Məhkəmə qərarları › İş №1(3-6)-655/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-655/2026

18.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qәrar Bakı şәhәri İş № 1(3-6)-655/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr – İbrahimli İbrahim Adil oğlu (sәdrlik edәn vә mәruzәçi), İbrahimov Zamin Vәliyәddin oğlu vә Mәmmәdov Murad Akif oğlundan ibarәt tәrkibdә, Mәhkәmә iclas katibi İbrahimova İlahә Arif qızının, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs müdafiәçisi Müdafiәçi iştirakları ilә, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1-ci maddәsi ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrәli qәrarından Xüsusi ittihamçı tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında açıq mәhkәmә iclasında ilkin baxış iclasında baxaraq, müәyyәn etdi: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayәtlә mәhkәmәyә müraciәt edәrәk Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1-ci maddәsi ilә cinayәt mәsuliyyәtinә cәlb edilәrәk barәsindә ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayәt verәn şikayәtini onunla әsaslandırmışdır ki, Bakı Ağır Cinayәtlәr Mәhkәmәsindә onun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.3.2-ci maddәsi ilә tәqsirlәndirilmәsinә dair cinayәt işinә baxılır. Bu iş üzrә hәmin mәhkәmәnin binasında Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs bu ittihamda ibtidai istintaqda keçmәyәn vәkil mantiyasını onun ofisindә görmәsini ona böhtan ataraq açıq mәhkәmә iclasında sәslәndirmәklә ona qarşı xüsusi ittiham qaydasında Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1-ci maddәsi ilә cinayәt hadisәsi törәtmişdir. Sübutlar - mәhkәmәnin elektron protokolu, Şahmәmmәdov İlqar Şahmәddin oğlu, mәhkәmәnin açıq iclasında iştirak edәn şәxslәr. Yuxarıda göstәrilәnlәrә әsasәn, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 147.1-ci maddәsi ilә cinayәt mәsuliyyәtinә cәlb edilmәsini xahiş etmişdir. Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrәli qәrarı ilә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1- ci maddәsi ilә cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә Xüsusi ittihamçı tәrәfindәn xüsusi ittiham qaydasında verilmiş şikayәt üzrә mәhkәmә baxışının keçirilmәsindәn vә şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmişdir. Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli qәrarından xüsusi ittiham qaydasında şikayәt vermiş Xüsusi ittihamçı apellyasiya şikayәti verәrәk, hәmin qәrarın lәğv edilmәsini vә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 147.1-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtdiyinә görә cinayәt mәsuliyyәtinә cәlb edilәrәk azadlıqdan mәhrum edilmәsi barәsindә hökm çıxarılması ilә bağlı verdiyi xüsusi ittiham qaydasında şikayәtinin mahiyyәti üzrә baxılmasını xahiş etmişdir. Mәhkәmә kollegiyasının iclasında barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş şәxs Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs müdafiәçisi Müdafiәçi verilmiş apellyasiya şikayәtinin әsassız olduğundan tәmin edilmәyib, iş üzrә Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrәli mübahisәlәndirilәn qәrarının qüvvәsindә saxlanılmasını xahiş etdi. Xüsusi ittiham qaydasında şikayәt vermiş Xüsusi ittihamçı apellyasiya şikayәtinә baxılmasının vaxtı vә yeri barәdә lazımi qaydada xәbәrdar olmasına baxmayaraq Azәrbaycan Respublikası Ədliyyә Nazirliyinin Penitensiar Xidmәtinin * saylı İstintaq Tәcridxanası şikayәtçi Xüsusi ittihamçı iştirakını tәmin etmәmişlәr, mәhkәmә kollegiyası onun iştirakı olmadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. Qanunla nәzәrdә tutulmuş qaydada mәhkәmә iclasının vaxtı vә yeri mәlumatlandırılmış Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs mәhkәmә iclasına gәlmәmiş, mәhkәmә kollegiyası onun iştirakı olmadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. Mәhkәmә kollegiyası, verilmiş apellyasiya şikayәtinin dәlillәrini xüsusi ittiham qaydasında icraat materialları ilә әlaqәli surәtdә, hәrtәrәfli, tam vә obyektiv araşdırıb, proses iştirakçılarının fikirlәrini dinlәyәrәk hesab edir ki, aşağıda göstәrilәn әsaslara görә apellyasiya şikayәti tәmin edilmәmәli, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1-ci maddәsi ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrәli qәrarı qanuni vә әsaslı olduğundan verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 299.1-ci maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclası cinayәt işindә, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraatın materiallarında vә ya xüsusi ittiham qaydasında şikayәtdә, irәli sürülmüş ittihamın mahiyyәti üzrә cinayәt prosesi tәrәflәrinin iştirakı ilә mәhkәmә baxışının tәyin edilmәsinin mümkünlüyünün yoxlanılması mәqsәdi ilә ilkin dinlәmәlәrdәn ibarәtdir. Hәmin Mәcәllәnin 299.3.3-cü maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayәtin mәzmununun bu Mәcәllәnin 293.3.1-293.3.7-ci maddәlәrinin müddәalarına uyğun olub-olmaması barәdә mәsәlәyә dә baxılır. Cinayәt Prosessual Mәcәllәsinin 293.3-cü maddәsinә görә böyük ictimai tәhlükә törәtmәyәn aşkar cinayәt üzrә yazılı şikayәtdә vә ya şifahi şikayәtin qәbul edilmәsi barәdә protokolda aşağıdakılar göstәrilir: 293.3.1. şikayәt vermiş şәxs haqqında mәlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri vә mәşğuliyyәt növü, vәzifәsi); 293.3.2. törәdilmiş cinayәt barәdә mәlumatlar (cinayәt qanunu ilә nәzәrdә tutulmuş mәhz hansı әmәlin törәdilmәsi, onun harada, nә vaxt vә necә törәdilmәsi, bu zaman zәrәr vurulmuşdursa, mәhz hansı zәrәrin vurulduğu, o cümlәdәn maddi ziyanın mәblәği); 293.3.3. cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin kim tәrәfindәn törәdilmәsi (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri) vә әmәlin mәhz hәmin şәxs tәrәfindәn törәdilmәsinin nә ilә tәsdiq edildiyi; 293.3.4. şikayәtdә göstәrilәn cinayәtin törәdilmә hallarının hansı şahid ifadәlәri ilә vә konkret olaraq hansı şәxslәrin ifadәlәri ilә (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri), hansı sәnәdlәrlә, habelә hansı digәr sübutlarla tәsdiq edildiyi; 293.3.5. cinayәti törәtmiş şәxsin cinayәt mәsuliyyәtinә cәlb edilmәsi haqqında xahiş; 293.3.6. şikayәtin verildiyi tarix (il, ay vә gün) vә yer; 293.3.7. şikayәti vermiş şәxsin imzası. Hәmin Mәcәllәnin 299.3.1 vә 299.3.3-cü maddәlәrinә әsasәn hәr bir halda cinayәt prosesi tәrәflәrinin iştirakı ilә mәhkәmәnin hazırlıq iclasında mәhkәmәyә daxil olmuş xüsusi ittiham qaydasında şikayәtin ona aid olub-olmaması barәdә vә xüsusi ittiham qaydasında şikayәtin mәzmununun Mәcәllәnin 293.3.1—293.3.7-ci maddәlәrinin müddәalarına uyğun olub-olmaması barәdә mәsәlәlәrә baxılır. Hәmin Mәcәllәnin 301.1-ci maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclasının nәticәsindә xüsusi ittiham qaydasında şikayәtin materialında mәhkәmә baxışının qeyrimümkünlüyünә sәbәb olan hallar olmadıqda vә xüsusi ittiham qaydasında şikayәtin prosessual formasına riayәt edildikdә mәhkәmә baxışı tәyin edilir. Hәmin Mәcәllәnin 302.1-ci maddәsinә görә mәhkәmә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında 1) şikayәt hәmin mәhkәmәyә aid olmadıqda; 2) şikayәt xüsusi ittiham qaydasında cinayәt tәqibinә hüququ olmayan şәxs tәrәfindәn verildikdә; 3) şikayәtin mәzmunu Mәcәllәnin 293.3.1-293.3.7-ci maddәlәrindә nәzәrdә tutulmuş tәlәblәrә uyğun olmadıqda; 4) cinayәt mәsuliyyәtinә cәlb etmә müddәti keçdikdә; 5) barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәl ictimai vә ya ictimaixüsusi qaydada tәqib edilmәli olduqda; 6) cinayәt hadisәsi vә ya barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәldә cinayәt әlamәtlәri olmadıqda; 7) şikayәt әsassız olduqda vә şikayәt vermiş şәxsin dәlillәrini tәsdiq edәn sübutları әks etdirmәdikdә; 8) şikayәti vermiş şәxs şikayәtindәn imtina etdikdә vә tәqsirlәndirilәn şәxslә barışdıqda vә ya mәhkәmәnin hazırlıq iclasına üzrlü sәbәb olmadan tәkrarәn gәlmәdiyi hallarında mәhkәmә baxışının keçirilmәsindәn imtina edir. Hәmin Mәcәllәnin 302.2-ci maddәsinә görә mәhkәmә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında mәhkәmә baxışının keçirilmәsindәn imtina edәrәk aşağıdakılar barәdә qәrarlardan birini qәbul edir: 1)şikayәt hәmin mәhkәmәyә aid olmadığı müәyyәn edildiyi halda xüsusi ittiham qaydasında şikayәtin mәhkәmә aidiyyәti üzrә göndәrilmәsi barәdә; 2) barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәl ictimai vә ya ictimai-xüsusi qaydada tәqib edilmәli olduğu halda xüsusi ittiham qaydasında verilmiş şikayәtin baxılması üçün istintaq aidiyyәti üzrә göndәrilmәsi barәdә; 3)şikayәt xüsusi ittiham qaydasında cinayәt tәqibinә hüququ olmayan şәxs tәrәfindәn verildiyi; şikayәtin mәzmunu Mәcәllәnin 293.3.1-293.3.7- cimaddәlәrindә nәzәrdә tutulmuş tәlәblәrә uyğun olmadığı; cinayәt mәsuliyyәtinә cәlb etmә müddәti keçdiyi; cinayәt hadisәsi vә ya barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәldә cinayәt әlamәtlәri olmadığı; şikayәt әsassız olduqda vә şikayәt vermiş şәxsin dәlillәrini tәsdiq edәn sübutları әks etdirmәdiyi; şikayәti vermiş şәxs şikayәtindәn imtina etmәsi vә tәqsirlәndirilәn şәxslә barışması vә ya mәhkәmәnin hazırlıq iclasına üzrlü sәbәb olmadan tәkrarәn gәlmәdiyi hallarda xüsusi ittiham qaydasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina edilmәsi barәdә. “Xüsusi ittiham qaydasında şikayәtlәrә dair işlәrә baxılması üzrә mәhkәmә tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2014-cü il tarixli Qәrarında mәhkәmәlәrin nәzәrinә çatdırılır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına sәbәb yalnız zәrәr çәkmiş şәxs tәrәfındәn xüsusi ittiham qaydasında verilmiş şikayәt ola bilәr. Xüsusi ittiham qaydasında şikayәt yazılı şәkildә cinayәtin törәdildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya mәhkәmәsinә verilir. Şikayәtdә aşağıdakılar göstәrilmәlidir: şikayәt vermiş şәxs haqqında mәlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri vә mәşğuliyyәt növü, vәzifәsi), törәdilmiş cinayәt barәsindә mәlumatlar (cinayәt qanunu ilә nәzәrdә tutulmuş mәhz hansı әmәlin törәdilmәsi, onun harada, nә vaxt vә necә törәdilmәsi, bu zaman zәrәr vurulmuşdursa, mәhz hansı zәrәrin vurulduğu, o cümlәdәn maddi ziyanın mәblәği), cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin kim tәrәfındәn törәdilmәsi (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri) vә әmәlin mәhz hәmin şәxs tәrәfındәn törәdilmәsinin nә ilә tәsdiq edildiyi, şikayәtdә göstәrilәn cinayәtin törәdilmә hallarının hansı şahid ifadәlәri ilә vә konkret olaraq hansı şәxslәrin ifadәlәri ilә (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri), hansı sәnәdlәrlә, habelә hansı digәr sübutlarla tәsdiq edildiyi, cinayәti törәtmiş şәxsin cinayәt mәsuliyyәtinә cәlb edilmәsi haqqında xahiş, şikayәtin verildiyi tarix (il, ay vә gün), şikayәti vermiş şәxsin imzası (CPMnin 293.3.1-293.3.7-ci maddәlәri). Sözügedәn Plenum qәrarında mәhkәmәlәrә hәmçinin tövsiyә edilir ki, xüsusi ittiham qaydasında şikayәtә mәhkәmәnin hazırlıq iclasında baxılması mәrhәlәsindә şikayәtin mәzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddәlәrinin tәlәblәrinә uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayәt bu tәlәblәrә cavab vermәdikdә, habelә CPMnin 302.1.2-302.1.4 vә 302.1.6-302.1.8-ci maddәlәrindә nәzәrdә tutulmuş halları müәyyәn etdikdә mәhkәmә hazırlıq iclasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina haqqında әsaslandırılmış qәrar qәbul edir. Birinci instansiya mәhkәmәsi iş üzrә mübahisәlәndirilәn qәrarında qeyd etmişdir ki, Xüsusi ittihamçı tәrәfindәn xüsusi ittiham qaydasında mәhkәmәyә ünvanlanmış şikayәt cinayәt-prosessual qanunvericiliyindә nәzәrdә tutulmuş xüsusi ittiham qaydasında şikayәt әrizәsinin tәrtib olunmasına dair tәlәb olunan forma vә mәzmunun tәlәblәrinә riayәt olunmadan verilmiş, onun xüsusi ittiham qaydasında şikayәti Azәrbaycan Respublikası CPM-in qeyd olunan müddәalarına uyğun olmayaraq tәrtib edilmişdir. Eyni zamanda şikayәtdә göstәrilәn әmәldә cinayәt әlamәtlәrinin tәrkibi mövcud deyil, habelә qeyd olunanları Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs tәrәfindәn böhtan cinayәtini törәtmәsindә ittiham olunmasına dәlalәt edәn dәlil kimi qәbul olunmasını mәhkәmә yetәrli hesab etmir. Mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2014-cü il tarixli, ** saylı Qәrarına istinad etmәklә qanuni vә әsaslı nәticәyә gәlmişdir. Prosessual qanunvericiliyin tәlәbindәn vә mәnasından göründüyü kimi hәr şәxsin xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilib baxılması üçün ilk növbәdә şikayәt prosessual qaydalara uyğun tәrtib olunmalıdır. Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 398.1.1-ci maddәsinә әsasәn, apellyasiya şikayәtlәrinin vә ya apellyasiya protestinin baxışı nәticәsindә apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarını dәyişdirmәdәn, apellyasiya şikayәtlәrini vә ya apellyasiya protestini isә tәmin etmәdәn saxlanılması haqqında qәrar qәbul etmәk sәlahiyyәtinә malikdir. Yuxarıda göstәrilәn әsaslara görә mәhkәmә kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayәti tәmin edilmәmәli, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1-ci maddәsi ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrәli qәrarı verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә kollegiyası, hәmçinin, hesab edir ki, mәhkumun hüquqlarının mәhkәmә iclaslarında müdafiә xәrclәri Azәrbaycan Respublikası CPM-nin 193.2 vә 193.3-cü maddәlәrinә, habelә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qәrarına әsasәn (hәmin qәrara ## ##### 2025-ci il tarixli, *** saylı dәyişikliklәr nәzәrә alınmaqla) dövlәt büdcәsindәn ödәnilmәlidir. Mәhkәmә kollegiyası, göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt- Prosessual Mәcәllәsinin 398.1.1-ci maddәsini rәhbәr tutaraq qәrara alır: Xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1-ci maddәsi ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrәli qәrarı verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdilmәdәn saxlanılsın. Bakı şәhәri ** saylı Vәkil Bürosunun vәkili Müdafiәçi tәrәfindәn barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs hüquqlarının mәhkәmәdә müdafiә edilmәsinә görә sәrf etdiyi hәr iş saatına görә 11 (on bir) manat hesab edilmәklә, 8 (sәkkiz) saat üçün cәmi 88 (sәksәn sәkkiz) manat dövlәt büdcәsindәn Bakı şәhәri ** saylı Vәkil Bürosunun hesabına köçürülsün. Qәrar elan edildiyi andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan Azәrbycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 408-410-cu maddәlәrindә nәzәrdә tutulmuş müddәtdә vә qaydada Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasına kassasiya şikayәti verilә bilәr. Sәdrlik edәn İbrahim İbrahimli Hakimlәr: Zamin İbrahimov Murad Mәmmәdov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar