Məhkəmə qərarları › İş №1(3-6)-654/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-654/2026

29.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-654/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1 (bundan sonra – dövlət ittihamçısı), təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 (bundan sonra – müdafiəçi) iştirakları ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayəti və ona etdiyi əlavəyə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə (hakim X1) ## ###### 2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, məhkumluğu olan, Gədəbəy rayonu, Qoşabulaq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə hazırda Bakı istintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli qərarı ilə ona tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, ona həmin Məcəllənin 67-ci maddəsinə əsasən Şirvan Şəhər Məhkəməsinin ## ###### 2021-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 8 ay 21 gün hissəsinin hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməsi yolu ilə 2 il 8 ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ####### 2024-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılması yolu ilə 2 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun ## ##### 2024-сü il tarixdən ## ###### 2026-cı il tarixədək həbsdə və ev dustaqlığında olduğu cəmi 1 il 10 ay 6 gün müddətin bir günə bir gün hesabı ilə hesablanıb, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 10 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmış, cəzaçəkmə müddətinin əvvəlinin ## ##### 2026-cı il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Həmin məhkəmə hökmü ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ona görə təqsirli bilinmişdir ki, o, ## ###### 2023-cü il tarix, saat 12:00 radələrində təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında, bir müddət əvvəl təqsirləndirilən şəxs3 müştəri qismində getdiyi, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolunda yerləşən “Qartal” adlanan kafedən zərərçəkmiş şəxs2 tərəfindən qovulmasını bəhanə edərək, özünün silah qismində istifadə etdiyi taxta parçası, təqsirləndirilən şəxs1 isə silah qismində istifadə etdiyi dəmir boru ilə zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vurması nəticəsində sağ yanağın yuxarı yarısının, döş qəfəsinin arxa səthinin sol və arxa sağ yan səthlərinin sıyrıqları, qarının sol yan divarında qalça darağı proyeksiyasının qançırı ilə müşayiət edilən, dərəcəsinə görə həm ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən, sağ baldırın yuxarı 1/3-nin iç yarasının hematoması ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməsi, təqsirləndirilən şəxs3 silah qismində istifadə etdiyi bıçaqla zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vurması nəticəsində döş qəfəsinin ön səthinin sol yarısında ön qoltuqaltı xətt üzrə II-III, sol döşyanı xətlə orta körpücük xətti arasında III-IV, döş qəfəsinin arxa sol-yan səthində arxa qoltuqaltı xətt üzrə V-VI qabırğalarası sahələrin, qarının ön divarının sol yarısında orta körpücük xətti üzrə sol qabırğaaltı nahiyyənin, sağ əlin IV barmağının orta, V barmağının orta və uc falanqalarının ovuc səthlərinin kəsilmiş səthi yaraları ilə müşayiət edilən, dərəcəsinə görə həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən, sol yanağın aşağı yarısında çənə bucağı proyeksiyasının və sağ bazunun orta 1/3-nin arxa-iç səthinin cərrahi tikişə ehtiyacı olan deşilmiş-kəsilmiş yaraları ilə müşayiət edilən, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməsi ilə ictimai yer hesab olunan həmin kafedə təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1la bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir (bundan sonra – İ epizod). Bundan başqa, o, ## ###### 2023-cü il tarix, saat 17 radələrində təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs1 və digər şəxslərlə bir qrup şəxs halında, hər hansı səbəb olmadan Abşeron rayonu, Bakı-Şamaxı şossesi, Hökməli dairəsinin yaxınlığında özünün idarə etdiyi “Hyundai Elantra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə zərərçəkmiş şəxs2 faktiki mülkiyyətində olmaqla idarə etdiyi “Toyota Prius” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən vurması və sonuncu avtomobilin dayanmasına nail olduqdan sonra digər şəxslərin təpik, təqsirləndirilən şəxs3 silah qismində istifadə etdiyi taxta parçası, özünün silah qismində istifadə etdiyi dəmir parçası, təqsirləndirilən şəxs1 isə silah qismində istifadə etdiyi dəmir boru ilə müxtəlif hissələrinə zərbələr vurmaları, zərərçəkmiş şəxs2 avtomobilini idarə edib oradan uzaqlaşmasından sonra isə özünün avtomobili izləyib, Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Şamaxı şossesində idarə etdiyi həmin avtomobil ilə zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobili yenidən qəsdən vurması nəticəsində ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs1 və digər şəxslərlə bir qrup şəxs halında zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 zor tətbiq etmə hədəsi ilə və 4680,00 manat məbləğində maddi ziyan vurub əmlakını zədələməklə müşayiət edilən qərəzli hərəkətlərlə təkrarən xuliqanlıq etmişdir (bundan sonra – II epizod). Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayəti və ona etdiyi əlavədə həmin məhkəmə hökmünün ləğv edilib, barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və ona edilmiş əlavənin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayətini yalnız onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ona əsassız cəza təyin etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayətinə etdiyi əlavəni isə onunla əsaslandırmışdır ki, onun iş üzrə cinayət hadisəsinin baş verməsində təqsiri yoxdur. Ona görə ki, o, hadisənin baş verdiyi kafeyə daxil olduğu an huşunu itirmişdir. Bu faktı zərərçəkmiş şəxs və şahidlər məhkəmə iclasında verdikləri ifadələrində təsdiq etmişlər. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona tərəfindən xəsarət yetirilmədiyini bildirmişdir. Apellyasiya məhkəməsi iclasında izahat və çıxışlarında təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayəti və ona edilmiş əlavənin təmin edilməsini, dövlət ittihamçısı isə apellyasiya şikayəti və ona edilmiş əlavənin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in): - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmdən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayəti və ona etdiyi əlavənin dəlillərini özünə aid hissədə birinci instansiya məhkəməsinin sübutları tam və hərtərəfli araşdırmaması, onlara düzgün hüquqi qiymət verməməsi, təqsirli bilindiyi cinayət əməlinə münasibətdə təqsirini sübuta yetirməməsi, beləliklə də, Azərbaycan Respublikası CPM-in 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və müəyyən etdiyi iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi təşkil edir. Məhkəmə kollegiyası iş üzrə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayətinin və ona etdiyi əlavənin dəlillərinə düzgün hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməllərinə münasibətdə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsinin zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini hazırki qərarın “İşin halları” adlanan hissəsində göstərilmiş məzmunda törətməsi birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutmaq və həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanmaqla, hər hansı qanun pozuntusuna yol verilmədən cinayət işi materiallarına əlavə edilmiş, həmin Məcəllənin 124-cü maddəsində sübut növü kimi nəzərdə tutulduğuna görə 143-146, 329 və 334-cü maddələrinə uyğun şəkildə elan etdiyi, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil və tədqiq etdiyi, tam, hərtərəfli və obyektiv şəkildə araşdırıb sübut kimi qiymətləndirdiyi, işə aid biri digərinə kifayət qədər uyğun gələn, mümkün və mötəbər sübutların məcmusunu təşkil edən, İ epizod üzrə: - özü, təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin təqsirləndirilən şəxs2 özünü, təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1 isə təqsirləndirilən şəxs2 müdafiə etmək üçün irəli sürdükləri dəlillərlə bağlı olmayan, birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qiymətləndirilmiş hissələri ilə yanaşı (məhkəmə kollegiyası hesab edir ki, göstərilən ifadələrin məzmununun birinci instansiya məhkəməsinin hökmündə tam və ətraflı şəkildə göstərilib tədqiq edilməsinə görə hazırkı qərarda təkrarlanmasına lüzum yoxdur), - təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadələrində (İ cild, səh. 92-95, 112- 115, II cild, səh. 214-218) ## ###### 2023-cü il tarixdə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1la birlikdə kafeyə gəldikdən sonra zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 (bundan sonra zərərçəkmiş şəxs) onları görüb əlində olan bıçaqla onun üzərinə gələrkən hər üçünün zərərçəkmiş şəxsi sinəsindən kənara itələməsini və bunun nəticəsində sonuncunun yıxılmasını göstərməsi, hadisə zamanı zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs2 zərbə vurması və nəticədə sonuncunun huşunu itirib yerə yıxılmasını isə göstərməməsi, - zərərçəkmiş şəxsin ibtidai istintaq orqanına verdiyi ərizəsi (İ cild, səh. 16-18), həmçinin məhkəmə istintaqı və ibtidai istintaq zamanı dindirilərkən, təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1la üzləşdirilərkən verdiyi ifadələrində (İ cild, səh. 16-18, 60-63, 123-126, II cild, səh. 33-36, 84-87) təqsirləndirilən şəxs3 kafeyə adlarını sonradan bildiyi Vüqar və Emil adlı şəxslərlə birlikdə daxil olduqdan sonra onu Vüqar və Emilin əllərində olmuş beysbol taxtası və dəmir boru ilə, təqsirləndirilən şəxs3 isə bıçaqla vurduqlarını, bundan sonra təqsirləndirilən şəxs2 beysbol taxtası ilə onun başından vurduğunu və nəticədə yerə yıxıldığını göstərməsi, - məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şahid5 İbrahim qızı (İ cild, səh. 226-228) və şahid2 (İ cild, səh. 111-114) verdikləri eyni məzmunlu ifadələrində hadisə zamanı zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs2 zərbə vurması, nəticədə sonuncunun huşunu itirib yerə yıxılması barədə göstərməmələri, - “Hadisə yerinə baxış keçirilməsi haqqında” ## ###### 2023-cü il tarixli protokol (İ cild, səh. 9-12) və məhkəmə-tibbi ekspertizasının ## ###### 2023-cü il tarixli, **** nömrəli rəyi (İ cild, səh. 21-23) (məhkəmə kollegiyası hesab edir ki, göstərilən sübut növlərinin məzmununun birinci instansiya məhkəməsinin hökmündə tam və ətraflı şəkildə göstərilib tədqiq edilməsinə görə hazırkı qərarda təkrarlanmasına lüzum yoxdur) ilə, II epizod üzrə: - təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlillərlə bağlı olmayan hissələri ilə yanaşı, - şahid1 məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində verdiyi eyni məzmunlu ifadələri (II cild, səh. 115-117) (məhkəmə kollegiyası hesab edir ki, göstərilən ifadələrin məzmununun birinci instansiya məhkəməsinin hökmündə tam və ətraflı şəkildə göstərilib tədqiq edilməsinə görə hazırkı qərarda təkrarlanmasına lüzum yoxdur), - zərərçəkmiş şəxsin ibtidai istintaq orqanına verdiyi ərizəsi (İ cild, səh. 198), həmçinin məhkəmə istintaqı və ibtidai istintaq zamanı dindirilərkən, təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1la üzləşdirilərkən verdiyi ifadələrində (İ cild, səh. 16-18, 60-63, 123-126, II cild, səh. 33-36, 84-87) ## ###### 2023-cü il tarixdə Abşeron rayonu, Bakı-Şamaxı şossesi, Hökməli dairəsinin yaxınlığında “Toyota Prius” markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən həmin avtomobilin sol yan tərəfdən “Hyundai Elantra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan tərəfi ilə qəsdən vurulması, zərbənin təsirindən idarə etdiyi avtomobilin sağ tərəfdən səkiyə çırpılması, avtomobilini məcburi şəkildə dayandırdıqdan sonra vurulduğu avtomobilin sükanı arxasından təqsirləndirilən şəxs2, ön sərnişin tərəfindən təqsirləndirilən şəxs3, arxa oturacağından təqsirləndirilən şəxs1 və tanımadığı iki nəfər şəxsin düşməsi, təqsirləndirilən şəxs2 əlində olan dəmir parçası ilə avtomobilin şüşəsinə vurmasına baxmayaraq, şüşənin qırılmaması, onun avtomobilinə minib qaçmağa çalışdığı anda təqsirləndirilən şəxs2 hərəkətdə olan avtomobili ilə onun idarə etdiyi avtomobilin buferinin sağ tərəfinə vurmasını göstərməsi, - “Hadisə yerinə baxış keçirilməsi barədə” ## ###### 2023-cü il tarixli protokol (İ cild, səh. 176-182), ## ###### 2023-cü il tarixdə “xxxx” MMC ilə təqsirləndirilən şəxs2 arasında “Hyundai Elantra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış avtonəqliyyat vasitəsinin icarə müqaviləsi (İ cild, səh. 187-191), məhkəmə-əmtəəşünaslıq ekspertizasının ## ### 2024-cü il tarixli, */**** nömrəli rəyi və “Avto Clinik” Avtoservis Mərkəzinin verdiyi ## ###### 2024-cü il tarixli məktub (II cild, səh. 145-147) ilə sübuta yetirilmişdir. Buna görə də məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 verdiyi ifadələrində ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş cinayət əməllərini törətməməsini göstərməsini müvafiq cinayət məsuliyyətindən yayınmaq xarakterli olması və cinayət işi materiallarında olan, yuxarıda göstərilmiş sübut növləri ilə təkzib edilməsinə dair mövqeyini qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası cinayət işinin materialları əsasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ## ###### 2024-cü il tarixli, təqsirləndirilən şəxs1 isə ## ###### 2024-cü il tarixli qərarlarla təqsirləndirilən şəxs qismində cəlb edilmələri, istintaq orqanından gizləndiklərinə görə barələrində axtarışın elan edilməsindən (İ cild, səh. 157-161, 206-210) sonra təqsirləndirilən şəxs2 ## ##### 2024-cü il tarixdə, təqsirləndirilən şəxs1 isə ## ##### 2024-cü il tarixdə ittiham elan edilməsi üçün tutulmalarını (II cild, səh. 12-14, 62-64) nəzərə alaraq hesab edir ki, bu hallar təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 tutulduqdan sonra işin faktiki halları barədə bir-biri ilə oxşar, ## ###### 2024-cü il tarixdə tutularaq ifadəsi alınan təqsirləndirilən şəxs3 isə fərqli və təhrif edilmiş məzmunda ifadə vermələrinə səbəb olmasını ehtimal etməyə kifayət qədər əsas verir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilən qanunvericilik normaları və sübut növləri əsasında birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəlmiş, həmin nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin sanksiyasında müvafiq cinayət əməlinin iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıldığı göstərilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi hökmlə əməlində cinayətin residivi olan təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 221.3cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzasını 2 il 6 ay müddətə, yəni Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələblərinə əsasən qanunun yol verdiyi ən aşağı həddə təyin etdiyinə və ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas mövcud olmadığına görə məhkəmə hökmünün ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə bağlı dəyişdirilməsinə əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayəti və ona etdiyi əlavə əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in: - 92.9.24-cü maddəsinə əsasən müdafiəçi cinayət prosesinin gedişində şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərdikdə müdafiə etdiyi şəxsin hesabına, hüquqi yardım pulsuz göstərdikdə isə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına haqq almaq hüququna malikdir. - 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** nömrəli qərarının 1-ci bəndinə əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** nömrəli dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikası CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin müvafiq hallarına əsaslanaraq hesab edir ki, müdafiəçiyə təqsirləndirilən şəxsə hüquqi yardım göstərməsinə sərf etdiyi cəmi 12 saat iş vaxtına görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına 132 manat məbləğində pul ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-412-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayəti və ona etdiyi əlavə təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına ödənilsin. Qərarın bu hissədə icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə olunsun. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar