Məhkəmə qərarları › İş №1(3-6)-674/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-674/2026

29.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-674/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – “Alibi” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakim X5), ## ###### 1987-ci il tarixdə Ermənistan Respublikası, Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olan, evli, orta təhsilli, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə hazırda Bakı istintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, barəsində 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən ona həmin cəza ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş 1 il müddətə azadlıqdan məhrum etmə cəzasının qismən toplanılması yolu ilə qəti olaraq 3 il 1 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən onun Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü üzrə şübhəli şəxs qismində tutulduğu 4 gün müddətin hazırki iş üzrə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanıb, həmin cəzadan çıxılmaqla, üzərində qəti olaraq 3 il 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmış, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, maddi sübutlarla bağlı məsələ həll edilmişdir. İşin halları: Həmin məhkəmə hökmü ilə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 (bundan sonra – təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ona görə təqsirli bilinmişdir ki, o, təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədilə, ## #### 2025-ci il tarix, saat 23:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağları massivi, Babək küçəsində yerləşən, zərərçəkmiş şəxs9 məxsus evin həyətinə hasardan keçməklə daxil olmuş, aralarında olan vəzifə bölgüsünə görə təqsirləndirilən şəxs2 həyətdə dayanıb müşahidə aparmış, təqsirləndirilən şəxs1 isə ikimərtəbəli evə pəncərənin dəmir barmaqlığını dəmir parçası ilə sındıraraq açıb qanunsuz daxil olduqdan sonra birinci mərtəbədəki hamam otağından 1 ədədinin dəyəri 50 manat, cəmi 2 ədəd 100 manat dəyərində su kranını, ikinci mərtəbədəki hamam otağından 50 manat dəyərində 1 ədəd su kranını və evin həyətindəki yardımçı tikiliyə açıq olan pəncərəsindən daxil olub 250 manat dəyərində 1 ədəd 7 litr su tutumlu, mis materialdan olan samovarı gizli olaraq talayıb, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs9 400,00 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, o, təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə,: - ## #### 2025-ci il tarix, saat 00:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağları massivi, Nuru Paşa küçəsində yerləşən, zərərçəkmiş şəxs8 məxsus evin həyətinə hasardan keçib, birmərtəbəli evə qanunsuz daxil olduqdan sonra 100 manat dəyərində 100 metr uzunluqda göy, qırmızı, boz rəngli üzlüklü, mis materialdan olan tək və qoşa simli elektrik naqillərini evin hasarından sökməklə, yataq otağında saxlanılan bir topu 100 metr, cəmi 700 metr uzunluqda cəmi 800 manat dəyərində yeddi top göy, qırmızı, boz, ağ, yaşıl, qara, çəhrayı rəngli üzlüklü, mis materialdan olan tək və qoşa simli elektrik naqilini, 300 manat eləyərində 1 ədəd “Bosh” markalı laqondanı, 150 manat dəyərində 1 ədəd lazer aparatını, 150 manat dəyərində 1 ədəd direli, 120 manat dəyərində 1 ədəd perforatoru və 80 manat dəyərində 1 ədəd kiçik ölçülü direli gizli olaraq talayıb, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs8 1700,00 manat, - ## #### 2025-ci il tarix, saat 23:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağları massivində yerləşən, zərərçəkmiş şəxs4 məxsus evin həyətinə giriş hissədən keçib, birmərtəbəli evə qanunsuz daxil olduqdan sonra evin hamam otağından 70 manat dəyərində 1 ədəd “Viktor MP-900VT” markalı taxta kəsici aləti (lobzik), 1 ədədinin dəyəri 6 manat, cəmi 4 ədəd 24 manat dəyərində “X1 Groband” markalı purkleyi, 1 ədədinin dəyəri 10 manat, cəmi 16 ədəd 160 manat dəyərində “Siemens 5SL61MCB B25 230/400v Made İn Türkiye” markalı elektrik ayırıcı avtomatı, 20 manat dəyərində 1 ədəd qırmızı rəngli radionu və 126 manat dəyərində ümumi uzunluğu 70 metr olan “Göktaş Kablo 2x2,5 H07V 300/500v 2025” markalı, iki simli, ağ rəngli və “Altun Kablo H05W-F 3x2,5 mm 300/500v 2022” markalı, üç simli, ağ rəngli elektrik naqillərini gizli olaraq talayıb, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 400,00 manat, - ## #### 2025-ci il tarix, saat 00:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağları massivində yerləşən, zərərçəkmiş şəxs6 məxsus, yaşayış sahəsi hesab edilən ev ünvanına gəlmiş, aralarında olan vəzifə bölgüsünə görə təqsirləndirilən şəxs2 küçədə dayanıb müşahidə aparmış, təqsirləndirilən şəxs1 isə evin həyətinə hasardan keçib, ikimərtəbəli evə pəncərəsini dəmir parçası ilə açıb qanunsuz daxil olduqdan sonra 250 manat dəyərində 1 ədəd göy rəngli, “Total TH110286/1050W” markalı divardağıcını, 140 manat dəyərində 1 ədəd göy rəngli böyük ölçülü laqondanı, 120 manat dəyərində 1 ədəd qırmızı rəngli, “Bolqarka Eblmax EM-2020E” markalı kiçik ölçülü laqondanı, bir ədədinin dəyəri 150 manat, cəmi 2 ədəd 300 manat dəyərində 12 başlıqlı qırmızı və göy rəngli kombi kollektorlarını, 105 manat dəyərində 1 qutu “Tikkula” markalı, 10 kiloqramlıq boyanı, 50 manat dəyərində əlli metr uzunluğunda, göy rəngli elektrik naqilini və 50 manat dəyərində əlli metr uzunluğunda qırmızı rəngli elektrik naqilini gizli olaraq talayıb, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 1015,00 manat, - ## #### 2025-ci il tarix, saat 01:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağları massivində yerləşən, zərərçəkmiş şəxs3 məxsus evin həyətinə hasardan keçib, birmərtəbəli evin içərisinə qanunsuz daxil olduqdan sonra 500 manat dəyərində 1 ədəd divardağıdıcını, 150 manat dəyərində 1 ədəd laqondanı, 100 manat dəyərində televizor üçün 1 top 100 metr uzunluğunda elektrik naqilini, 100 manat dəyərində 2 top 100 metr uzunluğunda elektrik naqilini, 10 manat dəyərində 1 ədəd kəlbətini, 10 manat dəyərində 1 ədəd vintaçanı, cəmi 40 manat dəyərində “Meridyenler 5,0x50” adlı üç qutu, hər qutuda 100 ədəd olmaqla, cəmi 300 ədəd dəmir vinti (şurup), 3,5x11 mm ölçüdə iki qutu, hər qutuda 400 ədəd olmaqla, cəmi 800 ədəd narıncı rəngli, dəmir vinti (şurup) və “X2 6cm 60x8” adlı, altı qutu, hər qutuda 45 ədəd olmaqla, cəmi 260 ədəd kapron vintin üstlüyünü (şurup) gizli olaraq talayıb, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 910,00 manat, - ## #### 2025-ci il tarix, saat 02:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağları massivində yerləşən, zərərçəkmiş şəxs2 məxsus evin həyətinə hasardan keçib, ikimərtəbəli evin zirzəmisinə pəncərə şüşəsini dəmir parçası ilə sındırıb, oradan qanunsuz daxil olduqdan sonra 150 manat dəyərində 1 ədəd samovarı, 50 manat dəyərində 1 dəst su kranı borusu və su kranı başlığını, 20 manat dəyərində 1 ədəd su qabını (aftafa), 185 manat dəyərində 1 ədəd “Markus” markalı, sarı rəngli, motor gücü 80 ölçülü olan su motorunu, bir ədədinin dəyəri 1000 manat, cəmi 2 ədəd 2000 manat dəyərində 2x2.5 ölçülü, qırmızımtıl, ağ rəngli, xüsusi sifariş əsasında toxunmuş xalçaları, 70 manat dəyərində 1 ədəd “ECA” markalı, ağ rəngli kombinin içliyini gizli olaraq talayıb, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 2475,00 manat, - ## #### 2025-ci il tarix, saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağları massivində yerləşən, zərərçəkmiş şəxs7 İdris oğluna məxsus evin həyətinə hasardan keçib, birmərtəbəli evə şüşəbənd olan giriş qapısını dəmir parçası ilə açıb qanunsuz daxil olduqdan sonra 270 manat dəyərində 2 ədəd altı gözlü və 2 ədəd üç gözlü kombi kollektorlarını, bir metri 2,60 manat dəyərində, cəmi 189,8 manat dəyərində 73 metr uzunluğunda göy, qırmızı rəngli üzlüklü, tək simli, mis elektrik naqilini, 80 manat dəyərində 1 ədəd göy rəngli divardağıdıcını (perforator) və həyətdən 45 manat dəyərində 1 ədəd təsərrüfat əşyalarının daşınması üçün istifadə edilən, göy rəngli dəmir arabanı gizli olaraq talayıb, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs7 584,80 manat, - ## #### 2025-ci il tarix, saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağları massivində yerləşən, zərərçəkmiş şəxs1 İnqilab oğluna məxsus ev ünvanına gəlmiş, aralarında olan vəzifə bölgüsünə görə təqsirləndirilən şəxs2 küçədə dayanıb müşahidə aparmış, təqsirləndirilən şəxs1 isə evin həyətinə hasardan keçib, ikimərtəbəli evə pəncərəsini dəmir parçası ilə açıb qanunsuz daxil olduqdan sonra birinci mərtəbədə yerləşən otaqdan 175 manat dəyərində mis materialdan, qırmızı, göy, sarı rəngli üzlüklü, ümumi uzunluğu 219,92 metr olan elektrik naqilini və 150 manat dəyərində 1 ədəd qırmızı-qara rəngli qaynaq aparatını gizli olaraq talayıb, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 325,00 manat, - ## #### 2025-ci il tarix, saat 02:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağları massivində yerləşən, zərərçəkmiş şəxs5 məxsus ev ünvanına gəlmiş, aralarında olan vəzifə bölgüsünə görə təqsirləndirilən şəxs2 küçədə dayanıb müşahidə aparmış, təqsirləndirilən şəxs1 isə evin həyətinə hasardan keçib, ikimərtəbəli evə qanunsuz daxil olduqdan sonra birinci mərtəbədəki qaraj otağından 40 manat dəyərində 1 ədəd qırmızı rəngli, dəmir materialdan olan təkər nasosunu, 400 manat dəyərində 1 ədəd elektrik nizamlayıcını (stabilizator), digər otaqdan 1 ədədinin dəyəri 300 manat, cəmi 2 ədəd 600 manat dəyərində samovarları, anbardan 200 manat dəyərində 1 ədəd “İNTERCKOL P-38ME” markalı elektrik perforatorunu çantası ilə birlikdə, cəmi 20 manat dəyərində 2 ədəd “Neotek Kablo FI05W-F3G 1.5mm” markalı və “İpek Kablo FIOW-F 2x4mm 300/500v” markalı, mis materialdan olan 40 metr uzunluqda elektrik naqillərini, hamam otağından 30 manat dəyərində 1 ədəd kran-smestiteli gizli olaraq talayıb, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 1290,00 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişlər. Təqsirləndirilən şəxs həmin məhkəmə hökmündən verdiyi apellyasiya şikayətində onun barəsində olan cinayət işinə yenidən baxılaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Təqsirləndirilən şəxs apellyasiya şikayətini yalnız onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü ədalətsizdir. Apellyasiya məhkəməsi iclasındakı izahat və çıxışlarında təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittihamla bağlı özünü təqsirli bildiyini göstərib, apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin hökmünün barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin 6 ay azaldılıb dəyişdirilməklə təmin edilməsini xahiş etmiş, buna uyğun olaraq, müdafiəçi də apellyasiya şikayətinin göstərilən qaydada təmin edilməsini, dövlət ittihamçısı isə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in): - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs və onun müdafiəçisinin apellyasiya məhkəməsi iclasındakı izahat və çıxışları ilə dəqiqləşdirilmişdir ki, təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayətinin dəlilini yalnız ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddinin ədalət və humanizm prinsipinə uyğun olmaması təşkil edir, orada iş üzrə sübutların tam, hərtərəfli və obyektiv araşdırılması, düzgün qiymətləndirilməsi, təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi və ya törətdiyi əməlin hüquqi tövsifi ilə bağlı hər hansı hal mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin hüduduna uyğun olaraq, birinci instansiya məhkəməsinin cinayət işi materiallarında olan, hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış, tam, hərtərəfli və obyektiv şəkildə araşdırdığı sübutların məcmusunu qəbul etdiyi hökmdə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirməklə, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb sübuta yetirdiyini, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəldiyini, həmin nəticənin işin faktiki hallarına uyğun olduğunu hesab edir. Məhkəmə kollegiyası iş üzrə apellyasiya şikayətinin yuxarıda göstərilən dəlilinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in: - 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. - 83.1-ci maddəsinə əsasən cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. - 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinə əsaslanaraq qeyd edir ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün həmin Məcəllənin 58-ci maddəsində nəzərdə tutulmuş, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbirlə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Yalnız belə olduqda, təqsirləndirilən şəxsə təyin olunmuş cəza ədalətli hesab edilə, sosial ədalətin bərpasını təmin edə, təqsirkara münasibətdə islahedici, digər şəxslərə münasibətdə isə xəbərdaredici rolunu oynaya bilər. Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı və ibtidai istintaq zamanı iş üzrə törətdiyi cinayət əməllərini etiraf edib, səmimi peşman olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Birinci instansiya məhkəməsi bu halı təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə almamışdır. Cinayət işi materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü və məhkumluq haqqında tələbnamədən (III cild, səh. 118, 123-128) görünür ki, təqsirləndirilən şəxs həmin məhkəmə hökmü ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını ## ###### 2025-ci il tarixdə çəkib qurtarmışdır. Beləliklə, təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməllərini Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ilə təqsirli bilindiyi əmələ münasibətdə məhkumluğu ödənilmədən törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, məhkəmə istintaqı və ibtidai istintaq zamanı iş üzrə törətdiyi cinayət əməllərini etiraf edib, səmimi peşman olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almasa da, həmin Məcəllənin 8.1, 9, 41.2 və 58.3-cü maddələrinin tələblərinə əsasən onun törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmin əməlləri Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in məhz 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə münasibətdə məhkumluğu ödənilmədən törətməsinə görə məhkumluğu olan şəxs olmasından ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində bir azyaşlı uşağının olmasından ibarət cəzasını yüngülləşdirən halın olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini, eləcə də, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsini təmin etməməsi və onlarla barışıq əldə etməməsini nəzərə alıb, həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasını 3 il müddətə təyin edərkən haqlı olmuşdur. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs barəsində cəzanın növü və həddi ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bu səbəbdən məhkəmə hökmünün təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə bağlı dəyişdirilməsinə əsas yoxdur. Bu səbəbdən təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayətinin dəlili əsassızdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in: - 92.9.24-cü maddəsinə əsasən müdafiəçi cinayət prosesinin gedişində şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərdikdə müdafiə etdiyi şəxsin hesabına, hüquqi yardım pulsuz göstərdikdə isə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına haqq almaq hüququna malikdir. - 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** nömrəli qərarının 1-ci bəndinə əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** nömrəli dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikası CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin müvafiq hallarına əsaslanaraq hesab edir ki, müdafiəçiyə təqsirləndirilən şəxsə hüquqi yardım göstərməsinə sərf etdiyi cəmi 12 saat iş vaxtına görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına 132 manat məbləğində pul ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 193.5, 397.1, 397.2, 398.1.1 və 410-412-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Alibi” Vəkil Bürosunun vəkili müdafiəçi1 təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına ödənilsin. Qərarın icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə olunsun. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar