Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-680/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X12, məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2, tərcüməçi tərcüməçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ## #### 2026-cı il tarixli hökmündən məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçiləri X8 və müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə (hakim Hacıyeva Mətanət Isfəndiyar qızının sədrliyi) ## ######## 1987-ci ildə Iran Islam Respublikasının Astara şəhərində doğulmuş, Iran Islam Respublikasının vətəndaşı, evli, ali təhsilli, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və rəhbəri, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, ## #### 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ## #### 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. Işin halları: Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs ## ###### 2018-ci ildə təsis etdiyi “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi dövlət və qeyridövlət orqanlarında onu təmsil etmək üçün ## ##### 2023 cü il tarixdə notarial qaydada verilmiş etibarnamə əsasında müqavilə bağladığı Iran Islam Respublikasının vətəndaşı Şahid hüquqi xidmətlərin göstərilməsi ilə bağlı həyata keçirdiyi işinə görə ona məlum olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən və ## ######## 2004 cü il tarixli “Dövlət Sirri haqqında” Azərbaycan Respublikası Qanununun 5.4.1-ci maddəsinə əsasən dövlət sirri hesab edilən əks-kəşfiyyat fəaliyyətinin qüvvə və vasitələri, eləcə də metodları haqqında məlumatları istintaqa məlum olmayan mənbədən əldə edərək ## ###### 2025-ci ildə saat 21:34 dəqiqədə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Arena Plaza”dan mobil telefon vasitəsilə zəng edib Şahid bildirməklə dövlət sirrini təşkil edən məlumatları yaymışdır. Həmin əməlinə görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Apellyasiya şikayətlərinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, ittihamın sübut edilməməsi əsası ilə barəsində bəraət hökmünün çıxarılmasını, həbs qətimkan tədbirinin ləğv edilməsi və həbsdən azad edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə dindirilmiş şahidin ifadəsindən görünür ki, heç bir təqsiri yoxdur. Onun tərəfindən şahidə zəng olunmamışdır. Əksinə şahid ona zəng etmişdir. Ona görə o, şahidə təlimat verməmişdir. Dövlət sirrinə çıxışı olmadığına görə onu yaya da bilməzdi. Asghar Adel oğlu həm ibtidai araşdırma zamanı, həm də məhkəmədə verdiyi ifadələrində dəfələrlə göstərmişdir ki, Azərbaycan Respublikasında daimi yaşama icazəsi vardır, əvvəllər məhkum olunmamışdır, evlidir, ailəsinin yeganə qazanc gətirənidir, himayəsində ## ####### 2019-cu il təvəllüdlü bir azyaşlı uşağı vardır, 6 ildən artıqdır ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatdadır və ayda 650 (altı yüz əlli) manat kirayə haqqı ödəməklə orada yaşayır, cəmiyyətdə qıcıq yaratmır, Azərbaycan Respublikasında xırda sahibkarlıqla məşğuldur, ## ###### 2018-ci il tarixdən "X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və rəhbəridir, vergi ödəyicisidir (VÖEN: **********). Bundan başqa o, Azərbaycan Respublikasının ictimai və mədəni həyatında çox fəal iştirak edir. Belə ki, o, 2023-cü ildə Italiyada, 2024-cü ildə isə Portuqaliyada keçirilmiş X10 Konfransında Azərbaycan Respublikasını təmsil edərək orada çıxış etmişdir, X20 Assosiasiyasının (AIPS) və Azərbaycan Idman Jurnalistləri Assosiasiyasının tam hüquqlu üzvü, Beynəlxalq Idman Jurnalistləri Assosiasiyasının idman sahəsi üzrə hüquqşünası və idman müxbiridir. ISLA X10 Azərbaycan üzrə nümayəndəsi olmaqla (Isveç, Sürix) - Müqavilə hüququ, Əmək hüququ, Mübahisələrin həlli və X10 üzrə ixtisaslaşmış Azərbaycanlı vəkildir, FIFA Beynəlxalq Futbol Federasiyasında Azərbaycanın agentidir, BMT-nin COP-29-da idman jurnalistlərinin nümayəndəsi olmuşdur. X17 işğaldan azad edilən ərazilərin bərpasına dəstək göstərmək üçün ianə edərək Ianə Sertifikatı almışdır. O, Azərbaycan xalqını və Azərbaycan dövlətini sevir, bütün gücü ilə ona bağlıdır. Bütün bu sənədlər həm ibtidai istintaq zamanı, həm də, məhkəmə baxışında sübut kimi təqdim olunmuş və cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs müdafiəçisi X8 apellyasiya şikayəti verərək, cinayətin subyekti olmadığı üçün əməli sübuta yetmədiyindən hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs ifadələrindən görünür ki, onun heç vaxt dövlət sirrini yayma niyyəti olmamış, ailəvi yaxın münasibətlərdə olduğu və həmişə hüquqi yardım göstərdiyi Iran Islam Respublikasının vətəndaşı Şahid sadəcə onu kimin çağıra biləcəyi və hara getməli olduğu barədə sorğularına heç bir kənar məqsədi olmadan məsləhətlər vermiş, bunun belə nəticə verəcəyini düşünməmişdir. Təqsirləndirilən şəxs hüquqşünas olduğundan işi ilə əlaqədar onun yanına bir çox Iran Islam Respublikası vətəndaşları hüquqi yardım üçün gəlmişdir. Onlardan biri də Şahid olmuşdur. Təxminən iki il əvvəl ona Rusiya Federasiyasına viza almaq üçün müraciət etmişdir. Viza üçün sənədləri o toplamış və Dövlət Miqrasiya Xidmətinə təqdim etmişdir. Onların çox səmimi münasibətləri olmaqla ailəvi dostluq etmişlər. Şahidı bütün hüquqi işlərində ona müraciət etmişdir. O, dövlətə və dövlətçiliyə, o cümlədən Azərbaycan Respublikasının əks kəşfiyyat fəaliyyətinin qüvvə vasitələri, eləcə də metodları haqqında heç bir məlumata malik olmamışdır. Belə məlumata malik olmadığından dövlət sirri təşkil edən həmin məlumatları da yaya bilməzdi. Qanunun məzmunundanda göründüyü kimi, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs IIR-nın vətəndaşı olmaqla ancaq və ancaq IIR-nın vətəndaşlarına hüquqi məsləhət verməklə məşğul olmuş, onun yuxarıda göstərilən siyahıya heç bir aidiyyatı yoxdur. Həmin hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, ittihamın sübut edilməməsi əsası ilə Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını, həbs qətimkan tədbirinin ləğv edilməsi və həbsdən azad edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə istintaqı zamanı birmənalı şəkildə müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs heç vaxt dövlət sirrinə çıxışı olmamış, dövlət sirrini yayma niyyəti olmamış, ailəvi yaxın münasibətlərdə olduğu Iran Islam Respublikasının vətəndaşı Şahid kimdənsə eşitdiyi həmin məlumatı heç bir kənar məqsədi və ya maddi marağı olmadan vermiş, bunun belə nəticə verəcəyini düşünməmişdir. Hazırda azadlıqda olub Azərbaycan Respublikasının ərazisində sərbəst gəzən, xarici ölkələrə də maneəsiz gedib-gələn, məhkəmə iclasında şahid qismində dindirilən Iran Islam Respublikasının vətəndaşı Şahid ifadəsi və ona verilən suallara verdiyi cavablar hər şeyə aydınlıq gətirmiş, Təqsirləndirilən şəxs birmənalı olaraq tamamilə günahsız olduğunu sübut etmişdir. Məhkəmə iclasında müəyyən edildiyi və iş materiallarından da göründüyü kimi, onların arasında baş tutan telefon danışığının təşəbbüskarı Təqsirləndirilən şəxs deyil, Şahid olmuşdur, yəni Təqsirləndirilən şəxs Şahid zəng edib hər hansı məlumatı və ya təlimatı verməmişdir, əksinə, Şahid Dövlət Miqrasiya Xidmətinə söhbətə getməmişdən qabaq ona zəng edib bir neçə sual vermiş, sonra isə Təqsirləndirilən şəxs özü də Dövlət Miqrasiya Xidmətinə söhbətə gedəcəyi üçün, ona verilə biləcəyini ehtimal etdiyi sualları Şahid verib özü üçün dəqiqləşdirmək istəmişdir. Məhkəmədə onun əməli sübuta yetirilməmişdir, çünki, Təqsirləndirilən şəxs həmin hərəkəti dövlət sirri hesab oluna bilməz, axı bir Iran Islam Respublikasının vətəndaşı kimi onun Azərbaycan Respublikasının hər hansı dövlət sirrinə çıxışı necə və haradan ola bilərdi ki, hələ onu bir yaysın da? Qeyd olunan hal isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən onun haqqında bəraət hökmünün çıxarılması üçün əsasdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan dövlətinə qarşı heç vaxt pis niyyətinin olmadığı, əksinə, onu qanı qədər sevdiyi tam öz təsdiqini tapmışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətlərini müdafiə edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, sübut edilməmə əsası ilə məhkum olunmuş şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə bəraət verilməsini, mümkün olmadığı təqdirdə Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X12 verilmiş apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək, şikayətlərin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətlərinin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxsin və müdafiəçilərin apellyasiya baxışı zamanı şikayətlərin dəlilləri barədə çıxışlarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.1ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi inkar edilmiş və şəxsə bəraət verilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin apellyasiya şikayətlərində şəxsə bəraət verilməsinə dair mövqeyi ilə bağlı aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən aşağıdakı sübutları tədqiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, # ###### 2025-ci il tarixdə səhər saat 11:00 radələrində Şahid ona zəng edib nömrə göndərmiş və demişdir ki, ona bu nömrədən zəng edərək Miqrasiya Xidmətinə dəvət etmişlər, bilmir nə məsələdir. O, bu barədə məlumatı olmadığını, dəqiqləşdirəcəyini bildirmişdir. Bundan sonra o, Asan Xidmət və Miqrasiya əməkdaşlarından maraqlanmış, demişdir ki, bu şəxs Miqrasiyaya dəvət olunub. Demişlər ki, bir neçə aydır DTX-nin əməkdaşları Miqrasiya Idarəsində bütün xarici ölkə vətəndaşlarını dəvət edib, sorğu-sual edirlər, getsin problem yoxdur. O da 15-20 dəqiqədən sonra Şahid zəng edib demişdir ki, “Miqrasiya Idarəsinə gedə bilərsən, orada sənə sual verəcəklər, heç bir narahatçılıq yoxdur.” Şahid DTX-nin Istintaq Idarəsində yalan ifadə vermişdir. Şahid ifadəsində demişdir ki, viza üçün müraciət zamanı guya o qabaqcadan təlim keçmiş, xəbərdarlıq etmişdir və DTX-ni yalan ifadəsi ilə aldadıb. O, qabaqcadan heç kimə təlim keçməmişdir, heç kimlə hüquqi yardım müqaviləsi bağlamamışdır, iş materialında hüquqi yardım müqaviləsi yoxdur. Ailəvi yaxın olduqlarından Şahid sadəcə ona zəng edib demişdir ki, hüquqşünas kimi onu Miqrasiya Idarəsinə tapşırsın onu sorğu-sual etməsinlər. Şahid verdiyi ifadəsi həqiqəti əks etdirmir. Guya o, qabaqcadan Pormehrə təlim keçmişdir ki, əgər Rusiyaya viza alırsansa DTX və DMX səni dəvət edəcək. DTX və DMX bilmir ki, bu insan nə vaxt viza üçün müraciət edəcək. O, 3 fevralda saat 21:35-da müsahibənin necə keçdiyini bilmək üçün Şahid zəng etmişdir. Şahid zəng edib sualları öyrənməkdə məqsədi o olub ki, verilən sualları qabaqcadan bilsin, ola bilsin ki, xarici vətəndaş olaraq onu da Miqrasiyaya çağırıb, sorğu-sual edəcəklər. Burada heç bir maddi maraq, heç bir qabaqcadan təlim keçmək olmamışdır, onun telefonunda hansı saatlarda danışdıqları var. O, qəsdən dövlət sirrini yaymamışdır. Onun Azərbaycan Respublikasının bayrağına, gerbinə böyük hörməti var. 2018-ci ildən Azərbaycanda yaşayır. O, hər il 20 Yanvarda övladı ilə Şəhidlər Xiyabanını ziyarət edir. Onun Xocalı soyqırımına dair ingilis dilində beynəlxalq səviyyəli məqaləsi var, övladı bu dövlətdə anadan olmuşdur. Hər-hansı bir strateji obyekt barədə, yaxd dövlət sirri təşkil edən hansısa məlumatları Şahid, yaxud xarici qüvvələrə göndərməmişdir. Şahid saat 15:00-da müsahibəyə dəvət olunub, saat 15:45-də müsahibədən çıxıb, bu müddət ərzində ona zəng etməmişdir. Sonra zəng edib soruşmuşdur ki, sənə nə sual veriblər. O, heç kimə təlim keçməmişdir. Onun heç bir maddi marağı olmamışdır. Şahid hüquqi yardım göstərməmişdir. Onların arasında hər hansı bir hüquqi yardım müqaviləsi olmamışdır. O, hüquqi şəxs kimi Şahid hüquqi yardım göstərməmiş, ailəvi get-gəli olan şəxs kimi maraqlanıb cavab vermişdir. Şahid başqa bir Iran vətəndaşı ilə avtomobil alqı-satqısı ilə bağlı problemi olmuşdur. Etibarnamə Şahid Miqrasiya Xidmətində və Sabunçu RPI-də avtomobil alqı-satqısı ilə bağlı təmsil etmək üçün verilmişdir. DTX əməkdaşları tərəfindən onun yaşadığı mənzildə və ofisində axtarış aparılmış, heç nə tapılmamışdır. Telefonunu da yoxlamışlar, heç nə aşkar olunmamışdır. X9 və vəkili DTX-ya intiqam məqsədilə məktub göndərib ki, guya o, Azərbaycanda agent fəaliyyəti ilə məşğul olur. Rövşən Hacıyev və Abbas Rəhimi arasında mübahisə olmuş, Abbas Rəhimini Azərbaycandan deport etmişlər. Abbas Rəhimi deport olduqdan sonra onun barəsində 11-12 dəfə DTX-ya məktub göndərb, DTX onu agent kimi nəzarətə götürmüşdür. 8 ildir ki, Bakı şəhərində yaşayır, bu müddət ərzində bir dəfə də olsun Polis Idarəsi, yaxud başqa orqanla problemi olmamışdır. Aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, onun agent, cəsus kimi hər hansı fəaliyyəti olmamışdır. X14 yoldaşına zəng vurub demişdir ki, “sənin yoldaşını mən tutdurmuşam, səni də deport etdirəcəm, Əsgər mənim deport olmağıma bais olmuşdur”. Ofisində kamera quraşdırılmışdır. O, hansı dövlətin sirrini kimə yaymışdır, nəyi demişdir. Müstəntiqə demişdir ki, bilməmişdir, səhv eləmişdir, başa düşməmişdir, maddi marağı olmamış, qabaqcadan təlim keçməmişdir. Onun həbsindən sonra atası rəhmətə getmişdir. Ailənin yeganə oğludur, həyat yoldaşı, oğlu tək qalmışlar. Onun heç bir günahı yoxdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, 2018-ci ildə Azərbaycan Respublikasına gəlmişdir, “X1” MMC-ni yaradıb bilet, turizm sahəsində fəaliyyət göstərmişdir. Həm də futbol üzrə idman hüququ ilə, tələbələrin universitetlərə yerləşdirməklə də məşğul olur. O, X10şünasları assosiasiyasının üzvüdür. Onun FIFA-da nümayəndə kimi rəsmi lisenziyası vardır. Daimi yaşamaq icazəsi almaq işi ilə məşğul olmamışdır, bu işlə DMX məşğul olur. Hər bir vətəndaş yaşamaq icazəsi ilə bağlı sənədləri öz əli ilə Asan Xidmətə verməli, ondan sonra DMX onları çağırır. Ona hüquqi yardım almaq üçün təkcə Iran Islam Respublikasının deyil, digər ölkələrin vətəndaşları da idmanla, təhsillə bağlı müraciət etmişlər. Şahid iki il olar ki, tanıyır, həm də ailəvi get-gəlləri var. O, Şahid dediyi sözlərin dövlət sirri olmasını bilməmişdir, əgər dövlət sirri idisə Asan Xidmətin, DMX-nin əməkdaşları ona niyə bu məlumatı verirdilər. Şahid daimi yaşamaq icazəsi ilə bağlı ona müraciət etməmişdir. Şahid ona ilk müraciəti Sabunçu RPI də avtomobil məsələsi ilə bağlı olmuşdur. O, maraqlanmış, ona demişlər ki, DTX əməkdaşıdır, hamını çağırıb sorğu-sual edirlər. Şahid Rusiya vizası ilə bağlı ona müraciət etmiş, otellə, biletlə bağlı ona kömək etmişdir. Şahid istintaqda düz ifadə verməmişdir, guya qabaqcadan təlim keçmişdir. O, Şahid dediyi sözlərin dövlət sirri olmasını bilməmişdir. Onun bu sözləri deməkdə heç bir maddi marağı olmamışdır. O, 5 ildir Irana getmir, çünki əgər getsə onun həyatı təhlükədə olar. O, Italiyada, Portuqaliyada Azərbaycan bayrağını dalğalandırmışdır. Əliyev Pərvizin ASAN xidmətdə onun ofisinin yanında ofisi olmuşdur, hüquqşünasdır, əvvəl DMX-nin əməkdaşı olmuşdur. O, təkçə Əliyev Pərvizdən deyil, Asan Xidmətin əməkdaşı Kamildən, sentyabrda müsahibəyə dəvət edilmiş Iran vətəndaşından soruşmuş, onlar demişlər ki, DTX-nin əməkdaşı xarici vətəndaşları çağırıb sorğu-sual edir, getsin. Istintaqda verdiyi ifadələri, o cümlədən daimi yaşamaq üçün müraciət edən şəxslərdən birinin Şahid olmasını bildirməsini həyəcanlı vəziyyətdə verdiyi üçün təsdiq etmir. Məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, o, 1987-ci ildə Iran Islam Respublikasının Astara şəhərində doğulmuşdur. 2005-2007-ci illərdə IIR nın Rəşt şəhərində Azad Universitetinin hüquq fakültəsində təhsil almışdır. 2007-2009 cu illərdə Tehran Azad Universitetinin beynəlxalq hüquq fakültəsini magistr dərəcəsi üzrə bitirmişdir. 2018-ci ildən Azərbaycan Respublikasında olmaqla hazıradək “X1” MMC-ni təsis etməklə direktoru və hüquqşünası olaraq fəaliyyət göstərmişdir. Işi ilə əlaqədar olaraq onun yanına bir çox Iran Islam Respublikası vətəndaşları hüquqi yardım üçün gəlmişdir. X2 b bloku 18-ci mərtəbədə yerləşir. Həmin ofisdə ondan başqa Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan Coşqun Şahverdiyevin də əyləşdiyini bildirmişdir. Coşqun onunla əlaqə saxlamış şəxslərin hüquqlarının məhkəmədə təmsil edilməsi, onlara vəkil kimi müqavilə əsasında təyin edilməsi kimi məsələləri həll edir. Belə ki, o, xarici ölkə vətəndaşı olduğu üçün Vəkillər Kollegiyasının üzvü ola bilmir. O, yalnız etibarnamə əsasında nümayəndə kimi məhkəmədə və digər orqanlarda çıxış edə bilər. X3 ilə 2019-cu ildən tanışdır. X7 Plazada yerləşən ofisilə qonşu ofisdə işləməsi ilə əlaqədar tanımışdır. Pərviz Əliyev ona 2024-cü ilin əvvəllərində xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasında yaşamaq icazəsi almaları üçün daimi yaşayış yerinin olması məqsədilə müxtəlif MTK-larda daxili kreditlə daşınmaz əmlakın alınmasına köməklik etməklə əlaqədar bir iş olduğunu demişdir. O, həmin şəxslərlə hüquqi yardım göstərilməsi üçün müqavilə bağlamışdır. Müqavilənin qiyməti 2000-3500 manat aralığında dəyişmişdir. Bundan sonra Röya adlı evlərin alqı-satqısı ilə məşğul olan xanıma şəxslərin pasportlarının şəklini göndərmişlər. Röya adlı xanım da müxtəlif MTK larda şəxslərə daxili kreditlə evlərin verilməsi məsələsini həll etmişdir. Pərviz ona Röyanın sənədləşmələri etdikdən sonra sənədləri göndərəcəyini bildirmişdir. Həmçinin Pərviz narahat olmamasını hər şeyin qaydasında olduğunu bildirmişdir. Pərviz 2019-cu ildə DMX-dən işdən çıxmışdır. Lakin Pərvizin ora ilə çox geniş əlaqələri qalmışdır. Məhz buna görə də Pərviz qeyd etdiyi əcnəbi şəxslərə yaşama icazəsinin alınmasını şəxsi əlaqələri hesabına həyata keçirə bilmişdir. Daimi yaşama icazəsi almaq üçün ona müraciət etmiş şəxslərdən biri də Şahid olmuşdur. Şahid IIR vətəndaşıdır və Şahid də yaşayış yeri düzəltməyə çalışmışdır. Şahid 2025-ci ilin fevral ayında DMX-a dəvət edilmiş, qeydiyyat yeri və evin sənədi ilə bağlı ondan DMX-da maraqlanılmışdır. O, Şahidlə telefonla danışanda hansı binaya daxil olması barədə maraqlanmış və Şahid orada qəbulu təşkil edən şəxsin DMX, yox DTX əməkdaşı olmasını və adının Siyavuş olmadığını bildirmişdir. Bundan başqa Şahid DMX-ya girib tez çıxdığını, bunun səbəbinin nə olduğunu soruşmuşdur. Həmçinin Şahid telefonuna müdaxilə etmək üçün DMX-a çağırdıqlarını sonuncuya bildirmişdir. O, bunları telefonda Şahid demişdir. Danışıq zamanı Şahid DMX-da onu qəbul edən şəxsin miqrasiya formasında olan, cavan, qısa boylu şəxs olduğunu bildirmişdir. O isə Şahid maraqlanıb həmin şəxs barədə öyrənəcəyini, orada elə adam olub-olmadığını öyrənəcəyini bildirmişdir. Bundan sonra O, Şahidlə bu barədə danışdıqda orada elə adam işləmədiyini və həmin şəxsin DTX əməkdaşı olmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs turizm sahəsində, viza sahəsində xidmət göstərən şəxs kimi tanımışdır. Asghar həmişə onun əziyyətini çəkib ona minnətdardır, xətrini də çox istəyir. O, bilmir ki, həqiqətən nə baş verir, məlumatı yoxdur. Viza ilə bağlı Asghara müraciət etmiş, ödənişini etmiş, o da işini vaxtında, təmiz görmüşdür. O, bütün hüquqi işlərlə bağlı Asghardan məsləhətlər almışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, təxminən 6 ildən çoxdur ki, Azərbaycanda yaşayır. Asgharı 3 il olar tanıyır, Rusiyaya viza almaq üçün Asghara müraciət etmiş, Asghar vizanı almış, 200-300 ABŞ dolları ödəmişdir. Miqrasiya ilə bağlı bütün sualları Asghardan soruşmuşdur. 2025-ci ilin fevral ayında ona zəng edib DMX-nə dəvət edəndə, o Asghara zəng edib demişdir ki, miqrasiyaya çağırıblar, getmək istəyir, nə məsələ ola bilər, təbii ki, onun məlumatı daha çoxdur. Asghar maraqlanmış ona zəng edib demişdir ki, başqa şəxsləri də çağırırlar, get problem yoxdur. Müəyyən səbəbə görə yox, anası Iranda yaşayır, xəstədir, arada 200 400 manat pul göndərir, buna görə ehtiyat edir, dedi əgər elədirsə telefon aparmasan daha məsləhətdir. O da DMX-nə gedəndə telefon aparmamışdır. Asghar demişdir ki, ola bilər ki, DMX əməkdaşının geyimində DTX əməkdaşı olsun. Miqrasiyaya getməmiş bu barədə danışıqları olmuşdur. DMX-də ona ümumi suallar verilmişdir, neçə ildir Azərbaycanda yaşayır, neçə bacı-qardaşı var? Müsahibə yarım saat çəkmişdir. Müsahibədən sonra Asgharla əlaqə saxlamağı yadında deyil. Asgharla həm açıq, həm “whatsapp” vasitəsilə əlaqə saxlamışdır. Aralarında olan danışıqla bağlı onun tərəfindən hər hansı səsyazma aparılmamışdır. Onu DMX-nə dəvət etdikdən sonra Asghara zəng etmişdir. Rusiya vizası ilə əlaqədar özü DMX-nə tək getmişdir. Müvəqqəti yaşamaq üçün icazə almaqla əlaqədar Asgharla birlikdə Asan Xidmətə getmişlər. Daimi yaşamaq üçün icazə almaq barədə müraciət etməmişdir. Onunla Asghar arasında hüquqi yardım haqqında müqavilə olmamış, avtomobillə bağlı etibarnamə vermişdir. Asgharın ona verdiyi məsləhətlə bağlı ödəniş etməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid Şahid istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ## #### 1977-ci ildə Ərdəbil şəhərinin Germi rayonunda doğulmuşdur. 7 il olar ki, Azərbaycandadır. Cavan yaşlarından musiqi ilə maraqlanmışdır. Iranda olarkən yerli mügənnilərə musiqi yazıb-bəstələmişdir, eləcə də özü də ifa etmişdir. Həmin ərəfədə Azərbaycan kanallarını izləmiş və Azərbaycanda musiqiyə yüksək qiymət verildiyini görmüşdür. Bu səbəbdən Azərbaycana köçmək qərarına gəlmişdir. Azərbaycana o, “Xəzər” kanalının aparıcısı Zaur Kamalın dəvəti ilə ilk dəfə 2018-ci ildə gəlmişdir. Iran Islam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs tanıyır. Asgharla Bakı şəhərində dostu Həmid Mirbeyqlu vasitəsilə tanış olmuşdur. Həmid uzun illərdir ki, Azərbaycanda yaşayır. O, Azərbaycana tez-tez gedib-gəldiyi üçün viza rejimindən istifadə etmişdir. Həmid onu Asgharla tanış edərək hüquqşünas olduğunu, viza məsələsində sənədlərin hazırlanmasında ona kömək edə biləcəyini demişdir. Asgharın Bakı şəhərində Iran vətəndaşlarına müxtəlif hüquqi yardımlar göstərməklə məşğul olduğunu da ona demişdir. Bu zəmində onun Asgharla münasibəti yaranmışdır. Viza ilə bağlı nəsə lazım olanda o, Asghara müraciət etmişdir. Asghar isə öz növbəsində müvafiq sənədləri etibarnamə əsasında onun adından toplayaraq Miqrasiya xidmətinə təqdim etmişdir. Asgharla münasibətləri həmişə yaxşı olmuşdur. Təxminən 2 il əvvəl o, Rusiya Federasiyasına viza almaq üçün Asghara müraciət etmişdir. O, Rusiyada keçirilən toylarda da mügənni kimi iştirak etmişdir. Viza üçün sənədləri Asghar toplamış və Miqrasiya Xidmətinə təqdim etmişdir. Asghar vizanı almamışdan əvvəl onu Miqrasiya Xidmətinə dəvət edib səfərlə bağlı sorğu-sual edəcəklərini bildirmişdir. O, buna etiraz etməmişdir. Söhbət əsnasında Asghar ona xarici vətəndaş olduğu üçün Miqrasiyada onu həmin təşkilatın deyil, Miqrasiya Xidmətinin formasında olan, əslində isə DTX-da fəaliyyət göstərən əməkdaşın qəbul edəcəyini bildirmişdir. Bu ona çox təəcüblü gəlmişdir. Asghar ora gedən zaman üzərində özünə məxsus mobil telefonu aparmamağı da ona tapşırmışdır. Çünki DTX əməkdaşlarının həmin telefona hər hansı bir formada müdaxilə edə biləcəyini Asghar ona bildirmişdir. Asghar onu Miqrasiyada keçirilən görüşə hazırlamışdır. Bundan sonra, o, Miqrasiya Xidmətinə getmişdir. Orada onu əməkdaş çox yaxşı qarşılamışdır. Həmin şəxs ondan Bakıda neçə il yaşadığını, ailə üzvləri barədə soruşmuşdur. O, həmin şəxsin istədiyi məlumatı vermişdir. Miqrasiya Xidmətindən çıxan kimi Asgharla əlaqə saxlamışdır. Hər bir işin qaydasında olduğunu bildirmişdir. Cinayət işinin materiallarında X4 ilə ## ###### 2025-ci il tarixdə apardıqları danışığın mətni təqdim edildikdə Şahid aşağıdakı mətn üzrə sualla bağlı:“...Əli bəy axşamınız xeyir. Evdəsiz? Rahat danışa bilirsiz? Bugün orda necə oldu nə suallar verdilər? 1-ci qapıdan girdiniz ordan turniketi keçdiniz mənə deyin hansı binaya getdiniz? Turniketi ki keçdiniz sağda ... arxasında bir dənə otaq var idi.” Bundan sonra danışan şəxsin orada olan başqa şəxs haqqında danışması müşahidə edilir və Təqsirləndirilən şəxs öz növbəsində bildirir: “Tək idi? Yanında bir kök oğlan, kök ağsaqqal kişi yox idi? özü tək idi hə? ......maraqlı budur ki, sizi tez buraxıblar kimsə izahat almadıki sizdən qabağınıza kağız qoymadı ki, imza çək? Mən sizə deyim...... evlə bağlı heç bir sual vermədilər? O adamın adı Siyavuş deyil, başqa bir şəxsdir, danışarıq sizinlə, deyərəm, o DTX əməkdaşıdır və bu gün DTX ilə bağlı sizi müsahibə etdilər və orada, aparatda mənim adamım var idi. Siz izahat vermədiniz də bir şeyə imza çəkmədiniz...? sadəcə sizi tez buraxıblar 15:00 da girdiniz də içəri. Nə vaxt çıxdınız çölə? 15:45 idi? Sonra o mənə dedi ki, bəs niyə tez buraxıblar? Mən dedim vallah bilmirəm, yanımda da adam var idi danışa bilmirəm özüm əlaqə saxlayacağam. Dedilər tam dəqiq soruş ki, izahat verib ya yox? Dedim mən bilmirəm soruşaram deyərəm. Dedim ola bilsin ki, evlə bağlı bəhanə ediblər çağırıblar ki telefonunu... dedim telefonla bağlı təlim keçmişəm demişəm ki, telefonu gətirmə. Siz girdiz içəri soruşdular ki, telefonunuz hardadı, ya girdiz biraz keçdi? Cavan oğlan kök idi? Başqa kök ağbaş yox idi? Miqrasiyanın formasını geyinmişdi, ya şəxsi libasda idi? Forma bir dəri kafşen bir də ay ulduz da düzdü? Oranın geyimini geyinirlər, bir-bir çağırırlar, izahat alırlar, sizdən izahat almayıb..... sadəcə onu dəqiqləşdirmək istəyirdim ki, o nömrə.... onlar gəlirlər orda izahat alırlar ki, kimsən nəçisən?.... başqa bir sual olmadı bəs? yox əsas o idi ki, görək nə səbəbdən çağırıblar, nəyi araşdırırlar?....... izahat almayıblar çox şeydi. Başqa adam çağırmışdılar 4 səhifə ondan izahat alıblar. Tez də çıxdınız çölə söhbət ondadı. Inşallah yenə zəngləşərik danışarıq.” Bu faktı təsdiq edərək danışığın onunla Asghar arasında olduğunu bildirmişdir. O, Miqrasiya Xidmətini tərk etdikdən sonra Asghar ona zəng etmiş və hər şeyin necə keçdiyini soruşmuşdur. O, Asghara Siyavuş adında əməkdaşın onu qarşıladığını bildirmişdir. Asghar həmin əməkdaşın adının Siyavuş olmadığını, başqa şəxs olduğunu və DTX əməkdaşı olduğunu bildirmişdir. Asghar ondan izahat alınıb-alınmamasını soruşmuşdur. Miqrasiya xidmətinin əməkdaşı onun ailə üzvləri, Azərbaycandakı fəaliyyəti barədə soruşmuşdur. Asghara özü ilə telefon aparmadığını da bildirmişdir. ## #### 2025-ci il tarixli DTX Əks-kəşfiyyat Baş idarəsindən */**** saylı məktubla daxil olan əməliyyat məlumatından görünür ki, ##.##.1987-ci il təvəllüdlü, Iran Islam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində hüquqazidd fəaliyyətinə (dövlət sirrini yayma) dair aşağıdakı faktlar təsbit edilmişdir: Təqsirləndirilən şəxs, ##.##.2025-ci il tarixdə ## #### 1977-ci il təvəllüdlü Şahid ilə apardığı telefon danışığı zamanı, sonuncunun DMX-də hansı binaya daxil olması, ona verilmiş sualların məzmunu, onunla söhbət etmiş DMX əməkdaşlarının zahiri görkəmləri barədə maraqlanmış, həmçinin onunla görüşən şəxsin DTX əməkdaşı olmasını bildirərək, “onlar”ın miqrasiya əməkdaşı geyimində əcnəbiləri sorğu-sual etmələrini qeyd etmiş və bu haqda “idarədən” daha ətraflı məlumat alacağını söyləmişdir. Aparılmış telefon danışığının məzmunundan məlum olur ki, hansısa naməlum şəxs tərəfindən Təqsirləndirilən şəxs Şahid mobil telefonuna müdaxilə edilməsi üçün DMX-yə çağırıldığı bildirilmiş və DMX-dən tez buraxılmasının səbəbi barədə maraqlanılmışdır. Göstərilən hallarla bağlı Təqsirləndirilən şəxs dindirilmiş, dövlət sirri yayma faktına dair hissədə əməllərini etiraf etmiş, digər hallarla bağlı isə müxtəlif dövlət orqanlarında cinayət işlərinin aparıldığını və yalnız şahid qismində işlərə cəlb edildiyini bildirmişdir. ## #### 2025-ci il tarixli Təqsirləndirilən şəxs məxsus olan əşyalara baxış keçirilməsi barədə protokoldan görünür ki, 1 ədəd “Iphone 14 Pro” markalı mobil telefonun yaddaşına baxış keçirdikdə Təqsirləndirilən şəxs həyata keçirdiyi hüquqşünaslıq fəaliyyəti ilə əlaqədar olaraq bir çox əcnəbilərlə danışıqları müəyyən edilmişdir. Telefonda olan “Whastapp” mobil tətbiqinə baxış zamanı Təqsirləndirilən şəxs həmin tətbiqdə ********** saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi müəyyən edilmişdir. Mobil tətbiqə baxış zamanı iş üzrə dövlət sirri təşkil edən məlumatların Təqsirləndirilən şəxs tərəfindən verildiyi Şahidlə danışıqlar müəyyən edilmişdir. Şahid mobil tətbiqdə ********** və Rusiya mobil operatorlarına məxsus olan +79261249900 nömrələri ilə 2 profildə qeydiyyatdan keçməsi müəyyən edilmişdir. Həmin ********** mobil nömrə ilə aparılan danışıqlara baxış keçirildikdə Təqsirləndirilən şəxs dövlət sirri təşkil edən məlumatları Şahid verdiyi tarixdə yəni, ## ###### 2025-ci il tarixdə onunla “Whastapp” mobil tətbiqi vasitəsilə səsli zənglə danışması müəyyən edilmişdir. Həmin danışıq saat 21:48 dəqiqədə edilmişdir ki, bu da dövlət sirrinin yayılması ilə bağlı zəngin aparıldığı vaxta uyğun gəlir. Bundan başqa telefona baxış keçirilərkən Şahid ifadəsində qeyd etdiyi Pərviz Əliyev adlı şəxsin istifadəsində olan ********** saylı mobil nömrə ilə danışıqlar müəyyən edilmişdir. Həmin danışıqlara baxış zamanı Təqsirləndirilən şəxs Şahid ## ###### 2025-ci il tarixdə “içəri girməsi” ilə bağlı mesajı olsa da daha sonrakı yazışmada Pərviz Əliyevin “niyə saxlayıblar?” sualı verərək Şahid saxlanması barədə məlumatsız olması müəyyən edilmişdir. Digər danışıqlarında hər hansı iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilmədi. Mobil telefonun yaddaşında iş üzrə əhəmiyyət kəsb edən digər hər hansı hal aşkar edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs iş yerinə keçirilmiş baxış zamanı götürülmüş 13 ədəd sənədlərdən ibarət olan qovluqlara baxış zamanı Təqsirləndirilən şəxs Şahid Nazarli oğluna hüquqi yardım göstərməsi ilə əlaqədar olan onun hüquqlarını təmsil etməsini özündə əks etdirən etibarnamə və digər sənədlər müəyyən edilmişdir. ## ##### 2023-cü il tarixli etibarnamədən görünür ki, etibar edən (mülkiyyətçi) Şahid etibar edilən Təqsirləndirilən şəxs ## ##### 2025-ci ilədək qüvvədə olan və müvafiq səlahiyyətlər müəyyən edilmiş etibarnamə vermişdir. Maddi sübut kimi tanımaq haqqında ## #### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Iphone 14 Pro” markalı mobil telefon və Iran Islam Respublikası vətəndaşı Şahid adına olan sənədlər iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. DVD diskə baxış keçirilməsi haqqında ## #### 2025-ci il tarixli protokoldan görünür ki, DVD diskdə olan “Asghar Şahid” adlı fayla daxil olduqda iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iş ofisində ona məxsus olan kresloda əyləşərək telefonla məşğul olması və danışıq aparması müəyyən edildi. Videonun 02:50 saniyəsində Təqsirləndirilən şəxs Əli bəy adlı şəxslə telefon vasitəsi ilə əlaqə saxlayır. Bundan sonra aşağıdakı məzmunda Təqsirləndirilən şəxs danışıq aparması müəyyən edilir:“...Əli bəy axşamınız xeyir. Evdəsiz? Rahat danışa bilirsiz? Bu gün orda necə oldu nə suallar verdilər? 1-ci qapıdan girdiniz ordan turniketi keçdiniz mənə deyin hansı binaya getdiniz? Turniketi ki keçdiniz sağda ... arxasında bir dənə otaq var idi.” Bundan sonra danışan şəxsin orada olan başqa şəxs haqqında danışması müşahidə edilir və Təqsirləndirilən şəxs öz növbəsində bildirir: “Tək idi? Yanında bir kök oğlan, kök ağsaqqal kişi yox idi? özü tək idi hə? ......maraqlı budur ki, sizi tez buraxıblar kimsə izahat almadı ki, sizdən qabağınıza kağız qoymadı ki, imza çək? Mən sizə deyim...... evlə bağlı heçbir sual vermədilər? O adamın adı Siyavuş deyil, başqa bir şəxsdir, danışarıq sizinlə, deyərəm, o DTX əməkdaşıdır və bu gün DTX ilə bağlı sizi müsahibə etdilər və orada, aparatda mənim adamım var idi. Siz izahat vermədiniz də bir şeyə imza çəkmədiniz...? sadəcə sizi tez buraxıblar 15:00 da girdiniz də içəri. Nə vaxt çıxdınız çölə? 15:45 idi? Sonra o mənə dedi ki, bəs niyə tez buraxıblar? Mən dedim vallah bilmirəm. yanımda da adam var idi danışa bilmirəm özüm əlaqə saxlayacağam. Dedilər tam dəqiq soruş ki, izahat verib ya yox? Dedim mən bilmirəm soruşaram deyərəm. Dedim ola bilsin ki, evlə bağlı bəhanə ediblər çağırıblar ki, telefonunu... dedim telefonla bağlı təlim keçmişəm demişəm ki, telefonu gətirmə. Siz girdiz içəri soruşdular ki, telefonunuz hardadı ya girdiz biraz keçdi? Cavan oğlan kök idi? Başqa kök ağbaş yox idi? Miqrasiyanın formasını geyinmişdi ya şəxsi libasda idi? Forma bir dəri kafşen bir də ay ulduz da düzdü? Oranın geyimini geyinirlər, bir-bir çağırırlar, izahat alırlar, sizdən izahat almayıb..... sadəcə onu dəqiqləşdirmək istəyirdim ki, o nömrə.... onlar gəlirlər orda izahat alırlar ki, kimsən nəçisən?.... başqa bir sual olmadı bəs? yox əsas o idi ki, görək nə səbəbdən çağırıblar, nəyi araşdırırlar?....... izahat almayıblar çox şeydi. Başqa adam çağırmışdılar 4 səhifə ondan izahat alıblar. Tez də çıxdınız çölə söhbət ondadı. Inşallah yenə zəngləşərik danışarıq.”- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-fonoskopik ekspertizasının ##.##.2025-ci il tarixli, */*** saylı rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd ağ rəngli “DVD” diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-portret ekspertizasının ## #### 2025-ci il tarixli, */*** saylı rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş “DVD-R” tipli diskdəki videogörüntüdən çıxarılmış fotoşəkillərdə əks olunmuş şəxsin xarici görünüşünün ümumi fiziki, bir neçə anotomik element və əlamətləri eyniləşdirmə tədqiqatı üçün qismən yararlıdır. Bu element və əlamətlərin məcmusu eyniləşdirmə tədqiqatı zamanı yalnız ehtimal formada nəticəyə gəlməyə imkan verir. Təqdim edilmiş “DVD-R” tipli diskdəki videogörüntüdən çıxarılmış fotoşəkillərdə və müqayisəli material qismində təqdim olunmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs eksperimental fotoşəkillərində, videogörüntüdən çıxarılmış fotoşəkillərdə eyni bir şəxsin əks olunması istisna edilmir. ## ### 2025-ci il tarixli raportdan görünür ki, aşkarlanmış dövlət sirri yayma faktı üzrə məlumatın qeyri-qanuni yayılmasına dair qərarın qəbul edilməsi üçün tələb olunan ekspert rəyinin hazırlanması məqsədilə Xidmətin aidiyyəti struktur bölmələrinin nümayəndələrindən ibarət təhqiqat komissiyasının yaradılmasına dair raportla Dövlət Təhlükəsizliyi Xidməti rəisinə müraciət edilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Iqtisadiyyatın X11 Baş Idarəsinin ## #### 2025-ci il tarixli, */**** saylı məktubundan görünür ki, Iran Islam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs digər Iran Islam Respublikası vətəndaşı Şahid telefon danışığı zamanı bildirdiyi məlumatlar Dövlət Sirri haqqında Azərbaycan Respublikası Qanununun 5.4.1ci maddəsinə əsasən dövlət sirri təşkil edən məlumatların siyahısına daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X5 tərəfindən verilmiş ## ### 2025-ci il tarixli, **** saylı məhkəmə-psixiatrik ekspertizasının nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Maddi sübut kimi tanımaq haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 02 ədəd “DVD” disk iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.1-ci maddəsinə əsasən şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkum edilmiş şəxs qeyd edilən cinayətin törədilməsində ittiham edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini yaradan ictimai təhlükəli əməli törədilməsi təşkil edir. Cinayətin obyektiv cəhəti – kriminal əməlin zahiri tərəfidir. Cinayətin obyektiv cəhəti müəyyən məkanda və zamanda baş verən müəyyən üsulla törədilən ictimai təhlükəli hərəkətdən və ya hərəkətsizlikdən, ictimai təhlükəli nəticədən, hərəkətlə (hərəkətsizliklə) ictimai təhlükəli nəticə arasında səbəbli əlaqədan ibarətdir. Cinayətin subyektiv cəhəti cinayətin obyektiv əlamətlərinin şəxsin şüurunda əks olunan subyektiv obrazı və ona münasibətidir.Subyektiv cəhət şəxsin ictimai təhlükəli əmələvə onun nəticəsinə olan daxili psixi münasibəti olub, motiv və məqsəddə, qəsd və ehtiyatsızlıqda ifadə olunur. Ictimai təhlükəli əməli törətməkdə təqsirli olan şəxs cinayət məsuliyyətinə alınır, cəzalandırılır. Cinayət qanunvericiliyi obyektiv təqsirləndirməyə, yəni təqsir olmadan cinayət məsuliyyətinə almağa yol vermir. Təqsirin olmaması məsuliyyəti aradan qaldırır. Qanunda birbaşa qəsdə verilən anlayışdan müəyyən olunur ki, şəxs öz əməlinin ictimai təhlükəliliyini dərk etməli, onun ictimai təhlükəliliyini qabaqcadan görməli və bunları arzu etməlidir. Həmçinin təqsir, motiv, məqsəd, habelə bunları müşayiət edən emosional vəziyyət cinayətin subyektiv cəhətini yaradan elementlərdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit edilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Iş materiallarında olan və yuxarıda qeyd edilən şifahi, yazılı və maddi sübutlarla məhkum edilmiş şəxsin dövlət sirri təşkil edən məlumatlara malik olması və şahidin məlumatlandırılması təsdiq olunur. Şəxsin dövlət sirrinə sahib olması üçün dövlət qulluğunda işləməsi mütləq şərt deyil. Məhkum edilmiş şəxs başqa şəxsdən əldə etdiyi məlumatı yaymış və nəticədə DTX əməkdaşlarının fəaliyyətinə maneə yaratmışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmamasına təkid etsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, maddi sübut və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Müdafiə tərəfinin Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilərək cəzanın müddətinin azaldılmasına münasibətdə kollegiya aşağıdakıları qeyd edir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.1-ci maddəsi sanksiyası daxilində 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinaxət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməsi və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınması isə həmin Məcəllənin 58-ci maddəsində təsbit edilmiş imperativ normadır. Həmin Məcəllənin 62-ci maddəsinin məzmunu aşağıdakı kimidir: 62.1. Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyi əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. 62.2. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər”. Göründüyü kimi qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları qeyd edir: 1) cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; 2) cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; 3) iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən, ədalət prinsipinin tələbləri gözlənilmişdir. Belə ki, təyin edilən cəza onun şəxsiyyətinə və cinayətin törədilmə şəraitinə uyğundur. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları təhlil edib. Məhkəmə iclasında məhkum edilmiş şəxsin Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilərək cəzasının dəyişdirilib, ona daha yüngül həddə cəza təyin olunması üçün əsaslar müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçiləri X8 və müdafiəçi2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçiləri X8 və müdafiəçi2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Elmar Rəhimov Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(3-6)-680/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-680/2026
13.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver