Məhkəmə qərarları › İş №1(3-6)-678/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-678/2026

26.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-678/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə (böhtan) 6 ay və 148-ci (təhqir) maddəsi ilə 6 ay, toplam 1 il müddətinə azadlıqdan məhrum edilməsi cəzasına məhkum edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayəti ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin aidiyyəti üzrə göndərilməsi barədə qəbul edilmiş qərardan apellyasiya şikayəti və ya protesti verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin; 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 75.2-ci maddəsinə əsaən məhkəmə öz icraatına qəbul etdiyi cinayət işinə bu Məcəllənin 74.5 və 74.6-cı maddələrində nəzərdə tutulmuş şərtlərə uyğun başqa məhkəmədə baxılmalı olduğunu məhkəmə baxışı zamanı müəyyən edərsə, işi məhkəmə aidiyyəti üzrə göndərməlidir. 77.1. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. 77.2. Cinayət işinin və ya digər materialın məhkəməyə aidiyyəti olmaması barədə cinayət prosesi tərəflərinin şikayətlərinə həmin məhkəmədə baxılır. 300.1. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.1. təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; 300.1.2. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; 300.1.3. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; 300.1.4. müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 300.1.5. cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; 300.1.6. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; 300.1.7. cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə. 300.5. Bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 305.5-ci maddəsində məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilmiş qərarlarıdan hansından apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi qəti müəyyən edilmişdir. Ona görə də yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 383-391-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından verilmiş apellyasiya şikayəti geri qaytarılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar