Məhkəmə qərarları › İş №1(3-6)-659/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-659/2026

09.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-659/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçilər Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 və Sirius Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünə əsasən (hakimlər X3 (sədrlik edən), X2 və Hüseynli Hüseyn İnanc oğlundan ibarət tərkibdə) ## ##### 2002-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi ev 690-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş 05 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla 06 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş və çəkilmiş 04 ay 26 gün azadlıqdan məhrum etmə cəzası, həmçinin Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən hazırki iş üzrə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək həbsdə olduğu müddət və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olmuş cinayət işi üzrə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək və ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək tutma altında saxlanıldığı müddət, cəmi 06 ay müddət hazırki hökmlə təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 05 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli ## ###### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunması və onun ## #### 2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində (F15x2) diaqnozu ilə dispanser qeydiyyatında olmasının nəzərə alınması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni və satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək barədə şəxsiyyəti istintaqa məlum olmayan “Rza” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib dəyərini sonuncuya sonradan hissə-hissə ödəmək şərti ilə razılaşaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 4995,88 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və xeyli miqdarda təmiz çəkisi 0,259 qram psixotrop maddə metamfetamin əldə edib saxlamış, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında ## #### 2025-ci il tarixdə saat 11:20 dəqiqədə həmin Şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Suraxanı rayonu, Hövsan qəsəbəsi O.Şabanov küçəsində çöllük ərazidə saxlanılaraq orada videoçəkiliş aparılmaqla üzəri yoxlanılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibində olan bir ədəd siqaret qutusunun içərisində falqaya bükülmüş bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,259 qram psixotrop maddə metamfetamin və bir ədəd şəffaf sellofan bükümdə 5,88 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 11:50 dəqiqədə yazılı razılığı əsasında yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman evin yataq otağında olan dolabdan bir ədəd sintetik torbada külli miqdarda, təmiz çəkisi 4990 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Mübahisələndiriləndirilən hökmdən göründüyü kimi birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutların məcmusu ilə öz təsdiqini tapmadığından və həmin maddə ilə verilmiş ittiham ehtimallara və formal mülahizələrə əsaslandığından həmin maddə ittihamdan xaric edilməlidir. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini və Təqsirləndirilən şəxs səmimi peşman olmasını, anasının 2-ci dərəcəli əlil olmasını, evin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının çıxışları: Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işində Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixi saat 11:20-də saxlanması qeyd edilmişdir. Məhkəmədə Rəsul bildirmişdir ki, onu saat 10 radələrində polis işçiləri gəlib evdən götürüb şöbəyə aparıblar, daha sonra isə gətirib zibillik olan yerdə düşürərək "saxlama" əməliyyatının ssenarisini çəkiblər. Əslində isə hadisə belə olmuşdur ki, ## #### 2025-ci il tarixində saat 10:00 radələlərində Rəsul nişanlısı ilə evdə olarkən polislər gəlib onu evdən götürüblər, bundan sonra nişanlısı Rəsulun işdə olan anası şahid1 *** *** ** ** nömrəli telefonuna zəng edib Rəsulun polis işçiləri tərəfindən aparıldığını demişdir. şahid1 iş yerindən icazə alaraq 30-cu şöbəyə getmişdir. Müdafiə Təqsirləndirilən şəxs 11:20 radələrində saxlanılması faktını şübhə altına aldığından əlavə şahid qismində Rəsulun anasının dindirilməsi barədə məhkəməyə vəsatət vermiş, həmin vəsatət təmin edilmişdir. şahid1 məhkəmədə əlavə şahid qismində dindirilərək ifadə bildirdi ki, saat 10:00 radələrində Rəsulun nişanlısı ona zəng etmiş və Rəsulun polis işçiləri tərəfindən aparıldığını demişdir. Saat 10:00-11:00 radələrində Sevil artıq şöbədə idi. Bu faktı dəqiqləşdirmək üçün şahid1 istifadəsində olan *** *** ** ** nömrəli telefonun ## #### 2025-ci ildə anten dairəsinin müəyyən edilməsi üçün Azərcellə sorğu barədə vəsatət təmin edilməmişdir. Təqsirləndirilən şəxs cinayət işi ilə bağlı daha sonra da bir sıra ziddiyyətlər mövcuddur. Belə ki, şahid şahid3 məhkəmədə ifadə verərkən bildirdi ki, Rəsulun yataq otağından tapılan marixuananın çəkisi yarım kiloya yaxın idi və Rəsulu günortadan sonra saxladıqlarını bildirdi. Rəsul isə şahid3 ümumiyyətlə görmədiyini bildirmişdir. ##.##.2026-cı il tarixində məhkəmədə sənədlərin təhqiqi zamanı bütün çəkilişlərdə həqiqətən də şahid3 iştirak etməməsi bəlli oldu. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən biildirdi ki, vaxtı ilə İİR-nın vətəndaşından narkotik almış və onun pulunu ödəməmişdir. Bununla bağlı həmin şəxs Rəsula bildirmişdir k, onun polisdə adamı var və Rəsulu həbs etdirəcəkdir. ##.##.2025-ci ildə Suraxanı RPİ-nin 30-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis Rı şahid4 İxtiyar oğlu məhkəmədə ifadə verərkən bildirdi ki, həqiqətən də Rəsulun iranlıdan narkotik alıb pulunu verməməsi ilə bağlı onda məlumat olub və bu məlumat hələ Rəsul həbs edilməmişdən qabaq onda olmuşdur. Daha sonra Muradlı narkotikin çəkisinin 4 kiloya yaxın olmasını bildirdi və əlavə etdi ki, Rəsul oğurluq cinayətlərində və azyaşlı uşaqları cinayətə cəlb etməsi ilə bağlı onda şübhələr var, ancaq konkret heç bir dəlil gətirə bilmədi. Bu ifadə şahid4 Rəsula qarşı qərəzli olması anlayışına gətirir. Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixində saat 1l:20-də evinin yaxınlığında saxlanılmışdır və 30 dəqiqədən sonra polis əməkdaşları Rəsulu yaşadığı evinin qarşısına apararaq orada guya ki, mənzilə baxış keçirərək 4990 qramm çətənə bitkisi aşkar edilmişdir. Rəsulun saxlandığı yerlə evinin arası 1 (bir) dəqiqə 7 (yeddi) saniyə təşkil edir. Maraqlısı odur ki, 28 dəqiqə 53 saniyə ərzində əməliyyatçılar nə işlə məşğul olublar, çəkilişdən kənar hansı prosessual hərəkəti yerinə yetiriblər? Rəsulun saxlandığı yer ilə evinin arasında olan məsafənin videçəkilişini məhkəməyə təqdim etmişdir və dedikləri təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs saxlama zamanı çəkilmiş videoçəkilişə baxarkən Q.Rəsul bildirdi ki, saxlama çəkilişini videolentə almadan qabaq, onu, saat 10 radələrində polis işçiləri gəlib evdən bölməyə aparıblar, həmin zaman onun boynunda sep olmuşdur. Bölmədə ondan sep alınmış, rəisin otağına qaldırdıqdan sonra onu yaşadığı evinin yaxınlığına gətirərək guya ki, onun qəflətən orada zibil qutularının yanında gəzən zaman polis işçiləri gəlib və onu saxlamışdırlar. Rəsulun saxlama zamanı olan çəkilişdə onun boynunda sep yoxdur. Məhkəməyə təqdim edilən şəkillərdə Rəsulun boynunda sep açıqaşkar görsənirdi. Lakin saxlama zamanı və bölmədə olan bütün çəkilişlər zamanı onun boynunda sep yoxdur. Rəsulun saxlanmasında iştirak etmiş əməliyyatçıların təkrar məhkəməyə dəvət edilərək bu hal ilə əlaqədar olaraq ifadə vermələri barədə vəsatəti təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müdafiəçilər müdafiəçi2 və müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini və təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçilərinin göstərdiyi dəlillərlə razılaşaraq apellyasiya şikayətinin təmin edilməsini və əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçilərinin fikirlərini dinləyərək hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmü dəyişdirilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan əməli həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilib ona həmin maddənin sanksiyasına əsasən cəza təyin edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin məhz satış məqsədi ilə əldə etməsi barədə istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan Hüquqlarının və X12 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarının doqquzuncu bəndində əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin qeyd olunur ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki işin faktiki hallarına nəzər saldıqda ## #### 2025-ci il tarixdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərində və yaşadığı mənzildə narkotik vasitənin və psixotrop maddənin aşkar olunması mötəbər sübutların məcmusu ilə, o cümlədən videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə, yaşayış sahəsinə baxış və götürmə istintaq hərəkətləri, həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələrlə və iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, saxlanılan zaman üzərində yalnız şəxsi istifadəsi üçün nəzərdə tutulmuş bir istifadəlik metamfetamin olmuşdur. O, təxminən iki ilə yaxındır ki, metamfetamindən istifadə etmiş, lakin digər narkotik vasitələr isə ona məxsus olmamışdır. ## #### 2025-ci il tarixdə saat təxminən 10:00 radələrində polis əməkdaşları onun yaşadığı evə daxil olaraq onu saxlamış və polis bölməsinə aparmışlar. Polis bölməsində ona hədə-qorxu gəlmişlər, narkotik vasitələri üzərinə götürmədiyi təqdirdə ailə üzvlərinin də məsuliyyətə cəlb ediləcəyi ilə hədələmişlər. Bu səbəbdən o, istintaq zamanı bəzi halları üzərinə götürmüşdür. Sonradan çəkiliş zamanı yaşadığı evdən təxminən 5 kiloqram narkotik vasitə aşkar olunduğunu öyrənmiş, lakin həmin narkotik vasitələr ona məxsus olmamışdır. O, narkotik vasitələri şəxsi istifadəsi üçün İran İslam Respublikası vətəndaşından əldə etmiş, sonuncu dəfə saxlanılmasından təxminən iki həftə əvvəl həmin şəxsdən nisyə qaydada narkotik vasitə almışdır. Həmin şəxsə təxminən 200 manat borcu qalmış, bu məbləği hissə-hissə ödəməyə çalışmışdır. İran vətəndaşı ona borcu ödəmədiyi halda Azərbaycanda tanıdığı polis əməkdaşları vasitəsilə onu cəzalandıracağını demişdir. Saxlanılmasından təxminən iki həftə əvvəl polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmış və ona “iranlının pulunu yeyə bilməzsən” deyə xəbərdarlıq edilmişdir. Bundan iki həftə sonra isə saxlanılmışdır. Polis əməkdaşları tərəfindən çəkiliş açıq ərazidə aparılmış, həmin vaxt polis əməkdaşlarını tanımışdır. Polis əməkdaşları həmin yerə ağ rəngli “Nissan” markalı avtomobil ilə gəlmişlər, həmin avtomobilin sürücüsü Etibar adlı polis əməkdaşı olmuşdur. Onun barəsində əvvəllər Suraxanı Rayon Məhkəməsi tərəfindən hökm çıxarılmış və həmin hökm ilə 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Polis idarəsində polis əməkdaşları ona yüngül bədən xəsarətləri yetirmiş və ailə üzvləri ilə bağlı hədələr səsləndirilmişlər. Polis əməkdaşları tərəfindən saxlanılması videolentə alınmadan polis bölməsinə aparılmış, həmin vaxt boynunda sep, barmağında isə üzük olmuşdur, lakin təkrar çəkiliş aparılarkən oların heç biri onun üzərində olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni oxumadan imzalamışdır İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, son 2 il ərzində müxtəlif növ narkotik vasitələrdən istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitəni tanımadığı şəxslərdən almaqla əldə etmişdir. Həmin şəxslərdən adətən 2-3 istifadəlik miqdarda narkotik vasitə aldığı üçün tez-tez müxtəlif şəxslərlə əlaqə saxlamağa məcbur olmuşdur ki, bu da onun yaxalanma riskini artırmışdır. Bu səbəbdən daha çox miqdarda narkotik vasitə əldə edib saxlamaq niyyətində olmuşdur. Lakin narkotik vasitəni kimdən, necə və hansı üsulla əldə edəcəyini bilməmişdir. Həmin dövrlərdə sosial şəbəkələr vasitəsilə İran İslam Respublikası vətəndaşlarının “İnstagram” platforması üzərindən narkotik vasitə satdıqlarını öyrənmişdir. Bundan sonra “İnstagram” sosial şəbəkəsində qeydiyyatdan keçmiş və orada özünü “Rza” adı ilə təqdim edən İran vətəndaşı ilə tanış olmuşdur. Onunla aparılan yazışma zamanı həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğu məlum olmuşdur. Bu barədə məlumat əldə etdikdən sonra özü istifadə etmək məqsədilə narkotik vasitə almaq istədiyini “Rza”ya bildirmişdir. “Rza” isə Bakı şəhərində təqribən 5 kiloqram çəkidə “nəşə” (qurudulmuş marixuana) və az miqdarda “patı” (metamfetamin) olduğunu, və bu maddələri ona sata biləcəyini demişdir. Şəxs maddi imkanının olmadığını bildirdikdə, “Rza” ona narkotik vasitəni nisyə verəcəyini, pulu isə hissə-hissə ödəməsinə şərait yaradacağını bildirmişdir. Tutulmazdan bir neçə gün əvvəl “Rza” onunla əlaqə saxlayaraq Mehdiabad qəsəbəsində gizlədilmiş narkotik vasitənin yerini “konum” (lokasiya) formasında göndərmiş, həmçinin həmin yerin şəklini də təqdim etmişdir. Narkotik vasitəni təcili şəkildə götürməsini istəmişdir. Şəxs də həmin gün tanımadığı bir taksi vasitəsilə deyilən ünvana getmişdir. Taksidən düşdükdən sonra narkotik vasitənin gizlədildiyi ərazidə gəzişərək maddəni tapmış və içərisində narkotik vasitə olan kisəni götürərək tanımadığı taksi ilə yaşadığı evə qayıtmışdır. Həmin maddəni evdə yataq otağındakı dolabda gizlətdiyi bildirilmişdir. Kisəyə baxış zamanı içərisində “nəşə” (qurudulmuş marixuana) və bir bükümdə “patı” (metamfetamin) olduğu müəyyən edilmişdir. ## #### 2025-ci il tarixində isə həmin maddələrdən bir qədərini sellofana bükərək boş siqaret qutusuna yerləşdirmiş və siqaret qutusunu şalvarının cibinə qoyaraq evdən çıxmışdır. Evdən çıxdıqdan sonra bir qədər gəzişmiş və geri qayıdarkən ##.##.2025-ci il tarixdə, saat təqribən 11:20 radələrində, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində piyada gəzərkən üç nəfər polis əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona özlərini təqdim etmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanıldığını və hüquqlarını izah etmişlər. Şəxs müdafiəçi tələb etdiyini bildirmişdir. Daha sonra videoçəkilişlə üzərində baxış keçirilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmasını, yəni onun üzərindən və yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi barədə istintaq orqanının mövqeyini və bununla razılaşan birinci instansiya məhkəməsinin gəldiyi nəticələri əsassız hesab edir və işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, ittiham aktından və birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə, yəni onun 4995,88 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və təmiz çəkisi 0,259 qram psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edib saxlaması və üzərində daşıması qənaətinə gəlinməsində sözügedən narkotik vasitənin və psixotrop maddənin müvafiq olaraq külli və xeyli miqdarda olması səbəb olmuşdur. Lakin həm istintaq orqanı, həm də birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə edib daşıması və saxlaması barədə nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunun tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyi nəzərə alınmamışlar. Belə ki, adı çəkilən Plenum Qərarından aşkar göründüyü kimi narkotik vasitənin miqdarının və yaxud nə cür qablaşdırılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyə olunmuşdur. Qeyd edilən izaha görə aşkar edilmiş narkotik vasitənin külli miqdar təşkil etməsi onun məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işində təqsirləndirilən şəxsin aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, saxlaması və daşımasında onun əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə onların yayılmasına yönəlmiş hərəkətlərinin mövcudluğunu təsdiqləyən sübutlar mövcud deyil və belə sübutların əldə olunmasına yönəlmiş hər hansı istintaq hərəkətlərinin aparılması müəyyən olunmur. Başqa sözlə, Plenum Qərarının sözügedən tələbləri baxımından hazırki işin hallarına nəzər saldıqda görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 4995,88 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın və təmiz çəkisi 0,259 qram psixotrop maddə metamfetaminin müvafiq olaraq xeyli və külli miqdar təşkil etməsi müəyyən edilsə də, onların satışı məqsədilə təqsirləndirilən şəxsin digər istehlakçılarla razılıq əldə etməsi, bu barədə hər hansı telefon danışıqlarının və ya sms yazışmalarının aparılması, əldə etdiyi narkotik vasitə və psixotrop maddələri kimə, nə vaxt və harada təhvil verəcəyinə dair məlumatların toplanması, habelə məhz təqsirləndirilən şəxs tərəfindən satış üçün narkotik vasitələrin hazırlanması kimi hallar müəyyən edilməmişdir. Həmin xüsusatlar ittiham tərəfinin mötəbər dəlillər əsasında sübuta yetirmək vəzifəsini şərtləndirən hallardır ki, hazırki vəziyyətdə əlavə sübutlar toplanılmadan və onlar iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə araşdırılmadan yalnız aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin miqdarı təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə əsas ola bilməz. Qeyd olunanın əksinə, iş materiallarında olan “Baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan 01 ədəd “Samsung” markalı mobil telefon cihazına baxış keçirilmiş, mobil telefon cihazı üzərində ***-***-**-** saylı mobil nömrə olması müəyyən edilmişdir. Həmin mobil telefonun zənglər və SMS-lər siyahısına baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir zəng, SMS aşkar edilməmiş, həmçinin mobil telefonun "Whatsapp" bölməsinə baxış keçirilən zaman da iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilməmişdir. (cild 01, i/v 63). Həmçinin “Telefon məlumatlarına baxış keçirilməsi haqqında” ## ####### 2025ci il tarixli protokollardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan 051-525-21-18 və ***-***-**-** saylı mobil telefon nömrələri üzrə aparılan danışıqlara baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq bir daha qeyd edir ki, şəxsin üzərindən və yaşadığı mənzildən külli və xeyli miqdarda narkotik maddə və psixotrop vasitənin aşkarlanması faktı yuxarıda sadalanan digər mühüm halların aşkarlanmadığı halda, yalnız özü-özlüyündə həmin şəxsin narkotik vasitənin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, istintaq orqanının və birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması haqqında yekun qənaətləri onların istinad etdikləri sübutlarla da uzlaşmır. Belə ki, iş üzrə əsas sübut növlərindən biri kimi istinad olunan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat zamanı, həm də birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi ifadələrdən də görünür ki, o aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni yalnız şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirmiş və heç bir ifadəsində həmin vasitələri məhz satış məqsədilə əldə etməsini, saxlamasını və daşımasını göstərməmişdir. Digər tərəfdən, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində iştirak etmiş və birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru şahid3, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarışı üzrə kiçik əməliyyat müvəkkili şahid2, eləcə də Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili şahid4 İxtiyar oğlunun ifadələrindən də təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədilə əldə etməsi, saxlaması və daşıması qənaətinin formalaşmasına imkan verən hər hansı bir xüsusat ümumiyyətlə müəyyən olunmur. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlanmasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (bax, İbrahimov və Məmmədov Azərbaycana qarşı, № *****/** və s., 125, ## ###### 2020) Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göründüyü kimi Təqsirləndirilən şəxs münasibətdə satış məqsədinin olmasına dair gəlinmiş qənaət onda aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin müvafiq olaraq külli və xeyli miqdar təşkil etməsi, həmçinin aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin müxtəlif növlərdə olması kimi xüsusatlardan irəli gələn subyektiv xarakterli mülahizədir. Belə ki, onun satış məqsədinin müəyyən edilməsi qənaətinə gəlmək üçün nəinki digər şəxslərlə razılaşma əldə etməsi, bu barədə telefon danışıqları və ya sms yazışmaları, o cümlədən tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələri kimi vasitələr də müəyyən olunmamış və aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin miqdarına münasibədə isə təqsirləndirilən şəxsin özü ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, həmin şəxslərdən adətən 2-3 istifadəlik miqdarda narkotik vasitə aldığı üçün tez-tez müxtəlif şəxslərlə əlaqə saxlamağa məcbur olmuşdur ki, bu da onun yaxalanma riskini artırmışdır. Bu səbəbdən daha çox miqdarda narkotik vasitə əldə edib saxlamaq niyyətində olmuşdur. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin ## ######## 2025-ci il tarixli **** nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. YSİS-dən alınan məlumata Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdən Bakı şəhər NM-də (F15x2) diaqnozu ilə dispanser qeydiyyatdadır (cild 01, i/v 158-159). Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Psixotrop maddə olan metamfetaminin külli miqdarda olması şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyildir və bu hər bir halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə yanaşı və müqayisəli şəkildə qiymətləndirilməlidir. Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarındakı tövsiyələrə də uyğundur. Məhkəmə kollegiyasının gəldiyi bu nəticə həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının X4 AR CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli, X7 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarlarındakı hüquqi mövqe ilə uzlaşır. Beləliklə, ittihamı sübutetmə yükü daşıyan istintaq orqanı satışla bağlı hər hansı sübut ümumiyyətlə təqdim etməmiş, formal mülahizələrə görə yalnız narkotik vasitənin külli miqdarda olması əsası ilə təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Hazırda apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları birbirilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməmişdir, bu barədə ittiham mötəbər sübutlar olmadan və ehtimallar üzərində qurulmuşdur. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 405.1.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü cinayətin tövsifini dəyişdirdiyi və az ağır cinayət haqqında cinayət qanunvericiliyini tətbiq etdiyi halda dəyişdirir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə olan əməli həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilib ona həmin maddənin sanksiyası əsasında cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə təyin ediləcək cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2025- ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli ## #### 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i/v 106-112). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və cinayət işi ##.##.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir (cild 01, i/v 138-139). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 1(010)- ***/**** nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 04 (dörd) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının çəkməsinin əvvəli hökm elan olunduğu ## ###### 2025-ci il tarixdən hesablanmışdır. (cild 01, i/v 140-153). Mübahisələndirilən hökmündən görünür ki, Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə müəyyən olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədən, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlinin ictimai təhlükəliliyi və xarakterini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və.s halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası hüdudunda 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü çıxarılmamışdan əvvəl, ## #### 2025-ci ildə törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə cəzasının əvvəli ## ###### 2025-ci il tarixdən hesablanmaqla təyin edilmiş 05 ay azadlıqdan məhrumetmə cəzasını çəkmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş və çəkilmiş 05 ay azadlıqdan məhrum etmə cəzası hazırkı qərarla təyin ediləcək cəza ilə qismən toplanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilmiş hissəsi olan 04 (dörd) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası, həmçinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olmuş cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək 02 (iki) gün və ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək 02 (iki) gün müddət, o cümlədən hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək həbsdə olduğu 01 (bir) ay müddət, ümumilikdə 06 (altı) ay müddət ona hazırki qərarla təyin edilmiş 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticəsi üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsaslardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmü dəyişdirilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan əməlin həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilib ona həmin maddənin sanksiyasına əsasən cəza təyin edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a l ı r: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş 05 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilmiş hissəsi olan 04 (dörd) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası, həmçinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olmuş cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək 02 (iki) gün və ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək 02 (iki) gün müddət, o cümlədən hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək həbsdə olduğu 01 (bir) ay müddət, ümumilikdə 06 (altı) ay müddət ona hazırki qərarla təyin edilmiş 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 04 (dörd) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar