Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-645/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli hökmündən məhkum edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli hökmü ilə (sədrlik edən hakim Nəriman Mehdiyev) ## ###### 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, bir uşağı olan, məhkumluğu olmayan, fərdi qaydada işləyən, ünvan 4 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırkı iş üzrə ## #### 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ## #### 2025- ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə ## #### 2025-ci il tarixdə saat 23 radələrində ünvan 6 ünvanında yerləşən paltaryuyan maşınların təmiri məntəqəsinin plastik giriş qapısının şüşəsini fiziki güc tətbiq edib sındıraraq məntəqəyə qanunsuz daxil olub orada olan zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 100 manat dəyərində “DWT” markalı preferator, 1 ədəd 70 manat dəyərində “Zil” markalı drel, 1 ədəd 55 manat dəyərində “SKOM” markalı drel, 1 ədəd 85 manat dəyərində “Bosch” markalı drel, 1 ədəd 90 manat dəyərində “Incco” markalı laqonda, 2 ədəd içərisində olan təmir alətləri ilə birlikdə hər birinin qiyməti 50 manat olmaqla 100 manat dəyərində plastmas çantanı, zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 250 manat dəyərində paltaryuyan maşınların yuyulması üçün nəzərdə tutulan yuma cihazı və hər biri 40 manat olmaqla ümumilikdə 800 manat dəyərində 20 ədəd müxtəlif markalı paltaryuyan maşınların mühərriyini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxs1 500 manat, zərərçəkmiş şəxs2 1.050 manat ziyan vurmaqla oğurluq etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Həmin hökmdən məhkum edilmiş Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, şikayətində özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilmədiyini, özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bildiyini göstərmişdir. Həmin hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli hökmünün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1ci maddəsinə dəyişdirilməsi və bu maddənin sanksiyası həddində daha yüngül cəza olan 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə deyil, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilir, hesab edir ki, əməli həmin maddəyə tövsif olunmalıdır. Belə ki, o, çatdırılma xidmətində kuryer kimi işləmiş, moped sürmüşdür. ## #### 2025-ci il tarixdə saat 21 radələrində Laçın Ticarət Mərkəzinin yanında sifarişə getdiyi vaxt, yolda moped xarab olduğu üçün sifariş sahibinə gecikəcəyini bildirmişdir. Sifarişi sonra piyada aparıb çatdırmışdır. Daha sonra yolda gələrkən litrlik “Bizon”la aptekdən aldığı 100 qramlıq spirti qarışdırıb içmişdir. Çox yorulduğuna və evə gedib çıxa bilməyəcəyinə görə yaxınlıqda yatmağa yer axtarmışdır. Bu zaman yolun kənarında yerləşən paltaryuyan maşınların təmiri obyektini görmüş, onun qarşısında uzanmaq qərarına gəlmişdir. Lakin yaxınlaşan vaxt obyektin qarşısında yıxılmış və plastik qapının şüşəsi sınmışdır. Bundan sonra çöldəndə içəri girib orada yatmışdır. Təxminən 1 saat yatdıqdan sonra oyanıb obyekti tərk etmişdir. O, obyektə tamah məqsədi ilə girməmişdir. Yıxıldığı üçün kürəyi dəymiş və şüşə sınmışdır. Sonra isti olduğu üçün orada yatmışdır. Oyandıqdan sonra isə tamahı yaranmış və obyektdən oğurluq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq təqairləndirilən şəxs Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxslərin ikisinin də ondan şikayətçi olmadıqlarını nəzərə alıb barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edilir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxslər apellyasiya şikayəti verməmişlər. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya şikayətlərini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-598/2025 sayl, ## ##### 2026-cı il tarixli hökmünün dəyişdirilərək, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə tövsif edilməsini, mümkün olmadığı halda ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Dövlət ittihamçısı müdafiəçi və məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək, şikayətlərin təmin edilməməsini və birinci instansiya məhkəməsiin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətlərinin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxsin, müdafiəçinin apellyasiya baxışı zamanı şikayətlərin dəlilləri barədə çıxışlarından görünür ki, müdafiə tərəfindən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi mübahisələndirilərək onun əməlinin Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməsi, bu mümkün olmadığı halda cəzanın növünün yüngülləşdirilməsi (azadlığın məhdudlaşdırılması) xahiş edilmişdir. Birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən aşağıdakı sübutları tədqiq etmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə deyil, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilir, hesab edir ki, əməli həmin maddəyə tövsif olunmalıdır. Belə ki, o, çatdırılma xidmətində kuryer kimi işləmiş, moped sürmüşdür. ## #### 2025-ci il tarixdə saat 21 radələrində Laçın Ticarət Mərkəzinin yanında sifarişə getdiyi vaxt, yolda moped xarab olduğu üçün sifariş sahibinə gecikəcəyini bildirmişdir. Sifarişi sonra piyada aparıb çatdırmışdır. Daha sonra yolda gələrkən litrlik “Bizon”la aptekdən aldığı 100 qramlıq spirti qarışdırıb içmişdir. Çox yorulduğuna və evə gedib çıxa bilməyəcəyinə görə yaxınlıqda yatmağa yer axtarmışdır. Bu zaman yolun kənarında yerləşən paltaryuyan maşınların təmiri obyektini görmüş, onun qarşısında uzanmaq qərarına gəlmişdir. Lakin yaxınlaşan vaxt obyektin qarşısında yıxılmış və plastik qapının şüşəsi sınmışdır. Bundan sonra çöldənsə içəri girib orada yatmışdır. Təxminən 1 saat yatdıqdan sonra oyanıb obyekti tərk etmişdir. O, obyektə tamah məqsədi ilə girməmişdir. Yıxıldığı üçün kürəyi dəymiş və şüşə sınmışdır. Sonra isti olduğu üçün orada yatmışdır. Oyandıqdan sonra isə tamahı yaranmış və obyektdən oğurluq etmişdir. Məhkəmədə son sözündə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxslərin ikisinin də ondan şikayətçi olmadıqlarını nəzərə alıb barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, iki ildən çoxdur ki, paltaryuyan maşınların təmiri ilə məşğul olur, ustadır, əksər hallarda sifariş qəbul edib səyyar qaydada fəaliyyət göstərir. ## #### 2025-ci il tarixdə saat 19 radələrində işlərini bitirərək usta kimi istifadə etdiyi təmir alətlərini ünvan 7 ünvanında yerləşən tanışı zərərçəkmiş şəxs2 icarəyə götürərək fəaliyyət göstərdiyi paltaryuyan maşınların təmiri məntəqəsində yerləşdirmişdir. Belə ki, əksər vaxt təmir alətlərini həmin məntəqəyə qoymuş, bəzən həmin paltaryuyan maşınların təmiri məntəqəsində usta kimi də fəaliyyət göstərmişdir. ## #### 2025-ci il tarixdə saat 09 radələrində ünvan 7 ünvanında yerləşən paltaryuyan maşınların təmiri məntəqəsinə gəldikdə tanışı zərərçəkmiş şəxs2 ona naməlum şəxs və ya şəxslərin məntəqənin girş qapısının şüşəsini sındıraraq içəri daxil olub oradan oğurluq etdiyini demiş, zərərçəkmiş şəxs2lə birlikdə paltaryuyan maşınların təmiri məntəqəsində Niyaməddinə və ona məxsus olan əşyaların oğurlandığını aşkar etmişlər. Həmin paltaryuyan maşınların təmiri məntəqəsində ona məxsus olan 1 ədəd “DWT” markalı preferator, 1 ədəd “Zil” markalı drel, 1 ədəd “Bosch” markalı drel, 1 ədəd “SKOM” markalı drel, 1 ədəd “Incco” markalı laqonda, 2 ədəd içərisində təmir alətləri olan plastmas çanta oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 500 manat maddi ziyan dəymişdir, belə ki, 1 ədəd “DWT’’ markalı preferatorun bazar qiymət 100 manat, 1 ədəd “Zil” markalı drelin bazar qiyməti 70 manat, 1 ədəd “SKOM” markalı drelin bazar qiyməti 55 manat, 1 ədəd “Bosch” markalı drelin bazar qiyməti 85 manat, 1 ədəd “Incco” markalı laqondanın bazar qiyməti 90 manat, 2 ədəd içərisində təmir alətləri olan plastmas çantanın təmir alətləri ilə birlikdə hər birinin bazar qiyməti 50 manat olmuşdur. Alətlər aşkar olunduqdan sonra o, 24-cü polis şöbəsinə ərizə ilə müraciət edərək usta kimi həmin təmir alətləri ilə işləyib qazanc əldə etdiyinə görə qaytarılmasını xahiş etmiş, 1 ədəd “Incco” markalı laqonda, 1 ədəd içərisində təmir alətləri olan plastmas çanta, 1 ədəd “Zil” markalı drel, 1 ədəd “Skom” markalı drel ona qaytarılmışdır. Oğurluq əməlini törətmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Xudaşükür oğlu ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında yerləşən paltaryuyan maşınların təmiri məntəqəsini icarəyə götürərək usta kimi fəaliyyət göstərir. Həmin paltaryuyan maşınların təmiri məntəqəsi hər gün saat 09-dan saat 19-a kimi fəaliyyət göstərir. Tanışı zərərçəkmiş şəxs1 da paltaryuyan maşınlarının təmiri ilə məşğul olan ustadır. zərərçəkmiş şəxs1 əksər hallarda səyyar qaydada sifariş qəbul edib paltaryuyan maşınları təmir edir, bəzən isə onun icarəyə götürərək işlədiyi paltaryuyan maşınların təmiri məntəqəsində paltaryuyan maşınları təmir edir. ## #### 2025-ci il tarixdə saat 19 radələrində zərərçəkmiş şəxs1 özünə məxsus müxtəlif təmir alətlərini qeyd edilən paltaryuyan maşınların təmiri məntəqəsinə yerləşdirmişdir. ## #### 2025-ci il tarixdə saat 09 radələrində məntəqəyə gəldikdə məntəqənin giriş qapısının şüşəsinin sındığını və məntəqədən oğurluq baş verdiyini aşkar etmişdir. Az müddət keçdikdən sonra zərərçəkmiş şəxs1 də ora gəlmiş, o, Elnura məntəqədən oğurluq baş verdiyini bildirmiş, Elnurla birlikdə məntəqənin içərisindən ona və özünə məxsus olan müxtəlif əşyaların oğurlandığını müəyyən etmişlər. Onun icarəyə götürərək işlətdiyi paltaryuyan maşınların təmiri məntəqəsindən ona məxsus 20 ədəd paltaryuyan maşınların mühərriki, 1 ədəd paltaryuyan maşınlar üçün istifadə olunan yuma cihazı oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1050 manat maddi ziyan dəymişdir. Belə ki, paltaryuyan maşınların oğurlanmış 20 ədəd mühərriyinin hər birinin bazar qiyməti 40 manat, 1 ədəd paltayuyan maşınlar üçün istifadə olunan yuma cihazının bazar qiyməti isə 250 manat olmuşdur. Həmin əşyalardan bəziləri aşkar olunaraq götürüldükdən sonra 24-cü polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus oğurlanmış əşyalarla qazanc əldə etdiyinə görə qaytarılmasını xahiş etmiş, 1 ədəd paltaryuyan maşınlar üçün istifadə olunan yuma cihazı və 11 ədəd paltaryuyan maşının içərisindən metalları çıxarılmaqla yararsız vəziyyətə düşmüş mühərriyinin 22 ədəd metal başlıqları ona qaytarılmışdır. 22 ədəd metal başlıqlar yararsız vəziyyətə düşdüyünə görə onları tullamış, 1 ədəd paltaryuyan maşınların yuyulmasında istifadə olunan yuma cihazını isə Bakı şəhəri ərazisində tanımadığı şəxsə münasib qiymətə sataraq yenisini əldə etmişdir. Paltaryuyan maşınların təmiri məntəqəsini icarəyə götürərək işlətsə də, orada olan hər bir əşyaya özü cavabdeh olmuş, qeyd edilən paltaryuyan maşınların təmiri məntəqəsinin giriş qapısının şüşəsi çox keyfiyyətli materiladan olmuş, həmin şüşəni sındırmaq ancaq kifayət qədər böyük fiziki güc və ya küt alət və əşya tətbiq etməklə mümkün olmuşdur. Oğurluq əməlini törətmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə hazırda barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, ünvan 2 ünvanında əlvan metalların qəbulu ilə məşğul olur. ## #### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs işlədiyi əlvan metal qəbulu məntəqəsinə gələrək özünə məxsus 600-700 qram misin ona lazım olmadığını, buna görə də satmaq istədiyini bildirmişdir. O, həmin misi tərəzidə çəkmiş, təxminən 700 qram olduğunu müəyyən etmiş, bunun müqabilində Təqsirləndirilən şəxs 7 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona satdığı misin oğurluq yolu ilə əldə edildiyini bilməmiş, Azər onu həmin misi ona lazım olmayan özünə məxsus əşyaların içərisindən sökərək götürdüyünə əmin etmişdir. Polis əməkdaşları ona dedikdən sonra Azərin ona satdığı misin oğurluq yolu ilə əldə edildiyini bilmişdir. Təqsirləndirilən şəxs mis alarkən onun şəxsiyyət vəsiqəsinin surətini ondan götürmüş, ona görə də ona mis satan şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Əvvəllər Təqsirləndirilən şəxs işlədiyi əlvan metalların qəbulu məntəqəsində heç nə almamışdır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - ## #### 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - ## #### 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmişdir. (i.v. 58) - ## #### 2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 7-8) - ## #### 2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 12-13) - ## #### 2025-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 müraciətləri əsasında toplanmış HK1/1680 və HK-*/**** saylı materiallar üzrə ünvan 5 ünvanında PŞ-nin sahə inspektoru tərəfindən quraşdırılmış müşahidə kamerasının görüntüləri köçürülmüş 01 ədəd DVD diskə baxış keçirilmişdir. Videogörüntüyə baxış zamanı görüntüdə əynində boz rəngli şalvar və boz rəngli gödəkçə olan, hündür boylu, arıq bədən quruluşlu, seyrək və qısa saçlı bir nəfər kişi cinsli şəxsin hər iki əlində ağır torbalar olduğu və ünvan 3 saylı ünvanın qarşısı ilə hərəkət etdiyi görüntüləndiyi müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüdə olan həmin şəxsin onun özü olduğunu, videogörüntünün onun ## #### 2025-ci il tarixdə saat 23 radələrində ünvan 3 ünvanında yerləşən paltaryuyan maşınların təmiri məntəqəsindən oğurluq etdiyini əks etdirdiyini, videogörüntüdə olan torbalarda olan əşyaların isə həmin məntəqədən oğurladığı əşyalar olduğunu bildirmişdir. (i.v. 22) - ## #### 2025-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə zəng edərək ünvan 5 ünvanda yerləşən paltaryuyan maşınların təmiri məntəqəsinin giriş qapısının şüşəsinin sındırılaraq içəridə olan avadanlıqların oğurlanması barədə məlumat vermişdir. Həmin tarixdə o, eyni zamanda Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin 24-cü Polis Şöbəssinə ərizə ilə müraciət edərək ##.##.2025-ci il tarixdə 09 radələrində özünə məxsus olan 2 ədəd “Bosch” markalı direlini, 1 ədəd laqondasını, 1 ədəd yapışdırıcı aparatını, 1 komplekt təmir açarları olan qutunu saxladığı ünvan 5 ünvanda yerləşən paltaryuyan maşınların təmiri məntəqəsinə gəldikdə məntəqənin şüşəsinin sındırılaraq alətlərinin oğurlanmasını etməsi barədə məlumat vermişdir. Araşdırma zamanı yuxanda qeyd olunan hadisələri törətməkdə şübhəli bilinən Kazımov Xudaşükür oğlu təhqiqata verdiyi izahatında yuxarıda qeyd olunan hadisəni törətməklə əldə etdiyi avadanlıqların bir qismini yaşadığı ünvanda saxladığını bildirmişdir. Qeyd olunan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında saxlanılan, oğurluq yolu ilə əldə olunan 01 ədəd laqonda aparatı, 11 ədəd paltaryuyan maşına aid olan ümumilikdə 22 ədəd metal başlıq, göy-qara rəngli çanta və içərisində olan müxtəlif adlarda usta ləvazimatları, göy rəngli kondisionerlərin yuyulması üçün nəzərdə tutulan aparat, göy rəngli bor aparatı, 02 ədəd drel Təqsirləndirilən şəxs oğlu tərəfindən təqdim olunmuş və götürülmüşdür. (i.v. 24-25) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsin ## ######## 2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair pisixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 122- 123) - ## ######## 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Xudaşkür oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 186-cı maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi əşyaları satdığı istintaqa məlum olmayan şəxslər və Şahid barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 194-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərkən paltaryuyan maşınların təmiri məntəqəsinin plastik giriş qapısının şüşəsinə kürəyini söykəyərək mürgüləməsi və bu vaxt ehtiyatsızlıqdan kürəyinin məntəqənin giriş qapısının dəyməsi və ehtiyatsızlıqdan şüşənin sındığını bildirməsi, özünü ona elan edilmiş ittihamda təqsirli bilməməsi və özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 177.1-ci maddəsi ilə təqsirli bilməsini səbəb kimi gətirərək ona təqdim edilən protokollara və cinayət işi üzrə tərtib edilmiş digər sənədlərə imza etməkdən imtina etməyi özünü müdafiə üçün gətirdiyi dəlil kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yerləşən paltaryuyan maşınların təmiri məntəqəsindən oğurladığı və daha sonra onun tərəfindən təqdim edilərək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanından götürülən zərərçəkmiş şəxs2 məxsus paltaryuyan maşınların yuyulmasında istifadə olunan 1 ədəd yuma cihazı və 11 ədəd paltaryuyan mühərriyinin 22 ədəd metal başlığı, zərərçəkmiş şəxs1 məxsus 1 ədəd “Incco” markalı laqonda, 1 ədəd içərisində təmir alətləri olan plastmas çanta, 1 ədəd “Zil” markalı drel və 1 ədəd “Skom” markalı drel maddi sübut kimi tanınmış, müvafiq olaraq zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 qaytarılmaları nəzərə alınmış, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsini ifşa edən videogörüntüləri özündə əks etdirən 02 ədəd disk sübut növü kimi tanınmışdır. (i.v. 138-144) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair ## #### 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” # #### 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Şikayətin dəlillərində Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə ## #### 2025-ci il tarixdə saat 23 radələrində ünvan 6 ünvanında yerləşən paltaryuyan maşınların təmiri məntəqəsinin plastik giriş qapısının şüşəsini fiziki güc tətbiq edib sındıraraq məntəqəyə qanunsuz daxil olub orada olan zərərçəkmiş şəxslərə məxsus əmlakları vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb ziyan vurmaqla oğurluq etməsi ilə bağlı verilmiş ittihamla razılaşmayaraq onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli olması iddia edilsə də, birinci instansiya məhkəməsi onun irəli sürdüyü dəlilə münasibətdə qeyd etmişdir ki, təqsirləndirilən şəxsin mövqeyinə görə o, oğurluq əməli baş vermiş obyektin qarşısında yıxılaraq kürəyi dəydiyi üçün şüşə sınmış, həmin obyektə tamah məqsədi ilə girməmişdir. Lakin nəzərə alınmalıdır ki, oğurluq əməlinin baş verdiyi obyekt başqa şəxsə məxsus olmaqla təqsirləndirilən şəxsin gecə saat 23 radələrində həmin obyektə getməsinə, ora daxil olmasına hər hansı əsas, zərurət və icazəsi olmamışdır, zərərçəkmişlərə məxsus olan əşyaların saxlanıldığı yer paltaryuyan maşınların təmiri məntəqəsidir və saxlanc yeri sayılır, təqsirləndirilən şəxs həmin saxlanc yerinə məntəqənin giriş qapısının şüşəsini fiziki güc tətbiq edib sındıraraq gizli şəkildə daxil olmuş, bu zaman onun bu hərəkətləri məhz tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədinə yönəlmiş, təqsirləndirilən şəxsin talanmış əmlaklardan istifadə etmək və onların üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan da oğurluq cinayəti bitmişdir. Belə olan halda, məhkəmə təqsirləndirilən şəxsin irəli sürdüyü dəlilləri əsassız sayır. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməsi xahiş edilsə də, lakin toplanmış sübutlarla oğurluq –yəni özgənin əmlakını gizli olaraq talama cinayəti yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildiyindən onun əməli qanuni olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Işdən görünür ki, məhkəmə apellyasiya şikayətlərində qeyd edilən xüsusatları araşdıraraq düzgün hüquqi qiymət vermişdir. Aparılan araşdırma zamanı məhkum edilmiş şəxsin və müdafiəçisinin məhkəmədə irəli sürdüyü dəlillər öz əksini tapmamışdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməli olmasına təkid etsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidin, zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif etmiş, həmçinin əməlin törədilməsinin tam sübuta yetirilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirinin tam sübuta yetirildiyi barədə birinci instansiya məhkəməsinin qənaətini əsaslı və qanuni hesab edir. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəflərin cəza təyini ilə bağlı dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspertiza rəyi və digər sübutları, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsəd ilə tətbiqini düzgün müəyyən etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli * №-li qərarının tövsiyyəsində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Hökmdən görünür ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun himayəsində yetkinlik yaşına çatmayan uşağının olması və iş üzrə zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq olaraq 59.1.4 və 59.1.12ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, cəzanı ağırlaşdıran hal olmaması nəzərə alaraq, cəza təyini barədə qanunvericiliyin tələblərinə əməl edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs onun islah olunması məqsədini və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə əsasən məhkəmə kollegiyasının iclasında da məhkum edilmiş şəxs barəsində cəzanın yüngülləşdirilməsi üçün yeni əsaslar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən cəza növünün dəyişdirilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399-cu maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyil, şikayətin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan məhkum edilmiş şəxs və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Məhkum edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli hökmü məhkum edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 20 (iyirmi) saat üçün cəmi 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Əli Məmmədov Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(3-6)-645/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-645/2026
23.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver