Məhkəmə qərarları › İş №1(3-6)-670/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-670/2026

13.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(3-6)-670/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimlәri X1 (sәdrliyi vә mәruzәsi ilә), Əhmәdov Zәfәr Vahid oğlu vә X3 ibarәt tәrkibdә, mәhkәmә iclasının katibi Zeynalova Lalә Allahverdi qızının katibliyi, mәhkum edilmiş şәxs Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs, müdafiәçi – “Alfa” Vәkil Bürosunun vәkili İsmayılov Fәxri Əfqan oğlunun iştirakları ilә, ## ######## 1986-cı il tarixdә Gürcüstan Respublikasının Bolnisi şәhәrindә doğulmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, ali tәhsilli, fәrdi bizneslә mәşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki hәmin ünvanda yaşayan Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin (bundan sonra – Cinayәt Mәcәllәsi) 147.1 vә 148-ci maddәlәri ilә tәqsirli bilinәrәk mәhkum olunmasına dair Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündәn xüsusi ittihamçı Xüsusi ittihamçı Qüdrәt qızı vә onun nümayәndәsi Muradlı Mircәlal Mirtaleh oğlu tәrәfindәn birgә imzalanmaqla verilmiş apellyasiya şikayәtinin Bakı Apellyasiya Mәhkәmәsinin binasında açıq mәhkәmә iclasında ilkin baxışını apararaq, mәhkәmә kollegiyası müəyyən etdi: Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü ilә Əhmәdov Oqtay Polad oğlu Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 147.1 vә 148-ci maddәlәrindә nәzәrdә tutulmuş cinayәt әmәllәrini törәtmәkdә tәqsirli bilinmiş, hәmin Mәcәllәnin 147.1-ci maddәsi ilә 1000 (bir min) manat mәblәğindә cәrimә cәzasına, hәmin Mәcәllәnin 148-ci maddәsi ilә 1000 (bir min) manat mәblәğindә cәrimә cәzasına mәhkum edilmiş, Cinayәt Mәcәllәsinin 66.2-ci maddәsinә müvafiq olaraq tәyin edilmiş cәzaları qismәn toplamaq yolu ilә ona qәti olaraq 1500 (min beş yüz) manat mәblәğindә cәrimә cәzası tәyin edilmiş, xüsusi ittihamçı vә mülki iddiaçı Xüsusi ittihamçı Qüdrәt qızının mülki iddiası qismәn tәmin edilmiş, Əhmәdov Oqtay Polad oğlundan mәnәvi zәrәrә görә 500 (beş yüz) manat mәblәğindә pul vәsaiti vә iddiaçı tәrәfindәn dövlәt rüsumu kimi ödәnilmiş 100 (yüz) manatın 30 (otuz) manat hissәsi tutularaq Xüsusi ittihamçı Qüdrәt qızına ödәnilmәsi, ödәnilmiş dövlәt rüsumunun qalan hissәsinin mülki iddiaçıya aid edilmәsi hökm edilmişdir. Hökmlә, hәmçinin mәhkәmә mәsrәflәri mәsәlәlәri dә hәll edilmişdir. Hәmin hökmdәn xüsusi ittihamçı Xüsusi ittihamçı Qüdrәt qızı vә onun nümayәndәsi Muradlı Mircәlal Mirtaleh oğlu apellyasiya şikayәti verәrәk Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli hökmü dәyişdirilmәsi, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Cinayәt Mәcәllәsinin 147.1 vә 148-ci maddәlәrindә nәzәrdә tutulmuş cinayәt әmәllәrini törәtmәkdә tәqsirli bilinәrәk 06 ay müddәtinә azadlıqdan mәhrum etmә cәzasına mәhkum edilmәsi, mülki cavabdeh Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs üzәrinә öncәdәn mülki iddiaçı Xüsusi ittihamçı paylaşım barәdә әtraflı mәlumat vermәklә “İnstagram" sosial şәbәkәsindә eyni qaydada hәr kәsә açıq şәxsi sәhifәsindә canlı yayım açılaraq “Xüsusi ittihamçı barәsindә qeyd etdiyi şәrәf vә lәyaqәti lәkәlәyәn söz vә ifadәlәri tәkzib etmәk” (üzü vә sәsi aydın әks olunmaqla Azәrbaycan dilindә) vә hәmin canlı yayımın videoyazısının hәmin sәhifәdә paylaşmaq (paylaşımın müddәti 24 saatdan az olmamaqla saxlanılmaq vә hәr kәsә açıq olaraq paylaşılmaq şәrti ilә) vәzifәsi qoyulması, mülki cavabdeh Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs oğundan mәnәvi ziyan kimi 8000 manat mәblәğindә pul vә 100 manat dövlәt rüsumunun tutularaq mülki iddiaçı Xüsusi ittihamçı ödәnilmәsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı xüsusi ittihamçı vә nümayәndәsi mәhkәmә kollegiyasına әrizәlәr tәqdim edәrәk mübahisәlәndirilәn hökmdәn verdiklәri apellyasiya şikayәtini geri götürdüyünü qeyd edib apellyasiya şikayәtinә baxılmasına xitam verilmәsini xahiş etdilәr. Mәhkәmә kollegiyası mәhkum edilmiş şәxsin әrizәsini müzakirә edib, proses iştirakçılarının fikirlәrini dinlәyәrәk hesab edir ki, Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündәn verilmiş apellyasiya şikayәtinә baxılmasına xüsusi itttihamçının vә nümayәndәsinin apellyasiya şikayәtini geri götürmәlәri әsası ilә xitam verilmәlidir. Belә ki, Azәrbaycan Respublikasının Cinayәt-Prosessual Mәcәllәsinin 390.1-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsindә işә baxılmamışdan әvvәl apellyasiya şikayәtini vә apellyasiya protestini verәn şәxs onu geri götürmәk, dәyişdirmәk vә ya ona әlavәlәr etmәk, habelә cinayәt prosesinin digәr iştirakçısının apellyasiya şikayәtinә, yaxud apellyasiya protestinә öz etirazlarını bildirmәk hüququna malikdir. Hәmin Mәcәllәnin 390.4-cü maddәsinә әsasәn, bu Mәcәllәnin 390.5 vә 390.6-cı maddәlәrindә nәzәrdә tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayәti vә ya apellyasiya protesti vermiş şәxs apellyasiya instansiyası mәhkәmәsindә mәhkәmәnin yekun qәrarı çıxarılanadәk öz şikayәtini vә ya protestini geri götürmәk hüququna malikdir. Hәmin Mәcәllәnin 390.6-cı maddәsinә әsasәn, mәhkum vә ya bәraәt almış şәxs öz müdafiәçisinin apellyasiya şikayәtini geri götürmәk hüququna malikdir. Hәmin Mәcәllәnin 391.3.10-cu maddәsinә әsasәn, apellyasiya şikayәtinә vә ya apellyasiya protestinә ilkin baxılması zamanı apellyasiya instansiyası mәhkәmәsi bu Mәcәllәnin müddәalarına müvafiq olaraq apellyasiya şikayәtinә vә ya apellyasiya protestinә baxılmasına xitam verilmәsi haqqında qәrar qәbul edә bilәr. Hәmin Mәcәllәnin 391.11-ci maddәsinә әsasәn, apellyasiya şikayәtini vә ya apellyasiya protestini vermiş şәxs öz apellyasiya tәlәblәrindәn imtina etdikdә vә cinayәt prosesinin digәr iştirakçılarının apellyasiya şikayәti vә ya apellyasiya protesti olmadığı halda, mәhkәmә apellyasiya şikayәtinә vә ya apellyasiya protestinә baxılmasına xitam verilmәsi haqqında qәrar çıxarır. Apellyasiya şikayәtinә vә ya apellyasiya protestinә baxılmasına xitam verildiyi andan birinci instansiya mәhkәmәsinin hökm vә ya digәr yekun qәrarı qanuni qüvvәyә minir. Hәmin Mәcәllәnin 396-cı maddәsinә әsasәn, apellyasiya şikayәtini vә ya apellyasiya protestini vermiş şәxslәr öz tәlәblәrindәn imtina etdiyi vә cinayәt prosesinin digәr iştirakçılarının apellyasiya şikayәtlәri olmadığı halda apellyasiya instansiyası mәhkәmәsi apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin baxılmasına xitam verilmәsi haqqında qәrar çıxarmalıdır. Mәhkәmә kollegiyası hesab edir ki, mәhkum edilmiş şәxs Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündәn xüsusi ittihamçı özü vә vәkili onların tәrәfindәn verilmiş apellyasiya şikayәtindәn imtina etdiyindәn vә hәmin hökmdәn digәr proses iştirakçılarının apellyasiya şikayәti olmadığından, cinayәt-prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan tәlәblәrinә әsasәn, verilmiş apellyasiya şikayәtinin baxılmasına xitam verilmәlidir. Mәhkәmә kollegiyası, hәmçinin hesab edir ki, mәhkum edilmiş şәxsin hüquqlarının mәhkәmә iclaslarında müdafiә xәrclәri Azәrbaycan Respublikasının Cinayәt-Prosessual Mәcәllәsinin 193.2 vә 193.3-cü maddәlәrinә, habelә “Müdafiәçilәrә (vәkillәrә), tәrcümәçilәrә, mütәxәssislәrә vә ekspertlәrә ödәnilmәli olan mәblәğlәrin miqdarı haqqında” Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ###### 2001-ci il tarixli Qәrarı, hәmin Qәrara ## ##### 2025ci il tarixli *** saylı dәyişikliklәrә әsasәn dövlәt büdcәsindәn ödәnilmәlidir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikasının Cinayәt-Prosessual Mәcәllәsinin 193, 391, 396-cı vә 410-cu maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası qərara aldı: Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 147.1 vә 148-ci maddәlәri ilә tәqsirli bilinәrәk mәhkum olunmasına dair Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündәn xüsusi ittihamçı Xüsusi ittihamçı Qüdrәt qızı vә onun nümayәndәsi Muradlı Mircәlal Mirtaleh oğlu tәrәfindәn birgә imzalanmaqla verilmiş apellyasiya şikayәtindәn xüsusi ittihamçı Xüsusi ittihamçı Qüdrәt qızı vә onun nümayәndәsi Muradlı Mircәlal Mirtaleh oğlunun imtinasına dair әrizәlәri tәmin edilsin vә hәmin apellyasiya şikayәtinin baxılmasına xitam verilsin. Vәkil İsmayılov Fәxri Əfqan oğlu tәrәfindәn mәhkum edilmiş şәxs Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs hüquqlarının mәhkәmәdә müdafiә edilmәsinә görә dövlәt büdcәsi vәsaitindәn “Alfa” Vәkil Bürosunun hesabına 77 (yetmiş yeddi) manat pul köçürülsün. Qәrar elan olunduğu andan qanuni qüvvәyә minir. Qәrardan Azәrbaycan Respublikasının Cinayәt-Prosessual Mәcәllәsinin 408-412-ci maddәlәrinә uyğun olaraq Azәrbaycan Respublikasının Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasına kassasiya şikayәti vә kassasiya protesti verilә bilәr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar