Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-663/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI ## ##### 1985-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda müvəqqəti qeydiyyatda olmaqla, ünvan 7 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanasında həbsdə saxlanılan X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ****/**** saylı, ## ##### 2026-cı il tarixli hökmündən təqsirləndirilən X20 müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli hökmü ilə (sədrlik edən hakim X19, hakimlər X10 və X4 ibarət tərkibdə) X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onun 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, X20 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması, X20 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, X20 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi, X20 barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. Işin halları: X20 ittiham elan olunmuşdur ona görə ki, o, X20baqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində, avtomobildə və yaşadığı mənzildə saxlayaraq daşımışdır. Ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, X20suz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan Iran Islam Respublikasının vətəndaşı Rza adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq, narkotik maddələrin qoyulacağı ünvanlar barədə Iran Islam Respublikası vətəndaşı Rza adlı şəxsdən məlumat aldıqdan sonra qanunsuz olaraq külli miqdarda olmaqla təmiz çəkisi 118,962 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, xeyli miqdarda təmiz çəkisi 12,110 qram kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəki, külli miqdarda ümumi təmiz çəkisi 3093,49 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və üzərində “Methadone 40” yazıları olan 10 ədəd blisterdə, külli miqdarda olmaqla tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 4 qram təşkil edən 100 ədəd narkotik vasitə hesab edilən metadon dərman tabletlərini əldə edib ## ###### 2025-ci il tarixdə üzərində və avtomobildə saxlamaqla ünvan 3 ünvanına daşımış və yaşadığı ünvan 4 ünvanında saxlamış, ## ###### 2025-ci il tarixdə saat 16:00 radələrində idarə etdiyi “Ford Fusion” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol hərəkəti qaydalarını pozduğuna görə Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin X1 Şöbəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanında saxlanılaraq, Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi 1 ünvanında yerləşən Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 17-ci Polis Şöbəsinə gətirilərək üzərində videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 10,395 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda ümumi təmiz çəkisi 12,110 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək və sağ ayağında olan corabın iç hissəsindən 01 ədəd bükümdə təmiz çəkisi 0,13 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldükdən sonra, həmin gün saat 19:10-da Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 17-ci Polis Şöbəsinin inzibati binasının həyətində videoçəkilişdən istifadə edilməklə idarə etdiyi “Ford Fusion” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa yük yerindən 01 ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 108,567 qram olan ağ rəngli kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 3.070 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində “Methadone 40” yazıları olan 10 ədəd blisterdə, külli miqdarda olmaqla tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 4 qram təşkil edən 100 ədəd metadon dərman həbləri və həmin gün saat 20:10 radələrində yaşadığı ünvan 5 ünvanına videoçəkilişdən istifadə edilməklə keçirilən baxış zamanı mənzilin eyvanında olan plastik dolabın içərisindən 03 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 16,66 qram, 3,24 qram, 3,46 qram olmaqla xeyli miqdarda 23,36 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Birinci instansiya məhkəməsi X20 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri: Hökmdən dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protesti verərək, X21 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli hökmünün ləğv edilməsi, Daniial Alievin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib cəza təyin edilməklə barəsində yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. APELLYASİYA PROTESTİ BELƏ ƏSASLANDIRILMIŞDIR Kİ, MƏHKƏMƏ DANİİAL ALİEVİN CİNAYƏT ƏMƏLİNİ AZƏRBAYCAN RESPUBLİKASI CİNAYƏT MƏCƏLLƏSİNİN 234.4.1 VƏ 234.4.3-CÜ MADDƏLƏRİNDƏN HƏMİN MƏCƏLLƏNİN 234.1-Cİ MADDƏSİNƏ TÖVSİF ETMİŞDİR. MƏHKƏMƏ BAXIŞI ZAMANI DÖVLƏT İTTİHAMÇISI QİSMİNDƏ ÇIXIŞINDA DANİİAL ALIYEVƏ AZƏRBAYCAN RESPUBLİKASI CİNAYƏT MƏCƏLLƏSİNİN 234.4.1 VƏ 234.4.3-CÜ MADDƏLƏRİ TƏQSİRLİ BİLİNƏRƏK 08 (SƏKKİZ) İL 06 (ALTI) AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM ETMƏ CƏZASINA MƏHKUM EDİLMƏSİNİ MƏHKƏMƏYƏ TƏKLİF ETMİŞDİR. HESAB EDİR Kİ, BAKI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNİN *(***)-****/**** SAYLI, ## ##### 2026-CI İL TARİXLİ HÖKMÜ MƏHKƏMƏNİN GƏLDİYİ NƏTİCƏLƏRİN İŞİN FAKTİKİ HALLARINA UYĞUN OLMAMASI VƏ CİNAYƏT QANUNUN NORMASININ DÜZGÜN TƏTBİQ EDİLMƏMƏSİ ƏSASI İLƏ LƏĞV EDİLMƏLİ, DANİİAL ALIYEVI BARƏSİNDƏ AZƏRBAYCAN RESPUBLİKASI CİNAYƏT MƏCƏLLƏSİNİN 234.4.1 VƏ 234.4.3-CÜ MADDƏLƏRİ İLƏ YENİ İTTİHAM HÖKMÜ ÇIXARILMALIDIR. MƏHKƏMƏDƏ TƏQSİRLƏNDİRİLƏN ŞƏXS DANİİAL ALİEV İBTİDAİ İSTİNTAQDAKI İFADƏSİNDƏN FƏRQLİ OLARAQ ÜZƏRİNDƏN AŞKAR OLUNMUŞ 01 ƏDƏD BÜKÜMDƏ 10.395 QRAM METAMFETAMİN VƏ 01 BÜKÜMDƏ 12,110 QRAM TİRYƏKİN, ELƏCƏ DƏ ONUN AVTOMOBİLİNDƏN AŞKAR EDİLMİŞ 01 ƏDƏD BÜKÜMDƏ 108,567 QRAM METAMFETAMİN, 01 ƏDƏD BÜKÜMDƏ 3.070 QRAM QURUDULMUŞ MARİXUANA VƏ TƏSİREDİCİ MADDƏSİNİN ÜMUMİ MİQDARI 4 QRAM TƏŞKİL EDƏN 100 ƏDƏD METADON DƏRMAN HƏBLƏRİNİN ONA MƏXSUS OLMADIĞINI, LAKİN ÜZƏRİNDƏN 01 ƏDƏD BÜKÜMDƏ 0,13 QRAM QURUDULMUŞ MARİXUANA VƏ ONUN YAŞADIĞI MƏNZİLƏ KEÇİRİLƏN BAXIŞ ZAMANI AŞKAR EDİLMİŞ 03 ƏDƏD BÜKÜMDƏ 23.36 QRAM QURUDULMUŞ MARİXUANANIN ONA MƏXSUS OLMASINI VƏ ŞƏXSİ İSTİFADƏSİ UÇUN ƏLDƏ ETDİYİNİ BİLDİRMİŞDİR. TƏQSİRLƏNDİRİLƏN ŞƏXSİN MƏHKƏMƏ İSTİNTAQI ZAMANI AZƏRBAYCAN RESPUBLİKASI CİNAYƏT MƏCƏLLƏSİNİN 234.4.1 VƏ 234.4.3-CÜ MADDƏLƏRİ İLƏ ELAN EDİLMİŞ İTTİHAM ÜZRƏ ÖZÜNÜ TƏQSİRLİ BİLMƏMƏSİ ÖZÜNÜ MÜDAFİƏ KİMİ QİYMƏTLƏNDİRİLMƏLİ OLDUĞU HALDA MƏHKƏMƏ QEYD EDİLƏN BU XÜSUSATI DÜZGÜN DƏYƏRLƏNDİRMƏMƏKLƏ SƏHV MÖVQE SƏRGİLƏMİŞ VƏ BU DA TƏQSİRLƏNDİRİLƏN ŞƏXS BARƏSİNDƏ ƏSASSIZ HÖKMÜN ÇIXARILMASI İLƏ NƏTİCƏLƏNMİŞDİR. AŞAĞIDA QEYD OLUNANLARA ƏSASƏN HESAB EDİR Kİ, MƏHKƏMƏNİN GƏLDİYİ NƏTİCƏLƏR İŞİN FAKTİKİ HALLARINA UYĞUN OLMAMIŞDIR. CİNAYƏT İŞİ MATERİALLARINDAN GÖRÜNÜR Kİ, MƏHKƏMƏ TƏQSİRLƏNDİRİLƏN ŞƏXS DANİİAL ALIYEVIN İSTİNTAQ ZAMANI VERDİYİ İFADƏSİ İLƏ MƏHKƏMƏ İSTİNTAQI ZAMANI VERDİYİ İFADƏLƏRİ ZİDDİYƏT TƏŞKİL ETMİŞDİR. ALİEV DANİİAL FƏRMANOVİÇİN ÜZƏRİNƏ, AVTOMOBİLİNƏ VƏ MƏNZİLİNƏ MÜDAFİƏÇİNİN İŞTİRAKI İLƏ KEÇİRİLMİŞ VİDEO ÇƏKİLİŞ APARILMAQLA KEÇİRİLMİŞ BAXIŞ ZAMANI İTTİHAMDA QEYD EDİLƏN QURUDULMUŞ MARİXUANA, TİRYƏK, METAMFETAMİN VƏ METADON HƏBLƏRİ AŞKAR EDİLİB GÖTÜRÜLMÜŞDÜR. HƏMİN VİDEO ÇƏKİLİŞ MƏHKƏMƏ İSTİNTAQI ZAMANI TƏDQİQ EDİLƏRKƏN DANİİAL ALIYEVİN SƏRBƏST ŞƏKİLDƏ HƏR HANSI TƏHDİD OLMADAN ÜZƏRİNDƏN, AVTOMOBİLİNDƏN VƏ MƏNZİLİNDƏN AŞKAR EDİLMİŞ QEYD EDİLƏN NARKOTİK VASİTƏLƏR VƏ PSİXOTROP MADDƏLƏRİ TƏHQİQAT ORQANINA KÖNÜLLÜ TƏQDİM EDİR, ONUN VƏ MÜDAFİƏÇİNİN İŞTİRAKI İLƏ QABLAŞDIRLIR, ÖZÜ VƏ MÜDAFİƏÇİSİ TƏRƏFİNDƏN İMZALANIR VƏ TƏHQİQAT ORQANI TƏRƏFİNDƏN MÖHÜRLƏNİR. IBTİDAİ İSTİNTAQ ZAMANI D.ALİEV ÖZÜ İFADƏSİNDƏ NARKOTİK VASİTƏLƏRİ VƏ PSİXOTROP MADDƏLƏRİ IRAN ISLAM RESPUBLİKASININ VƏTƏNDAŞI RZA ADLI ŞƏXSDƏN ƏLDƏ ETDİYİNİ, ELƏCƏ DƏ ÜZƏRİNDƏN, AVTOMOBİLİNDƏN VƏ MƏNZİLİNDƏN AŞKAR EDİLMİŞ QEYD EDİLƏN NARKOTİK VASİTƏLƏR VƏ PSİXOTROP MADDƏLƏRİN ONA MƏXSUS OLDUĞUNU BİLDİRMİŞDİR. HƏTTA MƏHKƏMƏ HÖKMÜNDƏ GÖSTƏRMİŞDİR Kİ: "MƏHKƏMƏ İSTİNTAQINDA TƏQSİRLƏNDİRİLƏN ŞƏXS İFADƏ VERƏRƏK SAXLANILDIQDAN SONRA POLİS ƏMƏKDAŞLARI TƏRƏFİNDƏN DÖYÜLMƏYƏ VƏ İŞGƏNCƏLƏRƏ MƏRUZ QALDIĞINI BİLDİRMİŞDİR. MƏHKƏMƏ TƏQSİRLƏNDİRİLƏN ŞƏXSİN HƏMİN İFADƏSİNİ İNANDIRICI VƏ AĞLABATAN HESAB ETMİR. GÖRÜNDÜYÜ KİMİ, D.ALİEVİN ƏMƏLİYYAT- AXTARIŞ ZAMANI ONUN SAXLANILDIĞI ANDAN İBTİDAİ İSTİNTAQ ORQANI TƏRƏFİNDƏN APARILMIŞ İSTİNTAQ HƏRƏKƏTLƏRİ DÖVRÜNƏDƏK ONA ZORAKILIQ HƏDƏ-QORXU, ALDATMA, İŞGƏNCƏ VƏ DİGƏR QƏDDAR, QEYRİ-İNSANİ, YAXUD LƏYAQƏTİ ALÇALDAN HƏRƏKƏTLƏRİN TƏTBİQ EDİLMƏSİ, MÜDAFİƏ HÜQUQUNUN POZULMASI HALLARI OLMAMIŞDIR. BELƏ Kİ, MƏHKƏMƏ HÖKMDƏ HƏMİN ZİDDİYYƏTLƏRİN ARADAN QALDIRILMASI İLƏ BAĞLI DANİİAL ALIYEVİN İBTİDAİ İSTİNTAQDA VERDİYİ İFADƏSİNİ GÖSTƏRMƏMİŞ VƏ HÖKMDƏ DANİİAL ALİEVİN MƏHKƏMƏ İSTİNTAQINDA VERDİYİ İFADƏSİNİ GÖSTƏRMƏKLƏ BİRTƏRƏFLİ ARAŞDIRMA APARMIŞ VƏ NƏTİCƏDƏ DÜZGÜN HÖKM ÇIXARMAMIŞDIR. BUNDAN ƏLAVƏ, CİNAYƏT İŞ ÜZRƏ ŞAHİD QİSMİNDƏ DİNDİRİLMİŞ ŞAHİD3 VƏ ŞAHİD2 İBTİDAİ İSTİNTAQDA VƏ MƏHKƏMƏDƏ VERDİYİ İFADƏLƏRİ ARASINDA ZİDDİYYƏTLƏRLƏ BAĞLI MÜQAYİSƏ APARILMAMIŞ VƏ YANLIŞLIĞA YOL VERMƏKLƏ YEKUNDA DÜZGÜN QƏRARA GƏLMƏMİŞDİR. BELƏ Kİ, MƏHKƏMƏDƏ TƏRƏFİNDƏN ŞAHİD TOĞRUL HƏSƏNQULİYEVƏ VƏ ŞAHİD2 İBTİDAİ İSTİNTAQDA VƏ MƏHKƏMƏDƏ VERDİYİ İFADƏLƏRİ ARASINDA ZİDDİYYƏTLƏRLƏ BAĞLI VERİLMİŞ SUALLARA CAVAB OLARAQ T.HƏSƏNQULİYEV İBTİDAİ İSTİNTAQDA VERDİYİ İFADƏSİNİ TƏSDİQLƏDİYİNİ BİLDİRMİŞ, ŞAHİD2 İSƏ İBTİDAİ İSTİNTAQDA VERDİYİ İFADƏLƏRƏ UYĞUN CAVABLAR VERMİŞDİR. BUNDAN BAŞQA, MƏHKƏMƏ HÖKMÜNDƏ DANİİAL ALIYEVİN QABAQCADAN ƏLBİR OLAN BİR QRUP ŞƏXS HALINDA QEYD EDİLƏN CİNAYƏTİN TÖRƏDİLMƏSİ İLƏ BAĞLI DÜZGÜN NƏTİCƏYƏ GƏLMƏMİŞDİR. BELƏ Kİ, ƏMƏLİN QABAQCADAN ƏLBİR OLAN BİR QRUP ŞƏXS HALINDA TÖRƏDİLƏN CİNAYƏT KİMİ XARAKTERİZƏ ETMƏK ÜÇÜN AŞAĞIDAKI QEYD EDƏCƏYİ ƏLAMƏTİN HAMISININ OLMASI ZƏRURİDİR. 1. HƏR BİR İŞTİRAKÇININ HƏRƏKƏTİNİN BAŞQASININ HƏRƏKƏTİ ÜÇÜN ŞƏRT OLMASI VƏ BİR BİRİNİ TAMAMLAMASI; 2. KRİMİNAL ƏMƏLİN VƏ YA İCTİMAİ TƏHLÜKƏLİ NƏTİCƏNİN BÜTÜN İŞTİRAKÇILAR ÜÇÜN ÜMUMİ OLMASI; 3. HƏR BİR İŞTİRAKÇININ ƏMƏLİ İLƏ KRİMİNAL NƏTİCƏ ARASINDA SƏBƏBLI ƏLAQƏNİN OLMASI; 4 BÜTÜN İŞTİRAKÇILAR ÜÇÜN ÜMUMİ OLAN QƏSDİN MƏZMUNUNUN VAHİD NƏTİCƏYƏ NAİL OLMAĞA İSTİQAMƏTLƏNMƏSİ. TƏQSİRLƏNDİRİLƏN ŞƏXS DANİİAL ALİEV İN İBTİDAİ İSTİNTAQDA VERDİYİ İFADƏSİNDƏN GÖRÜNÜR Kİ, NARKOTİK VASİTƏLƏRİ VƏ PSİXOTROP MADDƏLƏRİ IRAN ISLAM RESPUBLİKASININ VƏTƏNDAŞI RZA ADLI ŞƏXSDƏN ALMIŞDIR "NARKOTİK VASİTƏLƏRDƏN İSTİFADƏ ETMƏYƏ BAŞLAYANDA SOSİAL ŞƏBƏKƏLƏRDƏ IRAN ISLAM RESPUBLİKASININ VƏTƏNDAŞI KİMİ TANIDIĞI RZA ADLI ŞƏXSLƏ TANIŞ OLMUŞDUR. RZA ONA BİLDİRMİŞDİR Kİ, NARKOTİK VASİTƏ VƏ PSİXATROP MADDƏ LAZIM OLAN ZAMAN ONDAN ALA BİLƏR. BUNA GORƏ DƏ O, BİR NEÇƏ DƏFƏ RZANIN VASİTƏSİ İLƏ NARKOTİK VASİTƏ VƏ PSİXOTROP MADDƏ ƏLDƏ EDƏRƏK İSTİFADƏ ETMİŞDİR" (CİLD 2 SƏH. 26-29) HALBUKİ, CİNAYƏT İŞİNİN MATERİALLARINDAN BAŞQA CİNAYƏT İŞİNİN AYRILMASI VƏ İCRAATA QƏBUL EDİLMƏSİ HAQQINDA ##.##.2025-Cİ İL TARİXLİ QƏRARDAN GÖRÜNÜR Kİ, ********* SAYLI CİNAYƏT İŞİNİN MATERİALLARINDAN X21 KÜLLİ MİQDARDA NARKOTİK VASİTƏ TİRYƏKİ, NARKOTİK VASİTƏ QURUDULMUŞ MARİXUANANI, PSİXOTROP MADDƏ METAMFETAMİNİ VƏ METADON HƏBLƏRİNİ ƏLDƏ ETDİYİ MƏNBƏNİ VƏ RZA ADLI ŞƏXSİN MÜƏYYƏN EDİLMƏSİ ÜÇÜN AZƏRBAYCAN RESPUBLİKASI CİNAYƏT MƏCƏLLƏSİNİN 234.4.1 VƏ 234.4.3-CÜ MADDƏLƏRİ İLƏ ********* SAYLI CİNAYƏT İŞİ AYRILMIŞ VƏ İCRAATA QƏBUL EDİLMİŞDİR (CİLD 2. İŞ VƏRƏQİ 1-3). MƏHKƏMƏ BİOLOJİ EKSPERTİZASININ ##.##.2025-Cİ İL TARİXLİ, */** NÖMRƏLİ VƏ MƏHKƏMƏ FİZIKİ-KIMYƏVİ EKSPERTİZASININ ##.##.2025-Cİ İL TARİXLİ, */** NÖMRƏLİ RƏYLƏRİ İLƏ MÜƏYYƏN EDİLMİŞDİR Kİ, MATERİALLARINDAN X20 ÜZƏRİNDƏN, AVTOMOBİLİNDƏN VƏ MƏNZİLİNDƏN AŞKAR OLUNMUŞ 04 ƏDƏD BÜKÜMDƏ İLKİN TƏMİZ ÇƏKİSİ 3093.49 QRAM OLAN NARKOTİK VASİTƏ QURUDULMUŞ MARİXUANA 02 ƏDƏD BÜKÜMDƏ İLKİN TƏMİZ ÇƏKİSİ 118.962 QRAM OLAN PSİXOTROP MADDƏ METAMFETAMİN, 01 ƏDƏD BÜKÜMDƏ İLKİN TƏMİZ ÇƏKİSİ 12.110 QRAM OLAN NARKOTİK VASİTƏ ASETİLƏ EDİLƏN TİRYƏK, 100 ƏDƏD NARKOTİK VASİTƏ OLAN METADON HƏBLƏRİ AŞKAR EDİLMİŞDİR. IŞ MATERİALLARINA SÖYKƏNƏRƏK QEYD EDİLMƏLİDİR Kİ, DANİİAL ALİEVİN HƏMİN PSİXOTROP MADDƏLƏRİ VƏ NARKOTİK VASİTƏLƏRİ ÜZƏRİNƏ, MƏNZİLİNƏ VƏ AVTOMOBİLİNƏ QOYARAQ TUTULMA TƏHLÜKƏSİNİ DƏRK ETDİYİ HALDA KÜÇƏYƏ ÇIXMASI, GƏZDİRMƏSİ, QEYD EDİLƏN PSİXOTROP MADDƏLƏRİ VƏ NARKOTİK VASİTƏLƏRİ ŞƏXSİ İSLEHLAK MİQDARINDAN DƏFƏLƏRLƏ ARTIQ MİQDARDA ƏLDƏ ETMƏSİ FAKTI ƏMƏLİN TÖVSİFİ ZAMANI MƏHKƏMƏ TƏRƏFİNDƏN NƏZƏRƏ ALINMAMIŞDIR. QEYD EDİLƏNLƏR D.ALİEV TƏRƏFİNDƏN PSİXOTROP MADDƏLƏRİ VƏ NARKOTİK VASİTƏLƏRİ MƏHZ SATIŞ MƏQSƏDİ İLƏ ƏLDƏ ETMƏSİNİ SÜBUT EDƏN AMİLLƏRDƏNDİR. HƏMÇİNİN NƏZƏRƏ ALMAQ LAZIMDIR Kİ, “ŞƏXSİN CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB EDİLMƏSİNƏ ƏSAS VERƏN NARKOTİK VASİTƏLƏRİN VƏ PSİXOTROP MADDƏLƏRİN XEYLİ, KÜLLİ VƏ XÜSUSİLƏ KÜLLİ MİQDARLARINA GORƏ SİYAHILARININ TƏSDİQ EDİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ ## #### 2005-CI IL TARİXLİ QANUNA VƏ HƏMİN QANUNLA TƏSDİQ EDİLMİŞ SİYAHILARA ƏSASƏN QURUDULMUŞ MARİXUANANIN XEYLİ MİQDAR DAXİL OLMAQLA YUXARI HƏDDİ 5 QRAM, KÜLLİ MİQDARI 500 QRAM, METMFETAMININ XEYLİ MİQDAR MİQDARI 0,15 QRAM, KÜLLİ MİQADARI 2 QRAM, METADONUN XEYLİ MİQDARI 0,02 QRAM KÜLLİ MİQDARI 1.6 QRAM VƏ TİRYƏKİN XEYLİ MİQDAR MİQDARI 0,5 QRAM, KÜLLİ MİQADARI 5 QRAM MÜƏYYƏN EDİLMİŞDİR. GÖRÜNDÜYÜ KİMİ, DANİİAL ALİEV DƏN AŞKAR OLUNMUŞ NARKOTİK VASİTƏLƏRİN VƏ PSİXOTROP MADDƏLƏRİN KÜLLİ MİQDARDA OLMASI SONUNCUNUN HƏMİN NARKOTİK VASİTƏNİ MƏHZ SATIŞ MƏQSƏDİLƏ ƏLDƏ ETMƏSİNƏ VƏ DAŞIYARAQ SAXLAMASINA DƏLALƏT EDƏN HALLARDAN BİRİDİR. HƏMÇİNİN, HÖKMDƏN GÖRÜNDÜYÜ KİMİ, MƏHKƏMƏNİN GƏLDİYİ NƏTİCƏYƏ GÖRƏ DANİİAL ALIYEVEVIN NARKOTİK VASİTƏLƏRİN VƏ PSİXOTROP MADDƏLƏRİN SATMAQ ÜÇÜN HƏR HANSI ŞƏXSLƏ VƏ YA ALICI İLƏ SÖVDƏLƏŞMƏSİNİN MÜƏYYƏN EDİLMƏSİ, NARKOTİK VASİTƏNİ SATMAĞA CƏHD ETMƏSİ HALLARI MÜƏYYƏN EDİLMƏMİŞ, HƏMİN HAL ONUN NARKOTİK VASİTƏLƏRİ SATIŞ MƏQSƏDİ İLƏ DEYİL, ÖZÜNÜN İSTİFADƏSİ ÜÇÜN ƏLDƏ ETMƏSİ QƏNAƏTİNƏ GƏLMƏK ÜÇÜN ƏSAS OLMUŞDUR. MƏHKƏMƏNİN GƏLDİYİ BU NƏTİCƏ İŞİN FAKTİKİ HALLARINA UYĞUN OLMAMAQLA REALLIĞI OZUNDƏ ƏKS ETDİRMİR. BELƏ Kİ, NARKOTİK VASİTƏNİN ŞƏXSİ İSTEHLAK MİQDARI HƏMİN NARKOTİK VASİTƏNİN NARKOMANİYA XƏSTƏLİYİNDƏN ƏZİYYƏT ÇƏKƏN ŞƏXSİN TƏLƏBATINI ÖDƏYƏCƏK HƏCMDƏ OLMASINI NƏZƏRDƏ TUTUR. HAZIRKI CİNAYƏT İŞİNDƏ İSƏ TƏQSİRLƏNDİRİLƏN ŞƏXS D.ALİEV DƏN AŞKAR OLUNMUŞ QURUDULMUŞ MARİXUANANIN ÇƏKİSİ XEYLİ MİQDARDAN, BAŞQA SÖZLƏ DESƏK ONUN GÜNDƏLİK EHTİYACININ YUXARI HƏDDİNDƏN 618 DƏFƏ, KÜLLİ MİQDARDAN İSƏ 6 DƏFƏDƏN, METADONUN ÇƏKİSİ XEYLİ MİQDARDAN 200 DƏFƏ, KÜLLİ MİQDARDAN 2,5 DƏFƏDƏN, TİRYƏKİN ÇƏKİSİ XEYLİ MİQDARDAN 24 DƏFƏ DƏFƏDƏN VƏ METAMFETAMİNİN ÇƏKİSİ XEYLİ MİQDARDAN 793 DƏFƏ, KÜLLİ MİQDARDAN 59,5 DƏFƏDƏN ÇOX OLMUŞDUR. MƏHKƏMƏ NARKOTİK VASİTƏNİ SATMAQ ÜÇÜN DANİİAL ALİEVİN HƏR HANSI ŞƏXSLƏ VƏ YA ALICI İLƏ SÖVDƏLƏŞMƏSİNİN MÜƏYYƏN EDİLMƏMƏSİNİ HÖKMDƏ QEYD EDİB HƏMİN HALIN D.ALİEV DƏN AŞKAR OLUNMUŞ NARKOTİK VASİTƏNİ SATIŞ MƏQSƏDİLƏ ƏLDƏ ETMƏSİNİ İSTİSNA EDƏN HAL KİMİ QƏBUL EDƏRKƏN NARKOTİK VASİTƏNİ SATIŞ MƏQSƏDİ İLƏ ƏLDƏ ETMİŞ DANİİAL ALİEVİN İSTEHLAKÇINI SONRADAN MÜƏYYƏNLƏŞDİRMƏSİ, ONLARIN ARASINDA RAZILIĞIN SONRADAN BAŞ TUTMASI, BU BARƏDƏ SÖVDƏLƏŞMƏNİN SONRADAN OLACAĞI, SİFARİŞƏ UYĞUN OLARAQ NARKOTİK VASİTƏNİN KÜLLİ MİQDARDA ƏLDƏ EDİLMƏSİNİ NƏZƏRƏ ALMAMIŞDIR. ÜMUMİYYƏTLƏ, “NARKOTİK VASİTƏLƏRİN, PSIXOTROP MADDƏLƏRİN VƏ YA ONLARIN PREKURSORLARININ HABELƏ NARKOTİK VASİTƏLƏRƏ VƏ PSİXOTROP MADDƏLƏRƏ AİD OLMAYAN GÜCLÜ TƏSİR EDƏN VƏ ZƏHƏRLİ MADDƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNƏ DAİR CİNAYƏT İŞLƏRİ ÜZRƏ MƏHKƏMƏ TƏCRÜBƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİ PLENUMUNUN ## #### 2024-CÜ İL TARİXLİ QƏRARINDA TƏQSİRKAR ŞƏXSİN NARKOTİK VASİTƏLƏRİ SATMAQ NİYYƏTİNDƏ OLMASI MÜƏYYƏN EDİLƏRKƏN İSTEHLAKÇI İLƏ ƏVVƏLCƏDƏN RAZILIQ ƏLDƏ EDİLMƏSİ, NARKOTİK VASİTƏNİN HAZIRLANMASI ÜÇÜN AVADANLIĞIN OLMASI İLƏ YANAŞI BAŞQA SÜBUTLARIN, NARKOTİK VASİTƏNİN MİQDARININ VƏ İŞİN DİGƏR HALLARININ NƏZƏRƏ ALINMASI MƏHKƏMƏLƏRƏ TÖVSİYYƏ EDİLSƏ DƏ, HAZIRKİ CİNAYƏT İŞİ ÜZRƏ MƏHKƏMƏ YALNIZ HƏR HANSI İSTEHLAKÇI İLƏ RAZILIQ ƏLDƏ EDİLMƏSİ FAKTININ AŞKAR EDİLMƏMƏSİ VƏ S. KİMİ HALA ƏSASLANMIŞ, LEYLA MUSAYEVADAN AŞKAR OLUNMUŞ NARKOTİK VASİTƏ QURUDULMUŞ MARİXUANA VƏ METADONUN MİQDARINI VƏ İŞİN YUXARIDA SADALANAN DİGƏR HALLARINI NƏZƏRƏ ALMAMIŞDIR. YUXARIDA SADALANAN HALLARIN MƏCMUSUNDAN GÖRÜNÜR Kİ, MƏHKƏMƏ ƏMƏLİN TÖVSİFİNDƏ DÜZGÜN MÖVQE SƏRGİLƏMƏMİŞDİR. HAZIRKİ CİNAYƏT İŞİ ÜZRƏ DANİİAL ALİEVİN AZƏRBAYCAN RESPUBLİKASI CİNAYƏT MƏCƏLLƏSİNİN 234.4.1 VƏ 234 4 3-CU MADDƏLƏRİ İLƏ NƏZƏRDƏ TUTULMUŞ CİNAYƏT ƏMƏLİM TÖRƏTMƏSİ İŞ ÜZRƏ TOPLANILMIŞ VƏ MƏHKƏMƏ İSTİNTAQI ZAMANI TƏDQİQ EDİLMİŞ ŞAHİD İFADƏLƏRİ, EKSPERT RƏYLƏRİ, MADDİ SÜBUTLAR VƏ SAİR SƏNƏDLƏRLƏ KİFAYƏT QƏDƏR SÜBUTA YETİRİLMƏSİNƏ BAXMAYARAQ MƏHKƏMƏ QEYD EDİLƏN HALLARI DÜZGÜN NƏZƏRƏ ALMAMIŞ, İŞ ÜZRƏ MÖVCUD OLAN BÜTÜN SÜBUTLARI TAM VƏ HƏRTƏRƏFLİ QİYMƏTLƏNDİRMƏYƏRƏK OBYEKTİV NƏTİCƏYƏ GƏLMƏMİŞ, SÜBUTLARA QİYMƏT VERƏRKƏN YALNIZ TƏQSİRLƏNDİRİLƏN ŞƏXSİN ÖZÜNÜMÜDAFİƏ XARAKTERİ DAŞIYAN ZİDDİYYƏTLİ VƏ HADİSƏNİN OBYEKTİV SƏHNƏSİNƏ UYĞUN OLMAYAN MÖVQEYİNƏ ƏSASLANMIŞDIR. Hökmdən məhkum edilmiş X20 müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli hökmünün ləğv edilməsi, X30 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri sübuta yetirilmədiyindən həmin maddə ilə cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsinə dair yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Müdafiə tərəfi olaraq məhkəmənin bu mövqeyi ilə qətiyyən razılaşmır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəmə tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, ifadəsində göstərmişdir ki, ... avtomobilini usta yanına aparmaq üçün ünvan 2 saylı ünvanda yerləşən və şəhərin 8-ci km. bazarı (maşın bazarı) deyilən yerə aparmış və avtomobili ustaya təhvil verib oradan çıxarkən polis əməkdaşları tərəfindən, təxminən saat 11:00 radələrində saxlanılaraq Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 17ci Polis Şöbəsinə gətirilmişdir. Təxminən 11:20 radələrindən sonra o, 17-ci PB-nin müvəqqəti saxlama yerində olmuşdur. Iş materiallarından isə görünür ki, guya Danial həmin tarixdə, saat 16:00 radələrində yol polisi əmakdaşları tərəfindən ünvan 3 ünvanında saxlanılmışdır. Halbuki, həmin saatda Danial 17-ci PB-nin müvəqqəti saxlama yerində olmuşdur, avtomobili də sonradan polis əməkdaşları tərəfindən ustadan götürülərək bölmənin həyətinə gətirilmişdir. Məhkəmə istintaqında şahid qismində və ittihama görə təqsirləndirilən şəxsi saxlayan yol polis əməkdaşlarını məhkəmədə dindirərkən onlardan biri ifadəsində göstərdi ki, saat 16:00 radələrində sonradan adının Danial olduğunu bildikləri şəxs ünvan 3 ünvanında avtomobili ilə hərəkət edərkən telefonu avtomobilin pəncərəsindən çölə çıxararaq danışırdı və ona saxla işarəsi verdilər, lakin o, saxlamadı, biraz qabağa gedib avtomobilini saxladı və düşüb qaçmağa başladı. Bundan sonra məcburi gətirilmə qərarı ilə digər yol polis əməkdaşını məhkəmə iclasına gətirilərək ifadəsi alındı. O, ifadəsində göstərdi ki, ünvan 3 ünvanında avtomobili ilə hərəkət edərkən təhlükəsizlik kəmərini taxmadığı üçün saxla işarəsi verdilər, lakin o, saxlamadı və onlar idarə etdikləri avtomobili onun avtomobilinin qarşısına sürərək qabağını kəsdilər və o, məcburən saxladı. Bundan başqa saxlanıldığı gün Danialın anası ona 11:45-də ona votsap vasitəsilə mesaj göndərib, lakin telefonu bağlı olduğundan mesaj çatmamışdır, bu halı təsdiq edən sübut da iş materiallarına əlavə olunmuşdu, lakin məhkəmə ittihamedici hökm çıxararkən heç bir əsas gətirmədən göstərilən halları nəzərə almamışdır. Göstərilənlərlə yanaşı birinci instansiya məhkəməsində, məhkəmə istintaqı zamanı müdafiə tərəfi Nərimanov rayon Polis Idarəsinin 17ci Polis şöbəsinin rəisi polis Rı Ramil Cəbiyevin imzası ilə verilmiş ##.##.2026-cı il tarixli, **-*/*- ***/** saylı məktubu məhkəməyə təqdim etmişdir. Həmin məktubun məzmunundan görünür ki, müdafiəçinin sorğusuna cavab olaraq bildirilmişdir ki, ##.##.1985-ci il təvəllüdlü X20 Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, ##.##.2025-ci il tarixdə, saat 22:45-də Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 17-ci X22 hissəsinə təhvil verilmiş, ##.##.2025-ci il tarixdə, saat 00:05-də isə həmin şəxs Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin X25 təhvil verilmişdir. Təqsirləndirilən şəxs və şahidlərin ifadələrində qeyd etdiyi, habelə Nərimanov rayon Polis Idarəsinin 17-ci Polis şöbəsinin rəisinin verdiyi məktubda göstərilən halların obyektiv sübutlarla müqayisəli tədqiqinin aparılması məqsədilə məhkəmə “Şəhər, rayon xətt polis orqanlarına gətirilmiş şəxslərin” qeydiyyat kitabının məhkəməyə təqdim olunması və məhkəmə iclasında sözügedən qeydiyyat kitabına baxış keçirilməsini təmin etmək məqsədilə Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 17-ci Polis Şöbəsinə müvafiq sorğu göndərmişdir. Məhkəmə iclasına təqdim edilmiş Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 17-ci Polis şöbəsində aparılan “Şəhər, rayon xətt polis orqanlarına gətirilmiş şəxslərin” qeydiyyat kitabına baxış keçirilən zaman kitabın 5-ci və 6cı səhifələrində 32-ci bənddə X20 aid yazılarda “Kim tərəfindən gətirilmişdir” adlı bölmədəki əvvəlki yazının üzərindən ağardıcı maddə tətbiq olunmaqla düzəliş aparılmış, sonradan qara rəngli diyircəkli qələm vasitəsi ilə “YPX” yazılmışdır. “Gətirilmənin tarixi və saatı” adlı bölmədə isə “22:45” yazısının “22:45” hissəsi ağardıcı maddədən istifadə olunmaqla silinmiş, qara rəngli diyircəkli qələm vasitəsi ilə “16:48” yazılmışdır. Qeyd edilir ki, bu göstərilənləri məhkəmə hökmündə qeyd etsə də, lakin hökm çıxararkən nəzərə almamışdır. Çox təəssüflər olsun ki, birinci instansiya məhkəməsi müşavirə otağında hökm çıxararkən bu halların heç birini nəzərə almamış, nəticədə qanunsuz və əsassız olaraq ittihamedici hökm çıxarmışdır. Halbuki, ittiham aktında göstərilnlərin heç biri məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən hesab edir ki, hüquqlarını müdafiə etdiyi X30 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri olmadığından və ya sübuta yetirilmədiyindən apellyasiya qaydasında hökm ləğv edilməli, həmin maddə ilə cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməlidir. Qeyd edir ki, D.Aliev ailəlidir, himayəsində bir azyaşlı övladı vardır, daimi yaşayış yeri məlumdur, əməli sübuta yetirilməmişdir. Odur ki, hesab edir ki, bütün bu hallar müşavirə otağında yenidən qiymətləndirilməli və nəzərə alınmalıdır. Apellyasiya protestinə və apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X17 verilmiş apellyasiya protestini müdafiə və apellyasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından apellyasiya protestinin təmin edilməsini, hökmün ləğv edilməsi, Daniial Alievin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234 4 3-cu maddələri ilə təqsirli bilinib cəza təyin edilməklə barəsində yeni ittiham hökmü çıxarılmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş X20 və müdafiəçisi müdafiəçi2 ayrıayrılıqda apellyasiya şikayətini müdafiə və apellyasiya protestinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməsini, hökmünün ləğv edilməsi, X30 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri sübuta yetirilmədiyindən həmin maddə ilə cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsinə dair yeni hökm çıxarılmasını, apellyasiya protestinin təmin edilməməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək, belə hesab edir ki, əsassız olduğu üçün apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin və apellyasiya protestinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya protestinin dəlillərindən görünür ki, Daniial Alievin əməlinin hüquqi tövsifi mübahisələndirilərək, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxsin və müdafiəçinin apellyasiya baxışı zamanı şikayətin dəlilləri barədə çıxışlarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinin sübuta yetirilmədiyi qeyd edilərək şəxsə bəraət verilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası apellyasiya protesti və apellyasiya şikayətinə dair mövqeyi ilə bağlı aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən aşağıdakı sübutları tədqiq etmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, maşınında nasazlıqlar olduğu üçün təmir etdirmək istəmiş, 07 yanvar tarixində, təxminən saat 10:00 radələrində maşın ustası ona zəng edərək təmir üçün yanına çağırmışdır. Beləliklə, yaşadığı Nərimanov rayonu ərazisindən Babək prospektinə tərəf getmiş, maşın bazarının yanında yerləşən avtotəmir yerinə yaxınlaşmış, ustaya zəng etmişdir. Usta çölə çıxmış, ustaya maşını göstərmiş, nə kimi problemləri olduğunu izah etmişdir. Usta ondan maşında qiymətli əşyası olub-olmadığını soruşmuşdur, çünki maşın iki gün təmir yerində qalacaqmış. O da heç bir qiymətli əşyası olmadığını deyib maşını münasib yerdə saxlamış, açarı da ustaya təhvil vermişdir. Usta ilə 30- 40 saniyə söhbət etmiş, bu zaman polis əməkdaşları yaxınlaşmış, həm onu, həm ustanı, həm də ustanın yanında işləyən başqa bir gənci saxlayaraq Polis bölməsinə gətirmişlər. Bölmədə olan zaman polis əməkdaşları ondan üzərində narkotik vasitə olubolmadığını soruşmuşlar. Onun da həmin vaxtlarda evində saxladığı 15-20 qram çəkidə marixuanası var imiş. Polis əməkdaşları soruşan zaman evində narkotik vasitə olduğunu etiraf etmişdir. Daha sonra ondan maşınının açarını istəmişlər, o, maşının açarının ustada olduğunu bildirmişdir. Polis əməkdaşları maşının açarını ustadan götürmüş, sonra da gedib həmin maşını Idarənin həyətinə gətirmişlər. O, saxlanılan zaman saat 11:00 radələrində imiş. Axşam saatlarında polis əməkdaşları onu Idarənin həyətinə aparmışlar. Bağlamalar təqdim edərək bağlamaları maşının baqajına yerləşdirəcəklərini, onun da videoçəkiliş zamanı bağlamaları bir-bir çıxardaraq içərilərində narkotik vasitə olduğunu deyəcəyini bildirmişlər. Təzyiq altında olduğu üçün bütün deyilənlərlə razılaşmışdır. Maşının baqajından çıxan narkotik vasitələrin heç biri ona aid deyil, yalnızca evində saxladığı 15-20 qram çəkidəki marixuananı təsdiq edir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs X20 bildirdi ki, 10 ilə yaxın müddət ərzində narkotik vasitə istifadə edir. O, əvvəllər Dağıstanda yaşamışdır. Azərbaycana iki ay imiş ki, gəlmişdir. Narkotik vasitələri tanışlarının vasitəsi ilə əldə etmişdir. Idarədə olan zaman iki nəfər DYPI-nin əməkdaşı gəlmiş, onlardan biri ona yaxınlaşaraq bağlamalardakı narkotik vasitələrin ona aid olub-olmadığını soruşmuşdur. O isə heç birinin özünə aid olmadığını demişdir. Həmin şəxs yanındakı əməkdaşına bunu bildirmiş, ikisi də onun üzünə təəccüblə baxmağa başlamışlar. Lakin qısa müddət sonra polis əməkdaşları öz planlarını həyata keçirməyə başlamışlar. Cinayət işi materiallarında onun əvvəlcədən X1 Idarəsinin əməkdaşları tərəfindən saxlanıldığı qeyd olunmuşdur, lakin belə bir hal baş verməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində çox az miqdarda marixuana var imiş. Belə ki, o, evdən çıxan zaman həmin bükümdəki marixuanadan bir qədər istifadə etmiş, az miqdarı qalmışdır. Saxlanılarkən üzərində həmin narkotik vasitə olmuşdur. Polis əməkdaşlarına saxlanılan zaman evində marixuana olduğunu etiraf etmişdir. Maşınında heç bir qanunsuz vasitə olmamışdır, çünki o, maşınını təmir olunması üçün avtoservisə gətirmiş, iki gün də orada qalacağına dair usta ilə razılaşmışdır. Corabının içərisində marixuana olmuşdur. O, evdən çıxdıqdan sonra maşını işə salmış, bu müddət ərzində marixuana istifadə etmiş, bükümdə çox az miqdarda qalmışdır, atmamaq üçün boş olan siqaret qabının içərisinə yerləşdirmiş, daha rahat olduğu üçün də siqaret qabını corabının içərisinə qoymuşdur. Polis əməkdaşları tərəfindən saxlanılacağını heç düşünməmişdir. Maşında aşkar olunan dərman preparatları ilə bağlı heç bir məlumatı olmamışdır. Idarədə olan zaman polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalmışdır. Polis əməkdaşları seyfdən böyük həcmli bükümdə narkotik vasitə çıxararaq boynuna götürməsini istəmişlər, bu zaman onlardan niyə belə hərəkət etdiklərini soruşmuş, soruşan kimi də döyməyə başlamışlar. O, döyülən zaman tamamilə stressli, qorxmuş vəziyyətdə imiş, polis əməkdaşları onun hər yerinə vurmuşlar. Onu döyən polis əməkdaşlarının adlarını xatırlamır. Idarəyə aparıldığı andan polis əməkdaşları tərəfindən döyülməyə başlanılmışdır. X1 Idarəsinin əməkdaşları tərəfindən saxlanılmamışdır. Polis əməkdaşları onu avtoservis yerində saxlamışlar. Polis əməkdaşlarının onu avtoservis yerində saxlayaraq maşına mindirib Idarəyə aparmasını təsdiq edəcək şəxslər vardır. Polis əməkdaşları təkcə onu deyil, avtoservis yerində olan digər ustaları da saxlayıb Idarəyə aparmışlar. Saxlanılan ustalar sonradan azadlığa buraxılmışlar. Onun maşınını Idarəyə gətirən əməliyyatçıların kim olduğu barədə məlumatı yoxdur. O, telefonu pəncərədən çölə çıxardıb danışmamışdır. Şahid şahid3 də ilk dəfə bölmədə görmüşdür. Maşını gətirib yük hissəsini açmışlar. Ona çəkiliş zamanı nə deməli olduğunu öyrətmişlər. Onu dubinka ilə döymüş, hədə-qorxu gəlmişlər. Döyə-döyə otaqların birinə aparmışlar, özündə olmadığı üçün hansı otağa apardıqlarını anlaya bilməmişdir. Daha sonra onu maşının yanına aparmışlar. Evə baxış keçirilən zaman xeyli sayda polis əməkdaşı var imiş. Axşam saatlarında evə getmişlər, videoçəkilişlə baxış keçirilmişdir. Evdə anası və atası ilə birlikdə yaşamışdır. Polis əməkdaşları onu evə aparan zaman valideynlərinə zəng edib məlumat vermişdir. Çatanda polis əməkdaşları qapını döymüşlər, atası ilə anası da qapını açmışdır. Anası ilə atasının onun evdə narkotik vasitə saxladığından xəbərləri olmamışdır, gizli şəkildə bağlamaları saxlamışdır. Narkotik vasitələri adlarını xatırlamadığı satıcılardan almışdır. Evdən 20 qram narkotik vasitə aşkar edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin X1i şöbəsinin Yol Patrul Xidmətinin inspektoru vəzifəsində işləyən şahid3 ifadəsində göstərdi ki, **-YP-*** dövlət qeydiyyat nişanlı patrul maşını ilə R şahid2lə birlikdə “Ulduz” metrostansiyası yaxınlığında xidmət aparmışlar. Xidmət apararkən Daniial Alievin telefonla danışaraq maşınla hərəkət etdiyini görmüşlər. Daniialın telefonu saxlama vəziyyəti onlara bir qədər qəribə gəlmişdir. Şəxsin şübhəli davranışları nəticəsində onu izləməyə başlamışlar. Şəxs maşının sürətini artıraraq onlardan qaçmağa çalışmışdır. Daha sonra “Ulduz” metrostansiyasından Heydər Əliyev prospektinə dönəndə sıxlıq yaranmış, şəxsin önünü kəsmişlər. Nəticədə Daniial maşını saxlamış, özü qaçmağa başlamışdır. Əməliyyat qrupunu dəvət etmişlər. Heydər Əliyev prospektinə döndüyü ərazidə, maşından təxminən 30-40 metr aralıda şəxsi saxlamışlar, sonra da Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 17-ci Polis Şöbəsinə aparmışlar. Əməliyyat qrupu tərəfindən şəxsin üzərinə baxış keçirilmiş, nəticədə marixuana aşkar olunmuşdur. Maşına da baxış keçirilmiş, yük hissəsindən psixotrop maddələr aşkarlanmışdır. Özü narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Aşkar olunan narkotik vasitə və psixotrop maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid şahid3 bildirdi ki, şəxsə qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. O, maşını idarə etmiş, yanındakı digər əməkdaş şəxsi saxlamışdır. Onlara əməliyyat məlumatı daxil olmamışdır, sadəcə şəxs özünü çox şübhəli apardığı üçün yaxınlaşmışlar. Normalda sürücülər telefonu qulaqlarına aparıb danışmışlar, lakin şəxs telefonu pəncərədən çölə çıxardıb danışmışdır. Bu da onlara çox şübhəli gəlmişdir. Şəxsə maşını saxlaması üçün işarə vermişlər. Daniial da qaçmağa çalışmışdır. Böyük ehtimal, maddənin təsirində olduğu üçün elə davranmışdır. Daniialın üzünə baxanda anlaqlı vəziyyətdə olmadığını anlamışdır. Onlara sadəcə evdə problemləri olduğunu, getmək istədiyini demişdir. Şəxs üzərində olan narkotik vasitəni könüllü şəkildə təqdim etmişdir. Şəxs tabe olmadığı üçün əməliyyat qrupu tərəfindən üzərinə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Daniialın dediyi kimi hadisələr baş verməmişdir. Hətta bölmədə Daniialın özündən də təzyiqə məruz qalıbqalmadığını soruşmuşlar. Çünki narkotik vasitənin həcmi çox imiş. Daniial da onlara özünü dolandırmaq üçün etməyə məcbur olduğunu, xaricdən gəldiyini, başqa cür gəlir əldə edə bilmədiyini demişdir. Daniialın özünün də iştirakı ilə maşın bölməyə gətirilmişdir. Həmin maşının içərisində Daniial da olmuş, sadəcə o, anlaqlı vəziyyətdə deyilmiş. Şəxsi saxlayan zaman saat 13:00-14:00 radələri olmuşdur. O, şəxsin arxasınca qaçmamış, maşını idarə etmişdir. Yanındakı əməkdaş onun arxasınca qaçmışdır. Şəxsin həm üzərinə, həm də maşınına şəxsi axtarış və götürmə keçirilən zaman iştirak etmişdir. Üzərinə baxış keçirilən zaman Daniial corabındakı nəşəni könüllü şəkildə təqdim etmişdir. Bundan başqa, üzərindən heç nə aşkar olunmamışdır. Qalan narkotik vasitə və psixotrop maddələr maşınından aşkarlanmışdır. Şəxsi saxlayan zaman onlara da maşını avtoservisə apardığını demişdir. Nə o, nə də yanındakı digər əməkdaş şəxsə qarşı fiziki və psixi təzyiq göstərmişlər. Ümumiyyətlə, Daniiala 3 metrdən yaxın durmamışlar. Bölmənin əməkdaşları tərəfindən Daniialın döyülməsinə şahid olmamışdır. Böyük ehtimal ki, Daniial vəziyyətini yüngülləşdirmək üçün polis əməkdaşlarını şərləmiş, onu döydüklərini demişdir. Bununla yanaşı, şahid şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin X1 Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru vəzifəsində işləyir və Rdır. ## ###### 2025-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin X1 şöbəsinin inspektoru şahid2 ilə birlikdə inzibati ərazidə təhkim olunmuş “BMW” markalı, 99- YP-654 dövlət qeydiyyat nişanlı avtopatrul avtomobilində xidmət aparmışlar. Həmin gün saat 16:00 radələrində ünvan 3 ünvanında xidmət aparan zaman “Ford Fusion” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, adının sonradan Aliev Daniialın olduğunu öyrəndikləri şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədən avtomobil idarə etməsini görmüşlər. Buna görə də, “Ford Fusion” markalı, 99-TH189 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə saxla işarəsi vermişlər və sürücü avtomobilin saxlamayıb hərəkətinə davam etmişdir. Buna baxmayaraq onlar həmin avtomobili saxlatdırmış və sürücünün onlara tabesizlik göstərməsini, verdikləri suallara qeyrisəmimi cavab verib yayınıb getməyə çalışdığını, özünü şübhəli aparmasını görüb həmin şəxsi ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 17-ci Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxs də etiraz etmədikdən sonra sonuncunu idarə etdiyi “Ford Fusion” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 17-ci Polis Şöbəsinə aparmışlar və şöbədə həmin şəxsin şəxsiyyəti müəyyən edilən zaman həmin şəxsin ##.##.1985-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Rusiya Federasiyası Dağıstan Respublikasında qeydiyyatda olan və ünvan 5 ünvanında yaşayan Aliev Daniial olması müəyyən edilmişdir. Bundan X5 barəsində araşdırma aparılması üçün raportla şöbənin rəhbərliyinə məruzə etmişlər və Daniial Alievin barəsində araşdırma aparılması təhqiqatçı Orxan Abbaslıya həvalə edilmişdir. Orxan Abaslı da Aliev Daniialın hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Aliev Daniial oğlunun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Daniialın üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Daniial da əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü, sağ ayağındakı corabın içərisində siqaretin qızılı kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümlərdən birinin içərisində narkotik vasitə tiryək, digərinin içərisində isə psixotrop maddə olan metamfetamin, siqaretin qızılı kağızına bükülmüş bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, ümumilikdə həmin narkotik vasitələri 250-300 manat məbləğində Iran Islam Respublikası vətəndaşı Rza adlı şəxsdən aldığını bildirmişdir. Daha X5ın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı əynində olan qara rəngli idman şalvarın sol yan cibindən 1 ədəd 10 manatlıq və 2 ədəd 1 manatlıq pul əsginasmı, idarə etdiyi “Ford Fusion” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 1 ədəd açarı, müvəqqəti yaşadığı Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 26, mənzil 227 ünvanına məxsus 01 ədəd açarı, özünə məxsus 1 ədəd “Iphone 11” markalı mobil telefon aşkar edilmişdir. Aliev Daniialın üzərindən aşkar edilmiş 1 ədəd 10 manatlıq və 2 ədəd 1 manatlıq pul əskinası özünə geri qaytarılmışdır. Sorğu zamanı Aliev Daniial idarə etdiyi “Ford Fusion” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobildə və müvəqqəti qeydiyyatda olmaqla yaşadığı ünvan 8 ünvanında narkotik vasitə olduğunu, həmin maddələri də təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Daniialın üzərindən aşkar olunmuş kütlələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Daniial tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan X5ın idarə etdiyi “Ford Fusion” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobildə baxış keçirilməsi üçün sonuncudan ərizə alınmışdır. Sonra onların və müdafiəçinin iştirakı ilə birlikdə “Ford Fusion” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobildə baxış keçirilmişdir. Baxış zamanı Aliev Daniiala “Ford Fusion” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxladığı narkotik vasitəni təqdim etməsi təklif edilmişdir. Bu təklifdən X5 avtomobilin yük yerinin qapısını açaraq oradan 01 ədəd ağ rəngli torbanın içərisindəki bağlamada olan 10 ədəd üzərində “M40” yazıları olan metadon həblərini, 01 ədəd bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamini, 01 ədəd bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə heroini, 01 ədəd bağlamada tünd qəhvəyi rəngli bitki mənşəli narkotik vasitə marixuananı təqdim etmişdir. Sorğu zamanı Aliev Daniial 01 ədəd bükümdə olan maddənin psixotrop maddə metamfetamin, digər bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, bağlamada olan kütlənin isə marixuana olduğunu, həmin maddələri Iran Islam Respublikasının vətəndaşı olan Rza adlı şəxsdən əldə etdiyini bildirmişdir. Bundan sonra baxış iştirakçılarının iştirakı ilə “Ford Fusion” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş kütlələr qablaşdılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar, Aliev Daniial tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra onlar inzibati əraziyə geri dönüb xidmətə aparmağa davam etmişlər. Daha sonra ona məlum olmuşdur ki, Aliev Daniialın yaşadığı ünvan 7 ünvanına baxış keçirilən zaman mənzildən 03 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür (cild 2, iş vərəqi 202-205). Ifadəsi elan edildikdən sonra əlavə suallara cavab olaraq şahid şahid3 bildirdi ki, Daniial həmçinin təhlükəsizlik kəmərini bağlamamışdır. Bu səbəbdən ifadəsində bildirmişdir. Daniialın təhlükəsizlik kəməri bağlamamasının qayda pozuntusu olduğunu qəbul edir. Ibtidai istintaqda ifadə verən zaman onun təhlükəsizlik kəmərini bağlamadığını demişdir. Daniial maşından 20- 30 metr uzağa qaçmış, lakin onu saxlaya bilmişlər. Məsafə çox olmadığı üçün ibtidai istintaqda ifadə verən zaman nə o, nə də yanındakı əməkdaş bu faktı bildirməmişlər. Sürücünün şəxsiyyəti məlum olmadığı üçün təhlükəsizlik kəməri bağlamaması barədə protokol tərtib olunmamışdır. Şəxsi saxlayan zaman ad, soyadını soruşmuşlar, lakin onlara deməkdən imtina etmiş, hətta qaçmağa çalışmışdır. Sadəcə evdə vəziyyətin pis olduğunu, getmək istədiyini demişdir. Bu səbəbdən, onlara şübhəli gəlmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin X1 şöbəsinin Yol Patrul Xidmətinin inspektoru vəzifəsində işləyən şahid2 ifadəsində göstərdi ki, hadisə bir il öncə baş vermişdir. “Ulduz” metrostansiyası yaxınlığında Daniial Alievi yol nəqliyyat qaydası pozuntusu ilə əlaqədar saxlamışlar. Belə ki, şəxs təhlükəsizlik kəmərindən istifadə etməmişdir. Həmin vaxt digər əməkdaş şahid3 də yanında imiş. Birinci dəfə Daniial onlara tabe olmaq istəmiş, daha sonra onu bir qədər aralıda saxlamışlar. Şəxsiyyət vəsiqəsini təqdim etməsini bildirmişlər. Lakin Daniial onlara tabesizlik göstərmiş, yayınmağa çalışmışdır. Bundan sonra Daniialı 17-ci Polis şöbəsinə dəvət etmişlər. Şöbədə rəhbərliyə şəxslə bağlı məlumatları raportla məruzə etmişlər. Bundan sonra şöbənin əməkdaşları tərəfindən şəxsin istifadəsində olan avtomobilə baxış keçirilmişdir. Baxış zamanı şəxsin maşınından adını xatırlamadığı narkotik vasitələr aşkar olunmuşdur. Daha sonra şöbənin əməkdaşları tərəfindən Daniialın üzərinə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Daniialın üzərindən də narkotik vasitə aşkar olunmuşdur. Videoçəkiliş aparılmış, hal şahidi olaraq əməkdaş şahid3 və onun adı qeyd olunmuşdur. Protokol tərtib edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid şahid2 bildirdi ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Saat 16:00-17:00 radələrində şəxsi saxlamışlar. Təhlükəsizlik kəməri ilə əlaqədar Daniialı saxlamışlar. Hadisənin üzərindən bir il keçmişdir, xatırladığı qədərilə Daniialı sadəcə təhlükəsizlik kəməri ilə bağlı saxlamışlar. Daniialın önünü kəsərək saxlamışlar. Daniiala şərait yaratsaymışlar, qaçmağa çalışarmış, lakin buna icazə verməmişlər. Təhlükəsizlik kəmərindən istifadə edilməməsi ilə bağlı protokol tərtib etməmişlər. Şəxsi aidiyyatı üzrə şöbəyə təhvil vermişlər, orada protokol tərtib olunmuşdur. Onlar Daniialın inzibati xəta ilə əlaqədar məhkəməyə veriləcəyini bilmişlər. Çünki şəxsin əməlində həm tabesizlik, həm müqavimət, həm yol nəqliyyat qaydalarının pozuntusu mövcud imiş. 17-ci Polis Şöbəsinin əməkdaşlarını onların dəvət edib-etmədiklərini dəqiq xatırlamır. Ola bilsin ki, Daniialı şöbəyə özləri aparmışlar. Daniialın istifadəsində olan maşını şöbəyə səhv etmirsə, evakuatorla aparmışlar. Onlar bütün xidmətləri videoçəkiliş vasitəsilə aparmışlar. Daniialın saxlanılmasına dair bütün anların da videogörüntüləri qeydə alınmışdır. Sadəcə olaraq, videogörüntülərin qeydə alındığı kamera iki aydan bir təzələnir, ola bilsin ki, görüntülər artıq silinmiş olsun. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 17-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən şahid1 ifadəsində göstərdi ki, hadisənin üzərində xeyli vaxt keçdiyi üçün tam dəqiqliyi ilə xatırlamır. Yol Patrul Xidmətinin əməkdaşları ilə birlikdə Daniialı saxlamışlar. Evinə və maşınına baxış keçirmişlər. Baxış zamanı evindən az miqdarda marixuana aşkar edilmişdir. Lakin maşından külli miqdarda narkotik vasitə aşkar etmişlər. Məhkəmədə verilən suallara cavab olaraq şahid şahid1 ifadəsində göstərdi ki, maşından qurudulmuş marixuana ilə yanaşı başqa narkotik vasitələr də aşkar edilmişdir. Aşkar edilən narkotik vasitələri dəqiq xatırlamır. Narkotik vasitələr maşının baqajından aşkar edilmişdir. Onlara əməliyyat məlumatı daxil olmamışdır. Yol Patrul Xidmətinin əməkdaşlarından əldə etdikləri məlumat əsasında ünvana getmişlər. Daniialın maşınından narkotik vasitə aşkar etmişlər. Daha sonra Daniial evində də narkotik vasitə olduğunu bildirmişdir. Evə baxış keçirmişlər. Səhv etmirsə, Daniial narkotik vasitəni balkonda gizlətmişdir. Balkondan narkotik vasitə aşkar etmişlər. Daniial yataq otağında da narkotik vasitə olduğunu demişdir. Yataq otağından narkotik vasitə aşkar edib-etmədiklərini xatırlamır. Lakin balkondan aşkar olunan narkotik vasitə dəqiq yadındadır. Balkondan marixuana aşkar etmişlər. Aşkar edilən marixuananın nəyə büküldüyü yadında deyil. Səhv etmirsə, evə baxış keçirən zaman Daniialın anası da evdə imiş. Maşının baqajında böyük bağlamalar aşkar edilmişdir. Onların içərisində marixuana da var imiş. Səhv etmirsə, ya “patı”, ya da “kokos” aşkar edilmişdir. Daniialın maşını “Ford Fusion” markalı imiş. Maşından böyük bağlamalarda narkotik vasitələr aşkar edilmişdir. Aşkar olunan narkotik vasitələr, təxminən, 4-5 kiloqram çəkidə olmuşdur. Daniialın corabından narkotik vasitə aşkar edilib-edilməməsini dəqiq xatırlamır. Daniialın sadaladığı bütün narkotik vasitələr maşındakı bağlamalardan aşkar edilmişdir. Şəxsi axtarış və götürmə zamanı müdafiəçi iştirak etmişdir. Daniial narkotik vasitəni Iran Islam Respublikası vətəndaşından əldə etdiyini demişdir. Daniialın narkotik vasitələri hansı məqsədlə əldə etdiyini dəqiq xatırlamır. Külli miqdarda narkotik vasitəni yalnız satış məqsədilə əldə etmiş ola bilərmiş. Daniialın maşını, səhv etmirsə, ağ rəngli, “Ford Fusion” markalı imiş. Maşına günün ikinci yarısında, yəni axşam saatlarında baxış keçirmişlər. Hava qaranlıq imiş, amma saatı dəqiq xatırlamır. Birinci maşına baxış keçirmiş, daha sonra evə baxış keçirmişlər. Maşına baxış keçirilən zaman o, təhqiqatçı, iki nəfər YPXnin əməkdaşı iştirak etmişdir. Onlar Daniialı avtoservis yerində saxlamamışlar, bu barədə Daniialın dedikləri yalandır. Onlar Daniialın maşınının baqajına narkotik vasitə yerləşdirməmişlər, Daniialın dedikləri tamamilə yalandır. Işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - Nərimanov Rayon Polis Idarəsinin X1 Şöbəsinin Yol-Patrul Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 16:00da onlara təhkim olunmuş "BMW" markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı çağırışlı avtopatrul ilə ünvan 3 ünvanında xidmətdə olan zaman "Ford Fusion" markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədiyini görüb saxla işarəsi verərək saxlamasını bildirdikdə, sonuncu özünü şübhəli apararaq hərəkətinə davam etmiş, polis əməkdaşları həmin avtomobilin qanuni tələblərə məhəl qoymadığını gördükdə onu saxlatdırdırsalar da, həmin sürücü tabesizlik göstərmişdir. Həmin şəxs saxlanıldıqdan sonra suallara qeyriadekvat cavab verdiyi üçün, həmçinin özünü şübhəli apardığından barəsində qanuni tədbir görülməsi məqsədilə Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 17-ci Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Şöbədə məlum olmuşdur ki, həmin şəxs ##.##.1985-ci il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı X20 (cild 1, iş vərəqi 3). - şəxsi axtarış və götürmə aparılması haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə X20 üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra o, əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, ondan həmin bükümlərin içində nə olduğu soruşulduqda o, şəffaf olan bükümün birinin içərisində narkotik vasitə heroin, digərinin içərisində psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan başqa o, sağ ayağındakı corabın içərisində siqaretin qızılı kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, ondan həmin bükümün nə olduğu soruşulduqda, o, həmin bükümün içərisində marixuana olduğunu bildirmişdir. Daha X5 Farmanoviçin üzərinə şəxsi axtarış aparılmış, axtarış zamanı onun əynində olan qara rəngli idman şalvarın sol yan cibindən 1 ədəd 10 manatlıq və 2 ədəd 1 manatlıq əskinas pul, idarə etdiyi “Ford Fusion" markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə məxsus 1 ədəd açar və müvəqqəti yaşadığı Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 26, mənzil 227 ünvanına məxsus 1 ədəd açar, həmçinin özünə məxsus 1 ədəd "Iphone 11" markalı mobil telefon aşkar edilmişdir. Bundan X5 Farmanoviçin üzərindən aşkar edilmiş 1 ədəd 10 manatlıq və 2 ədəd 1 manatlıq əskinas pul sübut əhəmiyyətinə malik olmadığı üçün özünə geri qaytarılmışdır. Daha X5 Farmanoviçin üzərindən aşkar edilmiş 01 ədəd içərisində kristal şəkilli ağ rəngli kütlə və şəffaf sellofana bükülmüş qəhvəyi rəngli kütlə, siqaretin qızılı kağızına bükülmüş içərisində spesifik iyə malik ot kütləsi zərfə qoyularaq qablaşdırılmış, DIN-iN *** saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və digər iştirakçılar tərəfindən imzalanmışdır. X5 Farmanoviç üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. X23 Farmanoviç ##.##.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən Polis şöbəsinə gətirilən zaman və Polis şöbəsində olduğu zaman hər hansı bir zorakılığın olub-olmaması soruşulmuş, saxlanılan şəxs ona qarşı polis əməkdaşları tərəfindən Polis şöbəsinə gətirilən və Polis şöbəsində olan zaman heç bir zorakılığın olmadığını bildirmişdir. X13 Farmanoviçdən başqa hansı yerlərdə narkotik vasitə və psixotrop maddə saxlaması soruşulduqda, sonuncu, idarə etdiyi qeyd olunan avtomaşınında narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir (cild 1, iş vərəqi 47- 49). - avtomobilə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə ##.##.2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə X20 məxsus “Ford Fusion" markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl X20 avtomobildə ola biləcək qanunsuz əşyaları öz razılığı ilə göstərmək təklif olunmuş, X20 avtomobilin yük yerinin qapısını açmış və avtomobilin yük yerindən 1 ədəd ağ rəngli torbanın içərisindəki bağlamada olan 10 ədəd üzərində “M 40" yazıları olan həbləri, 01 ədəd bükümdə ağ rəngli kristalşəkilli maddəni, 01 ədəd bükümdə tünd qəhvəyi rəngli maddəni, 01 ədəd bağlamada tünd qəhvəyi rəngli kütləni təqdim etmişdir. X20 təqdim etdiyi maddə və bükümlər barədə məlumat verməsi bildirilmiş, X20 01 ədəd bükümdə olan maddənin ona məxsus olduğunu və psixotrop maddə olan metamfetamin, digər bükümün içərisindəki maddənin heroin olduğunu, bağlamada olan kütlənin isə marixuana olduğunu bildirmişdir. Bundan sonra iştirakçılara sadalanan kütlə və maddələrin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, zərf Nərimanov rayon Polis Idarəsinin 17- ci Polis şöbəsinin zərflər üçün nəzərdə tutulmuş "219" nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Avtomobilin salonuna, qapılarına, saxlanc yerlərinə baxılmış, lakin, qanunsuz əşya və maddə aşkar edilməmişdir. X13 Farmanoviçdən başqa hansı yerlərdə narkotik vasitə və psixotrop maddə saxlaması soruşulduqda, sonuncu müvəqqəti qeydiyyatda olmaqla yaşadığı ünvan 7 ünvanında narkotik vasitə olduğunu bildirmişdir (cild 1, iş vərəqi 50-52). - mənzilə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə ##.##.2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə X20 müvəqqəti qeydiyyatda olmaqla yaşadığı ünvan 7 ünvanında baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl X20 mənzildə ola biləcək qanunsuz əşyaları öz razılığı ilə göstərmək təklif olunmuş, X20 mənzilin giriş qapısını açarla açaraq mənzilin eyvanında plastik dolaba qoyduğu üzərində "Sauvage" yazıları olan qutunun içərisindəki 3 ədəd sellofana bükülmüş marixuanaya bənzər ot kütləsini təqdim etmişdir. X20 təqdim etdiyi maddə və bükümlər barədə məlumat verməsi bildirilmiş, X20 03 ədəd bükümdə olan ot kütləsinin marixuana olduğunu və Iran Islam Respublikası vətəndaşı Rza adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra 03 ədəd bükümdə olan marixuanaya bənzər ot kütləsi qutuya qoyularaq qutunun ağzı Nərimanov rayon Polis Idarəsinin 17-ci Polis şöbəsinin zərflər üçün nəzərdə tutulmuş "219" nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. X20 mənzilinin başqa hansı yerlərdə narkotik vasitə olması soruşulduqda, o, mənzilində narkotik vasitə olmadığını bildirmişdir (cild 1, iş vərəqi 55-57). - məhkəmə bioloji ekspertizasının ##.##.2025-ci il tarixli, */** nömrəli rəyindən görünür ki, üzərində "4) Şübhəli şəxs imza.........." yazılar və imzalar olan kağız zərfdə bir ədəd kağız bükümdə təmiz çəkisi 0,13 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş bir ədəd ağ rəngli sintetik torbada olan bir ədəd üzəri skoçlu qara rəngli polietilen bağlamada təmiz çəkisi 3070 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş bir ədəd karton qutuda üç ədəd sellofan bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 16,66 qram, 3,24 qram və 3,46 qram olmaqla, ümumi çəkisi 23,36 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat təşkil edir (cild 1, iş vərəqi 65-69). - məhkəmə fiziki-kimyəvi ekspertizasının ##.##.2025-ci il tarixli, */** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində AR DIN "Zərflər üçün N ***" möhür əksləri olan, yazılar olan 1 ədəd kağız zərfdə və 1 ədəd ağ rəngli sintetik torbada qablaşdırılmış: üzərində "..4) Şübhəli şəxs (imza) D.Aliev ..." yazılan olan zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 10,395 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 12,110 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkdir. Sintetik torbanı açdıqda içərisində 01 ədəd bükümdə təmiz çəkisi 108,567 qram olan qram ağ rəngli, kristalşəkilli maddə kütləsi psixotrop maddə metamfetamindir; üzərində "Methadone 40.." yazıları olan 10 ədəd blisterdə ümumilikdə 100 ədəd bozumtul- qəhvəyimtil rəngli dərman tabletləri narkotik vasitə metadondur, 100 ədəd dərman tabletinin tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 4 qram təşkil edir; 01 ədəd bükümdə təmiz çəkisi 328,162 qram olan qəhvəyi rəngli maddə narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir. Tədqiqata təqdim edilmiş zərfdə və torbada qablaşdırılmış 2 ədəd bükümdə olan metamfetaminlərin ümumi təmiz çəkisi - 118,962 qramdır. Azərbaycan Respublikasının 2005-ci il ## #### tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı 1), metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına (Siyahı II), metamfetamin Azerbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in siyahısına (Siyahı) daxildir. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir (cild 1, iş vərəqi 70-75). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, X20 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 101-102). - ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, X6 Daniial Farmanoviçin idarə etdiyi “Ford Fusion” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili müstəntiqdən təhvil almışdır (cild 1, iş vərəqi 160). - ##.##.2025-ci il tarixli arayışdan görünür ki, X20 həqiqətən, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956-1989-cu məhəllə, ev 26, mənzil 227-də ailəsi ilə (ata və ana) müvəqqəti yaşayır, evlidir, 6 yaşlı oğlu var (cild 1, iş vərəqi 172). - ##.##.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, X20 ##.##.1985-ci il təvəllüdlü, həqiqətən, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956-1989-cu məhəllə, ev 26, mənzil 227-də yaşayır. X14 Farmanoviç yuxarıda göstərilən ünvanda ata və ana himayəsində yaşayır. Xarici vətəndaş olduğu üçün 2025-ci il dekabr ayınadək oturumu vardır. Yaşadığı müddət ərzində qonşularla münasibəti normal olmuşdur (cild 1, iş vərəqi 173). - ##.##.2025-ci il tarixli “Güvən Rehab” Reabilitasiya Mərkəzinin arayışından görünür ki, X20 həqiqətən də “Güvən Rehab” Reabilitasiya Mərkəzində ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixinədək və ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək psixoloji korreksiya proqramı keçmişdir (cild 1, iş vərəqi 181). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi * nömrəli Klinik Psixiatriya Xəstəxanasının məktubundan görünür ki, ##.##.1985-ci il təvəllüdlü X20 son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri * nömrəli Klinik Psixiatriya Xəstəxanasına müraciət etməmişdir (cild 1, iş vərəqi 185). - CD diskə baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, X20 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ## ###### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən SMS-lər və mətnləri və sair məlumatlar olan, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüş CD diskə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Bir ədəd "CD" fomatlı diskin üzərində qırmızı rəngdə "xxxx” sözü və "1883" rəqəmləri yazılmışdır. Həmin disk Nərimanov Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin ** saylı xidməti otaqda olan “HP” markalı kompüterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 01 ədəd "Mushteri zenglerinin detallashmasi MSISDN_557983181" adlı, 01 ədəd "SMS detallashmasi-MSISDN-557983181" adlı, 01 ədəd "Zenglerin mexsusluq tarixcheleri-MSISDN-557983181" adlı PDF formatlı fayl aşkar edilmişdir. PDF formatlı "Mushteri zenglerinin detallashmasi_MSISDN_557983181" adlı fayl açıldıqda ekranda X20 istifadəsində olan ***-***-**-** saylı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kart nömrəsinə ## ###### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixədək daxil olan zənglərin siyahısı və anten dairəsi göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də, iş üzrə sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilməmişdir. Ikinci 01 ədəd "SMS detallashmasi- MSISDN-557983181" adlı fayl açıldıqda ekranda X20 istifadəsində olan ***-***-**-** saylı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kart nömrəsinə ## ###### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixədək olan müddət ərzində göndərilmiş sms-lərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də, iş üzrə sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilməmişdir. Üçüncü 01 ədəd "Zenglerin mexsusluq tarixcheleri-MSISDN557983181" adlı fayl açıldıqda ekranda X20 istifadəsində olan 055- ***-**-** saylı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kart nömrəsinə ## ###### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixədək olan müddət ərzində daxil olan mobil nömrələrin sahiblərinin anket məlumatı göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də, iş üzrə sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilməmişdir (cild 1, iş vərəqi 194). - CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə ##.##.2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə DVD-R diskdə olan məlumatlara baxış keçirilmiş, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Həmin disk “HP” markalı kompüterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 01 ədəd "00193" və 01 ədəd "00193" adlı video fayıl aşkar olunmuş, baxış zamanı məlum olmuşdur ki, həmin 01 ədəd "00193" v 01 ədəd "00193" adlı video faylda əks edilmiş görüntülər ## ###### 2025-ci il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 17-ci Polis Şöbəsində olan xidməti otaqlardan biridir. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Orxan Abbaslının qarşı hissəsində masa arxasında əyləşmiş şəxslər Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili X7 və tərcüməçi X15, ayaq üstə dayanmış və şübhəli şəxs qismində saxlanılmış X20, digər şəxslər adları təhqiqatçı tərəfindən sadalanan Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin X1 Şöbəsinin Yol Patrul Xidmətinin inspektorları Toğrul Həsənli və şahid2, Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 17-ci Polis Şöbəsinin əməliyat müvəkkili şahid1dır. Videoçəkilişin davamında təhqiqatçı X8 Daniial Farmanoviçə qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu təklifdən X5 Farmanoviçin əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoyması, həmin bükümlərdən birinin içərisində psixotrop maddə metamfetamin, digərinin içərisində narkotik vasitə heroin olması, sağ ayağında olan corabın içərisindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirməsi, daha X5 Farmanoviçin üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarın sol yan cibindən 1 ədəd 10 manatlıq və 2 ədəd 1 manatlıq pul əskinası, idarə etdiyi "Ford Fusion" markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə məxsus 01 ədəd açar və müvəqqəti yaşadığı ünvan 6 ünvanına məxsus 01 ədəd açarın, 01 ədəd "Iphone 11" markalı mobil telefonun aşkar edilməsi, aşkar edilmiş 1 ədəd 10 manatlıq və 2 ədəd 1 manatlıq pul əskinasının X20 geri qaytarılması, aşkar edilmiş 03 ədəd bükümlərin zərfə qoyularaq qablaşdırılaraq möhürlənməsi müşahidə olunur. Görüntünün davamında sorğu zamanı X20 polis əməkdaşları tərəfindən Polis şöbəsinə gətirilən zaman heç bir zorakılığın olmadığını, "Ford Fusion" markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə və psixotrop maddə olduğunu, avtomobilə baxış keçirilməsinə etirazının olmadığın bildirməsi müşahidə olunur. Baxışda iştirak edən X20 üzərindən aşkar olunmuş narkotik vasitə heroini, narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini şəxsi istifadə məqsədi ilə əldə etdiyini, narkotik vasitələrdən istifadə etsə də, heç vaxt satışı ilə məşğul olmadığını bildirir (cild 1, iş vərəqi 195-196). - CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə ##.##.2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə DVD-R diskdə olan məlumatlara baxış keçirilmiş, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Həmin disk "HP" markalı kompüterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 01 ədəd "00196", 01 ədəd "00197", 01 ədəd "00198" və 01 ədəd "00199" adlı video fayıl aşkar olunmuş, baxış zamanı məlum olmuşdur ki, həmin 01 ədəd "00196", 01 d d "00197", 01 ədəd "00198” və 01 ədəd "00199" adlı video əks edilmiş görüntülər ## ###### 2025-ci il tarixdə X20 məxsus avtomobilə və mənzilə baxış keçirilməsinin görüntüsüdür. 01 ədəd "00196" v 01 d d "00197" adlı video görüntülər ## ###### 2025-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 17-ci Polis Şöbəsinin həyətində "Ford Fusion" markalı, **-TH- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmənin görüntüsüdür. Görüntünün davamında təhqiqatçı X8 Danual Farmanoviçə avtomobildə saxladığını bildirdiyi narkotik vasitəni təqdim etməsini təklif edir. Bu təklifdən X5 Farmanoviç avtomobilin yük yerinin qapısını açaraq oradan 1 ədəd ağ rəngli torbanın içərisindəki bağlamada olan 10 ədəd üzərində "M40" yazıları olan metadon həblərini, 01 ədəd bükümdə ağ rəngli kristal şəkilli psixotrp maddə metamfetamini, 01 ədəd bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə heroini, 01 əd d bağlamada tünd qəhvəyi rəngli bitki mənşəli narkotik vasitə marixuananı təqdim edərək, 01 ədəd bükümdə olan maddənin psixotrop maddə olan metamfetamin, digər bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, bağlamada olan kütlənin isə marixuana olduğunu, həmin maddələri Iran Islam Respublikasının vətəndaşı olan Rza adlı şəxsdən əldə etdiyini bildirməsi, yaşadığı mənzil də narkotik vasitə saxladığını, həmin maddələri də təqdim edə biləcəyini bildirməsi və aşkar edilmiş kütlələrin qablaşdırılaraq möhürlənməsi müşahidə olunur. Digər "00198" v 01 ədəd "00199" adlı video faylda əks edilmiş görüntülər ## ###### 2025-ci il tarixdə X20 yaşadığı ünvan 7 ünvanına baxış keçirilmənin görüntüsüdür. Görüntünün davamında təhqiqatçı X8 Daniial Farmanoviçə yaşadığı ünvan 7 ünvanında saxladığı narkotik vasitələri təqdim etməsini təklif etməsi, bu təklifdən X5 Farmanoviçin mənzilin giriş qapısını açarla açaraq mənzilin eyvanında plastik dolaba qoyduğu üzərində "Sauvage" yazıları olan qutunun içərisindəki 03 ədəd sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuananı təqdim etməsi, həmin maddələri də Iran Islam Respublikası vətəndaşı Rza adlı şəxsdən aldığını bildirməsi və aşkar edilmiş 03 əd d sellofan bükümlərin qablaşdırılaraq möhürlənməsi müşahidə olunur. Baxışda iştirak edən X20 aşkar olunmuş narkotik vasitə heroini, narkotik vasitə qurudulmuş marixuananı, psixotrop maddə metamfetamini, metadon həblərini şəxsi istifadə məqsədi ilə əldə etdiyini, narkotik vasitələrdən istifadə etsə də, heç vaxt satışı ilə məşğul olmadığını bildirir (cild 1, iş vərəqi 197- 198). - mobil telefona baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, X24 məxsus “Iphone” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Istintaqa təqdim olunan 01 ədəd telefon “Iphone” markalı mobil telefondur. Telefonun korpusun arxa hissəsində "Iphone" sözü əks olunmuş, arxa hissədə kamera və fənər olmaqla qara rənglidir. Mobil telefonun istehsal bütövlüyünün pozulması müşahidə olunur, telefonun arxa hissəsi çat qırılmış vəziyyətdədir. Telefonun sağ yan hissəsində yerləşən düyməcik vasitəsi ilə onu işlək vəziyyətə gətirdikdə telefonun “Iphone” sözü əks olunma videofraqment ekrana gəldikdən sonra telefonun "iş masası" ekranda görünür. Mobil telefona baxış keçirilsə də, iş üzrə sübut əhəmiyyəti kəsb edən hal aşkar edilməmişdir (cild 1, iş vərəqi 199). - “Respublika Psixiatriya Xəstəxanası” X11 ##.##.2025-ci il tarixli məktubundan görünür ki, X20 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 200-201). - məhkəmə-narkoloji ekspertizasının ##.##.2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, müayinə zamanı X20 opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSIS-dən alınan məlumata əsasən, X20 ##.##.2021-ci il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır (cild 1, iş vərəqi 213-214). - ambulator məhkəmə-psixiatrik ekspertizasının ##.##.2025-ci il tarixli, *** saylı rəyindən görünür ki, X20 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. X20 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X20 ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. X20 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. X20 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 215-218). - cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında ##.##.2025-ci il tarixli qərardan və ##.##.2025-ci il tarixli məktubdan görünür ki, X20 aşkar olunaraq götürülmüş 04 ədəd bükümdə ilkin təmiz çəkisi 3093,49 qram olan narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd bükümdə ilkin təmiz çəkisi 118,962 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 12,110 qram olan narkotik vasitə asetilə edilən tiryək, 100 ədəd narkotik vasitə olan metadon həbləri, 01 ədəd bükümdə təmiz çəkisi 328,162 qram qəhvəyi rəngli, narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid olmayan maddə, X20 üzərinə və idarə etdiyi avtomobilə axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk, X20 yaşadığı mənzilə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3093,34 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana 12,010 qram narkotik vasitə asetilə edilən tiryək, 118,762 qram psixotrop maddə metamfetamin, 95 ədəd narkotik vasitə metadon həbləri, 327,962 qram qəhvəyi rəngli, narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid olmayan maddə saxlanış üçün Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin saxlanc anbarına təhvil verilmiş, disklər isə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 226-245; cild 2, iş vərəqi 50). - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından X20 külli miqdarda narkotik vasitə tiryəki, narkotik vasitə qurudulmuş marixuananı, psixotrop maddə metamfetamini və metadon həblərini əldə etdiyi mənbəni və Rza adlı şəxsin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmış və icraata qəbul edilmişdir (cild 2, iş vərəqi 1-3). - ##.##.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərardan görünür ki, X20 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittiham edilmişdir (cild 2, iş vərəqi 8-9). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair ## #### 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur. Birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs X20 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, X20 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Məhkəmə qeyd etmişdir ki, X20 elan edilmiş ittihamla bağlı cinayət əməli üzrə ilk növbədə sonuncu tərəfindən qanunla dövriyyəsi qadağan edilmiş predmetin əldə edilmiş olması və həmin predmetin X20 aşkar edilməsi qanuni yollarla əldə edilmiş sübutlarla təsdiq olunmalıdır. Göründüyü kimi, cinayət işi üzrə ibtidai istintaq materiallarında X20 ## ###### 2025-ci il tarixdə saat 16:00 radələrində idarə etdiyi “Ford Fusion” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol hərəkəti qaydalarını pozduğuna görə Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin X1 Şöbəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanında saxlanılması, Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi 1 ünvanında yerləşən Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 17-ci Polis Şöbəsinə gətirililməsi, habelə bundan sonra elə həmin gün üzərinə şəxsi axtarış və götürmə, idarə etdiyi “Ford Fusion” markalı, **-TH-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməsi və maddi sübutun götürülməsi, habelə daha sonra yaşadığı ünvan 7 ünvanına baxış keçirilməsi və maddi sübutun götürülməsi və bu mexanizm üzrə ittihamın əsasını təşkil edən sübutların toplanmış olması rəsmiləşdirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X20 ifadəsində hadisələrin tamamilə başqa formada cərəyan etdiyini bildirmiş, həmçinin məhkəmə istintaqı zamanı müdafiə tərəfi sübutlarını məhkəməyə təqdim etmişdir. O cümlədən, aparılmış məhkəmə istintaqının gedişatında tərəflərin vəsatəti əsasında bir sıra yeni obyektiv sübutlar əldə olunmuşdur. Məhkəmə yuxarıda qeyd edilən, X20 ilkin olaraq polis əməkdaşları tərəfindən saxlanması ilə bağlı qeyd etmişdir ki, istintaq materiallarına, verilmiş ittihama və X1i əməkdaşları olan şahidlərin verdikləri ifadələrə görə, X20 ## ###### 2025-ci il tarixdə saat 16:00 radələrində idarə etdiyi “Ford Fusion” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol hərəkəti qaydalarını pozduğuna görə X1i əməkdaşları şahid3 və şahid2 ünvan 3 ünvanında saxlanılmış və Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 17-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, bu barədə həmin polis əməkdaşları tərəfindən müvafiq raport tərtib edilmişdir. Apellyasiya şikayətində qeyd edilən faktlar üzrə dəlillər irəli sürülmüş, təqsirləndirilən şəxsin saxlanma yeri, vaxtı, şəraiti, avtomobildən və üzərindən götürülmüş narkotik vasitələrin ona aidiyyatı mübahisələndirilmişdir. Həmçinin, birinci instansiya məhkəməsində polis əməkdaşları tərəfindən X20 saxlanılması yeri və vaxtı, habelə buradan nəticələnən işin digər halları məhkəmədə şübhə doğurmuşdur. Belə ki, həm təqsirləndirilən şəxs X20 isə məhkəmə istintaqı zamanı ifadəsində, həm apellyasiya şikayətinin dəlilərində onun ## ###### 2025-ci il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri, Babək prospektində yerləşən maşın bazarının yanındakı avtotəmir yerində avtomobilini və açarı təmir üçün ustaya təhvil verdikdən sonra yol polis əməkdaşları tərəfindən deyil, adlarını bilmədiyi polis əməkdaşları tərəfindən saxlandığını, oradan usta ilə birlikdə polis bölməsinə gətirildiyini, daha sonra polis əməkdaşlarının açarı ustadan götürərək gedib maşını bölmənin həyətinə gətirdiklərini, üzərinə və avtomobilə, daha sonra isə mənzilinə baxış keçirildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfi Nərimanov rayon Polis Idarəsinin 17-ci Polis şöbəsinin rəisi polis Rı Ramil Cəbiyevin imzası ilə verilmiş ##.##.2026-cı il tarixli, **-*/*-***/** saylı məktubu məhkəməyə təqdim etmişdir. Həmin məktubun məzmunundan görünür ki, müdafiəçinin sorğusuna cavab olaraq bildirilmişdir ki, ##.##.1985-ci il təvəllüdlü X20 Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, ##.##.2025-ci il tarixdə, saat 22:45-də Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 17-ci X22 hissəsinə təhvil verilmiş, ##.##.2025-ci il tarixdə, saat 00:05-də isə həmin şəxs Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin X25 təhvil verilmişdir. Qeyd edilən dəlillər apellyasiya şikayətində də irəli sürülmüşdür. Bununla bağlı birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs və şahidlərin ifadələrində qeyd etdiyi, habelə Nərimanov rayon Polis Idarəsinin 17-ci Polis şöbəsinin rəisinin verdiyi məktubda göstərilən halların obyektiv sübutlarla müqayisəli tədqiqinin aparılması məqsədilə məhkəmə “Şəhər, rayon xətt polis orqanlarına gətirilmiş şəxslərin” qeydiyyat kitabının məhkəməyə təqdim olunması və məhkəmə iclasında sözügedən qeydiyyat kitabına baxış keçirilməsini təmin etmək məqsədilə Bakı şəhəri Nərimanov rayon Polis Idarəsinin 17-ci Polis şöbəsinə müvafiq sorğu göndərmişdir. Birinci instansiya məhkəməsində təqdim edilmiş Bakı şəhəri Nərimanov rayon Polis Idarəsinin 17-ci Polis şöbəsində aparılan “Şəhər, rayon xətt polis orqanlarına gətirilmiş şəxslərin” qeydiyyat kitabına baxış keçirilən zaman kitabın 5-ci və 6-cı səhifələrində 32-ci bənddə X20 aid yazılarda “Kim tərəfindən gətirilmişdir” adlı bölmədəki əvvəlki yazının üzərindən ağardıcı maddə tətbiq olunmaqla düzəliş aparılmış, sonradan qara rəngli diyircəkli qələm vasitəsi ilə “YPX” yazılmışdır. “Gətirilmənin tarixi və saatı” adlı bölmədə isə “22:45” yazısının “22:_5” hissəsi ağardıcı maddədən istifadə olunmaqla silinmiş, qara rəngli diyircəkli qələm vasitəsi ilə “16:48” yazılmışdır. X12 Farmanoviçin ##.##.2025-ci il tarixdə, saat 00:05-də Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin X25 təhvil verildiyi göstərilmişdir. Qeydiyyat kitabının 5-ci və 6-cı səhifələrinin surətləri çıxarılaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə buradan belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 17-ci Polis Şöbəsinin rəisi müdafiəçiyə yuxarıda qeyd edilən cavab məktubunu verdikdən və məhkəmə qeydiyyat kitabını tələb etdikdən sonra kitabdakı X20 aid qeydlər cinayət işinin materiallarına uyğunlaşdırmaq məqsədilə saxtalaşdırılmışdır. Apellyasiya protestində təqsirləndirilən şəxs Daniial Alievə ibtidai istintaq orqanı tərəfindən verilən ittihamın əsaslı olduğuna dəlalət edilərək onun ibtidai istintaqda verdiyi ifadəsinə istinad edilmişdir. Protestdə qeyd edilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsin ifadələridəki ziddiyyətlərin aradan qaldırılması ilə bağlı Daniial Alıyevin ibtidai istintaqda verdiyi ifadəsini göstərməmiş və hökmdə Daniial Alievin məhkəmə istintaqında verdiyi ifadəsini göstərməklə birtərəfli araşdırma aparmışdır. Lakin cinayət işi mateiallarından göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxsin ifadələrini birtərəfli deyil, əksinə müdafiə tərəfinin iddia etdiyi dəlillərlə birlikdə, digər şahid ifadələri ilə qarşılıqlı surətdə məhkəmə baxışında araşdırmışdır. Protestdə həmçinin, şahid qismində dindirilmiş şahid3 və şahid2 ibtidai istintaqda və məhkəmədə verdiyi ifadələri arasında ziddiyyətlərlə bağlı müqayisə aparılmayaraq yanlışlığa yol verildiyi göstərilmişdir. Protestdə qeyd edilənin əksinə olaraq cinayət işindən göründüyü kimi, məhkəmə X20 saxlayan Yol polisi əməkdaşlarının ifadələrini tədqiq edərək qeyd etmişdir ki, məhkəmədə həm bir-birinin ifadələrinə, həm də ibtidai istintaqın topladığı materiallara zidd olan ifadələr vermişlər. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin X1 Şöbəsinin Yol-Patrul Xidmətinin əməkdaşları şahid3 və şahid2 tərəfindən tərtib edilmiş və iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli raportdan görünür ki, onlar həmin tarixdə saat 16:00-da onlara təhkim olunmuş "BMW" markalı, 99-YP654 dövlət qeydiyyat nişanlı çağırışlı avtopatrul ilə ünvan 3 ünvanında xidmətdə olan zaman "Ford Fusion" markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X20 təhlükəsizlik kəmərindən istifadə etmədiyini görüb saxla işarəsi verərək saxlamasını bildirdikdə, sonuncu özünü şübhəli apararaq hərəkətinə davam etmiş, polis əməkdaşları həmin avtomobilin qanuni tələblərə məhəl qoymadığını gördükdə onu saxlatdırmış, özünü şübhəli apardığından barəsində qanuni tədbir görülməsi məqsədilə Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 17-ci Polis Şöbəsinin inzibati binasına gətirmişlər. şahid3 isə məhkəmədə şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Daniial Alievi saat 13:00-14:00 radələridə avtomobilini idarə edərkən sonuncu, mobil telefonunu maşının pəncərəsindən çölə çıxararaq danışarkən bu hal onlara şübhəli gəldiyi üçün saxla işarəsi vermişlər, sürücü maşını saxlamamış, onlar sürücünü təqib etmiş və “Ulduz” metrostansiyasından Heydər Əliyev prospektinə dönəndə sıxlıq yaranmış, şəxsin önünü kəsmişlər. Nəticədə Daniial maşını saxlamış, özü qaçmağa başlamış, onlar nəhayət sürücünü saxlamış və əməliyyat qrupunu hadisə yerinə dəvət etmişlər. şahid3 həmçinin göstərmişdir ki, üzərinə baxış keçirilən zaman Daniial corabındakı nəşəni könüllü şəkildə təqdim etmiş, bundan başqa, üzərindən heç nə aşkar olunmamışdır. Qalan narkotik vasitə və psixotrop maddələr maşınından aşkarlanmışdır. O, həmçinin göstərmişdir ki, Daniial Aliev barədə yol hərəkəti qaydalarını pozması ilə bağlı protokol tərtib olunmamışdır. X1 şöbəsinin digər əməkdaşı şahid2 isə məhkəmədə göstərmişdir ki, “Ulduz” metrostansiyası yaxınlığında Daniial Alievi saat 16:00-17:00 radələrində təhlükəsizlik kəmərindən istifadə etməməsi ilə bağlı saxlamışlar. Bundan sonra Daniialı 17-ci Polis şöbəsinə dəvət etmişlər. Şöbədə rəhbərliyə şəxslə bağlı məlumatları raportla məruzə etmişlər. Bundan sonra şöbənin əməkdaşları tərəfindən şəxsin istifadəsində olan avtomobilə baxış keçirilmişdir. Baxış zamanı şəxsin maşınından adını xatırlamadığı narkotik vasitələr aşkar olunmuşdur. Daha sonra şöbənin əməkdaşları tərəfindən Daniialın üzərinə şəxsi axtarış və götürmə həyata keçirilmiş və şəxsi axtarış və götürmə zamanı Daniialın üzərindən də narkotik vasitə aşkar olunmuşdur. Təhlükəsizlik kəmərindən istifadə edilməməsi ilə bağlı protokol tərtib etməmişlər. 17-ci Polis şöbəsinin əməkdaşlarını hadisə yerinə dəvət edib-etmədiklərini dəqiq xatırlamır. Ola bilsin ki, Daniialı şöbəyə özləri aparmışlar. Daniialın istifadəsində olan maşını şöbəyə səhv etmirsə, evakuatorla aparmışlar. Şahidlərin ifadələri arasındakı kəskin ziddiyyətlər, bu ifadələrin cinayət işinin materialları ilə uzlaşmaması onu deməyə əsas verir ki, X2 polis əməkdaşları tərəfindən saxlanılmamışdır. Həmçinin təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilməməsi Daniial Aliev tərəfindən həmin gün saat 16:00 radələrində hər hansı yol hərəkəti qaydalarının pozulması hallarına yol vermədiyi ilə bağlı nəticəyə gəlməyə əsas vermişdir. Məhkəmənin mövqeyinə görə, X1inin əməkdaşları – şahid3 və şahid2 ibtidai istintaqa şahid qismində verdikləri ifadələrində X20 ##.##.2025-ci il tarixdə saat 16:00 radələrində ünvan 3 ünvanında saxlamaları, onun üzərində həmin tarixdə şəxsi axtarış, avtomobilinə isə baxış keçirmələri barədə göstərdiklərini həqiqətə uyğun hesab etmir və o qənaətə gəlir ki, həmin ifadələr X20suz saxlanılmasına don geyindirilməsinə yönəlmiş yalan ifadələrdir. Bundan başqa, X20 saxlanıldığı vaxt üzərində olmuş 055-798- **-** saylı mobil nömrəsinə dair ## ###### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixədək olan anten məlumatları ibtidai istintaq orqanı tərəfindən mobil operatordan əldə edilib baxışı keçirilmişdir. Baxış nəticəsində ibdidai istintaq orqanı sübut əhəmiyyəti kəsb edən halların olmaması qənaətinə gəlmişdir. Lakin, həmin məlumatlara məhkəmədə baxış keçirilərkən iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün tamamilə fərqli nəticə əldə edilmişdir. Belə ki, həmin məlumatlardan müəyyən edilir ki, X20 saxlanıldığı vaxt üzərində olmuş 055-798-31-81 mobil telefon nömrəsi ##.##.2025-ci il tarixdə saat 11:07:20- də 19 UBBK5691A/UBBK5691 Aliyar Agayev kuc19/Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 26/Narimanov/ (40.40769/49.87557) (təqsirləndirilən şəxsin yaşayış ünvanı) ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin gün saat 11:46:59-dan etibarən 28 UBBK5499B/UBBK5499 Chobanzad63/Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ** saylı bina ilə üzbəüz 2403-cü məhəllə/Nizami/ (40.3981/49.93972), 994557983181 GPRS ##.##.2025 11:47:27 26 UBBK3859C/GBBK3859 8km Park/Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində, H.Əliyev adına parkın ərazisində /Khatai/ (40.39719/49.94429) (Babək prospektində yerləşən maşın bazarının ətrafı) yerləşən antenin əhatə dairəsində olmuşdur. X20 qeyd edilən telefon nömrəsi həmin gün saat 12:20-dən saat 12:33-ədək 1 LBBK5425O1/LBBK5425 BEMZ//Narimanov/ (40.41654/49.88942) və 1211 LBBK5435O5/LBBK5435 CINARFR//Narimanov/ (40.4189/49.8938) ünvanında yerləşən antenin əhatə dairəsində olmuşdur. Saat 12:33-dən isə məlumatlar verilməmişdir. Sonuncu iki anten dairəsinə dair koordinatlar Google Maps - xəritədə axtarış sistemi üzrə yoxlanılarkən Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 17-ci Polis Şöbəsinin inzibati binasının həmin ərazidə yerləşdiyi müəyyən olunur. Göründüyü kimi, qeyd edilən anten məlumatlarından X20 ## ###### 2025-ci il tarixdə saat 16:00 radələrində Nərimanov rayonu ərazisində deyil, həmin gün saat 12:00 radələrində Nizami rayonu ərazisində (Babək prospektində yerləşən maşın bazarının ətrafı) polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 17-ci Polis Şöbəsinə aparılması şübhəsiz müəyyən edilir. Məhkəmə o nəticəyə gəlmişdir ki, X20 ## ###### 2025-ci il tarixdə saat 16:00-da Yol polis əməkdaşları tərəfindən Nərimanov rayonu ərazisində deyil, həmin tarixdə saat 11-12 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Nizami rayonu ərazisində saxlanılmış, təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi, o, saxlanıldıqdan sonra Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 17-ci Polis Şöbəsinə gətirilmiş, daha sonra isə üzərinə, avtomibilinə və mənzilinə axtarış və baxış keçirilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işi üzrə tərtib edilmiş sənədlərə görə, X20 DYP əməkdaşları tərəfindən ##.##.2025-ci il tarixdə saat 16:00 radələrində saxlanılıb dərhal polis bölməsinə gətirilsə də, onun tutulması saat 17:50-də, üzərinə şəxsi axtarış saat 18:00-da, avtomobilinə isə baxış isə saat 19:10-da keçirilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin barəsində tutma, şəxsi axtarış və götürmə, avtomobilə baxış və götürmə faktiki olaraq onun 17-ci Polis şöbəsinə gətirildiyi vaxtdan 6-7 saat sonra aparılmışdır. Təqsirləndirilən şəxs X20 saxlanılmasından sonra üzərinə və avtomobilinə 6-7 saat sonra şəxsi axtarış və baxış keçirilməsinin ağlabatan izahı olmamışdır. Təqsirləndirilən şəxsin saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında 6-7 saat vaxtın keçməsi narkotik vasitənin onun üzərinə və avtomobilinə qoyulması ilə bağlı əsaslı şübhələr yaratmışdır. Çünki həmin müddət ərzində təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Təqsirləndirilən şəxsin saxlanılmasından dərhal və ya qısa müddət sonra onun üzərinə şəxsi axtarış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud olmamışdır. Məhkəmə o nəticəyə gəlmişdir ki, X20 saxlanılıb Polis şöbəsinə gətirildikdən sonra Yol polisinin əməkdaşları şahid3 və şahid2 Nərimanov rayon Polis Idarəsinin 17-ci Polis şöbəsinə dəvət edilərək onların iştirakı ilə X20 üzərinə şəxsi axtarış və nəqliyyat vasitəsinə baxış keçirilmiş, digər sənədləşdirmələr aparılmışdır. Məhkəməyə məlum olmayan səbəbdən təhqiqatçı, X20 tutulmasını ## ###### 2025-ci il saat 17:50-lə, şəxsi axtarışını saat 18:00-la, nəqliyyat vasitəsinə baxışı isə saat 19:10-la sənədləşdirmiş, X20 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan 6-7 saat ərzində qanunsuz saxlamışdır. Birinci indstandiya məhkəməsi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla bağlı belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsə qarşı külli miqdarda, təmiz çəkisi 118,962 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, xeyli miqdarda təmiz çəkisi 12,110 qram kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəki, külli miqdarda ümumi təmiz çəkisi 3093,49 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və üzərində “Methadone 40” yazıları olan 10 ədəd blisterdə, külli miqdarda olmaqla tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 4 qram təşkil edən 100 ədəd narkotik vasitə hesab edilən metadon dərman tabletlərini əldə edib saxlayaraq daşıması ittihamı, irəli sürülən həcmdə tam olaraq təsdiqini tapmamışdır. Sübutların etibarlılığı və mötərbərliliyi ilə bağlı yuxarıda qeyd olunan dəlillər belə qənaətə gəlməyə əsas verir ki, həmin miqdarda narkotik vasitələr və psixotrop maddələrlə bağlı təqsirləndirilən şəxsə ittiham irəli sürülməsi onun daha ağır cinayətdə ittiham olunması üçün rəsmiləşdirilmişdir. Əslində, işin halları və təqsirləndirilən şəxsi səciyyələndirən digər hallar onun külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi və satışını həyata keçirməsi ittihamı ilə uyğunluq təşkil etmir. Əksinə, işin halları və təqsirləndirilən şəxsi səciyyələndirən hallar ittiham olunan şəxsin narkotik vasitələri satış məqsədi olmadan əldə etməsinə dəlalət edir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən Aliev Daniial Farmanoviçin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Kollegiya bildirir ki, apellyasiya şikayətində məhkəmənin hökm çıxararkən bu halların heç birini nəzərə almayaraq nəticədə qanunsuz və əsassız olaraq ittihamedici hökm çıxardığı iddia edilsə də, müdafiəçinin apellyasiya şikayətində irəli sürdüyü -şahid qismində dindirilən polis əməkdaşlarının ifadələrindəki ziddiyyətlər, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsi, onun saxlanma vaxtı, yeri və şəraitində uyğunsuzluq, onun polis idarəsində gətirilməsiunin tarixi və saatının düzgün qeyd edilmədiyi barədə dəlilləri məhkəmə baxışı zamanı ətraflı tədqiq edilərək qiymət verilmiş və əsaslılığı müəyyən edildiyindən həmin hissələrdə təqsirləndirilən şəxsin xeyrinə həll edilmişdir. Lakin qeyd edilən əsaslar təqsirləndirilən şəxsə bəraət verilməsi üçün yetərli olmadığından apellyasiya şikayətində təqsirləndirilən şəxs X30 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri olmadığı barədə dəlilləri əsassız hesab edilir. Cinayət işi materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə əməli sübuta yetirilmədiyindən həmin maddələrlə ona bəraət verilməsinə dair məsələyə hüquqi qiymət verilmişdir. Bununla bağlı təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələri tədqiq edilərkən müəyyən edilmişdir ki, o, saxlanılmamışdan əvvəl tanışları vasitəsilə şəxsi istifadə məqsədilə 15-20 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana almış, onun üzərində az hissəsini götürüb bir azını çəkmiş, götürdüyündən qalanını corabında, qalan hissəni isə mənzilində gizlətmişdir. Polis əməkdaşları onu saxladıqdan sonra corabında və evində saxladığı marixuananı polisə təhvil vermişdir. Müəyyən edilmişdir ki, X20 etiraf etdiyi hissədə corabından aşkar edilmiş qurudulmuş marixuananın çəkisi 0,13 qram, mənzilindən aşkar edilmiş üç bükümdə marixuananın çəkisi isə cəmi 23,36 qram olmuşdur. Göründüyü kimi, X20 narkotik vasitənin ümumi çəkisinin xeyli miqdar, yəni 23,49 qram təşkil etdiyini özü etiraf etmişdir. Bununla da məhkəmə təqsirləndirilən şəxsin etiraf etdiyi miqdarda, şəxsi istifadə məqsədilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni qanunsuz əldə edib saxlamaqla daşıması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası bu səbəbdən X20 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin sübuta yetirilməməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Həmçinin, iş materiallarından göründüyü kimi, X20 opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSIS-dən alınan məlumata əsasən, X20 ##.##.2021-ci il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Bundan başqa, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxs X20 həmçinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “şəxsiyyəti istintaqa məlum olmayan Iran Islam Respublikasının vətəndaşı Rza adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə etmək barədə razılaşması”nı göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının X20 özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olubolmaması və sair hallar müəyyən edilməmiş, habelə ittiham tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir. Təqsirləndirilən şəxs X20rşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda isə narkotik vasitənin əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin təqsirləndirilən şəxs X20 və Rza adlı şəxsin qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində (birgə) törədildiyi qeyd olunsa da, razılaşmanın nə vaxt, harada, hansı üsulla əldə olunduğu, eləcə də təqsirləndirilən şəxsin sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən əldə etmə, saxlama, daşıma, satma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmişdir. Ümumiyyətlə, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, Cinayət Prosessual Məcəlləsiin 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“şəxsiyyəti istintaqa məlum olmayan Rza adlı Iran Islam Respublikasının vətəndaşı” ifadəsi qeyd edilməklə) ibarətdir. Qeyd edilmişdir ki, cinayət təqibi orqanının təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin əldə edilməsi, daşınması, saxlanması, satışı üzrə əməlləri başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələlər olduğu halda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq təqsirləndirilən şəxsə qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir. Beləliklə, məhkəmə belə qərara gəlmişdir ki, təqsirləndirilən şəxs X20 verilmiş ittihamın “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması” ilə bağlı verilmiş ittihamda onun təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası işin hallarını araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin naməlum şəxsdən öz istifadəsi üçün narkotik vasitə alması barədə birinci instansiya məhkəməsinin qənaəti haqlıdır. Kollegiya hesab edir ki, təqsirləndirilən şəxs X20 satış məqsədi olmadan xeyli miqdarda, yəni 23,49 qram təşkil edən qurudulmuş marixuananı əldə etməkdə və saxlamaqda təqsirli bilinməsi barədə nəticə qanuni və əsaslıdır. Ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamla və apellyasiya protestində təqsirləndirilən şəxsə külli miqdarda narkotik vasitənin və psixotrop maddənin satışı ittihamının irəli sürülməsi barədə iddiaları təsdiqini tapmadığından əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 21.2 və 21.3-cü maddələrinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Protestdə məhkəmənin hökmündə Daniial Alievin qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən cinayətin törədilməsi ilə bağlı düzgün nəticəyə gəlmədiyi iddia edilmişdir. Protestin qeyd edilən dəlilini əsaslandırmaq üçün təqsirləndirilən şəxs Daniial Aliyevin ibtidai istintaqda verdiyi ifadəsinə, X34 üzərinə, avtomobilinə və mənzilinə müdafiəçinin iştirakı ilə keçirilmiş video çəkilişlərə istinad edilmişdir. X34 üzərinə, avtomobilinə və mənzilinə müdafiəçinin iştirakı ilə keçirilmiş video çəkiliş Daniial Alievin sərbəst şəkildə hər hansı təhdid olmadan üzərindən, avtomobilindən və mənzilindən aşkar edilmiş qeyd edilən narkotik vasitələr və psixotrop maddələri təhqiqat orqanına könüllü təqdim edir, onun və müdafiəçinin iştirakı ilə qablaşdırlır, özü və müdafiəçisi tərəfindən imzalanır və təhqiqat orqanı tərəfindən möhürlənərək götürülməsi faktı təsdiq edir. Lakin sözügedən narkotik vasitələrin həmin yerlərdə hansı şəraitdə, nə zaman mövcud olması məsələsi mübahisə yaratmışdır. Protestdə həmçinin istinad edilmişdir ki, ibtidai istintaq zamanı D.Aliev özü ifadəsində narkotik vasitələri və psixotrop maddələri Iran Islam Respublikasının vətəndaşı Rza adlı şəxsdən əldə etdiyini, eləcə də üzərindən, avtomobilindən və mənzilindən aşkar edilmiş qeyd edilən narkotik vasitələr və psixotrop maddələrin ona məxsus olduğunu bildirmişdir. Qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin etirafı özlüyündə ona verilmiş ittihamda təqsirli bilinməsi üçün yetərli deyildir. Onun etirafı yalnız cinayət işinin digər sübutları ilə yanaşı, araşdırılıb tədqiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, hətta təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Istintaq dövründə D.Alievə zorakılıq hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarının olmaması, əməliyyataxtarış zamanı toplanmış sübutların mötəbərliyi baxımından qiymətləndirilməsi üçün yetərli deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutlar X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur və cinayət işi üzrə aparılmış istintaq hərəkətlərinin prosessual pozuntularla həyata keçirilməsi həmin şübhələrin mövcudluğunu bir daha təsdiq edir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Apellyasiya protestinin dəlillərində ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın əsaslılığını göstərmək üçün məhkəmə bioloji ekspertizasının ##.##.2025-ci il tarixli, */** nömrəli və məhkəmə fiziki-kimyəvi ekspertizasının ##.##.2025-ci il tarixli, */** nömrəli rəylərinə istinad edilmiş, halbuki məhkəmə bioloji və məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqata təqdim edilən narkotik vasitə və psixotrop maddənin tərkibini və miqdarını müəyyən edir və heç bir halda aparılan istintaq hərəkətlərinin qanuniliyinə, baxış-axtarış və maddi sübutun götülməsi zamanı prosessual qanunvericiliyin tələblərinin, təqsirləndirilən şəxsin hüquqlarının pozulması hallarının mövcud olub-olmamasına təsir edə bilməz. Bundan başqa, kollegiya qeyd edir ki, protestdə iddia edilən Daniial Alıyevin həmin psixotrop maddələri və narkotik vasitələri üzərinə, mənzilinə və avtomobilinə qoyaraq tutulma təhlükəsini dərk etdiyi halda küçəyə çıxması, gəzdirməsi, qeyd edilən psixotrop maddələri və narkotik vasitələri şəxsi islehlak miqdarından dəfələrlə artıq miqdarda əldə etməsi barədə mülahizələri məhkəmə istintaqı zamanı təsdiqini tapmamışdır ki, D.Aliyev tərəfindən psixotrop maddələri və narkotik vasitələri məhz satış məqsədi ilə əldə etməsini sübut edən amillər kimi qiymətləndirilə biməz. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Apellyasiya protestinin Daniial Aliyevdən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin külli miqdarda olması sonuncunun həmin narkotik vasitəni məhz satış məqsədilə əldə etməsinə və daşıyaraq saxlamasına dəlalət edən hallardan biri olması barədə dəlilləri də əsassız hesab edilir. Dövlət ittihamçısı apellyasiya protestində Daniial Aliyevin narkotik vasitələrin və psixotrop maddələrin satmaq üçün hər hansı şəxslə və ya alıcı ilə sövdələşməsinin müəyyən edilməsi, narkotik vasitəni satmağa cəhd etməsi hallarının müəyyən edilməməsinin onun narkotik vasitələri satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etməsi qənaətinə gəlmək üçün əsas olması barədə məhkəmənin nəticəsini işin faktiki hallarına uyğun olmayan hesab etmiş, bu dəlilini də onunla əsaslandırmışdır ki, narkotik vasitənin şəxsi istehlak miqdarı həmin narkotik vasitənin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Kollegiya bildirir ki, protestdə dəfələrlə aşkar edilmiş narkotik vasitənin bütün miqdarının təqsirləndirilən şəxsə aidiyyatı müzakirə edilmədən, məhz ittiham verilmiş narkotik vasitənin külli miqdarda olmasına əsaslanaraq onun satış məqsədilə əldə edilməsinə israr edilməsi, Daniial Aliyev ilə istehlakçı arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin sonradan olacağı, sifarişə uyğun olaraq narkotik vasitənin külli miqdarda əldə edilməsi barədə dəlilləri absurd hesab edilir. Qeyd edilir ki, təqsirləndirilən şəxsə ittiham aşkar edilmiş fakta görə verilməli, şəxsin sonradan hər hansı istehlakçı ilə arasında gələcəkdə sövdələşmə ola bilməsi ehtimalı ilə şəxsin itihamına “satış” niyyətinin əlavə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə narkotik vasitələr yalnız küllli miqdarda satış məqsədi ilə əldə etdikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, X20rşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülməsi barədə apellyasiya protestinin dəlilləri yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında təqsirləndirilən şəxs X20 tərəfindən onun üzərindən aşkar edilmiş narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Təqsirləndirilən şəxs X20 həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitənin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamış və faktiki olaraq bu istiqamətdə hər hansı istintaq hərəkəti yerinə yetirilməmişdir. Cinayət işinin materiallarında təqsirləndirilən şəxs X20 narkotik vasitənin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitənin satmaq məqsədi ilə əldə etməsini və istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir sübut yoxdur. Göründüyü kimi, apellyasiya protestində Daniial Aliyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və sair sənədlərlə kifayət qədər sübuta yetirildiyi qeyd edilməklə yalnız ittihamı təsdiq edən sübutlar önə çəkilmiş, ittihamı təkzib edən sübutlara isə qiymət verilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətlərinin keçirilməsi barədə protokollar, ekspertiza rəyləri və işin digər materialları ilə təsdiq olunaraq, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və X20 əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Buna görə də, məhkəmə kollegiyası hökmün ləğv olunaraq təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsinə heç bir əsas görməyərək dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Kollegiya həmçinin qeyd edir ki, məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Müdafiəçinin apellyasiya şikayətində şəxsin əməlində cinayət əməlinin tərkib əlamətləri sübuta yetirilməməsinə dair göstərilən dəlillər öz təsdiqini tapmadığından şəxsə bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. X20 barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyаsının qənаətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 58.3-cü mаddəsinin tələblərinə riаyət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs X20 cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsəd ilə tətbiqini düzgün müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya protesti və apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.2 və 410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Müdafiəçi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli hökmü dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və müdafiəçi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum X20 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 5 (beş) saat üçün cəmi 55 (əlli beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Cavid Hüseyn Aqil Musayev
Məhkəmə qərarları › İş №1(3-6)-663/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-663/2026
04.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver