Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-662/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 İlqar oğlunun və onun müdafiəçisi Pro Bono Vəkil Bürosunun vəkili müdafiəçi2, Təqsirləndirilən şəxs İsgəndərzadə Sevinc Yaqub qızının və onun müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili İsgəndərov Abdulla İsfəndiyar oğlunun iştirakları ilə, təqsirləndirilən şəxs2 İlqar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü və 315-ci maddələri ilə, İsgəndərzadə Sevinc Yaqub qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X4 (sədrlik edən), X3 və X2 ibarət tərkibdə,) *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü ilə ## #### 1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, işləməyən, Gəncə şəhəri, Nizami rayonu, Aida İmanquliyeva küçəsi, ev 13A, mənzil 46 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, Dərnəgül 1 küçəsində yerləşən “Dağlar” otelində müvəqqəti yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan təqsirləndirilən şəxs2 İlqar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 315-ci maddəsi 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs2 İlqar oğluna qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli ## ### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, u barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi; ## ###### 1990-cı ildə Şəmkir rayonunun Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir azyaşlı uşaq olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, Dərnəgül 1 küçəsində yerləşən “Dağlar” otelində müvəqqəti yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan İsgəndərzadə Sevinc Yaqub qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli ## ### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttihama əsasən təqsirləndirilən şəxs2 İlqar oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqadarda narkotik vasitə olan tiryək əldə etmiş, daşımış, saxlamış və hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, təqsirləndirilən şəxs2 İlqar oğlu tanışı İsgəndərzadə Sevinc Yaqub qızı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qanunsuz olaraq narkotik vasitələri əldə edib satışını həyata keçirmək üçün cinayətkar əlaqəyə girib razılaşdıqdan sonra narkotik vasitələri əldə edəcəklərinə və Sevinc İsgəndərzadənin də iştirakı ilə satışını həyata keçirəcəklərinə dair öz aralarında cinayətkar rolları bölüşdürmüş və həmin məqsədlə birlikdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Vüsal” adlı şəxslə ## ### 2025-ci il tarixdə Sevinc İsgəndərzadənin istifadəsində olan mobil nömrədə istifadə olunan “Whatsapp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlayıb, onun narkotik vasitələrin satışını həyata keçirməyə dair təklifinə razılıq verdikdən sonra, Sevinc İsgəndərzadə ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, * saylı ünvanda naməlum vaxtda və şəraitdə “Vüsal” adlı şəxs tərəfindən yerləşdirilmiş narkotik vasitənin əldə edilməsi üçün həmin ünvana gələrək, Sevinc İsgəndərzadə həmin yerə gəldikləri avtomobildə əyləşib ətrafı müşahidə etmiş, təqsirləndirilən şəxs2 isə həmin ünvanda olan 01 ədəd ağ rəngli sellofan torbanın içərisindəki 02 ədəd qara sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 1000,0 qram və 920,0 qram olmaqla ümumi təmiz çəkisi 1920,0 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan tiryəki götürüb qanunsuz əldə edərək üzərində saxlamaqla daşıyarkən, ## ### 2025-ci il tarixdə saat 01:08-də Səbail rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin əməkdaşları tərəfindən təqsirləndirilən şəxs2 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, * saylı ünvanın qarşısında narkotik vasitələrin qanunusuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılıb sonuncunun üzərində olan əşyaya baxış keçirildikdə 01 ədəd ağ rəngli sellofan torbanın içərisindəki 02 ədəd qara sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 1000,0 qram və 920,0 qram olmaqla ümumi təmiz çəkisi 1920,0 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa o, narkotik vsitələrin qanunsuz dövriyyəsi barədə daxil olmuş məlumatın yoxlanılması və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə Səbail rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin rəhbərliyin qərarı ilə “Polis haqqında” və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə müvafiq olaraq Səbail rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, R şahid2 rəhbərliyi, həmin bölmənin baş əməliyyat müvəkkili, R zərərçəkmiş şəxs2, əməliyyat müvəkkili, polis leytenanatı zərərçəkmiş şəxs1 İslam oğlu və əməliyyat müvəkkili, polis leytenanatı şahid1 ibarət tərkibdə yaradılmış əməliyyat qrupu tərəfindən ## ### 2025- ci il tarixdə saat 01:08-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanın qarşısında saxlanılarkən, ona xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirərək, əməliyyat qrupu tərəfindən həmin tarixdə və həmin saatda şübhəli şəxs qismində üzəri yoxlanılan zaman o, məsuliyyətdən yaxa qurtarıb hadisə yerindən qaçmaq və polis əməkdaşlarına tabe olmayıb müqavimət göstərmək üçün üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı turist bıçağı ilə Səbail rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin baş əməliyyat müvəkkili, R zərərçəkmiş şəxs2, əməliyyat müvəkkili, polis leytenanatı zərərçəkmiş şəxs1 İslam oğlunun üzərinə hücum edərək hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən sonunculara zor tətbiq etməklə müşayiət olunan müqavimət göstərmişdir. İttihama əsasən İsgəndərzadə Sevinc Yaqub qızı qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqadarda narkotik vasitə olan tiryək əldə etmişdir. Belə ki, İsgəndərzadə Sevinc Yaqub qızı tanışı təqsirləndirilən şəxs2 İlqar oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qanunsuz olaraq narkotik vasitələri əldə edib satışını həyata keçirmək üçün cinayətkar əlaqəyə girib razılaşdıqdan sonra narkotik vasitələri əldə edəcəklərinə və təqsirləndirilən şəxs2 da iştirakı ilə satışını həyata keçirəcəklərinə dair öz aralarında cinayətkar rolları bölüşdürmüş və həmin məqsədlə birlikdə şəxsiyyəti istintaq məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Vüsal” adlı şəxslə ## ### 2025-ci il tarixdə onun istifadəsində olan mobil nömrədə istifadə olunan “Whatsapp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlayıb, sonuncunun narkotik vasitələrin satışını həyata keçirməyə dair təklifinə razılıq verdikdən sonra, Fəxrəddin İsgəndərov ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, * saylı ünvanda naməlum vaxtda və şəraitdə “Vüsal” adlı şəxs tərəfindən yerləşdirilmiş narkotik vasitənin əldə edilməsi üçün həmin ünvana gələrək, o, həmin yerə gəldikləri avtomobildə əyləşib ətrafı müşahidə etmiş, təqsirləndirilən şəxs2 isə həmin ünvanda olan 01 ədəd ağ rəngli sellofan torbanın içərisindəki 02 ədəd qara sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 1000,0 qram və 920,0 qram olmaqla ümumi təmiz çəkisi 1920,0 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan tiryəki götürüb qanunsuz əldə edərək üzərində saxlamaqla daşıyarkən, ## ### 2025-ci il tarixdə saat 01:08-də Səbail rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin əməkdaşları tərəfindən təqsirləndirilən şəxs2 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, * saylı ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılıb sonuncunun üzərində olan əşyaya baxış keçirildikdə 01 ədəd ağ rəngli sellofan torbanın içərisindəki 02 ədəd qara sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 1000,0 qram və 920,0 qram olmaqla ümumi təmiz çəkisi 1920,0 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 İlqar oğlu apellyasiya şikayəti verərək əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü və 315-ci maddələrinin tərkibi olmadığından barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs İsgəndərzadə Sevinc Yaqub qızı apellyasiya şikayəti verərək ona təyin olunmuş cəzanın azaldılmasını xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri və proses iştirakçılarının çıxışları: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 İlqar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslı deyil. Belə ki, hadisə günü o yalnız 2 qram narkotik vasitə əldə etmək üçün getmiş, hökmdə göstərilən nakotik vasitə ona məxsus olmamışdır. Onun narkotik vasitə satmaq niyyəti olmamışdır. Bu barədə heç kəslə razılığa gəlməmiş, həmçinin hadisə günü polis əməkdaşının üzərinə hücum etməmiş, ona zor tətbiq etməmişdir. Hadisə günü onun özünə zər tətbiq edilmiş, faktiki olaraq xəsarət almışdır. Təqsirləndirilən şəxs İsgəndərzadə Sevinc Yaqub qızı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü ilə razı deyil və onun ədalətsiz hesab edir. Odur ki, ona təyin edilmiş cəza müddətinin azaldılmasını xahiş edir. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 İlqar oğlu və onun müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini və təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs İsgəndərzadə Sevinc Yaqub qızı və onun müdafiəçisi İsgəndərov Abdulla İsfəndiyar oğlu apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 verilmiş apellyasiya şikayətləriinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2001-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. “İnsan Hüquqlarının və X11 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146 maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin ##.##.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi sübutların düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə kollegiyası hazırki iş üzrə cinayət işinin materiallarını araşdıraraq, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli və təqsirləndirilən şəxs2 İlqar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü və 315-ci maddələri ilə, İsgəndərzadə Sevinc Yaqub qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 İlqar oğlunun apellyasiya şikayətinin xahişi ona bəraət verilməsindən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan İsgəndərzadə Sevinc Yaqub qızının apellyasiya şikayətinin xahişi ona təyin edilmiş cəzanın azaldılmasından ibarətdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 İlqar oğlunun apellyasiya şikayətinin ona bəraət verilməsinə dair dəlillərini əsassız hesab edir. Belə ki, təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs2 İlqar oğlu birinci instansiya məhkəməsinin iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilsə də, cinayət işi üzrə təqsirləndirlən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs2 İlqar oğlu istintaqa vermiş olduğu ilkin şübhəli və təqsirləndirlən şəxs qismində ifadələrində ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, İsgəndərzadə Sevinc Yaqub qızı ilə qeyrirəsmi ailə münasibətdədir, onlar narkotik vasitələrdən qəbul edirlər. Uzun illərdir ki, o, narkotik vasitədən istifadə edir. ##.##.2025-ci il tarixdə saat təxminən 12 radələrində Sevincin istifadəsində olan 055-369-46-87 mobil telefon nömrəsinin “Whatsapp” proqramına əvvəlcədən tanımadıqları İran İslam Respublikasının vətəndaşı Vüsal adlı bir nəfər zəng vurmuş, həmin şəxs Sevinclə söhbət zamanı Sevincə sonuncunu tanıdığını, Bakı şəhəri, Səbail rayonu, Niyazi küçəsində parkın yanında narkotik vasitə olan bağlamanı götürüb dediyi yerə aparmağını, bunun müqabilində Sevincə istifadə etmək üçün narkotik maddə və pul verəcəyini bildirmişdi. Həmin vaxt o, Sevincin yanında olduğu üçün Sevincin Vüsalla danışıqlarını eşidirdi. O, özü bundan sonra Sevincdən mobil telefonunu alıb Vüsalla danışmış,Vüsal ona da Sevincə etdiyi təklifi vermiş və o da Vüsalın təklifi ilə razılaşmışdı. Vüsal adlı İran vətəndaşı ilə aralarında olan qarşılıqlı razılığa görə o, Sevinclə birlikdə artıq ##.##.2025-ci il tarixdə təxminən saat 01:00 radələrində yoldan tutduqları nömrəsinə fikir vermədiyi və markasını bilmədiyi taksi avtomobili ilə Vüsalın dediyi və sonradan ünvanı ona məlum olan Bakı şəhəri, Səbail rayonu, Niyazi küçəsindəki ünvana getmişlər. O, taksidən düşüb Vüsal adlı İran vətəndaşının Sevincin istifadəsində olan mobil telefon nörməsinin “Whatsapp” proqramına göndərdiyi ünvanın məkanı üzrə Vüsal adlı İran vətəndaşına məxsus və onların da Bakı şəhərində satışım təşkil edəcəkləri, içərisində narkotik olan həmin bağlamanı axtarmağa başlamış və zibil qutularının yanında qoyulmuş içərisində 02 (iki) ədəd qara rəngli sellofanda narkotik maddə olan ağ rəngli sellofan bağlamanı götürüb taksi avtomobilinə doğru hərəkət edən zaman bir neçə nəfər mülki geyimdə şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini ona Səbaİl rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşı kimi təqdim edib, ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu izah edib, ondan şəxsiyyəti haqqında məlumat verməyini bildirdikləri üçün o, təqsirləndirilən şəxs2 İlqar oğlu olduğunu demişdi. Daha sonra saxlanıldığı ünvandan 10 metr aralı məsafədə ona üzərində videoçəkilişlə yoxlama aparılacağı elan edildikdən sonra hüquq və vəzifələri, müdafaiəçi tutma kimi hüquqlarının olması izah edilmişdi. Bundan sonra ona üzərində qanunla saxlanması və gəzdirilməsi qadağan edilən maddə və əşyaların olubolmadığı barədə sual verilmiş, olduğu halda isə həmin maddə və əşyaları təqdim etməyi təklif olunmuşdu. Bu vaxt o,əlində olan ağ rəngli sellofan bağlamada narkotik maddə olduğunu bildiyi üçün və bu səbəbdən də tutulacağından qorxduğuna görə üzərində gəzdirdiyi bıçaqla öz boğaz nahiyəsinə vurub özü-özünə xəsarət yetirmişdi. O, özünə xəsarət yetirdikdən sonra polis əməkdaşları bıçağı onun əlindən almışlar. Daha sonra isə yoxlama zamanı əlindən içərisində 02 ədəd bükümdə narkotik olan 01 ədəd sellofan bağlama, o cümlədən şalvarının cibindən “Oppo” markalı mobil telefon götürülmüşdü. O, saxlanılan zaman Sevinc sərnişin kimi olduğu taksi avtomobili ilə həmin yerdən artıq uzaqlaşmışdı. Küçədə üzərinə yoxlama aparıldıqdan sonra onu polis əməkdaşları avtomobillə 9-cu Polis Bölməsinə aparmış, bölmədə hüquqlarını müdafiə etmək üçün * saylı Vəkil Bürosundan təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdu. Sonra yenidən təhqiqatçı tərəfindən ondan aşkar edilərək götürülmüş maddə və əşyalara baxış keçirilmiş, həm yoxlama zamanı və həm də baxış zamanı ondan aşkar edilərək götürülmüş 02 ədəd bükümdə narkotik vasitə tiryəkin “Vüsal” adlı İran vətəndaşına məxsus olduğunu, Vüsalın təklifindən sonra Sevincin Vüsalın “Whatsapp” proqramında bildirdiyi Bakı şəhəri, Səbail rayonu ərazisindən götürüb Vüsalın Bakı şəhərində deyəcəyi ünvana aparıb qoymalı olduqlarını və bunun da qarşılığında Vüsalın ona və Sevincə pul və istifadə etmək üçün tiryək verməli olduğunu bildirmişdi. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməmiş, taksi sürücülərinin həmin cinayətdən məlumatları və cinayətin törədilməsində iştirakları olmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 istintaqa verdiyi əlavə ifadəsində göstərmişdir ki, ## ### 2025-ci il tarixdə saat 01:08 radələrində Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, Niyazi küçəsi * saylı ünvanda saxlanılan zaman polis əməkdaşlarına xəsarət yetirmək fikri olmamış, o, dəfələrlə məhkum olunduğundan tanımadığı şəxslər ona yaxınlaşdıqları üçün həmin şəxslərin polis əməkdaşları olduğuna görə, yerdə olan paketi ona yükləməmələri üçün onu tutacaqlarma görə o, özünə xəsarət yetirmişdir. Həmin vaxt o, heç bir müqavimət göstərməmiş, sadəcə olaraq qaçmaq istəmiş, qaçmaq istəyən zaman polis əməkdaşları ona badalaq verib yerə yıxmış, o, həmin vaxt cibində olan bıçağı çıxardıb özünə xəsarət yetirmək istəyən zaman onun bir əlinə qandal vurub, başına təpik vurub bıçağı əlindən almışlar və daha sonra əllərini qandallamışlar. Özünü bıçaqla vurduğuna görə videoçəkiliş zamanı halı özündə olmamış, ona görə də videoçəkiliş zamanı polis əməkdaşı tərəfindən onun polis əməkdaşlarına müqavimət göstərdiyini və bıçaqla sonunculara xəsarət yetirmək istədiyi bildiriləndə o, heç bir etiraz etməmiş və polis əməkdaşlarına bıçaqla xəsarət yetirmək istəmədiyini bildirməmiş, heç nə deməmişdir. Cinayət işi üzrə təqsirləndirlən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs2 İlqar oğlu istintaqa vermiş olduğu ilkin şübhəli və təqsirləndirlən şəxs qismində ifadələrində göstərmiş olduğu xüsusatları ## ###### 2025-ci il tarixli ifadəsində təkzib edərək göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman fiziki və psixi təzyiqlərə məruz qalmış, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr ona məxsus olmamış, həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən döyülərək üzərinə qoyulmuş, qeyd olunan ünvandan 02 qram narkotik maddə əldə etmək üçün getmiş və polis əməkdaşlarına hər hansı bir formada müqavimət göstərməmişdir. Təqsirləndirlən şəxs təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatlar ilə əlaqədar olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində müvafiq araşdırma aparılmış və həmin idarənin böyük prokuroru, R Elvin Bəşirli tərəfindən qəbul edilmiş # #### 2025-ci il tarixli ***-C-** nömrəli “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərarı ilə təqsirləndirilən şəxs2 göstərdiyi xüsusatlar təsdiqini tapmayan hesab edilməklə, təkzib edilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Səbail RPİ-nin 9-cu Polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən zərərçəkmiş şəxs1 İslam oğlu ifadəsində göstərmişdir ki, onlara təqsirləndirilən şəxs2 adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin gəzdirilməsini həyata keçirdiyinə dair əməliyyat məlumatı daxil olmuş, daha sonra əməliyyat qrupu yaradılmış, qrupda o, Orxan adlı əməkdaş və digər polis əməkdaşları iştirak etmişlər. Əməliyyat tədbiri həyata keçirərək axşam saatlarında məhəllədə şəxsi saxlamışlar. Həmin məhəllə Prezident Aparatından aşağı düşdükdən sonra sağ tərəfdə, ** nömrəli məktəblə üzbəüz, Azneft dairəsinin yaxınlığında yerləşirmiş. təqsirləndirilən şəxs2 saxlanılan zaman tək olmuşdur. Məhəlləyə daxil olduqdan sonra Fəxrəddin onu və yanındakı digər əməkdaşı gördükdən sonra əlindəki bükümləri qoyub qaçmaq istəmişdir. Fəxrəddinin qaçmasına mane olmaq məqsədilə qarşısını kəsmişlər. Bundan sonra Fəxrəddin üzərindəki bıçağı çıxartmışdır. Həmin vaxt hava qaranlıq imiş, heç nə görmək olmamışdır. Bu səbəbdən, Fəxrəddinin bıçağı konkret olaraq haradan çıxartdığını görə bilməmişdir. İlk başda hava qaranlıq olduğu üçün Fəxrəddinin bıçaq çıxartdığını görməmişdir, həmin vaxt Fəzrəddini qolundan tutub saxlamışdır, qaçacaq yeri qalmamışdır. Fəxrəddin əlindəki bıçaqla ona xəsarət yetirmək istəmişdir. Fəxrəddini yerə yıxdıqdan sonra Fəxrəddin əlindəki bıçaqla boyun nahiyəsindən özünə xəsarət yetirmişdir. Fəxrəddinin ona xəsarət yetirmək fürsəti var imiş, lakin ona bunun üçün şərait yaratmamışdır. Fəxrəddin onun qolunu əzdiyi üçün zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 İslam oğlu bildirmişdir ki, Fəxrəddin ilk başda onlara müqavimət göstərmiş, üzərlərinə bıçaq çəkmişdir. Ona müdaxilə etdikdən sonra da qolunu əzmişdir. Fəxrəddinə polis əməkdaşı olduqlarını bildirmişlər. Fəxrəddin bunu bildiyi halda onlara müqavimət göstərməyə davam etmişdir. təqsirləndirilən şəxs2 saxlanıldığı ərazi məhəllənin içərisi imiş, Filarmoniya bağının yanında yerləşmişdir. Fəxrəddin əlində qara bağlama ilə gedən zaman “dayan, polis” deyə qışqırmışdır, Fəxrəddin də əlindəki bağlamanı kənara atıb hasar tərəfdən qaçmağa başlamışdır. O da Fəxrəddinin önünü kəsmişdir. Bu zaman Fəxrəddin üzərindəki bıçağı çıxartmışdır. O, Fəxrəddinin əlini tutub saxlamışdır. Fəxrəddin onun qolunun üzərinə çıxdığı üçün əzilmişdir. Fəxrəddin yerə yıxıldıqdan sonra bıçaqla boyun nahiyəsinin sağ tərəfindən özünə xəsarət yetirmişdir. Bəlkə də, Fəxrəddinin əlini tutmasa, bıçağı daha dərinə vura bilərmiş. Boynuna xəsarət yetirdiyini görən kimi bıçağı əlindən almışdır. Fəxrəddinin danışdıqlarının hamısı yalandır. Fəxrəddin aşkar olunan narkotik vasitələrin özünə məxsus olduğunu demişdir. Hadisə baş verən zaman Sevinc İsgəndərzadə orada olmamışdır. Onu hadisə yerində görməmişdir. Deyəsən, sonradan şəklini görmüşdür. Əməliyyat qrupunda 05- 06 nəfər olmuşdur. Fəxrəddinin saxlanılmasında dörd nəfər polis əməkdaşı iştirak etmişdir. Sevinc İsgəndərzadə təqsirləndirilən şəxs2 saxlanıldığını eşitdikdən sonra hadisə yerindən çıxıb getmişdir, onu sonradan saxlamışlar. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Səhv etmirsə, təqsirləndirilən şəxs2 narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatını Orxan adlı əməkdaş almışdır. Orxan adlı əməkdaş əməliyyat qrupunun rəhbəri imiş, vəzifəsi isə baş əməliyyat müvəkkilidir. Əməliyyat qrupu yaradılması, daha sonra da tədbir həyata keçirilməsinə dair əmri, digər sənədləri var imiş. Fəxrəddin saxlanılan zaman əlində bağlama olmuş, onları görən kimi bağlamanı kənara atıb qaçmışdır. Fəxrəddini saxlayan zaman o və digər əməkdaşlar mülki geyimdə imiş, üzərlərində polis əməkdaşlarının geyindiyi gödəkçə olmuşdur. Fəxrəddini saxlayan zaman polis əməkdaşı olduqlarını demişlər. Səhv etmirsə, Fəxrəddini saxlayan zaman yay ayları olmuşdur. Fəxrəddin onları görən kimi qaçmışdır. Fəxrəddin onları, təxminən, 15 metr məsafədən görmüşdür. Fəxrəddinin əlində bir ədəd böyük torba var imiş, onları görən zaman əlindəki torbanı atıb qaçmışdır. Fəxrəddini saxlayan zaman qəsdən onun qolunun üzərinə düşərək əzmişdir. Fəxrəddinə polis əməkdaşı olduqlarını bildirsələr də, tabe olmaq istəməmiş, qaçmağa çalışmışdır. Qolunun əzilməsinə dair məhkəmətibbi ekspertizasının rəyi mövcud deyil, rəyin alınması üçün müraciət etməmişdir. Fəxrəddinin ona bıçaqla xəsarət yetirmə ehtimalı olmuş, lakin bunun üçün şərait yaratmamışdır, nəticədə Fəxrəddin özünə xəsarət yetirmişdir. Fəxrəddin yerdə imiş, bıçaq tutduğu əlini də saxlamışdır, ona xəsarət yetirməyə şərait olmamışdır. Fəxrəddinin xəsarət yetirməsinin qarşısını almaq üçün onu yerə yıxıb zərərsizləşdirmişdir, döyülmə halı baş verməmişdir. Onlar tərəfindən təqsirləndirilən şəxs2 qarşı hər hansı fiziki və psixi təzyiq göstərilməmişdir, heç kəs döyməmişdir. Fəxrəddinin əlindən bıçağın alınmasında, onun zərərsizləşdirilməsində yanındakı digər əməkdaş da köməklik göstərmişdir. Heç kəs Fəxrəddinə xəsarət yetirməmişdir, o, özü-özünə xəsarət yetirmişdir. Özünə bıçaq vuran adam başını divara da vurarmış. təqsirləndirilən şəxs2 məhəllənin içərisində saxlamışlar. Fəxrəddin yalan danışır, Fəxrəddini küçənin ortasında saxlamamışlar. Əməliyyat məlumatı təqsirləndirilən şəxs2 barəsində daxil olmuşdur. Sevinc İsgəndərzadənin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olması dəqiq yadında deyil. Sevinc İsgəndərzadəni ilk dəfə bölmədə görmüşdür, saxlanılmasında, bölməyə gətirilməsində iştirak etməmişdir. Lakin hadisə yerinə Fəxrəddinlə birlikdə gəldiyi barədə məlumatı var imiş. təqsirləndirilən şəxs2 saxlanıldığı ana dair aparılan videoçəkilişin görüntüləri olmalıdır. Fəxrəddinə narkotik vasitələri haradan, kimdən əldə etdiyi barədə sual vermişlər. “Sən danışmasan, Bölmədə səni butulka danışdıracaq” deyə söhbət olmamışdır, tamamilə yalandır. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Səbail RPİ-nin 9-cu Polis bölməsinin kibercinayətkarlıqla mübarizə üzrə baş əməliyyat müvəkkili zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, onlara qərəzsiz mənbədən təqsirləndirilən şəxs2 adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, şahid2 rəhbərlik etdiyi əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunun üzvləri o, Müseyyib Hüseynli, zərərçəkmiş şəxs1, şahid2 imiş. ## ### 2025-ci il tarixdə, saat 01:10 radələrində Niyazi küçəsi 5 ünvanının yaxınlığında təqsirləndirilən şəxs2 əlində ağ sellofanla həmin ərazidən qaçmağa çalışdıqda o və zərərçəkmiş şəxs1 həmin şəxsə yaxınlaşıb onu saxlamaq istəmişlər. Fəxrəddinə polis əməkdaşı olduqlarını bildirmişlər. Bu zaman Fəxrəddin üzərindəki bıçağı çıxardıb üzərlərinə doğru gəlmişdir. Fəxrəddinin əlindəki bıçağı alıb yerə yıxmışlar, bu zaman Fəxrəddin bıçağı götürüb boyun nahiyəsinə xəsarət yetirmişdir. Daha sonra onlara müqavimət göstərmiş, ona təpik, Həsənə yumruq atmışdır. Fəxrəddin onlara müqavimət göstərdiyi üçün onun əllərinə qandal vurmuşlar. Videoçəkiliş zamanı da bunu bildirmişlər. Ağ sellofanın içərisindən 2 kiloya yaxın tiryək aşkar edilmişdir. Fəxrəddin həmin maddəni İran İslam Respublikası vətəndaşından əldə etdiyini, konum əsasında həmin ünvana gəldiyini bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 bildirmişdir ki, əməliyyat tədbiri zamanı o da xəsarət almışdır. Fəxrəddinin əlində açılıbbağlanan bıçaq var imiş. Fəxrəddinə yaxınlaşan zaman onun əlindəki bıçaq açıq vəziyyətdə imiş. Fəxrəddin qaçmaq istəyən zaman onu saxlamağa çalışmışlar. Bundan sonra hadisələr baş vermişdir. Fəxrəddinin əlindəki bıçağı götürmək üçün fiziki güc tətbiq etməyə məcbur qalmışlar. Həmin anadək şəxsə qarşı hər hansı güc tətbiq etməmişlər. Fəxrəddinə özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirmişlər. Fəxrəddin həmin ünvandan narkotik vasitə götürməyə gəlmişdir. Fəxrəddin bağlamanı götürən kimi qaçmışdır. Həmin ərazidən, təxminən, 20-30 metr uzaqlaşmışdır. Fəxrəddinə yaxınlaşan zaman Fəxrəddin qarajların önündə dayanmışdır. Fəxrəddini saxladıqları ərazi qarajların önündə imiş, hasar yox imiş. Fəxrəddin bıçağı çıxardıb üzərlərinə doğru gəlmişdir. Fəxrəddinə yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirən zaman onun əlindəki bıçaq açıq vəziyyətdə imiş. Fəxrəddin onlara bıçağı nümayiş etdirən zaman heç nə deməmişdir. Fəxrəddini, təxminən, saat 01:10 radələrində saxlamışlar. Fəxrəddinin əlindəki bıçağı təxminən 1 metr məsafədən görmüşlər. Fəxrəddinlə aralarında iki addımlıq məsafə var imiş. Həmin məsafədən onlara xəsarət yetirə bilərmiş, lakin yetirə bilməmiş, çünki bıçağı onun əlindən almışlar. Fəxrəddin müqavimət göstərən zaman açıq-aydın görünən şəkildə deyilmiş, o, dodağının içərisindən xəsarət almışdır. Fəxrəddin ona bıçaqla vurmamışdır, əl-ayaqla müqavimət göstərmişdir. Sonradan müəyyən etmişlər ki, Fəxrəddin hadisə yerinə maşına gəlmiş, yanında Sevinc İsgəndərzadə də olmuşdur. Onlar hadisə yerində olan zaman Sevinc İsgəndərzadə çöldə imiş. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 9cu Polis bölməsinin CA üzrə baş əməliyyat müvəkkili şahid2 ifadəsində göstərmişdir ki, qərəzsiz mənbədən daxil olan əməliyyat məlumatını rəhbərliyə raportla məruzə etdikdən sonra ## ### 2025-ci il tarixdə, təxminən saat 01 radələrində hadisə yerinə getmişlər. Həmin əməliyyat məlumatında şəxsin narkotik vasitələrin saxlanılmasında, gəzdirilməsində şübhəli olduğu bildirilmişdir. Əməliyyat qrupu yaradılmış, rəhbər isə o olmuşdur. Digər əməkdaşlar zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs1, şahid1 əməliyyat qrupunun üzvləri imiş. Hamısı Səbail rayonu, Niyazi küçəsi, ev 5-ə getmişlər. Ünvana yaxınlaşan zaman “Chevrolet Cobalt” markalı maşından təqsirləndirilən şəxs2 düşmüşdür. Fəxrəddin məhəllədə 03 dəfə dövr etdikdən sonra çölə çıxmış, daha sonra yenidən məhəlləyə daxil olmuşdur. Məhəlləyə daxil olan zaman zibil qutularının arxa tərəfinə yaxınlaşmışdır. Həmin zibil qutularının arxa tərəfindən ağ rəngli sellofanı götürmüşdür. Götürən zaman hamısı Fəxrəddinin üzərinə doğru getmişlər. zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 Fəxrəddinə yaxınlaşan zaman, Fəxrəddin üzərindəki bıçağı çıxartmış, əməkdaşlara hücum çəkmək istəmişdir. Əməkdaşlar onun əlindəki bıçağı almışar. Fəxrəddin artıq hücumu davam etdirə bilməyəcəyini anladığı üçün məcbur qaldığından bıçaqla özünə boğaz nahiyəsindən xəsarət yetirmişdir. Ağ sellofanın içərisindən qara rəngli iki büküm aşkar olunmuşdur, həmin bükümlərdə narkotik vasitəyə bənzər spesifik iyə malik tiryək olduğunu təxmin etdiyi maddə aşkar olunmuşdur. Onlar bükümləri bıçaqla kəsib içərisindəkilərə baxan zaman tiryəkə bənzədiyini anlamışlar. Sellofandan sadəcə tiryək aşkar olunmuşdur. Fəxrəddin həmin maddəni İran İslam Respublikası vətəndaşından əldə etdiyini, pul müqabilində kuryer kimi bir ünvandan deyilən ünvana yerləşdirəcəyini demişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmişlərin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin protokolları, o cümlədən ekspertiza rəyləri və digər sənədlər də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edilmişdir. Belə ki, ##.##.2025-ci il tarixli raportdan görünür ki, əvvəlcədən qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında, Səbail rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin CA üzrə baş əməliyyat müvəkkili R şahid2, baş əməliyyat müvəkkili R zərərçəkmiş şəxs2, əməliyyat müvəkkili, R zərərçəkmiş şəxs1 İslam oğlu və şahid1 ilə birlikdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq üzərində külli miqdarda narkotik vasitə gəzdirməkdə, istifadə etməkdə və satışı ilə məşğul olmasına görə şübhəli bilinən ##.##.1984-cü ildə Gəncə şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər dəfələrlə məhkum olunmuş, işsiz, Gəncə şəhəri, Nizami rayonu, Aida İmanquliyeva küçəsi, ev 13 A, mənzil 46 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsində yerləşən "Dağlar" otelində müvəqqəti yaşayan təqsirləndirilən şəxs2 İlqar oğlu ##.##.2025-ci il saat 01:04 radələrində Bakı şəhəri, Səbail rayonu, Niyazi küçəsində müəyyən edilərək müşahidəsi aparılmış, saat 01:08 radələrində ünvan 2 ünvanının qarşısında həmin şəxs saxlanılaraq təxirə salınmadan ##.##.2025-ci il tarixdə saat 01:34 radələrində 9-cu PBnin inzibati binasına gətirərək bölmənin "Şəhər, Rayon, Xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı" kitabında qeydiyyata alınmışdır. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair ##.##.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs2 İlqar oğlunun yaxalanması və ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis bölməsinə təqsirləndirilən şəxs2 İlqar oğlunun qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək üzərində daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu ## ### 2025-ci il tarixdə, saat 01:08 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında saxlanılmış, təqsirləndirilən şəxs2 İlqar oğluna hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən təqsirləndirilən şəxs2 İlqar oğlunun üstünu həmin yerdə yoxlamaq mumkün olmadığı üçün təxminən 10 metr aralıda yoxlamağa başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl təqsirləndirilən şəxs2 İlqar oğluna paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra təqsirləndirilən şəxs2 İlqar oğlu, saxlanılan zaman bıçaqla öz boyun nahiyəsinə xəsarət yetirmiş, polis əməkdaşları həmin bıçaqı vətəndaş təqsirləndirilən şəxs2 İlqar oğlunun əlindən almaq istədikdə o şəxs polislərə tərəf hücum edərək xəsarət yetirmək istəmiş, bu zaman polis əməkdaşları tərəfindən əlində olan bıçağı almaq istədikdə tabesizlik və muqavimət göstərməsinə baxmayaraq əlində olan bıcaq ondan alınaraq digər əməkdaşa təhvil verilmiş və üstü yoxlanılmış, əynində olan tünd boz rəngli şalvarının sağ arxa cibindən "Oppo" markalı mobil telefon götürülmüş və əlində olan 1 ədəd ağ rəngli sellofan paketin içərisində 2 ədəd qara sellofan paketə bükülmüş kütlələr aşkar edilərək 2 ədəd ağ rəngli zərfə və 01 ədəd bıçaq ağ rəngli zərfə qablaşdırılmışdır. Yoxlama zamanı sonuncunun üzərindən qanunsuz heç bır əşya aşkar olunmamışdır. Daha sonra təqsirləndirilən şəxs2 İlqar oğlunun təqdim etdiyi 1 ədəd ağ rəngli sellofan paketin içərisində 2 ədəd qara selofan paketə bükülmüş kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 2063 qram olması müyyən edilmişdir. Sonra həmin kütlələr və bıçaq qablaşdırılmış, imzalanmış və götürülmüşdür. təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, aşkar olumuş narkotik vasitələrin əvvəlcədən tanımadığı İran Islam Respublikası vətəndaşı olan şəxslə telefon danışığı apararaq ünvan 2 ünvanının yaxınlığında 1 ədəd ağ rəngli sellofan paketdə qoyduğunu, həmin paketi İran İslam Respublikası vətəndaşı olan şəxs onu hara aparacağını həmin kütlələri götürdükdən sonra hara çatdıracağını bildirmişdir. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinin 9-cu Polis bölməsinə təqsirləndirilən şəxs2 İlqar oğlunun külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib, daşınması və satışı ilə bağlı daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncu, ## ### 2025-ci il tarixdə, saat 01:08 dəqiqədə Səbail rayonu, Niyazi küçəsi 5 ünvanında piyada hərəkət edən təqsirləndirilən şəxs2 İlqar oğlu, saxlanılan zaman bıçaqla öz boyun nahiyəsinə xəsarət yetirmiş, üstü yoxlanılmış, əlində 1 ədəd ağ rəngli sellofan paketin içərisində 2 ədəd qara sellofan paketə bükülmüş kütlələr aşkar edilərək 2 ədəd ağ rəngli zərfə və 01 ədəd bıçaq ağ rəngli zərfə qablaşdırılmış, əynində olan tünd boz rəngli şalvarının sağ arxa cibindən "Oppo" markalı mobil telefonu götürülmüş, raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 03 (üç) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd videogörüntüyə baxış keçirilmişdir. təqsirləndirilən şəxs2 əlində olan ağ rəngli sellofan paketdən 2 (iki) ədəd qara rəngli sellofan paketə bükülmüş, qara rəngli spesifik iyə malik olan kütlələr aşkar olunmuş, 01 ədəd ağ rəngli zərfdə bıçaq təqdim olunmuşdur. Bundan sonra həmin kütlələr və bıçaq yenidən qablaşdırılıb möhürlənmişdir. təqsirləndirilən şəxs2 İlqar oğluna məxsus "Oppo" markalı mobil telefon subüt əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Məhkəmə-bioloji ekspertizanın ##.##.2025-ci il tarixli, */*** saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “1). təqsirləndirilən şəxs2 ....” yazılar və imzalar olan * №-li kağız paketdə 1 (bir) ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamadakı ağ rəngli sellofan bükülüdə təmiz çəkisi 1000,0 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərində “1). təqsirləndirilən şəxs2 İlqar oğlu .... ” yazılar və imzalar olan * №-li kağız paketdə 1 (bir) ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamadakı ağ rəngli sellofan bükülüdə təmiz çəkisi 920,0 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Diskə baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 İlqar oğlunun üzərinə yoxlama və götürmənin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış keçirilməsi üçün həmin disk "Samsung" markalı kompyuterin disk üçün nəzərdə tutulmuş hissəsinə daxil edilmiş və müəyyən edilmişdir ki, həmin diskdə 1 ədəd fayl var. Həmin fayl 14 dəqiqə 21 saniyədən ibarətdir. Həmin fayldan görünür ki, polis əməkdaşı özünü, polis əməkdaşlarını və saxlanılan şəxs Məhhərəmov Fəxrəddin İlqar oğlunu təqdim etdikdən sonra əlində saxladığı bıçağı göstərərək bildirir ki, saxlanılan şəxsin əlində ona görə qandal vardır ki, həmin şəxs saxlanılan zaman üzərində gəzdirdiyi bıçaqla polis əməkdaşlarına xəsarət yetirmək istəmiş, lakin onlara xəsarət yetirə bilmədiyindən özünün boyun hissəsinə həmin bıçaqla xəsarət yetirmişdir və təqsirləndirilən şəxs2 sağ boyun nahiyəsində olan xəsarətləri göstərir. Bundan sonra polis əməkdaşı tərəfindən təqsirləndirilən şəxs2 üzəri yoxlanılır. Polis əməkdaşı təqsirləndirilən şəxs2 sual verir ki, əlində olan torbadakı naprkotik vasitə hansındandır. Sonuncu bildirir ki, əlində olan torbadakı narkotik vasitə tiryəkdir, İİR vətəndaşının telefona göndərdiyi məkandan, Səbail rayonu ərazisindən götürmüşdür və İİR vətəndaşının dediyi ünvana çatdırmalıdır. Bundan sonra təqsirləndirilən şəxs2 üzərində hər hansı başqa əşyanın olub-olmasını soruşur və əllərinə əlcək geyinərək təqsirləndirilən şəxs2 üstünü yoxlamağa başlayır. təqsirləndirilən şəxs2 əynində olan şalvarının cibindən sonuncuya məxsus “Oppo” markalı mobil telefonu çıxararaq kodunu soruşub açır və baxır, sonra bıçağın yanına qoyur. Bundan sonra təqsirləndirilən şəxs2 paltarları, ayaqqabıları yoxlanılır, lakin narkotik vasitələr və ya psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmir. Bundan sonra həmin polis əməkdaşı təqsirləndirilən şəxs2 əlində saxladığı bir ədəd ağ rəngli sellofan torbanı alır və kiçik bir hissəsini qayçı ilə kəsərək açıb içərsinə baxır. Torba açıldıqda içərisində 2 ədəd qara rəngli sellofan paketə bükülmüş kütlələr aşkar edilir. Həmin kütlələrə baxdıqda içərisində spesifik iyə malik, narkotik vasitə tiryəkə oxşar maddənin olması aşkar edilir. Bundan sonra həmin şəxsin təqdim etdiyi 1 ədəd ağ rəngli sellofan bağlamanın içərisində olan 2 ədəd qara rəngli sellofan paketə bükülmüş kütlələr elektron tərəzidə çəkilir və qablaşdırma ilə birlikdə çəkisinin 2063 qram olması müəyyən edilir. Daha sonra həmin kütlələr 2 ədəd ağ rəngli boş zərfə və 01 ədəd bıçaq ağ rəngli boş zərfə qoyularaq qablaşdırılır və götürülür, zərflərin üstü iştirakçıların imzaları ilə təsdiq edilir. Diskə baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 İlqar oğlu saxlanılarkən üzərinə yoxlama və götürmə aparılan zaman aşkar edilərək qablaşdırılmış bükümlərə keçirilmiş baxış və götürmənin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD diskə Səbail RPİ-nin İstintaq şöbəsində baxış keçirmiş, baxış keçirilməsi üçün həmin disk "Samsung" markalı kompyuterin disk üçün nəzərdə tutulmuş hissəsinə daxil edilmişdir. Müəyyən edilmişdir ki, həmin diskdə 1 ədəd fayl var. Həmin fayl 23 dəqiqə 16 saniyədən ibarətdir. Həmin fayldan görünür ki, Səbail RPİ-nin 9cu PB-nin təhqiqatçısı R Hüseyn Quliyev tərəfindən şübhəli şəxs təqsirləndirilən şəxs2 İlqar oğlunun, onun hüquqlarını müdafiə edən vəkili Rəfail Əliyevin və polis əməkdaşlarının iştirakı ilə təqdim olunan Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ## ### 2025-ci il tarixdə saat 01:08-də ünvan 3 ünvanda piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış təqsirləndirilən şəxs2 İlqar oğlunun əlindəki 01 ədəd ağ rəngli sellofan torbadan aşkar edilərək götürülmüş 02 ədəd qara rəngli sellofan bükümlərdə narkotik vasitə tiryəkə bənzər kütlənin və bir ədəd bıçağın qablaşdırıldığı 03 ədəd ağ rəngli zərflərə baxış keçirilmişdir. təqsirləndirilən şəxs2 İlqar oğlunun üzərindən aşkar edilmiş 02 ədəd qara rəngli sellofan bükümlərdə narkotik vasitə tiryəkə bənzər kütlənin olması aşkar olunmuşdur. Sonra təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 03 (bir) ədəd içərisində narkotik vasitə tiryəkə bənzər kütlənin olduğu bükümlər və bir ədəd bıçaq cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən yenidən boş zərflərdə qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in möhürü ilə möhürlənərək götürülmüş, zərfin üzrə iştirakçılar tərəfindən imzalanmışdır. Telefona baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, İsgəndərzadə Sevinc Yaqub qızının istifadəsində olmuş "Redmi” markalı üzərində 055-369- 46-87 nömrə olan mobil telefonun “Whatsapp” ani mesajlaşma səhifəsində aparılmış telefon danışıqlarına və yazışmalara keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, telefonun “Whatsapp” səhifəsində İsgəndərzadə Sevinc Yaqub qızının istifadəsində olmuş 055-369-46- 87 mobil telefon nömrəsi ilə +98 914953 0445 xarici mobil operator xidmətinə aid mobil telefon nömrə arasında fars hərfləri ilə adı yazılmış şəxs arasında ##.##.2025-ci il tarixdə saat 05:38də "Whatsapp" proqramı vasitəsi ilə aşağıdakı məzmunda telefon danışığı olmuşdur: Fars hərfləri ilə adı yazılmış şəxs: Nə mənə klient verdin, nə mənə bacılıq etdin, elə yalandan dedin sənə klient verəcəm, səndən xəbər yoxdur. ##.##.2025-ci il tarixdə saat 22:35-də 070-867- 47- 14 mobil telefon nömrəsindən İsgəndərzadə Sevinc Yaqub qızının 055-369-46-87 mobil telefon nömrəsinə "Patı istəyir, kola götürmə, sən narkotiki götürmüsən" məzmunlu, 05-## ### 2025ci il tarixlərdə saat 19:39, 00:51 radələrində Siyəzən rayonundan olan şəxs +98 930 348 6388 mobil telefon nömrəsindən İsgəndərzadə Sevinc Yaqub qızının mobil telefon nömrəsinə "patı, kola, gül mənlik deyil, axşam zəng et, nə lazımdı sənə ataram. Pul düzəlt hər ikisini 30 manatdan dərman, 8 manatdan sənə verərəm. Sənə endirim edərəm. Pulunu düzəlt, nə qədər lazımdır göndərərəm." İsgəndərzadə Sevinc Yaqub qızı: Mənimki patı ilə koladı, başaqası ilə işim yoxdu. O birilərinə sənə klient taparam. Canım ağrıyır, əgər imkan varsa, mənə hərəsindən bir dənə borc kimi köməklik eləyə bilərsən? 2 günə pulunu ataram. Yalançı çıxmayım deyə 2 gün deyirəm. Siyəzən rayonundan olan şəxs: 100 p, 100 p, 150 p göndərib. İsgəndərzadə Sevinc Yaqub qızı: Canım ağrıyır. Sabaha, biri günə 60 manat səndədi. And olsun Allaha. Hərəsindən 1 qram atdırsan, başqa heç nə istəmirəm. Ee. +98 991 600 6282 mobil telefon nömrəsindən bir qadın: 3 kola vermişəm, pulunu ala bilmirəm, de pislik etmədim ki, pulunu versin. Qardaşı caladın, 2 yolda Xatirə götürdü. Xatirədə 30-40 manat pulum qaldı. Oğlan da 3 torpaq götürdü. Dedim sən vermisən sonradan alacam. Dedi çatım Gəncəyə pulunu verəcəm. 4 gündü məni it aldadan kimi aldadır. Torpaq Tehran torpağıdı. İstəyirsən ondan sənə atıram. Onlar mənə göndərdiyi puldan vəsail alıb göndərirəm. Əlim boşdu, vəsailim yoxdu. 070-661-36-36 mobil telefon nömrəni (Yusif Şıxıyev) Sevinc iranlı qadına göndərir. İsgəndərzadə Sevinc Yaqub qızı: Aşkam, indi yığacam, məni ətraflı başa sal görüm onun nə qədər borcu qalıb. İranlı qadın: 3 kola atmışam, denən ver, sən Allah, 120 manat verməlidi. 2 dəfə məndən mal götürüb. Aşkam: Mal da bir qram. 3 qram Tehran 100 manat yola pul vermə. pulunu -İranlı qadın: yalan deyir, nisyə verəndə belə deyirlər. Dedi malı götürüm, uşaq var satım, axşama Aşkam: Kimlər onu vurub, pis mal idi, kayf tutmamışıq. Durduğum yerdə mənə zəng etdi ki, 3 qram mal var, get götür. İndi məndən pul istəyir. İranlı qadın: Denə yabaydı deyəydin. Bu mənim dərdimə dəymir, verəydin özünə. Müftə götürməmişəm. Bu tərəf pulunu istəyir. Məni borclu çıxartma, dedin əlim boşdu, dedim uşaqda 3 qram var, atdırım get götür. Dedi 1 saata pulunu vuracam. Camaat zirəkliyə öyrəşib ey. Demə elə olmalısan bu pisliyə keçsin. İsgəndərzadə Sevinc Yaqub qızı: Pis idisə qaytaraydın özünə, niyə götürürdün. Mən özümə götürmüşəm. Yaxşı mal idi. Aşka: Keçən dəfəki yaxşıydı. Bu pis idi. Başını xarab etməyim. İranlı: Denən neynək. Sənin bu sözün sənə ağır başa gələcək. Ona ağır başa gələcək. Sevinc, neynək başını burax. İsgəndərzadə Sevinc Yaqub qızı: Sənə görə başını buraxdım. Nolar mənə patı və kola at. Sənə yaxşı adam calacam. İranlı: Ok. ##.##.2025-ci il tarixdə. İranlı: Salam, qadan alım, nətərsən, kimnən işləyirsən, harda başınız qarışıb, sən Allah. İsgəndərzadə Sevinc Yaqub qızı: yığdım ki, Aşka sənin pulunu verdi, ya yox. İranlı: Yox, vermədi. Haramı olsun bu əzizi gündə. Mən tövbə etdim ki, kiməsə yaxşılıq etməyim. İsgəndərzadə Sevinc Yaqub qızı: Bir nəfərin nömrəsini verəcəm, pulunu verəcək patı götürəcək, mənim də oayımı qoyarsan ora. ranlı: Hə bacı var. Daş da var, torpaq da var. Gül də ki, özümdə var. Hər nə mənə desən var. İstəsən denən bu gün 100% alındırım. Maşınım ustada qalıb. Heç olmasa 500 qazanım, onu düzəltdirim. Mənə klient göndər. Daş, torpaq satım, sənə də gül göndərim. Aşkaya verdiyim 3 dənə torpağa cibimdən 120 manat ödədim. Yalandan deyir xarabdı. Xarabıydı qaytaraydın, özlərinə verərdim, heç pul da ödəməyəydim. ##.##.2025-ci il tarixdə. İsgəndərzadə Sevinc Yaqub qızı zəng edib kef-əhval tutur. ##.##.2025-ci il tarixdə "Whatsapp"la danışırlar. İsgəndərzadə Sevinc Yaqub qızı: Hamıya sənin nömrəni verərirəm, mənə heç görümbaxım eləmirsən. ##.##.2025-ci il tarixdə. İranlı: 1-2 yol götürüblər, ya yeyiblər, ya da maraqlanıblar. Mal götüsünlər, gözlərin üstə. İsgəndərzadə Sevinc Yaqub qızı: Sağ ol, qoysan da sağ ol, qoymasan da. Qardaş 2 torpa istəyir, gecədi hamı yatır, indi düzələn iş deyil axı. Aşka dünən 300 pul göndərib, konum boş çıxıb. Bu nə məsələdi. De görüm nə haqq-hesabdı. Bir də başqa adam var, ona görə sənə zəng etdim. ##.##.2025-ci il tarixdə. İsgəndərzadə Sevinc Yaqub qızı: Bu qədər adam səninlə tanış etdim. Klient göndərdim. Deyirəm ağrıyıram, hərəsindən nə olardı, 1 qram göndərsəydin. Pulum yoxdu, amma sənə nə qədər klient göndərmişəm. Yusif sənə zəng etdi? Nömrəni ona mən vermişdim, nömrənin axırı 36-36. İranlı: Hə zəng edib, 1 dənə götürüb. İsgəndərzadə Sevinc Yaqub qızı: Görürsən, klient göndərirəm, amma mənə hərəsindən 1 qram göndərmirsən. Göndərsəydin klientlər daha çox olardı. Kim mənim adımdan zəng etsə, narahat olma. Yuskaya başımın tükü qədər cavabdehəm. Onun evindən malını aparıblar. Təzə götürmüşdü. 29 qram kakos, 17 qram şüşə, (ayna) aparıblar. O götürəndə, həmişə çox götürür. Əlim dəydi, konum silindi, malın yerini təzədən göndər. İranlı: Konum atır və yazır ki, daşın dibində basdırıb. İsgəndərzadə Sevinc Yaqub qızı: Sən deyən yerə getmişəm, işarə yoxdu. İranlı: Boş ola bilməz, dirəyin dibində daşın altındadı. Mən o ünvanı başqa kiməsə göndərməmişəm. Yaxşı bax oralarda olacaq. Seva, sənə boş ünvan atanın Allah evini yıxsın. Sevinc İsgəndərzadə: "Kola", "patı" neçəyədir. Sənin nömrəni tapa bilmirdim. Nə qədər iranlıya klient vermişəm. 45 manatdan verir. Sənə nömrə atıram, deyəcək ki, Seva veribdir. Nömrəni atdığın o kişi ordan götürəcək. Mən satacağam, sənə də özümün köməkliyim dəyəcək. Kim desə ki, Seva verib nömrəni narahat olma. Neynək, gözlüyürəm, 10 manatdan verəcəyəm. Yaxşı at, nəşə verəcəyəm. İkimiz əl-ələ verək, sən qorxma, neçə ildir mənim işlərim budur da. Ordan sən mənə klient tap, elə klient düz-qoş elə otur, oturduğun yerdə sənin pulunu karta vurum, çekin də atım sənə. Kimi də mənimlə tanış edirsən, qorxma, sən qadınsan, mən kişiyəm. Başınla cavabdeh ol, qorxma, sən zamin dur. Deynən ki, qorxma, pulunu atacaq, malını götürəcək. Sən qadın xeylağısan, heç vaxt səni əllərdə qoymaram. Pulu vursunlar, malların götürsünlər. Problem yoxdur, həll edərəm. Sənə nömrə ataram, danışarsan. Mən "patı", "kola" istəyirəm. Mənə "patı", "kola" ver, başqa heç nə istəmirəm. Mən sənə qəşəng klientlər verəcəyəm. Mənim gözüm üstə, onların nöməsinin zat mənə, mən onlarla danışım. Danışım mən onlarla veşi atanda hərəsinin üstünə 1-2 qram artıa qataram. Deyərəm ki, bunu qoyun başqa yerə, onu ayrı adam gəlib götürəcək. Qoyarlar bir yerə, sən gedib götürərsən. 2-3 gündən bir sənin istifadə etdiyin qədər mal ataram. Sevinc: Zəng eliyəcək, narahat olma. "İFRSRYWİ" şərti ad altında olan şəxs: Ay ürəyim bir dənə də atıram Fəxi gedib götürsün. Onu 50-60 manata satsın, pulunu it-bat etməsin, sonra həmin pulu köçürsün mənim kartıma. Yenə 2-3 dənə atım, yavaş-yavaş satsın, əlinizə pul gəlsin. Daş deyəndə, yəni "patı" da. Orda bir qram hazırdır. Pulun dağıtmasın, vursun mənə, yenə 1-2 qram atım. Sevinc: Baş üstə, baş üstə pulu mən sənin kartına atacağam. Pulu mənə gətirib verəcək. "Emanat"la atacaq Sən mənlə bir ara danışmadın, sən məni axtarmadın, aramdın mən də bir iranlı qadınla işlədim, ona qəşəng klientlər verdim. Problem yoxdur. Pulu mən atacağam sənə, Bir də ki, kola var kola, xatasız-bəlasız inşallah o pulu mən sənin kartına atacağam. O mənə gətirəcək. Mən istəmişəm də, mənə gətirəcək. Taksidə 17 manat yanır. Pula görə qalmışıq. Qoy görək nə qayırırıq. Xətasız-bəlasız inşallah o pulu mən sənə atacağam. Bir də mən sənə dedim axıl, kola varsa, kolanı da göndər. Birdəfəlik səninlə işləyim. "İFRSRYWİ" şərti ad altında olan şəxs: Arxayın ol, mən təzə əmələ gələn uşaq deyiləm. 10 ildir bu işlə məşğulam. 3-4 dəfə ataram, onu pul elə, qaytar mənə, sonra həm patı, həm kola böyründə atacağam. Sevinc: O ikisiniədə atsan, mən sənə axşama pul əlimə düşsə 40 manat, 50 manat, 30 manat hisssə-hissə az-az atacağam səhərə kimi, Şəhərə kimi bəlkə onu bağlayacağam. İkisindən də olsa, lap qəşəng olar, səhərə kimi pul sənin əlində olacaq. Mən sənə söz verirəm, yəni yüzdə-yüz olacaq. "İFRSRYWİ" şərti ad altında olan şəxs: Qadan alım, darıxma, tələsmə. Sabah olmasın, biri gün olsun, Lijbi salamatçılıq olsun. O 1 qram patını götür, pul elə at mənə. Özü də nəyin var at mənə, mən sənə patını 45 manata, kolanı da 50 manata verəcəyəm. Konum şəkil məndə hazırdır, nə vavt desən onu sənə atım. Sevinc: İnşallah sən də məni tanıyarsan, Heç kimə etibar edə bilmirsən. Səni başa düşürəm, birinci dəfə sən məni sınayırsan. Adamlar düzgündür, yoxsa yalandır. Yoxlamalısan. Səhərə kimi gözlə, görəcəksən. Ondan sonra deyəcəksən ki, daim mənimlə iş görərsən. "İFRSRYWİ" şərti ad altında olan şəxs: O uşağı sən mənimlə tanış eləmişdin. Ona danışıb dedim. Səni də məlumatlandırıram ki, biləsən bu işi. Sən "ok" versən, atcağam, verməsən, atmayacağam. Sən də deyirsən, deyirsən problem yoxdur. Gətirib mənə verəcək. Nə vaxt desən, konumun şəkli məndə amdədir, deynən atım. Sevinc: Mən sənə fikrimi çatdıra bilmirəm, ata bilirsənsə, ikisini də bir yerdə at. İkisinin də pulu səhərə qalmayacaq, bağlayacağam. Mən kolasız işləyə bilmirəm, ikisini bir yerdə çəkirəm, Görəcəksən ki, səhərə kimi borcunu bağlayacağam. "İFRSRYWİ" şərti ad altında olan şəxs: Bxım görüm bir dənə xırda bağlama var kola, olmasa elə bu gün patı olacaq. Sevinc: Hə qadan alım. Biri vardı ər-arvad idilər, onlarla işləyirdilər. Mən ona Sarı deyirdim. Bəlkə tanıyırsan bilmirəm. Elə dost olmuşduq ki, elə bil ki, neçə illərdir bir-birimizi tanıyırıq. Arvadı və uşaqları ilə də danışırdım. Yəni söhbət sözün bütöv olmağından gedir. O da məni sınadı, sonra ailəsi ilə bizi tanış etdi. İkisi bir yerdə nə qədər edir onu mənə yazarsan. Bir də ki, "Emon"la ödəyəcəyəm. Pul gələn kimi mən sənin kartına atıb, şəklini də çəkib göndərəcəyəm sənə. Səhərə qədər mən sənin borcunu qırıq-qırıq bağlayacağam. Bir də sənə bir nömrə göndərəcəyəm, mənim adımdan danışacaq, ona pulsuz heç nə vermə, pulunu göndərsin, sonra ver. O da mal çox götürür. Nəşə və başqalarından alır. “İFRSRYWİ" şərti ad altında olan şəxs: Hə yaxşı oldu qadan alım. Mən onu o üzdən götürürəm. Torpaq da dedim, kolanı da dedim, ola bilər yarım satat, bir saata onu da atdıracağam bir yerə, ünvanın şəkil atacağam gedib götürərsən. Problem yoxdur, o nömrəni də yollayarsan, danışaram onunla özün də danışarsan, ona zəng edib deyərsən, səninlə belə bir adam danışacaq. Sevinc: Birdəfəlik ikisini də götürm səhərə kimi. Səhərə kimi, narahat olma pulun bağlanacaq. Yenə də deyirəm. Sonra demə ki, niyə yerimə atdın. Belıə-belə səhərə kimi hamsını pödəyib borcunu bağlayacağam. O dediyim adama deyəcəyəm sənə zəng etsin. Qoy özü zənə zəng etsin, sən zəng eləmə. ## ##### 2025-ci il tarixdə 19-26-da "İFRSRYWİ" şərti ad altında olan şəxs: Sənə konum atıram, get malı götür, götürəndən sonra mənə xəbər edərsən ki, götürdün. Sevinc: İkisi də bir yerdə olsun. İkisini də bir yerdə atarsan. 17 manat pul yazır maşın. O atdığın yer opasnıdır. Başqa yer yoxdur. Faxını orda tutmuşdular, ona görə. "İFRSRYWİ" şərti ad altında olan şəxs: Yoxe qadan alım, patını atdırmışam, patı ayrıdı. Kola da ayrı başqa bir yerdə olacaq. Sən apasini-mapasini qoy qırağa, mən sənə harasa yollasam, təpəsi üstə getginən. Elə işləri opasnı yerlərdə, qarışıq-quruşuq yerlərdə görmək lazımdır. Çünki orda yaxşı olur. Qlraqda-bucaqda uzaqdan-yaxından güdürlər. Onların biz hamsını bilirik. Birdən elə işlər olur ki, şəhərin ortasında şuluqluq yerlərdə olur. Nigaran olma. Ay ürəyim, adam niyə tutulur. Adam satılmasa, adam tutulmaz. O tutulubsa, deməli onu iranlı satıb ki, tutulubdur. Yoxas bir adam satılmasa, niyə tutulur. Sevinc: Mən səninbu sözünə inanınram. Bu yola da çıxıram. Deyirsən ki, qorxusuzdurxatasızsıdr, problem yoxdur. Bir də onun ikisini də bir yerdə eləyə bilərsən sə, elə, elə elə ki, ikisini də bir yerdə gedib götürüm, yaxşı. Özüm gedib götürəcəyəm. Onu da iranlı tutdurub, 100 manat atıb malını verməyib, o da ona pis söyüş söyüb. Pis söyüşlərə görə iranlı onu tutdurub. "İFRSRYWİ" şərti ad altında olan şəxs: Ay ürəyim, konumun şəklini atıram sənə bax. Yəni patını qoydurmuşam, hazırdır. İndi kola da yarım saata, bir saata sırf qoyulacaq, bir tərəfə, fikrimcə Binəqədə tərəfdə olacaq. Konum şəklini də bu dəqiqə sənə atıram. Sevinc: Yarım saata mən işə gedəcəyəm, sən at, mən işdən bir dəfə icazə alım, iki dəfə get-gəl eləməyim. Sən konumu at, mən gedib götürüm, sənə xəbər edədəcəyəm. "İFRSRYWİ" şərti ad altında olan şəxs: Yaxşı qadan alım, neynək. Mən patının konumunu atıram, kolanı da yarım saata atacağam. Sevinc: Kartı da at dursun məndə, kart olsa, daha yaxşıdır. "İFRSRYWİ" şərti ad altında olan şəxs: Kart da alıb atacağam. Kartlar tez-tez əvəz ounur. Bu işlərin içindəsən, bilirsən. Elə kart alıb atacağam ki, sabah sübhə qədər işləsin. Sevinc: Hə, qadan alım onsuz da, səhərə kimi yatmıram, saat 7-8-ə kimi yatmıram. Narahat olma, qadan alım, sən inşallah görərsən. "İFRSRYWİ" şərti ad altında olan şəxs: Tamam, tamam oldu qadan alım. O deiyin uşaqla da danışarsan. Özü ilə danış, nömrəsini də mənə göndərərsən. ## ##### 2025-ci il tarixdə 22:02-də "İFRSRYWİ" şərti ad altında olan şəxs: Ay ürəyim, necəsən vəziyyətin necədir. İşəzada gedərsən, yadından çıxacaq, o nömrəni neynəyək. O birini də ataram, ikisini də bir yerdə götürərsən. -Sevinc: Hə qadan alım, sən kartı atmadın, at qoy birdəfəlik qalsın. Telefona baxış zamanı müəyyən edilir ki, "İFRSRYWİ" şərti ad altında olan şəxs Sevincə konum atır və narkotik qoyulan yerin şəklini işarələyir və üstünə daş qoyduğunu yazır. Sevinc: Konumun ikisi də gəlib, sən narahat olma kartı at. "İFRSRYWİ" şərti ad altında olan şəxs: Nə vaxt pul vurmaq istəsən, kartı ataram, göndərdiyim kartı əvəzləmişəm. Sevinc: darıxma mən otelə çatım, müdirlə hesabat edim sənin pulunu atacağam. "İFRSRYWİ" şərti ad altında olan şəxs: Uşaq deyirdin, onların nömrələrini ver, qoy mən mal paylaşdırım, qalmasın, yada mənim nömrəmi ver, onlar mənə zəng etsin. Nə cür məsləhətdir. Sevinc: Mən atıram, zəng vur deynən ki, nömrəni Seva verdi. Narahat olma danış. Özün bilirsən də nə danışmaq lazımdır. Mən öz bibimin nömrəsini verəcəyəm, iş görəndir., götürəndə çox götürür. Demə ki, sənin nömrəni Seva mənə verib, qoy bilməsin. "İFRSRYWİ" şərti ad altında olan şəxs: Bibinə mən zəng vursam, soruşar ki, nömrəni hardan almısan, məni sual-cavaba tutacaq, nömrəsini at ver danışım, sən də danışıb qandırarsan, deyərsən ki, yaxşı oğlandır, burda çox veş paylayır, hər zaman istəsən veşi var burda. Onu həll eliyək. At da, o nömrəni at qadan alım. Baxış zamanı müəyyən olundu ki, Sevinc bibisi Sevdanın 055-501-43-16, Yusif Şıxıyevin telefon nömrəsini "IFRSRYWİ" şərti ad altında olan şəxsə göndərir. Baxış zamanı müəyyən olundu ki, "IFRSRYWİ" şərti ad altında olan şəxs verdiyi malın pulunu İstəyir, Sevinc də deyir ki, müdiri gözləyirəm, alıb göndərəcəyəm. ##.##.2025-ci il saat 09625-də. "IFRSRYWİ" şərti ad altında olan şəxs Sevincə təklif edir ki, ay ürəyim metadon vare, "M 40", ona klientin var, verim bir az satasan Sevinc: "M 40" neçəyədir. "İFRSRYWİ" şərti ad altında olan şəxs: Paçkası 110 manatdır. Sənə 100 manata verərəm. Sevinc: İstəyirlər, maraqlananlar var, mən sənə deyəcəyəm. "İFRSRYWİ" şərti ad altında olan şəxs: Dünəndən deyirsən bu dəqiqə, bir saata-iki saata, burda mənim borcum var istəyirlər uşaqlar. Sevinc: Səbrli ol, başına dönərəm, kola da pis kola deyil, yaxşıdır. Müdiri gözləyirəm, mən sənin haqqını yeyə bilmərəm, alıb göndərəcəyəm. "İFRSRYWİ" şərti ad altında olan şəxs: Gəncədə tanışın var, Gəncədə yaxşı mal olur, ot-zad olur. Gəncədə, patı kola, ot, "M40" hansından varsa ver də. Sevinc: Adam taparam, maraqlanıb sənə deyərəm. Bundan sonra ## ### 20225-ci il tarixdə saat 00:12-də "İFRSRYWİ" şərti ad altında olan şəxs: Salam ay Seva, necəsən, məni belə qoyma məndən burda istəyirlər. Allaha and olsun, mən qaldım belə avara. ## ### 20225-ci il tarixdə saat 14:39-da Sevinc "IFRSRYWİ" şərti ad altında olan şəxsə "Yatmışam, narahat olma" məzmunlu səs atır. "İFRSRYWİ" şərti ad altında olan şəxs: Mənim yaxam qalıb əllərdə, bir gün yatırsan, bir gün musiqiyə gedirsən, bir gün işin, bir gün problemin olur. Bunu bu günləri düz-qoş elə, qoy mənim yaxam camaatın əlindən qurtarsın. atır. Sevinc "IFRSRYWİ" şərti ad altında olan şəxsə "Qoy özümə gəlim, həll edəcəyəm" məzmunlu səs Sevinc: Vaxt-vədə gedir, burda məni dirəyiblər, məndən pul istəyirlər. Kola yaxşı kola idi, patı isə heç nə, apar qaytar. "İFRSRYWİ" şərti ad altında olan şəxs: Axşama pulu ver, istəsən, yenə sənə mal verərəm, istəməsən heç. Sevinc: Patı su kimi idi. "İFRSRYWİ" şərti ad altında olan şəxs: Patını kakosla qarışdırırsınız, ona görə elə alınır. Sənə elə bir patı göndərəcəyəm ki, göylərdə uçacaqsan. Pulu niyə göndərmirsən? Sevinc: Narahat olma, pulu göndərəcəyəm, faxını yığma pulu mən özüm sənə göndərəcəyəm. ## ### 2025-ci il tarixdə saat 14:09-da "İFRSRYWİ" şərti ad altında olan şəxs: Sevincə məni incitmə, o pulu vur məzmunlu səs göndərir. Sevinc cavab vermir. Bundan sonra ## ### 2025-ci il tarixdə saat 04:00-da, ## ### 2025-ci il tarixdə saat 15:15-də "İFRSRYWİ" şərti ad altında olan şəxsin Sevincə göndərdiyi səslərə cavab vermir, İsgəndərzadə Sevinc Yaqub qızı: "Kola", "patı" neçəyədir. Sənin nömrəni tapa bilmirdim. Nə qədər iranlıya klient vermişəm. 45 manatdan veririk. Sənə nömrə ataram. Deyəcək ki, Seva veribdir. Nömrəni atginən, o, veşi ordan götürəcək. Mən satacağam, sənə də özümün köməkliyim dəyəcək. Kim desa ki. Seva verib nömrəni narahat olma “İFRSRWYI" şərti ad altında olan şəxs: Neynək gözlüyürəm. 10 manatdan verəcəyəm. Yaxşı ot, nəşə verəcəyəm. İkimiz əl-ələ verək, sən qorxma, neçə ildir mənim işlərim budur da. Ordan sən mənə klient tap elə, klient düz-qoş, elə otur. Oturduğun yerdə sənin pulunu karta vurum, çekin də atım sənə. Kimi də mənimlə tanış edirsən qorxma. Sən qadınsan, mən kişiyəm. Başınla cavabdeh ol, qorxma, pulunu atacaq, malını götürəcək. Mən, sən qadın xeylağısan, heç vaxt səni əllərdə qoymaram. Pulun vursunlar, malların götürsünlər. İsgəndərzadə Sevinc Yaqub qızı: Problem yoxdur, həll edərəm. Sənə nömrə ataram danışarsan. Mən patı, kola istəyirəm, mənə patı, kola ver, başqa heç nə istəmirəm. Mən sənə qəşəng klientlər verəcəyəm. "İFRSRWYI" şərti ad altında olan şəxs: Mənim gözüm üstə, onların nömrəsini at mənə, mən onlarla danışım. Danışım mən onlarla veşi atanda üstünə hərəsinin 1-2 qram artıq ataram, deyərəm ki, bunu qoyun başqa yerə, onu ayrı adam gəlib götürəcək. Qoyarlar bir yerə, sən gedib götürərsən. 2-3 gündən bir sənin istifadə etdiyin qədər mən mal atdırım. İsgəndərzadə Sevinc Yaqub qızı: Zəng eliyəcək, narahat olma. "İFRSRWYI" şərti ad altında olan şəxs: Ay ürəyim bir dənə daş atıram, Fəxi getsin götürsün. Onu satsın 50 manata, 60 manata, pulunu it-bat etməsin. Sonra həmin pulu köçürsün mənim kartıma. Yenə 2-3 dənə atım, yavaş-yavaş satın, əlinizə pul gəlsin. Daş deyəndə, yəni patı da. Orda bir qram hazırdır. Pulunu dağıtmasın, vursun mənə, yenə 1-2 qram atım. İsgəndərzadə Sevinə Yaqub qızı: Baş üstə, baş üstə, pulu mən sənin kartına atacağam. Pulu mənə gətirib verəcək. "Eman"la atacaq. Sən mənimlə bir ara danışmadın, sən məni axtarmadın, aramadın, mən də bir iranlı qadınla işlədim, ona da qəşəng klientlər verdim. Problem yoxdur. Pulu mən atacağam sənə. Bir də ki, kola var, kola. Xatasız-bəlasız. İnşallah o pulu mən sənin kartına atacağam. O mənə gətirəcək. Mən istəmişəm də,mənə gətirəcək Taksidə 17 manat yanır, pula görə qalmışıq. Qoy görək nə qayırırıq. Xətasızbəlasız, inşallah o pulu mən sənə atacağam. Bir də mən sənə dedim axı, kola varsa, kolanı da göndər. Birdəfəlik səninlə işləyəcəyəm. "İFRSRWYI" şərti ad altında olan şəxs: Arxayın ol, mən təzə əmələ gələn uşaq deyiləm. 10 ildir bu işlə məşğulam. 3-4 dəfə patı atım, onu pul elə, qaytar mənə, sonra həm patı, həm kola böyründə atacağam. İsgəndərzadə Sevinc Yaqub qızı: O ikisinə də atsan, mən sənə axşama pul əlimə düşsə, 40-50 manat, 30 manat hissə-hissə, az-az atacağam səhərə kimi, bəlkə onu bağlayacağam. İkisindən olsa, lap qəşəng olar, səhərə kimi pul sənin əlində olacaq. Mən sənə söz verirəm, yəni yüzdə yüz olacaq. "İFRSRWYI" şərti ad altında olan şəxs: Qadan alım, daxrıxma, tələsmə. Sabah olmasın, biri gün olsun, lijbi salamatçılıq olsun. O 1 qram patını götür, pul elə at mənə, özü də nəyin var at mənə. Mən sənə patını 45 manata, kolanı da 50 manata verəcəyəm. At, mən nə götürdüm, nə atdım. At mənə nə götürdün. Məhkəmə-narkoloji ekspertizanın ##.##.2025-ci il tarixli, **** saylı rəyindən görünür ki, müayinə zamanı təqsirləndirilən şəxs2 İlqar oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. VSİS-dən alınan məlumata əsasən təqsirləndirilən şəxs2 İlqar oğlu ##.##.2022-ci il tarixdən Gəncə ND-da (F11X2) diaqnozu ilə dispanser qeydiyyatındadır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətində narkotik vasitəni satmaq niyyətinin olmaması dəlili barədə qeyd edir ki, həmin dəlil Telefona baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokolla təkzib olunur. Göstərilənlərə əsasən, məhkəmə apellyasiya şikayətində göstərilən dəlilləri, yəni təqsirləndirilən şəxs2 İlqar oğluna qarşı zor tətbiq edilməsi və ona işgəncə verilməsini əsassız iddialar kimi qəbul edir. Müdafiə tərəfi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini təzyiq və təsirlə, ona qarşı işgəncə və amansız rəftar edilməsi ilə əlaqələndirsə də, bu əsassız olmaqla iş materialları ilə təkzib edilmişdir. Apellyasiya baxışı nəticəsində məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxs2 İlqar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü və 315-ci maddələri ilə, İsgəndərzadə Sevinc Yaqub qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törətməkdə təqsirli olmaları düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla bərabər, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2024-cü il tarixli Qərarındakı tövsiyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslər və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, iş materiallarında olan digər sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, təqsirləndirilən şəxs2 İlqar oğlunun apellyasiya şikayətində göstərdiyi halları artıq hökmündə tədqiq etməklə, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək təqsirləndirilən şəxs2 İlqar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü və 315-ci maddələri ilə, İsgəndərzadə Sevinc Yaqub qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs2 İlqar oğlunun apellyasiya şikayətinin ona bəraət verilməsi xahişi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin hazırki cinayət işi üzrə yuxarıda qeyd edilən heç bir halın mövcud olmaması, apellyasiya şikayəti formal mülahizələrə əsaslanması təqsirləndirilən şəxs2 İlqar oğlunun barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Mübahisələndirilən hökmdən göründüyü kimi birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 İlqar oğlunun əməlində cinayətin xüsusilə təhlükəli residivin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi və təqsirləndirilən şəxs2 İlqar oğlunun cəzanı yüngülləşdirən hallar müəyyən etmədən, həmçinin təqsirləndirilən şəxs İsgəndərzadə Sevinc Yaqub qızının himayəsində 1 azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədən habelə təyin olunan cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxs2 İlqar oğluna Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 315-ci maddəsi 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs2 İlqar oğluna qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, İsgəndərzadə Sevinc Yaqub qızına isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə təqsirləndirilən şəxslərin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları halları nəzərə almaqla, onlara təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edərkən düzgün olaraq təqsirləndirilən şəxslərin həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Buna görə də məhkəmə kollegiyası İsgəndərzadə Sevinc Yaqub qızının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə hər hansı əsas müəyyən etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli və təqsirləndirilən şəxs2 İlqar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü və 315-ci maddələri ilə, İsgəndərzadə Sevinc Yaqub qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a l ı r: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 İlqar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs İsgəndərzadə Sevinc Yaqub qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. təqsirləndirilən şəxs2 İlqar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü və 315-ci maddələri ilə, İsgəndərzadə Sevinc Yaqub qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili İsgəndərov Abdulla İsfəndiyar oğlu tərəfindən məhkum edilmiş şəxs İsgəndərzadə Sevinc Yaqub qızının hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev
Məhkəmə qərarları › İş №1(3-6)-662/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-662/2026
30.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver