Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-652/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Ibrahimov Zamin Vəliyəddin oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseyinova-X2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdən ## #### 2026-cı il tarixədək həbsdə olduğu 02 (iki) ay 06 (altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində 02 (iki) il 07 (yeddi) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Lakin məhkəməyə təqdim edilən cinayət işi materiallarından görünür ki, iş apellyasiya icraatına daxil olanadək birinci instansiya məhkəməsinə məhkum edilmiş şəxs tərəfindən apellyasiya şikayətindən imtina edilməsi barədə ərizə daxil olmuşdur. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs verdiyi ərizəni müdafiə etdiyini bildirirək apellyasiya şikayətindən imtinasının qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı ərizənin nəzərə alınaraq qanunvericiliyə uyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunaraq apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390.4-cü maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 391.11-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Həmçinin həmin Məcəllənin 396-cı maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edildiyindən apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390 və 396-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs verilmiş apellyasiya şikayətindən imtinası qəbul olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: Zamin Ibrahimov Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(3-6)-652/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-652/2026
13.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver