Məhkəmə qərarları › İş №1(3-6)-679/2026

Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(3-6)-679/2026

04.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Hökm Bakı şəhəri İş № 1(3-6)-679/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə onun həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Baş prokurorunun müavini, R Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi) ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ilə ##.##.1984-cü il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FIN:*******), evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə o, həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Ittihama görə, Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə saat 13:30 radələrində ünvan 1 ünvanında yerləşən avtomobil yuma məntəqəsinin içərisində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sol gözaltı nahiyyəsinə qəsdən əl zərbəsi vuraraq, sonuncuya sol üst göz qapağının qançırı və sol gözün ağlı qişasına qansızma kimi xəsarətlər olan, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər yetirmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsinin qərarından Azərbaycan Respublikası Baş prokurorunun müavini, R, Heydər Məmmədov apellyasiya protesti verərək Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilərək, cinayət qanunu norması düzgün tətbiq olunmaqla onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair ittiham hökmü çıxarılsmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72-74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsi ilə əvvəllər də aparılmış cinayət təqibi üzrə icraata zərərçəkmiş şəxslə barışması və dəymiş ziyanı ödəməsi əsası ilə xitam verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı olduğu halda, məhkəmə tərəfindən cinayət qanunu norması düzgün tətbiq edilməyərək, o, əsassız olaraq cinayət məsuliyyətindən azad edilmişdir. Apellyasiya protestinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya protesti təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı hökmü apellyasiya protestinə münasibətdə ləğv edilməli və yeni hökm çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya protestində məhkəmənin cinayət qanunu normasının düzgün tətbiq edilməməsini iddia edərək tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Araşdırma zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 1 aydır tanışdır. Onun sözlərinə görə, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən adsız çayxananın yanında fəaliyyət göstərən avtomobil yuma məntəqəsində avtomobil yuyucusu kimi çalışır. Tez-tez ya o, Məmmədovun işlədiyi avtomobil yuma məntəqəsinə gedirmiş, ya da Məmmədov onun işlədiyi çayxanaya gəlirmiş. ##.##.2026-cı il tarixdə saat 13:30-da avtomobil yuma məntəqəsinə getdiyini və Məmmədovun tək olduğunu, avtomobil yuduğunu gördüyünü qeyd etmişdir. O, avtomobil yuma məntəqəsinin içərisində avtomobil ayaqaltılarını tərsinə qoyduğunu görərək Məmmədlə zarafatlaşmağa başlamışdır. Lakin Məmmədov onun zarafatlarına hiddətlənərək üzərinə gəlmiş və bu hərəkətini hiss etdiyini bildirmişdir. O, zarafata davam etdiyini, bunun nəticəsində Məmmədovun onu təhqir edib, 1 dəfə yumruq zərbəsi ilə sol gözaltı nahiyəsindən vurduğunu, göz nahiyəsində kəskin ağrılar hiss etdiyini qeyd etmişdir. Məmmədov onu təhqir etməyə davam etmişdir və bu səbəbdən polisə şikayət etməyi qərara almışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs 1 dəfə yumruq zərbəsi ilə sol gözaltı nahiyəsindən vuraraq ona xəsarət yetirdiyini bildirmişdir. O, özünün Təqsirləndirilən şəxs xəsarət yetirmədiyini və ona heç bir bədən xəsarəti vurmadığını qeyd etmişdir. Hadisənin ümumilikdə təxminən 1-2 dəqiqə müddətində Nəsimi rayonu, 20 Yanvar küçəsi 30 ünvanında yerləşən avtoyuma məntəqəsinin içərisində baş verdiyini bildirmişdir. Hadisə zamanı ətrafda başqa heç kimin olmadığını və heç bir maddi ziyanın dəymədiyini qeyd etmişdir. Araşdırma zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində ifadəsində Zərərçəkmiş şəxs ilə təxminən 1 aydır tanışdır. Onun sözlərinə görə, Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən avtomobil yuma məntəqəsinin yanında fəaliyyət göstərən adsız çayxanada ofisiant kimi çalışır. Tez-tez ya o, Mirzəyevin işlədiyi çayxanaya gedirmiş, ya da Mirzəyev onun işlədiyi avtomobil yuma məntəqəsinə gəlirmiş. ##.##.2026-cı il tarixdə saat 13:30-da Mirzəyevin onun işlədiyi avtomobil yuma məntəqəsinə gəldiyini və həmin vaxt ailəvi problemlər səbəbindən bir qədər fikirli olduğunu qeyd etmişdir. Həmçinin hava soyuq olmasına baxmayaraq avtomobil yuduğunu bildirmişdir. Onun sözlərinə görə, Mirzəyev avtomobil yuma məntəqəsinin içərisində avtomobil ayaqaltılarını tərsinə qoyduğunu görərək onunla zarafatlaşmağa başlamışdır. O, zarafata əhəmiyyət verməməyə çalışdıqca, Mirzəyev səbrini itirərək zarafata davam etmişdir. Zarafatların xoş olmadığını ona bildirsə də, Mirzəyev yenə zarafat etməyə davam etmiş və onu əsəbləşdirmişdir. Bu səbəbdən o, Mirzəyevin sol gözaltı nahiyyəsinə 1 dəfə yumruq zərbəsi ilə vurmuş və avtomobil yuma məntəqəsinin içərisini tərk etməsini tələb etmişdir. Daha sonra yerə oturaraq əlilə gözünü tutmağa başlamışdır. Mirzəyev ona polisə şikayət edəcəyini bildirdikdə isə, o, ona daha da hirslənmiş və uzaqlaşmasını tələb etmişdir. Nəticədə Mirzəyev polisə məlumat verərək oradan getmişdir. Hadisə ünvan 2 ünvanında yerləşən avtomobil yuma məntəqəsinin içərisində baş vermiş və həmin vaxt ətrafda başqa heç kim olmamışdır. Hadisə zamanı o, Mirzəyevi 1 dəfə yumruq zərbəsi ilə sol gözaltı nahiyyəsinə vuraraq ona xəsarət yetirmişdir. Hadisə təxminən 1-2 dəqiqə davam etmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs ona heç bir bədən xəsarəti yetirməmişdir. Məhkəmə-tibbi ekspertizanın *** saylı ##.##.2026-cı il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət sol üst göz qapağının qançırı və sol gözün ağlı qişasına qansızına bərk küt əşyanın təsirindən qərarın təsviri hissəsində göstərilən ##.##.2026-cı il tarixdə törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Vət.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, əl barmaqları və s.) təsirindən əmələ gələ bilərdilər. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayəti ağırlaşdıran bu və ya digər tövsifedici əlamətin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göründüyü kimi Təqsirləndirilən şəxs törətmiş olduğu əməl özünün, zərərçəkmiş şəxsin ifadələri ilə, ekspert rəyi ilə tam sübuta yetirilir. Birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə məhkəmə kollegiyası razılaşmır və protestin dəlillərini əsaslı hesab edir. Belə ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir Həmin Məcəllənin 73.2-cü maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 141.2-1, 142.1, 142.2, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 07..03.2020-ci ildə barəsində olan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinə CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. (səhifə 56). Lakin birinci instansiya məhkəməsi bunu nəzərə almaraq cinayət qanunu normasını düzgün tətbiq etməyərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, bu səbəbdən verilmiş apelyasiya protestinin dəlilləri əsaslıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, CM-in 128.1 maddəsi ilə təqsirli bilinərək ona həmin maddədə nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 8ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi həmin əmələ görə cinayət qanununun 128.1-ci maddəsinin müəyyən etdiyi məhrumiyyət min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmədən ibarətdir və həmin əməl cinayət Məcəlləsinin 15.2-ci maddəsində böyük ictimai təhlükə törətməyən cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» ## #### 2003-cü il tarixli * saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göründüyü kimi, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğu halda məhz nəyə görə azadlıqdan məhrum etmə cəzasının, o cümlədən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsinin zəruriliyini əsaslandırmağı, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməyi qanunvericilik tələb edir. Məhkəmə kollegiyası yuxarıda sadalananları, CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini, həmçinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli qərarından göstərilmiş hüquqi mövqeyi hazırkı iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən hallar qismində zərərçəkmiş şəxslə barışmasını nəzərə alır və cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir və Təqsirləndirilən şəxs həmin cəza ilə islah olunmasını mümkün bilir. Həmçinin, azadlığın məhdudlaşdırılması cəzasının məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs üzərinə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaq səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə onun həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və ittiham hökmü çıxarılmalı, Təqsirləndirilən şəxs CM-in 128.1-ci maddəsi ilə təqsirli bilinməli və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonun hüdudlarını tərk etməmək, saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etmək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə kollegiyası, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Iş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPMin 397.1, 397.2, 398, 399, 401 və 410-cu maddələrini rəhbər tutaraq, Hökm etdi: Apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə onun həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin və ittiham hökmü çıxarılsın. Təqsirləndirilən şəxs CM-in 128.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonun hüdudlarını tərk etməmək, 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Probasiya Idarəsinə həvalə edilsin. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar