Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-640/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Telman Qulaməli oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi İbrahimova İlahə Arif qızının, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi müdafiəçi1, Məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46,2, 178.3.2ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs1, məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi4, məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə və məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayətinə verilmiş əlavəyə (bundan sonra apellyasiya şikayəti) əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), X7 və X8 ibarət tərkibdə) ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən ## #### 1994-cü il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Məmmədli ərazi dairəsi, H.Aslanov küçəsi, ev 10-da qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi, Yeni məhəllə nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerliözünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli ## #### 2024-cü il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs4 Cəmaləddin oğlu, zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 nümayəndəsi zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddialar tam həcmdə təmin edilərək təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs4 Cəmaləddin oğlunun xeyrinə 37.200 (otuz yeddi min iki yüz) manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 203 (iki yüz üç) manat pul vəsaiti olmaqla ümumilikdə 37.403 (otuz yeddi min dörd yüz üç) manat pul vəsaiti, zərərçəkmiş şəxs5 xeyrinə 14.200 (on dörd min iki yüz) manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 134 (yüz otuz dörd) manat pul vəsaiti olmaqla ümumilikdə 14.334 (on dörd min yüz üç otuz dörd) manat pul vəsaiti, zərərçəkmiş şəxs1 xeyrinə 26.500 (iyirmi altı min beş yüz) manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 171 (yüz yetmiş bir) manat pul vəsaiti olmaqla ümumilikdə 26.671 (iyirmi altı min altı yüz yetmiş bir) manat pul vəsaiti, zərərçəkmiş şəxs2 xeyrinə 99.100 (doxsan doqquz min yüz) manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 389 (üç yüz səksən doqquz) manat pul vəsaiti olmaqla ümumilikdə 99.489 (doxsan doqquz min dörd yüz səksən doqquz) manat pul vəsaiti tutularaq ödənilməsi hökm edilmişdir. Məhkəməyə mülki iddia ərizəsi ilə müraciət etməyən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə uyğun olaraq, ona vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşin halları: İttiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ##.##.2022-ci il tarixdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan “xxxx” MMC-nin (VÖEN: **********) təsisçisi və direktoru olmaqla həmin cəmiyyətə taksi fəaliyyəti ilə məşğul olmaq üçün “Toyota Prius” markalı avtomobilləri idarə etmək üçün verilən etibarnamə əsasında təhvil götürərək əvəzində qazanc vəd edib sosial şəbəkələrdə qeyd olunan fəaliyyəti barədə məlumatları yayıb inam qazanmaqla, cəmiyyətin faktiki rəhbəri olaraq özünə müraciət edən zərərçəkmiş şəxs5 faktiki mülkiyyətində olan dəyəri 14.200 manat təşkil edən “Toyota Prius” markalı, **-KM-*** dövlət qeydiyyat nişanh avtomobili ayhq 800 manat icarə haqqı olmaqla # ###### 2023-cü il tarixdə öz adma verilmiş etibarnamə əsasında istifadəsinə götürməsi barədə razılığa gələrək cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektindəki “İpək yolu” restoranının yaxınlığında yerləşən ofisinin qarşısında qəbul edərək həmin avtomobili zərərçəkmiş şəxs5 icazəsi və razılığı olmadan ##.##.2023-cü il tarixdə şahid6 İlham oğluna 11.000 manata sataraq həmin pul vəsaitini ələ keçirib, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 14.200 (on dörd min iki yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ##.##.2022-ci il tarixdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan “xxxx” MMC-nin (VÖEN: **********) təsisçisi və direktoru olmaqla həmin cəmiyyətə taksi fəaliyyəti ilə məşğul olmaq üçün “Toyota Prius” markalı avtomobilləri idarə etmək üçün verilən etibarnamə əsasında təhvil götürərək əvəzində qazanc vəd edib sosial şəbəkələrdə qeyd olunan fəaliyyəti barədə məlumatları yayıb inam qazanmaqla, cəmiyyətin faktiki rəhbəri olaraq özünə müraciət edən zərərçəkmiş şəxs3 faktiki mülkiyyətində olan dəyəri 14.500 manat təşkil edən “Toyota Prius” markalı, **-DH-*** dövlət qeydiyyat nişanh avtomobili ayhq 800 manat icarə haqqı olmaqla ##.##.2023-cü il tarixdə öz adma verilmiş etibarnamə əsasında istifadəsinə götürməsi barədə razılığa gələrək cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu, Z.Bünyadov prospektindəki “İpək yolu” restoranının yaxınlığında yerləşən ofisinin qarşısında qəbul edərək həmin avtomobili zərərçəkmiş şəxs3 icazəsi və razılığı olmadan ##.##.2023-cü il tarixdə XXX Tural Rövşən oğluna 13000 manata sataraq həmin pul vəsaitini ələ keçirib, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 14.500 (on dörd min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ##.##.2022-ci il tarixdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan “xxxx” MMC-nin (VÖEN: **********) təsisçisi və direktoru olmaqla həmin cəmiyyətə taksi fəaliyyəti ilə məşğul olmaq üçün “Toyota Prius” markalı avtomobilləri idarə etmək üçün verilən etibarnamə əsasında təhvil götürərək əvəzində qazanc vəd edib sosial şəbəkələrdə qeyd olunan fəaliyyəti barədə məlumatları yayıb inam qazanmaqla, cəmiyyətin faktiki rəhbəri olaraq özünə müraciət edən zərərçəkmiş şəxs4 Cəmaləddin oğlunun faktiki mülkiyyətində olan dəyəri 11.000 manat təşkil edən “Toyota Prius” markalı, **-KH-*** qeydiyyat nişanlı avtomobili aylıq 800 manat icarə haqqı olmaqla ##.##.2023-cü il tarixdə öz adma verilmiş etibarnamə əsasında istifadəsinə götürməsi barədə razılığa gələrək cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, “Santral” elektrik mağazasının yaxınlığında yerləşən ofisinin qarşısında qəbul edərək həmin avtomobili zərərçəkmiş şəxs4 icazəsi və razılığı olmadan ##.##.2023-cü il tarixdə şahid3 İsgəndər qızma 9.500 manata sataraq həmin pul vəsaitini ələ keçirmiş, eyni niyyətlə, zərərçəkmiş şəxs4 faktiki mülkiyyətində olan dəyəri 14.200 manat təşkil edən “Toyota Prius” markalı, **-XK-*** qeydiyyat nişanlı avtomobili aylıq 800 manat icarə haqqı olmaqla ##.##.2023-cü il tarixdə öz adma verilmiş etibarnamə əsasında istifadəsinə götürməsi barədə razılığa gələrək cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, “Santral” elektrik mağazasının yaxınlığında yerləşən ofisinin qarşısında qəbul edərək həmin avtomobili zərərçəkmiş şəxs4 icazəsi və razılığı olmadan ##.##.2023cü il tarixdə X9 adına rəsmişlədirməklə girov qarşılığında 19000 manat pul vəsaiti götürərək həmin pul vəsaitini ələ keçirmiş, eyni niyyətlə, şahid4 cəmiyyətə etibarnamə əsasında icarəyə verdiyi sonucunun mülkiyyətində olan “Toyota Prius” markalı, **-EC-*** qeydiyyat nişanlı avtomobili guya ki 12.000 manata satması barədə zərərçəkmiş şəxs4 yalan məlumat verib həmin avtomobili alaraq cəmiyyətə eyni şərtlərlə icarəyə verməsini təklif edib razılığını aldıqdan sonra 2023-cü ilin aprel ayında cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu, Z.Bünyadov prospektindəki “İpək yolu” restoranının yaxınlığında yerləşən ofisinin qarşısında 12.000 manat pulu sonuncudan almaqla həmin pul vəsaitini ələ keçirib, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 Cəmaləddin oğluna ümumilikdə 37.200 (otuz yeddi min iki yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ##.##.2022-ci il tarixdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan “xxxx” MMC-nin (VÖEN: **********) təsisçisi və direktoru olmaqla həmin cəmiyyətə taksi fəaliyyəti ilə məşğul olmaq üçün “Toyota Prius” markalı avtomobilləri idarə etmək üçün verilən etibarnamə əsasında təhvil götürərək əvəzində qazanc vəd edib sosial şəbəkələrdə qeyd olunan fəaliyyəti barədə məlumatları yayıb inam qazanmaqla, cəmiyyətin faktiki rəhbəri olaraq özünə müraciət edən zərərçəkmiş şəxs1 cəmiyyətə etibarnamə əsasında icarəyə verilən X20 mülkiyyətində olan “Toyota Prius” markalı, 77-FJ 235 qeydiyyat nişanlı avtomobili guya ki 14.500 manata satması barədə zərərçəkmiş şəxs1 yalan məlumat verib həmin avtomobili alaraq cəmiyyətə eyni şərtlərlə icarəyə verməsini təklif edib razılığını aldıqdan sonra ##.##.2023-cü il tarixdə cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu, Z.Bünyadov prospektindəki “İpək yolu” restoranının yaxınlığında yerləşən yerləşən ofisinin qarşısında 14.500 manat pulu sonuncudan almaqla həmin pul vəsaitini ələ keçirmiş, eyni niyyətlə, zərərçəkmiş şəxs1 cəmiyyətə etibarnamə əsasında icarəyə verilən XXX Tural Rövşən oğlunun mülkiyyətində olan “Toyota Prius” markalı, 77 FK-407 qeydiyyat nişanh avtomobili guya ki 11.000 manata satması barədə zərərçəkmiş şəxs1 yalan məlumat verib həmin avtomobili alaraq cəmiyyətə eyni şərtlərlə icarəyə verməsini təklif edib razılığını aldıqdan sonra ##.##.2023-cü il tarixdə cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu, Z.Bünyadov prospektindəki “İpək yolu” restoranının yaxınlığında yerləşən ofisinin qarşısında 12.000 manat pulu sonuncudan almaqla həmin pul vəsaitini ələ keçirib, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ümumilikdə 26.500 (iyirmi altı min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ##.##.2022-ci il tarixdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan “xxxx” MMC-nin (VÖEN: **********) təsisçisi və direktoru olmaqla həmin cəmiyyətə taksi fəaliyyəti ilə məşğul olmaq üçün “Toyota Prius” markalı avtomobilləri idarə etmək üçün verilən etibarnamə əsasında təhvil götürərək əvəzində qazanc vəd edib sosial şəbəkələrdə qeyd olunan fəaliyyəti barədə məlumatları yayıb inam qazanmaqla, cəmiyyətin faktiki rəhbəri olaraq özünə müraciət edən zərərçəkmiş şəxs2 faktiki mülkiyyətində olan dəyəri 14.000 manat təşkil edən “Toyota prius” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili aylıq 800 manat icarə haqqı olmaqla ##.##.2023-cü il tarixdə öz adma verilmiş etibarnamə əsasında istifadəsinə götürməsi barədə razılığa gələrək cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu, Z.Bünyadov prospektindəki “İpək yolu” restoranının yaxınlığında yerləşən ofisinin qarşısında qəbul edərək həmin avtomobili zərərçəkmiş şəxs2 icazəsi və razılığı olmadan ##.##.2023-cü il tarixdə X9 adma rəsmişlədirməklə girov qarşılığında 7500 manat pul vəsaiti götürərək həmin pul vəsaitini ələ keçirmiş, eyni niyyətlə, zərərçəkmiş şəxs2 faktiki mülkiyyətində olan dəyəri 14.100 manat təşkil edən “Toyota Prius” markalı, **-GX-*** qeydiyyat nişanlı avtomobili aylıq 800 manat icarə haqqı olmaqla ##.##.2023-cü il tarixdə öz adma verilmiş etibarnamə əsasında istifadəsinə götürməsi barədə razılığa gələrək cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu, Z.Bünyadov prospektindəki “İpək yolu” restoranının yaxınlığında yerləşən yerləşən ofisinin qarşısında qəbul edərək həmin avtomobili zərərçəkmiş şəxs2 icazəsi və razılığı olmadan ##.##.2023 cü il tarixdə X9 adma rəsmiləşdirməklə girov qarşılığında 7500 manat pul vəsaiti götürərək həmin pul vəsaitini ələ keçirmiş, eyni niyyətlə, X14 cəmiyyətə etibarnamə əsasında icarəyə verdiyi sonucunun mülkiyyətində olan “Toyota Prius” markalı, **-GC-*** qeydiyyat nişanlı avtomobili guya ki 13.000 manata satması barədə zərərçəkmiş şəxs2 yalan məlumat verib həmin avtomobili alaraq cəmiyyətə eyni şərtlərlə icarəyə verməsini təklif edib razılığını aldıqdan sonra 2023 cü ilin may ayında cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu, Z.Bünyadov prospektindəki “İpək yolu” restoranının yaxınlığında yerləşən ofisinin qarşısında 13.000 manat pulu sonuncudan almaqla həmin pul vəsaitini ələ keçirmiş, eyni niyyətlə, şahid4 Səbzah oğlunun cəmiyyətə etibarnamə əsasında icarəyə verdiyi sonucunun mülkiyyətində olan “Toyota Prius” markalı, **-BJ-*** qeydiyyat nişanh avtomobili guya ki 11.000 manata satması barədə zərərçəkmiş şəxs2 yalan məlumat verib həmin avtomobili alaraq cəmiyyətə eyni şərtlərlə icarəyə verməsini təklif edib razılığını aldıqdan sonra 2023-cü ilin iyun ayında cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu, Z.Bünyadov prospektindəki “İpək yolu” restoranının yaxınlığında yerləşən ofisinin qarşısında 11.000 manat pulu sonuncudan almaqla həmin pul vəsaitini ələ keçirmiş, eyni niyyətlə, zərərçəkmiş şəxs2 bank tərəfindən satışa çıxarılan 4 ədəd “Toyota Prius” markalı avtomobilləri cəmi 34.000 manata satılması barədə zərərçəkmiş şəxs2 yalan məlumat verib həmin avtomobilləri alaraq cəmiyyətə eyni şərtlərlə icarəyə verməsini təklif edib razılığını aldıqdan sonra ##.##.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Zooparkın yaxınlığında 34.000 manat pulu sonuncudan almaqla həmin pul vəsaitini ələ keçirib, eyni niyyətlə, X20 cəmiyyətə etibarnamə əsasında icarəyə verdiyi sonucunun mülkiyyətində olan “Toyota Prius” markalı, **-DB-*** qeydiyyat nişanlı avtomobili guya ki 13.000 manata satması barədə zərərçəkmiş şəxs2 yalan məlumat verib həmin avtomobili alaraq cəmiyyətə eyni şərtlərlə icarəyə verməsini təklif edib razılığım aldıqdan sonra 2023 cü ilin oktyabr ayında cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu, Z.Bünyadov prospektindəki “İpək yolu” restoranının yaxınlığında yerləşən ofisinin qarşısında 13.000 manat pulu sonuncudan almaqla həmin pul vəsaitini ələ keçirmiş, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə 99.100 (doxsan doqquz min yüz) manat məbləğində külli mqidarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri, proses iştirakçılarının çıxışları, sübutların təsviri: İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs1 apellyasiya şikayəti verərək vurulmuş ziyanın ödənilmədiyini, əvvəllər də analoji cinayətə görə məhkum olunduğunu, digər zərərçəkmiş şəxslərin də şikayətçi olduqlarını göstərib hökmün cəza hissəsində dəyişdirilib, təqsirləndirilən şəxs Qeybalıyev Cabir Cəbrayıl oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində tutulan daha ağır həddə cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi4 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv edilməsini, onun əməlində cinayət tərkibi olmadığına görə onun barəsində bəraət verən yeni apellyasiya hökmü çıxarılmasını və dərhal həbsdən azad edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi bu hökm hüququn fundamental prinsiplərinə və cinayət qanunvericiliyinin tələblərinə zidd olmaqla, mülki-hüquqi öhdəliklərin qeyri-qanuni olaraq cinayət təqibi müstəvisinə keçirilməsi ilə çıxarılmışdır. Hesab edirəm ki, hökm ləğv edilməli və müvəkkilimə bəraət verilməlidir. Birinci instansiya məhkəməsi hökm çıxararkən "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə zərərçəkmişlər (Surxayevlər ailəsi) arasında yaranmış münasibətlərin əsl hüquqi təbiətini nəzərə almamışdır. Zərərçəkmişlər avtomobilləri müvəkkilimə təsadüfi və ya şifahi aldatma yolu ilə deyil, rəsmi qaydada, notariat kontorunda təsdiqlənmiş etibarnamələr əsasında vermişdirlər. Diqqətəlayiq hal ondan ibarətdir ki, həmin etibarnamələrdə müvəkkilimə birbaşa olaraq əmlak üzərində sərəncam vermək (satmaq, girov qoymaq) hüququ verilmişdir. Hüquq nəzəriyyəsində nümayəndəlik institutu şəxsə verilmiş səlahiyyətlər çərçivəsində hərəkət etməyi qanuni sayır. Təqsirləndirilən şəxs avtomobilləri üçüncü şəxslərə girov qoyaraq vəsait cəlb etməsi və ya satması, ona verilmiş mülki hüquqi səlahiyyətlərin icrasıdır. Əgər bu fəaliyyət nəticəsində əldə edilən vəsaitin zərərçəkmişlərə ödənilməsində gecikmə və ya mümkünsüzlük yaranıbsa, bu, CM-nin 178-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan "etibardan sui-istifadə" deyil, Mülki Məcəllənin öhdəliklər hüququnun (müqavilənin icra edilməməsi) pozulmasıdır. Məhkəmə, qanunun hərfi mənası çərçivəsindən kənara çıxaraq, mülki mübahisəni süni şəkildə kriminallaşdırmışdır. Cinayət hüququnun imperativ tələbinə əsasən, dələduzluq cinayətindən yalnız o halda danışmaq olar ki, şəxsdə özgə əmlakını mənimsəmək niyyəti (birbaşa qəsd) həmin əmlakı əldə etməzdən əvvəl yaranmış olsun. İşin materialları isə bunun tam əksini sübut edir. X15 prospektində rəsmi ofis icarəyə götürmüş, "xxxx" MMC vasitəsilə real kommersiya fəaliyyəti təşkil etmiş və taksi biznesi qurmuşdur. Zərərçəkmişlərdən nağd vəsaitlərin ("xxxx" kimi qiymətləndirilən epizodlar) cəlb edilməsi də şirkətin maliyyə dövriyyəsini ayaqda saxlamaq, iflasın qarşısını almaq üçün atılmış riskli, lakin xırda ticari addımlar olmuşdur. Təqdim edilmiş sübutlar toplusu birmənalı şəkildə təsdiq edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin nə obyektiv, nə də sübyektiv tərəfi mövcud deyildir. Ortada tərəflərin qarşılıqlı iradəsi əsasında yaranmış, qazanc əldə etməyə yönəlmiş, lakin ticari risk nəticəsində iflasla nəticələnmiş mülki-hüquqi münasibətlər vardır. Bu münasibətlərin həlli yeri cinayət məhkəmələri deyil, mülki məhkəmələrdir. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, ona təyin olunan cəzanın həddindən artıq çox, ədalətsiz, qanunsuz şəkildə Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit edilmiş hüquqlarının pozuntuları ilə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası Cinayət qanunvericiliyinin ziddiyatı ilə təyin olunmuşdur. Hakim heç bir araşdırma aparmadan təqdim etdiyi vəsatətləri oxumadan, baxılmadan, ##.##.2026-cı il tarixində keçirilən məhkəmə iclasının görüntülərini izləsən qeyd olunanlara şahid olmaq olar və hakim bilə-bilə barəsində ədalətsiz hökm çıxarılmışdır. Onun təqsirini sübut edən hər hansı ifadələrin, protokolların, maddi sübutların və digər sənədlərin mövcüd olmadığını, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin şişirdildiyini, məhkəmə tərəfindən heç bir araşdırma aparılmamışdır. Hər kəsin bərabər hüquqlara malik olduğu, heç kəsin statusa görə ayrı seçkiliyə məruz qalmamağa və inklyuziv cəmiyyət naminə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs apellyasiya şikayətinə əlavə verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv edilərək, yenidən ibtidai istintaqa qaytarılmasını, müstəntiq İsa Süleymanovun barəsində xüsusi qərar çıxarılaraq, tabeçilik qaydasında Azərbaycan Respublikası Baş Prokurorluğina tapşırılmasını, apellyasiya şikayətində gətirdiyi dəlilləri lazımi hüquqi prosedur daxilində hərtərəfli tam və obyektiv araşdırılmasını, cinayət prosesində pozulmuş hüquqlarının və qanuni manfeyinə dəymiş zərbənin bərpa edilməsini, hakim Elmir Rüstəmovun bilə-bilə qanunsuz qərar qəbul etməyinə görə qanun çərçivəsində araşdırılmasını və müvafiq tədbirlərin görülməsini, apellyasiya şikayətinə və onun əlavəsinə dair əsaslandırılmış qərar qəbul etməyi,cinayət işində cinayət əməli olmadığından mülki xarakterli olduğundan bəraət qərarının verməyini, hüquqi normalara dair pozuntuları barəsində mübahisələriylə bağlı yekun qərarda öz əksini tapmağını, hər bi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə əməlin düzgün tətbiq olunmasına görə, əməli Cinayət Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinə əlavədə göstərilmişdir ki, məhkəmədə verdiyi vəsatətlər hakim tərəfindən heç vaxt müzakirə edilməmişdir. Bütün zərərçəkmiş şəxs qismində tanınan şəxslər bir birinə həddindən artıq yaxın qohumçuluq əlaqələri var və bundan istifadə edərək öz istədikləri kimişikayətlər formalaşdırmışlar. Ümumiyyətcə vahid niyyət olmadığından vədlərini yerinə yetirdiyinə görə bu məsələ bir başa mülki məhkmə işinə aidiyyatı olunmalıdır. Onun əməlində cinayət faktı olmaya-olmaya məsuliyyətə cəlb olunmuşdur. Hakim Elmin Rüstəmov tərəfindən çıxarılan hökmün əsaslığı qanunsuz olan ittiham aktına əsasən çıxarılmışdır. Onun tərəfindən dəfələrlə vəsatətlər verilmiş, lakim onun vəsatətlərinə hüquqi qiymət verilməmişdir. Hakim prokurorun bütün vəsatətlərini, etirazlarını qəbul etmiş, lakin onun etirazlarını və vəsatətlərini qəbul etməyərək onun bərabərlik hüquqlarını pozmuşdur. Zərərçəkmiş şəxslərə məxsus olan əmlaklarını aldadaraq ələ keçirmək niyyəti olmamış, göründüyü kimi zərərçəkmiş şəxslərə həbs olunanadək bütün verdiyi vədlərini və müqavilə şərtlərini yerinə yetirmişdir. Hər bir halda zərərçəkmiş əgər hətta zərərçəkmiş şəxs2 ayrı-ayrı müxtəlif vaxtlarda onun dediyi kimi yalan uydurmalarıyla ayrı məsələlər üçün verdiyi 14.000, 13.000, 11.000, 34.000, 13.000 və 14.000 manat pulların ümumi hesablanmasını Cinayət Məcəlləsinə uyğun gəlmir, hər bir halda istərsə ibtidai istintaq orqanı tərəfindən və yaxud məhkmə baxışı zamanı bu əməllər, digərləri ilə birlikdə ayrı-ayrı epizodlar kimi qiymətləndirilsə o zaman əməllər Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunmalı idi. Hökmdən digər zərərçəkmiş şəxslər (mülki cavabdehlər) apellyasiya şikayətləri, dövlət ittihamçısı isə apellyasiya protesti verməmişlər. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X4 məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin isə birinci instansiya məhkəməsində dövlət ittihamçısının cəza təklifinin hədləri daxilində təmin olunmasına etiraz etmədiyini bildirdi. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs1 və digər zərərçəkmiş şəxslər (mülki iddiaçılar) məhkəmə kollegiyasının iclasında işirak etmirlər və məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək keçirilən məhkəmə iclaslarında zərərçəkmiş şəxslər ifadə verən zaman çarpaz dindirilərkən və sərbəst verdiyi ifadəsində göstərmişdir ki, həbs edilənə kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan “xxxx” MMC-nin təsisçisi və direktoru vəzifəsində işləmiş, avtomobillərin alqı-satqısı və icarəsi ilə məşğul olmuş, eləcə də başqa şəxslərdən icarəyə avtomobil götürərək öz şirkətində istifadəyə vermişdir. Ona elan edilmiş ittihamla qətiyyən razı deyildir. Belə ki, o, ittiham aktında adı qeyd olunan zərərçəkmiş şəxs qismində tanınmış şəxslər zərərçəkmiş şəxs4 Cəmaləddin oğlu, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs5 avtomobil almaq vədi verib aldadaraq onların maddi vəsaitlərini ələ keçirməmiş, eləcə də zərərçəkmiş şəxslərin ona icarəyə verdikləri avtomobilləri sataraq əldə edilən pulu mənimsəməmişdir. Qeyd olunan avtomobilləri ona şəriki, zərərçəkmiş şəxslərin qohumu olan şahid8 öz avtomobili kimi təqdim etmiş və avtomobilləri şərik kimi birlikdə satmışlar. Eləcə də, bəzi zərərçəkmiş şəxslərin avtomobillərini özlərinin razılığı ilə satmışdır. Təqsirləndirilən şəxs Qeybalıyev Cabir Cəbrayıl oğlu zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 Cəmaləddin oğluna dair epizoda dair ifadəsində bildirdi ki, o, zərərçəkmiş şəxs4 qarşı dələduzluq etməmiş, onun icazəsi olmadan ona məxsus Toyota Prius” markalı 90 KH-377 qeydiyyat nişanlı avtomobilini dələduzluq niyyəti ilə şahid3 adlı şəxsə satmamışdır. Belə ki, həmin avtomobilin satılması üçün zərərçəkmiş şəxs4 özü ona şəxsən icazə vermişdir. Həmin avtomobil qəzaya düşdüyü üçün sığorta və digər işlərlə bağlı Salmana adına bankda kart hesabı açdırmasını təklif etmiş, Salman isə cavabında ona dövlətdən sosial ödəniş aldığını, adına kart hesabı açılarsa, ödənişin dayanacağını bildirmiş, bu səbəbdən ona (Təqsirləndirilən şəxs) baş etibarnamə verməyi, kartı özünün (Təqsirləndirilən şəxs) adına açdırmasını təklif etmişdir. Salmanın avtomobili 4 dəfə qəzaya düşüb artıq idarə etmək üçün əlverişli vəziyyətdə olmadığından Salmana avtomobilin onları ziyana saldığını bildirib, avtomobili satıb başqa avtomobil almağı təklif etmiş, Salman da razı olmuşdur. Daha sonra həmin avtomobili Salmanın qardaşı oğlu və onun şəriki olan Ələddinlə birlikdə satmış və avtomobilin satışından əldə edilən pulu Ələddinə vermişdir. Eləcə də, zərərçəkmiş şəxs4 məxsus “Toyota Prius” markalı, **-XK-*** qeydiyyat nişanlı avtomobili də lizinqə Ələddinlə birlikdə qoymuş, qarşılığında aldığı pulu isə şirkətin işinin dövriyyəsinə sərf etmişdir. Bütün bu işləri Ələddinlə birlikdə etmişdir, belə ki, Ələddin onun əvvəldən şəriki olmuşdur. Həmçinin bildirir ki, zərərçəkmiş şəxs4 Toyota Prius markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobili onun mülkiyyətinə keçirəcəyimə dair vəd verməmiş, bunun müqabilində ondan 12000 manat pul almamışdır. Odur ki, ittihamın bu epizodunu qəbul etmir. Təqsirləndirilən şəxs Qeybalıyev Cabir Cəbrayıl oğlu zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 dair epizoda dair ifadəsində bildirdi ki, o, zərərçəkmiş şəxs3 qarşı dələduzluq etməmiş, onun icazəsi olmadan ona məxsus “Toyota Prius” markalı, 77 DH-568 dövlət qeydiyyat nişanlı avtomobili dələduzluq niyyəti ilə Tural adlı şəxsə satmamışdır. zərərçəkmiş şəxs3 cəmi bir dəfə görmüş, onunla bir dəfə də olsun telefondab danışmamışdır. Ondan icarəyə avtomobil götürməmişdir. Şahların ümumiyyətlə avtomobili olmamışdır. O, Şahlara da avtomobili onun qardaşı oğlu Ələddinlə birlikdə, Şahların adına almışdır. Mülkiyyətçi Şahlar olsa da, avtomobil faktiki olaraq Ələddinin olmuş, o, avtomobili Ələddinin avtomobili olaraq bilmişdir. Lakin etibarnamə onun adına olmuşdur. Avtomobilin maya dəyəri 14500 manat olmuş, müştəri tapıb avtomobili Ələddinlə birlikdə 15500 manata satmışlar. Ələddin bu işdə yeni olduğu üçün, özü isə bir neçə ildir avtomobil alveri ilə məşğul olduğu, təcrübəli olduğu üçün müştəriləri özü axtarıb tapmışdır. Avtomobilin maya dəyəri olan 14500 manatı Ələddin götürmüş, əldə edilən 1000 manat gəliri isə hərəyə 500 manat olmaqla yarı-yarıya bölüşdürmüşlər. İbtidai istintaq zamanı müstəntiqə şahid8 onun şəriki olması, pul vəsaitlərini onun götürməsi və avtomobilləri birlikdə satmaları barədə məlumat versə də, müstəntiq onun bu dediklərinə əhəmiyyət verməmişdir. Odur ki, ittihamın bu epizodunu da qəbul etmir. Təqsirləndirilən şəxs Qeybalıyev Cabir Cəbrayıl oğlu zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 dair epizoda dair ifadəsində bildirdi ki, o, zərərçəkmiş şəxs5 qarşı dələduzluq etməmiş, onun icazəsi olmadan dələduzluq niyyəti ilə ona məxsus “Toyota Prius” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobili Qasımov İlham Eldar oğluna satmamışdır. Zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsi ilə razılaşmır, belə ki, onun heç nədən xəbəri olmamaqla, bu cür ifadə verməyini ona əmisioğlu Ələddin öyrətmişdir. O, Ələkbərlə heç əlaqə də saxlamamışdır. Sözügedən avtomobil ona Ələddinin vasitəsi ilə gətirilmiş, Ələkbər ona vəsiqəsini və baş etibarnamə versə də, bu məsələdən xəbəri olmamışdır. Avtomobil Ələkbərin adına olsa da, Ələddin avtomobilin faktiki olaraq özünün olduğunu və avtomobilin satışa çıxarıldığını demişdir. Avtomobilin şəklini avtomobillərin alqı-satqısı saytlarına qoymuş, sosial şəbəkələrdə, whatsapp mobil tətbiqində avtomobillərin alqı-satqısı qruplarında paylaşmış və müştəri tapıldıqda xatırladığı qədəri ilə təxminən 13800 ya da 14000 manata satmış və satışdan əldə olunan pulu Ələddinə vermiş və daha sonra pulu bölüşdürmüşlər. Bu avtomobilin satışında da daha əvvəl qeyd etdiyi kimi, avtomobillərin alışı və satışı ilə özü məşğul olduğu üçün avtomobili Ələddin yox, o özü satmışdır. Yekun olaraq, Ələkbərə məxsus avtomobili Ələddin avtomobilin özünün olduğunu və avtomobilin satışa çıxarıldığını dedikdən sonra avtomobili satmışdır. Odur ki, ittihamın bu epizodunu da qəbul etmir. Təqsirləndirilən şəxs Qeybalıyev Cabir Cəbrayıl oğlu zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 dair epizoda dair ifadəsində bildirdi ki, o, zərərçəkmiş şəxs1 ümumilikdə 26.500 (manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməmişdir. Belə ki, Kamran onu əmisioğlu Ələddinin vasitəsi ilə tanımış, Kamrandan icarəyə 2 avtomobil götürmüşdür. X2 markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil Kamranın olmamış, həmin avtomobilə görə ona baş etibarnamə verilməmiş, eləcə də Kamrandan həmin avtomobil üçün 12000 manat pul almamışdır. Eləcə də, “Toyota Prius” markalı, **-FJ-*** qeydiyyat nişanlı avtomobili 14.500 manata satması barədə zərərçəkmiş şəxs1 aldadaraq onun 14.500 manat pulunu ələ keçirməmişdir. Başqa kiminsə və ya Ələddinin Kamrandan pul alıb-almadığı barədə məlumatı yoxdur. Bütün bunlar Ələddinin oyunları olmuşdur. Odur ki, ittihamın bu epizodunu da qəbul etmir. Təqsirləndirilən şəxs Qeybalıyev Cabir Cəbrayıl oğlu zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 dair epizoda dair zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadə verərkən ittihamın həmin epizodu ilə də razı olmadığını bildirərək, ittihamın zərərçəkmiş şəxs2 ona icarə əsasında verdiyi avtomobilləri girov qoyaraq əvəzində pul götürməsi, zərərçəkmiş şəxs2 müxtəlif vaxtlarda ayrı-ayrılıqda avtomobillər alaraq həmin avtomobilləri də şirkətə icarəyə verməsini təklif edərək onun pul vəsaitlərini ələ keçirməsi, ona ümumilikdə 99.100 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə dair hissəsini də təkzib etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi birinci instansiya məhkəməsində elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CMnin 178.3.2 ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2014-2015-ci il tarixlərdə Nəsimi Rayonunda Mühafizə Polisində R rütbəsində çalışmış, 2015-ci ildə mən işdən çıxıb yaşadığı Məhəmmədi qəsəbəsində toyuqcücə alqı-satqısı ilə məşğul olmuş, 2022-ci ildə isə internetdə elanlarda avtomobillərin alqısatqısından qazanc əldə edəcəyini fikirləşib avtomobil alqı-satqısı ilə məşğul olmağa başlamış, həmçinin BC kateqoriyalı sürücülük vəsiqəsi olduğundan Mersedes Dayvon markalı iri tonnajlı yük maşınını faizə götürərək idarə etmiş, 2022-ci ilin yanvar ayında yükdaşımadan və toyuq-cücə alverindən əldə etdiyi gəlir hesabına və özünə məxsus olan Opel markalı **-VC-*** d.q.n nişanlı avotmobili sataraq 4 ədəd 10 XY-255, 90- XY-942, **- GC-***, **-DZ-*** dövlət qeydiyyat nişanlı Toyota markalı Prius markalı avtomobil alaraq avtomobilləri internet vasitəsilə tapdığı şəxslərə gündəlik 30 manata icarəyə verimiş, təxminən 1 ay sonra Bakı şəhəri, Yasamal rayonunda “Lider” TV nin binasının yaxınlığında avtomobillər üçün ehtiyat hissəsi alarkən Ayxan adlı şəxlsə tanış olmuş, Ayxan da onun kimi gündəlik icarəyə avtomobillər verdiyi məlum olmuş, o, 20 ədəd Toyota Prius markalı avtomobilinin olmasını, lakin sürücü tapmaqda işi təşkil etməkdə çətinlik çəkdiyini bildirdikdə onun üçün sürücü tapa bilməkdə köməklik edə biləcəyini bildirmişdir. Ayxan razılaşdığından görüşmək üçün bir-birlərinə mobil nömrərini vermişlər. Səhəri günü Ayxanla və qohumu Eldarla Yasamal rayonu ərazisində adını xatırlamadığı kafedə görüşüb, Ayxana məxsus olan 20 ədəd Toyota Prius markalı avtomobilləri gündəlik icarəyə vermək üçün sürücü tapacağı, həmin sürücülərə gündəlik nəzarət edəcəyi, Ayxan isə nasaz avtomobillərin bərpasını öz üzərinə götürmıyi barədə razılığa gəlmişlər. Ayxanla özü avtomobillərə GPS sitemindən istifadə etməklə mobil telefonları vasitəsi ilə nəzarət etmişlər. Bu qaydada özünün 4 ədəd, Ayxanın isə 24 ədəd Toyota Prius markalı avtomobillərini gündəlik icarəyə verməklə işləmişlər. Ayxanla bir neçə ay bu qaydada işlədikdən sonra avtomobilləri gündəlik icarəyə verməkdəndisə sürücülərə aylıq əmək haqqı verib daha çox qazanc əldə etməyin olduğunu öyrəndiyindən Ayxanı bu işə qatmamaq şərtilə taksi şirkəti işlətmək üçün MMC açmaq qərarına gəlmiş, odur ki, öz adma “xxxx” MMC adlı şirkət açıb, Ədliyyə Nazirliyində qeydiyyatdan keçirərək, Vergilər Nazirliyindən Vöen alıb MMC-nin təsisçisi və direktoru özü olmuş, MMC-yə ММС-yə sürücü lazım olması ilə bağlı internetdə elan yerləşdirmiş, işləməkj istəyən şəxslərin əlaqə saxlaması üçün özünün 070-710- 77-77 mobil nömrəsini də qeyd etmişdir. Bir gün sonra şahid8 tefefon vasitəsilə əlaqə saxlayıb icarəyə vermək üçün avtomobil götürüb- götürmədiyini ilə maraqlanıb səhəri Ələddin atası Talib, əmisi Salman ilə Keşlə qəsəbəsində Hibrid servisdə görüşmüş, etibarnamə əsasında Ələddinin 1 ədəd Toyota markalı Prius markalı **-OP-*** dövlət qeydiyyat nişanlı, Salmanın da bir ədəd Toyota markalı Prius markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillərini ona vermişlər. O da etibarnamə əsasında təsisçisi olduğu “xxxx” MMC tərəfindən yol vərəqəsi verərək sürücülərin həmin avotmobilləri sürməsini təmin etmişdir. Təxminən 1 həftə sonra Ələddin onunla zəngləşib görüşərək Sokarda qaynaqçı işlədiyib işdən çıxdığını, iş qurmaq istədiyini, MMC-yə icarəyə vermək üçün çoxlu avtomobillər gətirə biləcəyini, gətirdiyi avtomobillərin qazancından onunla şərik olmaq istədiyini bildirmiş, o da Ələddinin təklifi ilə razılaşıb, onunla birlikdə MMC-ni işlətmişlər. Bir müddət sonra Bakı şəhəri, Nizmai rayonu, Q.Qarayev prospektində olan ofisini Binəqədi rayonu ərazisində yerləşən “İpək yolu” restoranının yaxınlığında yerləşən ayı 600 manata olan ofisə dəyişmişdir. Bundan sonra Ələddinin vasitəsi ilə onun qohumları Kamran, Kamal qardaşlarına məxsus 3 ədəd **-DH-***, **-DA- ***, **-GH-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobil icarəyə götürmüş, onlarla aylıq hər bir avtomobilə görə 800 manat icarə haqqı verməyi Ələddin danışmış, öz şəxsiyyət vəsiqəsini Ələddinə vermiş, Kamran, Kamal qardaşlarının etbarnamə məsələsini Ələddin həll etmiş, sonradan həmin avtomobillərin hər birinə görə Ələddin qohumlarına 550, 600 manat aylıq verdiyini bilmiş, Ələddinin hər gətirdiyi avtomobildən qalan xeyri öz aralarında bölümüşlər. 5-10 gün sonra Ələddin əmisi Salmana məxsus olan 2 ədəd **-XK- *** dövlət qeydiyyat nişanlı, 77-FG 235 dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobili ona ümumi etibarnamə ilə vermiş, ondan sonra Ələddinin icarə üçün ofisə gətirdiyi avtomobillərin hamısı baş etibarnamə ilə səlahiyyətləri ona ötürmüş, 2023-cü ilin təxminən aprel ayında Ələddin 2 ədəd bacısı Səbinəyə məxsus olan **-GA-***, **-KU-*** dövlət qeydiyyat nişanlı, 1 ədəd Rəşad adlı şəxsə məxsus olan **-ZY-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobili eyni qaydada etibarnamə ilə gündəlik icarə üçün ofısiə gətirmiş, avtomobilləri sürücülərə verməyə, sənədləşdirmə işlərinin aparılmasına Ələddin nəzarət etdiyindən bacısına məxsus avtomobilləri də onunla birlikdə sürücülərə icarəyə vermiş, aylığını 800 manatdan razılaşmışlar. 2023-cü ilin iyun-iyul aylarında olardı Ələddinin əmisi oğlu Əjdər kimi tanıdığı şəxsin bir ədəd **-DP-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobili Ələddinin vasitəsilə icarəyə vermək üçün götürmüş, Ələddinlə bir müddət işlədikdən sonra avtomobil alqı-satqısı ilə məşğul olmaq qərarına gəlib, internetdən ucuz qiymətə tapdıqları Toyota Prius markalı avtomobilləri ahb, lazım gəldikdə təmir edib, təxminən 7 ay ərzində Ələddinlə birgə 50 ədədə yaxm avtomobili alıb satdıqca Renta Car açmaq qərarına gəlmişlər. Ələddin özü tərəfindən MMC-yə gətirdiyi avtomobilləri satmağı və əldə olunan pulla Renta Car açıb biznes işlərini genişləndirməyi, əldə etdikləri qazancdan avtomobil alaraq qohumlara qaytarmağı təklif etdiyindən onunla razılaşmış, Ələddinin razılığı ilə **-DH-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobili ona verilən ümumi etibarnamə əsasında Tural adlı şəxsə təqribən 11000-11500 manata Sumqayıt şəhərində yerləşən DYP-nin inzibati binasının həyətində satmış, bir müddət sonra 3 ədəd **-XK-***, 77- DA-987, **-GX-*** dövlət qeydiyyat nişanlı Totoya Prius markalı avtomobilləri Əhmədli qəsəbəsində yerləşən Legenda adlı Lombarda işləyən Cavid adlı şəxsə Ələddinin iştirakı ilə 19000 manat qarşılığında girova qoyub pul götürmüş, bundan bir həftə keçmiş **-FJ-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobili 10500 manata adını xatırlamadığı qadına Xırdalanda yerləşən DYP-nin həyətində, **-ZY-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobili adını xatırlamadığı Şəki rayon sakininə 12000 manata satsa da onların aylıq 700 manat icarə haqqı ödəməklə avtomobilin özündə qalmasını razılaşmışlar. **-KU-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobili Tural adlı tanışma 10500 manata Sumqayıt şəhərində DYP-nin binasının həyətində satsa da avtomobil ayda 800 manat ödəmək şərtilə onda qalmış, 77- GA-441 dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobili eyni qaydada Ayxan adlı iş gördüyü şəxsə 12500 manata Xırdalanda yerləşən DYP-nin həyətindən satmış, **-DP-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobili Ayxan adlı Gürcüstan Respublika əsilli olan şəxsə 11500 manata Xırdalanda DYP-nin binasının həyətindən satmış, **-KH-*** dövlət qeydiyyat nişanh Toyota Prius markalı avtomobili internet vasitəsi ilə tanış olduğu tanımadığı şəxsə Günəşli qəsəbəsində 8500 manata satmış, **-ZY-*** və **-KH-*** dövlət qeydiyyat nişanh avtomobillərin alqı satqısında Ələddin də iştirak etmiş, Ələddinin məxsus olan Toyota Prius markalı 99-OP 445 dövlət qeydiyyat nişanh avtomobil istisna olmaqla bütün avtomobillərin girov qoyulmasında, satılmasında Ələddin məlumatlı olmuşdur.2023-cü ilin sentyabr ayında həyat yoldaşı X11 adma X1 adlı MMC açaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, MMC-nin açılmasından Ələdini məlumatlı olmuş, avtomobillərinin satışından əldə olunan pulla 15000 manata ilkin ödəniş etməklə kreditlə **-NC-*** dövlət qeydiyyat nişanlı BMV F 10 markalı avtomobil, 9000 manat ilkin ödəniş etməklə kreditə **-AN-*** dövlət qeydiyyat nişanh Chevrolet Lacetti, 20000 manat ilkin ödəniş etməklə kreditə **-NO-*** dövlət qeydiyyat nişanlı Toyota Prado markalı avtomobil alıb Renta Carda gündəlik icarəyə vermiş, bu avtomobillərdən əlavə 27000 manat nağd pula **-KJ-*** dövlət qeydiyyat nişanh Hunday Sonata markalı avtomobil almış, Ələddin də Toyota Prius markalı avtomobillərin satışından əldə edilən pulla özünə BMV F 10 markalı avtomobil almış, MMC-nin fəaliyyəti dövründə Ayxandan 25 ədəd Toyota Prius markalı, Ələddin və onun qohumlarından 11 ədəd, adını xatırlamadığı bir nəfər şəxsdən 5 ədəd, Asim adlı şəxsdən 1 ədəd, İsmayıl adlı şəxsdən 4 ədəd, Cahangir adlı şəxsdən 2 ədəd Toyota Prius markalı avtomobili razılığa gələrək onlardan götürüb ayrı-ayrı şəxslərə taksi kimi işləmək ücün icarəyə vermişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs4 Cəmaləddin oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2023-cü ilin əvvəllərində qardaşı oğlu şahid8 ona Təqsirləndirilən şəxs adlı şəxsin sosial şəbəkədə maşınların icarəsinə dair elanlar paylaşması barədə məlumat vermişdir. Elanlarla maraqlandıqda öyrənmişdir ki, Cabir adlı şəxs icarəyə götürdüyü maşınların müqabilində aylıq 800 manat icarə haqqı ödənişi edir. O və Ələddin maşınlarını Bakı şəhəri, Z.Bünyadov prospektindəki “İpək Yolu” şadlıq sarayının arxasında yerləşən Qevbaliyev Cabirə məxsus “xxxx” MMC-yə apararaq aylıq 800 manat icarə haqqı müqabilində icarəyə vermişlər. Onun mülkiyyətində Toyota Prius markalı **-KH- *** dövlət qeydiyyat nişanlı avtomobil 11000 manat dəyərində idi və 10 ildən artıq müddət idi ki, həmin avtomobili idarə edirdi. Cabir ondan ona etibarnamə verməyini istəmiş, o da ##.##.2023-cü il tarixdə * saylı ASAN Xidmətdə üç il müddətinə etibarnamə vermişdi. Etibarnamə sadəcə nəqliyyat vasitəsini idarə etmək üçün nəzərdə tutulmuş, satmaq, əvəzləşdirmək, bağışlamaq və s. kimi müddəalar daxil edilməmişdir. Cabir ona bir neçə ay aylıq 800 manat icarə haqqı ödənişi etmişdir. Bir gün Cabir ona zəng edərək avtomobilin yol nəqliyyat hadisəsi nəticəsində vurulduğunu, sığortadan ödəniş ala bilmək üçün baş etibarnamə lazım olduğunu bildirmiş, o isə qarşılığında Cabirə baş etibarnaməyə ehtiyac olmadığını, boş vaxtının olduğunu, ödənişi özünün ala biləcəyini bildirmişdir. Cabir isə ona yolunun uzaq olması səbəbindən vaxtının getməməsi üçün sığorta məsələsini özünün həll edə biləcəyini bildirmişdir. Sonra o Xırdalan şəhəri ** saylı notariat ofisində Cabirin adına baş etibarnamə vermiş və Cabirə bildirmişdir ki, ondan sığortaya görə pul istəmədiyini, sadəcə avtomobilin təmir edilərək yenidən xəttə buraxılmasını, əgər özü nəsə xeyir götürmürsə, ona pul verməsinə ehtiyac olmadığını deyib, aralarında halallıq olmasının istədiyini bildirmişdir. Onun bildiyi qədəri ilə Cabir həmin işdən 4000 manat pul götürmüş, lakin ona o puldan heç bir ödəniş etməmişdi, heç özü də ondan pul istəməmişdir. Daha sonra öyrənmişdir ki, Cabir ona verdiyi baş etibarnamə ilə avtomobilini şahid3 adlı qadına, həmin qadın isə avtomobili şahid2 adlı başqa bir şəxsə satmışdır. Daha sonra o * saylı Asan Xidmət mərkəzində baş etibarnaməni ləğv etdirmişdir. Avtomobil indiyədək sənəd üzrə onun mülkiyyətindədir, lakin şahid2 ona avtomobili satın aldığını bildirərək geri qaytarmaq niyyətində deyildir. 2023-cü ilin fevral ayında Toyota Prius markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobili 14200 manata alaraq Cabirə icarəyə vermişdir. Sonradan öyrənmişdir ki, Cabir həmin maşını lizinqə verərək müqabilində 10000 manat pul götürüb. Həmin avtomobili geri götürmək istədikdə isə avtomobili götürən şəxs avtomobilin onun atasının mülkiyyətinə keçirildiyini bildirmişdir. Avtomobili geri almaq üçün 7236 manat pul ödəməli olmuşdur. 2023cü ilin avqust ayında Cabir ona ofisində Toyota Prius markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin 12000 manata satışa çıxarıldığını bildirərək həmin avtomobili ona təklif etmiş, o da bu təkliflə razılaşaraq səhəri gün 12000 manat məbləğində pul vəsaitini Cabirə vermiş, lakin Cabir həmin maşını da onun mülkiyyətinə keçirməmişdir. Təqsirləndirilən şəxsin cinayət əməlləri nəticəsində ona ümumilikdə 37.200 manat maddi ziyan dəymişdir və indiyədək ona ödəniş edilməmişdir. Məhkəməyə təqdim etdiyi mülki iddianın təmin edilməsini, ona vurulmuş ziyanın ödənilməsini, ziyan ödənilmədiyi halda təqsirləndirilən şəxsə sanksiya daxilində ən ağır həddə cəza təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 onun oğullarıdır. 2023-cü ilin fevral ayında qardaşı Talıbın və qardaşıoğlu Ələddinin istifadələrində olan avtomobillərini Cabir adlı şəxsə məxsus “xxxx” MMC-yə icarə verdiklərini və hər avtomobilə görə aylıq 800 manat icarə haqqı aldıqlarını eşitmişdir. Daha sonra o da Cabirə icarəyə avtomobil vermək qərarına gəlmişdir və onunla görüşüb danışmışdır. Həmin vaxt onun avtomobili olmamışdır. Cabir onun üçün avtomobil ala biləcəyini bildirmişdir. ## ###### 2023-cü il tarixdə oğlu Kamran Cabirlə birlikdə Toyota Prius markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobili tanımadığı bir şəxsdən 14500 manata almaq müqabilində razılaşaraq BDYPİ-də avtomobilin alqı-satqısını həyata keçirmiş, notariat kontorunda alqı satqı müqaviləsi imzalamışlar. Daha sonra avtomobili icarə üçün Cabirə vermişdir. 4-5 ay müddətində Cabirdən icarə haqqı almışdır. Cabir sonradan ona demişdir ki, “tam dəqiq işləyən bir sürücü tapa bilmir, avtomobili kimə verirəsə, avtomobili düzgün idarə etmir, nəticədə 3-5 gündən bir sürücü dəyişir”. Daha sonra Cabir ona mütləq şəkildə baş etibarnamə verməli olduğunu bildirərək ondan baş etibarnamə almışdır. Sonradan oğulları maşını Bakıda başqa bir şəxsin idarə etdiyi vaxt görmüş, həmin şəxsə yaxınlaşmış və maşının özlərinə məxsus olduğunu demişlər. Həmin şəxs isə onlara bu maşını bir müddətdir aldığını, maşın ona məxsus olduğunu demişdir. Oğulları ona bu barədə məlumat verdikdən sonra bilmişdir ki, Cabirə icarəyə verdiyi avtomobili Cabir onun xəbəri və icazəsi olmadan başqa bir şəxsə satmışdır. Odur ki, ona vurulmuş ziyanın ödənilməsini, ziyan ödənilmədiyi halda təqsirləndirilən şəxsə sanksiya daxilində ən ağır həddə cəza təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs5 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan avtomobilini icarəyə vermişdir. Cabiri əmiləri zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs4 və əmisi oğlu şahid8 vasitəsi ilə tanımışdır. Onlar avtomobillərini Cabirə icarəyə vermişdilər, o da bunu bildikdən sonra istifadəsində olan Toyota Prius markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobili # #### 2023-cü il tarixdə Cabirə icarəyə vermişdir. Cabirə avtomobilini baş etibarnamə əsasında vermişdir, lakin icarə müqaviləsi bağlamamışdılar. Cabir ona icarə müqaviləsini sonra bağlayacaqlarını demişdir, lakin bir neçə müddət keçməsinə baxmayaraq icarə müqaviləsi bağlamamışdır. Cabir ona verdiyi avtomobilin icarəsi üçün aylıq 800 manat ödəniş etməyi öhdəsinə götürmüş və 4 ay müddətində ödəniş etmişdir. Avtomobili icarəyə verdikdən 3 gün sonra Cabir onun avtomobilini Eldar adlı şəxsə onun icazəsi və məlumatı olmadan satmışdır. Onun isə bundan 4 ay sonra xəbəri olmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində ona 14200 manat ziyan dəymişdir. Odur ki, məhkəməyə təqdim etdiyi mülki iddianın təmin edilməsini, ona vurulmuş ziyanın ödənilməsini, ziyan ödənilmədiyi halda təqsirləndirilən şəxsə sanksiya daxilində ən ağır həddə cəza təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayında Tik-tok sosial platformasında tanımışdır. Əmisi oğlu şahid8 özünə və atası Talıb Surxayevə məxsus avtomobilləri Təqsirləndirilən şəxs məxsus "CC TAXİM" MMC-yə icarə verdiklərini və aylıq icarə haqqı olaraq 800 manat aldıqlarını demişdilər. Bundan başqa əmisi Salman, qardaşı Kamal, atası Şahlar da Cabirə icarəyə avtomobil vermişdir. O da bundan sonra avtomobil alıb icarəyə vermək istəmişdir. Bu məqsədlə Cabirlə görüşərək danışmışdər. Toyota Prius markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 14500 manat ödəniş edərək Cabirə icarəyə vermişdir. ##.##.2023-cü il tarixdə Cabirlə ASAN Xidmət mərkəzinə gedərək Cabirlə icarə müqaviləsi bağlamış, müqaviləyə əsasən Cabir ona 800 manat aylıq icarə haqqı verməyi öhdəsinə götürmüşdür. Təxminən on gün sonra öz adına daha bir ədəd Toyota Prius markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili 14000 manata almış eyni məbləğ- 800 manat qarşılığında ##.##.2023-cü il tarixdə Cabirə icarəyə vermişdir. Bundan başqa, Cabir ona satışda Toyota Prius markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğunu, istəyirsə almasını təklif etmiş, o da həmin avtomobi üçün 12000 manat pul ödəmişdir. Bir müddər sonra həmin avtomobilin satışda olmadığı, avtomobilin başqa bir şəxsin mülkiyyətində olduğubəlli olmuş, Cabirə zəng edib səbəbini soruşduqda, Cabir ona bildirmişdir ki, başqasına etibarnamə vermişdir bu səbəbdən maşın hazırda adına göstərmir. Cabir sonra demişdir ki, indi xəstə olduğu üçün bu barədə sonra danışsınlar. O isə maşının texniniki baxış vəsiqəsini atmağını istəmiş, bir az sonra Cabir texniki baxış vəsiqəsinin şəklini ona whatsapp mobil tətbiqində göndərmiş, lakin görmüşdür ki, bu köhnə vəsiqədir. Cabir isə məsələni uzatmamağı, xəstə olduğunu bildirərək, sonra birlikdə Baş Dövlət Yol Polisi İdarəsinə gedərək orada aydınlaşdırmağı təklif etmiş və narahat olmamasını bildirmişdir. Daha sonra Cabirin digər iki avtomobili onun məlumatı və icazəsi olmadan satdığı bəlli olmuşdur. İbtidai istintaq zamanı 77-XG 840 dövlət qeydiyyat nişanlı avtomobili onun özünə qaytarılsa da, digər iki avtomobillər üçün ödədiyi 265000 manat ona indiyədək geri qaytarılmamış, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində ona 26500 manat ziyan dəymişdir. Odur ki, məhkəməyə təqdim etdiyi mülki iddianın təmin edilməsini, ona vurulmuş ziyanın ödənilməsini, ziyan ödənilmədiyi halda təqsirləndirilən şəxsə sanksiya daxilində ən ağır həddə cəza təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində videokonfrans vasitəsi ilə zərərçəkmiş şəxs qismində dindirilmiş dindirilmiş zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o hal-hazırda Qətər dövlətindədir. 15 aydır ki, Təqsirləndirilən şəxs ona qarşı törətdiyi dələduzluq cinayəti nəticəsində uğradığı maddi ziyana görə ayrı-ayrı şəxslərə borcları yaranmış, buna görə borclarını qaytara bilmək üçün Azərbaycanı tərk edərək xarici ölkədə işləməyə başlamışdır. Təqsirləndirilən şəxs ona 99.100 manat məbləğində ziyan vurmuşdur. O da bir çox adamlardan borc almış, Cabirə vermiş və qaytara bilmədiyi üçün hazırda Qətər dövlətində işləyir, konteyner-vaqonda yaşayır. Belə ki, 2022-ci ilin fevral ayının ortalarında əmisi oğlu Ələddin və atası Talıbdan iş olarsa ona məlumat vermələrini xahiş etmişdir. Onlar da ona Cabir adlı şəxsin icarəyə avtomobil götürərək aylıq 800 manat məbləğində icarə haqqı ödədiyini bildirmişlər. ## ###### 2023-cü ildə atası Şahların adına 14.000 manata Toyota Prius markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil almış və aylıq 800 manat icarə haqqı müqabilində Cabirə icarəyə vermişdir. ##.##.2023-cü il tarixdə atasının adına 14100 manata başqa bir Toyota Prius markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobil alıb, həmin gün onu da baş etibarnamə əsasında ayda 800 manat icarə haqqı müqabilində Cabirə icarəyə vermişlər. Cabir hər ay bu iki maşına görə ona vaxtlı vaxtında 1.600 manat ona pul vermişdir. Əvvəlki vaxtlarda Cabirdən heç bir narazılığı olmamışdır. Cabir sonar ona satışda avtomobillər olduğunu bildirmiş, o da Toyota Prius markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobili ondan 13000 manat müqabilində almışdır. Cabir avtomobili onun adına keçirəcəyini bildirsə də, keçirməmişdir. X17 adlı qadının adına olmuşdur. ## #### 2023-cü il tarixdə Cabir ona bir nəfər şəxsə təcili olaraq pul lazım olduğunu, bu səbəbdən mülkiyyətində olan Prius markalı 77 BJ-341 dövlət qeydiyyat nişanlı avtomobili ucuz qiymətə 11000 manata satdığını demiş və o da Cabirlə razılaşıb başqa bir nəfərdən 11000 manat borc pul alaraq həmin avtomobili də ondan almışdər. Sonra Cabirə pul toplaraq yenə avtomobil almaq istədiyini demiş, bu zaman Cabir ona bankda ödənişi tam ödənilməmiş satışa çıxarılmış 4 ədəd avtomobil olduğunu və 34000 manat müqabilində həmin avtomobilləri ala biləcəyini demiş, o da razılaşmış və həmin məbləği ödəyərək 4 avtomobili də almışdır. Avtomobillərdən ikisi atasının adına olmuş, digər ikisi isə onun adına olmamışdır. Cabir ona demişdir ki, “bu avtomobilləri də al, bir yerdə gedib sənədləşdirərik” demişdir. Oktyabr ayında Cabir ona 400 manat ödəniş etmişdir. Qardaşı Kamranın iş yoldaşı Afiq ona gəlib demişdir ki, ofisə gedərək Cabirlə maşının aylıq haqqını 600 manata danışmış, lakin razı olmamışdır. Bu səbəbdən Kamaldan Cabirlə danışmasını xahiş etmişdir. Bu səbəbdən Cabirlə danışaraq ondan xahiş etmiş, Cabir də razılaşmışdır. Afiq ona 13.000 manat pul vermiş, o da həmin pulu Cabirə vermişdir. Cabir demişdir ki, yeznəsi Adıgözəlov Elnur taksiləri ləğv etmişdir, onun bir ədəd qırmızı avtomobili var. Avtomobilin şəklini Afiqə atmış və o baxıb bəyənmişdir. Cabir demişdir ki, “3-4 günə Afiqin maşını ilə birlikdə sənin də 6 ədəd maşınlarını sənədləşdirərik”. Sonra o işi ilə bağlı rayona getməli olmuşdur. Qayıdandan sonra axşam Cabirə zəng vurmuş, lakin Cabir cavab verməmişdir. Cabir sonradan ona etiraf etmişdir, hətta onun çayxanada bir videogörüntüsü vardır. Etiraf etmişdir ki, hər ay bir maşın alıb yerinə qoyacaqdır və narahat olmasınlar. Bunu eşidən Afiq narazılıq edərək, “mən Cabiri tanımıram, sənə görə vermişəm və səndən pulumu tələb edirəm” demiş, pulunu tələb etmiş, o da borc alıb Cabirə onun adından verdiyi pulu qaytarmışdır. Üzərindən çox keçdiyi və uzun müddətdir xarici ölkədə işlədiyi üçün tam dəqiq xatırlamasa da, cinayət əməli nəticəsində Təqsirləndirilən şəxs ona ittiham aktında göstərilən məbləğdə 99.100 manat məbləğində ziyan vurmuşdur. Ona vurulan ziyan ödənilməmişdir, ona dəymiş ziyanın ödənilməsini tələb edir, ödnilmədiyi halda təqsirləndirilən şəxsə sanksiya daxilində ən ağır cəza təyin edilməsini xahiş edir. Bundan başqa, məhkəmə kollegiyası iş üzrə şahidlər şahid8 Talib oğlu, şahid7, şahid6 İlham oğlu, şahid2, Mustafayev İsmayıl Coşqun oğlu, şahid1 və şahid3 İsgəndər qızının ittiham aktında və hökmdə təsvir edilmiş ifadələrini hazırki qərarda təkrarən təsvir edilməsinə lüzum görmədən onları mötəbərliyi üzrə qiymətləndirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ## #### 2024-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə həyata keçirilmiş, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs isə cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxs4 dediklərini qismən təsdiq edir, o həqiqətəndə Taxim Servis MMC-ni təsis etmişdir. Orada internetdə yerləşdirdiyi elanlar vasitəsi ilə müxtəlif şəxslərin avtomobillərini gündəlik icarəyə vermişdir. Həmçinin qarşısında əyləşən zərərçəkmiş şəxs4də 2 ədəd **-KH-*** və **-XK-*** d.q.n nişanlı Toyota Prius markalı avtomobillərini gündəlik icarəyə vermişdir. Onun bildirdiklərindən 90 KH-377 d.q.n nişanlı avtomobilin Salmanın xəbəri olmadan satılması ilə razı deyildir. Həmin avtomobilin satılmasından Salmanın xəbəri olmuşdur. Həmçinin **-EC-*** d.q.n nişanlı avtomobilin Salmana 12000 manata satılması ilə bağlı zərərçəkmiş şəxs4 üzünə demək istəyir ki, Salman həmin pulu onun yanında ofisdə qohumu olan Ələddinə vermişdir. Onun həmin məsələdən xəbəri olsada pul verilməmişdir. İfadəsindədə bildirdiyi kimi Ələddinlə onun niyyəti bizneslərini genişləndirmək üçün pul yığmaq idi. Sonra onlar həmin ziyanları ödəyəcəkdilər. O digər şəxslərində həmçinin zərərçəkmiş şəxs4da aylıq icarə ödənişlərini tam ödəmişdir. O həmçinin bildirir ki, zərərçəkmiş şəxs4 bildirdiyi kimi **-KX-*** d.q.n nişanlı Toyota Prius markalı Salmana maxsus olan və Salmanın qohumu Kamala məxsus olan 2 ədəd Toyota Prius markalı avtomobili Əhmədli qəsəbəsində yerləşən Legenda adlı lombarda girova qoymuşdur və qarşılığında 19000 manat pul almışdır. Bu məsələdən Salmanın qohumu Ələddinin məlumatı olmuşdur (Cild 2, i.v 181 183;). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ## #### 2024-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə həyata keçirilmiş, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs isə cavab olaraq bildirmişdir ki, o öz ifadəsində bildirdiklərini təsdiq edir, Təqsirləndirilən şəxs dedikləri yalandır, o 14200 manat qarşılığında **-KM-*** d.q.n nişanlı Toyota Prius markalı avtomobili özü üçün almışdır. Avtomobil Ələddinin adına alınsada onun adından Cabirə verilmişdir.Cabir həmin avtomobilin ona məxsus olmasını bilirdi. O bunu bildiyi halda həmin avtomobili Eldar adlı şəxsə satmışdır (Cild 2, i.v 184-186;). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ## #### 2024-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə həyata keçirilmiş, zərərçəkmiş şəxs şahid8 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs isə cavab olaraq bildirmişdir ki, şahid8 dediklərini təsdiq etmir.O həqiqətəndə Taxim Servis MMC-ni təsis etmişdir. Orada internetdə yerləşdirdiyi elanlar vasitəsi ilə müxtəlif şəxslərin avtomobillərini gündəlik icarəyə vermişdir. Həmçinin qarşısında əyləşən Ələddin və onun qohumlarının Toyota Prius markalı avtomobillərini gündəlik icarəyə vermişdir. Ələddinin özü onun şəriki olmuşdur. Onun dedikləri tamamilə yalandır. Ona etibar olunan bütün avtomobillərin satılmasından Ələddinin məlumatı olmuşdur. Avtomobillərin satışından əldə olunan gəliri onlar yarı-yarıya bölmüşlər. Onun müxtəlif markalı avtomobillər almaq üçün 45 min manata yaxın nağd pul verməsi barədə onu deyə bilər ki, Ələddin ona 10000 manat Hunday Sonata markalı avtomobili ona satmağı üçün vermişdir. Avtomobil lizinqdə olduğundan Ələddin lizinq şirkətindən sürmək üçün etibarnamə aldı və hal-hazırda həmin avtomobil Ələddinin özündədir. Həmin 10000 manatdan əlavə Ələddin ona pul verməmişdir. Ələddinin 1 ədəd **-OP-*** d.q.n nişanlı Toyota Prius markalı avtomobili onda icarədə olmuşdur. Bundan əlavə Ələddinin bacısı Səbinənin adına olan **-GA-*** d.q.n nişanlı Toyota Prius markalı avtomobili o və Ələddin şahid7 adlı tanışına 12-13 min manata satmışlar və pulunu bölmüşlər. Avtomobil addan-ada keçirilən zaman Ayxanın qohumu olan Eldar orada olmuşdur. Ələddin ofisdə olması səbəbindən orada iştirak etməmişdir. Lakin bu alqı-satqıdan məlumatı olmuşdur.şahid8 bildirdiyi kimi 60800 manat ona və ailəsinə verəcəyi yoxdur. O Ələddinlə şərik işləmişdir. Ona heç bir verəcəyi yoxdur (Cild 2, i.v 187 192;). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ## ###### 2024-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə həyata keçirilmiş, zərərçəkmiş şəxs Xəyal Abdullayev istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs isə cavab olaraq bildirmişdir ki, Xayal Abdullayevin dediklərini təsdiq edir, həqiqətəndə X12 ona qeyd etdiyi avtomobilləri icarə əsasında baş etibarnamə ilə veribdir. Xəyal yeni bir avtomobil almaq istədiyindən ona bildirdimişdir ki, **-DH-*** nömrə nişanlı Ələddinin xalası oğlu Əbubakirin adına olan avtomobili Xəyalın qohumu olan Nurinc adlı xanımın adına keçirtmişlər. Həmin avtomobil faktiki olaraq texniki pasportdə Əbubəkirin adına olsada həmin avtomobil Ələddinin idi Ələddinlə onlar arasındada razılıq var idi ki, onlara icarəyə verilən avtomobilləri satsınlar və bizneslərini genişləndirsinlər. O bu səbəbdən Xəyalın ona baş etibarnamə ilə icarəyə verdiyi avtomobillərdən **-FY-*** nömrə nişanlı Corolla markalı avtomobili 2023-cü ilin yay aylarında sürməyə yararsız vəziyyətdə olduğundan Xətai rayonunda, Neapol dairəsində yerləşən "Ölüxana" adlanan avtomobil ehtiyat hissələri alan Binnət adlı şəxsə 7300 manata satmışdır. **-DV-*** nömrə nişanlı avtomobili o heç kimə satmamışdır, o həmin avtomobil ilə əlaqəsi olmayıbdır **-DH-*** nömrə nişanlı avtomobili o Xəyala satmışdır, Xəyal həmin avtomobil müqabilində ona 13700 manat pul vermişdir. O həminn avtomobili sonradan Tural adlı digər sahibkara satmışdır. Bu və digər satışdan Abdullayev Xəyalın məlumatı olmamışdır (Cild 4, i.v. 190-192;). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ## ###### 2024-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə həyata keçirilmiş, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs isə cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxs2 dediklərini qismən təsdiq edir, zərərçəkmiş şəxs2 şəriki olan Ələddin vasitəsi ilə tanımışdır. Onun qeyd etdiyi avtomobillər həqiqətəndə onun rəhbərlik etdiyi Taxim Servis MMC-də icarədə olmuşdurlar. Həmin avtomobillərdən **-DA- *** nömrə nişanlı və 77-GX- 945 nömrə nişanlı avtomobil barədə bildirir ki, həmin avotmobilləri o Ələddinin razılığı ila özü Legenda adlı lombarda girov qoyub qarşılığında pul götürmüşlər. Lonbardan götürüyükləri pulu Ələddin və o bir yerdə bölüb istifadə etmişlər.**- GC-*** nömrə nişanlı avtomobil Kamalın avtomobili olmayıb,ola bilsin ki, həmin avtomobil adını xatırlamadığı başqa sahibkara məxsus olsun və onun taksi parkında icarədə olsun. Lakin həmin avtomobil Kamalın adına olmamış və onu satmaq üçün Kamaldan 13000 manat pul almamışdır. O həqiqətəndə Kamala 6 ədəd ucuz Prius markalı avtomobil satılması barədə məlumat vermişdir, 6 avtomobilin alınacağı təqdirdə 4 nün Kamala satılacağı,2-nin isə özünə qalacağını bildirmişdir.Kamal həqiqətəndə Ələddinin ad günü ərəfəsində 4 ədəd Toyota Prius markalı avtomobili almaq üçün Gənclik Metrostansiyasının yaxınlığında 34000 manat pul vermişdir.Bundan sonra o avtomobillərin ala bilməyəcəyini gördükdən sonra Kamala pulu geri qaytarmaq istədiyimi bildirdəmişdir. Kamal onun ofisimin arxasına gəldi. Orads Kamala verdiyi 34000 manat pulu geri qaytardı. Bundan əlavə Kamalın alın bildirdiyi **-BJ-*** nömrə nişanlı avtomobil ona satacağı barədə bildirdikləri yalandır, həmin avtomobil həqiqətəndə taksi parkında olubdur, o səhv etmirsə Elçin adlı Naxçıvanlı şəxsə məxsus olmuşdur. O Kamaldan həmin avtomobilin ona satılması müqabilində 11000 manat pul almamışdır. Bundan əlavə 77-DB 869 nömrə nişanlı avtomobil barədə Kamalın bildirdikləri yalandır, həmin avtomobil yeznəsi Adgözəlov Elnurun adına olsada avtomobil ona məxsus olmuşdur (Cild 4, i.v. 193 196;). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ## ###### 2024-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə həyata keçirilmiş, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs isə cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxs1 dediklərini təsdiq etmir, onun onun uzünə dedikləri tamamilə yalandır. O Kamranı şahid8 vasitəsi ilə tanımışdır. Kamranın onun üzünə dediyi ifadə ilə bağlı bildirir ki, **-FJ-*** nömrə nişanlı avtomobil həqiqətəndə Taxim Servis MMCnin taksi parkında olubdur.Lakin həmin avtomobili taksi parkına o gətirməmişdir. Həmin avtomobili Ələddin gətiribdir. Həmin avtomobil taksi parkına gəldikdən 2-3 gün sonra avtomobilin sahibi olan zərərçəkmiş şəxs1 tərəfindən ona icarə üçün baş etibarnamə verildi, həmçinin onun rəhbərlik etdiyi CC Taxim MMC ilə onun arasında icarə müqaviləsi bağlandı. Həmin avtomobilidə bir müddət taksi parkında istifadə etdikdən sonra Ələddinində məlumatı və razılığı ilə Musafayev İsmayıl adlı tanışına səhv etmirsə ya 12 min manata yada 12500 manata satmışlar. İsmayıl pulu ofisin yanında ona verdi. Həmin vaxt Ələddində onun yanında idi. O bütün olanları görürdü. X13 İcarəyə verdiyi 77-XG 840 nömrə nişanlı Prius markalı avtomobil hal-hazırda özündə olmalıdır, o avtomobil heç kimə satılmayıbdır. Kamranın üzünə qarşı **-FK-*** nömrə nişanlı avtomobili onun ona satmağı qarşılığında ona 12000 manat pul verməsi deməsi yalandır. Həmin avtomobil Tural adlı digər sahibkara məxsusdur. O avtomobili o zərərçəkmiş şəxs1 satsaydı öz adına keçirərdi (Cild 4, i.v. 197 201;). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ## ###### 2024-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə həyata keçirilmiş, zərərçəkmiş şəxs şahid7 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs isə cavab olaraq bildirmişdir ki, istintaqa verdiyi ifadəni tam təsdiq edir, şahid7 iştirakı ilə bildirir ki, 2022-ci ilin yanvar ayında o əvvəllər məşğul olduğu yükdaşımadan və toyuq-cücə alverindən əldə etdiyi gəlir hesabına və özünə məxsus olan Opel markalı 90-VC- 250 d.q.n nişanlı avotmobili satmağı hesabına 4 ədəd **-XY-***, **-XY-***, 77- GC-379,**-DZ-*** d.q.n nişanlı Toyota markalı avtomobil aldı. O həmin avtomobilləri internetdə yerləşdirdiyi elanlardan tapdığı şəxslərə gündəlik 30 manata icarəyə verirdi. Təxminən 1 ay sonra Bakı şəhəri, Yasamal rayonunda "Lider" TV-nin binasının yaxınlığında avtomobilləri üçün ehtiyat hissəsi alarkən qarşısında əyləşən Ayxanla tanış olmuşdur. Onunla söhbət edərkən məlum oldu ki, Ayxanın da onun kimi avtomobilləri vardır və həmin avtomobilləri gündəlik icarəyə verir. O 20 ədəd Toyota Prius markalı avtomobilinin olmasını, lakin sürücü tapmaqda işi təşkil etməkdə çətinlik çəkdiyini bildirdi. Ona təklif etmişdir ki, onun üçün sürücü tapa bilər. O ilkin olaraq onun razılaşdı. Biz bir-birinin mobil nömrəsini götürmüşlər. Səhəri günü Ayxanla ona qohumu kimi təqdim etdiyi Eldar ilə Yasamal rayonu ərazisində adını xatırlamadığı kafedə görüşmüşlər. Orada razılığa gəlmişlər ki, o Ayxana məxsus olan 20 ədəd Toyota Prius markalı avtomobilləri gündəlik icarəyə vermək üçün sürücü tapacaqdır, həmin sürücülərə gündəlik nəzarət edəcəkdir. Ayxan isə nasaz avtomobillərin bərpasını öz üzərinə götürdü. Ayxan avtomobilləri 25 manata icarəyə verdiyini, avtomobillərin istifadə olunmadığı günlərin pulunun ödənilməyəciyini bildirdi. Ayxan avtomobillərinə nəzarət etmək üçün GPS sistemindən istifadə edirdi.O həmçinin həmin sistemdən onunda istifadəsi üçün mobil telefonuna proqram yazmışdı. O avotmobilləri 30 manata icarəyə verəcəyini Ayxana bildirmişdir. Ayxana məxsus avtomobillər onun yaşadığı Xətai rayonunda, Ağşəhərdə yerləşən məhəllərində idi. O hər dəfə sürücü tapdıqca Ağşəhərə gedib avtomobili sürücüyə təhvil verirdi. Həmin sürücülər avtomobilin gündəlik icarə pulunu onun istifadəsində olan karta göndərirdilər. O isə pulu ara-ara Ayxanın istifadəsində olan karta göndərirdi. Bir Azərbaycan Beynəlxalq Bank kartına neçə gün sonra Ayxan 4 ədəd Toyota Prius markalı avtomobil gətirdi. Bununlada onun icarəyə verdiyi avtomobillərin sayı özündə olan 4 ədəd Toyota Prius ilə birgə oldu. O Ayxanla bir neçə ay bu qaydada işlədikdən sonra fikirlşədi ki, gündəlik icarəyə avtomobil verməkdənsə sürücülərə aylıq əmək haqqı vermək daha yaxşıdı, o beləliklə daha artıq qazanc əldə edə bilərdi. O Ayxanın bu məsələyə qarışmayacağını düşünüb bu barədə ona bildirmədi və özü üçün xxxx MMC adlı şirkət açdı və işləmək üçün MMC-yəToyota Prius markalı avtomobillər cəlb etdi. Həmin vaxt Ayxana məxsus avtomobillər də onun nəzarətində idi. Bir müddət sonra Surxayevlərə məxsus, daha doğrusu Ələddinin bacısına aid olduğu deyilən 77-GA 441 d.q. n nişanlı Toyota Prius markalı avtomobili 12500 manata Xırdalanda yerləşən DYP-nin həyətindən Ayxana satdı. Bununla da Ayxanın onda icarədə olan avtomobilinin sayı 25 oldu. Bu avtomobilədə ayda 800 manata razılığa gəldilər.2023-cü ilin aprel-may ayları olardı Ayxan ona zəng edib görüşmək istədiyini bildirdi. Onlar Ukrayna dairəsindəki H.Əliyev adına parkda kafelərin birində görüşdülər. Ayxan ona dedi ki, “danışmışam "Toyoto" Mərkəzindən mənim üçün 50 ədəd "Toyoto" Corolla markalı avromobilləri almaq üçün kredit xətti açırlar, amma ilkin olaraq 200000 manat pul ödəmək lazımdır ki, 50 ədəd avtomobil üçün kredit xətti açsınlar”xxxx“MMC-də olan sənə etibarnamə ilə verilmiş avtomobillərdən sataq, bu işi reallaşdıraq, sahibləri bilmədən həmin avtomobilləri bir neçə aya qaytarıb yerinə qoyarıq”. Sabahı gün Ayxan yenə ona zəng edib, onunla Neapol dairəsinin yaxınlığında avtomobillərin təmiri sexində görüşdülər. O həmin təklifi yenə də ona etdi. Bundan sonra onun dediklərinin reallığına inanıb onunla razılaşdı. Həmin vaxt Surxayevlərin ona təxminən 10 ədəd avtomobilləri var idi. Başladı onların maşınlarından yeni qoşulan sahibkarlara satmağa. Bu qayda da maşınlardan satıb pulunu Ayxana verirdi ki, o 200.000 manatı tamamlamaq üçün pulları saxlasın. Təxminən Ayxana 150.000 manat pul vermişdi. Beləliklə cəmində o Ayxana onun təklifi ilə 150.000 manat pul vermiş oldu. Bu pullardan 100.000 manata yaxın hissəsi Ayxana əlbəəl vermişdir və qalan 50.000 manat pulu isə Ayxanın ABB-da olan iki bank kartına köçürtmüşdür (Cild 4, i.v. 230-233;). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbyacan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş ##.##.2023-cü il tarixdli, *-**-**/*-******/**** nömrəli məktuba əlavə olunmuş çıxarışlardan görünür ki, **-KH-*** dövlət nömrə nişanlı Toyota Prius markalı avtomobilin ##.##.2017-ci il tarixli şəhadətnamə ilə zərərçəkmiş şəxs4 Cəmaləddin oğluna məxsus olduğu və ##.##.2023-cü il tarixdə Təqsirləndirilən şəxs etibarnamə verildiyi, 77 -XK-418 nömrə nişanlı Toyota Prius markalı avtomobilin ##.##.2023- cü il tarixli şəhadətnamə ilə X9 məxsus olduğu, 77 -GX-945 nömrə nişanh Toyota Prius markalı avtomobilin ##.##.2023-cü il tarixli şəhadətnamə ilə X9 məxsus olduğu, **-GC-*** nömrə nişanlı Toyota Prius markalı avtomobilin ##.##.2023-cü il tarixli şəhadətnamə ilə X3 məxsus olduğu, 50-EC- 832 nömrə nişanh avtomobilin ##.##.2023-cü il tarixli şəhadətnamə ilə İsgəndərov Maşallah Ərəstun oğluna məxsus olduğu və həmin avtomobil üçün Təqsirləndirilən şəxs ##.##.2023-cü il tarixdə etibarnamə verildiyi, **-KM-*** nömrə nişanh Toyota Prius markalı avtomobilin ##.##.2023-cü il tarixli şəhadətnamə ilə şahid6 İlham oğluna məxsus olduğu, **-DH-*** nömrə nişanh Toyota Prius markalı avtomobilin ##.##.2023-cü il tarixli şəhadətnamə ilə XXX Tural Rövşən oğluna məxsus olduğu və ##.##.2023-cü il tarixdə Təqsirləndirilən şəxs etibarnamə verildiyi, **-DA-*** nömrə nişanh Toyota Prius markalı avtomobilin ##.##.2023cü il tarixli şəhadətnamə ilə X9 məxsus olduğu, **-BJ-*** nömrə nişanh Toyota Prius markalı avtomobilin ##.##.2023-cü il tarixdə X6 məxsus olduğu və Təqsirləndirilən şəxs ##.##.2023cü il tarixdə etibarnamə verildiyi, **-DB-*** nömrə nişanh Toyota Prius markalı avtomobilin ##.##.2023-cü il tarixdli şəhadətnamə ilə X20 məxsus olduğu və ##.##.2023-cü il tarixdə Təqsirləndirilən şəxs etibarnamə verildiyi, **-FK-*** nömrə nişanh Toyota Prius markalı avtomobilin ##.##.2023-cü il tarixli şəhadətnamə ilə XXX Tural Rövşən oğluna məxsus olduğu və ##.##.2023-cü il tarixdə Təqsirləndirilən şəxs etibarnamə verildiyi, **-FJ-*** nömrə nişanh Toyota Prius markalı avtomobilin ##.##.2023-cü il tarixli şəhadətnamə ilə X27ma məxsus olması və ##.##.2023-cü il tarixdə Təqsirləndirilən şəxs etibarnamə verildiyi görünür (Cild 2, i.v 61-72;). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Bank əməliyyatları çıxarışına baxış keçirmək haqqında” ## #### 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə "Rabitə Bank" -dan ##.##.2024-ci il tarixli RB **/**** nömrəli məktuba əlavə edilmiş 5126163******** nömrəli plastik kart vasitəsilə kartın aktiv olduğu müddətə dair aparılmış əməliyyatların məlumatları olan çıxarışa baxış keçirilərək müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs oğlunun istifadəsindədə olan 526163********* saylı Rabitə Bank ASC-yə Təqsirləndirilən şəxs məxsus plastik kartın ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan müddət ərzində karta mədaxil olunan və istifadə edilmiş məbləğlərin cədvəl formasında məktuba əlavə edilməsi görünür. Cədvəldən görünür ki, dövr üzrə karta mədaxil olunmuş məbləğ 83224 manat və dovr uzrə istifadə edilmiş məbləğ 83223 manat olduğu görünür. Bundan əlavə cinayət işi üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir köçürmə aşkar edilməmişdir (Cild 4, i.v. 74;). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Bank əməliyyatları çıxarışına baxış keçirmək haqqında” ## ###### 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə "Unibabnk"-dan ##.##.2024-ci il tarixli HTID- OUT-*****-**** nömrəli məktuba əlavə edilmiş 40********** nömrəli plastik kart vasitəsilə kartın aktiv olduğu müddətə dair aparılmış əməliyyatların məlumatlarıolan çıxarışa baxış keçirilərək müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsindədə olan 40********* saylı Unibank ASC-yə məxsus plastik kartın ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan müddət ərzində karta mədaxil olunan və istifadə edilmiş məbləğlərin cədvəl formasında məktuba əlavə edilməsi görünür. Cədvəldən görünür ki, dövr üzrə karta mədaxil olunmuş məbləğ 118451 manat və dövr üzrə istifadə edilmiş məbləğ 118420 manat olduğu görünür. Bundan əlavə cinayət işi üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir köçürmə aşkar edilməmişdir (Cild 4, i.v. 150;). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-ambulator psixiatrik ekspertizasının ## ###### 2024-cü il tarixli **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixixəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs anamnezində kəsilmiş kəllə beyin tramvası müəyyən edilir, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb.Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqh hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırdada öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 5, i.v. 37-40;). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş ##.##.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Lakin, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü ilə 178.1, 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir (Cild 3, i.v. 131-133;). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs oğlunun əməlinin tövsifini müzakirə edərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X29 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Birinci instansiya məhkəməsi əməlin tövsifi məsələsini müzakirə edərkən cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə belə nəticəyə gəlmişdir ki; təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 178.3.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Plenum qərarında həmçinin qeyd edilmişdir ki, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir (qərarın 3-cü bəndi). Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər (qərarın 5ci bəndi). Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər (qərarın 27-ci bəndi). Birinci instansiya məhkəməsində məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs5 faktiki mülkiyyətində olan dəyəri 14.200 manat təşkil edən “Toyota Prius” markalı, 77-KM 906 dövlət qeydiyyat nişanh avtomobili aylıq 800 manat icarə haqqı olmaqla # ###### 2023-cü il tarixdə öz adma verilmiş etibarnamə əsasında istifadəsinə götürməsi barədə razılığa gələrək cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektindəki “İpək yolu” restoranının yaxınlığında yerləşən ofisinin qarşısında qəbul edərək həmin avtomobili zərərçəkmiş şəxs5 icazəsi və razılığı olmadan ##.##.2023-cü il tarixdə şahid6 İlham oğluna 11.000 manata sataraq həmin pul vəsaitini ələ keçirib, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 14.200 (on dörd min iki yüz) manat məbləğində, zərərçəkmiş şəxs3 faktiki mülkiyyətində olan dəyəri 14.500 manat təşkil edən “Toyota Prius” markalı, **-DH-*** dövlət qeydiyyat nişanh avtomobili ayhq 800 manat icarə haqqı olmaqla ##.##.2023-cü il tarixdə öz adma verilmiş etibarnamə əsasında istifadəsinə götürməsi barədə razılığa gələrək cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu, Z.Bünyadov prospektindəki “İpək yolu” restoranının yaxınlığında yerləşən ofisinin qarşısında qəbul edərək həmin avtomobili zərərçəkmiş şəxs3 icazəsi və razılığı olmadan ##.##.2023-cü il tarixdə XXX Tural Rövşən oğluna 13000 manata sataraq həmin pul vəsaitini ələ keçirib, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 14.500 (on dörd min beş yüz) manat məbləğində, zərərçəkmiş şəxs4 Cəmaləddin oğlunun faktiki mülkiyyətində olan dəyəri 11.000 manat təşkil edən “Toyota Prius” markalı, 90-KH 377 qeydiyyat nişanlı avtomobili aylıq 800 manat icarə haqqı olmaqla ##.##.2023-cü il tarixdə öz adma verilmiş etibarnamə əsasında istifadəsinə götürməsi barədə razılığa gələrək cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, “Santral” elektrik mağazasının yaxınlığında yerləşən ofisinin qarşısında qəbul edərək həmin avtomobili zərərçəkmiş şəxs4 icazəsi və razılığı olmadan ##.##.2023-cü il tarixdə şahid3 İsgəndər qızma 9.500 manata sataraq həmin pul vəsaitini ələ keçirmiş, eyni niyyətlə, zərərçəkmiş şəxs4 faktiki mülkiyyətində olan dəyəri 14.200 manat təşkil edən “Toyota Prius” markalı, **-XK-*** qeydiyyat nişanlı avtomobili aylıq 800 manat icarə haqqı olmaqla ##.##.2023-cü il tarixdə öz adma verilmiş etibarnamə əsasında istifadəsinə götürməsi barədə razılığa gələrək cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, “Santral” elektrik mağazasının yaxınlığında yerləşən ofisinin qarşısında qəbul edərək həmin avtomobili zərərçəkmiş şəxs4 icazəsi və razılığı olmadan ##.##.2023cü il tarixdə X9 adma rəmişlədirməklə girov qarşılığında 19000 manat pul vəsaiti götürərək həmin pul vəsaitini ələ keçirmiş, eyni niyyətlə, şahid4 cəmiyyətə etibarnamə əsasında icarəyə verdiyi sonucunun mülkiyyətində olan “Toyota Prius” markalı, 50-EC- 832 qeydiyyat nişanlı avtomobili guya ki 12.000 manata satması barədə zərərçəkmiş şəxs4 yalan məlumat verib həmin avtomobili alaraq cəmiyyətə eyni şərtlərlə icarəyə verməsini təklif edib razılığını aldıqdan sonra 2023-cü ilin aprel ayında cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu, Z.Bünyadov prospektindəki “İpək yolu” restoranının yaxınlığında yerləşən ofisinin qarşısında 12.000 manat pulu sonuncudan almaqla həmin pul vəsaitini ələ keçirib, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 Cəmaləddin oğluna ümumilikdə 37.200 (otuz yeddi min iki yüz) manat məbləğində, zərərçəkmiş şəxs1 cəmiyyətə etibarnamə əsasında icarəyə verilən X20 mülkiyyətində olan “Toyota Prius” markalı, **-FJ-*** qeydiyyat nişanlı avtomobili guya ki 14.500 manata satması barədə zərərçəkmiş şəxs1 yalan məlumat verib həmin avtomobili alaraq cəmiyyətə eyni şərtlərlə icarəyə verməsini təklif edib razılığını aldıqdan sonra ##.##.2023-cü il tarixdə cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu, Z.Bünyadov prospektindəki “İpək yolu” restoranının yaxınlığında yerləşən yerləşən ofisinin qarşısında 14.500 manat pulu sonuncudan almaqla həmin pul vəsaitini ələ keçirmiş, eyni niyyətlə, zərərçəkmiş şəxs1 cəmiyyətə etibarnamə əsasında icarəyə verilən XXX Tural Rövşən oğlunun mülkiyyətində olan “Toyota Prius” markalı, **-FK-*** qeydiyyat nişanh avtomobili guya ki 11.000 manata satması barədə zərərçəkmiş şəxs1 yalan məlumat verib həmin avtomobili alaraq cəmiyyətə eyni şərtlərlə icarəyə verməsini təklif edib razılığını aldıqdan sonra ##.##.2023-cü il tarixdə cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu, Z.Bünyadov prospektindəki “İpək yolu” restoranının yaxınlığında yerləşən ofisinin qarşısında 12.000 manat pulu sonuncudan almaqla həmin pul vəsaitini ələ keçirib, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ümumilikdə 26.500 (iyirmi altı min beş yüz) manat məbləğində, zərərçəkmiş şəxs2 faktiki mülkiyyətində olan dəyəri 14.000 manat təşkil edən “Toyota prius” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili aylıq 800 manat icarə haqqı olmaqla ##.##.2023-cü il tarixdə öz adma verilmiş etibarnamə əsasında istifadəsinə götürməsi barədə razılığa gələrək cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu, Z.Bünyadov prospektindəki “İpək yolu” restoranının yaxınlığında yerləşən ofisinin qarşısında qəbul edərək həmin avtomobili zərərçəkmiş şəxs2 icazəsi və razılığı olmadan ##.##.2023-cü il tarixdə X9 adma rəsmişlədirməklə girov qarşılığında 7500 manat pul vəsaiti götürərək həmin pul vəsaitini ələ keçirmiş, eyni niyyətlə, zərərçəkmiş şəxs2 faktiki mülkiyyətində olan dəyəri 14.100 manat təşkil edən “Toyota Prius” markalı, **-GX-*** qeydiyyat nişanlı avtomobili aylıq 800 manat icarə haqqı olmaqla ##.##.2023-cü il tarixdə öz adma verilmiş etibarnamə əsasında istifadəsinə götürməsi barədə razılığa gələrək cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu, Z.Bünyadov prospektindəki “İpək yolu” restoranının yaxınlığında yerləşən yerləşən ofisinin qarşısında qəbul edərək həmin avtomobili zərərçəkmiş şəxs2 icazəsi və razılığı olmadan ##.##.2023 cü il tarixdə X9 adma rəsmişlədirməklə girov qarşılığında 7500 manat pul vəsaiti götürərək həmin pul vəsaitini ələ keçirmiş, eyni niyyətlə, X14 cəmiyyətə etibarnamə əsasında icarəyə verdiyi sonucunun mülkiyyətində olan “Toyota Prius” markalı, **-GC-*** qeydiyyat nişanlı avtomobili guya ki 13.000 manata satması barədə zərərçəkmiş şəxs2 yalan məlumat verib həmin avtomobili alaraq cəmiyyətə eyni şərtlərlə icarəyə verməsini təklif edib razılığını aldıqdan sonra 2023 cü ilin may ayında cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu, Z.Bünyadov prospektindəki “İpək yolu” restoranının yaxınlığında yerləşən ofisinin qarşısında 13.000 manat pulu sonuncudan almaqla həmin pul vəsaitini ələ keçirmiş, eyni niyyətlə, şahid4 Səbzah oğlunun cəmiyyətə etibarnamə əsasında icarəyə verdiyi sonucunun mülkiyyətində olan “Toyota Prius” markalı, **-BJ-*** qeydiyyat nişanh avtomobili guya ki 11.000 manata satması barədə zərərçəkmiş şəxs2 yalan məlumat verib həmin avtomobili alaraq cəmiyyətə eyni şərtlərlə icarəyə verməsini təklif edib razılığını aldıqdan sonra 2023cü ilin iyun ayında cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu, Z.Bünyadov prospektindəki “İpək yolu” restoranının yaxınlığında yerləşən ofisinin qarşısında 11.000 manat pulu sonuncudan almaqla həmin pul vəsaitini ələ keçirmiş, eyni niyyətlə, zərərçəkmiş şəxs2 bank tərəfindən satışa çıxarılan 4 ədəd “Toyota Prius” markalı avtomobilləri cəmi 34.000 manata satılması barədə zərərçəkmiş şəxs2 yalan məlumat verib həmin avtomobilləri alaraq cəmiyyətə eyni şərtlərlə icarəyə verməsini təklif edib razılığını aldıqdan sonra ##.##.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Zooparkın yaxınlığında 34.000 manat pulu sonuncudan almaqla həmin pul vəsaitini ələ keçirib, eyni niyyətlə, X20 cəmiyyətə etibarnamə əsasında icarəyə verdiyi sonucunun mülkiyyətində olan “Toyota Prius” markalı, **-DB-*** qeydiyyat nişanlı avtomobili guya ki 13.000 manata satması barədə zərərçəkmiş şəxs2 yalan məlumat verib həmin avtomobili alaraq cəmiyyətə eyni şərtlərlə icarəyə verməsini təklif edib razılığım aldıqdan sonra 2023 cü ilin oktyabr ayında cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu, Z.Bünyadov prospektindəki “İpək yolu” restoranının yaxınlığında yerləşən ofisinin qarşısında 13.000 manat pulu sonuncudan almaqla həmin pul vəsaitini ələ keçirmiş, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə 99.100 (doxsan doqquz min yüz) manat məbləğində külli mqidarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət işi üzrə zərərçəkmiş şəxslər ibtidai istintaqı zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələrində bildirmişlər ki, hər biri özlərinə məxsus olan avtomobillərin taksi kimi fəaliyyət göstərməsi və bunun müqabilində aylıq 800 manat qazanc əldə edəcəklərini Təqsirləndirilən şəxs eşidib razılaşmışlar. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin etibarını qazanmaq və fəaliyyətinin davamılığını təmin etmək üçün ilk aylar davam etməli olduğu qaydada zərərçəkmişlərə 800 manat pulu vermişdir. Cinayət işi üzrə qeyd olunan zərərçəkmişlərin hər birinin qarşısına müəyyən bir formada baş etibarnamə verilməsi ilə nəticələnəcək məsələlər qoymuş (məsələn zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 Cəmaləddin oğluna məxsus Toyota Prius markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfdən vurulduğundan sğortadan pul almaq üçün baş etibarnamə lazım olduğunu Cabir bildirdiyindən Xırdalan şəhəri ** saylı noratiat ofsində onun adına baş etibarnamə vermiş), xəttdə olan hər hansısa bir avtomobilin öz sahibi tərəfindən ucuz satıldığını bildirərək zərərçəkmiş şəxslərdə həmin avtomobillərin alınmasında maraq yaratmış (məsələn zərərçəkmiş şəxszərərçəkmiş şəxs4 Cəmaləddin oğluna Cabir ofsində sahibi Naxçıvanlı olan şəxs tərəfindən 12000 manata satışa çıxarılan, hazırda xəttə işləyən və sürücüsü də olan Toyota Prius markalı **-EC-*** dövlət qeydiyyat nişanhavtomobili ona tıklif etmiş, o da razılaşıb, səhəri gün həmin məbləği Cabirin ofisində ona vermiş, Cabir avtomobilinin sahibi Naxçıvandan qayıtdıqdan sonra avtomobilin onun adına rəsmiləşəcəyini bildirmiş, lakin rəsmiləşdirməmiş, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 Cabir onunla işləyən sahibkarlarda münasib qiymətə Prius marlakı avtomobillər olduğunu bildirdikdən sonra Cabirə 13000 manat pul ödəyərək Prius markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobili ondan almış, Cabir tezliklə avtomobili onun adma kemirəcəyinə söz versə də rəsmiləşdirməmiş, bir nəfərin təcili xəttə işlyən Prius markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ucuz qiymətə 11000 manata satmasını demiş, Cabirlə razılaşıb avtomobili ondan almış və 4-cü avtomobili kimi xətdə işlədilməyə davam etmiş, aylıq icarə haqqı da Cabir tərəfindən ona verilmiş, əvvəlki iki avyomobilə görə 7-8 ay, sonrakı iki avtomobilə görə isə 2-3 ay müddətində Cabirdən icarə haqqım almağına baxmayaraq ondan aldığı iki avtomobili Cabir onun adma rəsmiləşdirməmişdir, əlavə olaraq Cabir bankda ödənişi tam ödənilməmiş satışa çıxarılmış avtomobillərdə dördünü birdən alanda ucuz qiymətə başa gəldiyini demiş və avtomobillərini şəkillərini SMS vasitəsi ilə ona göndərmiş, o da Cabirin təklifi ilə razılaşıb ##.##.2023-cü il tarixdə Bakıda Zooparkın yanında Cabirə 34000 manat pul vermiş, Cabir avtomobilləri onun adma rəsmiləşdirəcəyinə söz versə də hər dəfə bir bəhanə ilə bundan yayınmışdır) və s. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə dələduzluq əməlinin mexanizmi ondan ibarət olmuşdur ki, hər hansı bir həll edilməsi vacib olan bir problemin zərərçəkmiş şəxslərə irəli sürülərək onlara məxsus avtomobillər üzərində baş etibarnamə verilməsi ilə nəticələnəcək şəraiti qəsdən yaratmaq və ya özündə olan (və yaxud olmayan), sahibkarlarda olan ucuza satışa çıxarılan avtomobillərin zərərçəkmiş şəxslər tərəfindən alınmasına nail olmaq, həmin avtomobillər alındıqdan sonra zərərçəkmişlərin adlarına rəsmiləşdirmədən hər ay ilk danışıqları üzrə 800 manat məbləğində icarə pullarını verib (zərərçəkmiş şəxslərə 800 manat pulun bu mərhələdə ödənilməsi fəaliyyətinin davamlılığını yaratmaqdan və zərərçəkmiş şəxslərin inamını qazanmaqdan ibarətdir) sonradan onların xəbəri olmadan baqşa şəxslərə satmaqdan və ya lombarda qoyub pul götürmüşdür. Qeyd olunan hallar bir daha Təqsirləndirilən şəxs əvvəlcədən üzərinə götürdüyü hər hansı öhdəliyin yerinə yetirilməsi məqsədi olmadığını, zərərçəkmiş şəxslərin pulunu ələ keçirərək dələduzluq etməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsi zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə, üzləşdirmə istintaq hərəkətləri ilə, təqsirləndirilən şəxsin özünün qismən ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrlə təkzib olunur. Nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində ## ######## 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmişdir (hökmün bax 102 və 103-cü bəndlərinə). Həmin ayrılmış cinayət işində olan zərərçəkmiş şəxslərin hazırki baxılan cinayət işi üzrə şahid qismində olmaları heç də təsadüfi olmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən şəxsiyyətini xarakterizə edən halları nəzərə alan zaman məhkəmə Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü ilə 178.1, 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsini də nəzərə alır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən nəticəsi və əsaslandırması ilə razılaşmaqla bərabər, iş üzrə toplanmış və hazırda apellyasiya baxışı zamanı bir daha qiymətləndirilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə qiymətləndirərək müdafiə tərəfinin apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsas görmür. Belə ki, məhkəmə kollegiyası tərəflər arasında münasibətlərin mülki xarakterli olmasında dair müdafiə tərəfinin iddialarını əsassız hesab edib qeyd edir ki, yuxarıda qeyd edilən Plenum qərarına əsasən mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. İşin faktiki halları onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə guya “işgüzar” münasibətlər barədə şifahi razılığa gələrkən öncədən kriminal niyyətdə olmuş, onlara bilə-bilə yalan danışmış və yalan vədlər vermiş və bununla artıq özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olduğunu şəksiz nümayiş etmişdir. Tərəflər arasında hər hansı real işgüzar və ya digər mülki xarakterli münasibətlər mövcüd olmamışdır. Məhkəmə kollegiyası “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarında göstərilən tövsiyyələri nəzərə alaraq belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadəsi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Cinayət işinin apellyasiya baxışı zamanı məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs barəsində cinayət təqibini istisna edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39 və 42-ci maddələrində göstərilən hallar müəyyən edilmədiyindən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilə bilməz, bu barədə apellyasiya şikayətlərinin dəlilləri müdafiə tərəfinin subyektiv mülahizələri üzərində qurulmaqla onu cinayət məsuliyyətindən yayındırmaq cəhdləri daşıyır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs bütün prosessual hüquqları, o cümlədən müdafiə hüququ vaxtında və səmərəli şəkildə, habelə işinin ədalətli və açıq araşdırılması hüququ təmin olunmaqla onun barəsində olan cinayət işinə “ağlabatan” müddətlərdə baxılmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Məhkəmə kollegiyası cinayət işinin ibtidai istintaqını aparmış müstəntiq İsa Süleymanovun barəsində xüsusi qərar çıxarılaraq tabeçilik qaydasında Azərbaycan Respublikası Baş Prokurorluğuna tapşırılmasını, hakim Elmir Rüstəmovun bilə-bilə qanunsuz qərar qəbul etməyinə görə qanun çərçivəsində araşdırılmasını və müvafiq tədbirlərin görülməsi barədə apellyasiya şikayətinə əlavənin dəlillərinə münasibətdə qeyd edir ki, həmin məsələlər cinayət prosesi tərəflərinin müraciətlərinə əsasən məhkəmə baxışının predmetini təşkil etmədiyindən və işin faktiki halları ilə bağlı olmadığından, qeyd edilən halların ayrıca xüsusi olaraq müzakirə edilməsinə və qiymət verilməsinə zərurət yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. İşin konkret hallarına gəldikdə isə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs daha ağır cəza təyin edilməsi barədə zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edib qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almış, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirmiş, nəticədə həddindən artıq humanizmin nümayiş etdirilməsinə yol verilməmiş və ədalətsiz cəza təyininə gətirib çıxarmamış, təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası, qeyd olunan normaların tələbləri baxımından verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, şikayətlərdə göstərilənlər əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza, şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyası hüdudlarında, cəzanın məqsədlərini təmin edən azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “xxxx” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20(iyirmi) saat üçün cəmi 220(iki yüz iyirmi) manat dövlət büdcəsindən “xxxx” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Telman Hüseynov Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(3-6)-640/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-640/2026
24.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver