Məhkəmə qərarları › İş №1(3-6)-639/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-639/2026

06.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-639/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X5 və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun, Tərcüməçi - X2 Əhmədoviçin, Müdafiəçi – “A.İ.M” Vəkil Bürosunun vəkili müdafiəçi1, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 iştirakları ilə, ##.##.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, A.İmanquliyeva küçəsi, döngə 2, ev 2 ünvanında qeydiyyatda olan və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 133.2.3 və 234.1-1-ci maddələri ilə təqsirli bilinmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fərid Namazov (sədrlik edən), Əhməd Quliyev və Telman Hüseynov) ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 133.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 133.2.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının ##.##.2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmlə həmçinin təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 133.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası CM-nin 126 və 127ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmədi olaraq döyməklə və sair zorakı hərəkətlərləgüclü fiziki ağrıvə ya psixi istirablar verib əzabvermiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, təqsirləndirilən şəxs2 Gəncə şəhər Məhkəməsinin ## ###### 2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum edilməsinə və Bakı şəhəri Nizami rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən qəsdən təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla araşdırılan “Elnur” adlı şəxslə birlikdə əzab vermə cinayətinin törədilməsi barədə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar razılaşmaya əsasən 2024-cü ilin may ayının əvvəllərində “Tik-tok” sosial şəbəkəsində İbrahimov Elşən Əli oğlu ilə “Elnur” adlı şəxs arasında yaranmış mübahisə zəminində qeyd olunan mübahisənin həll olunması üçün təqsirləndirilən şəxs2 tanışları “Elnur” adlı şəxs və təqsirləndirilən şəxs1lə birlikdə sonuncunun idarə etdiyi “Kia Sorento” markalı avtomobillə Elşən İbrahimovun yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində yerləşən evin qarşısına gəlib Elşən İbrahimovu mübahisənin həll olunması üçün yaxınlıqda yerləşən çay evlərinin birinə getmək məqsədilə avtomobilə dəvət edib sonuncunun öz iradəsi ilə avtomobilə minməsinə nail olduqdan sonra avtomobillə Bakı şəhəri Xətai rayonu ərazisində hərəkətdə olduqları zaman həmin gecə saat 02:30 radələrində Elşən İbrahimovun yanında arxa oturacaqda əyləşmiş təqsirləndirilən şəxs2 əynində olan şalvarının kəmərini çıxararaq Elşən İbrahimovun boyun nahiyəsinə keçirərək sıx şəkildə boynuna bağlamaqla yol boyu kəmərdən tutaraq mütəmədi dartmaqla Elşən İbrahimovu boğaraq güclü fiziki ağrı və psixi iztirablar verməklə, qəddar, ləyaqəti alçaldan və qeyri-insani rəftar və davranışa məruz qoymuş, eləcə də təqsirləndirilən şəxs2 Elşən İbrahimovun ünvanına “it kimi, it kimi tutmuşam, mənim qardaşlarımı və qardaşlarımın doğmalarını söyəni, mənim adım Aydındır, gəncəliyəm bax it kimi gəzdirirəm, it kimi, hamı görsün, hamı da bu gün görəcəkdir” sözlərini səsləndirən zaman “Elnur” adlışəxsöz mobil telefonu vasitəsiilə“Tik-tok” sosial şəbəkəsinə daxil olaraq canlı videogörüntü ilə Elşən İbrahimovun zorakı hərəkətlərə məruz qalmasını nümayiş etdirib paylaşmaqla həmin canlı yayımı izləyən şəxslərin də Elşən İbrahimovun qəddar, ləyaqəti alçaldan və qeyri-insani rəftar və davranışa məruz qalmasını görmələrinə nail olmaqla təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1 və “Elnur” adlı şəxs zərərçəkmiş Elşən İbrahimova mütəmadi zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar göstərməklə əzab vermişdir. Bundan başqa, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı təqsirləndirilən şəxs1 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda 8,236 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib aralarında olan cinayətkarrazılaşmayaəsasən psixotrop maddə metamfetaminin 4,173 qram çəkidə olan hissəsini ayırıb satışını həyata keçirmək məqsədilə öz üzərində və 4,063 qram çəkidə olan hissəsini ayırıb satış məqsədi ilə təqsirləndirilən şəxs1 üzərində saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımışlar, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ## #### 2024-cü il tarixdə saat 15:55-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmişlər və orada həmin tarixdə saat 18:24-dən etibarən üzərlərində şəxsi axtarış və götürmə keçirilən zaman təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins şalvarının sol yan cibindən təqsirləndirilən şəxs1lə birlikdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 4,173 qram olan psixotrop maddə metamfetamin və təqsirləndirilən şəxs1 əynindəki qara rəngli cins şalvarının sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı ayrı-ayrılıqda təmiz çəkiləri 2,165 qram və 1,898 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 4,063 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 133.2.3, 234.1-1-ci maddələri ilə məhkum olunmasına dair ## #### 2026-cı il tarixli hökmünü ləğv edərək təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 133.2.3 və 234.1-1-ci maddələri ilə çıxarılmış ittiham hökmü əsassız və qeyri-qanuni olduğundan ləğv edilməli və onun barəsində bəraət hökmü çıxarılmalıdır. İşin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş və cinayət qanunvericiliyinin normaları düzgün tətbiq olunmamaqla təqsirləndirilən şəxs2 törətmədiyi və ümumiyyətlə baş verməmiş cinayət əməlinə görə məsuliyyətə cəlb olunaraq məhkum edilmişdir. Belə ki, cinayət qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayəti hansı məqsədlə törətməsi müəyyən edilməli və bu təkzibedilməz sübutlarla təsdiqlənməlidir. Lakin nə əməliyyat tədbiri keçirilərkən, nə ibtidai istintaq orqanı, nə də birinci instansiya məhkəməsi bunu müəyyən etməmiş, obyektiv araşdırma aparmayaraq və mötəbər olmayan sübutlara əsaslanaraq təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmışdır. Nə ibtidai araşdırma dövründə, nə də ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs2 bu cinayətləri törətməsini təsdiq edən heç bir sübut növü müəyyən olunmamışdır. təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı onun adından yazılmış ifadələri təsdiq etmir. Belə ki, həmin ifadələr onun sözləri ilə yazılmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən döyülmüş və müxtəlif işgəncələrə, təzyiqlərə məruz qalmışdır. O, özü isə bu ifadələrə etiraz edən zaman daha da ağır maddələrlə ittiham olunacağı ilə təhdid olunmuşdur. təqsirləndirilən şəxs2 məhkəmədə vermiş olduğu ifadələrin həqiqət olması hazırkı işin halları ilə da öz təsdiqini tapır. Belə ki, məhkəmə istintaqı zamanı araşdırılmış hallara münasibətdə məhkəmə yekun qərarında təqsirləndirilən şəxs2 və digər şəxsə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə verilmiş ittihamı sübuta yetmiş hesab etməyərək bu hissədə onların əməllərini Azərbaycan Respublikası CM-nin 234.1-1- ci maddəsi ilə tövsif etmiş və tövsifm səbəbi kimi psixatrop vasitələrin onların üzərində ayrı- ayrı bükümlərdə olmaması, psixatrop vasitələrin çəkilməsi üçün tərəzinin müəyyən edilməməsi, o cümlədən psixatrop maddələrin satışı ilə əlaqədar hər hansı bir halın müəyyən edilməməsi, telefonlara baxış keçirilərkən satış məqsədini sübuta yetirəcək halın olmamasını qeyd etmişdir. Lakin məhkəmə işin bir qisim hallarını araşdırmaqla bu qənaətə gəlmişdir. Əslində isə işin bütün halları tam olaraq obyektiv, ədalətli araşdırılmış olsaydı məhkəmənin çıxaracağı yekun qərar sözsüz ki, bəraət hökmü olmalı idi. Yəni məhkəmədə təqsirləndirilən şəxs2 ifadə verərkən bildirmişdir ki, guya üzərlərindən aşkar edilmiş maddə onlara məxsus olmamış, polis əməkdaşları tərəfindən onların üzərinə qoyulmaqla təsir altında bu maddələrin onlara məxsus olması barədə ifadələrə imza atdırılmışdır, həmçinin ondan analiz götürülmədiyi halda barəsində ekspertiza rəyinin olması və rəyə əsasən onun psixatrop vasitə istifadəçisi olması qeyd edilməsinin həqiqətə uyğun olmamasını bildirdi ki, bu halların bir qismi məhkəmə tərəfindən onların bu vasitələrin satışı və dövriyyəsi ilə məşqul olmaları hissəsində həm öz ifadələrinə istinad edərək, həm də polis əməkdaşlarında olan “satış məqsədi” məlumatının işin digər halları ilə təsdiq edilməməklə qəbul edildi və ittiham olunduqları maddə tövsif edildi. Lakin işin digər hallarına münasibətdə də ən azından təkrar obyektiv ekspertiza keçirilməklə təqsirləndirilən şəxs2 narkotik və psixatrop maddələrin istifadəçisi olmamasını, həmçinin telefonlara keçirilən baxış zamanı onun kiminləsə narkotik və psixatrop maddə ilə əlaqəli danışıq və yazışmasının olmamasını müəyyən etməklə, iş üzrə əlavə şahid qismində Saleh Şahmarovun və təqsirləndirilən şəxs2 qeri-rəsmi ər-arvad münasibətlərində yaşadıqları X4 ifadələrini dinləyərək(bu şəxslərin işin halları ilə əlaqədar danışıqları zamanı səs yazılar mövcuddur ki, bu sübutlar apellyasiya baxışı zamanı təqdim ediləcək) işin digər halları ilə müqayisəli təhlil edərək daha ədalətli və qanuni yekun qərar qəbul etmək olaradı. Azərbaycan Respublikası CM-nin 133.2.3-cü maddəsi ilə verilmiş ittihama münasibətdə qeyd etmək istəyir ki, bu hissədə təqsirləndirilən şəxs2 və zərərçəkmiş şəxs arasında olan münasibətlərin aydınlaşdırılması əsnasında hər iki tərəfin bir-birinə münasibətdə davranışında yol verdikləri yersiz ifadə və hərəkətlərin məcmusu cinayət baş verənlərin sosial şəbəkələrdə yayılmasından təqsirləndirilən şəxs2 sonradan xəbəri olmuşdur. Məhkəmədə verilmiş ifadələrdə həm təqsirləndirilən şəxs2, həm də zərərçəkmiş şəxs bu halları təsdiq edirlər və həm təqsirləndirilən, həm də zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadələri alınarkən ifadələrin onların sözləri ilə yazılmamasmı, ziddiyyətlərin olmasını və təzyiq altında ifadə vermələrini bildirmişlər. Qeyd edilən hallardan da göründüyü kimi iş üzrə mövcud sübutlar yalnız təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibinin olmamasını təsdiq edir. bu halların apellyasiya instansiyasında araşdırılmasına zərurət olduğundan, yəni əlavə şahidlərin dindirilməsi, təkrar ekspertizanın veçirilməsi, iş üzrə mühüm əhəmiyyəti olan təqdim ediləcək sübutların araşdırılması və s. hazırkı iş üzrə apellyasiya baxışı məhkəmə istintaqı ilə aparılmaqla tam, obyektiv və ədalətli araşdırılmalıdır. İş üzrə məhkəmə istintaqı zamanı araşdırılan və məlum olan faktlar isə tam nəzərə alınmadan ittiham aktı müəyyən dəyişikliklə demək olar ki, oxşar məzmunla saxlanılaraq adı dəyişdirilməklə təqsirləndirilən şəxs2 və digər şəxs barəsində ittiham hökmü çıxarıldı. Məhkəmə araşdırmasından da açıqaşkar göründü ki, təqsirləndirilən şəxs2 aşkar olunmuş psixatrop maddə ilə heç bir əlaqəsi yoxdur, kiminsə zorakı hərəkətlərə məruz qalmasını nümayiş etdirib paylaşmaqla həmin canlı yayımı izləyən şəxslərin qəddar, ləyaqəti alçaldan və qeyri-insani rəftar və davranışa məruz qalmış şəxsi görmələrinə nail olmaqla kiməsə zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar göstərməklə əzab verməmişdir və onun hər hansı bir əməlində cinayət tərkibi yoxdur. Ona görə də hesab edir ki, məhkəmənin gəldiyi hüquqi nəticə işin fakti halları ilə qətiyyən uzlaşmır. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs və müdafiəçisi verilmiş apellyasiya şikayətini müdafiə edərək, hökmün ləğv edilməsini təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını, dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hazırki iş üzrə hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, təqsirləndirilən şəxs və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini CM-in 133.2.3 və 234.1-1-ci maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2, həmçinin digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ibtidai istintaqın ilkin dövründə müdafiəçilərinin iştirakı ilə videoçəkilişlə əməllərini tam etiraf edərək, hadisələrin baş vermə ardıcıllığı, mexanizmi və yerinə uyğun verdiyi səmimi ifadələrində də eyni faktları təsdiq etsə də, daha sonra, eləcə də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində elan olunmuş ittihamda özlərini təqsirli bilməmişdirlər. Halbuki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ibtidai istintaqın ilkin mərhələsində vermiş olduqları ifadələrində törətdikləri cinayət əməlini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişlər ki, onların bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxslərin ibtidai araşdırma mərhələsində verdikləri ifadələr cinayət işinin materiallarında olan sübutlarla (şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsində verdiyi ifadəsini işdə toplanmış digər sübutlarla - ekspert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək təqsirləndirilən şəxs2 ibtidai istintaqın ilkin dövründə verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Polis əməkdaşlarının fiziki və psixi zor tətbiq edilməsi nəticəsində ibtidai istintaqın ilkin mərhələsində həqiqətə uyğun olmayan halların bildirməsinə dair təqsirləndirilən şəxsin vurğuladığı xüsusata dair məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. “Şəxsi axtarış və götürmə aparılması haqqında” ## #### 2024-cü il tarixli qərar və protokoldan görünür ki, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlamaları və daşımaları barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 ## #### 2024-cü il tarixdə saat 15:55 radələrində ünvan 1 ünvanının yaxınlığında yanlarında olan tanışları X1 ilə birlikdə saxlanılaraq BMCMİ-yə dəvət edildikdən sonra orada həmin tarixdə saat 18:24-dən etibarən onların üzərində şəxsi axtarış və baxış aparılarkən təqsirləndirilən şəxs1 üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynindəki qara rəngli cins şalvarının sol yan cibindən içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan 02 ədəd sellofan büküm, şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. təqsirləndirilən şəxs1 təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi açıldıqda həmin bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. təqsirləndirilən şəxs2 üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirərək əynindəki qara rəngli cins şalvarının sol yan cibindən içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan 01 ədəd sellofan büküm, şalvarının sağ yan cibindən 02 ədəd “Samsung" markalı mobil telefon və şalvarının sağ arxa cibindən 2 manata pulu təqdim etmişdir. Aşkar edilmiş büküm iştirakçıların şahidliyi açıldıqda həmin bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Eləcə də baxışzamanı Saleh Şahmarovunəynindəkişalvarının sol yan cibindənşəxsiyyətvəsiqəsi və 75 manat pul, şalvarınınsağ yan cibindən 01 ədəd“Redmi"markalı mobil telefon aşkar edilmişdir. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddələr, sonuncunun şəxsiyyət vəsiqəsi və onlara məxsus olan mobil telefon aparatlarıişüzrəəhəmiyyətkəsb etdiyi üçün polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 2 manat pul və Saleh Şahmarovun üzərindən aşkar edilmiş bütün əşyalar onların özünə qaytarılmışdır. (Cild 1, iş vərəqə 51-57) Həmçinin həmin hərəkətlərin aparılmasını təsdiq edən təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişi özündə əks etdirən DVD disk iş materiallarına əlavə edilmişdir. Həmçinin təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 saxlanılan zaman polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasını qeyd etsə də, məhkəmə-tibbi ekspertizasının ##.##.2024-cü il tarixli, ***/MEŞ saylı rəyindən görünür ki, təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı 24-##.##.2024-cü il tarixlərdə yetirilməyə uyğun gələn xəsarətlər aşkar edilməmişdir. (cild 2, iş vərəqə 126129) Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs saxlanılan zaman hər hansı xəsarət almamışdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları iş üzrə tədqiq edilmiş digər sübutlarla qarşılıqlı şəkildə tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqə məruz qalmasına dair dəlilləri həqiqəti əks etdirməməklə özünümüdafiə xarakteri daşıyır. Bundan başqa DVD diskə baxış keçirilməsi haqqında ## ####### 2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs İbrahimov Elşən Əli oğlunun fiziki və psixi zorakılıq hərəkətlərinə məruz qalmasının video görüntüsünün əks edildiyi 01 ədəd DVD diskə baxış zamanı 49 saniyə həcmində olan 01 ədəd videogörüntüdə istintaqa məlum olmayan tarixdə və məkanda gecə vaxtı 02:30 dəqiqədə hərəkətdə olan nəqliyyat vasitəsinin arxa oturacağında əyləşmiş özünü “Aydın” kimi təqdim edən şəxs yanında əyləşmiş “Elşən” kimi təqdim olunan şəxsin boyun nahiyəsinə ip və ya kəmərə bənzəyən predmet keçirib “Elşən” adlı şəxsin ünvanına “it kimi, it kimi tutmuşam, mənim qardaşlarımı və qardaşlarımın doğmalarını söyəni, mənim adım Aydındır, gəncəliyəm bax it kimi gəzdirirəm, it kimi, hamı görsün, hamı da bu gün görəcəkdir” sözlərini işlətməklə “Elşən” adlı şəxsə qarşı zorakılıq və ləyaqəti alçaldan hərəkətlər etdiyi, videonun sonunda isə avtomobilin içərisində başında papaq olan üçüncü şəxsin olduğu müəyyən edilmişdir. (cild 2, iş vərəqə 120-121) Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs2 CM-in 133.2.3 və 234.1.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsi təqsirləndirilən şəxslərin ibtidai istintaq ilkin dövründə verdiyi, eləcə də zərərçəkmiş şəxsin, şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, maddi sübutlar, müvafiq ekspert rəyləri və toplanmış digər sübutlara öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb bu sübutlar əsasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ittiham olunduğu əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş, təqsirləndirilən şəxsin əməlini CM-in 133.2.3 və 234.1.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Apellyasiya şikayətində göstərilən təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-nin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində mövcud olmaması və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin hökmündən göründüyü kimi birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını iş üzrə onun cəzasını yüngülləşdirən, təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının hüdudları daxilində orta həddə cəza təyin etmişdir. Belə ki, DİN-nin BƏSİİ-nin verdiyi tələbanamədən görünür ki, təqsirləndirilən şəxs2 sonuncu dəfə Gəncə Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə cəzadan 01 ay 16 gün vaxtından əvvəl şərti azad edilmiş, ##.##.2023-cü ildə cəzası başa çatmış, lakin məhkumluğu ödənilmədən hazırki iş üzrə cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 133.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli cinayətlərin təsnifatına görə az ağır, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə cinayətlərin təsnifatına görə ağır cinayət hesab olunur. Göründüyü kimi, təqsirləndirilən şəxs X3 dəfə az ağır cinayət törətməyə görə məhkum olunmuş və həmin cinayətə münasibətə qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən (məhkumluğu ödənilmədən və ya götürülmədən) yenidən qəsdən az ağır və ağır cinayət törətmişdir. Belə olan halda, cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan müddəasına görə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən hallar dedikdə, CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, əvvəla bu məsələlər üzrə məhkəmə qənaəti CM-nin 59 və 61-ci maddələrinin müddəaları ilə uzlaşsın, ikincisi də CM-nin 58.3-cü maddəsində göstərilən digər məsələlər nəzərdən qaçırılmasın, yəni təyin olunan cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Sadalanmış hallar eyni zamanda “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2011-ci il tarixli qərarın 25-ci bəndində öz əksini tapmışdır. Belə ki, müvafiq Plenum qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, həmçinin Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunmuş onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını əsas götürərək təqsirləndirilən şəxs2 həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, təqsirləndirilən şəxs2 CM-nin 133.2.3-cü və 234.1-1-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026cı il tarixli, *(***)-****/**** nömrəli hökmü təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti təmin edilməsin təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 133.2.3 və 234.1-1-ci maddələri ilə təqsirli bilinmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev və Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar