Məhkəmə qərarları › İş №1(3-6)-658/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-658/2026

02.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-658/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, tərcüməçi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1 İsmayıl oğlunun, müdafiəçi - Bakı şəhəri «Universal» Vəkil Bürosunun vəkili X8 və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, ## ##### 1990-cı ildə Qusar rayonu Üzdənoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Qusar rayonu Üzdənoba kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Ələkbərov Ağaşirin Gülşirin oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünə (hakimlər X5 (sədrlik edən), Rüstəmov Elmin İltizam oğlu və X6 ibarət tərkibdə) əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu ## ### 2025-ci il tarixdən hesablanması, təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, məlum olmayan tarixdə, vaxtda və məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 8 kq 950 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib idarə etdiyi “Toyota Prius” markalı, **-FB-*** qeydiyyat nişanlı avtomobildə saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımışdır. Bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbiri nəticəsində # ### 2025-ci il tarixdə, saat 00:41-də yuxarıda qeyd olunan ünvanda idarə etdiyi avtomobilin yanında olduğu zaman saxlanılmış, həmin tarixdə, saat 00:46 dəqiqədən etibarən onun razılığı və iştirakı ilə idarə etdiyi “Toyota Prius” markalı, **-FB-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin qabaq sağ oturacağının ayaqaltı hissəsindən 01 (bir) ədəd kisənin içərisində 11 (on bir) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri - 1005 qram, 880 qram, 1020 qram, 1000 qram, 830 qram, 1045 qram, 505 qram, 980 qram, 995 qram, 340 qram və 350 qram olmaqla, ümumilikdə külli miqdarda 8 kq 950 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun üzrərində hökmdə göstərilən miqdarda narkotik vasitə olmamışdır. Saxlandığı vaxt onun idarə etdiyi avtomobildə 50 qram öz istifadəsi üçün əldə etdiyi marixuana olmuşdur. İttiham olunduğu külli miqdarda narkotik vasitə polis əməkdaşları tərəfindən maşınına qoyulmuşdur. Qeyd olunan narkotik kütləsini əldə etməyə heç vaxt maddi imkanı olmayıb. Narkotik vasitənin istifadəçisi kimi əməlindən səmimi peşimandır. Ailəlidir, iki övladı var, atası şəhid olmuşdur. Əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəyə tövsif edilməsini və barəsində ədalətli cəza təyin olunmasını xahiş edir. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Ələkbərov Ağaşirin Gülşirin oğlu apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs aşağı həddə cəza təyin olunmasını xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs üzərində həmin vaxt özünün şəxsi istifadəsi üçün saxladığı 50 qram çəkidə olan marixuana olmuşdur. Cinayət işinin materiallarından da görsənir ki, Təqsirləndirilən şəxs saxlanılan an heç bir video çəkiliş aparılmamış və yalnız o saxlanıldıqdan yarım saat sonra polis əməkdaşları tərəfindən ona qarşı hədə-qorxu və təzyiq olunduqdan sonra həmin video çəkiliş aparılmışdır. Bu isə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024cü il tarixli, * saylı Qərarının 32 və 33-cü bəndlərinin tələblərinin pozulması deməkdir. Belə ki, həmin Qərarın 32-ci bəndinə görə CPMin və ***-IQ nömrəli Qanunun yuxarıda istinad olunan və digər normaları (məsələn, Qanunun 11 və 12-ci maddələri, 13-cü maddəsinin 1ci hissəsi və s.) əməliyyat-axtarış tədbirinin, o cümlədən barəsində məhkəmə nəzarəti həyata keçirilməli olan əməliyyat-axtarış tədbirinin məhkəmə qərarı olmadan keçirilməsinə dair əməliyyat-axtarış fəaliyyəti subyektinin səlahiyyətli şəxsinin qərarının əsaslandırılmış olmasını, qərarda ***-IQ nömrəli Qanunun 10-cu maddəsində təsbit edilmiş əməliyyataxtarış tədbirlərindən hansının keçiriləcəyinin və onu zəruri edən halların dəqiqliklə göstərilməsini, əməliyyat-axtarış tədbiri barəsində məhkəmə nəzarəti həyata keçirilməli olan tədbirlər dairəsinə aiddirsə, bunun, eləcə də məhkəmə qərarı alınmadan tədbirin keçirilməsinə hansı halın əsas olduğunun əks etdirilməsini tələb edir. Nəzərə almaq lazımdır ki, ***-IQ nömrəli Qanunun 12-ci maddəsinin III hissəsinin 6-cı bəndi məhkəmə nəzarətinin həyata keçirilməli olduğu tədbirlər sırasına aid edilən, lakin məhkəmə qərarı olmadan keçirilən əməliyyat-axtarış tədbiri üzrə səlahiyyətli şəxsin qərarında “tədbir keçirməsi ilə əlaqədar əldə edilə bilən nəticə”nin göstərilməli olduğunu təsbit etdiyi kimi, CPM-in 446.2.9cu maddəsi də onu tələb edir ki, məhkəməyə daxil olan əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında vəsatətdə “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində hansı nəticələrin əldə edilməsinin güman edildiyi və həmin nəticənin hansı üsullarla rəsmiləşdiriləcəyi” öz əksini tapsın. ***-IQ nömrəli Qanunun 15-ci maddəsi əməliyyat-axtarış tədbiri keçirilməli olduqda həmin Qanunun 11-ci maddəsinin III hissəsində nəzərdə tutulmuş qərarlar, o cümlədən əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsinin qərarı əsasında əməliyyatqeydiyyat işinin başlanılmasını, bu işin əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmasını, əməliyyat-axtarış tədbirlərinin nəticələrinin əməliyyat qeydiyyat işində əks etdirilməli və sistemləşdirilməli olduğunu təsbit etsə də, bu maddə, eləcə də ***-IQ nömrəli Qanunun əməliyyat-axtarış tədbirlərinin nəticələrinin istifadə edilməsinə həsr olunmuş 16-cı maddəsi və yaxud digər norması əməliyyat-axtarış tədbirinin gedişatına və nəticələrinə dair məlumatların hansı formada rəsmiləşdirilə (hansı forma və məzmunda olan sənədlərdə əks etdirilə) biləcəyini tənzimləmir. Odur ki, əməliyyat axtarış tədbirinin gedişatının və nəticələrinin nə cür rəsmiləşdirilməli olması ***-IQ nömrəli Qanunda dəqiqliklə tənzimlənmədiyindən, CPMin 446.2.9-cu maddəsi isə əməliyyat-axtarış tədbirinin gedişatında əldə edilən nəticələrin rəsmiləşdirilməsi üsullarının seçilməsini əməliyyat-axtarış tədbirinin keçirilməsinə zərurət görən (vəsatət qaldıran) əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsinin vəzifələrinə (onun səlahiyyət dairəsinə) aid etdiyindən, əməliyyat-axtarış tədbiri məhkəmə qarşısında vəsatət qaldırılmadan birbaşa əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin qərarı əsasında keçirilidiyi halda da həmin qərarda əməliyyataxtarış tədbirinin həyata keçirilməsində hansı nəticələrin əldə edilməsinin güman edildiyi və bu nəticələrin hansı üsullarla rəsmiləşdiriləcəyi, başqa sözlə, əməliyyataxtarış tədbirinin gedişatına və nəticələrinə dair məlumatların müvafiq sirr təşkil edən məlumatların məxfiliyinin qorunması şərti ilə hansı sənəd şəklində ifadə olunacağı öz əksini tapmalıdır. Məsələn, əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul etmiş əməliyyataxtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsi qərarında nəzərdə tuta bilər ki, əməliyyat-axtarış tədbirinin gedişatı və nəticələri əməliyyat-axtarış tədbirinə rəhbərlik etmiş şəxs tərəfindən tərtib edilməli olan ətraflı raportda və yaxud əməliyyat-axtarış tədbirinə rəhbərlik etmiş şəxs tərəfindən tərtib edilməli və onun, eləcə də əməliyyataxtarış tədbirində iştirak etmiş digər əməkdaşlar tərəfindən imzalanmalı olan, məzmunca bu və ya digər istintaq hərəkətlərinin protokoluna bənzəyən protokol şəklində rəsmiləşdirilsin. Burada başlıca məqsəd o olmalıdır ki, seçilən rəsmiləşdirilmə üsulu (raport, protokol və yaxud başqa sənəd şəklində olmasından asılı olmayaraq) əməliyyat-axtarış tədbirinin gedişatının və əldə olunan nəticələrin ətraflı və dəqiq əks etdirilməsini təmin edə bilsin, bu məsələlər üzrə məlumatların həqiqiliyinə şübhə ilə yanaşılmasını, o cümlədən əldə olunan materiallara kənar müdaxilələri, onların məhv edilmə, zədələnmə, dəyişdirilmə, təhrif edilmə imkanlarını istisna etsin, nəticə etibarilə tərtib edilən sənəd və əldə edilən materiallar təhqiqatçıya, müstəntiqə CPM-in tələblərinə müvafiq surətdə təqdim edildikdə, müvafiq yoxlamadan sonra cinayət prosesində sübut kimi qəbul edilə bilsin. Əməliyyat axtarış tədbiri zamanı sübut əhəmiyyəti ola biləcək materialların götürülməsinin fasiləsiz videoçəkiliş ilə aparılması, götürülmüş predmetlərin qablaşdırılması, raportda və yaxud protokolda onların mümkün qədər ətraflı və dəqiq təsvir edilməsi qeyd olunan məqsədin realizə edilməsində mühüm rol oynaya bilər. Odur ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir. Təqsirləndirilən şəxs saxlanılan zaman onun idarə etdiyi avtomobildə bu qədər çəkidə narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman ona polis əməkdaşları tərəfindən təxminən yarım saat müddətdə təzyiqlər və təhdidlər olmuş və yalnız bundan sonra həmin bu təqsirləndirilən şəxsin saxlanılma anı video görüntü ilə çəkilmişdir. Lakin, həmin video çəkiliş Təqsirləndirilən şəxs onun həyat yoldaşının və kiçik qardaşının da onunla birlikdə cinayət məsuliyyətinə cəlb ediləcəyini və onların barəsində də narkotik vasitələrinin aşkar edilməsi və satışı ilə əlaqədar müvafiq protokollar tərtib edilərək, onların da cinayət məsuliyyətinə cəlb ediləcəklərini bildirərək, təqsirləndirilən şəxsi etirafedici ifadələr verməyə məcbur etmişlər. Təbii ki, hər bir normal kişi kimi o, da həyat yoldaşının belə çətinliklərə düşməməsi üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmış və təqsirləndirilən şəxs saxlanıldıqdan təxminən yarım saat sonra həmin video görüntülər çəkilmişdir. Eyni zamanda bildirmək istəyir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan “Toyota Prius” markalı, **-FB-*** dövlət nişanlı avtomobildə video registrator quraşdırılmışdır. Lakin, onu saxlayan polis əməkdaşları tərəfindən həmin videoqeydiyyat cihazı avtomobildən götürülmüşdür. Təbii ki, həmin video registrator avtomobilin üzərində qalsaydı, onda həmin bu hadisələrin əslində necə cərəyan etdiyi məhkəməyə daha aydın olardı. Lakin, əfsuslar olsun ki, polis əməkdaşları tərəfindən həmin videoqeydiyyat cihazı avtomobilin üzərindən götürülmüş və bununla da bu cinayət işinin daha ədalətli və obyektiv baxılması üçün lazım olan sübutlar məhv edilmişdir. Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs saxlanılan gün, yəni ##.##.2025ci il tarixində həyat yoldaşı X11 ilə Qusar rayonundan Bakıya gəlmişlər. Həmin gün təqsirlənən şəxsin həyat yoldaşı bu avtomobildə videoqeydiyyat cihazının olduğunu görmüşdür. Həmçinin təqsirləndirən şəxsin anası X13 da sərnişin kimi mütəmadi olaraq istifadə etdiyi üçün avtomobildə videoqeydiyyat cihazının quraşdırıldığının şahidi olmuşdur. Onun vəsatəti əsasında X11 əlavə şahid qismində məhkəmə iclasında dindirilmiş və oda hadisə baş verən gün həyat yoldaşının avtomobilində video qeydiyyat cihazının quraşdırıldığının şahidi olduğunu bildirmişdir. Lakin, əfsuslar olsun ki, məhkəmə tərəfindən işin bu halına da düzgün qiymət verilməmiş və polis əməkdaşları tərəfindən iş üçün əhəmiyyət kəsb edən sübutların məhv edilməsinə hüquqi qiymət verilməmişdir. Bu cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrə dair məlumatın əldə olunması il əlaqədar müvafiq rabitə xidmətinə sorğular verilmiş və həmin sorğular nəticəsində də Təqsirləndirilən şəxs narkotik vasitələrinin dövriyyəsi ilə əlaqədar hər hansı bir məlumat aşkar edilməmişdir. Eyni zamanda onun istifadəsində olan mobil telelfonun özünə də baxış keçirilmiş və həmin telefonda da narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar hər hansı bir məlumat əldə edilməmişdir. İstintaq orqanının qənaətinə görə guya ki, Təqsirləndirilən şəxs “ xxxx” adlı İran vətəndaşı ilə narkotik vasitələrin daşınması ilə razılığa gəlmiş və həmin narkotik vasitəni idarə etdiyi avtomobildə daşıyarkən saxlanılmışdır. Lakin cinayət işinin materiallarından da görünür ki, həmin bu uydurma “xxxx” adlı İran vətəndaşının şəxsiyyəti ibtidai istintaq orqanı tərəfindən müəyyən olunmamışdır. Belə bir halda uydurma bir şəxsin adından istifadə edilməklə Təqsirləndirilən şəxs məsuliyyətə cəlb etmək tamamilə absurd və məntiqsiz yanaşmadır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi və satışı ilə əlaqədar hər hansı bir real yəni şəxsiyyəti məlum olan canlı bir insanla ünsiyyətdə olmasına dair hər hansı bir fakt və dəlil təqdim edə bilməmişdir. əfsuslar olsun ki, son illər narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar uydurma iran vətəndaşlarının adlarından istifadə olunur və çox maraqlıdır ki, onların heç birinin də şəxsiyyətini müəyyən etmək olmur. Lakin, bir çox cinayət işlərində həmin iran vətəndaşının adından göndərilmiş yazışmaların başqa istifadəçi tərəfindən yönləndirildiyi öz təsdiqini tapır. Ona görə də hal-hazırkı cinayət işində də Təqsirləndirilən şəxs “xxxx” adlı iran vətəndaşı ilə əlaqəsini sübut edən hər hansı bir fakt olmadığı halda məhkəmə tərəfindən buna istinad edilməsi yol verilməzdir. Qeyd etmək istəyir ki, ibtidai istintaq orqanı yalnız Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrə istinad edərək, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi qənaətinə gəlmişdir. Lakin, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə satmadığını və daşımadığını bildirmiş və ibtidai istintaq zamanı ilkin etiraf edici ifadələrini polis əməkdaşlarının onu döyməsi və ailə üzvlərini də narkotik vasitələrin dövriyyəsində təqsirli biləcəkləri ilə hədələməsi nəticəsində verdiyini bildirmişdir. Eyni zamanda Bakı şəhəri Nərimanov rayon Məhkəməsində həbs qəti imkan tədbirinə baxılan zaman polis əməkdaşları tərəfindən hədələndiyini və onların dediyi kimi ifadə verməyə məvbur olduğunu bildirmişdir. Çox maraqlıdır ki, məhkəmə üçün həm təqsirləndirilən şəxsin, həm şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələrin heç bir əhəmiyyəti olmadığı halda məhkəmə həm təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən istifadə etməmiş və yalnız onun ibtidai istintaq zamanı verdiyi ifadəni əsas götürmüşdür. Məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə əlaqədar heç bir sübut və fakt olmadığı halda məhkəmə əsassız olara təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.4.3-ci maddəsi ilə ittiham hökmü çıxarmışdır. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs aşağı həddə cəza təyin olunmasını xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X8 apellyasiya şikayətində göstərilən əsaslarla hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 İsmayıl oğlu verilmiş apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini və Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünü qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, hər iki apellyasiya şikayətinin dəlilləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsindən ibarət olduğu üçün cinayət işinin materiallarında olan sübutları tam təkrarlamamaqla, apellyasiya şikayətlərinin dəlillərini təkzib edəcək sübut növlərinin bəzilərini hazırki qərarında qeyd etməyi zəruri və əsaslı hesab edir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özü 50 qram çəkidə narkotik vasitə götürmüş, həmin narkotik vasitəni götürüb qayıdarkən Xocasən yolunda yol polisi əməkdaşları tərəfindən içkili olub-olmadığının yoxlanılması məqsədi ilə saxlanılmışdır. Avtomobildən düşdükdən dərhal sonra isə polis əməkdaşları onu tutmuşdur. Saxlanılarkən üzərində xxxx adlı şəxsdən əldə etdiyi, cəmi 50 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olmuşdur. O, Bakı şəhərini yaxşı tanımır, müdafiəçisinə polis əməkdaşları tərəfindən saxlanıldığı yer barədə demişdir. Polis əməkdaşları onu öz avtomobillərinə əyləşdirmiş, onun avtomobilini isə kənara çəkmiş, bundan sonra videoçəkiliş həyata keçirilmişdir. Polis əməkdaşları etirafedici məzmunda ifadə verməyəcəyi halda evindən narkotik vasitə çıxaracaqlarına, habelə qardaşına da nəsə edəcəklərinə dair onu hədələmiş, eləcə də yüngül fiziki təzyiqə məruz qalmışdır. Nevroloji xəstəliyi olduğundan hərbi xidmətə getməmiş, nevroloji xəstəliyi ilə bağlı hər hansı tibb müəssisəsində qeydiyyata alınmamış, buna baxmayaraq avtomobil idarə etməyə marağı olduğundan sürücülük vəsiqəsi almışdır. Hadisə günü arvadını avtomobillə aparıb evə yola saldıqdan sonra şəxsi istehlakı üçün zibil sellofanın içərisindən 50 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana götürmüşdür. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində verilən ifadəsində narkotik vasitəni götürüb digər ünvanlara qoyması ilə bağlı qeyd olunanlar doğru deyildir. O, polis əməkdaşları tərəfindən mağazanın yanında saxlanılmamış, avtomobil idarə edərkən yol polisi əməkdaşları içkili olub-olmadığını yoxlamaq üçün onu saxladıqdan və bununla bağlı avtomobildən düşdükdən dərhal sona polis əməkdaşları tərəfindən tutulmuşdur. 070-406-78-88 və 077-318-80-03 mobil telefon nömrələri ona məxsus olmuşdur. Barəsində qətimkan tədbiri ilə bağlı məsələyə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən həmin məhkəmənin qəbul etdiyi qərarda qeyd olunan məzmunda ifadələr işlətməmişdir. Avtomobilindən aşkar olunan narkotik vasitədən məlumatı olmamış, həmin narkotik vasitənin polis əməkdaşı tərəfindən qoyulduğunu, ya da əvvəlcədən orada olmasına baxmayaraq, özünün məlumatının olmadığını hesab edir. Polis əməkdaşları avtomobildən həmin narkotik vasitəni aşkar etməmişdən 20-30 dəqiqə əvvəl arvadı avtomobildə olmuş, bu zaman həmin narkotik vasitə avtomobildə olmamışdır. Polis əməkdaşları tərəfindən aşkar olunan narkotik vasitəni boynuna almayacağı halda, evindən narkotik vasitə aşkar edəcəklərini, habelə qardaşını və ailə üzvlərini tutacaqlarını deyərək hədələnmiş, lakin 50.000 manat pul qarşılığında sərbəst buraxılacağını vəd etmiş, bu proses 30 dəqiqə ərzində baş vermişdir. Avtomobilində video qeydiyyat kamerası olmuşdur. İlkin olaraq yol polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra 20-30 dəqiqə ərzində avtomobili polis əməkdaşlarında olmuş, daha sonra BNMİ-nin polis əməkdaşları tərəfindən avtomobilinə baxış keçirilmişdir. O, avtomobilindəki videokamera barədə polis əməkdaşlarına hər hansı məlumat verməmişdir. Onun saxlanılmasında 4 avtomobildə 17- 18 nəfər polis əməkdaşı iştirak etmişdir. Yol polisi əməkdaşları onu saxlayarkən sonuncuların avtomobilindən BNMİ-nin polis əməkdaşları düşərək onu saxlamışdır. Onun avtomobilinin qoltuq altı hissəsində ümumilikdə 50 qram çəkidə narkotik vasitə olmuş, lakin polis əməkdaşları həmin narkotik vasitəni aşkar etməmiş, digər narkotik vasitələr isə ona məxsus olmamış, həmin narkotik vasitələri avtomobilinə kimin qoymasını bilmir. O, Bakı şəhərində yaşamış, yalnız narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, başqa hər hansı qanunsuz maddələrdən istifadə etməmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra 20-30 dəqiqə müddətində sonuncular onu öz avtomobilində əyləşdirib narkotik vasitələri üzərinə götürmədiyi halda qanunsuz maddələrin evindən aşkar olunacağını bildirmiş, hətta polis əməkdaşı şahid4 mədəsinə bir yumruq vurmuşdur. Həmin müddət keçdikdən sonra üzərinə və avtomobilinə baxış keçirilmişdir. Bildiyinə görə sonradan “Toyoto Prius” markalı avtomobil sahibi tərəfindən təhvil alınmışdır. O, narkotik vasitələri kağıza doldurub siqaret kimi çəkməklə istifadə etmişdir. Atası birinci Qarabağ müharibəsi iştirakçısı olmaqla şəhid olmuşdur. O, hadisə günü evə çatandan sonra restoranlara meyvə verdiyinə görə restorandan pul götürmək üçün Lev Tolstoy küçəsinə istiqamətlənmişdir. İailədə yeganə qazanc gətirən şəxs özüdür. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin, o cümlədən ## ###### 2025-ci il tarixdə məhkəmə icraatı zamanı da hüquqlarının müdafiəsini həyata keçirmiş müqavilə üzrə müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, heç bir xəstəliyi, eləcə də psixi xəstəliyi yoxdur. Evlidir, 2 azyaşlı övladı vardır. Səhhəti ilə əlaqədar müddətli həqiqi hərbi xidmətdə olmamışdır. Təxminən 7-8 ildir narkotik vasitə quruldulmuş marixuanadan istifadə edir. Təxminən 6 aydır icarəyə götürdüyü "Toyota Prius" markalı, **-FB-*** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Son 2-3 aydır “xxxx” şirkətinə qoşularaq yemək sifarişlərinin çatdırılmasını həyata keçirir. İdarə etdiyi “Toyota Prius” markalı avtomobildən aşkar edilmiş 1 (bir) ədəd kisədə 11 (on bir) ədəd bağlamada olan narkotik vasitə qurudulmuş marixuananı İran İslam Respublikası vətəndaşı “xxxx” adlı şəxsin vasitəsilə əldə etmişdir. Belə ki, həmin şəxslə sosial şəbəkə vasitəsilə tanış olmuşdur. Həmin İran İslam Respublikası vətəndaşı “xxxx” adlı şəxsdən öz şəxsi istifadəsi üçün 3-4 dəfə narkotik vasitə qurudulmuş marixuana əldə etmişdir. Həmin şəxslə “xxxx” mobil tətbiqi vasitəsilə əlaqə saxlamışdır. # ### 2025-ci il tarixdə arvadı ilə birlikdə Qusar rayonundan Bakıya qayıtmış, həmin gün axşam saatlarında “xxxx” ona “xxxx” mobil tətbiqi vasitəsilə zəng edərək Lökbatan-Xocəsən yolu istiqamətində yolun kənarında narkotik vasitə yerləşdirdiyini və həmin narkotik vasitəni götürməsini istəmişdir. O, İran İslam Respublikası vətəndaşı “xxxx” adlı şəxsdən bunun səbəbini soruşduqda “sənə göndərəcəyim xxxx gedib 1 ədəd kisədə olan narkotik vasitələri götür, daha sonra sənə deyəcəyim yerlərə aparıb yerləşdirəcəksən” bildirmişdir. Həmçinin bunun müqabilində ona pul və şəxsi istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana verəcəyini bildirmiş, o da “xxxx”lə razılaşmışdır. Həmin gün təxminən saat 22 radələrində Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən yaşadığı evə çatmış və arvadını avtomobildən düşürmüşdür. Bundan sonra İran İslam Respublikası vətəndaşı “xxxx”in ona göndərdiyi “xxxx” getmişdir. Həmin yer Lökbatan- Xocəsən yolu istiqamətində olmuşdur. “xxxx” ona narkotik vasitələri yol kənarında dəmir maneələrin arxasına qoyduğunu bildirmişdir. Həmin gün təxminən 23 radələrində onun göndərdiyi ünvana çatmışdır. Orada dəmir maneələrin arxasında “xxxx”in yerləşdirdiyi 1 (bir) ədəd kisə olan narkotik vasitələri götürüb idarə etdiyi “Toyota Prius” markalı, **-FB-*** qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağının ayaqaltı hissəsinə qoymuş və avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Məqsədi həmin 1 (bir) ədəd kisədə olan narkotik vasitələri aparıb evdə saxlamaq və sonra İran İslam Respublikası vətəndaşı “xxxx”in ona deyəcəyi ünvanlara yerləşdirmək olmuşdur. Yolda olan zaman avtomobili saxlayıb yolun kənarında yerləşən mağazadan su almaq qərarına gəlmiş və avtomobili saxlamışdır. Həmin mağaza Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşir. Avtomobildən düşüb mağazaya doğru gedən zaman bir neçə nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində narkotik vasitə olubolmadığını, varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra üzərində qanunsuz heç bir kütlə və ya əşya olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları onun üzərini yoxlamış, yoxlama zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd sürücülük vəsiqəsi və 1 (bir) ədəd avtomobil açarı, həmin gödəkçənin sol yan cibindən 27 (iyirmi yeddi) manat pul, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 2 (iki) ədəd mobil telefon aşkar edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd mobil telefon götürülmüş, 27 (iyirmi yeddi) manat pul, 1 (bir) ədəd sürücülük vəsiqəsi və 1 (bir) ədəd avtomobil açarı isə ona geri qaytarılmışdır. Daha sonra idarə etdiyi “Toyota Prius” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış zamanı avtomobilin qabaq sağ oturacağının ayaqaltı hissəsindən 1 (bir) ədəd kisəni təqdim etmişdir. Həmin kisənin içərisindən 11 (on bir) ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın qablaşdırma ilə birlikdə ümumilikdə çəkisinin 9 kq 900 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlələr qablaşdırılaraq üzəri imzalanmış, möhürlənmiş və götürülmüşdür. Avtomobilin digər hissələrinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı verilən suallara cavab olaraq avtomobildən aşkar olunmuş narkotik vasitələri İran slam Respublikasının vətəndaşı “xxxx” adlı şəxsin vasitəsi ilə Lökbatan-Xocəsən yolunun kənarında gizlədilmiş yerdən ayrıayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, əvəzində İran İslam Respublikası vətəndaşı “xxxx” adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə və pul verəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə BNMİ-yə gəlmiş, orada təhqiqatçı tərəfindən üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş əşyalara yenidən baxış keçirilmişdir. Avtomobildən aşkar edilmiş kütlələr yenidən təhqiqat tərəfindən yoxlanılmışdır. Yoxlama zamanı 1 (bir) ədəd kisədə 11 (on bir) ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuananın olması müəyyən edilmişdir. Həmin kütlələr yenidən qablaşdırılıb möhürlənərək üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonda verilən suallara cavab olaraq avtomobildən aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “xxxx” adlı şəxsin vasitəsi ilə gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, əvəzində həmin şəxsin ona istifadəsi üçün narkotik vasitə və pul vərəcəyini bildirmişdir. Verilən suallara cavab olaraq aşkar edilmiş kütlələri Lökbatan-Xocəsən yolu ərazisində yol kənarında gizlədilmiş yerdən götürüb ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, İran İslam Respublikasının vətəndaşı “xxxx” adlı şəxsin həmin narkotik vasitələri götürüb evdə saxlamasını və sonradan deyəcəyi ünvanlara yerləşdirməsini istədiyini, bunun müqabilində ona şəxsi istifadəsi üçün narkotik vasitə və pul verəcəyini, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, əvvəllər istifadə etdiyi narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi şəxslərin anket məlumatlarını bilmədiyini, İran İslam Respublikası vətəndaşı olan “xxxx” adlı şəxs ilə görüşmədiyini, həmin şəxslə yalnız “xxxx” mobil tətbiqi vasitəsilə əlaqə saxladığını, onun anket məlumatlarını bilmədiyini, başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamadığını, aşkar edilmiş kütlələrdən heç kimin məlumatının olmadığını, “xxxx” MMC-yə məxsus 070-406-78- 88 və ***-***-**-** saylı mobil nömrələrdən istifadə etdiyini, üzərinə, eləcə də avtomobilinə baxışın əməliyyat müvəkkili tərəfindən həyata keçirildiyini, ondan əvvəl heç kimin üzərinə və idarə etdiyi avtomobilə baxış keçirmədiyini, polis əməkdaşları tərəfindən nə saxlanılan zaman, nə də üzərinə və avtomobilinə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmadığını, eləcə də müqavimət göstərmədiyini və üzərində xəsarətinin olmadığını bildirmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 49-50; 71-75; 99-103; 221-224;). Qeyd edilən dindirmə protokollarından görünür ki, həmin protokolların sonunda əlyazma ilə “İfadəmi oxudum. Düzdür.Əlavəm yoxdur.İmzamla təsdiq edirəm.” cümlələri qeyd edilmiş, təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, # ### 2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri şahid4, şahid2 və şahid1 daxil edilmişdir. # ### 2025-ci il tarixdə, saat 00:01 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi ərazisində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 00:41-də ünvan 2 ünvanının yaxınlığında “Toyota Prius” markalı, **-FB-*** qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və ondan da özünü təqdim etməsini xahiş etmiş, həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına və idarə etdiyi avtomobilə baxış keçirilməsinə başlanmışdır. Üstünü yoxlama və avtomobilə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində, eləcə də idarə etdiyi avtomobildə olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılmış, əynində olan qara rəngli gödəkçənin ciblərindən 1 (bir) ədəd sürücülük vəsiqəsi və 1 (bir) ədəd avtomobil açarı, dəqiq xatırlamadığı məbləğdə pul vəsaiti, əynində olan qara rəngli şalvarın ciblərindən 2 (iki) ədəd “Redmi” markalı mobil telefonlar aşkar edilmişdir. Qeyd edilənlərdən başqa Təqsirləndirilən şəxs üstündən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 ədəd mobil telefon götürülmüş, pul vəsaitləri, 1 ədəd sürücülük vəsiqəsi və 1 ədəd avtomobil açarı isə özünə geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-FB-*** qeydiyyat nişanlı avtomobilə özünün razılığı və iştirakı ilə baxış keçirilmişdir. Avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin qabaq sağ oturacağının ayaqaltı hissəsindən 1 (bir) ədəd kisəni təqdim etmişdir. Həmin kisənin içərisindən 11 (on bir) ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmiş, həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmaqla üzəri imzalanaraq möhürlənmiş və götürülmüşdür. Avtomobilin digər hissələrinə baxış keçirilsə də iş üçün əhəmiyyət kəsb edən heç bir əşya, predmetə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq idarə etdiyi avtomobildən aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “xxxx” adlı şəxsin vasitəsi ilə gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, əvəzində həmin şəxsin ona istifadəsi üçün narkotik vasitə və pul vərəcəyini bildirmişdir. Daha sonra BNMİ-nin inzibati binasında xidməti otaqların birində təhqiqatçı Yelmar Vahabov tərəfindən təqdim olunan əşyalara, eləcə də Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş 1 (bir) ədəd kisədə olan kütlələrə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş kütlələri İran İslam Respublikasının vətəndaşı “xxxx” adlı şəxsin vasitəsilə saxlanılmamışdan əvvəl Xocasən qəsəbəsi ərazisində gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, əvəzində həmin şəxsin ona istifadəsi üçün narkotik vasitə və pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamış, eləcə də sonuncu onlara qarşı hər hansı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması, bununla bağlı müntəzəm olaraq İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlaması, idarə etdiyi “Toyoto Prius” markalı avtomobildən qanunsuz maddələrin dövriyyəsi ilə məşğul olmasında istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs tərəflərindən # ### 2025-ci il tarixdə, gecə saat 00:00-01:00 radələrində Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi yaxınlığında, Rusiya səfirliyinin yanında saxlanılaraq dərhal üzərinə videoçəkilişlə baxış keçirilmiş, sonuncu İran İslam Respublikası vətəndaşına məxsus narkotik vasitələri Bakı şəhərində müxtəlif məkanlara pul qarşılığında yerləşdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs “Redmi” markalı mobil telefon, 20 manatdan artıq məbləğdə pul, avtomobilindən isə 10-11 ədəd bağlamada ümumi çəkisi 9 kq olan narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs avtomobilində videokameranın olubolmadığını xatırlamır. Sonradan Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı ilə əlaqələri ibtidai istintaq orqanı tərəfindən araşdırılmış, lakin araşdırmanın nəticəsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs əvvəlcə yol polisi əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt əməliyyat tədbiri iştirakçıları ilə birlikdə müşahidə aparılmış, təqsirləndirilən şəxs yol polisi əməkdaşları ilə danışdıqdan sonra yoluna davam edərkən əməliyyat tədbirinin həyata keçirilməsinə şərait yarandığından Təqsirləndirilən şəxs yaxınlaşmış, sonuncu həmin vaxt tək olmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşdıqları ərazi yolun ortası olduğundan biraz kənara çəkilərək orada üstünün yoxlanılması və avtomobilə baxış əməliyyat tədbirləri həyata keçirilmişdir. Əməliyyat məlumatı tədbirdən təxminən 1-2 saat əvvəl daxil olmuşdur. Təqsirləndirilən şəxs avtomobili barədə əvvəlcədən məlumatlı olduqlarından onu müşahidə etmişlər. Baş İdarənin əməkdaşlarından hər hansı birinin yol polisinin xidməti avtomobilindən düşərək Təqsirləndirilən şəxs yaxınlaşması barədə qeyd olunanlar doğru deyildir. Təqsirləndirilən şəxslə bağlı əməliyyat tədbiri həyata keçirilərkən üzərində 099-299- 99-94 mobil telefon nömrəsi olmuşdur. Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş narkotik vasitədən əlavə 50 qram çəkidə narkotik vasitə olması barədə məlumatı yoxdur. xxxx adlı İran İslam Respublikasının şəxsiyyəti haqqında məlumatı yoxdur. Təqsirləndirilən şəxs onu 20-30 dəqiqə gözlətdikdən sonra üzərinə baxış keçirilməsi, hədələrə məruz qalmaqla vurulması (döyülməsi) ilə bağlı qeyd etdikləri doğru deyildir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş BNMİ-nin əməliyyat müvəkkili şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və şahid şahid3la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs olduğu yer əməliyyat məlumatı əsasında müəyyən edilmiş, əməliyyat məlumatı şahid3 daxil olmuş, məxfiliyə görə qrupun rəhbəri tərəfindən onlara ətraflı məlumat verilməmişdir. Təqsirləndirilən şəxslə bağlı güdmə əməliyyat tədbiri həyata keçirilməmiş, sonuncu tərəflərindən saxlanılanadək qısa müddətdə müşahidələrində olmuşdur. Narkotik vasitə Təqsirləndirilən şəxs avtomobilinin ön sağ oturacağının ayaqaltlığından aşkar olunmuşdur. Təqsirləndirilən şəxs yol polisi əməkdaşları ilə nə isə danışıb yoluna davam edərkən ona yaxınlaşıb saxlamışlar. Təqsirləndirilən şəxs tərəflərindən tək halda saxlanılmış, həmin vaxt arvadı yanında olmamışdır. Təqsirləndirilən şəxs avtomobilinin qoltuq altında 50 qram çəkidə narkotik vasitə olması doğru deyildir. Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı fiziki və ya psixi təzyiq olmamışdır. xxxx adlı İran İslam Respublikasının vətəndaşının şəxsiyyəti haqqında məlumat əldə etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili şahid4 və əməliyyat müvəkkili R şahid1 məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə eyni məzmunlu, şahidlər şahid3 və şahid2la oxşar məzmunlu ifadələr verərək sonuncuların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərmişdilər ki, adətən narkotik vasitələr İran İslam Respublikası vətəndaşları tərəfindən əvvəlcədən çəkilməklə müvafiq çəkilərə ayrılmış formada olur, iranlının narkotik vasitəni ünvanlara çatdırmağı tapşırdığı şəxs isə narkotik vasitəni alan şəxslərin ünvanlarına gedərək onlara təqdim edir. Əgər narkotik vasitəni çatdıran şəxs İran İslam Respublikası vətəndaşını dediklərini etmək istəmədikdə, sonuncu həmin şəxsin barəsində BNMİ-yə və ya digər polis orqanlarına məlumat verəcəyinə dair hədələnir. Bununla da, həmin şəxs narkotik vasitələri müvafiq ünvanlara çatdırır. Təqsirləndirilən şəxs qeyd olunan formada hədə-qorxuya məruz qalması kimi hallar müəyyən edilməmişdir. xxxx adlı İran İslam Respublikası vətəndaşının şəxsiyyəti müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən hər hansı etiraz etməmiş, o cümlədən ondan aşkar olunmuş narkotik vasitələrin çəkisi və ya növünə dair hər hansı narazılıq bildirməmişdir. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs onun əridir, onunla ədavəti və ya düşməçiliyi yoxdur. Hadisə günü Qusar rayonundan saat 19:00-da çıxıb Bakıya gəlmişlər. Xəzər rayonunda yaşadıqları evə çatdıqda saatın neçə olduğunu xatırlamır. Qusardan qayıdarkən “Beşbarmaq” deyilən yerdə dayanıb oradan su almış, daha sonra birbaşa evə gəlmişlər. O, Təqsirləndirilən şəxs avtomobilində hər hansı kisə və ya bağlama görməmiş, orada hər hansı bağlama olmamışdır. Təqsirləndirilən şəxs avtomobilində videoqeydiyyat qurğusu olmuş, Ramazan ona həmin videoqeydiyyat qurğusunun həm çölü, həm içərini çəkdiyini, hətta səsi də yazdığını bildirmişdir. O həmin qurğunu həmişə görmüş, o cümlədən hadisə günü qeyd olunan qurğunun işləyib-işləməsi barədə Ramazandan soruşmuşdur. O, Ramazanın saxlanılmasını görməmiş, əri onu gecə saatlarında evə qoyduqdan sonra işi olduğunu deyib evdən çıxaraq gələcəyini bildirmişdir. O, əri Ramazanın həmin vaxt hara getdiyini bilməmiş, o cümlədən hara getməsi barədə ondan soruşmamış, yol yorğunu olduğundan yatmışdır. Sonradan polislər ərinin qardaşına, yəni qaynına zəng edib Ramazanın tutulması barədə məlumat vermiş, lakin bu barədə məlumat gecə vaxtı verilməmişdir. O, əri Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsini bilməmiş və görməmişdir. Həmçinin əri Təqsirləndirilən şəxs siqaret çəkibçəkməməsini də bilmir. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs # ### 2025-ci il tarixdə, saat 00:41-də ünvan 2 ünvanında idarə etdiyi “Toyota Prius” markalı, **-FB-*** qeydiyyat nişanlı avtomobilin yanında olarkən saxlanılmış, həmin tarixdə saat 00:46 dəqiqədən etibarən onun razılığı və iştirakı ilə idarə etdiyi “Toyota Prius” markalı **-FB-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən həmin avtomobilin qabaq oturacağının ayaqaltı hissəsindən 1 (bir) ədəd kisənin içərisində 11 (on bir) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1005 qram, 880 qram, 1020 qram, 1000 qram, 830 qram, 1045 qram, 505 qram, 980 qram, 995 qram, 340 qram və 350 qram olmaqla ümumilikdə külli miqdarda 8 kq 950 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi faktına görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin (bundan sonra mətndə - BMCMİ-nin İİ) müstəntiqi R X14 tərəfindən # ### 2025-ci il tarixdə, saat 14:00-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır (Cild 1, i.v.1-2;). “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” # ### 2025-ci il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BNMİ-nin əməliyyat müvəkkili R şahid3 tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin “Toyota Prius” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilində külli miqdarda narkotik maddə gizlətməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması qərara alınmış, həmin qərar BNMİ-nin rəisi R İslam Hümbətov tərəfindən təsdiq edilərək şahid3 rəhbərliyi ilə həmin Baş İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis Rı şahid4, baş əməliyyat müvəkkili R şahid2 və əməliyyat müvəkkili R şahid1 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs # ### 2025-ci il tarixdə, saat 00:41-də ünvan 2 ünvanının yaxınlığında, “Toyota Prius” markalı **- FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq BNMİ-yə gətirilmişdir (Cild 1, i.v. 7-10;). “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə baxış keçirilməsinə dair” # ### 2025-ci il tarixli protokoldan və müvafiq raportdan görünür ki, həmin gün BNMİ-nin əməliyyat müvəkkili R şahid3 tərəfindən həmin İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis Rı şahid4, baş əməliyyat müvəkkili R şahid2 və əməliyyat müvəkkili R şahid1 iştirakı ilə həmin gün saat 00:46-dan 01:04-dək aparılmış əməliyyat-axtarış tədbirləri ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs üstünün yoxlanılması və avtomobilinə baxış keçirilməsi həyata keçirilmişdir. Protokoldan görünür ki, # ### 2025-ci il tarixdə, saat 00:46 radələrində BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq hüquq və vəzifələri izah olunmaqla paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü və “Toyota Prius” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin yerdə yoxlanılmağa başlanılmış, bundan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, sonuncunun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd sürücülük vəsiqəsi və 1 (bir) ədəd avtomobil açarı, həmin gödəkçənin sol yan cibindən 27 (iyirmi yeddi) manat pul, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 2 (iki) ədəd “Redmi” markalı üzərində, 2 (iki) ədəd nömrəsini tam bilmədiyi və 070-406-78-88 nömrəsi olan mobil telefonlar aşkar edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üstündən digər heç bir kütlə və ya əşya aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd mobil telefon götürülmüş, 27 (iyirmi yeddi) manat pul, 1 (bir) ədəd sürücülük vəsiqəsi və 1 (bir) ədəd avtomobil açarı isə özünə geri qaytarılmışdır. Daha sonra “Toyota Prius” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin qabaq sağ oturacağının ayaqaltı hissəsindən 1 (bir) ədəd torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən 11 (on bir) ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmiş, həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisinin 9 (doqquz) kq 900 (doqquz yüz) qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlələr qablaşdırılaraq imzalanmış, möhürlənərək götürülmüşdür. Avtomobilin digər hissələrinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və ya predmetə rast gəlinməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq idarə etdiyi avtomobildən aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “xxxx” adlı şəxsin vasitəsi ilə gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, əvəzində həmin şəxsin ona istifadəsi üçün narkotik vasitə və pul verəcəyini bildirmişdir. Üstünü yoxlama və avtomobilə baxış ünvan 2 ünvanının yaxınlığında keçirilmişdir. Protokolda “İphone” markalı mobil telefondan istifadə edilməklə BNMİ-nin baş əməliyyat müvəkkili R şahid2 tərəfindən videoçəkiliş aparılması, həmin videoçəkilişin əks olunduğu 1 (bir) ədəd DVD diskin protokola əlavə edilməsi qeyd olunmuşdur. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən bu barədə həmin tarixdə, saat 02:00dən 03:00-dək BNMİ-nin inzibati binasında protokol tərtib olunmaqla iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 11-15;). “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” # ### 2025-ci il tarixli qərar və protokoldan görünür ki, BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı X9 tərəfindən Təqsirləndirilən şəxs barəsində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı sonuncunun avtomobilindən aşkar edilərək götürülmüş, raportla məruzə olunmaqla aidiyyəti üzrə təqdim olunmuş 2 (iki) ədəd mobil telefon, 1 (bir) ədəd torbaya və 1 (bir) ədəd DVD diskə həmin tarixdə, saat 03:10-dan saat 03:23-dək baxış keçirilmişdir. Baxış zamanı həmin torbadan 11 (on bir) ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Həmin kütlələrə baxış keçirildikdən sonra yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 1 (bir) ədəd DVD diskə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs narkotik vasitə aşkar olunması barədə bildirməsi öz əksini tapmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd sürücülük vəsiqəsi də götürülmüşdür. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir. Protokolda “Sony” markalı videokamera vasitəsilə BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis Rı şahid4 tərəfindən videoçəkiliş aparılması qeyd olunmuşdur. Bu barədə # ### 2025-ci il tarixdə, saat 03:30dan 03:50-dək protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun düzgünlüyü imzalarla təsdiq edilmiş və 1 (bir) ədəd DVD diskin protokola əlavə edilməsi qeyd olunmuşdur (Cild 1, i.v. 15-19;). “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə baxış keçirilməsinə dair” və “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” # ### 2025-ci il tarixli protokollarda əks olunan əməliyyataxtarış tədbirləri və istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla əlaqədar iki ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddətləri - 17 dəqiqə 24 saniyə və 12 dəqiqə 34 saniyə olan həmin videoçəkilişlərin əks olunduğu iki ədəd diskdəki videogörüntülərə müstəntiq Natiq Allahverdiyev tərəfindən baxış keçirilməsinə dair ## ### 2025-ci il tarixli protokollarla, eləcə də həmin disklərdəki videogörüntülərə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri, habelə üzərinin yoxlanılması və avtomobilinə baxış keçirilməsi zamanı, habelə sonradan təhqiqatçı tərəfindən təqdim edilən əşyalara keçirilmiş baxış istintaq hərəkəti zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs üzərində keçirilmiş yoxlama, avtomobilinə keçirilmiş baxış əməliyyat tədbirləri, habelə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat və ətraflı şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir. Eyni zamanda, videogörüntülərdən Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş narkotik vasitəni öz şəxsi istehlakı, həmçinin avtomobilinin kreditini ödəmək üçün maddi ehtiyaclarını təmin etmək məqsədi ilə ona bildirilən ünvanlara qoymaq məqsədinin olmasını, ona qarşı hər hansı təzyiq göstərilmədiyini sərbəst olaraq dəfələrlə vurğulaması müəyyən olunmuşdur (Cild 1, i.v. 140-142;). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-bioloji ekspertizasının” # ### 2025-ci il tarixli, */*** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd torbada ümumi sayı 11 (on bir) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1005,0 qram, 880,0 qram, 1020,0 qram, 1000,0 qram, 830,0 qram, 1045,0 qram, 505,0 qram, 980,0 qram, 995,0 qram, 340,0 qram və 350,0 qram, ümumi çəkisi 8950,0 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Marixuananın ümumi çəkisi - 8950,0 qram, cəmi tədqiqata sərf edildi - 1,1 qram (hər obyektdən 0,1 qram), qalıq - 8948,9 qram. Aparılmış tədqiqatın dəyərinin 72 (yetmiş iki) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 33-37;). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin # ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli # ### 2025-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməldə özünü təqsirli bilərək uzun müddətdir narkotik vasitə istifadə etdiyini, narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından aldığını, həmin şəxsi çoxdandır tanıdığını, onunla sosial platforma üzərindən əlaqə saxladığını, İran İslam Respublikasının vətəndaşının ondan bir neçə dəfə narkotik vasitəni müəyyən yerdən götürüb dediyi ünvana təhvil verməsini xahiş etdiyini, özünün maddi imkansızlıqdan bu təklif ilə razılaşdığını, sonuncu dəfə narkotik vasitəni Xocasən ərazisindən götürdüyünü, lakin polis əməkdaşları tərəfindən saxlanıldığını, polis əməkdaşları tərəfindən heç bir işgəncə və təzyiqə məruz qalmadığını qeyd edərək məhkəmədən barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs müdafiəçisi X3 çıxışında məhkəməyə müraciət edərək hüquqlarını müdafiə etdiyi şəxsin himayəsində iki azyaşlı övladının olmasını, əməlindən peşman olmasını nəzərə alaraq onun barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. Həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti # ###### 2025-ci il tarixədək uzadılmışdır (Cild 1, i.v. 119-124; 247- 252;). AZE11688889 və AA1509453 seriya nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən və “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində ## #### 2011-ci il təvəllüdlü Ayişa Babayeva və ## #### 2010-cu il təvəllüdlü Said Babayev adlı iki yetkinlik yaşına çatmayan övladı vardır (Cild 1, i.v. 149-150; Cild 2;). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamənin 1# ### 2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 127.1-ci maddələri ilə iki dəfə cinayət məsuliyyətinə cəlb edilsə də, həmin əməllərinə görə barəsində bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilməklə məhkumluğu olmayan şəxsdir (Cild 1, i.v. 154-155;). BNMİ-nin rəisi R İslam Hümbətov tərəfindən BMCMİ-yə ünvanlanmış 1# ### 2025-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitəni əldə etdikdən sonra bu maddəni qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmasına və qanunsuz saxlamasına dair əlavə məlumatlar əldə edilmiş, lakin İran İslam Respublikasının vətəndaşı “xxxx” adlı şəxsin kimliyini, eləcə də digər iştirakçılarının, Təqsirləndirilən şəxs bu maddəni hansı yolla və kimlərin vasitəsi ilə əldə etməsini, əvvəllər narkotik vasitələrinin satışı ilə məşğul olub-olmamasını, onun narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, digər cinayətlərin törədilməsində iştirakının müəyyən edilməsi məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlumat əldə etmək mümkün olmamışdır (Cild 1, i.v. 157;). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 X19 Xəstəxanası tərəfindən verilmiş 1# ### 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün qeyd olunan xəstəxanaya müraciət etməmişdir (Cild 1, i.v. 158;). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X4 tərəfindən verilmiş ## ### 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd olunan xəstəxanada müalicədə olmamışdır (Cild 1, i.v. 163;). “Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının” # #### 2025-ci il tarixli, ***/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Həmin rəyin təsviri hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs # ### 2025-ci il tarixdə məhkəmə-tibbi müayinədən keçirilmiş, müayinə zamanı deməsinə görə # ### 2025-ci il tarixdə, sat 00:40 radələrində Bakı şəhərində saxlanılmış, tutularkən xəsarət almadığını bildirmişdir (Cild 1, i.v. 174-176;). “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” ## ###### 2025ci il tarixli, **** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviriəsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs özünün deməsinə görə 7-8 ildir narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istfadə edir (Cild 1, i.v. 177-178;). “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, BMCMİ-nin İİ-nin müstəntiqi R X14 tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitələrin əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə, habelə qrupun üzvü “xxxx” adlı şəxsin və qeyrilərinin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmış, həmin cinayət işinə 251900228 nömrəsi verilməklə ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdir (Cild 1, i.v. 261-262;) ## ###### 1990-cı il tarixli, № ******* nömrəli vəsiqədən və müvafiq arayışdan görünür ki, X15 həqiqətən də ## ###### 1993-cü il tarixdə Azərbaycan Respublikası torpaqlarının müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşdur. Eyni zamanda X16 “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəşt haqqında” # ######## 1993-cü il Azərbaycan Respublikasının Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ verilmişdir, qeyd olunan vəsiqə Azərbaycan Respublikasının ərazisində ## ###### 2002-ci il tarixdən (ömürlük) etibarlıdır (Cild 2;). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş ****/**** saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs # ### 2025-ci il tarixdə həmin təcridxanaya gətirilmiş və tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs zədə almadığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, baxış zamanı sağ qolda köhnə çapıq vardır. Həmin kitabçanın 17-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs 8 ilə yaxındır marixuanadan istifadə edir (Cild 2;). Müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə dair müvafiq məlumatlar “xxxx” MMC-i mobil telefon operatorundan əldə edilərək tərəflərin iştirakı ilə məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 077-318-80-03 mobil telefon nömrəsi # ### 2025-ci il tarixdə, saat 00:19:07-də “Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, M.Cəlal küçəsi 10/Nasimi”, # ### 2025- ci il tarixdə, saat 00:35:31-də “Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi 16/Nasimi” anten dairəsində olmuşdur (Cild 2;). Müdafiə tərəfinin vəsatəti əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən müvafiq sorğu əsasında alınmış *(***)-***/**** nömrəli, # ### 2025-ci il tarixli məhkəmə iclasının audio-video yazısını əks etdirən 01 (bir) ədəd diskə məhkəmə baxışı üzrə məhkəmə iclası zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən müəyyən edildi ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı həbs qətimkan tədbiri seçilərkən qərarda qeyd olunan hallar və dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır (Cild 2;). Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, ** saylı qərarına əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, ** saylı qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk olaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə münasibətdə qeyd edir ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, sübutlar, təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi və işin digər faktiki halları ilə tam təkzib olunur, müdafiə tərəfinin irəli sürdüyü sözügedən dəlillər heç bir sübutla dəstəklənmir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə, yəni Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması, ittihamda göstərilən şəraitdə deyil, yol polisi əməkdaşları tərəfindən saxlanıldıqdan sonra sonunculara məxsus avtomobildən BNMİ-nin əməkdaşlarının düşərək onu saxlaması, saxlanılmasında 17-18 nəfər polis əməkdaşının iştirak etməsi, saxlanılarkən avtomobilində yalnız şəxsi istifadəsi üçün əldə etdiyi 50 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olması, həmin narkotik vasitənin isə polis əməkdaşları tərəfindən aşkar edilməməsi, avtomobilində quraşdırılmış videoqeydiyyat qurğusunun polis əməkdaşları tərəfindən götürülməsi, ittihamda qeyd edilən çəkidə və bükümlərdə narkotik vasitələrin ona məxsus olmaması, həmin narkotik vasitələrin avtomobilindən necə çıxması (aşkar edilməsi) barədə məlumatının olmaması, ibtidai istintaq zamanı etirafedici məzmunda ifadə verməyəcəyi halda ailə üzvlərinin də məsuliyyətə cəlb ediləcəyinə dair hədələrə və yüngül fiziki təzyiqlərə məruz qalması, şahid4 ona yumruqla vurması, eləcə də polis əməkdaşlarının 50.000 manat pul müqabilində onun sərbəst buraxılacağına dair təklif verməsi ilə bağlı dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər təqsirləndirilən şəxsin müdafiə mövqeyinə söykənən subyektiv mülahizə, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdlər kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmünün 16-18, 22 və 44-cü bəndlərində qeyd edildiyi kimi fasiləsiz videoçəkilişlə üzərində yerində üstünün yoxlanılması və avtomobilinə baxış keçirilməsi əməliyyat tədbirləri, təqdim olunan əşyaya baxış və götürmə keçirilməsinə dair istintaq hərəkəti həyata keçirilərkən, barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə qapalı məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, həmçinin hökmün 30, 42 və 44-cü bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra özünün iddia etdiyi kimi hər hansı psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində (həmçinin sonradan müqavilə üzrə müdafiəçisinin iştirakı ilə verdiyi əlavə ifadələrində) və videoçəkiliş vasitəsilə həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkəti zamanı verilən suallara ətraflı cavablar verməklə avtomobildən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı maddi imkanının aşağı olması ilə əlaqədar ona bildirilən ünvanlara qoymaqla narkotik vasitə və müəyyən məbləğlərdə qazanc əldə edəcəyini xüsusi vurğulayaraq fiziki və ya psixi təzyiqlərə məruz qalması barədə hər hansı məlumat verməmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı guya polis əməkdaşları tərəfindən pisixi təzyiqlərə məruz qalaraq sonuncuların onun ailə üzvlərinin də məsuliyyətə cəlb ediləcəyinə, habelə polis əməkdaşlarının 50.000 manat qarşılığında sərbəst buraxılmasına təklif almasına dair bildirdikləri xüsusatlar həm məhkəməyədək, həm də məhkəmə icraatı zamanı verdiyi ifadələri və iş materiallarında olan digər mötəbər sübutlar ilə tamamilə təkzib edilərək həqiqətə uyğunluğu inkar edilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Tədqiq olunmuş iş materiallarından və birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs verilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşır. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin tövsifi üçün hallar müəyyən edilmədiyindən, onun əməlinin təqsirli bilindiyi maddədən başqa maddəyə tövsif edilməsi üçün maddi və prosessual əsaslar mövcud deyildir və bu barədə apellyasiya şikayətlərinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq cəhdi daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq, hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər-hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən ona qanuni və əsaslı cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini nəzərə almış, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, məhkumluğunun olmamasını, narkomaniya xəstəliyindən müalicə olunmaqla tam sağalaraq normal həyat tərzinə geri qayıtmaq istəməsini, 35 yaşında olmaqla cavan olmasını, atasının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmasını və məhkəmə icraatı zamanı davranışını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul etmiş, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri «Universal» Vəkil Bürosunun vəkili X8 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün, cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Universal» Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar