Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-637/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi De Fendo vəkil bürosunun vəkili müdafiəçi2 oğlunun iştirakları ilə, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Hakim Ismayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər X6 və X4 ibarət tərkibdə) ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə, ## #### 1972-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunda doğulmuş (FIN: *******), Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz ünvanında yaşayan, ## ###### 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cəza təyin edilməmiş, təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi; ##.##.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş (FIN: *******), Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Binəqədi qəsəbə bələdiyyəsinin Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin sahə nəzarətçisi vəzifəsində işləyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs1 barəsində şərti məhkum etmə tətbiq edilmiş və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab olunmuş, sınaq müddəti ərzində hökmün icrasını həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməməsi, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, təqsirləndirilən şəxs1 barəsində hökmün icrasına nəzarət qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə edilməsi, təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsi və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə, həmçinin, maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs2 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə hazırkı işdən barəsində ayrıca icraata cinayət işi ayrılmış şəxslə və Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin vergi şöbəsinin sahə nəzarətçisi vəzifəsində işləyən təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Böyükşor qəsəbəsində «Baksol» adlanan yerdə 6,9 ha torpaq sahəsinə çıxarışın alınmasına köməklik göstərilməsi üçün sonuncunun 2021-ci ilin sentyabr ayında qabaqcadan əlbir olduğu təqsirləndirilən şəxs1 vasitəsilə özlərinə müraciəti ilə əlaqədar özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək, özünün Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında «xxxx» X7 işlədiyini və həmin qurumda yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərlə münasibətlərinin olmasını, həmin şəxslərin vasitəsilə Zərərçəkmiş şəxs məxsus torpaq sahəsi üzrə çıxarışın verilməsini təmin etmək imkanına malik olduqlarını yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar sonuncunun xeyrinə edəcəyi hərəkətə, yəni qeyd edilən torpaq sahəsinə çıxarışın alınmasına köməklik göstərilməsi üçün zəruri tədbirləri görməsinə görə maddi nemət olan 390.000 (üç yüz doxsan min) manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin sentyabr ayında sonuncunun ünvan 1 ünvanında yerləşən ofisindəki görüşləri zamanı aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs razılığını almaqla həmin niyyətlə torpağa dair ilkin təsdiqedici sənədləri hazırlamaq adı ilə Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən ofisində ##.##.2021-ci il tarixdə 20.000 manat, ##.##.2021-ci il tarixdə 30.000 manat, ##.##.2021-ci il tarixdə 100.000 manat məbləğində pul vəsaitini şəxsən, ##.##.2021-ci il tarixdə isə 25.000 manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olduğu təqsirləndirilən şəxs1 vasitəsilə cəmi 175.000 (yüz yetmiş beş min) manat pul vəsaitini alaraq, aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə verdikləri vədə inandırmaq və özlərinə olan inamı möhkəmləndirmək məqsədilə Zərərçəkmiş şəxs tanışı X2 adından istifadəsində olan torpaq sahəsinin sənədləşdirilməsinə kömək göstərilməsi ilə bağlı Bakı şəhəri, Binəqədi Rayon Icra Hakimiyyətinə müraciət ünvanlanmasına nail olub, həmin qurum üzrə ## ###### 2021-ci il tarixli 04/13-11-11 /v-031 -*** saylı məktubla mövcud sənədlərlə aidiyyəti üzrə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmasının məqsədəmüvafiq hesab edilməsinə dair cavab əldə etdikdən sonra qeyd edilən ərəfədə Bakı şəhəri ərazisində müəyyən edilməyən tarixdə və yerdə təqsirləndirilən şəxs1 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, istifadələrində olan kompüterdə rəsmi sənəd hesab edilən Bakı Şəhər Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş Idarəsinin rəis əvəzi Akif Abdullayevin adından Binəqədi Rayon Icra Hakimiyyətinin başçısının adına məktub tərtib edib, məzmununa guya “Sizin ##.##.2013-cü il tarixli M-** saylı razılıq məktubunuzu nəzərə alaraq vətəndaş X2 rayonu, Böyükşor gölünün yanında küçəsində qeyriyaşayış obyektinin tikintisinə dair təqdim edilmiş memarlıq-planlaşdırmanın eskiz həlli (“xxxx” MMC-nin işi, memar A.Əliyev) müstəsna hal olaraq razılaşdırılmışdır. Tikinti aparılmasına dair sənədləşdirmə mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq qaydada aparılmalıdır” bilə-bilə yalan məlumatları qabaqcadan əlbir olan bir qrup şəxs halında daxil edib, qabaqcadan əlbir olan bir qrup şəxs halında skan vasitəsilə “Azərbaycan Respublikası Bakı şəhəri Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi. Ümumi şöbə” yazısı olan dairəvi möhürünü və rəis əvəzi Akif Abdullayevin imzasını həmin sənədə köçürüb çap qurğusu vasitəsi ilə həmin sənədi çap edərək diyircəkli qələmlə ##.##.2013-cü il tarix və **/**-*/*** saylı nömrə yazıb, Bakı Şəhər Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş Idarəsinin adından ##.##.2013-cü il tarixli **/**- */*** saylı məktubu, rəsmi sənəd hesab edilən Bakı şəhəri, Binəqədi Rayon Icra başçısının vətəndaş M.V.Vəliyevanın icarəsində olan torpaq sahəsində inşa olunmuş qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə rəsmiləşdirilməsi barədə sərəncamını tərtib edib, məzmununa bilə-bilə yalan guya Bakı şəhəri, Binəqədi rayonu, Böyükşor qəsəbəsində «Baksol» adlanan yerdə yerləşən ümumi sahəsi 69.575 m2 ölçüdə olan torpaq sahəsi istehsalat binasının tikintisi üçün əlavə edilmiş cizgi əsasında M.V.Vəliyevanın icarəsinə verilməsi, aparılmış tikinti işlərinin layihəsi “xxxx” MMC tərəfindən işlənməsi, sərəncamın icra üçün digər qurumlara göndərilməsi barədə bilə-bilə yalan məlumatları qabaqcadan əlbir olan bir qrup şəxs halında daxil edib, qabaqcadan əlbir olan bir qrup şəxs halında skan vasitəsi ilə “Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti Başçısı” yazısı olan dairəvi möhürü həmin sənədin üzərinə köçürməklə həmin sənədi çap edərək diyircəkli qələmlə sərəncama ## #### 2013-cü il tarix və *** saylı nömrə yazıb “əsli ilə düzdür: sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Tural Əliyev” adının qarşısında olan imzanı qəsdən fərqli formada imzalayıb, Milli Arxiv Idarəsində mövcud olmayan Bakı şəhəri, Binəqədi Rayon Icra başçısının adından ## #### 2013-cü il tarixli *** saylı sərəncamı, rəsmi sənəd hesab edilən Bakı Şəhər Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş Idarəsinin rəisi Elbay Qasımzadənin adından Binəqədi Rayon Icra Hakimiyyətinin başçısının adına məktubu tərtib edib, məzmununa guya “X2 istifadəsində olan 69575 m2 torpaq sahəsində qeyriyaşayış binasının tikintisinə dair Memarlıq və Şəhərsalma Baş Idarəsi ərazinin ayrıc aktını sizə göndərməklə bu məsələni Binəqədi Rayon Icra Hakimiyyətində müvafiq qaydada sənədləşdirilməsinə etiraz etmir.” bilə-bilə yalan məlumatları qabaqcadan əlbir olan bir qrup şəxs halında daxil edib, qabaqcadan əlbir olan bir qrup şəxs halında skan vasitəsilə “Azərbaycan Respublikası Bakı şəhəri Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi. Ümumi şöbə” yazısı olan dairəvi möhürünü həmin sənədə köçürüb çap qurğusu vasitəsi ilə həmin sənədi çap edərək və diyircəkli qələmlə baş idarənin rəisi Elbay Qasımzadənin imzasını qəsdən fərqli formada icra edərək, 17.04.98-ci il tarix və 18/03- */**** saylı nömrə yazıb, Bakı Şəhər Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş Idarəsinin adından ##.##.1998-ci il tarix və **/**-*/**** saylı məktubu tərtib edib təqsirləndirilən şəxs1 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlayıb, 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən ofisində sonuncuya təqdim etdikdən sonra cinayətkar niyyətlərini davam etdirib qeyd edilən torpaq sahəsinə icarə müqaviləsinin və ayrıc aktının alınması məqsədi ilə Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən ofisində həmin niyyətlə ##.##.2022-ci il tarixdə 35.000 manat, ##.##.2022-ci il tarixdə 23.000 manat, ##.##.2022-ci il tarixdə 7.000 manat, ##.##.2022-ci il tarixdə 25.000 manat və ##.##.2023-cü il tarixdə 25.000 manat olmaqla, cəmi 115.000 (yüz on beş min) manat pul vəsaitini şəxsən alıb aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə verdikləri vədə inandırmaq və özlərinə olan inamı möhkəmləndirmək məqsədilə qeyd edilən ərəfədə Bakı şəhəri ərazisində müəyyən edilməyən tarixdə və yerdə təqsirləndirilən şəxs1 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, istifadələrində olan kompüterdə rəsmi sənəd hesab edilən Bakı şəhəri, Binəqədi rayonu, Böyükşor qəsəbəsində «Baksol» adlanan yerdə yerləşən torpaq sahəsinin guya Zərərçəkmiş şəxs tanışı X8 məxsus olması barədə 9 vərəqdən ibarət, “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi” tərəfindən verilməsi görüntüsü yaradan “X21 Pasportu”nu qabaqcadan əlbir olan bir qrup şəxs halında tərtib edib, skan vasitəsilə “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi” yazısı olan dairəvi möhürünü həmin sənədin hər səhifəsində müvafiq olaraq imza olan yerlərinə köçürüb çap qurğusu vasitəsi ilə həmin sənədi çap edərək diyircəkli qələmlə məzmununa guya ««Vəziyyəti» sözünün qarşısına ## ###### 2001, «Ünvan» sözünün qarşısına Binəqədi şosesinin sağ tərəfi, Böyükşor gölünün yaxınlığı, «Sahibkar» sözünün qarşısına X8, «Əsas» sözünün qarşısına Binəqədi rayon DVM-nin ## ###### 1997-ci il tarixli ******** saylı şəhadətnaməsi və fiziki şəxsin ## ###### 2000-ci il tarixli ərizəsi, «Tikildiyi il» sözünün qarşısına rəqəmlə 1995, «Layihə üzrə» sözünün qarşısına “A”, «Baş Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı Idarəsinin rəisi» sözünün qarşısına “R.Məmmədov”” sözlərini, eləcə də digər vərəqlərdə olan torpaq və tikinti planı məlumatları, sonuncu vərəqə “tikintinin əsaslı təmirə ehtiyacı var, mühəndis Y.Ə.Səfərliyev» sözlərini və «baş mühəndis» sözünün qarşısına T.M.Quliyev, «TIŞ-in rəisi» sözünün qarşısına İ.İ.Qurbanov, «tərtib etdi» sözünün qarşısına Y.Ə.Səfərliyev, «yoxladı» sözünün qarşısına V.Ə.Hüseynov sözlərini və ## ###### 2001-ci il tarixi qeyd edib, bilə-bilə yalan məlumatları qabaqcadan əlbir olan bir qrup şəxs halı nda daxil edərək, adları göst ərilən şəxslərin adları nı n qaşı sı nda olan imzaları qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən fərqli formada imzalamaqla “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi”nin “X21 Pasportu”nu tərtib edib təqsirləndirilən şəxs1 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlayıb, 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən ofisində sonuncuya təqdim etdikdən sonra Zərərçəkmiş şəxs məxsus qeyd edilən torpaq sahəsinə hazırladıqları sənədlər əsasında çıxarışın alınması üçün həmin niyyətlə ##.##.2023-cü il tarixdə 50.000 manat və ##.##.2023-cü il tarixdə 50.000 manat olmaqla cəmi 100.000 (yüz min) manat pul vəsaitini notarial qaydada kredit müqavilələri bağlamaqla qabaqcadan əlbir olduğu qeyrisi ilə alıb aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 390.000 (üç yüz doxsan min) manat məbləğində pul vəsaitini təqsirləndirilən şəxs1 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirib Zərərçəkmiş şəxs qarşı vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, təqsirləndirilən şəxs1 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq vahid niyyətlə saxtalaşdırmaqla hazırlamışdır. təqsirləndirilən şəxs1 Binəqədi qəsəbə bələdiyyəsi üzrə ## #### 2020-ci il tarixli **/k nömrəli əmrlə Binəqədi qəsəbə bələdiyyəsinin bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin sahə nəzarətçisi vəzifəsinə təyin edilib həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı təqsirləndirilən şəxs2 və hazırkı işdən barəsində ayrıca icraata cinayət işi ayrılmış şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonunda Böyükşor qəsəbəsində Baksol adlanan yerdə 6.9 ha torpaq sahəsinə çıxarışın alınmasına köməklik göstərilməsi üçün sonuncunun 2021-ci ilin sentyabr ayında özünə müraciəti ilə əlaqədar özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib, formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında “xxxx” PHŞ-də işlədiyini və həmin qurumda yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərlə münasibətlərinin olmasını, həmin şəxslərin vasitəsilə Zərərçəkmiş şəxs məxsus torpaq sahəsi üzrə çıxarışın verilməsini təmin etmək imkanlarına malik olduqlarını yalandan bildirib, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar sonuncunun xeyrinə edəcəyi hərəkətə, yəni qeyd edilən torpaq sahəsinə çıxarışın alınmasına köməklik göstərilməsi üçün zəruri tədbirləri görməsinə görə maddi nemət olan 390.000 (üç yüz doxsan min) manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin sentyabr ayında sonuncunun ünvan 1 ünvanında yerləşən ofisindəki görüşləri zamanı aldatmaqla bildirərək, Zərərçəkmiş şəxs razılığını almaqla həmin niyyəltə torpağa dair ilkin təsdiqedici sənədləri hazırlamaq adı ilə Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən ofisində ##.##.2021-ci il tarixdə 20.000 manat, ##.##.2021-ci il tarixdə 30.000 manat, ##.##.2021-ci il tarixdə 100.000 manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olduğu təqsirləndirilən şəxs2 vasitəsilə, ##.##.2021-ci il tarixdə isə 25.000 manat məbləğində pul vəsaitini şəxsən, cəmi 175.000 (yüz yetmiş beş min) manat pul vəsaitini alıb aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə verdikləri vədə inandırmaq və özlərinə olan inamı möhkəmləndirmək məqsədilə Zərərçəkmiş şəxs tanışı X3 adından istifadəsində olan torpaq sahəsinin sənədləşdirilməsinə kömək göstərilməsi ilə bağlı Bakı şəhəri, Binəqədi Rayon Icra Hakimiyyətinə müraciət ünvanlanmasına nail olub, həmin qurum üzrə ## ###### 2021-ci il tarixli **/**-**-**/v-***-*** saylı məktubla mövcud sənədlərlə aidiyyəti üzrə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmasının məqsədəmüvafiq hesab edilməsinə dair cavab əldə etdikdən sonra qeyd edilən ərəfədə Bakı şəhəri ərazisində müəyyən edilməyən tarixdə və yerdə təqsirləndirilən şəxs2 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, istifadələrində olan kompüterdə rəsmi sənəd hesab edilən Bakı Şəhər Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş Idarəsinin rəis əvəzi Akif Abdullayevin adından Binəqədi Rayon Icra Hakimiyyətinin başçısının adına məktub tərtib edib, məzmununa guya “Sizin ##.##.2013-cü il tarixli M-** saylı razılıq məktubunuzu nəzərə alaraq vətəndaş X2 rayonu Böyükşor gölünün yanında küçəsində qeyri-yaşayış obyektinin tikintisinə dair təqdim edilmiş memarlıqplanlaşdırmanın eskiz həlli (“xxxx” MMC-nin işi, memar A.Əliyev) müstəsna hal olaraq razılaşdırılmışdır. Tikinti aparılmasına dair sənədləşdirmə mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq qaydada aparılmalıdır” bilə-bilə yalan məlumatları qabaqcadan əlbir olan bir qrup şəxs halında daxil edib, qabaqcadan əlbir olan bir qrup şəxs halında skan vasitəsilə “Azərbaycan Respublikası Bakı şəhəri Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi. Ümumi şöbə” yazısı olan dairəvi möhürünü və rəis əvəzi Akif Abdullayevin imzasını həmin sənədə köçürüb çap qurğusu vasitəsi ilə həmin sənədi çap edərək diyircəkli qələmlə ##.##.2013-cü il tarix və 18/03- */*** saylı nömrə yazıb, Bakı Şəhər Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş Idarəsinin adından ##.##.2013-cü il tarixli **/**-*/*** saylı məktubu, rəsmi sənəd hesab edilən Bakı şəhəri Binəqədi Rayon Icra başçısının vətəndaş M.V.Vəliyevanın icarəsində olan torpaq sahəsində inşa olunmuş qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə rəsmiləşdirilməsi barədə sərəncamını tərtib edib, məzmununa bilə-bilə yalan - guya Bakı şəhəri, Binəqədi rayonunda Böyükşor qəsəbəsində Baksol adlanan yerdə yerləşən ümumi sahəsi 69.575 m2 ölçüdə olan torpaq sahəsi istehsalat binasının tikintisi üçün əlavə edilmiş cizgi əsasında M.V.Vəliyevanın icarəsinə verilməsi, aparılmış tikinti işlərinin layihəsi "xxxx” MMC tərəfindən işlənməsi, sərəncamın icra üçün digər qrumlara göndərilməsi barədə bilə-bilə yalan məlumatları qabaqcadan əlbir olan bir qrup şəxs halında daxil edib, qabaqcadan əlbir olan bir qrup şəxs halında skan vasitəsi ilə “Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti Başçısı” yazısı olan dairəvi möhürü həmin sənədin üzərinə köçürməklə həmin sənədi çap edərək diyircəkli qələmlə sərəncama ## #### 2013-cü il tarix və *** saylı nömrə yazıb “əsli ilə düzdür: sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Tural Əliyev” adının qarşısında olan imzanı qəsdən fərqli formada imzalayıb, Milli Arxiv Idarəsində mövcud olmayan Bakı şəhəri, Binəqədi Rayon Icra başçısının adından ## #### 2013-cü il tarixli *** saylı sərəncamı, rəsmi sənəd hesab edilən Bakı Şəhər Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş Idarəsinin rəisi Elbay Qasımzadənin adından Binəqədi Rayon Icra Hakimiyyətinin başçısının adına məktubu tərtib edib məzmununa guya “X3 istifadəsində olan 69575 m2 torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinə dair Memarlıq və Şəhərsalma Baş Idarəsi ərazinin ayrıc aktını sizə göndərməklə bu məsələni Binəqədi Rayon Icra Hakimiyyətində müvafiq qaydada sənədləşdirilməsinə etiraz etmir.” biləbilə yalan məlumatları qabaqcadan əlbir olan bir qrup şəxs halında daxil edib, qabaqcadan əlbir olan bir qrup şəxs halında skan vasitəsilə “Azərbaycan Respublikası Bakı şəhəri Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi. Ümumi şöbə” yazısı olan dairəvi möhürünü həmin sənədə köçürüb çap qurğusu vasitəsi ilə həmin sənədi çap edərək və diyircəkli qələmlə baş idarənin rəisi Elbay Qasımzadənin imzasını qəsdən fərqli formada icra edərək, 17.04.98-ci il tarix və **/**-*/**** saylı nömrə yazıb, Bakı Şəhər Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş Idarəsinin adından ##.##.1998-ci il tarix və **/**-*/**** saylı məktubu tərtib edib təqsirləndirilən şəxs2 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlayıb, 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən ofisində sonuncuya təqdim etdikdən sonra cinayətkar niyyətlərini davam etdirib qeyd edilən torpaq sahəsinə icarə müqaviləsinin və ayrıc aktının alınması məqsədi ilə Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən ofisində həmin niyyətlə ##.##.2022-ci il tarixdə 35.000 manat, ##.##.2022-ci il tarixdə 23.000 manat, ##.##.2022- ci il tarixdə 7.000 manat, ##.##.2022ci il tarixdə 25.000 manat və ##.##.2023-cü il tarixdə 25.000 manat olmaqla, cəmi 115.000 (yüz on beş min) manat pul vəsaitini qabaqcadan əlbir olduğu təqsirləndirilən şəxs2 vasitəsilə alıb aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə verdikləri vədə inandırmaq və özlərinə olan inamı möhkəmləndirmək məqsədilə qeyd edilən ərəfədə Bakı şəhəri ərazisində müəyyən edilməyən tarixdə və yerdə təqsirləndirilən şəxs2 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, istifadələrində olan kompüterdə rəsmi sənəd hesab edilən, Bakı şəhəri, Binəqədi rayonunda Böyükşor qəsəbəsində Baksol adlanan yerdə yerləşən torpaq sahəsinin guya Zərərçəkmiş şəxs tanışı X8 məxsus olması barədə 9 vərəqdən ibarət, “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi” tərəfindən verilməsi görüntüsü yaradan “QeyriX10 Pasportu”nu qabaqcadan əlbir olan bir qrup şəxs halında tərtib edib, skan vasitəsilə “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi” yazısı olan dairəvi möhürünü həmin sənədin hər səhifəsində müvafiq olaraq imza olan yerlərinə köçürüb çap qurğusu vasitəsi ilə həmin sənədi çap edərək diyircəkli qələmlə məzmununa guya «Vəziyyəti sözünün qarşısına ## ###### 2001, Ünvan sözünün qarşısına Binəqədi şosesinin sağ tərəfi, Böyükşor gölünün yaxınlığı, Sahibkar sözünün qarşısına X8, Əsas sözünün qarşısına Binəqədi rayon DVM-nin ## ###### 1997-ci il tarixli ******** saylı şəhadətnaməsi və fiziki şəxsin ## ###### 2000-ci il tarixli ərizəsi”, Tikildiyi il sözünün qarşısına rəqəmlə 1995, Layihə üzrə sözünün qarşısına “A”, Baş Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı Idarəsinin rəisi sözünün qarşısına “R.Məmmədov”” sözlərini, eləcə də digər vərəqlərdə olan torpaq və tikinti planı məlumatları, sonuncu vərəqə “tikintinin əsaslı təmirə ehtiyacı var, mühəndis Y.Ə.Səfərliyev sözlərini və baş mühəndis sözünün qarşısına T.M.Quliyev, TIŞ-in rəisi sözünün qarşısına İ.İ.Qurbanov, tərtib etdi sözünün qarşısına Y.Ə.Səfərliyev, yoxladı sözünün qarşısına V.Ə.Hüseynov sözlərini və ## ###### 2001-ci il tarixi qeyd edib bilə-bilə yalan məlumatları qabaqcadan əlbir olan bir qrup şəxs halında daxil edib, adları göstərilən şəxslərin adlarının qarşısında olan imzaları qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən fərqli formada imzalamaqla “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı ldarəsi”nin “X21 Pasportu”nu tərtib edib təqsirləndirilən şəxs2 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlayıb, 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən ofisində sonuncuya təqdim etdikdən sonra Zərərçəkmiş şəxs məxsus qeyd edilən torpaq sahəsinə hazırladıqları sənədlər əsasında çıxarışın alınması üçün həmin niyyətlə ##.##.2023-cü il tarixdə 50.000 manat və ##.##.2023cü il tarixdə 50.000 manat olmaqla cəmi 100.000 (yüz min) manat pul vəsaitini notarial qaydada kredit müqavilələri bağlamaqla qabaqcadan əlbir olduğu qeyrisi vasitəsi ilə alıb aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 390.000 (üç yüz doxsan min) manat məbləğində pul vəsaitini təqsirləndirilən şəxs2 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirib ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, təqsirləndirilən şəxs2 və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq vahid niyyətlə saxtalaşdırmaqla hazırlamışdır. Birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs1 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasına dair norma xaric edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apelyasiya protestinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, CM-in 70.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-in 70.5-ci maddəsinə əısasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Hökmdən göründüyü kimi, məhkəmə şərti məhkum etmə tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları bir yerdə təhlil etmədən, ayrı-ayrı yüngülləşdirilən halları nəzərə almaqla nəticəyə gəlmişdir. Belə ki, CM-in 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi, CM-in 61.1.13-cü maddəsinə əsasən cinayətin qulluq mövqeyinə və ya müqaviləyə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməsi ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. CM-in 34.8-ci maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər Cinayət Məcəlləsi ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Göstərilən hər iki halın təqsirləndirilən şəxs1 barəsində mövcud olmasına baxmayaraq məhkəmə nəticəyə gələrkən bu ağırlaşdırılan hallara diqqət yetirməmiş, cinayət qanunu normasını düzgün tətbiq etməməklə göstərilənləri qiymətləndirməmişdir. Eyni zamanda məhkəmə nəticəyə gələrkən təqsirləndirilən şəxs1 ittiham olunduğu cinayət əməllərini törətməkdə özünü təqsirli bilməməsinə münasibət bildirməmişdir. Halbuki CM-in 70.1 -ci maddəsində birbaşa göstərilmişdir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ağır cinayət törətmiş şəxsin törətdiyi əməli etiraf etmədən, səmimi peşman olmasını bildirmədən onun cəzasının sınaq müddəti müəyyən edilməklə şərti tətbiq olunması əsaslı hesab edilə bilməz, cinayət qanunun bu normasının təqbiqi məhkumun islah olunmasına xidmət etməyəcəyini qabaqcadan bəlli edir. Azərbaycan Respublikiası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında ## #### 2003-cü il tarixli qəraının 25-ci bəndində isə göstərilmişdir ki, şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə qərar qəbul edərkən bu tələbə məhəl qoymamaqda haqlı olmamışdır. Hökmdən məhkumlar, onların müdafiəçiləri, zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X5 protestin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs1 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasına dair norma xaric edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi müdafiəçi2 oğlu apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, həmçinin apellyasiya protestinin təmin edilməməsi haqqında təqsirləndirilən şəxsin və müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya protestindən göründüyü kimi, dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi deyil, yalnız birinci instansiya məhkəməsi tərəfindən həmin şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi mübahisələndirilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkum təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli zərərçəkmiş şəxs və şahid ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanuni üsullarla toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıran birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gələrək, onun əməlini Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə düzgün tövsif etmişdir. təqsirləndirilən şəxs1 təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, CMin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli, **** nömrəli Sərancamının 10.3-cü bəndində də törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi əsaslarının müəyyən olunması əsas meyar kimi götürülməlidir. Kollegiya qeyd edir ki, hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58-ci maddələrinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, cəzanı yüngülləşdirən, şəxsiyyətini səciyyələndirən halları, təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq qismən ödənilməsini, həmçinin himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını yüngülləşdirən hallar kimi nəzərə almış, onun əməlində cəzanı ağırlaşdıran halların olmamasını əsas götürərək, təqsirləndirilən şəxs1 həm təqsirli bilindiyi cinayətlərin ağırlığına, həm də şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya protestində birinci instansiya məhkəməsi tərəfindən məhkuma Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqi mübahisələndirilsə də, dövlət ittihamçısı tərəfindən verilmiş protest kifayət qədər əsaslandırılmamışdır. Belə ki, adı çəkilən apellyasiya protesti törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və təqsirkarın şəxsiyyətinin nəzərə alınmaması kimi formal xarakterli ifadələrə əsaslanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Iş materiallarından olan ##.##.2025-ci il tarixli ərizəyə əsasən, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş maddi ziyandan 8.000 manat pul vəsaiti təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfindən ödənilmişdir (cild 2, iş vərəqi 150). Cinayət işinə əlavə edilmiş ##.##.2025-ci il tarixli ərizədən görünür ki, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş maddi ziyandan daha 26.000 manat, ümumilikdə 34.000 manat pul vəsaiti təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfindən ödənilmişdir. Cinayət işinə əlavə edilmiş ##.##.2026-cı il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş maddi ziyandan məhkəmə baxışı zamanı daha 11.000 manat, ümumilikdə 45.000 manat pul vəsaiti təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfindən ödənilmiş, bununla da zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi qalmamışdır. Azərbaycan Respublikası DIN Baş Əməliyyat və Statistik Informasiya idarəsinin ##.##.2024-cü il tarixli tələbnamələrindən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 məhkumluqları barədə məlumat yoxdur (cild 1, 158- 159). Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya protestinin dəlil və əsaslarını qarşılıqlı şəkildə təhlil və tədqiq edərək qeyd edir ki, hazırki iş üzrə məhkum təqsirləndirilən şəxs1 cəza çəkmədən islah olunmasını mümkünsüz edən hallar müəyyən olunmamışdır. Əksinə təqsirləndirilən şəxs1 real olaraq cəzasını cəzaçəkmə müəssisəsində cəkməsi sonuncunun ailəsindən və cəmiyyətdən məhrum edilməsinə gətirib çıxaracaq və gələcəkdə cəmiyyət üçün yararlı bir şəxs ola bilməsi ehtimallarının azalması ilə nəticələnəcək. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, şəxsiyyətinin digər xüsusiyyətləri və s. halları nəzərə alınmış və sonuncunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi ilə cəzanın məqsədlərinə nail oluna biləcəyi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və onu qanuni və əsaslı hesab edir, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsinə isə əsaslar görmür. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, məhkum təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddi, eləcə də ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, həmçinin təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinə uyğun hesab olunmaqla, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərdən X1 hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya protesti təmin edilməsin. təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on ) saat üçün cəmi 110 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-637/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-637/2026
11.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver