protestin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs inkriminə olunmuş cinayət əməlinin törədilməsində onun təqsirliliyinə dair sübutlara cinayət-prosessual qanunvericiliyin müddəaları (sübutlar və sübutetmə) baxımından düzgün hüquqi qiymət vermiş, eyni zamanda, iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara – bəraət almış şəxsin və şahidlərin ifadələrinə, həmçinin məhkəmə araşdırması zamanı əlavə olaraq toplanmış sübut əhəmiyyətli sənədlərə, qanunvericiliyin tələbləri nöqteyi-nəzəri baxımından yanaşması qanuni və əsaslı olmuşdur. Belə ki, cinayət işi üzrə aparılmış ibtidai istintaq və məhkəmə araşdırmasının nəticələrinə əsasən, iş üzrə Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı məsələ tərəflər arasında ciddi mübahisə mövzusu olmaqla, ittiham tərəfin Təqsirləndirilən şəxs təqsirliyi ilə bağlı təqdim etdiyi sübutlar, məhkəmə araşdırması zamanı müdafiə tərəfin dəlilləri əsasında toplanmış mötəbər sübutların məcmusu ilə müqayisədə təkzib olunmuşdur. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs təqsirsizliyinin mübahisəsi ilə bağlı ittiham tərəfin apellyasiya protestinin dəlillərinə münasibətdə uzun müzakirələrin aparılmasına lüzum görmür və bu xüsusda qeyd edir ki, müdafiə tərəfin çəkişmə prinsipindən çıxış edərək, araşdırılmasını tələb etdiyi hallara dair əldə olunmuş sübut xarakterli məlumatlarda, işin həqiqi halları ilə bir araya sığmayan və ittihamla qəti surətdə uzlaşmayan ciddi qüsur və nöqsanlar müəyyən edilmişdir ki, onların da əsasında apellyasiya protestinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı toplanmış sübutlar məcmu halda mötəbərliyi və mümkünlüyü üzrə təhlil olunarkən, istintaq hərəkətinin keçirilməsi ilə bağlı tərtib olunmuş ## #### 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, mübahisənin ədalətli həlli və tərəflərin hüquq bərabərliyi çərçivəsində xüsusi diqqət çəkməklə, mühüm əhəmiyyət kəsb etmişdir. Həmin protokolla, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış, ##.##.2024-cü il tarixdə, saat 14:55-də başlamış və saat 15:45-də qurtarmışdır. Protokolun 2ci vərəqəsinin 3-cü abzasında qeyd olunmuşdur: “...Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının cibində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. Vətəndaş Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən 01 ədəd içərisində 14 ədəd siqaret olan “Winchester” markalı qutunu, 01 ədəd “Redmi” markalı mobil telefon və şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoydu...”. Protokolun 3-cü vərəqəsinin 2-ci abzasında isə belə qeyd olunmuşdur: “...Bundan sonra Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon zərfə qoyularaq zərfin ağzı Nəsimi Rayon Polis Idarəsinin 20-ci Polis şöbəsinin zərflər üçün nəzərdə tutulmuş “188” nömrəli möhürü ilə möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalandı...” (cild 1, i.v.50-52). Protokoldan göründüyü kimi, ##.##.2024-cü il tarixdə, saat 14:55-15:45 radələri arası keçirilmiş istintaq hərəkəti ilə əlaqədar, Təqsirləndirilən şəxs, istintaq orqanının tam nəzarəti altında olmaqla, istifadəsində olmuş “Redmi” markalı mobil telefon ondan götürülərək xüsusi qaydada qablaşdırılmışdır. Belə olan təqdirdə, müəyyən olunmuş hal, protestin: “...Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş "şəxsi axtarış və götürmə” istintaq hərəkəti saat 15:45-də yekunlaşmış və mobil telefon həmin anadək onun öz sərəncamında olmuşdur...”, iddiası ilə bağlı mülahizəni alt-üst edir. Habelə, protestin digər dəlilləri, iş materialları və məhkəmə hökmü ilə müqayisədə, işin faktiki halları ilə bağlı məlumatlara uyğun olmadığı üçün əsaslı hesab edilə bilməz. Belə ki, yuxarıda qeyd olunan hal bir daha göstərir ki, ##.##.2024-cü il tarixdə, saat 14:55- 15:45 radələri arası keçirilmiş istintaq hərəkətinin davam etdiyi saatda, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon götürülərək qablaşdırıldığı və istintaq hərəkətinin davam etdiyi bir vaxtda, saat 15:00-da, sonuncuya məxsus 4098 58********** nömrəli bank kartından, “m10” mobil tətbiqi vasitəsi ilə, şahid1 məxsus 541124********** nömrəli bank kartına 50 manat vəsaitin məxaric olunması, həmin əməliyyatın Təqsirləndirilən şəxs tərəfindən deyil, digər şəxs tərəfindən icra olunduğuna dəlalət edir. Eyni zamanda, bu halın müəyyən olunmasından belə qənaətə gəlmək olur ki, ## #### 2024-cü il tarixdə saat 13:03-də, Təqsirləndirilən şəxs məxsus 4098 58********** nömrəli bank kartından şahid1 məxsus 541124********** nömrəli bank kartına 234 manat vəsaitin, həmin gün saat 13:04-də Təqsirləndirilən şəxs məxsus “m10” hesabından şahid1 məxsus 541124********** nömrəli bank kartına 121 manat vəsaitin məxaric olunması, həmin gün “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin davam etdiyi vaxtda, saat 15:00da, Təqsirləndirilən şəxs məxsus 4098 58********** nömrəli bank kartından “m10” mobil tətbiqi vasitəsi ilə, şahid1 məxsus 541124********** nömrəli bank kartına 50 manat vəsaiti məxaric etmiş eyni şəxs tərəfindən icra olunmuşdur. Belə ki, istintaq orqanı tərəfindən keşirimiş ## #### 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin saat 14:55-15:45 radələri arası davam etdiyi bir vaxtda, Təqsirləndirilən şəxs istintaq orqanının tam nəzarəti altında olması və ona məxsus “Redmi” markalı mobil telefonun götürülərək qablaşdırılması səbəbindən, istintaq hərəkətinin keçirildiyi vaxt daxilində, yəni saat 15:00-da, onun 4098 58********** nömrəli bank kartından, “m10” mobil tətbiqi vasitəsi ilə, şahid1 məxsus 541124********** nömrəli bank kartına 50 manat vəsaiti məxaric etməsi faktı qəti surətdə təkzib olunduğu üçün, Təqsirləndirilən şəxs ## #### 2024-cü il tarixdə saat 13:03-də, özünə məxsus 4098 58********** nömrəli bank kartından, şahid1 məxsus 541124********** nömrəli bank kartına 234 manat vəsaiti və həmin gün saat 13:04-də “m10” hesabından şahid1 məxsus 541124********** nömrəli bank kartına 121 manat vəsaiti məxaric etməsinin inandırıcı və ağlabatan hesab olunmasını da rədd edir. Bu da onu göstərir ki, istintaq orqanı tərəfindən keçirimiş ## #### 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin saat 14:55-15:45 radələri arası davam etdiyi bir vaxtda, Təqsirləndirilən şəxs istintaq orqanının tam nəzarəti altında olması və ona məxsus “Redmi” markalı mobil telefonun götürülərək qablaşdırılması səbəbindən, istintaq hərəkətinin keşirildiyi vaxt daxilində, yəni saat 15:00-da, ona məxsus 4098 58********** nömrəli bank kartından, “m10” mobil tətbiqi vasitəsi ilə, şahid1 məxsus 541124********** nömrəli bank kartına 50 manat vəsaitin məxaric olunmasını icra etmiş naməlum şəxsin, eyni zamanda ## #### 2024-cü il tarixdə saat 13:03-də, Təqsirləndirilən şəxs məxsus 4098 58********** nömrəli bank kartından, şahid1 məxsus 541124********** nömrəli bank kartına 234 manat vəsaiti və həmin gün saat 13:04-də “m10” hesabından şahid1 məxsus 541124********** nömrəli bank kartına 121 manat vəsaiti məxaric etmiş naməlum şəxslə eyni bir şəxs olduğuna dəlalət edir. Birinci instansiya məhkəməsinin ## #### 2025-ci il tarixli iclas protokolundan görünür ki, Təqsirləndirilən şəxs, “xxxx” ASC tərəfindən ##.##.2024-##.##.2024-cü il dövr üçün 40******** nömrəli kart üzrə aparılmış əməliyyatdan verilmiş çıxarış tədqiq olunmuşdur. Həmin çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs bank kartı hesabından ##.##.2024-cü il tarixdə saat 13:03:07də 234 manat və saat 15:00:04-də 50 manat məbləğində vəsait, şahid1 bank kartı hesabına məxaric edilmişdir (cild 2, i.v.130-131). Bu hal da, Təqsirləndirilən şəxs, tutulma saatının düzgün müəyyən edilməsi məqsədilə, bank kartına dair çıxarışı əldə edərək, məhkəməyə təqdim etməsi ilə bağlı ifadəsinin bir daha həqiqəti əks etdirdiyini göstərir. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli iclas protokolundan görünür ki, ## #### 2024-cü il tarixdə saat 13:03-də, Təqsirləndirilən şəxs məxsus 4098 58********** nömrəli bank kartından 234 manat, həmin gün saat 13:04-də “m10” hesabından 121 manat və həmin gün saat 15:00:04-də 50 manat vəsaitin məxaric olunduğu 541124********** nömrəli bank kartının sahibi şahid1, məhkəmədə şahid qismində dindirilmiş və iş üzrə ifadə vermişdir. Məhkəmə kollegiyası, şahid qismində dindirilmiş şahid1 ifadəsində qeyd etdiyi məlumatları, yuxarıda qeyd olunan xüsusatlardan dolayı, Təqsirləndirilən şəxs təqsirsiziliyi ilə bağlı, müəyyən olunmuş işin faktiki hallarına uyğun hesab edir. Belə ki, yuxarıda qeyd olunan, yəni Təqsirləndirilən şəxs məxsus 4098 58********** nömrəli bank kartından, müxtəlif məbləğlərdə vəsaitin onun tərəfindən deyil, digər naməlum şəxs tərəfindən şahid1 məxsus 541124********** nömrəli bank kartına məxaric edilməsi faktları, onların əvvəllər tanış olmadıqlarının bir daha əyani sübutudur. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, istintaq orqanı tərəfindən keçirimiş ## #### 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin saat 14:55-15:45 radələri arası davam etdiyi bir vaxtda, Təqsirləndirilən şəxs istintaq orqanının tam nəzarəti altında olduğu və ona məxsus “Redmi” markalı mobil telefon götürülərək qablaşdırıldığı halda, istintaq hərəkətinin keçirildiyi vaxt daxilində, yəni saat 15:00-da, Təqsirləndirilən şəxs məxsus 4098 58********** nömrəli bank kartından, “m10” mobil tətbiqi vasitəsi ilə, şahid1 məxsus 541124********** nömrəli bank kartına 50 manat vəsaitin məxaric olunmasının kim tərəfindən icra olunmasının əsaslı şübhə doğurmasına baxmayaraq, əsl həqiqətin müəyyən edilməsi məqsədilə, həmin fakt istintaq orqanı tərəfindən lazımınca araşdırılmamışdır. Belə ki, ibtidai istintaq orqanı, cinayət işinin hərtərəfli, tam və obyektiv aradırılmasını təmin etməli olduğu halda, istintaq orqanı tərəfindən keçirimiş ## #### 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin saat 14:55-15:45 radələri arası davam etdiyi bir vaxtda, Təqsirləndirilən şəxs istintaq orqanının tam nəzarəti altında olduğu və ona məxsus “Redmi” markalı mobil telefon götürülərək qablaşdırıldığı halda, istintaq hərəkətinin keçirildiyi vaxt daxilində, yəni saat 15:00-da, Təqsirləndirilən şəxs məxsus 4098 58********** nömrəli bank kartından, “m10” mobil tətbiqi vasitəsi ilə, şahid1 məxsus 541124********** nömrəli bank kartına 50 manat vəsaitin məxaric olunmasının kim tərəfindən icra olunmasını müyyən etməmişdir. Istintaq orqanı tərəfindən, həmin şəxsin kim olması müəyyən edilmədiyinə görə, halhazırda da həmin şəxsin kim olması məhkəməyə məlum deyil. Bəraət almış şəxs, Təqsirləndirilən şəxs, ## #### 2024-cü il tarixdə saat 13:03-də, 4098 58********** nömrəli bank kartından 234 manat, həmin gün saat 13:04-də “m10” mobil tətbiqi vasitəsi ilə 121 manat və həmin gün saat 15:00:04-də 50 manat vəsaitin “m10” mobil tətbiqi vasitəsi ilə, şahid1 məxsus 541124********** nömrəli bank kartına köçürülməsi faktları, “xxxx” KB-dan və “xxxx” MMC-dən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, istintaq orqanı tərəfindən keçirimiş ## #### 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin saat 14:55-15:45 radələri arası davam etdiyi bir vaxtda, Təqsirləndirilən şəxs istintaq orqanının tam nəzarəti altında olması və ona məxsus “Redmi” markalı mobil telefonun götürülərək qablaşdırılması səbəbindən, istintaq hərəkətinin keçirildiyi vaxt daxilində, yəni saat 15:00-da, Təqsirləndirilən şəxs məxsus 4098 58********** nömrəli bank kartından, “m10” mobil tətbiqi vasitəsi ilə, şahid1 məxsus 541124********** nömrəli bank kartına 50 manat vəsaitin məxaric olunmasını icra etmiş naməlum şəxsin müəyyən edilməsinin mümkün olmaması, Təqsirləndirilən şəxs sözügedən cinayət işi üzrə təqsirsizliyi ilə bağlı bütün şübhələri və ehtimalları yox edir. Məhkəmə kollegiyası, habelə qeyd edir ki, istintaq orqanı tərəfindən keçirimiş ## #### 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin mötəbərliyinə dair daha bir əsaslı şübhə ondan ibarətdir ki, həmin istintaq hərəkətinin saat 14:55-15:45 radələri arası davam etdiyi qeyd olunduğu halda, həmin hərəkətin keçirilməsinə dair birinci videogörüntünün 15 dəqiqə 04 saniyə, ikinci videogörüntünün isə 02 dəqiqə 19 saniyə davam etdiyi müəyyən edilmişdir. Eyni zamanda, işdə olan ## #### 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilmiş və ittiham elan olunmuş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında müstəntiq tərəfindən verilmiş vəsatətin müdafiə olunmasından, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən imtina edilmiş və həmi tarixdə Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 100-102). Belə olan halda, Təqsirləndirilən şəxs, məhkəmə araşdırması zamanı, “polis əməkdaşları tərəfindən ##.##.2024-cü il tarixdə saat 13:15-dən, daha əvvəl tutulması, polis şöbəsində olan zaman polis əməkdaşlarının onun mobil telefonunda olan bank proqramı vasitəsi hesabında olan pul vəsaitlərini şahid1 adlı şəxsin hesabına köçürməsi, saxlanılaraq polis şöbəsinə aparılan zaman üzərində narkotik vasitənin olmaması, polis şöbəsində üzərinə narkotik vasitənin qoyulması haqqında verdiyi məlumatlar, işin müəyyən olunmuş yuxarıda qeyd olunan halları ilə üst-üstə düşdüyü üçün, ibtidai istintaq zamanı verdiyi ifadələri ilə müqayisədə daha ağlabatan və daha inandırıcıdır. Həmçinin, “Bakcell” və “xxxx” MMC-dən mobil telefon nömrələrinə dair əldə olunmuş anten məlumatları ilə, Təqsirləndirilən şəxs, polis əməkdaşları tərəfindən ##.##.2024-cü il tarixdə saat 13:15-dən, daha əvvəl saatda tutulmasına əsaslar müəyyən edilmişdir. Habelə, məhkəmə iclasında şahid qismində dindirilmiş “xxxx” MMC-nin əmkdaşı (mütəxəssis) Mütəxəssis vermiş olduğu ifadənin təhlili göstəriri ki, Təqsirləndirilən şəxs, polis əməkdaşları tərəfindən ##.##.2024-cü il tarixdə saat 13:15-dən, daha əvvəl saatda tutulması faktı inkar olunmur. Qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsinin, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində keçirimiş istintaq hərəkətinə dair, ## #### 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun və həmin hərəkətin keçirilməsini əks etdirən diskin sübutlar siyahısından çıxarılması haqqında gəldiyi nəticə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 134.5-ci maddəsinə əsasən, istintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. Birinci instansiya məhkəməsinin, Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı tədqiq etdiyi, habelə mötəbərliyi və mümkünlüyü üzrə məcmu halda qiymətləndirdiyi və istinad etdiyi bütün sübutlar, qanuni və əsaslı olmaqla, işin müəyyən olunmuş həqiqi hallarına uyğundur. Məhkəmə kollegiyası, yuxarıda qeyd olunan halları nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanı tərəfindən toplanmış ittiham xarakterli sübutları məcmu halda qiymətləndirərək, ## #### 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin hüquqi nəticəsi baxımından əhəmiyyətsiz hesab edərək qəbul etmir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, birinci instansiyası məhkəməsində iş üzrə toplanmış sübutların müqayisəli şəkildə təhlili və tədqiqi ilə bağlı aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verilməsi haqqında birinc instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə tam əsaslıdır. Məhkəmə kollegiyası belə qənaətə gələrkən, cinayət-prosessual qanunvericiliyin müddəalarını, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarının hüquqi izahlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq hüquq normalarını, habelə Insan Hüquqları və əsas azadlıqları haqqında Konvensiyanın müddəalarını da nəzərə alır. Məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv təhlil edilməsinə əsaslanaraq bir daha qeyd edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1.1-ci maddəsi ilə verilmiş ittiham məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, onun təqsirsizliyi iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş işə aid, biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusu ilə tam şəkildə təsdiq edilmişdir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 409-cu maddəsinin şərh edilməsinə dair” ## #### 2002-ci il tarixli qərarında çəkişmə prinsipi ilə əlaqədar qeyd edilmişdir ki, qanunverici tərəfindən cinayət mühakimə icraatının çəkişmə prinsipinə müvafiq olaraq həyata keçirilməsinin müəyyənləşdirilməsi, tərəflərin müəyyən hədlərdə prosessual müstəqilliyinin təmin olunmasına, onların prosessual mövqe və məqsədlərinin konkretləşdirilməsinə, həmçinin prosessual funksiyaların tarazlaşdırılmasına yönəlmişdir. Ittiham və müdafiə tərəflərinin çəkişməsi cinayət mühakimə icraatının bütün mərhələlərini əhatə edir və məhkəmə tərəfindən qanuni, əsaslı və ədalətli hökm çıxarılmasına şərait yaradır. Məhkəmə kollegiyası, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1.-1-ci maddəsi ilə elan olunmuş ittihamı, Azərbaycan Respublikası CPM-nin 8.0.2, 8.0.5, 9.1.2, 9.1.3, 10.1, 10.5, 11.1, 12.1, 12.3. 21.1, 21.2, 21.3, 28.1, 28.2-ci maddələrinin tələbləri baxımından əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir cinayət işi üzrə müəyyən edilməli olan halların araşdırılmasında obyektiv mövqedən çıxış etməkdə təkcə ittihamı sübut edən sübutların toplanması deyil, həmçinin ittihamı təkzib edən məlumatların toplanması vacib və zəruridir. Ibtidai araşdırma orqanı tərəfindən yalnız ittihamedici sübutların toplanması, bəraətverici sübutların toplanmasına səylər göstərilməməsi cinayət işinin birtərəfli, natamam, ittiham istiqamətində aparılmasına və qanunçuluğun, hüquq qaydasının, eləcə də insan hüquq və azadlıqlarının pozulmasına səbəb olması nəticəsinə gəlinməsinə əsas verir. Bununla yanaşı, əldə edilmiş sübutlar təqsirləndirilən şəxsin məhkum olunması ehtimalına bəraət ehtimalından qüvvətli təsir göstərə bilmirsə həmin sübutlara yetərli şübhə kimi yanaşılmalı, konkret ziddiyyət təşkil etməyən məlumatlara, sənədlərə və əşyalara söykənməyən təxminlər, fərziyyələr, ehtimallar sübutun həqiqiliyi kimi qəbul edilməməlidir. Avropa Insan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi Isveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının hüquqi tövsiyyəsinə görə, ittiham hökmü mülahizələrə əsaslana bilməz. Ittiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli qərarında qeyd edilir ki, CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-nin təqsirsizlik prezumpsiyasından bəhs edən 21-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 25 və 28-ci maddələrinin tələblərinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmçinin hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyil, cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Göstərilənləri və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verən, məhkəmə kollegiyası şəxsin cinayət törətməkdə təqsirli olmasına dair ittihamın mülahizələrə əsaslanmasını nəzərə alıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunan və şəxs barəsində qəbul edilmiş hökmün əsasını təşkil edən sübutların göstərilməsinə dair qanunun göstəriş və tələblərini rəhbər tutaraq, ünvan 3 ünvanda Qəzənfər Musabəyov parkının içərisində yerləşən “Şato” adı ilə restoran kimi fəaliyyət göstərən birmərtəbəli qeyri-yaşayış binasında # ###### 2024-cü il tarixdə saat 22 radələrində baş vermiş məlum hadisə nəticəsində, X5 Azərbaycan Respublikası CM-in 225.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin sübuta yetirilmədiyini qeyd edir və nəzərə alır. Odur ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə sübut qismində təqdim edilmiş sənədlərdə müəyyən olunmuş bəraətverici əsasların, işin həqiqi hallarına münasibətdə ittihamın əsası kimi qəbul edilməsi yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin qeyd olunur ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» ## #### 2004-cü il tarixli ***-IIQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının izahına əsasən «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Avropa Insan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə ## ###### 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə ## ####### 1982-ci il tarixli qərar; X2rşı iş üzrə ## ####### 1984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli qərarındakı hüquqi mövqeyinə görə, cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (CPM-in 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Hakimlər cinayət məhkəmə icraatında qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri – təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan xüsusatları, habelə Milli və Beynəlxalq hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin bəraət hökmünün ləğv edilməsinə əsas ola biləcək hallar iş üzrə mövcud deyil və bu xüsusda apellyasiya protestinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsində maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə bağlı hallara yol verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, apellyasiya protesti təmin edilməməli və birinci instansiya məhkəməsinin bəraət hökmü qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA A L D İ: Apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verilməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası CPM-nin 408-412-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-636/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-636/2026
24.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver