Məhkəmə qərarları › İş №1(3-6)-650/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-650/2026

20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-650/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynova-Zeynalova Səkinə qızının, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (sədrlik edən hakim X2) *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs (##.##.1981-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu Əsəd Əhmədov küçəsi ev 34, mənzil 57- də qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən ## ####### 2025-ci il tarixdən ## ####### 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ##### 2026-cı il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə, həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə zərərçəkmiş şəxs3 etibarından sui istifadə edərək sonuncunun tanışı Müzəffər-zadə Orxan Natiq oğlunu Bakı şəhərində TTYS-dan birinə sürücü kimi işə götürülməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində əlmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 2024-cü ilin avqust ayında Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti 112 ünvanında “Bakı Sağlamlıq Mərkəzi”nin qarşısında zərərçəkmiş şəxs3dən 3.000 manat pul vəsaitini alıb ələ keçirməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 3.000 (üç min) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə zərərçəkmiş şəxs3 etibarından sui istifadə edərək sonuncunun tanışı zərərçəkmiş şəxs2 Bakı şəhərində TTYS-dan birinə sürücü kimi işə götürülməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə zərərçəkmiş şəxs3 tərəfindən ## ###### 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi Hövsan quşçuluq sovxozunda yerləşən "Araz" marketdə MPAY aparatı vasitəsi ilə ona məxsus 4098 5844 7132 **** nömrəli "Leo bank" kart hesabına köçürülmüş 1.500 manat, ## ###### 2024-cü il tarixdə ünvan 1 ünvanında mobil tətbiq vasitəsilə həmin bank kart hesabına köçürülmüş 2.000 manat, ## ###### 2024cü il tarixdə həmin ünvanda mobil tətbiq vasitəsilə ona məxsus 4169************ nömrəli "Kapital bank" kart hesabına köçürülmüş 1.000 manat, ## ###### 2024-cü il tarixdə həmin ünvanda mobil tətbiq vasitəsilə həmin bank kart hesabına köçürülmüş 1.000 manat, 2024-cü ilin noyabr ayının sonlarında həmin ünvanda mobil tətbiq vasitəsilə həmin bank kart hesabına köçürülmüş 1.500 manat, cəmi 7.000 manat pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə 7.000 (yeddi min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə zərərçəkmiş şəxs3 ızının etibarından sui istifadə edərək sonuncunun tanışı zərərçəkmiş şəxs1 Bakı şəhərində TTYS-dan birinə sürücü kimi işə götürülməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 2024-cü ilin dekabr ayında Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti 2930 ünvanında «Panorama park» yaşayış kompleksinin qarşısında zərərçəkmiş şəxs1 tərəfindən zərərçəkmiş şəxs3 vasitəsi ilə göndərilmiş 6.000 manat pul vəsaitini alıb ələ keçirməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 6.000 (altı min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib daha az cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, dəymiş ziyan 16000 manat təşkil etmiş, 3500 manat ziyanı ödəmişdir. Onun əməlində CM-nin 59.1.4-cü və 59.1.14-cü maddələrində nəzərdə tutulmuş yüngülləşdirici hallar olsa da, birinci instansiya məhkəməsi nəzərə almamışdır. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 məhkəməyə ərizələr təqdim edərək dəymiş zərərin tamamilə ödənildiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə edildiyini, bu səbəbdən amnistiya aktının tətbiq edilməklə cəzadan azad edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 onlara dəymiş zərərin tamamilə ödənildiyini, təqsirləndirilən şəxslə barışdıqlarını, sonuncuya qarşı şikayət və tələblərinin olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxsin azad edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X9 ziyanın ödənilməsinin və zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsinin təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmasını təklif etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməlin hüquqi tövsifini, təqsirli olub-olmaması məsələsi mübahisələndirməmiş, cinayət qanunu normasının düzgün tətbiq edilməməsini, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını iddia edərək tələbini CPM-in 399.1.4 və 399.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.4 və 399.1.5-ci maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsaslardır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin protokolları və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin protokolları və iş üzrə toplanmış digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilmişdir. Birinci instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, müdafiə tərəflərinin apellyasiya müraciətində isə məhkəmələrin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs cinayət əməlinin faktiki məzmunu, əməlin CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür (sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəflərinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Təqsirləndirilən şəxsa təyin edilmiş cəzaya gəldikdə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və əməlində cəzanı ağırlaşdıran halın olmamasını, ümumilikdə 16000 manat zərərdən cəmi 3000 manat ödənilməsini, 13000 manat zərərin ödənilməməsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsini nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4cü maddələrinin sanksiyası daxilində nəzərdə tutulmuş aşağı hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun şəxsiyyətini səciyyələndirən və cəzasını yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxslərə dəymiş ziyan qismən ödənilsə də, apellyasiya baxışı zamanı zərərçəkmiş şəxslər tərəfindən təqdim edilmiş ərizələrdən görünür ki, dəymiş zərər tamamilə ödənilmiş, zərərçəkmiş şəxslərlə barışdıq əldə edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi CM-in 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Eyni zamanda, qeyd olunan əsaslar nəzərə alınmaqla müdafiə tərəfinin təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməklə cəzadan azad edilməsi barədə iddiasının əsaslı olduğu görünür. Məhkəmə kollegiyası ilkin olaraq amnistiya məsələsini müzakirə etdiyindən və təqsirləndirilən şəxs barəsində amnistiyanın tətbiq edilməli olması ilə razılaşdığından təqsirləndirilən şəxsə cəza təyinini müzakirə etməyə prosessual qənaət prinsipi baxmından zərurət görmür. Belə ki, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilməlidir (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 5.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 5.2.1-ci bəndinə əsasən bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndirilməyən qanuni qüvvəyə minməmiş hökmlər üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxsləri təyin edilmiş cəzadan azad edirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 5.3-cü maddəsinə əsasən məhkəmələr qanuni qüvvəyə minməmiş hökmlər üzrə icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 5.1-ci və 5.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edirlər. Eyni Qərarın 26-cı bəndinə əsasən apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Cinayət işindən və “ICMS” Elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladları (##.##.2012-ci təvəllüdü Əli Gəncəliyev və ##.##.2010-cu təvəllüdü Yusef Gəncəliyev) vardır. Bununla da o, qeyd olunan Amnsitiya Qərarının 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslərdən olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs barəsində Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər mövcud olmamış, o, az ağır cinayət əməlini törətməkdə təqsirləndirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etmiş, zərərçəkmiş şəxsə vurulmuş zərər ödənilmiş, amnistiyanın tətbiqi edilməsinə müdafiə tərəfinin razılığı olmuşdur. CM-in 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Odur ki, apellyasiya şikayəti təmin edilməli, hökm dəyişdirilməli, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.16-cı, 5.2.1-ci və 5.3-cü bəndinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzadan azad edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPMin 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü dəyişdirilsin. “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.16-cı, 5.2.1-ci və 5.3-cü bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat olmaqla, 15 (on beş) saat üçün cəmi 165 (bir yüz altımış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar