Məhkəmə qərarları › İş №1(3-6)-651/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-651/2026

04.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-651/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, Xüsusi ittihamçı – Xüsusi ittihamçı, Təqsirləndirilən şəxs – Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs İsmail oğlunun, Müdafiəçi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili İsmayılov Səlimxan İsa oğlunun iştirakları ilə, ## #### 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs İsmail oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə bəraət verilməsinə dair Bakı şəhər Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs İsmail oğlu və onun müdafiəçisi İsmayılov Səlimxan İsa oğlu və xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü ilə (hakim Orxan Əlizadə) Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs İsmail oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinməsi və ona 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə bəraət verilməsi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs İsmail oğluna təyin edilmiş cəzanın icrasının Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri və maddi sübut məsələsi də həll edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsi hökmündə qeyd etmişdir ki, təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs İsmail oğlu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsaslı olmaqla, onun törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilmiş, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs İsmail oğlunun hərəkətlərində Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkibinin olması sübuta yetirilmiş, həmin məcəllənin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin isə tərkib əlamətləri müəyyən edilməmişdir. Hökmdən narazı qalan təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs İsmail oğlu və müdafiəçisi İsmayılov Səlimxan İsa oğlu və xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətlərinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs İsmail oğlu və müdafiəçisi İsmayılov Səlimxan İsa oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan dedikdə yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Bu tərifdən göründüyü kimi, böhtan cinayətinin tərkibinin yaranması üçün aşağıdakı zəruri elementlər mövcud olmalıdır: konkret fakt xarakterli məlumatın yayılması; həmin məlumatın yalan olması; yayan şəxsin bunun yalan olduğunu bilməsi (birbaşa qəsd); məlumatın şəxsi nüfuzdan salmaq məqsədi daşıması. Lakin hazırkı iş üzrə bu elementlərin heç biri mövcud deyildir. Belə ki, tərəflər arasında baş vermiş hadisə YouTube platformasında canlı yayım zamanı yaranmış qarşılıqlı mübahisə ilə bağlıdır. Bu mübahisə çərçivəsində tərəflər bir-birinə qarşı emosional və etik normalardan kənar ifadələr işlətmişlər. Lakin bu ifadələr fakt xarakterli konkret məlumatların yayılması deyil, yalnız subyektiv münasibət və emosional reaksiyaların ifadəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir dedikdə isə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. Bu hüquqi tərifdən irəli gələrək, təhqir cinayətinin mövcudluğu üçün bir neçə zəruri elementin eyni vaxtda olması tələb olunur: konkret şəxsə yönəlmiş alçaldıcı ifadə, bu ifadənin nalayiq formada olması və ən əsası, həmin hərəkətin birbaşa qəsd ilə törədilməsi. Lakin hazırkı iş üzrə bu elementlər də tam şəkildə mövcud deyildir. Belə ki, tərəflər arasında baş vermiş hadisə YouTube platformasında canlı yayım zamanı yaranmış ani və emosional mübahisədir. İş materiallarından və mesajlaşmadan aydın şəkildə görünür ki, mübahisənin başlanmasına səbəb məhz şikayətçinin özü olmuşdur. Şikayətçi ikimənalı, təhdid-təhrik xarakterli və qarşı tərəfdə haqlı narahatlıq və aqressiya yaradan “gələcəm sizə papaq atmağa” ifadəsini işlətmişdir. Məhz bu ifadədən sonra tərəflər arasında gərginlik yaranmış və qarşılıqlı söz mübadiləsi baş vermişdir. Sonrakı mərhələdə tərəflər arasında qarşılıqlı söz mübadiləsi baş vermiş və hər iki tərəf bir-birinə qarşı nalayiq ifadələr işlətmişdir. Hadisənin başvermə şəraiti göstərir ki, tərəflər arasında yaranmış vəziyyət əvvəlcədən planlaşdırılmış və ya qərəzli məqsəd daşımamış, ani emosional reaksiya nəticəsində formalaşmış qarşılıqlı mübahisə olmuşdur. Bu isə əməl üzrə ictimai təhlükəlilik dərəcəsinin aşağı olduğunu göstərən mühüm hal kimi qiymətləndirilməlidir. Hüquqi baxımdan mühüm olan məqam ondan ibarətdir ki, təhqir cinayətinin tərkibi üçün tələb olunan birbaşa qəsd, yəni şəxsi alçaltmaq məqsədi burada aydın şəkildə sübuta yetirilmir. Əksinə, hadisənin dinamikası göstərir ki, tərəflər əvvəlcədən planlaşdırılmış şəkildə deyil, spontan və qarşılıqlı formada hərəkət etmişlər. Eyni zamanda, qarşılıqlı təhqir hallarında tərəflərin hər birinin eyni xarakterli davranış sərgiləməsi hüquqi qiymətləndirmədə mühüm əhəmiyyət kəsb edir. Şikayətçinin özü də analoji ifadələr işlətməklə mübahisənin iştirakçısı və faktiki olaraq bu vəziyyətin yaranmasının səbəbkarı olmuşdur. Bu isə onun özünü yalnız zərərçəkmiş şəxs kimi təqdim etməsini hüquqi baxımdan əsassız edir. Eyni zamanda nəzərə alınmalıdır ki, xüsusi ittiham qaydasında cinayət təqibi üzrə baxılan işlərdə məhkəmə yalnız formal olaraq deyil, həm də tərəflərin davranışlarının qarşılıqlı xarakterini və hadisənin ümumi kontekstini qiymətləndirməlidir. Qarşılıqlı təhqir hallarında formalaşmış məhkəmə təcrübəsinə görə, tərəflərin hər ikisinin eyni hərəkətləri törətməsi halında bir şəxsin ayrıca məsuliyyətə cəlb olunması hüquqi əsasdan məhrum olur. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlmək olar ki: hadisə qarşılıqlı və spontan mübahisə xarakteri daşıyır; şikayətçi özü mübahisənin yaranmasına təhrikedici davranışı ilə səbəb olmuşdur; tərəflər arasında birtərəfli qaydada yönəlmiş alçaltma mövcud deyil; ən əsası isə, təhqir cinayətinin zəruri elementi olan birbaşa qəsd sübuta yetirilmir. Xüsusi ittihamçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlara selektiv yanaşılmış, mövcud sübutlar tam, obyektiv və hərtərfli qiymətləndirilməmiş, nəticədə işin faktiki halları düzgün müəyyən edilməmişdir. Həmin hökm iş üzrə faktiki hallara, toplanmış sübutlara və maddi hüquq normalarına tam uyğun deyil, cəza həddindən artıq yüngül təyin edilmiş, eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri üzrə bəraət verilməsi əsassız olmuşdur. İş materiallarından və Məhkəmədə tədqiq olunmuş sübutlardan aydın görünür ki, təqsirləndirilən şəxs onun ünvanına təkcə bir dəfə təhqir ifadəsi işlətməmiş, sistemli və davamlı şəkildə internet informasiya ehtiyatlarında xüsusilə Youtube platformasında canlı yayımlar vasitəsi ilə onun barəsində təhqiredici, alçaldıcı, hədə-qorxu xarakterli, nüfuzdan salan, eləcə də ictimai nifrət, qınaq və aqressiya yaradan ifadələr işlətmişdir. İş materiallarında mövcud olan Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs İsmail oğlunun özünə məxsus Youtube sosial şəbəkəsindəki canlı yayımlarından video səs yazıları, canlı yayımların çat (yazışma) bölməsindəki yazışmaların ekran şəkilləri məhkəmə tərəfindən ayrı-ayrılıqda qiymətləndirilsə də, onların qarşılıqlı əlaqəsi və məcmu halında yaratdığı hüquqi qiymətləndirilməsi təmin edilməmişdir. Məhkəmə yalnız bir ifadəni (“Fərid bəlkə də xəbər tutub ki, Malik Kürdəmirə gələcək izahat verməyə ona görə bəlkə profil açıb məni söyür “kopoyoğlu oğ**ş”) əsas götürərək Cinayət Məcəlləsinin 148-ci maddəsini tətbiq etmiş, lakin digər çoxsaylı ifadələri əsassız olaraq hüquqi qiymətləndirmədən kənarda saxlamışdır. Halbuki iş materiallarında aşağıdakı ifadələr mövcuddur “Fərid ağıllı ol bildin , sənin işin ağırdır, hazır ol”, “meneniana nəzarət elə dilini kəsərəm Fərid sənin dilini kəsdirərəm bundan da pis günə qalacaqsan ”, “gör necə peşman edəcəm səni”,“kişi kişi kimi hərəkət edər f*h*şə kimi hərəkət edən kişi olmur,” ,”f*h*şə özü bilir f*h*şədir sizlər də diqqətli olun”, “kişi kişi kimi ölər f*h*şə qadın kimi ölürsə o kişi döyül birbaşa f*h*şə kimi sayılır”, “bir insanın qeyrəti bilinmir nədir onun cəmiyyət içinə çıxması düzgün deyil”, “ gedib ora bura şikayət edir,qələt eliyir şərəfsizdirdə” ona yazmayın şərəfsizlik edir ki, skrin eləsin”, “canavar olan yerdə çakkallar o\vr\az ,ola bilər çakkal birazöan yanımızda olsun onu da həll edərik vurub Mingəçevirdən söndürərik, məhv eləyərik “ və digər nalayiq, alçaldıcı və təhlükə yaradan ifadələr. Bu ifadələr təcrid olunmuş yox, ardıcıl və sistemli xarakter daşıyır. Məsələn təqsirləndirilən şəxs tərəfindən səsləndirilmiş “ Fərid bəlkə xəbər tutub ki, Malik Kürdəmirə gələcək,izahat verməyə ona görə bəlkə profil açıb məni söyür kopoyoğlu oğ**ş “məzmunlu ifadə həm təhqir, həm də böhtan xarakterli olmaqla iki ayrı cinayət tərkibini özündə birləşdirir. Belə ki, “kopoyoğlu oğ**ş “ ifadəsi və yuxarıda qeyd olunan təhqiredici, şərəf və ləyaqəti alçaldan ifadələr açıq şəkildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir tərkibini təşkil edir. Eyni zamanda “profil açıb məni söyür” iddiası həqiqətə uyğun olmayan, heç bir sübutla təsdiqlənməyən və onu ictimaiyyət qarşısında nüfuzdan salmağa yönəlmiş yalan məlumat olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş böhtan tərkibini yaradır. Qeyd olunan məlumatlar yoxlanıla bilən fakt xarakteri daşıyır, lakin həqiqətə uyğun olmadığına görə böhtan kimi qiymətləndirilməlidir. Bu səbəbdən həmin epizod yalnız təhqir kimi deyil, cinayətlərin məcmusu qaydasında həm Cinayət Məcəlləsinin 147.1, həm də Cinayət Məcəlləsinin 148-ci maddələri ilə qiymətləndirilməlidir. Məhkəmənin bu epizodu yalnız təhqir kimi qiymətləndirilməsi hüquqi baxımdan yanlışdır. Göründüyü kimi təqsirləndirilən şəxsin youtube sosial şəbəkəsindəki səhifəsində, yəni internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə onun barəsində həqiqətə uyğun olmayan yalan məlumatlar yaymaqla ona böhtan atmışdır və bu baxımdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin dispozisiyasına tam uyğundur. Bu səbəbdən Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə bəraət verilməsi qanunsuzdur. Xüsusi ittihamçı apellyasiya şikayətinə əlavə verərək qeyd etmişdir ki, Apellyasiya şikayətində iddia olunur ki, guya hadisə qarşılıqlı və spontan xarakteri daşıyır, şikayətçi özü mübahisənin yaranmasına təhrikedici davranışı ilə səbəb olmuşdur, tərəflər arasında birtərəfli qaydada yönəlmiş alçaltma mövcud deyil, təhqir cinayətinin zəruri elementi olan birbaşa qəsd sübuta yetirilmir kimi ifadələr iş materialları ilə tam təkzib olunur. Hadisənin qarşılıqlı və spontan mübahisə” iddiası tam yanlışdır. Apellyasiya şikayətində iddia olunur ki, guya hadisə qarşılıqlı və spontan mübahisə olmuş, tərəflər bir-birinə emosional ifadələr işlətmiş, təqsirləndirilən şəxsin hərəkətlərində cinayət tərkibinin zəruri elementləri mövcud olmamışdır. Lakin bu mövqe iş materialları ilə tam təkzib olunur. Hadisə qarşılıqlı deyil, hadisə təqsirləndirilən tərəfdən birtərəfli başlamışdır və birtərəfli qaydada da aylarla davam etmişdir. Məhkəmə iclasında çıxış edən xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs İsmail oğlu və onun müdafiəçisi İsmayılov Səlimxan İsa oğlu apellyasiya şikayətinə uyğun çıxış edərək, təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, hər iki tərəfin verdiyi apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündə xüsusi ittihamçı və təqsirləndirilən şəxsin dəlilləri, məhkəmədə verdikləri ifadələr ətraflı təhlil edildiyindən məhkəmə kollegiyası bunları apellyasiya məhkəməsinin qərarında təkrarən təsvir etməklə qərarın mətninin yüklənilməsinə lüzum görmür, lakin əsas məqamların vurğulanmasını zərruri hesab edir. Belə ki, Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətində göstərmişdir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs İsmail oğlu canlı yayım zamanı guya əlində ona aid faktlar olduğunu demiş, ardınca “baş kəsmələr zad söhbətlərini qoyacam, Polisin qabağına görüm bu bunun altından çıxır?” kimi ağır və ya xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs İsmail oğlu ilə əvvəllər aralarında yaxın və normal dost münasibətləri olmuş, həmin səs yazısı qeyri-rəsmi ünsiyyət zamanı emosional məcazi və danışıq dilinə xas ifadələrdən ibarət olmuşdur. Həmin ifadələr heç bir halda real cinayət niyyəti, zorakılığa çağırış və ya əməl xarakteri daşımamışdır. Həmin hərəkətlər onun barəsində ağır və ya xüsusi ilə ağır cinayət törətmiş şəxs obrazı yaratmağa yönəlmiş əsassız ittihamlar olmaqla yanaşı, onu ictimaiyyət qarşısında nüfuzdan salmağa, barəsində yalnış rəy formalaşdırmağa, şərəf və ləyaqətinin alçaldılmasına səbəb olmuşdur. Bundan başqa xüsusi ittihamçı birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, bütün bu hadisələr olmamışdan qabaq onlar Maliklə çox yaxın dost olmuşlar, 2- 3 gündən bir, bəzən də hər gün danışmışlar. Həmin səslərdəki sözügedən baş kəsmə ifadələri dost olduqları zaman aralarında işlətdiyi zarafatyana ifadə olmuşdur. Deyilən baş kəsmə ifadələri ilə bağlı həmin xanım barəsində o, 2020-ci ildə Xəzər rayon 3-cü Polis şöbəsinə müraciət etmişdir. Həmin xanım davamlı olaraq ən qatı və radikal söyüşləri heç kəsə ünvanlamaqdan çəkinməmişdir. Malik həmin qadın barəsində danışıqlarında deyilən baş kəsmə ifadələrini konkteksdən çıxardaraq istifadə etmiş və bunu öz “Youtube” kanalında da bilərəkdən onu ağır cinayətkar yaxud cinayətə meyilli kimi qələmə verib ona digər istifadəçilərlə birlikdə böhtan atmışdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını əsas götürərək hesab edir ki, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar konkret faktlarla bağlı olmalı, belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Göründüyü kimi, “baş kəsmələr zad söhbətlərini qoyacam, Polisin qabağına görüm bu bunun altından çıxır?” kimi ifadələr ümumi xarakterli ifadələrdən ibarət olmaqla şəxsin hər hansı ağır və ya xüsusilə ağır cinayət törətməsi ilə bağlı məlumat təsviri yaratmamış, ümumiyyətlə, həmin ifadə kənar şəxslərə aydın olmayan, anlaşılmayan, yalnız əvvəlcədən tanış olan Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və Xüsusi ittihamçı məlum olan aqressiya ilə səsləndirilmiş ifadələrdən ibarətdir. Tədqiq edilmiş iş materialları ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs İsmail oğlunun Xüsusi ittihamçı ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə böhtan atması faktı təsdiq edilməmiş, xüsusi ittihamçı bununla bağlı şikayətində göstərdiyi halları təsdiq edən əlavə sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məxsus sosial şəbəkə kanalında canlı yayım zamanı aparılan, kütləvi nümayiş etdirilən danışıqların səsyazmalarından görünür ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən Xüsusi ittihamçı barəsində “Fərid bəlkə də xəbər tutub ki, Malik Kürdəmirə gələcək izahat verməyə ona görə bəlkə profil açıb məni söyür kopoyoğlu oğ***ş” kimi nalayiq ifadələr işlədilmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs həmin ifadədə olan səs yazısının ona məxsus olmasını təsdiq edərək, həmin cümlədə “Fərid” adlı şəxsin Xüsusi ittihamçı olduğunu mübahisələndirməsə də, həmin ifadələri Xüsusi ittihamçı ünvanlamadığını, başqa şəxsə qarşı söylədiyini bildirmişdir. Lakin, məhkəmə hesab edir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs işlətdiyi qeyd olunan nalayiq ifadədə cümlədə yalnız Xüsusi ittihamçı adının çəkilməsi, başqa hər hansı şəxsdən söhbət getməməsi bir daha sübut edir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs kütləvi internet informasiya ehtiyatında Xüsusi ittihamçı şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 8-ci bəndində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə, yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Bununla bağlı birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir ki, qeyd olunan ifadələrin nalayiq ifadələr olması aşkar şəkildə özünü büruzə verdiyindən, məhkəmə-linqvistik ekspertizasının keçirilməsinə, sübutların lüzumsuz toplanılmasına əsas olmamışdır. Belə ki, Plenumun mövqeyinə əsasən də, məhkəmə-linqvistik ekspertizasının təyin edilməsi yalnız zərurət yarandığı hallarda tövsiyyə olunmuşdur. Eyni zamanda, məhkəmə haqlı olaraq hesab etmişdir ki, xüsusi ittiham qaydasında şikayətdə qeyd edilmiş “nə oldu Fərid, sənə dedim axı Aqşinin əmisi polisdir, Kürdəmirdə yüksək vəzifədə işləyir, sən Aqşinə heç nə edə bilməzsən, gördün ki, onun adamları çıxdı ortalığa, səni yerinə otuzdurdular”, “Fərid ağıllı ol bildin sənin işin ağırdır hazır ol” məzmunlu ifadələr, “bu gün 5 izahat verilib, birinci gün beşdənə də verəcəm gör necə peşman edəcəm səni”, “dilini kəsərəm fərid sənin dilini kəsdirərəm yazıqsan vallah bunanda pis günə qalacaqsan”, “Allah sənə necə bilir, elə də eləsin fərid gecə burda mən dünən bu gün cəmi 4 saat bölmədə oldum ağlın var utan yerə gir” kimi məzmunlu ifadələr hər hansı cinayət tərkibi yaratmayan, özündə hər hansı real təhqir, böhtan və ya hədə-qorxunu nəzərdə tutmayan ifadələrdir. Həmçinin, xüsusi ittiham qaydasında şikayətdə xüsusi ittihamçının qeyd etdiyi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən onu təhqir edən şəxslərə ünvanlamaqla onlara münasibətdə “ona yazmayın, şərəfsizlik edir, skrin eləsin”, “kişi-kişi kimi hərəkət edər, f*h** kimi hərəkət edən kişi olmur” daha sonra isə “küçədə gəzən qadınlar belə kişiciklərdən qeyrətli olur, f*h** özü bilir f*h**dir sizlər də diqqətli olun”, ardınca “kişi kişi kimi ölər, f*h** qadın kimi ölürsə o kişi döyül birbaşa f*h** kimi sayılır, bir insanın qeyrəti bilinmir nədir onun cəmiyyət içinə çıxması düzgün döyül özündə düzgün ola bilər” kimi ifadələr nalayiq ifadələr olsa da, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir ki, onların konkret şəxsə ünvanlanması sübuta yetirilməmiş və öz təsdiqini tapmamışdır. Eləcə də, xüsusi ittihamçı “canavar olan yerdə çakkallar olmaz, ola bilər birazdan çakkal yanımızda olsun onu da həll edərik vurub Mingəçevirdən söndürərik, məhv eləyərik”, “ürəyivi buz kimi tut sən kişi kimi hərəkət eləmisən içində qalan qalsın” kimi ifadələrin ona qarşı ünvanlandığının konteksdən aydın olduğunu bildirsə də, birinci instansiya məhkəməsi düzgün olaraq ittihamın həmin hissəsini xüsusi ittihamçının mülahizəsinə əsaslanan konkret faktla təsdiqini tapmayan fikirlər kimi qəbul etmişdir. Ümumiyyətlə, təhqiredici hərəkətin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmaması cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq müəyyən edilir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onun əhatənin gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2015-ci il tarixli, * saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qərarın 5-ci bəndində göstərilir ki, qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Kütləvi çıxış dedikdə - hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sairə) başa düşülür. Media və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər teleradio proqramları və kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Qeyd edilən Plenum Qərarının 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax,yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Məhkəmə kollegiyası, xüsusi ittiham qaydasında şikayət üzrə icraat materialını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı tədqiq edilən materiallara, xüsusi ittihamçının, təqsirləndirilən şəxsin ifadələrinə, ittiham tərəfinin təqdim etdiyi kütləvi nümayiş etdirilən sosial şəbəkələrdə yayımlanmış yuxarıda göstərilən məlumatlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya protestinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhər Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar