Məhkəmə qərarları › İş №1(3-6)-667/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-667/2026

04.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-667/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Universal vəkil bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X1, Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə,) ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə ##.##.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində biri yetkinlik yaşına çatmayan 2 övladı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 5 ünvanında qeydiyyatda olan, ünvan 8 ünvanında yaşamış, Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ## #### 2025-ci il tarixdən cəza çəkən və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 1(075)- **/**** saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq ona qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı 07 (yeddi) ay müddət, həmçinin Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı hökmünə əsasən ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ## ###### 2024-cü il tarixdən ## #### 2025-ci il tarixədək ev dustaqlığında olduğu və həbsdə saxlandığı 02 (iki) ay 18 (on səkkiz) gün, cəmi olaraq 09 (doqquz) ay 20 (iyirmi) gün müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 06 (altı) il 08 (səkkiz) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış,cəzasını ümumi rejimli cə zaçəkmə müəssisəsində çəkməsi,cəzaçəkmə müddətinin başlanğıcı ## #### 2025ci ildən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Işin halları: Məhkəmə hökmünə əsasən, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tanışı X10, Elnur adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girmişdir. Aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, öz aralarında rolları bölüşdürdükdən sonra zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs bu məqsədlə sonuncuya Bakı şəhəri, Qaradağ rayon *** nömrəli tam orta məktəbdə Azərbaycan dili-ədəbiyyat müəllimi işləyən gəlini şahid3 müəllimlərin sertfikasiya imtahanında sertifikatlaşdırmanın 10% artımından 45% artımına keçirilməsində kömək göstərəcəyini yalandan vəd verib aldatmışdır. ## ##### 2023-cü il tarixdə ünvan 4 ünvanda yerləşən ofisdə o, zərərçəkmiş şəxs3 6.000 manat pul vəsaitini alıb ələ keçirərək öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə sonuncuya ümumilikdə 6.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı C.R.Qəmbərov, Elnur adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə öz aralarında rolları bölüşdürdükdən sonra zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs bu məqsədlə sonuncuya Xocavənd rayonu, Xocavənd kənd * saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləyən qızları şahid5 və şahid6 müəllimlərin sertifikasiya imtahanında sertifikatlaşdırmanın artımına kömək göstərəcəyini yalandan vəd verib aldatmışdır. ## ### 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 115/9 ünvanda fəaliyyət göstərən ** saylı notariat ofisinə o, zərərçəkmiş şəxs4 20.000 manat pul vəsaitini alıb ələ keçirərək öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə sonuncuya ümumilikdə 20.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı C.R.Qəmbərov, Elnur adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə öz aralarında rolları bölüşdürdükdən sonra zərərçəkmiş şəxs zərərçəkmiş şəxs11 əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Bu məqsədlə sonuncuya X12 Ingili dili müəllimi ixtisası üzrə bitirmiş arvadı şahid11 Ismayıllı rayon * nömrəli tam orta məktəbə Ingilis dili müəlliməsi kimi işə düzəldəcəyini yalandan vəd verib aldatmışdır. ## ### 2023-cü il tarixdə ünvan 6 ünvanın yaxınlığında yerləşən ofisdə o, zərərçəkmiş şəxs11 15.000 manat pul vəsaitini alıb ələ keçirərək öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə sonuncuya ümumilikdə 15.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı C.R.Qəmbərov, Elnur adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə öz aralarında rolları bölüşdürdükdən sonra zərərçəkmiş şəxs zərərçəkmiş şəxs10 əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Bu məqsədlə sonuncuya Azərbaycan Pedaqoji Universitetinin Riyaziyyat və Informatika fakültəsinin Riyaziyyat-Informatika müəllim ixtisası üzrə bitirmiş qızı X5 Bakı şəhəri, Nərimanov rayon *** nömrəli tam orta məktəbə Riyaziyyat müəlliməsi kimi işə düzəldəcəyini yalandan vəd verib aldatmışdır. ## ### 2023-cü il tarixdə ünvan 10 ünvanda fəaliyyət göstərən ** saylı notariat ofisinə o, zərərçəkmiş şəxs10 15.000 manat pul vəsaitini alıb ələ keçirərək öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə sonuncuya ümumilikdə 15.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı C.R.Qəmbərov, Elnur adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə öz aralarında rolları bölüşdürdükdən sonra zərərçəkmiş şəxs Nümayəndə əmlakını etibardan suiistifadə etmə və ya aldatma yolu ilə ələ keçirmişdir. Bu məqsədlə sonuncunu orta məktəblərin birinə direktor təyin etdirəcəyini yalandan vəd verib aldadaraq ## ### 2023- cü il tarixdə ünvan 9 ünvanda fəaliyyət göstərən * saylı notariat ofisinə o, Nümayəndə 17500 manat, ## #### 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 115/9 ünvanda fəaliyyət göstərən ** saylı notariat ofisində 6000 manat, ## #### 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24 A ünvanda fəaliyyət göstərən * saylı notariat ofisində 28000 manat, ## #### 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 115/9 ünvanda fəaliyyət göstərən ** saylı notariat ofisində Nümayəndə qızı L.Ş.Abdullayevanın vasitəsilə 3500 manat, ## ######## 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Mehtizadə küçəsində yerləşən “Happy” marketdə olan “mpay” elektron ödəmə terminalı vasitəsilə qrupun üzvü C.R.Qəmbərova məxsus “xxxx” ASC tərəfindən verilmiş bank kartına Nümayəndə köçürdüyü 2130 manat, ## ######## 2023-cü il tarixdə ünvan 7 ünvanda yerləşən “Al” marketdə olan “mpay” elektron ödəmə terminalı vasitəsilə C.R.Qəmbərova məxsus “xxxx” ASC tərəfindən verilmiş bank kartına Nümayəndə köçürdüyü 1870 manat və ## ####### 2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən “Araz” marketdə olan “MilliÖN” elektron ödəmə terminalı vasitəsilə C.R.Qəmbərova məxsus “xxxx” ASC tərəfindən verilmiş bank kartına Nümayəndə köçürdüyü 4.000 manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs Nümayəndə ümumilikdə 63.000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı C.R.Qəmbərov, Elnur adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə öz aralarında rolları bölüşdürdükdən sonra zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Bu məqsədlə sonuncunu orta məktəbə direktor təyin etdirəcəyini yalandan vəd verib aldadaraq ## #### 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 115/9 ünvanda fəaliyyət göstərən ** saylı notariat ofisində sonuncunun bacısı qızı X11 vasitəsilə o, 8.500 manat, ## ###### 2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən “Araz” marketdə olan “MilliÖN” ödəmə terminalı vasitəsilə qızı Azərin Mustafayevaya məxsus “xxxx” ASC tərəfindən verilmiş bank kartına zərərçəkmiş şəxs6 bacısı Nümayəndə köçürdüyü 2.000 manat, 2023-cü ilin avqust ayının ortalarından başlayaraq həmin ilin sentyabr ayının ortalarına qədər olan müddət ərzində ünvan 2 ünvanda sonuncunun vasitəsilə 40.000 manat, ## ######## 2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən binanın ** nömrəli mənzilində “DostBank” mobil tətbiqi vasitəsilə ona məxsus “xxxx” ASC tərəfindən verilmiş bank kartına Nümayəndə köçürdüyü 3.000 manat və ## ######## 2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən binanın ** nömrəli mənzilində “DostBank” mobil tətbiqi vasitəsilə ona məxsus “xxxx” ASC tərəfindən verilmiş bank kartına Nümayəndə köçürdüyü 1.500 manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 ümumilikdə 55.000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı C.R.Qəmbərov, Elnur adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə öz aralarında rolları bölüşdürdükdən sonra zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Bu məqsədlə sonuncuya arvadı şahid7 orta məktəbə direktor təyin etdirəcəyini yalandan vəd verib aldadaraq 2023-cü ilin iyun ayında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 65a ünvanda yerləşən Nizami rayon Icra Hakimiyyətinin inzibati binasının yaxınlığına o, zərərçəkmiş şəxs4 6.000 manat, ## #### 2023-cü il tarixdə Ağcabədi şəhəri, *** saylı yeni yaşayış massivində yerləşən “Qarabağ” marketdə olan “eManat” elektron ödəmə terminalı vasitəsilə ona məxsus “xxxx” ASC tərəfindən verilmiş bank kartına zərərçəkmiş şəxs4 köçürdüyü 500 manat, ## ####### 2023-cü il tarixdə Ağcabədi şəhəri, Ü.Hacıbəyli küçəsində yerləşən “Uğur” marketdə olan “MilliÖN” elektron ödəmə terminalı vasitəsilə qrupun üzvü C.R.Qəmbərova məxsus “xxxx” ASC tərəfindən verilmiş bank kartına zərərçəkmiş şəxs4 köçürdüyü 5.000 manat və həmin günü Ağcabədi şəhəri, Ü.Hacıbəyli küçəsində yerləşən “Uğur” marketdə olan “MilliÖN” elektron ödəmə terminalı vasitəsilə C.R.Qəmbərova məxsus “xxxx” ASC tərəfindən verilmiş bank kartına zərərçəkmiş şəxs4 köçürdüyü 1.000 manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 ümumilikdə 12.500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı C.R.Qəmbərov, Elnur adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə öz aralarında rolları bölüşdürdükdən sonra Bakı Dövlət Universitetini Tarix ixtisası üzrə bitirmiş zərərçəkmiş şəxs2 əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə sonuncunu yaşadığı evin yaxınlığında olan orta məktəbə Tarix müəlliməsi kimi işə düzəldəcəyini yalandan vəd verib aldatmışdır. ## #### 2023-cü il tarixdə ünvan 4 ünvanda yerləşən ofisdə o, zərərçəkmiş şəxs2 16.000 manat pul vəsaitini alıb ələ keçirərək öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə 16.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünü ləğv edib barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Hökmdən apellyasiya protesti, zərərçəkmiş şəxslər tərəfində apellyasiya şikayəti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını araşdırmadan ədalətsiz hökm çıxarmışdır. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Universal vəkil bürosunun vəkili müdafiəçi1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs apellyasiya şikayəti ibtidai istintaq orqanı tərəfindən ədalətli araşdırma aparılmadığını, işin faktiki hallarının düzgün müəyyən edilmədiyini göstərsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Məhkum edilmiş Təqsirləndirilən şəxs əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs özünü ittiham aktında və göstərilən ona elan edilmiş ittihamlar üzrə Nümayəndə və zərərçəkmiş şəxs6 ilə bağlı epizodlar üzrə təqsirli bilməmişdir. Belə ki, apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, ## #### 2024-cü il tarixində 7 ay müddətində Gəncə və Bakı istintaq təcridxanalarında saxlanıldıqdan sonra polis nəzarətində olmaq şərtilə həbsdən çıxdığı gündən sonrakı və əvvəlki bir neçə gün ərzində Abşeron Rayon Polis Idarəsində haqqımda qaldırılan cinayət işini araşdıran Vüsal adlı müstəntiq indiyə qədər bilmədiyi səbəblərdən cinayət işini qərəzli aparmışdır. Belə ki, 19 iyuldan əvvəl Abşeron Rayon Polis Idarəsinin X21 2 gündə və 19 iyuldan sonra polis nəzarətində olmaq şərtilə azad olduğu vaxtda 1 həftə - 10 gün ərzində həmin Vüsal adlı müstəntiq onu bir neçə dəfə çağırmış, verdiyi ifadələrdə özü tərəfindən hərf səhvləri olduğunu bildirərək müxtəlif günlərdə azı 4-5 dəfə ona qol çəkdirmişdir. Vaxt məhdudiyyətini bəhanə edərək və onun polis nəzarətində sərbəst buraxıldığını minnət kimi qoyaraq ifadələri tam oxumağa imkan verməmiş, beləliklə qərəzli şəkildə ifadələri dəyişdirmişdir. Sonradan ona Bakı Ağır Cinayətlər Məhkəməsində verilən və indiyəcən də onda olan ittihamnamədə isə ibtidai istintaq zamanı verilən ifadələr olmamış və buna görə də o, hər şeyi normal hesab edərək son məhkəmə iclasınadək orada əslində nələr yazıldığından xəbər tutmamışdır. Öz məhkəmə proseslərində yalnız yekun iclasdan bir neçə gün öncə bu işlərlə əlaqəsi olan başqa adamın – Qəmbərov Cəbrayılın məhkəmə iclasında guya onun verdiyi ifadələrdən xəbər tutanda isə artıq gec olmuş və özünü müdafiə zamanı gözlənilməz vəziyyətlə qarşılaşmışdır. O, nə ibtidai istintaq zamanı, nə də məhkəmə iclaslarında üzərinə atılan böhtanları təsdiq etməmişdir. Nümayəndə və Bəyramov Zahidin iddia etdikləri kimi və göstərdikləri məbləğdə pul aldığını heç bir ifadəsində göstərməmişdir. Buna görə də Abşeron Rayon Polis Idarəsində Vüsal adlı müstəntiq tərəfindən əldə edilərək ibtidai istintaq zamanı qol çəkdirildiyi imtinanın rəsmi şəkildə qeydə alınmasını və yalnız məhkəmə prosesində verdiyi ifadələri qəbul edilməsini xahiş etmişdir. Barəsində şikayətçi olan şəxslərdən iki nəfərin — bacı-qardaş olan Nümayəndə və Bəyramov Zahiddən ümumilikdə və Nümayəndə qızından alınan təxminən 10 min manatla birlikdə 3 nəfərdən aldığı pul məbləği notarial qaydada 80000 manata çatmadığı halda ona daha ağır cəza təyin edilməsi üçün Nümayəndə qızı borc müqaviləsində adının olmasına baxmayaraq şikayət ərizəsində adı çəkilməmiş, şikayət ərizəsində verilmiş məbləğ şişirdilərək 63000 manat Nümayəndə, 55000 manat isə Bəyramov Zahid tərəfindən verildiyi barədə saxta iddialar qaldırılmışdır. Nümayəndə və zərərçəkmiş şəxs6 notarial qaydada təsdiq olunmuş pul məbləğini yalandan artırdıqları məbləğin sübutunu təqdim edilməsini xahiş edir. Nümayəndə 2023-cü ilin may ayı ərəfəsində 63 yaşını tamam etdiyi və heç 2 il də keçmədən pensiyaya çıxacağı halda niyə direktor olmaq üçün külli miqdarda pul verməsinin məntiqli səbəbini açıqlamasını xahiş edir. Bakı şəhərində olan Nümayəndə və zərərçəkmiş şəxs6 tərəfindən işlədilmiş məbləğləri götürərək orta məktəbdə direktor təyin edilməyi üçün guya ki, birincinin 63000 manat, ikincinin isə 55000 manat nəğd pul verdiklərini bildirərək barəmdə şikayət etmişlər. Belə ki, ümumiyyətlə Nümayəndə və zərərçəkmiş şəxs6 ümumilikdə Nümayəndə qızından alınan təxminən 10 manat civarında borc müqaviləsi də nəzərə alınmaqla alınan pul məbləği 80000 manata çatmır. Bundan əlavə isə Nümayəndə heç vaxt onun məktəbə direktor kimi işə düzəlmək xahişini etməmiş və bununla bağlı ona pul verməmişdir. Nümayəndə ona işlədiyi məktəbdə sertifikasiya kəsilə biləcək müəllimlərdən pul yığaraq məhz sertifikasiya imtahanı barədə kömək göstərməyi xahiş etmiş və məhz bu işlə bağlı üst-üstə 20 nəfərdən artıq müəllimdən qədərini bilmədiyi miqdarda pul yığaraq ona təxminən 35000 manat civarında pul vermişdir. Sizə təqdim edəcəyim diskdəki səs yazısını sübut kimi təqdim edirəm. Səs yazısı mənim, Rəna xanımın, onun qardaşının və vəkilinin iştirakı zamanı qeydə alınmışdır.Cinayət işində Nümayəndə və zərərçəkmiş şəxs6lə bağlı epizodlarda notarial qaydada təsdiq olunmuş sənədlərdəki pul məbləğlərinin uyğunsuzluğunu və təqdim etdiyim diskdəki səs yazısında da göründüyü kimi Nümayəndə direktor təyin edilmək üçün deyil, sertifikasiya imtahanlarında kəsilə biləcək müəllimlərdən pul verməsini nəzərə alaraq Nümayəndə və zərərçəkmiş şəxs6 barəsində verdiyi şikayət iddiasının əsassız sayılmasını və verilmiş məbləğlər qəpiyinə qədər hansı məqsədlə verildiyi dəqiq müəyyənləşdirilərək hüquqi qiymət verilməsini xahiş edirəm Birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs11, zərərçəkmiş şəxs10, zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs2 ilə bağlı verilmiş ittihamı qəbul edir, həmin şəxslərdən pulu alıb digər təqsirləndirilən şəxs C.R.Qəmbərova vermiş, lakin sonuncu vəd etdiyi işləri düzəltməmişdir. Nümayəndə ilə bağlı verilmiş ittihamı qəbul etmir, belə ki, sonuncudan təxminən 20 nəfər müəllimin sertifikasıyası ilə bağlı müxtəlif məbləğlərdə pulu notariusda götürmüşdür. O, Nümayəndə direktor düzəltmək məqsədi ilə, eləcə də vahid niyyətlə pul almamış, müəllimlərin sertifikasıyası ilə bağlı ümumilikdə 70.000-80.000 manat pul almışdır. zərərçəkmiş şəxs6 da Nümayəndə qardaşıdır, sonuncudan direktor düzəldilməsi üçün 55.000 manat deyil, 14.000 manata yaxın pul almışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs10 qızını işə düzəltmək məqsədi ilə pul alsa da, vədini yerinə yetirə bilməmiş, sonuncudan aldığı puldan 5.000 manatı qaytarmışdır. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 6.000 manat pul almış C.R.Qəmbərova vermiş, lakin sonuncu işə düzəltmə barədə vədinə əməl etməmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 2023-cü ildə 16.000 manat pul almış, həmin puldan C.R.Qəmbərova vermiş, lakin sonuncu işə düzəltmə barədə vədinə əməl etməmişdir. Əvvəlkindən aldığı puldan 2.000 manat qaytarılmışdır. Zərərçəkmiş şəxs Nümayəndə ona özünün direktor təyin olunması üçün pul verməmişdir. Sonuncu qardaşı ilə birgə ona 78.000-80.000 manat məbləğində pul vermiş, həmçinin ondan əvvəl isə Nümayəndə 3.000 manat pul almışdır. ## ### 2023-cü ildə * saylı notariat ofisində 17.500 manat pulu 5 nəfər müəllimin sertifikasiya imtahanı üçün, bundan sonra isə müxtəlif tarixlərdə yenə eyni məqsədlə müxtəlif məbləğlərdə pulları ona vermişdir. Işi görəcək şəxs C.R.Qəmbərov olsa da, sonuncu onları aldadaraq verdiyi vədlərə əməl etməmişdir. Nümayəndə qardaşı ilə direktor kimi işə düzəlmə ilə bağlı söhbət olmuş, bu məsələyə görə də 15.000-20.000 manat arası pul verilmişdir. O, Nümayəndə öz işinin görmək məqsədilə sonuncudan 35.000 manat məbləğində pul almış, qalan pulları isə iş görmək vədi ilə deyil, sadəcə borc kimi almışdır. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 26.500 manat pul almış, həmin puldan 5.000 manatını Ağcabədi rayon Polis Şöbəsində, 5.000 manatını isə kartına göndərməklə qaytarmışdır. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs11ya da Ağcabədi rayon Polis Şöbəsində 5.000 manat pul qaytarmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, onun qızı X5 2018-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin riyaziyyat və informatika fakültəsinin riyaziyyat və informatika müəllimi ixtisası üzrəbakalavr pilləsini bitirmişdir. Lakin həmin vaxtdan işsiz olmuş və öz ixtisası üzrə işə düzələ bilməmişdir. 2023-cü ilin may ayında ** nömrəli tam orta məktəbdə riyaziyyat fənni üzrə müəllim işləyən qohumu şahid10 ilə söhbət edərkən qızının işsiz olduğunu və Bakı şəhərindəki orta məktəblərin hər hansı birinə müəllim kimi işə düzələ bilmədiyini qeyd etmişdir. şahid10 tanışı Təqsirləndirilən şəxs müəllimlərin Bakı şəhərində işə qəbulu ilə məşğul olduğunu bildirərək E.şahid13anın işə qəbul olunması üçün sonuncuya müraciət etməyi məsləhət etmişdir. Təqsirləndirilən şəxs 15.000 manat verəcəyi təqdirdə qızı E.şahid13anı Nərimanov rayonu ərazisində yerləşən *** nömrəli orta məktəbə riyaziyyat müəllimi vəzifəsinə işə qəbul etdirə biləcəyini bildirmiş, o da razılaşmışdır. Lakin Təqsirləndirilən şəxs verdiyi vədi yerinə yetirməmiş və həmin puldan 5.000 manat Ağcabədi RM-də qaytarmış, qalan pulu isə qaytarmamışdır. Hazırda 10.000 manat pulum qaytarılmasını tələb edir. Həmçinin zərərçəkmiş şəxs zərərçəkmiş şəxs10 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən 15.000 manat ziyan vurulduğunu, həmin puldan 5.000 manatını qaytarıldığını, hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 10.000 manat pulu tələb etdiyini, həmin pulun ödənilmədiyi halda ona cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını, ödənildiyi halda isə ona yüngül cəza təyin edilməsini, xəstəliyinə görə növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və bu ərizəsinin məhkəmə çıxışı kimi qəbul ediməsini xahiş etmişdir Birinci instansiya məhkəməsində məhkəmə iclasında digər zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, gəlini şahid3 ali təhsillidir və *** nömrəli tam orta məktəbdə azərbaycandili-ədəbiyyat müəllimə işləyir. 2023-cü ilin əvvəllərində Bakı Metropolitenin “Əhmədli” stansiyası yaxınlığında üzərində “Riyaziyyat hazırlığı” yazısı olan ofis görərək nəvəsini hazırlığa qoymaq məqsədilə oğlu Pərvizlə həmin ofisə getmiş və orada Təqsirləndirilən şəxslə tanış olmuş, sonuncunun mobil nömrəsini götürmüşdür. Daha sonra o, gəlinini 2023-cü ilin yay aylarında olacaq müəllimlərin sertifikasiya imtahanından keçirməklə əmək haqqının artmasına naol olmaq istəmiş, 10-15 gün keçdikdən sonra Təqsirləndirilən şəxs işlədiyi ofisə gedərək gəlini barədə məlumat verib sənədlərinin surətini təqdim etmişdir. Sonuncu sənədlərə baxaraq, Təhsil Nazirliyində işləyən Cəbrayıl adlı tanışı vasitəsilə kömək edə biləcəyini, sonuncununbir neçənəfər şəxsi müəllimlərin sertifikasiya imtahandan keçirərək əmək haqqını artırdığını bildirmişdir. Təqsirləndirilən şəxs Salatının əmək haqqının 10 faizdən 50 faizə artılımasını deyərək bunun müqabilində 6.000 manat pul istəmiş, o isə ailəsi ilə məsləhətləşdikdən sonra razılaşmışdır. ## ##### 2023-cü il tarixdə özünə məxsus 6.000 manat pulu götürüb oğlu Pərviz ilə Təqsirləndirilən şəxs işlədiyi ünvan 4 ünvanda yerləşən ofisə gəlmiş, o avtomobildə gözləmiş, Pərviz pulu Təqsirləndirilən şəxs aparıb vermişdir. Təqsirləndirilən şəxs gəlininin işini tezliklə həll edəcəyini bildirsə də, bir neçə ay gözləmələrinə baxmayaraq heç bir nəticə olmamış, gəlini də imtahandan uğursuz nəticə əldə etmişdir. Bundan sonra onlara Təqsirləndirilən şəxs onları aldatdığı məlum olmuş, verdikləri pulları tələb etdikdə sonuncu qaytaracağını bildirmiş, lakin müxtəlif bəhanələr deyərək onları bir neçə ay gözlətmiş və pulu verməmişdir. Artıq pulu qaytarmayacağını anladıqda ## ###### 2024 cü il tarixdə DIN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və daha sonra Xətai RPI-nin 34-cü PŞdə ərizə ilə müraciət etmişdir. Sonradan Təqsirləndirilən şəxs həmin tanışının Təhsil Nazirliyində yox, Bakı Biznes universitetində müəllim işləmiş R.C.Qəmbərov olduğunu öyrənmiş, lakin sonuncuyla heç bir əlaqəsi olmamışdır. Hazırda təqsirləndirilən şəxs onun verdiyi 6000 manat pulu qaytarmadığından sonuncudan şikayətçidir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında digər zərərçəkmiş şəxs qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, ## ### 2023-cü ildə * saylı notariat ofisində Təqsirləndirilən şəxs 17.500 manat, ## #### 2023-cü ildə ** saylı notariat ofisində ona yenə 6.000 manat, ## #### 2023-cü ildə * saylı notariat ofisində 28.000 manat, ## #### 2023-cü ildə isə ona ** saylı notariat ofisində 12.000 manat pul vermişəm. Bu pulları verməkdə məqsədi sonuncunun qardaşı və onu direktor düzəldəcəyinə vəd verməsi olmuşdur. Bundan başqa sertifikasiya imtahanında kəsilmək təhlükəsi olan bir çox müəllim ona müraciət etmiş, bununla bağlı Təqsirləndirilən şəxs deyəndə razılaşmışdır. Sonuncu ondan hər müəllimdən 4.000-5.000 pul yığmasını istəmiş, o, müəllimlərə bunu deyəndə onlar artıq istəmədiklərini bildirmişlər. Öz işi və qardaşının işi ilə bağlı Təqsirləndirilən şəxs ümumilikdə 110.000 manat pul vermiş, 40.000 manatı əlbəəl vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs həyətlərinə gələndə sonuncuya 10.000 manat, 2-3 dəfə isə yolda fərqli məbləğlərdə 8.000, 30.000 və s. pul vermiş, vurulmuş ziyandan ona heç bir məbləğ qaytarılmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında verilmiş suallara Nümayəndə cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs özünü Təhsil Nazirliyinin işçisi kimi təqdim etmiş, sonuncu prosesin getdiyini, narahat olmamalarını, işin alınacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs notariusda cəmi 63.500 manat pul vermiş, qardaşının pulu borca girib verdiyini bildirdikdə sonuncu həll edəcəyini, hətta 5 illik direktor düzəldəcəyini bildirmişdir. Onlar notariusda borc müqaviləsi bağlamışlar. Birinci instansiya məhkəməsində məhkəmə iclasında digər zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 16.000 manat pulu onu Bakı şəhərində olan məktəblərdən birinə tarix müəllim kimi işə düzəltməsi üçün vermiş, danışıqlarında Validə və Şəhriyar da iştirak etmişdir. Sonuncu Təqsirləndirilən şəxs pul vermələrini, özünün cavabdeh olduğunu bildirmiş, sonuncuya pul verən zaman Validə də yanında olmuşdur. Pulun verilməsi ilə bağlı Təqsirləndirilən şəxslə aralarında qəbz və yaxud müqavilə olmamış, sonuncuya verdiyi 16.000 manat pul özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs Təhsil Nazirliyində tanıdığı şəxs olduğunu qeyd etsə də, konkret olaraq həmin şəxsin kim olmasını, adını bildirməmiş, pulu kimlərəsə verib verməyəcəyi barədə heç nə deməmişdir. Ona həmin puldan 2.000 manat pulu Şəhriyar qaytarmışdır, hazırda təqsirləndirilən şəxsdən 14.000 manat pulu tələb edir Birinci instansiya məhkəməsində məhkəmə iclasında digər zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs notariusda 20.000 manat, daha sonra da 7.000 manat pul vermiş, həmin 7.000 manat puldan 5.000 manat pul özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan 22.000 manatdır, həmin pulun ödənilməsini tələb edir Birinci instansiya məhkəməsində məhkəmə iclasında digər zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Şəhriyar adlı dostu onun arvadının tələbə yoldaşıdır. O, arvadını işə qoymaq istəyəndə sonuncu Təqsirləndirilən şəxs bunu həll edə biləcəyini bildirmişdir. Daha sonra Şəhriyar Təqsirləndirilən şəxslə bu barədə danışmış, sonuncu arvadını Ismayıllı rayon * nömrəli tam orta məktəbə ingilis dili müəllimi kimi işə düzəltmək üçün 15.000 manat pul istəmişdir. O, həmin pulu Şəhriyarın yanında Təqsirləndirilən şəxs vermiş, lakin sonuncu işi həll edə bilməmişdir. Məhkəmə iclasında verilmiş suallara zərərçəkmiş şəxs11 cavab olaraq bildirmişdir ki, 2023 cü ilin may ayında 15.000 manat pulu bir dəfəyə Nərimanov rayonu ərazisində Təqsirləndirilən şəxs dərs keçdiyi otaqda Anar, Tofiq, Şəhriyar və sürücünün iştirakı ilə əvvəlkinə vermişdir. Təqsirləndirilən şəxs senyabr ayınadək arvadını müəllim kimi işə düzəltməli olsa da, alındıra bilməmişdir. Ödədiyi puldan 5.000 manat Ağcabədi RPI də, 3.000 manat da Şəhriyar tərəfindən qaytarılmış, hazırda 7.000 manat ödəniləcək pul qalmışdır, şikayətçidir. Həmçinin zərərçəkmiş şəxs zərərçəkmiş şəxs11 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən 15.000 manat ziyan vurulduğunu, həmin puldan 8.000 manat qaytarıldığını, hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 7.000 manat pulu tələb etdiyini, həmin pulun ödənilmədiyi halda ona cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını, ödənildiyi halda isə ona yüngül cəza təyin edilməsini, xəstəliyinə görə növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və bu ərizəsinin məhkəmə çıxışı kimi qəbul ediməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında digər zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, pulu R.C.Qəmbərova vermişdir. Həmçinin zərərçəkmiş şəxs9 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tanımadığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ailə vəziyyəti ilə bağlı növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cəza təyin edilməməsini və bu ərizəsinin məhkəmə çıxışı kimi qəbul ediməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında digər zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, pulu R.C.Qəmbərova vermişdir. Həmçinin zərərçəkmiş şəxs5 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tanımadığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, onu tanımadığına və şikayətçi olmadığına görə növbəti məhkəmə iclaslarında iştirak etmək istəmədiyini, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cəza təyin edilməməsini və bu ərizəsinin məhkəmə çıxışı kimi qəbul ediməsini xahiş etmişdir Birinci instansiya məhkəməsində məhkəməyədək istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərərçəkmiş şəxs6 məhkəməyə teleqram ünvanlayaraq ifadəsini təsdiq etdiyini və üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs6 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Nümayəndə bacısıdır və sonuncu Bakı şəhərində yaşamaqla müəllimə işləmişdir. 2023-cü ilin may ayının ortalarında bacısı sonuncu tanışı Sevda adlı qadının vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuş, sonuncu özünü Təhsil Nazirliyinin işçisi kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs ilə Nümayəndə sonuncunu Bakı şəhərində yerləşən məktəblərdən birinə direktor təyin etdirmək üçün 55.000 manata razılaşmış, işə R.C.Qəmbərov vasitəsilə düzəldəcəyini demiş, həmin şəxslərin heç birini tanımamış və görməmişdir. R.C.Qəmbərov özü də Nümayəndə 8.000 manat pul almış, sonuncu pulu ## ### 2023-cü il tarixdən ## #### 2023-cü il tarixədək olan müddət ərzində vermişdir. Nümayəndə Təqsirləndirilən şəxs pulu notariat ofisində müqavilə bağlayaraq vermiş və kartına köçürmüşdür. Nümayəndə sonuncuya pul verən ərəfələrdə, yəni 2023-cü ilin iyul ayında Nümayəndə Təqsirləndirilən şəxs onu da məktəblərdən birinə direktor kimi işə düzəldə bilib bilməyəcəyini soruşmasını xahiş etmiş, sonuncu 55.000 manat pul istəmişdir. ## #### 2024-cü il tarixdə Nümayəndə yaşadığı evdə 8.500 manat, ## ###### 2023-cü il tarixdə 2.000 manat pul vermiş, 2023-cü ilin avqust ayının ortalarından başlayaraq həmin ilin sentyabr ayının ortalarına qədər 40.000 manat pul vermiş, sonuncu həmin pulu Təqsirləndirilən şəxs çatdırmışdır. ## ######## 2023-cü il tarixdə Nümayəndə kartına 3.000 manat, ## ######## 2023-cü il tarixdə 1.500 manat pul köçürmüş, sonuncu da həmin pulu Təqsirləndirilən şəxs kartına köçürmüşdür. Sonradan Nümayəndə sonuncu və C.R.Qəmbərov ilə əlaqələrinin kəsildiyini bildirmiş, sonuncular Nümayəndə aldatmış və pulları ələ keçirmişdir. O, Təqsirləndirilən şəxs və C.R.Qəmbərovu görməmiş, sonuncularla olan danışıqlarda iştirak etməmişdir. C.R.Qəmbərova verilmiş 8.000 manat pul Nümayəndə, Təqsirləndirilən şəxs verilmiş ümumilikdə 110.000 manat pulun 55.000 manatı ona, 55.000 manatı isə Nümayəndə məxsus olmuşdur Birinci instansiya məhkəməsində məhkəməyədək istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərərçəkmiş şəxs8 məhkəməyə teleqram ünvanlayaraq ifadəsini təsdiq etdiyini və üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs8 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 2012-ci ildə DIM tərəfindən keçirilən qəbul imtahanlarında uğursuz nəticə əldə etmiş, keçməsi üçün zəruri olan 100 balı toplaya bilməmiş, 4 balı çatmamış və 96 bal toplamışdır. Buna görə də başqa universitetə qəbul üçün münasib şəxs axtarmış, xatırlamadığı tanışı ona Zaqatala şəhərində yaşayan Zəmirə adlı qadının nömrəsini verərək sonuncuyla əlaqə saxlamasını, müəllimə və iş görən şəxs olduğunu bildirmişdir. Bundan sonra Zəmirə adlı qadınla əlaqə saxlamış, sonuncnu yalnız Gürcüstan Respublikasında olan Avropa Universitetinə qəbul olunmasına kömək edə biləcəyini qeyd etmişdir. Daha sonra Zəmirənin köməkliyi ilə həmin Universitetə müraciət etmiş və topladığı balla 2012-ci ildə qeyd etdiyi universitetə Əczaçılıq ixtisası üzrə qəbul olunmuş, 2016 cı ildə universiteti bitirərək diplom almışdır. Diplomu aldıqdan sonra Azərbaycan Respublikasında təsdiqlətdirmək lazım olduğunu öyrənmiş, Zəmirəyə bu barədə bildirdikdə sonunc bu işlərlə C.R.Qəmbərovun məşğul olmasını bildirərək telefon nömrəsini vermişdir. Sonuncuyla əlaqə saxladıqdan sonra ## ###### 2024-cü il tarixdə günorta saatlarında C.R.Qəmbərov yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsinə gəlmiş, diplomuna baxıb təsdiq etdirə biləcəyini bildirmiş və 10.000 manat pul istəmiş, o isə hazırda 7000 manat, qalan 3.000 manatı isə diplomu təsdiq etdikdən sonra verə biləcəyini qeyd etmiş, aralarında razılıq əldə edilmişdir. C.R.Qəmbərov ona həmçinin uzun müddət Bakı Biznes Universitetində işlədiyini, Təhsil Nazirliyində yüksək vəzifədə işləyən dostlarının olduğunu, həmin dostlarının bir neçə dəfə xarici ölkələrin diplomunu təsdiqlətdiyini qeyd etmiş, ancaq konkret olaraq ad çəkməmiş və pulu kimlərəsə verib-verməyəcəyi barədə heç nə deməmişdir. Həmin günü axşam saatlarında C.R.Qəmbərov ilə danışmış sonuncu “WhatsApp” vasitəsilə özünə məxsus “Leo Bank” kartının fotoşəkilini göndərmiş, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində olan “A Plus” adlı marketə daxil olub orada olan “MilliÖN” elektron ödəmə sistemində kartın 16 rəqəmli kodunu yazmış və ekranda C.R.Qəmbərovun adı yazılmışdır. Saat 21:55-də karta 1.400 manat, 21:57 də 5.000 manat və 21:59-da 600 manat olmaqla, ümumilikdə 7.000 manat pul köçürmüşdür. Ödəmə sistemindən əldə etdiyi üç ədəd qəbzi götürüb mağazadan çıxmış və qəbzlərin fotoşəkillərini mobil telefonu ilə çəkərək “WhatsApp” vasitəsilə C.R.Qəmbərova göndərmiş, sonuncu bir ay müddətinə diplomu Təhsil Nazirliyində təsdiq etdirəcəyini bildirmiş, 15 gün keçdikdən sonra C.R.Qəmbərova zəng etsə də, telefona zəng çatmamışdır. Bundan sonra bir neçə gün zəng etmiş, ancaq əlaqə saxlaya bilməmiş, bu barədə Zəmirəyə də onları tanış etdiyi üçün iradını bildirmişdir. ## #### 2024-cü il tarixdə isə Abşeron RPI-yə gedərək ərizə ilə müraciət etmiş, araşdırma dövründə isə öyrənmişdir ki, C.R.Qəmbərovun bir neçə nəfər şəxsi aldatdığını və buna görə də sonuncunun barəsində Ağcabədi Rayon Məhkəməsinin qərarına əsasən həbs qətimkan tədbiri seçildiyini öyrənmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və C.R.Qəmbərov əyani olaraq görməmişdir. 2023-cü ilin yay aylarında keçirilən müəllimlərin sertifikasiya imtahanından qızları şahid6 və şahid5 kəsiləcəyindən qorxaraq onların işlərini həll etmək qərarına gəlmiş, 2023-cü ilin aprel ayının sonlarında yaşadığı evdə əri Şəfahət Təqsirləndirilən şəxs ilə danışdığını, qızlarının işini həll etmək üçün 20.000 manata razılaşdığını bildirmişdir. ## ### 2023-cü il tarixdə Şəfahət 20.000 manat pul düzəldib qızlarının sənədlərinin surətini götürüb Bakı şəhərinə getmiş, qayıtdıqdan sonra Təqsirləndirilən şəxslə notariat ofisində müqavilə bağlayaraq pulu sonuncuya vermişdir. Bir neçə gün keçdikdən sonra Şəfahətə əvvəlki kimi direktor işləmək istədiyini bildirmiş, Şəfahət Təqsirləndirilən şəxs zəng edərək bu barədə bildirdikdə sonuncu 16.000 manat pul istəmişdir. 2023-cü ilin iyun ayının ortalarında əri Şəfahət 6.000 manat pul düzəldərək zəruri sənədlərin surətləriylə birlikdə Təqsirləndirilən şəxs vermişdir. Bir müddət sonra Şəfahət Təqsirləndirilən şəxs kartına onun işi ilə bağlı 500 manat pul köçürdüyünü bildirmişdir. Daha sonra Şəfahət Təqsirləndirilən şəxs onu C.R.Qəmbərov ilə tanış etmiş, işləri sonuncunun ilə həll edəcəyini və bunun müqabilində 6.000 manat pul ödəməyə razılaşdıqlarını qeyd etmişdir. ## ####### 2023-cü il tarixdə əri Şəfahət C.R.Qəmbərovun kartına 6.000 manat pul köçürsə də, bir neçə ay gözləmələrinə baxmayaraq heç bir nəticə əldə etməmişdir. Bundan sonra Şəfahət aldadıldıqlarını başa düşərək Ağcabədi rayon Polis Şöbəsinə şikayət etmiş, o özü danışıqlarda birbaşa iştirak etməmiş, Təqsirləndirilən şəxs və C.R.Qəmbərova verilmiş ümumilikdə 32.500 manat pul vəsaiti Şəfahətə məxsus olmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş şahid20 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə iş yoldaşı olmuş, sonuncu C.R.Qəmbərova müəllimləri işə düzəltmək üçün pul vermiş, lakin iş alınmayanda pulların bir hissəsini qaytarsa da, hamısını qaytarmamışdır. O, direktorluqla bağlı deyil, sertifikasiya ilə bağlı pul verildiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona C.R.Qəmbərova vermək üçün pul vermiş, onun kartına da pullar gəlmiş, o, pulun nə üçün olduğunu soruşduqda sonuncu işə düzəltmə məsələsi ilə bağlı olduğunu bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara şahid20 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs kartında limit yüksək olduğuna görə sonuncu pul versə C.R.Qəmbərova verə bilibbilməyəcəyini sorumuş, o da etiraz etməyərək kartına gələn pulu çıxarıb sonuncuya vermişdir. Təqsirləndirilən şəxs şirinlik kimi ona 6.000 manat pul versə də, iş alınmadığından pulu sonucunun özünə qaytarmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atasının əmisiqızı anasıyla, anası isə əvvəlkini onunla tanış edərək “Bu şəxs səni *** nömrəli məktəbə müəllim olaraq işə düzəltməyə kömək edəcək” deyə bildirmiş, bundan sonra həmin şəxslə heç bir ünsiyyəti olmamış, sadəcə anası danışmışdır. O, işin düzələcəyinə inanmasa da, C.R.Qəmbərovona“sizin işiniz hazırdır, bu gün sabah düzələcək” məzmunlu mesajlar yazmışdır. Təqsirləndirilən şəxs 15.000 manat pul verilmiş, o puldan 5.000 manatı qaytarılmış, bir müddət sonra sonuncunun işlədiyi kursa gələrək işlə bağlı narahat olduğunu bildirmiş, növbəti dəfə də gələndə artıq Təqsirləndirilən şəxs orada olmamış, qaçmışdır. Məhkəmə iclasında verilmiş suallara E.şahid13a cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 15.000 manat pulun verilməsində iştirak etməmiş, pulun verildiyini görməmişdir Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş şahid13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əmisiqızının vasitəsi ilə tanımış, sonuncu ilə qızı E.şahid13anı *** nömrəli məktəbə müəllim olaraq işə düzəltməyə kömək edəcəyi barədə razılaşmışdır. Arvadı Tahirə, o və əmisiqızı Xəyalənin iştirakı ilə Təqsirləndirilən şəxslə görüşərək işin düzəlməsi üçün sonuncuya 15.000 manat pul vermiş, lakin iş alınmadıqdan sonra həmin puldan cəmi 5.000 manatı qaytarılmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş şahid10 ifadəsində göstərmişdir ki, uşaqlarının hazırlıq müəllimi kimi tanıdığı Təqsirləndirilən şəxs ona müəllimlərin işə qəbulu üçün kömək edə biləcəyini bildirmişdir. Iş yoldaşı T. Tağıyevanın qızı institutu bitirsə də, işləmədiyini bildirdiyindən sonuncunu işə düzəlməsi üçün Təqsirləndirilən şəxslə əlaqələndirmiş, özləri məsələni danışmış, başqa heç bir əlaqəsi olmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş şahid15 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. Türkiyədə təhsil alarkən Azərbaycana köçürülməsi üçün atası C.R.Qəmbərova ümumilikdə 20.000 manat pul vermiş, lakin sonuncu pulu almasına baxmayaraq heç bir kömək edə bilməmişdir. O, bununla bağlı telefon yazışmalarını görmüş və atasından eşitmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, arvadının sertifikasiya imtahanından keçməsi ilə bağlı Təqsirləndirilən şəxs ona 6.000 manat qarşılığında kömək edə biləcəyini bildirmiş, arvadıyla birlikdə pulu əvvəlkinə verməsinə baxmayaraq iş həll olunmamış, pulu da geri qaytarılmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə bir yerdə hazırlıq keçmiş, sonuncu ona Təhsil Nazirliyində tanışı olduğunu, müəllim kimi işə düzəlmək istəyən olsa ona köməklik üçün deməsini bildirmişdir. Tələbə yoldaşı şahid11 ona müəllim kimi işə qəbul olmaq istədiyini, tanışının olub-olmadığını soruşmuş, o da sonuncuya Təqsirləndirilən şəxs nömrəsini vermiş, sonuncuyla Aynurun əri Daşqınla bu barədə danışmışdır. Həmin məsələ ilə bağlı dəqiq yadında qalmasa da, Təqsirləndirilən şəxs deyəsən 15.000 manat pul verilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid (ayrılmış cinayət işi üzrə təqsirləndirilən şəxs) qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən işlərin görülməsi üçün müəyyən şəxslərdən yığılmış pullar ona verilmiş, lakin o həmin şəxsləri tanımamış, işlər alınmayanda da bəzi şəxslərin pullarını qaytarmış, həmin şəxslərlə Təqsirləndirilən şəxs danışmışdır. zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs9 və zərərçəkmiş şəxs8 o pul almış, onların Təqsirləndirilən şəxslə əlaqəsi olmamışdır. Nümayəndə ilə Təqsirləndirilən şəxs arasında olan sertifikasiya məsələləri ilə bağlı 30.000 civarında pul alınmışdır. zərərçəkmiş şəxs6 adlı şəxsi tanımır, sonuncu ona pul verməmişdir. Məhkəmə iclasında verilmiş suallara C.R.Qəmbərov cavab olaraq bildirmişdir ki, Şəfahət müəllimə 16.500 manat borcu var, 10.000 manatını qaytarmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, 2023 cü ilin may ayında birlikdə kursda müəllim işlədiyi Təqsirləndirilən şəxs ondan orta məktəbə müəllim kimi işləmək istəyən tanışının olub-olmadığını soruşmuşdur. Həmin vaxtı Xuraman adlı qadının univeristeti tarix ixtisası üzrə bitirməsini, lakin işləməməsini və işə düzəlmək istəməsini demiş, Təqsirləndirilən şəxs bu işdə kğmək edə biləcəyini bildirmişdir. O, Xuramana zəng edərək Zaur adlı şəxs ilə tanış edə biləcəyini, sonuncunun bu işdə köməklik edəcəyini və heç bir problem olmayacağını bildirmişdir. DahasonraXuramanonlarınBakışəhəri, Nərimanov rayonunda işlədiyi kursa gələrək vasitəçiliyi ilə Təqsirləndirilən şəxslə görüşmüş, bir müddət sonra onun iştirakı olmadan sonuncuya 16.000 manat pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona ofisdə 2.000 manat pulu şirinlik kimi vermiş, bir müddət keçdikdən sonra Xuraman zəng edərək işin nə yerdə qaldığını soruşmuş, o, səbrli olmasını bildirmişdir. Bundan sonra o, işin alınma ehtimalın zəif olduğunu başa Xuramanın kartına 2.000 manat pul göndərmiş, sonrasında isə sonuncu Təqsirləndirilən şəxslə heç bir əlaqə yarada bilmədiyindən işin nə yerdə qaldığını öyrənə bilməmişdir. zərərçəkmiş şəxs11 D2023-cü ilin əvvəllərindən tanımış, sonuncu tələbə yoldaşı şahid11 həyat yoldaşı olmuşdur. 2023-cü il may ayının ortalarında sonuncu bu yaxınlarda müəllimlərin işə qəbul imtahanlarının olacağını, lakin hazırlaşmadığını və imtahanı keçmək gücündə olmadığını bildirmiş, o da Təqsirləndirilən şəxs adlı tanışının kömək edə biləcəyini bildirmişdir. şahid11 nə qədər pul lazım olduğunu soruşduqda Təqsirləndirilən şəxs əvvəllər dediyi kimi 15.000-20.000 manat arası pul lazım olduğunu demiş, sonuncu da baha olduğunu, həmin məbləğə qədər pul düzəldə bilməyəcəklərini bildirmişdir. Həmin məsələni Təqsirləndirilən şəxs danışdıqdan sonra sonuncu maraqlanaraq 15.000 manat lazım olduğunu, işin həll ediləcəyinə 100% qarantiya verdiyini bildirmiş, zərərçəkmiş şəxs11 məbləğə etiraz etdikdə onun bu işlə əlaqəsinin olmadığını Təqsirləndirilən şəxs özü ilə danışmalı olduğunu bildirmişdir. 19 may2023-cü il tarixdə zərərçəkmiş şəxs11, sonuncunun qardaşı Anarı və taksi sürücüsünü Bakı Metropolitenin “Nərimanov” stansiyasının çıxışında parkın qarşısında qarşılayaraq tələbə hazırlığı üçün istifadə edilən ofisə gətirmişdir. Yolda zərərçəkmiş şəxs11 şahid11 Ismayıllı şəhəri * nömrəli məktəbə düzəlməsini istədiklərini və düzəldiyi halda müqavilə ilə olub-olmayacağını soruşmuş, o isə bu barədə Təqsirləndirilən şəxslə danışmalı olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs onlara geniş əlaqələrinin olduğunu, əvvələr də dəfələrlə belə işləri həll etdiyini, narahat olmamalarını və iki ay yarıma daxili əmrlə Z.M.Həsənovanın işə çıxacağını bildirmişdir. Bundan sonra zərərçəkmiş şəxs11 şahid11müəllim kimi işə düzəltmək üçün Təqsirləndirilən şəxs istədiyi 15.000 manat pulu sayaraq onun, Anarın və taksi sürücüsünün yanında pulu sonuncuya vermişdir. Təqsirləndirilən şəxs pulu götürüb sayaraq düz olduğunu və iki aya onlara Təhsil Nazirliyindən zəng edəcəklərini bildirmişdir. Iki gün sonra kursda Təqsirləndirilən şəxs ona yaxınlaşaraq 3.000 manat pul vermiş, səbəbini soruşduqda işin qaydasının belə olduğunu və onda qalmasını bildirmişdir. ## ###### 2023-cü il tarixdə Təqsirləndirilən şəxs verdiyi 3.000 manat pulu istəmiş, səbəbini soruşduqda sonuncu pulu aldığı şəxslərə verəcəyini bildirmiş, o güvənmədiyindən pulu özünün qaytaracağını bildirdikdə Təqsirləndirilən şəxs onunla dalaşaraq və hədə-qorxu gəlmişdir. Bundan sonra Anarla əlaqə saxlamış və ## ###### 2023-cü il tarixdə sonuncunun göndərdiyi kart hesabına 2.000 manat, daha sonra isə 500 manat, 400 manat və 100 manat olmaqla ümumilikdə 3.000 manat pul göndərmiş, sonradan isə öyrənmişdir ki, zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs əməlləri barədə polisə müraciət etdiyini öyrənmişdir. Məhkəmə iclasında verilmiş suallara şahid1 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan dili və ədəbiyyatdan uşaq hazırlığı ilə məşğul olmuşdur. Sonuncu özü ona səsli mesaj göndərərək müəllim kimi işə düzəlmək istəyən olsa kömək edə biləcəyini bildirmiş, o, köməyin hansı formada olduğunu bilməmiş, C.R.Qəmbərov adlı şəxsi tanımamışdır. Xuraman xanımın işi ilə bağlı pul onun yanında verilməmişdir. Təqsirləndirilən şəxs 2.000 pulu ona şirinlik məqsədiylə deyil “Iş alınsa pulu mənə verərsən. Alınmasa səndə qalsın” deyə bildirmişdir. Təqsirləndirilən şəxs dediyi müddətdən keçdiyinə və Xuraman xanım da tez-tez işi soruşduğuna görə o, Xuraman xanımdan kartını alaraq 2.000 manat pulu geri qaytarmışdır. Təqsirləndirilən şəxs o pulu istəsə də, o, iş həll olunmayana qədər verməyəcəyimi demişdir. şahid11 işi ilə bağlı da Təqsirləndirilən şəxs 3.000 manat pul vermiş, iş alınmadığından həmin pulu əvvəlkinin qaynı Anara qaytarmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş şahid17 ifadəsində göstərmişdir ki, C.R.Qəmbərovu 2022-ci ildə tanımış, sonuncu ona Bakı Biznes Universitetində müəllim işlədiyini əlaqələrinin geniş olmasını, əlaqələrindən istifadə etməklə qəbul imtahanlarından kəsilən şəxsləri universitetə qəbul etdirmək, o, cümlədən işə düzəlmək istəyən şəxsi müəllim kimi işlə təmin etdirə biləcəyini bildirmişdir. 2022-ci ildə oğlu X3 Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında uğursuz nəticə əldə etmiş, oğlunu İ qrup ixtisas üzrə universitetə qəbul etdirmək istəmişdir. O, C.R.Qəmbərova bu barədə müraciət etmiş, sonuncu oğlunu yalnız Gürcüstan Respublikasında universitetə qəbul etdirə biləcəyini bildirərək bunun qarşılığında 10.000 manat pul istəmiş, lakin o razılaşmamış, sonuncunu bir daha görməmişdir. 2023-cü ilin oktyabr ayında Riadın valideynləri ilə söhbət edən zaman sonuncunun atası X2 Imtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında uğursuz nəticə əldə etdiyini, Idman Akademiyasına qəbul etdirmək üçün tanış şəxs axtardıqlarını bildirmiş, o da C.R.Qəmbərov barəsində məlumat və əlaqə nömrəsi vermişdir. Bir neçə ay sonra Elçinin C.R.Qəmbərova həmin iş üçün 21.000 manat civarında, qohumlarını isə müəllimə kimi işə düzəltməsi üçün 5.000 manat pul verdiyini, lakin sonuncunun onları aldadıb pulunu ələ keçirdiyini öyrənmişdir. O, pulun verilməsində, eyni zamanda onların danışıqlarında iştirak etməmiş və görməmiş, bu işdə heç bir şəxsi marağı olmamışdır. Birinci instansiya məhkəməsində məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid19 məhkəməyə teleqram ünvanlayaraq ifadəsini təsdiq etdiyini və üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid19 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, qardaşı Daşqının arvadı şahid11 Şamaxı rayon Pedoqoji Kollecini bitirmiş, lakin müəllim kimi fəaliyyət göstərməmişdir. 2023-cü il may ayının ortalarında sonuncuya tələbə yoldaşı şahid1 tanışının olduğunu və şahid11 müəllim kimi işə düzəldə biləcəyini demişdir. zərərçəkmiş şəxs11 da şahid1la əlaqə saxladıqda sonuncu tanıdığı şəxsin dəfələrlə bu işləri görməsini, etibarlı şəxs olmasını və şahid11 da işini problemsiz həll edə biləcəyini demişdir. şahid1 zərərçəkmiş şəxs11 bu iş üçün 15.000-20.000 manat arası pul lazım olacağını demiş, sonuncu məbləğlə razılaşmamış, bir neçə gün sonra şahid1 zərərçəkmiş şəxs11 həmin şəxsin şahid11 Ismayıllı rayon * nömrəli tam orta məktəbə ingilis dili müəllimi kimi işə düzəltmək üçün 15.000 manat pul istədiyini, təcili pulu çatdırmazsa qiymətin qalxacağını bildirmişdir. Bundan sonra ## ### 2023-cü il tarixdə zərərçəkmiş şəxs11 şahid11 qızıllarını qoyaraq lombarddan pul götürmüş, həmçinin zərərçəkmiş şəxs11 bankdan da kredit götürərək 15.000 manat pul düzəltmişdir. ## ### 2023 cü il tarixdə sonuncu, o, və taksi sürücüsü Tofiq ilə birlikdə Bakı şəhərinə gəlmiş, Bakı Metropolitenin “Nərimanov” stansiyası çıxışında parkın qarşısında şahid1la görüşmüş, oradan piyada sonuncunun işlədiyi Nərimanov rayonu, F.X.Xoyiski küçəsində olan yaşayış binasının birinci mərtəbəsindəki tələbə hazırlığı üçün istifadə olunan ofisə getmişlər. Yolda gedən zaman şahid1 həmin adamın onları aldadıbaldatmayacağnı soruşduqda, sonuncu narahat olmamağı, həmin şəxsin bir neçə ildir ki, işlədiyini, birinci işinin olmadığını və belə işləri əvvəllər də gördüyünü demişdir. Ofisdə Təqsirləndirilən şəxslə tanış olub məsələni danışdıqda sonuncu onlara narahat olmamağı, biriki aya şahid11 işə çıxacağını demişdir. Bundan sonra Daşqm Aynuru müəllim kimi işə düzəltmək üçün Şəhriyarın istədiyi 15000 manat pulu sayaraq sonuncuya verdikdə Şəhriyar pulu Zaura vermələrini bildirmişdir. Zaur da pulu onun, Tofiqin və Şəhriyarın yanında Daşqından götürərək sayaraq düz olduğunu, bir iki aya Təhsil Nazirliyindən zəng edəcəklərini bildirmişdir. Bundan sonra Şəhriyar onları yola salıb Zaurun yanına qayıtmışdır. Onlar da Ismayıllı rayonuna qayıtmışlar. Bundan sonra o və zərərçəkmiş şəxs11 şahid1la əlaqə saxladıqda sonuncu narahat olmamasını və tezliklə işin həll olunacağını demişdir. Bir ay sonra onlar Təqsirləndirilən şəxslə əlaqə saxladıqda sonuncu hal-hazırda yay vaxtı olduğundan çoxunun məzuniyyətdə olduğunu və ona görə işlərin gecikdiyini bildirmiş, beləcə hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra söhbətlərdən birində Təqsirləndirilən şəxs Təhsil Nazirliyindən zəng gələcəyini bildirmiş, həmin günü 070-574-40-00 nömrəsindən zəng gələrək özünü Nazirliyinin işçisi Murad kimi təqdim edən şəxs narahat olmamağı, bu işin həll olunacağını, istədiyi halda pulu geri qaytara biləcəyini və sektor müdiri Elnur müəllimin də əlaqə saxlayacağını demişdir. Həmin günü günorta saatlarından sonra 051-610-07-60 nömrəsindən zəng gələrək özünü Elnur kimi təqdim edən şəxs də narhat olmamağı və işin düzələcəyini demiş, bir müddət sonradan isə Murad işin düzəlmədiyini, pulu kimə vermişlərsə həmin şəxsdən tələb etməsini bildirmişdir. Bundan sonra şahid1 və Təqsirləndirilən şəxslə əlaqə saxlayıb pulu geri tələb etmiş, sonuncu pulun bir hissəsini şahid1 verdiyini, bir hissəsini isə Bakı Biznes Universitetində işləyən C.R.Qəmbərova verdiyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxslə əlaqə saxlaya bilməmiş və Nərimanov Polis Idarəsinin 16-cı Polis Bölməsinə şikayət etmiş, şikayət etdikdən sonra şahid1 qardaşı Anarın kart hesabına 2.000 manat, 500 manat, 400 manat və 100 manat olmaqla, ümumilikdə 3.000 manat pul göndərmişdir. Birinci instansiya məhkəməsində məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid18 məhkəməyə teleqram ünvanlayaraq ifadəsini təsdiq etdiyini və üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid18 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, şahid19 ifadəsi ilə oxşar məzmunda ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir Birinci instansiya məhkəməsində məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid16 məhkəməyə teleqram ünvanlayaraq ifadəsini təsdiq etdiyini və üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs9 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, qardaşı Elçinin kiçik oğlu şahid15 2022-ci il tarixdə orta məktəbi bitirmiş və X7 tərəfindən keçirilən qəbul imtahanlarında uğursuz nəticə əldə etmiş, qardaşı bunu həll etmək üçün qohumlara və tanıdığı şəxslərə müraciət etmişdir. Riadın sinif yoldaşı X4 anası A.Əhmədovanın vasitəsilə C.R.Qəmbərov ilə tanış olmuş və sonuncu ilə görüşüb X13 qoymaq üçün 20.000 manata razılaşmışdır. 2023-cü ilin oktyabr ayının 11-də qardaşı Elçin zəng edərək bildirmişdir ki, C.R.Qəmbərova 15.000 manat pul çatdırmalıdır, lakin işləri olduğuna görə gedə bilmədiyindən pulu sonuncuya çatdırmasını xahiş etmişdir. Razılaşıb həmin günü qardaşı evinə gedərək binanın həyətində Elçindən 15.000 manat pulu və C.R.Qəmbərovun telefon nömrəsini almış, sonuncunun dəvəti üzərinə Yasamal rayonu ərazisində olan Bakı Biznes Universitetinin qarşısında pulu vermişdir. Bir neçə ay sonra isə öyrənmişdir ki, qardaşı Elçin oğlunun universitet məsələsi ilə bağlı C.R.Qəmbərovun kartına hissə-hissə olmaqla 6.000 manat pul köçürmüş və qohumları şahid12 Goranboy rayonunda olan məktəblərdən birinə Biologiya müəlliməsi kimi işə düzəltməsi üçün C.R.Qəmbərova 5.000 manat pul vermiş, lakin sonuncu qardaşını aldadıb pulunu ələ keçirmişdir. O, Elçinin C.R.Qəmbərova 3.900 manat və 5.000 manat pulların verilməsində, danışıqlarda iştirak etməmiş, pulu verən zaman yanında heç kim olmamışdır. Birinci instansiya məhkəməsində məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid12 məhkəməyə teleqram ünvanlayaraq ifadəsini təsdiq etdiyini və üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid12 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, ali təhsilli olduğu üçün 2023 cü ilin noyabr ayında yaşadığı evdə valideynləri ilə qərara gəlmişlər ki, yaşadığı Goranboy rayonunda olan məktəblərdən birinə Biologiya müəlliməsi kimi işə düzəlsin. Bunun üçün də yaxın qohumlara müraciət etmişlər. Həmin ərəfələrdə qohumu Elçinə bu barədə bildirdikdə sonuncu C.R.Qəmbərov adlı tanıdığının olduğunu, sonuncu onun oğlu Riadın universitetə qəbul məsələsini həll etdiyini, onun məsələsini də həmin şəxslə danışacağını bildirmişdir. O, bütün sənədlərini “WhatsApp” vasitəsilə zərərçəkmiş şəxs9 telefonuna göndərmiş, bir müddət sonuncu zəng edərək sənədlərini C.R.Qəmbərova göndəriyini, sonuncunun onu Goranboy rayonunda olan məktəblərdən birinə Biologiya müəlliməsi kimi işə düzəldəcəyini vəd verdiyini və bunun müqabilində 5.000 manat pul istədiyini bildirmişdir. Lakin onların həmin vaxt pulu olmadığı üçün zərərçəkmiş şəxs9 ilə razılaşmışlar ki, sonuncu pulu C.R.Qəmbərova, onlar da iş düzəldikdən sonra pulu zərərçəkmiş şəxs9 ödəsinlər. Lakin bir müddət sonra sonuncu C.R.Qəmbərova işə düzəlməsi üçün 5.000 manat, Riadın universitet məsələsi üçün 21.000 manat pul verdiyini, ancaq sonuncun onu aldadıb pulu ələ keçirdiyini bildirmişdir. O, C.R.Qəmbərovu görməmiş, danışıqlarda iştirak etməmişdir. Birinci instansiya məhkəməsində məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid11məhkəməyəteleqramünvanlayaraq ifadəsini təsdiq etdiyini və üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid11 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayında yaşadığı evdə əri zərərçəkmiş şəxs11 ilə söhbət edən zaman məktəblərdən birinə müəllimə kimi işə düzəlməyi qərarlaşdırmış, bu səbəbdən yaxın qohumlara və tanışlara müraciət etmişlər. Tələbə yoldaşı şahid1 zərərçəkmiş şəxs11 ilə əlaqə saxlayaraq müəllim yoldaşı olduğunu, həmin şəxsin dəfələrlə belə işləri gördüyünü, etibarlı şəxs olduğunu və onun da işini problemsiz həll edə biləcəyini, işi həll etməsi üçün 15.000-20.000 manat pul lazım olacağını bildirmişdir. Daha sonra şahid1 zərərçəkmiş şəxs11ilə əlaqə saxlayaraq Ismayıllı rayon * nömrəli tam orta məktəbə ingilisdili müəllimi kimi düzəltmək üçün 15.000 manat pul lazım və pulu təcili çatdırmalı olduğunu, gecikdiyi halda qiymətlərin qalxacağını qeyd etmişdir. Bundan sonra zərərçəkmiş şəxs11 ## ### 2023-cü il tarixdə ona aldığı qızılları lombarda girov qoyaraq pul götürmüş, eyni zamanda bankdan da kredit götürərək 15.000 manat pul düzəltmişdir. ## ### 2023-cü il tarixdə zərərçəkmiş şəxs11 taksi sürücüsü Tofiq və qardaşı Anar ilə birlikdə Bakı şəhərinə getmiş, orada şahid1 sonuncuları qarşılayaraq Təqsirləndirilən şəxs ilə tanış etmiş, sonucuya zərərçəkmiş şəxs11 15.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs iki ay müddətində onun işə çıxacağına söz vermiş, bir ay sonra zərərçəkmiş şəxs11la əlaqə saxladıqda sonuncu yay vaxtı olduğundan çoxunun məzuniyyətdə olduğunu, ona görə də işlərin gecikdiyini bildirmişdir. Bundan sonra bir müddət də gözləmiş, lakin heç bir nəticə olmamış, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirmişdir. Sonradan zərərçəkmiş şəxs11 qardaşı Anar da Təqsirləndirilən şəxslə danışmış və bundan sonra 070-574-40-00 nömrəsindən Anara zəng gələrək özünü Təhsil Nazirliyinin işçisi Murad kimi təqdim edən şəxs narahat olmamağı, işin həll olunacağını və istədikləri halda pulu geri qaytara biləcəklərini və sektor müdiri Elnur müəllimin də əlaqə saxlayacağını bildirmişdir. Həmin günü günorta saatlarından sonra Anara *** ***-**-** nömrəsindən zəng gələrək özünü Elnur kimi təqdim edən şəxs də ona narhat olmamağı və işin düzələcəyini demişdir. Lakin heç bir nəticə olmamış, zərərçəkmiş şəxs11 və Anar Elnur və Murad ilə mobil telefonla danışdıqda həmin şəxslər işin düzəlmədiyini, pulu kimə vermişlərsə həmin şəxsdən tələb edilməsini demişlər. Buna görə də Anar və zərərçəkmiş şəxs11 şahid1la, o, cümlədən Təqsirləndirilən şəxslə əlaqə saxlayıb pulu geri tələb etmiş, sonuncu pulun hamısının onda olmadığını, işi Bakı Biznes Universitetində işləyən C.R.Qəmbərov ilə gördüklərini, pulun bir hissəsini sonuncuya, bir hissəsini isə şahid1 verdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxslə əlaqə saxlaya bilmədiyindən zərərçəkmiş şəxs11 Nərimanov rayon Polis Idarəsinin 16-ci Polis Bölməsinə şikayət etmiş, şikayət edildikdən sonra şahid1 əri zərərçəkmiş şəxs11 qardaşı Anarın kart hesabına 2.000 manat, daha sonra isə 500 manat, 400 manat və 100 manat olmaqla, ümumilikdə 3.000 manat pul göndərmiş, sonuncu bunun ona çatan məbləğ olduğunu demişdir. O, danışıqlarda və pulun verilməsinmə iştirak etməmiş, həmin şəxsləri görməmiş və tanımamış, yalnız şahid1 tanımışdır. Birinci instansiya məhkəməsində məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid9 məhkəməyə teleqram ünvanlayaraq ifadəsini təsdiq etdiyini və üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid9 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 2012-ci ildə tanışı Əli ona DIM tərəfindən keçirilən qəbul imtahanlarında uğursuz nəticə əldə etdiyini, buna görədə xaricdə olan universitetlərdən birində təhsil almaq istədiyini bildirmiş, o, sonuncuya yalnız Gürcüstan Respublikasında olan Avropa universitetinə qəbul olunmasına kömək edə biləcəyini qeyd etmişdir. Razılaşdıqdan sonra Əli onun həmin universitetə müraciət etmiş və həmçinin həmin ilin qəbul imtahanlarında topladığı balla qəbul olunmuşdur. 2024-cü ilin əvvəllərində Əli zəng təhsilini başa vurduğunu, diplomunu aldığını qeyd edərək təsdiqlətdirmək üçün kimisə tanıyıb-tanımadığını soruşmuş, o isə C.R.Qəmbərovun telefon nömrəsini Əliyə vermişdir. Bir neçə ay keçdikdən sonra Əli zəng edərək C.R.Qəmbərova diplomunu təsdiqlətməsi üçün 7.000 manat pul versə də, sonuncunu tapa bilmədiyini qeyd etmiş, lakin o, C.R.Qəmbərovun sadəcə telefon nömrəsini bildiyindən Əliyə bu məsələ ilə bağlı kömək edə bilməmişdir. Bir müddət sonra isə C.R.Qəmbərovun Əlini aldadıb pulunu ələ keçirdiyini öyrənmiş, sonuncunun C.R.Qəmbərova pul verməsində, eyni zamanda onların digər danışıqlarında iştirak etməmiş və görməmişdir. Birinci instansiya məhkəməsində məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid8 məhkəməyə teleqram ünvanlayaraq ifadəsini təsdiq etdiyini və üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid8 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Tibb Universitetinin rezidenturasına qəbul olunmaq üçün keçirilən birinci imthanda kifayət qədər bal toplaya bilməmiş, atası Səyyah 2023-cü ilin may ayında C.R.Qəmbərovla tanış olaraq işi həll etmək üçün sonuncuya 8.000 manat məbləğində pul versə də, bir müddət sonra C.R.Qəmbərov pulu qaytarıb işi həll edə bilmədiyini bildirmişdir. Həmin ilin sentyabr ayında sonuncu atası ilə əlaqə saxlayıb 24.000 manat pul istəmiş və atası həmin pulu ## ######## 2023 cü il tarixdə sonuncuya vermişdir. Lakin C.R.Qəmbərov onu Tibb Universitetinin rezidenturasına qəbul etdirə bilməmiş və atasını aldadaraq pulu ələ keçirmişdir. O, pulun verilməsində, eyni zamanda atası ilə C.R.Qəmbərovun danışıqlarında iştirak etməmiş, sonuncunu görməmişdir Birinci instansiya məhkəməsində Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid6 məhkəməyə teleqram ünvanlayaraq ifadəsini təsdiq etdiyini və üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid6 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o və bacısı Gülnarənin 2023-cü ilin yay aylarında keçiriləcək müəllimlərin sertifikasiya imtahanından kəsiləcəklərindən qorxduqlarından imtahandan keçmələri üçün atası Şəfahət Təqsirləndirilən şəxs ilə danışaraq 20.000 manat pulu sonuncu ilə notariat ofisində müqavilə bağlayaraq vermişdir. Bir neçə gün keçdikdən sonra evdə atası Təqsirləndirilən şəxslə ilə anasının yenidən direktor təyin olunması ilə 16.000 manata razılaşmışdığını bildirmişdir. 2023 cü ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxs 6.000 manat pul və anasının sənədlərinin surətini vermişdir. Bir müddət sonra atası Təqsirləndirilən şəxs kartına 500 manat pul köçürdüyünü də demişdir. 2023-cü ilin təxminən sentyabr-oktyabr aylarında Şəfahət Təqsirləndirilən şəxs onu C.R.Qəmbərov ilə tanış etdiyini, işləri ikisinin birlikdə həll etdiyini, anasının direktor kimi təyin olunması Təqsirləndirilən şəxslə razılaşdığı 16.000 manat pulu 12.000 manata saldığını qeyd etmişdir. ## ####### 2023-cü il tarixdə Şəfahət C.R.Qəmbərovun kartına 6.000 manat pul köçürmüş, bundan sonra bir neçə ay gözləsələr də heç bir nəticə olmadığından Şəfahətin Təqsirləndirilən şəxs və C.R.Qəmbərov tərəfindən aldadıldığını başa düşmüşlər. Bundan sonra Şəfahət Ağcabədi rayon Polis Şöbəsinə şikayət etmiş, o, danışıqlarda iştirak etməmiş, Təqsirləndirilən şəxs və C.R.Qəmbərovu görməmiş, tanımamışdır. Birinci instansiya məhkəməsində məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid5 məhkəməyə teleqram ünvanlayaraq ifadəsini təsdiq etdiyini və üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid18 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, şahid6 ifadəsi ilə oxşar məzmunda ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsində məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid4 məhkəməyə teleqram ünvanlayaraq ifadəsini təsdiq etdiyini və üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid4 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayının ortalarında uzaq qohumu Xuraman Zaur və Şəhriyar adlı şəxslər ilə danışdığını, həmin şəxslərin onu Bakı şəhərində olan məktəblərdən birinə tarix müəllimi kimi işə düzəldəcəklərini bildirmiş, sonuncularla görüşə onunla getməsini xahiş etmişdir. Həmin gün Xuraman ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Oskar” otelin yaxınlığına gedərək orada olan dayanacaqda Şəhriyar adlı şəxslə görüşüb ofisə getmiş, ofisdə Təqsirləndirilən şəxslə tanış olmuşlar. Sonuncu Təhsil Nazirliyində tanışının işlədiyini, həmin tanışının vasitəsilə Xuramanı müəllim kimi məktəbə düzəldə biləcəyini deyərək narahat olmamasını bildirərək işin həlli üçün 17.000 manat pulun lazım olduğunu qeyd etmişdir. Xuraman kredit götürüb pulu düzəldib verə biləcəyini qeyd etmiş, bundan sonra onlar 16.000 manata razılaşmış, ## #### 2023-cü il tarixdə pulu həmin həmin ofisdə onun yanında Təqsirləndirilən şəxs vermiş, sonuncu iki ay ərzində işi düzələcəyini qeyd etmişdir. Sonradan Xuramandan öyrənmişdir ki, Təqsirləndirilən şəxs onu aldatmış və pulunu ələ keçirmiş, buna görə də əvvəlki şikayət etmişdir. Birinci instansiya məhkəməsində məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid3 məhkəməyə teleqram ünvanlayaraq ifadəsini təsdiq etdiyini və üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 2023-cü ilin yay aylarında müəllimlərin sertifikasiya imtahanı keçiriləcəyi üçün evdə Vahid və Pərviz ilə bu barədə danışdıqda qərara gəlmişlər ki, əmək haqqının artırılması üçün onu imtahandan keçirsinlər. Həmin ərəfələrdə Vahid və Pərviz müəllim işləyən Təqsirləndirilən şəxslə tanış olaraq sonuncuya bu barədə bildirmiş, Təqsirləndirilən şəxs Təhsil Nazirliyində işləyən Cəbrayıl adlı şəxsin vasitəsilə də kömək edə biləcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs əmək haqqının 10 faizdən 50 faizə artırılması üçün Vahiddən 6.000 manat pul istəmiş, ## ##### 2023-cü il tarixdə Vahid 6.000 manat pul düzəltmişdir. Əri Pərviz ilə səhəri günü, yəni ## ##### 2023-cü il tarixdə Təqsirləndirilən şəxs işlədiyi ünvan 4 ünvanda yerləşən ofisə getmiş, ofisin qarşısında Vahid avtomobildə gözləmiş, Pərviz isə Təqsirləndirilən şəxslə görüşərək sonuncuya 6.000 manat pul vermişdir. Lakin bir neçə ay gözləmələrinə baxmayaraq heç bir nəticə olmamış, imtahanda iştirak etmiş, lakin uğursuz nəticə əldə etmişdir. Bundan sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onları aldatmış, qaynatası Vahid sonuncudan pulu tələb etmiş, lakin pulu vermədiyi üçün Vahid DIN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. O, Təqsirləndirilən şəxslə aparılan danışıqlarda iştirak etməmiş, həmin şəxsi görməmiş və tanımamışdır Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilmiş: ##.##.2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i\v 130-131). Ağcabədi RayonMəhkəməsinin21.12.2023-cüiltarixli qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində ##.##.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (İ cild i/v 165-167). Ağcabədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti ##.##.2024-cü il tarixədək uzadılmışdır (II cild i/v 11-13). Ağcabədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay, yəni ##.##.2024-cü il tarixədək uzadılmışdır (II cild i/v 131-135). Abşerib RPI-nin ##.##.2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (III cild i/v 67-70). Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki (sədrlik edən: R.Sadıxov), Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır (VI cild i/v 93-94). Şəki Şəhər-Rayon Polis Şöbəsinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdə keçirilmiş axtarış tədbirləri nəticəsində saxlanılaraq Şəki Penitensiar Müəssisəsinə təhvil verilmişdir (VI cild i/v 165). Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri alternativ olan ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (VI cild i/v 182-186). Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki (sədrlik edən: R.Sadıxov), Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, sonuncunun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilmişdir (VI cild i/v 192-193). Şəki Şəhər-Rayon Polis Şöbəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə yerli axtarışa verilmişdir (VI cild i/v 220). Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki (sədrlik edən: R.Sadıxov), Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ayrılmışdır (VI cild i/v 233- 236). Şəki Şəhər-Rayon Polis Şöbəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə keçirilmiş axtarış tədbirləri nəticəsində saxlanılaraq Şəki Penitensiar Müəssisəsinə təhvil verilmişdir (VI cild i/v 240). ##.##.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (II cild i/v 49- 51) ##.##.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, C.R.Qəmbərov ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (IV cild i/v 184-192). ## ### 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, zərərçəkmiş şəxs10 Bakı şəhəri ** saylı notariat ofisində Təqsirləndirilən şəxs 15.000 manat borc pul vermişdir. Borc alan Təqsirləndirilən şəxs ##.##.2023-cü il tarixədək borc verən T.zərərçəkmiş şəxs10 pulu qaytarmağı öhdəsinə götürmüşdür (İ cild i/v 15). ## ### 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, zərərçəkmiş şəxs4 Bakı şəhəri ** saylı notariat ofisində Təqsirləndirilən şəxs 20.000 manat borc pul vermişdir. Borc alan Təqsirləndirilən şəxs ##.##.2023-cü il tarixədək borc verən zərərçəkmiş şəxs4 pulu qaytarmağı öhdəsinə götürmüşdür (İ cild i/v 109-110). ## ####### 2023-cü il tarixli “MilliÖN” elektron ödəmə sisteminin qəbzlərindən görünür ki, zərərçəkmiş şəxs4 tərəfindən R.C.Qəmbərovun kartına saat 12:14:18-də 5.000 manat saat 12:16:11-də isə 1.000 manat pul köçürülmüşdür (İ cild i/v 111). ## ###### 2024-cü il tarixli “mpay” elektron ödəmə sisteminin qəbzlərindən görünür ki, Ə.A.Abbasov tərəfindən R.C.Qəmbərovun kartına saat 21:55-də 1.400 manat, 21:57:01-də 5.000 manat, saat 21:59:11-də 600 manat pul köçürülmüşdür (II cild i/v 62 64). ## ### 2023-cüil tarixli kredit müqaviləsindən görünür ki, Nümayəndə Bakı şəhəri * saylı notariat ofisində Təqsirləndirilən şəxs 17.500 manat borc pul vermişdir. Borc alan Təqsirləndirilən şəxs ##.##.2023-cü il tarixədək borc verən Nümayəndə pulu qaytarmağı öhdəsinə götürmüşdür (II cild i/v 112). ## #### 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Nümayəndə Bakı şəhəri ** saylı notariat ofisində Təqsirləndirilən şəxs 6.000 manat borc pul vermişdir. Borc alan Təqsirləndirilən şəxs ##.##.2023-cü il tarixədək borc verən Nümayəndə pulu qaytarmağı öhdəsinə götürmüşdür (II cild i/v 114). ## #### 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Nümayəndə Bakı şəhəri * saylı notariat ofisində Təqsirləndirilən şəxs 28.000 manat borc pul vermişdir. Borc alan Təqsirləndirilən şəxs ##.##.2023-cü il tarixədək borc verən Nümayəndə pulu qaytarmağı öhdəsinə götürmüşdür (II cild i/v 113). ## #### 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, L.Ş.Abdullayeva Bakı şəhəri ** saylı notariat ofisində Təqsirləndirilən şəxs 12.000 manat borc pul vermişdir. Borc alan Təqsirləndirilən şəxs ##.##.2023-cü il tarixədək borc verən L.Ş.Abdullayevaya pulu qaytarmağı öhdəsinə götürmüşdür (II cild i/v 115). ## ###### 2023-cü il tarixli “MilliÖN” elektron ödəmə sisteminin qəbzindən görünür ki, saat 15:28:04-də Nümayəndə tərəfindən Təqsirləndirilən şəxs qızı Azərin Mustafayevanın kartına 2.000 manat pul köçürülmüşdür (II cild i/v 116). ## ######## 2023-cü il tarixli “Dost Bank” elektron ödəmə sisteminin qəbzlərindən surətindən görünür ki, Nümayəndə tərəfindən Təqsirləndirilən şəxs kartına 3.000 manat və 1.500 manat pul köçürülmüşdür (II cild i/v 117). ## ######## 2023-cü il tarixli “mpay” elektron ödəmə sisteminin qəbzin surətindən görünür ki, saat 20:15-də Nümayəndə tərəfindən C.R.Qəmbərovun kartına 2.130 manat pul köçürülmüşdür (II cild i/v 118). ## ######## 2023-cü il tarixli “mpay” elektron ödəmə sisteminin qəbzin surətindən görünür ki, saat 11:23-də Nümayəndə tərəfindən C.R.Qəmbərovun kartına 1.870 manat pul köçürülmüşdür (II cild i/v 118). ## ####### 2023-cü il tarixli “MilliÖN” elektron ödəmə sisteminin qəbzin surətindən görünür ki, saat 13:18:23-də Nümayəndə tərəfindən C.R.Qəmbərovun kartına 4.000 manat pul köçürülmüşdür (II cild i/v 118). 63. ## ###### 2023-cü il tarixli “mpay” elektron ödəmə sisteminin qəbzin surətindən görünür ki, saat 12:14-də zərərçəkmiş şəxs9 tərəfindən C.R.Qəmbərovun kartına 3.900 manat pul köçürülmüşdür (II cild i/v 241). ## ###### 2023-cü il tarixli “birbank” elektron ödəmə sisteminin qəbzin surətindən görünür ki, saat 12:18-də zərərçəkmiş şəxs9 tərəfindən C.R.Qəmbərovun kartına 100 manat pul köçürülmüşdür (II cild i/v 242). ## #### 2023-cü il tarixli “eManat” elektron ödəmə sisteminin qəbzin surətindən görünür ki, saat 21:02:21-də zərərçəkmiş şəxs4 tərəfindən Təqsirləndirilən şəxs kartına 500 manat pul köçürülmüşdür (IV cild i/v 79). Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Əməliyyat və Statistik Informasiya Idarəsi tərəfindən ##.##.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (III cild i/v 226-227). Qaradağ rayon icra hakimiyyəti başçısının Ələt qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 11 ünvanında yaşayır. Sonuncu barəsində Ələt qəsəbə IƏD üzrə nümayəndəliyinin ünvanına heç bir şikayət tərkibli ərizə və müraciətlər daxil olmamışdır (IV cild i/v 119). Cinayət işinin VII cildinə əlavə edilmiş “Azemis” Elektron məhkmə informasiya sistemindən çıxarışdan görünür ki, ##.##.2005-ci il təvəllüdlü X8 və ##.##.2010-cu il təvəllüdlü X6 atası Təqsirləndirilən şəxsdir. Cinayət işinin VII cildinə əlavə edilmiş Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, sonuncunun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzası saxlanmış, cəzaçəkmə müddətinin əvvəli ##.##.2025ci il tarixdən hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan hər bir epizoda münasibətdə həm istintaq orqanı, həm də işə baxan birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırma aparılmış və ittihamda göstərilən xüsusatlar həm digər məhkum edilmiş şəxsin həm də zərərçəkmiş və şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şəxs Nümayəndə direktor düzəltmək məqsədi ilə, eləcə də zərərçəkmiş şəxslərdən vahid niyyətlə pul almaması, müəllimlərin sertifikasıyası ilə bağlı hissə-hissə olmaqla ümumilikdə 70.000- 80.000 manat pul alması barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirilməli və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etməsi ilə bağlı düqzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxs Nümayəndə qardaşı, həmçinin digər zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 məhkəməyədək istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə Nümayəndə sonuncunu və onu Bakı şəhərində yerləşən məktəblərə direktor təyin etdirmək üçün ayrı-ayrılıqda 55.000 manata razılaşmış, Təqsirləndirilən şəxs işi R.C.Qəmbərov vasitəsilə düzəldəcəyini deməsinə, sonuncuya müxtəlif vaxtlarda və məbləğlərdə pulların verilməsinə baxmayaraq Təqsirləndirilən şəxs onları işə düzəldə bilməmişdir. Hətta birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Nümayəndə qeyd edilən xüsusatları təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. Həmçinin iş materiallarından göründüyü kimi ## ### 2023-cü il tarixli kredit müqaviləsinə əsasən Nümayəndə Bakı şəhəri * saylı notariat ofisində Təqsirləndirilən şəxs 17.500 manat, ## #### 2023-cü il tarixli kredit müqaviləsinə əsasən, Nümayəndə Bakı şəhəri ** saylı notariat ofisində Təqsirləndirilən şəxs 6.000 manat, ## #### 2023-cü il tarixli kredit müqaviləsinə əsasən Nümayəndə Bakı şəhəri * saylı notariat ofisində Təqsirləndirilən şəxs 28.000 manat, ## #### 2023-cü il tarixli kredit müqaviləsinə əsasən Nümayəndə qızı L.Ş.Abdullayeva Bakı şəhəri ** saylı notariat ofisində Təqsirləndirilən şəxs 12.000 manat borc vermişdir (II cild i/v 112-115). Bundan başqa birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin verdiyi ifadəsinə əsasən, o, Azərbaycan dili-ədəbiyyat müəllimi işləmiş, 2022-ci ildə işdən çıxdıqdan sonra fərdi qaydada kurslar keçməyə başlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bu hallardan da görünür ki, həmin müddətdə təqsirləndirilən şəxsin nəyinki zərərçəkmiş şəxs Nümayəndə pulunu qaytarmaq imkanı və niyyəti olmamış, hətta əvvəlki zərərçəkmiş şəxsin pulunu qaytarmaq imkanın olmamasını qabaqcadan bilmişdir “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarının 34-cü maddəsinə əsasən CM-nin 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-nin 178.2.1-ci maddəsi) hesab edilir. Həmin qərarın 4-cü bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Göründüyü kimi, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatdığından iştirakçılar arasında sonrakı hesablaşmalar, həmin əmlaka hansı qaydada sərəncam verilməsi heç bir əhəmiyyət kəsb etmir. Verilmiş ifadələrdən görünür ki, zərərçəkmiş şəxsin və şahidin ifadələri bir birinə uyğun olmaqla təqsirləndirilən şəxsinözünü təqsirli bilmədiyi göstərilən epizod üzrə Təqsirləndirilən şəxs dələduzluq cinayətini törətməsini və təqsirli olmasını tam təsdiq edir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittihamda iki epizod üzrə, yəni Nümayəndə və zərərçəkmiş şəxs6 ilə bağlı epizodlar üzrə bəraət verilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin hazırki cinayət işində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsində qeyd edilən halların hər hansı biri mövcud deyil, məhkum edilmiş şəxsin apellyasiya şikayəti formal mülahizələrə əsaslandığından, onun barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin ifadələrində göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə, CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən CMnin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 59.1.9 və 60cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi həmin əməllərə görə cinayət qanununun 178.3.2 maddəsinin müəyyən etdiyi məhrumiyyət beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və CM-in 15.4-cü maddəsində ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində biri yetkinlik yaşına çatmayan 2 övladının olmasını, zərərçəkmiş əxslərə vurulmuş ziyanın bir hissəsini ödəməsini,barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirici hallar kimi nəzərə almış, cəzasının ağırlaşdıran halların olmamasını nəzərə alaraq sonuncuya təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Universal vəkil bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 manat dövlət büdcəsindən tutularaq Universal Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar