Məhkəmə qərarları › İş №1(3-6)-661/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-661/2026

14.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-661/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı İsmayıl oğlunun, müdafiəçi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs İsmayılov Zülfü Şəmsəddin oğlunun iştirakları ilə, ## #### 1991-ci il tarixdə Biləsuvar rayonu, Bağbanlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmamış, əvvəllər məhkum olunmuş, məhkumluğu götürülməmiş və ödənilməmiş, Biləsuvar rayonu, Bağbanlar kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, - İsmayılov Zülfü Şəmsəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən məhkum edilmiş şəxs İsmayılov Zülfü Şəmsəddin oğlu və müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünə (hakimlər X7 (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və X9 ibarət tərkibdə) əsasən İsmayılov Zülfü Şəmsəddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu ## ### 2025-ci il tarixdən hesablanması, təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən ona narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən İsmayılov Zülfü Şəmsəddin oğlu ona görə təqsirli bilinib məhkum edilmişdir ki, Zülfü İsmayılov istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 5 ədəd kağız bükümdə külli miqdarda, ayrıayrılıqda təmiz çəkiləri 1,489 qram, 0,152 qram, 0,595 qram, 0,363 qram, 0,889 qram olmaqla ümumi təmiz çəkisi 3,488 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin X23 və Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həyata keçirilmiş əməliyyat axtarış təbdirləri nəticəsində o, ## ### 2025-ci il tarixdə saat 14:42-də ünvan 3 ünvanında yerləşən bina evinin girişində saxlanılaraq həmin ünvanda videoçəkilişlə üzərinə aparılmış əməliyyat yoxlaması zamanı onun əynində olan tünd boz rəngli şalvarının sol yan cibindən 5 ədəd kağız bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1,489 qram, 0,152 qram, 0,595 qram, 0,363 qram, 0,889 qram olmaqla ümumi təmiz çəkisi 3,488 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmündən məhkum edilmiş şəxs İsmayılov Zülfü Şəmsəddin oğlu apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən məhkum edilmiş şəxs İsmayılov Zülfü Şəmsəddin oğlunun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini, İsmayılov Zülfü Şəmsəddin oğlunun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini və təqsirləndirilən şəxs İsmayılov Zülfü Şəmsəddin oğluna həmin maddənin sanksiyası çərçivəsində ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İsmayilov Zülfi Şəmsəddin oğlu məhkəməyə vermiş olduğu ifadəsində göstərdi ki, ## ### 2025-ci il tarixdə səhər saatlarında ünvan 4 ünvanında yerləşən evinə gedən zaman ona tərəf bir polis əməkdaşı yaxınlaşmışdır. Onunla bir qədər söhbət etdikdən sonra daha 3 nəfər onlara tərəf yaxınlaşmışlar. Polislər onu yaşadığı evdən təxminən 300 metr uzağa, dəniz kənarına aparmışlar. Sonra həmin əraziyə polis əməkdaşlarının dediklərinə görə əməliyyat qrupunun rəhbəri gəlmişdir. Əməliyyat qrupunun rəhbəri əraziyə gələnədək, maşında olan polis əməkdaşları ona təzyiq göstərərək, onların dedikləri ilə razılaşmasını tələb etmişlər. O, polislərin tələbi ilə razılaşmamışdır. Hadisə günü onun üstündə hər hansı narkotik vasitə olmamışdır. Polis əməkdaşları ondan üstündə narkotik vasitə olduğu halda onlara təqdim etməsini bildirəndə o, polislərə yaşadığı evdə gödəkçəsinin cibində narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları evə baxış keçirən zaman evdən heç nə aşkar edə bilməyəcəklərini, ailəsinin də onun narkotik vasitələrdən istifadə etmədiyinə əmin olacaqlarına inandığı üçün onlara yalan danışmışdır. Polis əməkdaşları ilə yaşadığı evə gedib qapını döydükdə, qapını anası açmışdır. Ailəsinə polis əməkdaşlarının onu saxladıqlarını və evə baxış keçirəcəklərini demişdir. Polis əməkdaşları evə baxış keçirmişlər, ancaq nə onun otağından, nə də gödəkçəsinin cibindən hər hansı narkotik vasitə aşkar olunmamışdır. Polis əməkdaşları onu narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham etməmələrinin qarşılığında ondan bir nəfərin üzünə durmasını istəmişlər. Onlar evdə təxminən saat yarım oturmuşlar, ancaq heç nə tapa bilməmişdir. Sonra polis əməkdaşları onu binanın birinci mərtəbəsinə düşürtmüşlər, ona 1 (bir) büküm narkotik vasitə vermişlər, videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər və şəxsi axtarış zamanı həmin bükümün ona məxsus olduğunu deməsini tələb etmişlər. O, polislərin tələbi ilə razılaşmadıqda onlar ona vəziyyətdən çıxmaq üçün başqa təkliflər etmişlər. O, polislərin təkliflərini dilə gətirmək İstəmir. Yenidən onların təklifləri ilə razılaşmamışdır. Sonda məcburiyyət qarşısında qalıb polislərin tələbi ilə razılaşmış, keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının öz xidməti maşınlarının "bardaçokundan" götürdükləri və ona verdikləri 1 büküm narkotik vasitə onun şalvarının sol yan cibindən aşkar olunmuşdur. Həmçinin polis əməkdaşlarının videoçəkilişdən qabaq ona dedikləri ifadələri təkrarlamış, keçirilən şəxsi axtarış zamanı üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olduğunu və həmin narkotik vasitəni ehtiyacı olan tanışlarına təmənnasız olaraq verdiyini bildirmişdir. Sonra polis əməkdaşları onu Qaradağ RPİ-nə aparmışlar. Orad üzərinə yenidən videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Qaradağ RPİ-də keçirilən şəxsi axtarış zamanı narkotik vasitə onun şalvarının sağ yan cibindən aşkar olunmuşdur və həmin çəkilişdə ona verilən suallara cavab olaraq narkotik vasitəni yalnız şəxsi İstifadəsi üçün əldə etdiyini bildirmişdir. Onu iki dəfə məhkəməyə aparmışlar. İlk dəfə 5 qram metamfetaminə görə sanksiya məhkəməsində barəsində 4 ay həbs qətimkan tədbiri seçilmiş, 2-ci dəfə isə 3 qram metamfetaminə görə barəsində 2 ay həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs İsmayılov Zülfü Şəmsəddin oğlu məhkəmədə cinayət prosesi İştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları ona narkotik vasitəni götürməməyinin əvəzinə başqa təkliflər etmişlər. Polis əməkdaşları ona qarşı fiziki güc tətbiq etmişlər. Döyülmə ilə bağlı Prokurorluq orqanlarına şikayət etmişdir. Ancaq şikayətinin nəticəsi olmadığından onu geri götürmüşdür. Əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitəni sosial şəbəkələr üzərindən əldə edirdi. Tanıdığı şəxslər hərdənbir ona narkotik vasitə əldə etmək məqsədi ilə social şəbəkə üzərindən yazmışlar, həmçinin o da ehtiyacı olanda tanıdığı şəxslərə müraciət etmişdir. O, heç kimə narkotik vasitə satmamışdır. Əvvəllər narkotik maddənin istifadəsi ilə ittiham olunaraq məhkum olunmuşdur. Cəzasını çəkib qurtardıqdan sonra narkotik vasitələrdən istifadə etməmişdir. Polis əməkdaşları ona hədə-qorxu gəlmişlər və onlara məxsus narkotik vasitəni üzərinə götürməsini ondan tələb etmişlər və köməklik məqsədi ilə ona əməkdaşlıq təklif etmişlər. O, həmin təkliflə razılaşmadığı üçün məcburiyyət qarşısında qalaraq narkotik vasitəni öz üzərinə götürmüşdür. Cinayət işi materiallarında qeyd olunan mesajlar ona sadə telefon vasitəsi ilə göndərilmişdir. "WhatsApp" sosial şəbəkəsi üzərindən onun mesajları olmamışdır. Saxlanılan zaman ona qarşı fiziki təzyiq göstərilmiş, onu tanımadığı mülki şəxslər döymüşlər. Ona görə də həmin şəxslərin adlarını bilmir. 2.Əməliyyat-axtarış tədbirləri nəticəsində götürülmüş predmetlərə baxış keçirilməsi və onların götürülməsi götürmə haqqında ##.##.2025-ci il tarixli protokol təqsirləndirilən şəxsi ifadə verməyə məcbur etməklə alınmışdır. Belə ki, əməliyyatçılar İsmayılov Zülfi Şəmsəddin oğlunu yaşayış binasından çıxarkən yaxaladıqlarını, əməliyyat-axtarış tədbirləri nəticəsində götürülmüş predmetlərə baxış keçirilməsi və onların götürülməsi haqqında protoko tərtib etdiklərini, təqsirləndirilən şəxsə inandıqlarına görə 5-6 addımlıqda olan mənzilə baxış keçirmədikləri barədə ifadələri səmimi deyildir. Lakin hər iki şahid məhkəmədə verdikləri ifadələrində onlarda İsmayılov Zülfi Şəmsəddin oğlunun narkotok vasitənin satışı ilə bağlı yox, istifadəsi ilə bağlı məlumat olduğunu göstərmişlər. CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir Cinayət işi üzrə istintaq orqanının əsaslandığı sübutlardan biri Bakı şəhəri Qaradağ RPİ-nin əməkdaşlarının verdikləri şahid ifadələridir. Belə ki, cəmi 2 nəfər şahidin biri Qaradağ RPİ-nin X23, digəri isə Cinayət-Axtarış bölməsinin əməkdaşlardırlar. İstintaq zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri mötəbər sayıla bilməz. Çünki həmin polis əməkdaşları istintaq aparan orqanda müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baxımından bir-birindən asılı olduğu üçün, onların istintaq hərəkətləri barəsində verdikləri ifadələrini ittihamın təsdiqi üçün yararlı olan mötəbər sübut hesab etmək olmaz. Oxşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Muradov Azərbaycana qarşı ## ##### 2009-cu il tarixli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin "əsaslı şübhə doğurmayan" sübut növünə aid olmadığı göstərilmişdir. Həmçinin, həmin şəxslər CPM-nin 95.1.-ci maddəsində qeyd edilən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxslər deyil, öz prosessual səlahiyyətlərini cinayət prosesi ilə əlaqədar həyata keçirmiş təhqiqat orqanının digər əməkdaşlarıdır. CPMnin 7.0.21.-ci maddəsinə görə isə, təhqiqat orqanının digər əməkdaşları kimi əməliyyat müvəkkilləri ittiham tərəfinə aid edilir. Yəni, təhqiqat orqanının digər əməkdaşları sayılan əməliyyat müvəkkilləri işin nəticəsində bilavasitə maraqlı şəxslərdirlər. Məhz bu baxımdan Qaradağ rayon polis idarəsinin əməkdaşlarının ibtidai istintaqda verdikləri ifadələr şahid ifadəsi qismində nəzərə alınmamalıdır. İstintaq orqanının istinad etdiyi sübutlar CPM-nin 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz. İttiham tərəfinin təqdim etdiyi, təqsirləndirilən şəxsin telefonunda aşkar edilən SMS məlumatlarına gəldikdə isə əvvələn, həmin mesajların məzmunu özlüyündə heç nəyi ifadə etmir; İkincisi, həmin mesaylarla bağlı heç bir araşdırma aparılmamış, mesaj göndərən şəxs işə cəlb edilərək dindirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2025 tarixli, *(***)-***/***** nömrəli qərarında konkrekt olaraq göstərilir ki, "...təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefonun yaddaşında müəyyən olunmuş mesajların mətnlərinin heç bir araşdırma aparılmadan onun bu və ya digər cinayətin törədilməsində təqsirinin mötəbər sübutu kimi qəbul edilməsi əsaslı hesab edilə bilməz. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs İsmayılov Zülfü Şəmsəddin oğlu və müdafiəçisi Müdafiəçi apellyasiya şikayətlərində göstərilən əsaslarla hökmün dəyişdirilməsini, İsmayılov Zülfü Şəmsəddin oğluna bəraət verilməsini və ya İsmayılov Zülfü Şəmsəddin oğlunun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini və təqsirləndirilən şəxs İsmayılov Zülfü Şəmsəddin oğluna həmin maddənin sanksiyası çərçivəsində ədalətli cəza verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Dövlət ittihamçısı İsmayıl oğlu verilmiş apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini və Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünü qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri İsmayılov Zülfü Şəmsəddin oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsindən və ya ona bəraət verilməsindən ibarət olduğu üçün cinayət işinin materiallarında olan sübutları tam təkrarlamamaqla, apellyasiya şikayətlərinin dəlillərini təkzib edəcək sübut növlərinin bəzilərini hazırki qərarında qeyd etməyi zəruri və əsaslı hesab edir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş İsmayılov Zülfü Şəmsəddin oğlu təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ## ### 2025-ci il tarixdə, təxminən saat 09:30 radələrində ünvan 4 ünvanında yerləşən evinə gedən zaman ona tərəf bir polis əməkdaşı yaxınlaşmışdır. Onunla bir qədər söhbət etdikdən sonra daha 3 nəfər onlara tərəf yaxınlaşmışlar. Polislər onu yaşadığı ərazidən təxminən 300 metr qırağa, dəniz kənarına aparmışlar. Sonra həmin əraziyə polis əməkdaşlarının dediklərinə görə əməliyyat qrupunun rəhbəri gəlmişdir. Əməliyyat qrupunun rəhbəri əraziyə gələnədək, onlar maşında olan zaman polis əməkdaşları ona fiziki təzyiq göstərmiş və rəhbər gələn zaman onun ona dedikləri ilə razı olmasını tələb etmişlər. O, polislərin tələbi ilə razılaşmamışdır. Hadisə günü onun üstündə hər hansı narkotik vasitə olmamışdır. Polis əməkdaşları ondan üstündə narkotik vasitə olduğu halda onlara təqdim etməsini bildirəndə o, polislərə yalan danışaraq üstündə heç nə olmadığını, ancaq yaşadığı evdə gödəkçəsinin cibində narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları evə baxış keçirən zaman evdən heç nə aşkar edə bilməyəcəklərini, ailəsinin də onun narkotik vasitələrdən istifadə etmədiyinə əmin olacaqlarına inandığı üçün onlara yalan danışmışdır. Polis əməkdaşları ilə yaşadığı evə gedib qapını döydükdə, evin qapısını anası açmışdır. Ailəsinə polis əməkdaşlarının onu saxladıqlarını və evə baxış keçirəcəklərini izah etmişdir. Polis əməkdaşları evə baxış keçirmişlər, ancaq nə onun otağından, nə də gödəkçəsinin cibindən hər hansı narkotik vasitə aşkar olunmamışdır. Polis əməkdaşları onu narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham etməmələrinin qarşılığında 15.000 manat pul istəmişlər. Onlar evdə təxminən saat yarım oturmuşlar, ancaq o, həmin məbləği tapa bilməmişdir. Sonra polis əməkdaşları onu binanın 1-ci mərtəbəsinə düşürtmüşlər, ona 1 büküm narkotik vasitə vermişlər, videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər və şəxsi axtarış zamanı həmin bükümün ona məxsus olduğunu deməsini tələb etmişlər. O, polislərin tələbi ilə razılaşmadıqda onlar ona vəziyyətdən çıxmaq üçün başqa təkliflər etmişlər. O, polislərin təkliflərini dilə gətirmək istəmir. Yenidən onların təklifləri ilə razılaşmamışdır. Sonda məcburiyyət qarşısında qalıb polislərin tələbi ilə razılaşmış, keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının öz xidməti maşınlarının “bardaçokundan” götürdükləri və ona verdikləri 1 büküm narkotik vasitə onun şalvarının sol yan cibindən aşkar olunmuşdur. Həmçinin polis əməkdaşlarının videoçəkilişdən qabaq ona dedikləri ifadələri təkrarlamış, keçirilən şəxsi axtarış zamanı üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olduğunu və həmin narkotik vasitəni ehtiyacı olan tanışlarına pul qarşılığında satdığını bildirmişdir. Sonra polis əməkdaşları onu Qaradağ RPİ-nə aparmışlar. Orada üzərinə yenidən videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Qaradağ RPİ-də keçirilən şəxsi axtarış zamanı narkotik vasitə onun şalvarının sağ yan cibindən aşkar olunmuşdur və həmin çəkilişdə ona verilən suallara cavab olaraq narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. 2 dəfə sanksiya məhkəməsinə getmişdir. İlk dəfə 5 qram metamfetaminə görə sanksiya məhkəməsində barəsində 4 ay həbs qətimkan tədbiri seçilmiş, 2-ci dəfə isə 3 qram metamfetaminə görə barəsində 2 ay həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs İsmayılov Zülfü Şəmsəddin oğlu məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları ona narkotik vasitəni götürməməyinin əvəzinə başqa təkliflər etmişlər. O, polislərin təkliflərini dilə gətirmək istəmir. Polis əməkdaşları ona qarşı fiziki güc tətbiq etmişlər. Döyülmə ilə bağlı Prokurorluq orqanlarına şikayət etmişdir. Ancaq şikayətinin nəticəsi olmadığından onu geri götürmüşdür. Əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitəni sosial şəbəkələr üzərindən əldə edirdi. Tanıdığı şəxslər hərdənbir ona narkotik vasitə əldə etmək məqsədi ilə sosial şəbəkə üzərindən yazmışlar, həmçinin o da ehtiyacı olanda tanıdığı şəxslərə müraciət etmişdir. O, heç kimə narkotik vasitə satmamışdır. Sadəcə olaraq köməklik məqsədi ilə tanıdığı şəxslər ondan narkotik vasitə istəmişlər. Əvvəllər narkotik maddənin istifadəsi ilə ittiham olunaraq məhkum olunmuşdur. Cəzasını çəkib qurtardıqdan sonra narkotik vasitələrdən istifadə etməmişdir. Hadisə günü yaşadığı evdə anası, atası və bacısı olmuşlar. Onun telefonunda cəmi 3 ədəd mesaj aşkar olunmuşdur. Polis əməkdaşları ona hədə-qorxu gəlmişlər və onlara məxsus narkotik vasitəni üzərinə götürməsini ondan tələb etmişlər. Səhv etmirsə polis əməkdaşları həmin ərazidə təzəcə işə başlamışlar. Bu səbəbdən ərazidə 26 gün ərzində 34 nəfər polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onların 33 nəfəri azadlığa buraxılmışdır, o isə tutulmuşdur. Polis əməkdaşları onlara köməklik məqsədi ilə ona əməkdaşlıq təklif etmişlər. O, onların təklifi ilə razılaşmadığı üçün məcburiyyət qarşısında qalaraq onlara məxsus narkotik vasitəni öz üzərinə götürmüşdür. Cinayət işi materiallarında qeyd olunan mesajlar ona sadə telefon vasitəsi ilə göndərilmişdir. “WhatsApp” sosial şəbəkəsi üzərindən onun mesajları olmamışdır. Saxlanılan zaman ona qarşı fiziki təzyiq göstərilmiş, onu mülki şəxslər döymüşlər. Ona qarşı fiziki təzyiq göstərən şəxslərin adlarını bilmir. Məhkəmədə elan olunmuş ifadə ona məxsusdur, ancaq həmin ifadəni təzyiq altında vermişdir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş təqsirləndirilən şəxs İsmayılov Zülfü Şəmsəddin oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, 1 ilə yaxındır ki, narkomanlar arasında “şüşə və “patı” kimi tanınan və əsl adı metamfetamin olan psixotrop maddə olan metamfetamin, bəzən isə narkotik vasitə qəbul etməyə başlamışdır. Metamfetamıni çəkmək yolu ilə qəbul edir. Psixotrop maddəni bəzən tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə 8 gün bundan əvvəl Bakı şəhəri, Nərimanov rayonunun ərazisində tanımadığı 30-35 yaşlarında cavan oğlandan şəxsi istifadəsi üçün 5 ədəd kağız bükümdə şüşə, yən psixotrop madə hesab edilən metamfetamini 50 manata alıb üzərində saxlamış və düşünmüşdür ki, münasib yerdə və şəraitdə həmin metamfetamindən istifadə edər. ## ### 2025-ci il tarixdə təxminən saat 14:40 radələrində ünvan 3 ünvanında binanın girişində olan zaman mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslərdən biri ona Qaradağ RPİ-nin X23 və iki nəfər isə Cinayət Axtarış Şöbəsinin əməkdaşları kimi təqdim edib narkotik maddələrin qanunsuz əldə etməkdə və daşımaqda şübhəli olduğunu ona izah edib ondan şəxsiyyəti barədə məlumat verməyini xahiş etmişlər. Həmin vaxt polis əməkdaşlarından bir nəfəri mobil telefonun videokamerası ilə videoçəkiliş aparmışdır. O, İsmayılov Zülfü Şəmsəddin oğlu olduğunu bildirdikdən sonra polis əməkdaşlarından bir nəfəri ona hüquq və vəzifələrini, o cümlədən müdafiəçi ilə təmin edilmə kimi hüquqlarının olduğu izah etmişdir. O, hazırda müdafiəçiyə ehtiyacının olmadığını bildirmişdir. Polis əməkdaşları üstündə yoxlama aparılacağını bildirib yoxlamaya başlanmazdan əvvəl ondan üstündə qanunsuz əşya və maddənin olub-olmadığını soruşduqda o, əynində olan boz rəngli şalvarının sol cibindən içərisində metamfetamin olan 5 ədəd kağızdan olan bükümü çıxarıb polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı bükümdəkinin nə olduğunu soruşduqda o, metamfetamin olduğunu, həmin metamfetamini 8 gün əvvəl Nərimanov rayonu ərazisində 50 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Ondan götürülmüş 5 ədəd büküm açıldıqda içərisində kristal formada ağ rəngli maddənin olduğu müəyyən edilmişdir. Büküm polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa ondan üzərində 055-466-61-66 mobil telefon nömrəsi olan “Honor” markalı mobil telefonu da götürülmüşdür. Tərtib edilmiş protokolla tanış olduqdan sonra protokola imza etmişdir. Bundan sonra polis əməkdaşları onu avtomobillə Bakı şəhəri, Lökbatan qəsəbəsində yerləşən Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin binasına gətirmişlər. İdarədə xidməti otaqlardan birində təhqiqatçı təfəfindən hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət edilmiş və vəkilin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildikdən sonra ona bildirilmişdir ki, əməliyyat axtarış tədbiri zamanı ondan götürülmüş 5 ədəd bükümə videoçəkilişlə baxış aparılacaq. Baxış başlandıqdan sonra bir qədər əvvəl ondan götürülmüş 5 ədəd büküm yenidən açılmış və bükümdə kristal formalı ağ rəngli maddənin olması bir daha təsdiq edilmişdir. O, təhqiqatçıya da psixotrop maddələri əldə etməyi barədə yenidən məlumat vermişdir. Bir daha bildirmişdir ki, ondan götürülmüş şüşəni, yəni 5 ədəd bükümdəki metamfetamini həmin günü Nərimanov rayonu ərazisindən tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün almışdır. 5 ədəd büküm təhqiqatçı tərəfindən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Bu dəfə isə təhqiqatçı tərəfindən tərtib edilmiş protokolla o, tanış olduqdan sonra protokola imza etmişdir. O, narkotik və psixotrop maddə istifadəçisi olsa da onların satışı ilə məşğul olmur. Metamfetamini isə satmaq niyyətində almamış, şəxsi istifadəsi üçün almışdır. Dispanserdə qeydiyyatda deyil. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı zorakılıq və qanunsuzluq edilməmişdir (cild 1, iş vərəqi 70-74). Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, dəqiq xatırlamır, səhv etmirsə # ###### 2025-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi Zülfü İsmayılovun yaşadığı məhəlləyə gedərək orada yerləşən yataqxananın 1-ci mərtəbəsində Zülfü İsmayılova yaxınlaşmış və özlərini təqdim etmişlər. Zülfü İsmayılova narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Zülfü İsmayılovu saxladıqları ərazidə onun üzərinə şəxsi axtarış keçirmiş və axtarış nəticəsində şəxsin üzərindən metamfetamin aşkar olunmuşdur. Sonra Zülfü İsmayılov tərəflərindən Qaradağ RPİ-nə aparılmışdır. İdarəyə vəkil dəvət olunmuş, vəkilin iştirakı ilə, həmçinin videoçəkiliş vasitəsi ilə Zülfü İsmayılovun üzərinə yenidən təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. X14 cinayət prosesi tərəflərinin suallarına cavab olaraq bildirmişdir ki, Əməliyyat qrupu 3 nəfərdən ibarət olmuş, hazırda həmin əməliyyatda iştirak edən əməkdaşlardan biri rəhmətə getmişdir. Əməliyyat məlumatı Zülfü İsmayılovun narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmasından ibarət olmuşdur. Əməliyyat məlumatı ona daxil olmamışdır. Zülfü İsmayılov tərəflərindən saxlanılan zaman ətrafda kənar şəxslər olmamışdır. Sonunucunun narkotik vasitələrin satışı ilə bağlı hər hansı məlumat almamışdır. Zülfü İsmayılovu gündüz vaxtı saxlamışlar, onun üzərinə şəxsi axtarışı Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi ərazisində yerləşən yataqxananın 1-ci mərtəbəsində keçirmişlər. Şəxsin həmin məhlədə yaşadığına dair məlumatları olmuşdur. Zülfü İsmayılovu yaşadığı mənzilə baxış keçirməmişlər. Şəxsi axtarış zamanı Zülfü İsmayılov ona verilən suallara cavab olaraq üzərindən aşkar olunan psixotrop maddədən başqa yaşadığı evində narkotik vasitə olmadığını bildirmiş, bu səbəbdən onlar onun evinə baxış keçirmək zəruriyyəti yaranmamışdır. Zülfü İsmayılovun narkotik vasitələrin satışı ilə məşğul olması barədə tərəflərindən hər hansı tədbir görülməmişdir. Ümumilikdə şəxsi axtarış nəticəsində Zülfü İsmayılovun üzərindən 5 qram metamfetamin aşkar olunmuşdur. Hadisədən uzun müddət keçdiyindən hadisənin dəqiq baş vermə tarixini xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 şahid şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vemişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş İsmayılova Bibixanım Təzəbəy qızı ifadəsində göstərmişdir ki, hadisə günü o, həyat yoldaşı ilə birlikdə yaşadıqları evin balkonunda əyləşmişlər. Qonşuluqda olan uşaqlardan 1 nəfər onlara səslənərək polis əməkdaşlarının Zülfü İsmayılovu apardıqlarını bildirmişdir. Həyat yoldaşı məsələ ilə bağlı maraqlandıqda oğlunun Qaradağ RPİ-də saxlanıldığını öyrənmişdir. Həyat yoldaşı evə gəldikdən sonra polis əməkdaşlarının hansı səbəbdən oğlunu saxladıqlarını soruşanda həyat yoldaşı, oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişdir. Oğlu, onun qardaşı rəhmətə getdikdən sonra narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Oğlu heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Şahid İsmayılova Bibixanım Təzəbəy qızı məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları yaşadıqları mənzildə axtarış keçirməmişlər. Polislər oğlunu yaşadıqları yataqxananın məhəlləsində saxlamışlar. Cinayət işinin materiallarında olan əməliyyat axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması baxış keçirilməsi və əşyaların götürülməsi haqqında ## ### 2025-ci il tarixli protokoldan görünür kı, İsmayılov Zülfü Şəmsəddin oğlu Qaradağ RPİ-nin X23 və cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ## ### 2025-ci il tarixdə saat 14:42-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi * saylı ünvanda yerləşən binanın girişində saxlanılaraq üstü yoxlanılan zaman əynində əynində olan tünd boz rəngli şalvarın arxa sağ cibindən 1 ədəd «Honor» markalı mobil telefon, sol yan cibindən 5 ədəd bükümlər aşkar olunmuş, bükümlərə baxılan zaman içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuş və həmin əşyalar qablaşdırılmaqla götürülmüşdür (cild 1, iş vərəqi 8-10). Cinayət işinin materiallarında olan əməliyyat axtarış tədbirləri nəticəsində götürülmüş predmetlərə baxış keçirilməsi və onların götürülməsi haqqında ## ### 2025-ci il tarixli protokoldan görünür ki, İsmayılov Zülfü Şəmsəddin oğlu Qaradağ RPİ-nin X23 və cinayətaxtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ## ### 2025-ci il tarixdə saat 14:42-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi * saylı ünvanda yerləşən binanın girişində saxlanılaraq üstü yoxlanılan zaman aşkar olunmuş bükümlərə baxış keçirilən zaman həmin bükümlərdə psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur (cild 1, iş vərəqi 35-37). Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, əməliyyat axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokola əlavə edilmiş bir ədəd disk zərfdən çıxarılıb «Windows 8» əməliyyat sistemi ilə işləyən personal kompüterin disk ötürücüsünə qoyularaq açıldıqda içərisində 1 ədəd videofayl olması görünür. Həmin videofayl açılaraq içərisində olan videogörüntüyə baxıldıqda müəyyən edilmişdir ki, ## ### 2025-ci il tarixdə saat 14:42-də Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi * saylı binanın 1-ci girişində polis əməkdaşları tərəfindən saxlanılmış İsmayılov Zülfü Şəmsəddin oğlunun üstü polis əməkdaşları tərəfindən yoxlanılır. Belə ki, videogörüntü açılan kimi Zülfü İsmayılovun binanın 1-ci girişində pilləkənlərlə düşməsi, həmin vaxt sonuncuya polis əməkdaşlarının yaxınlaşaraq özlərini təqdim etmələri, sonra polis əməkdaşlarının Zülfü İsmayılova hansı səbəbdən saxlanılmasını izah edirlər, daha sonra polis əməkdaşları Zülfü İsmayılova əgər üzərində qanunsuz hər hansı bir əşya varsa onu təqdim etməsini deyirlər və bu təklifdən sonra Zülfü İsmayılov əynində olan tünd boz rəngli şalvarının sol yan cibindən 5 ədəd bükümlər çıxarıb onları təqdim edir, həmin bükümlərə polis əməkdaşları tərəfindən baxış aparılır və hər bir bükümün içərisində ağ rəngli kristallşəkilli maddələrin olması müəyyən edilir, polis əməkdaşlarının suallarına cavab olaraq Zülfü İsmayılov təqdim etdiyi bükümlərdə olan maddələrin «patı» olduğunu, onları istifadə etmək üçün əldə etdiyini, ara-bir dosttanışlarına həm elə-belə, həm də pul müqabilində verdiyini deyir, sonra polis əməkdaşları tərəfindən bükümlər elektron tərəzi vasitəsilə ölçülür və bükümlərin 5 qram çəkidə olması müəyyən edilir, sonra təqdim olunmuş bükümlər polis əməkdaşı tərəfindən qablaşdırılır, sonra Zülfü İsmayılovun üstü yoxlanılır, üstündən 1 ədəd «Honor» markalı mobil telefon aşkar olunur və polis əməkdaşları tərəfindən götürülür. Daha sonra videoçəkiliş dayandırılır. Əməliyyat-axtarış tədbirləri nəticəsində götürülmüş predmetlərə baxış keçirilməsi və onların götürülməsi haqqında protokola əlavə edilmiş bir ədəd disk zərfdən çıxarılaraq «Windows 8» əməliyyat sistemi ilə işləyən personal kompüterin disk ötürücüsünə qoyularaq açıldıqda içərisində 01 ədəd videofayl olması görünür. Həmin videofayl açılaraq içərisində olan videogörüntüyə baxıldıqda müəyyən edilmişdir ki, diskdə Zülfü İsmayılovun ## ### 2025-ci il tarixdə saat 14:42-də Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Şahlar Əsgərov küçəsi * saylı ünvanda yerləşən binanın 1ci girişində polis əməkdaşları tərəfindən saxlanılaraq üstü yoxlanıldıqdan sonra Qaradağ RPİ-nin Təhqiqat şöbəsinə gətirilməklə üzərindən aşkar olunmuş bükümlərdəki maddəyə baxış keçirilməsi prosesi əks olunmuşdur (cild 1, iş vərəqi 55-56). Cinayət işinin materiallarında olan telefon danışıqlarına və SMS mübadilələrinə dair məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, İsmayılov Zülfü Şəmsəddin oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan SMS mübadilələrinə baxış keçirilən zaman narkotik vasitələrin satışına dair aşağıdakı məzmunda mesajların olması müəyyən olunmuşdur: - (994513053222) Axşamın xejir seksen manata torpaq varmı?; - (994554666166) Qedew mehle ıcı gelme ıwıglıgdı Arxdan gel catmamıwda vzv at' - (994513053222) Zvlv İjirmi Man-X1; - (994513053222) X6 X2 Dvzeler; - (994513053222) X10 X11 Var Daşda İmkan Olsa. Baxış zamanı təqsirləndirilən şəxs İsmayılov Zülfü Şəmsəddin oğlunun istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin ## ### 2025-ci il tarixdə saat 13:31:14-də «Bakı-Salyan şossesi, Sahil qəsəbəsi /Garadagh/» anten dairəsində olması müəyyən olunmuşdur (cild 1, iş vərəqi 141-142). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının ## ### 2025-ci il tarixli, */**** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün № **» möhür əksi, «İsmayılov Zülfü Şəmsəddin oğlu....» və sair adlar, soyadlar, imzalar olan kağız paketdəki 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,489 qram, 0,152 qram, 0,595 qram, 0,363 qram, 0,889 qram, ümumi təmiz çəkiləri 3,488 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 5 bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edir, tədqiqata sərf edildi 0,15 qram, qalıq 3,338 qram (cild 1, iş vərəqi 45-49). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının ## ### 2025-ci il tarixli *** nömrəli rəyindən görünür ki, İsmayılov Zülfü Şəmsəddin oğlunun məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqi 130-132). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının ## ###### 2025- ci il tarixli, **** nömrəli rəyindən görünür ki, müayinə zamanı İsmayılov Zülfü Şəmsəddin oğlunda kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən İsmayılov Zülfü Şəmsəddin oğlu ##.##.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F 19.2 diaqnozu ilə dispanser qeydiyyatındadır (cild 1, iş vərəqi 133-134). Cinayət işinin materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının # ###### 2025-ci il tarixli **** nömrəli rəyindən görünür ki, İsmayılov Zülfü Şəmsəddin oğlu hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. İsmayılov Zülfü Şəmsəddin oğlunda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də İsmayılov Zülfü Şəmsəddin oğlu ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. İsmayılov Zülfü Şəmsəddin oğlunun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. İsmayılov Zülfü Şəmsəddin oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 135-137). Cinayət işinin materiallarında olan verilmiş əməliyyat tapşırığına cavab olaraq Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin cavab məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş lakin İsmayılov Zülfü Şəmsəddin oğlunun üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamını aldığı naməlum şəxsin, həmçinin +*****- ***-**-** saylı mobil telefon nömrəsinin kim tərəfindən istifadə olunmasını, həmin şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Həmçinin əməliyyat tapşırığında göstərilən diqər xususatlar üzrə müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış, müəyyən edilmişdir ki, İsmayılov Zülfü Şəmsəddin oğlu narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur, bununla bağlı bir çox sayıda əməliyyat məlumatları olmuşdur (cild 1, iş vərəqi 179). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin # ######## 2025-ci il tarixli **/*-*****/**** nömrəli məktubundan görünür ki, «Attenti» elektron monitorinq sistemindən əldə edilmiş məlumata əsasən məhkum Z.İsmayılov ##.##.2025-ci il tarixdə saat 12:59-dan saat 14:04-dək elektron nəzarət vasitəsini (mobil nəzarət qurğusunu) gəzdirmək vəzifəsini yerinə yetirməmiş, daha sonra koordinatlar üzrə saat 14:05-dən saat 14:49-dək yaşayış yerində (Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, ev 5, mənzil 180) və onun qarşısında olmuş, saat 14:52-də Lökbatan qəsəbəsi istiqamətində hərəkətə başlayaraq saat 15:10-dan etibarən Qaradağ rayon polis idarəsinin inzibati binasında saxlanılmışdır. Məhkum Z.İsmayılovun elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsini yerinə yetirmədiyi müddətdə coğrafi yerdəyişməsinə dair məlumatın təqdim edilməsi imkan xaricindədir (cild 1, iş vərəqi 155). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, İsmayılov Zülfü Şəmsəddin oğlu Qaradağ Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (cild 1, iş vərəqi 121-122). Cinayət işinin materiallarında olan Amnistiya aktının tətbiq edilməsi barədə ## ###### 2026-cı il tarixli qərarın surətindən görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2005-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum İsmayılov Zülfü Şəmsəddin oğlu azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir (cild 2). Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, İsmayılov Zülfü Şəmsəddin oğlunun barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, ** saylı qərarına əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, ** saylı qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, İsmayılov Zülfü Şəmsəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə ilk olaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə münasibətdə qeyd edir ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, sübutlar, təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi və işin digər faktiki halları ilə tam təkzib olunur, müdafiə tərəfinin irəli sürdüyü sözügedən dəlillər heç bir sübutla dəstəklənmir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, İsmayılov Zülfü Şəmsəddin oğlu məhkəmədə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək üzərindən psixotrop maddə metamfetamin aşkar olunmadığını, həmin maddənin polislərə məxsus olduğunu, sonuncuların təzyiqi nəticəsində məcbur qalıb üzərinə götürdüyünü və videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı özünə məxsus olduğunu barədə yalandan dediyini bildirmişdir. Onun bu ifadəsi məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi qismən etirafedici ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, iş üzrə toplanmış çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib edildiyindən, məhkəmə ifadəsinə tənqidi yanaşır, cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir, yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs İsmayılov Zülfü Şəmsəddin oğlunun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Tədqiq olunmuş iş materiallarından və birinci instansiya məhkəməsinin hökmündən görünür ki, İsmayılov Zülfü Şəmsəddin oğluna verilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşır. Cinayət işinin apellyasiya baxışı zamanı İsmayılov Zülfü Şəmsəddin oğlunun törətmiş olduğu əməlin tövsifi üçün hallar müəyyən edilmədiyindən, onun əməlinin təqsirli bilindiyi maddədən başqa maddəyə tövsif edilməsi üçün maddi və prosessual əsaslar mövcud deyildir və bu barədə apellyasiya şikayətlərinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla İsmayılov Zülfü Şəmsəddin oğlunun cinayət məsuliyyətindən yayındırmaq cəhdi daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq, hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər-hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs İsmayılov Zülfü Şəmsəddin oğlunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Həmin ifadənin məzmunundan görünür ki, təqsirləndirilən şəxs İsmayılov Zülfü Şəmsəddin oğlu ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs İsmayılov Zülfü Şəmsəddin oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini mötəbər hesab edir. Belə ki, İsmayılov Zülfü Şəmsəddin oğlunun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı iş üzrə mötəbər sübutlarla da öz təsdiqini tapmışdır. İsmayılov Zülfü Şəmsəddin oğlunun barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən ona qanuni və əsaslı cəza təyin edilmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi İsmayılov Zülfü Şəmsəddin oğluna cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini nəzərə almış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi İsmayılov Zülfü Şəmsəddin oğlunun barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Məhkum edilmiş şəxs İsmayılov Zülfü Şəmsəddin oğlu və müdafiəçisi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İsmayılov Zülfü Şəmsəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar