Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-671/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Boroyev Əli Əhməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun, Müdafiəçi – “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü ilə (hakim Rufan Mürsəlov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-in 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəza, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 03 (üç) il 07 (yeddi) ay 04 (dörd) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2026-cı il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut, qətimkan tədbiri və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Hökmdən narazı olan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, işinə düzgün baxılmasını xahiş etmişdir. Verilmiş apellyasiya şikayəti üzrə keçirilən ilkin məhkəmə baxış iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, apellyasiya şikayətini geri götürdüyünü bildirmiş və apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətinə baxılmasına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı məhkum edilmiş şəxs tərəfindən verilmiş ərizənin qəbul edilməsini və apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 390.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin Məcəllənin 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Məhkəmə kollegiyası, məhkumun apellyasiya şikayətinin geri götürülməsi haqqında müraciətini nəzərə alıb, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməsini mümkün hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 390, 391.3.10, 391.11 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərardan bir ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-671/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-671/2026
19.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver