Məhkəmə qərarları › İş №1(3-6)-681/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-681/2026

09.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-681/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (sədrlik edən, hakim Hacıyeva Mətanət İsfəndiyar qızı) ## ###### 1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, ünvan 3 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərini, habelə Abşeron rayonunu tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə birgə nikahından olan ## #### 2020-ci il təvəllüdlü X3 və ## #### 2022ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək hər həftənin şənbə günü saat 12.00-dan saat 17.00-dək görüşünə icazə verilməsi, görüşün X3 və X5 faktiki olaraq yaşadığı yer (şəhər, kənd və s. nəzərdə tutulur) üzrə həyata keçirilməsi, tərəflərin birgə nikahından olan X3 və X5 ilə iddiaçı Zərərçəkmiş şəxs görüşünün qətnamə icraya yönəldikdən sonra ilk 12 dəfə (3 ay) ərzində onun iştirakı ilə keçirilməsi, bu müddət ərzində uşaqla atanın bağlılığının təklikdə ünsiyyətə imkan verəcək dərəcədə inkişafı üçün lazımi səyləri göstərməsi, həmin müddət bitdikdən sonra ata ilə uşağın təklikdə ünsiyyətinin təmin edilməsi barədə Naxçıvan MR Babək Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddət ərzində icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat, həmin məhkəmənin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati qaydada cərimə tətbiq edilməsinə və icra sənədindəki tələbi icra etmədiyi üçün ona sonuncu dəfə ## ###### 2025-ci il tarixdə məsuliyyət elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən ## #### 2025-ci il tarixədək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilərkən yaşadığı ünvanı tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı və Sumqayıt şəhərini, habelə Abşeron rayonunu tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyularkən Aytac Hacıyevanın tək valideyn olması, himayəsində iki azyaşlı övladının olması, hər hansısa təcili və zəruri ehtiyac olarkən bunları qarşılaya bilən alternativ bir şəxsin olmaması və özünün bu işlərdə tək ana kimi funksiyalarını yerinə yetirməsi, o cümlədən digər diqqətəlayiq hallar nəzərə alınmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs atası Səfiyev Məhərrəmin birinci Qarabağ müharibəsi iştirakçısı olması da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bütün bu qeyd edilənlərdən də başqa məhz Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etməsinin mümkünsüzlüyü yəni onun zərərçəkmiş şəxs tərəfindən ona qarşı cinayət törədilməsinə həm də bu cinayətin məhz azyaşlı uşaqlarının gözü qarşısında törədilməsinə məruz qalması, həm özünün, həm də uşaqlarının psixoloji sarsıntı keçirməsi, həmçinin bu cinayət əməlinin icra məmurları və icra hakimiyyəti orqanının əməkdaşlarının gözə qarşısında başqa verməsi nəticəsində onun dövlət orqanlarına olan inamının sarsılması və bunun nəticəsində özünü təhülkəsizlikdə hiss etməməsi məhz bu səbəblərdən dolayı məhkəmə qətnaməsini icra edə bilməməsi nəzərə alınmamışdır. Halbuki bu hal nəzərə alınsaydı onun məhz qəsdən məhkəmə qətnaməsini icra etməməsi kimi cinayət əməlini törətməməsi aydın olacaqdı. Məhz bu qeyd olunan halda dolayı məhkəmə tərəfindən onun barəsində bəraət hökmü çıxarılmalı idi. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Hər kəsin azadlıq hüququ və şəxsi toxunulmazlıq hüququ insan hüquq və azadlıqlarına həsr olunmuş beynəlxalq aktlarda, o cümlədən, İnsan hüquqları üzrə Ümumi Bəyannamənin 3- cü, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 9-cu, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5-ci maddəsində də təsbit olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Medvedev və digərləri Fransaya qarşı" (№ ****/**) iş üzrə ## #### 2010-cu il tarixli qərarında bildirmişdir ki, Konvensiyanın 5-ci maddəsi azadlıq və toxunulmazlıq hüququnu müdafiə edir. Konvensiyanın tələbinə görə bu hüquq demokratik cəmiyyətdə ən mühüm əhəmiyyət kəsb edir. Hər kəsin bu hüququnun müdafiəsi təmin edilməlidir. Bu onu nəzərdə tutur ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində göstərilmiş şərtlər istisna olunmaqla, heç kəsin azadlığı məhdudlaşdırılmamalı və ya məhdudlaşdırılması davam etdirilməməlidir. Azadlıq hüququndan Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi ilə təmin olunmuş istisna siyahısı məhdud xarakterlidir və bu istisnaların yalnız dar təfsiri sözügedən müddəanın məqsədinə uyğundur. Həmin məhkəmə daha sonra bildirmişdir ki, “qanunla müəyyən olunmuş prosesə" riayət olunub-olunmamasını da əhatə edən həbsin "qanuniliyi” məsələsində Konvensiya əsasən milli qanunvericiliyə, müvafiq olduqda tətbiq olunan digər hüquqi standartlara, o cümlədən, beynəlxalq hüquqda olan mənbələrə istinad edir. Konvensiya bütün işlər üzrə sözügedən qanunvericilik normalarının maddi və prosessual qaydalarına riayət etmək öhdəliyi yaratmaqla yanaşı, həmçinin, tələb edir ki, azadlığın hər hansı şəkildə məhdudlaşdırılması Konvensiyanın 5-ci maddəsinin məqsədinə, yəni fərdi şəxsin özbaşınalıqdan müdafiə olunmasına uyğun olmalıdır. Avropa Məhkəməsi vurğulamışdır ki, azadlığın məhdudlaşdırılması ilə bağlı məsələlərdə hüquqi müəyyənlik prinsipinin təmin olunması xüsusilə vacibdir. Bu səbəbdən Konvensiya ilə müəyyən olunmuş “qanunilik” standartına cavab vermək üçün milli və/və ya beynəlxalq hüquqda azadlığın məhdudlaşdırılmasının şərtləri açıq-aydın müəyyən edilməli və qanunvericilik normasının tətbiqi qabaqcadan gözlənilən olmalıdır. Məhkəmə tərəfindən hökm çıxarılarkən təqsirləndirilən şəxsin əməlində qəsdin olmadığı aşkar olduğu üçün onun barəsində bəraət hökmü çıxarılmalı idi. Hətta məhkəmə tərəfindən təqsirləndirilən şəxs ittiham edildiyi əməl üzrə təqsirli bilinsəydi belə barəsində Cinayət Məcəlləsinin 79-cü maddəsi tətbiq edilərək onun cəzası uşaqları 14 yaşına çatanadək təxirə salınmalı idi. Məhkəmə hətta 79-cü maddəni tətbiq etməyi də məqsədə müvafiq hesab etməsəydi o zaman belə iki azyaşlı uşağa təkbaşına baxan (atanın alimenti yarım şəkildə ödəməsi də nəzərə alınmaqla) onların qayğılarını (yemək, içmək təmini, xəstə olduqlarında həkimə aparmaq və s.) çəkmək üçün ona yardım etməyə özündən başqa heç kəsin olmadığını nəzərə alıb onun barəsində azadlığın məhdudlaşdırılması cəzası yox ən pis halda Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən aşağı cəza olan islah işləri cəzası təyin edilməli idi. İşdə iştirak edən şəxslərin çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv edilməsini və hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirliliyi sübuta yetirlmədiyinə görə Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında çıxış edən iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs hazırki günə kimi uşaqlarının Təqsirləndirilən şəxs tərəfindən ona göstərilmədiyini, bu günkü günə kimi məhkəmə tərəfindən uşaqları ilə ünsiyyət barədə çıxarılmış məhkəmə qərarlarının icra edilməməsini bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X7 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər-bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin, «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən: a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin əsas dəlili Təqsirləndirilən şəxs bəraət hökmü çıxarılmasından və ya ona daha yüngül cəza təyin olunmasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, iş materiallarında olan sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, müdafiə tərəfinin apellyasiya şikayətində əsaslandırdığı halları artıq hökmündə tədqiq etməklə, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 306.1ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilməyərək bildirmişdir ki, X8 ilə ##.##.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs valideynləri ilə birlikdə Babək rayonu, Qahab kəndində yaşamağa davam etmişlər. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahdan ##.##.2020-ci il tarixdə Yusif və ##.##.2022-ci il tarixdə Melisa adlı övladları dünyaya gəlmişdir. Uşaqlar dünyaya gəldikdən sonra Zərərçəkmiş şəxs övladları ilə normal maraqlanmamışdır. Kiçik qızı Melisa atasının yanında cəmi 8 (səkkiz) gün qalmışdır. Həmin vaxtdan sonra Zərərçəkmiş şəxs və ailəsi onu döyərək övladları ilə birlikdə evdən qovduqları üçün nənəsigildə anası və dayısının dəstəyi ilə yaşamağa davam etmişdir. Birlikdə yaşadıqları müddətdə Zərərçəkmiş şəxs oğuna sevgi və qayğı göstərmədiyindən oğlu Yusifin də atasına qarşı heç bir istəyi yaranmamızdır. Oğlu Yusifin yanında Zərərçəkmiş şəxs dələlərlə ona şiddət göstərmişdir. Oğlu xəstələnərkən biganə yanaşmışdır. Oğıu ilə heç vaxt maraqlanmamışdır. Ayrıldıqdan sonra oğlu atasını tələb etməmişdir. Ünsiyyətlə bağlı rəy verilməsi üçün Qəyyumluq və Himayədarlıq Komissiyasından nümayəndə yaşadığı evə gəldikdə oğlu onu qucaqlayaraq Zərərçəkmiş şəxs nümayəndəsi qismində gəlmiş babası ilə görüşməkdən imtina etmişdir. Həmin vaxtdan sonra o, qətiyyətlə övladlarının atası iiə görüşməsini istəməmişdir. Ümumiyyətlə keçmiş həyat yoldaşı onun hamiləliyi dövründə müalicəsi ilə əlaqədar ona maddi dəstək göstərməmişdir. Həmişə anasının dəstəyi ilə yaşamış və müalicə almışdır. Təxminən 2023-cü ilin sonlarında Zərərçəkmiş şəxs 2 azyaşlı övladları ilə ünsiyyətdə olması üçün aidiyyəti üzrə Naxçıvan MR Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən X2 və X5 yetkinlik yaşlarına çatanadək Zərərçəkmiş şəxs ilə hər həftənin şənbə günü saat 12:00dan saat 17:00-dək görüşünə icazə verilməsinə, görüşün uşaqların faktiki olaraq yaşadığı yer üzrə həyata keçirilməsinə, görüşün qətnamə icraya yönəldikdən sonra ilk 12 dəfə ərzində onun iştirakı ilə keçirilməsinə, bu müddət ərzində uşaqla atanın bağlılığının təklikdə ünsiyyətə imkan verəcək dərəcədə inkişafı üçün hər iki valideyn tərəfindən lazımi səylər göstərməsinə və həmin müddət bitdikdən sonra ata ilə uşağın təklikdə ünsiyyətinin təmin edilməsinə dair qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Şahbuz Rayon İcra və Probasiya Bölməsinə göndərilmişdir. Daha sonra qeydiyyat ünvanı dəyişdiyi üçün icra sənədi ərazi aidiyyəti üzrə Nizami rayon İcra Şöbəsinə göndərilmişdir. Onun yaşadığı yer daimi olmadığı üçün icra sənədi təkrar olaraq Şahbuz rayon İcra və Probasiya bölməsinə, sonra isə Nizami rayon İcra Şöbəsinə qaytarılmışdır. Uşaqların atası ilə ünsiyyətinə razı olmadığı üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Nizami Rayon Məhkəməsi tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək *(***)-****/**** saylı, ## ##### 2025-ci il tarixli qərarla 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Nizami Rayon Məhkəməsi tərəfindən İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə qərarının icrası ilə bağlı Şahbuz rayon İcra və Probasiya bölməsinin icra məmurları onun ünvanında olmuşlar, hər dəfə də uşaqlan Zərərçəkmiş şəxs ilə görüşmək istəməmişdir, sonuncu dəfə görüş zamanı Zərərçəkmiş şəxs onu yaşadığı yerdə döymüşdür. Onun şikayəti əsasında Zərərçəkmiş şəxs barəsində cinayət işi başlamış və Şahbuz Rayon Məhkəməsinin hökmü ilə Zərərçəkmiş şəxs CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 1300 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Həmin görüş vaxtı o, uşaqların Zərərçəkmiş şəxslə görüşməsini təşkil etmək istəsə də icra məmuru Əli Piriyev görüşün onun iştirakı olmadan keçirilməli olduğunu və uzaqlaşmağını tələb etmişdir. O, isə buna etiraz etdiyi üçün aralarında münaqişə yaranmışdır. O da uşaqlarının həyati təhlükəsini və sağlamlığını nəzərə alaraq məhkəmə qətnaməsini icra edə bilməmişdir. O, Zərərçəkmiş şəxs qarşı aliment tələbinə dair iddia qaldırdığı vaxta kimi Zərərçəkmiş şəxs uşaqlarla görüşmək istəməmişdir. Aliment tələb etdikdən sonra Zərərçəkmiş şəxs də uşaqla ünsiyyət barədə məhkəməyə müraciət etmişdir. Hazırda Zərərçəkmiş şəxs 4000 manata yaxın aliment borcu mövcuddur. 2024-cü ilin avqust ayında Niziami rayon İcra Şöbəsinin icra məmuru onun uşaqlarla birlikdə gəlməyini tələb etdikdən sonra könüllü olaraq həftənin şənbə günü uşaqları həmin şöbəyə gətirmişdir. Lakin şöbədə nə Zərərçəkmiş şəxs, nə də icra məmuru olmadığından o, uşaqlarla getməli olmuşdur. İki gün sonra həmin şöbənin rəisi şahid2 görüşün şöbənin inzibati binasından kənarda keçirilməli olduğunu təklif edərək uşaqlar üçün nəzərdə tutulmuş əyləncə mərkəzlərinin birində görüşün baş tuta biləcəyini bildirmişdir. O, isə buna razı olmamışdır. ## #### 2024-cü il tarixdə icra sənədi Şahbuz rayon İcra və Probasiya bölməsinin icraatında olduğu dövrdə yaşadığı ünvana Şahbuz rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri gəlmiş, uşaqlarla 2 saat ərzində ünsiyyət zamanı oğlu Yusif atası ilə qəti görüşmək istəməmiş, qızı Melisa isə həmin vaxt 2 yaşı olduğundan danışa bilməmişdir. Onun tərəfindən uşaqlara hər-hansı psixoloji təsir olmamışdır. Oğlu Yusifin gözü qarşısında Zərərçəkmiş şəxs tərəfindən döyüldüyü üçün uşaq atasını sevməmişdir. Həmin vaxt aralarındakı münaqişəni səbəb gətirməyi həmin nümayəndələrə ünsiyyətin nə üçün alınmamasını izah etmək məqsədi daşımışdır. Bu vaxta qədər uşaqlar tərəfindən Zərərçəkmiş şəxslə bağlı heç vaxt sual verilməmişdir. Uşaqlar gələcəkdə Zərərçəkmiş şəxslə görüşmək istəsələr onun iştirakı ilə görüşməklərinə razı olar. Uşaqlar görüşmək istəmirlər. O da ana kimi uşaqlarını düşünür Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ## ###### 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra onlar atasının Babək rayonu, Qahab kəndində yerləşən evində yaşamağa davam etmişlər. Rəsmi nikahlarından ## #### 2020-ci il tarixdə Yusif və ## #### 2022-ci il tarixdə Melisa adlı övladları dünyaya gəlmişdir. Qızı Melisa onun yanında cəmi 8 (səkkiz) gün qalmışdır. Həmin vaxtdan sonra dayıları və xalası Aytacı uşaqlarla birlikdə anasının evinə Şahbuz rayonuna aparmışlar. Aytac daha onunla yaşamaq istəmədiyini və boşanmaq istədiyini bildirmişdir. Həmin gündən sonra övladları ilə dəfələrlə görüşməyə cəhd etsə də, Aytac Hacıyeva uşaqları onunla görüşdürməkdən imtina etmişdir. Təxminən 1 ilə yaxın müddət ərzində Aytacla barışmaq üçün gözləmişdir. Lakin, heç bir nəticə olmadığından və o, övladları ilə görüşə bilmədiyi üçün uşaqlarla ünsiyyət barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Naxçıvan MR Babək Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməyə əsasən onun övladları ilə yetkinlik yaşına çatanadək hər həftənin şənbə günü saat 12:00-dan saat 17:00-dək görüşünə icazə verilmiş, görüşün övladlarının faktiki olaraq yaşadığı yer üzrə həyata keçirilməsi nəzərdə tutulmuş, 3 ay ərzində Hacıyeva Aytac Məhərrəm qızının iştirakı ilə keçirilməsi, həmin müddət bitdikdən sonra onun uşaqlarla təklikdə ünsiyyətinin təmin edilməsi qərara alınmışdır. İcra sənədi ## #### 2024-cü il tarixdə Nizami rayon İcra Şöbəsinin icraatına Naxçıvan MR Şahbuz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuşdur, icra məmuru Nüşabə Kərimzadə tərəfindən icraata başlanılmışdır, icra sənədi Nizami rayon İcra Şöbəsinə daxil olduqdan sonra keçmiş həyat yoldaşının nümayəndəsi çağırış nəticəsində Nizami rayon İcra Şöbəsinə gələrək hal-hazırda hüquqlarını təmsil etdiyi şəxsin Naxçıvan Muxtar Respublikasında istirahətdə olduğunu, eyni zamanda onun da Naxçıvan MR Babək rayonunda olduğu üçün aralarında ümumi fikrə gəlinərək sentyabr ayı üçün görüş təşkil ediləcəyi qənaətinə gəlinmişdir. Keçmiş həyat yoldaşı və onun nümayəndəsi əvvəlcədən təyin olunduğu müddətdə uşaqları görüşə gətirə bilməyəcəyini və uşaqların səhhətində problem olduğunu bildirərək təyin olunmuş görüşün təxirə salınmasım xahiş etmişlər. Aytac məhkəmə qərarının icrasını təmin etməkdən yayınmış, icra məmurunun çağırışlarına gəlməmişdir. Tələbin təmin edilməsi məqsədilə icra məmurları keçmiş həyat yoldaşının ünvanında olarkən sonuncudan şöbəyə dəvət olunaraq izahat verilməsi tələb edilmişdir, lakin Aytac Hacıyeva şöbəyə gəlməkdən və izahat verməkdən imtina etmiş, şifahi qaydada məhkəmə qərarının icrasını təmin etməyəcəyini bildirmişdir. İcra məmuru tərəfindən Hacıyeva Aytac Məhərrəm qızının məcburi qaydada gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət olunmuş, təqdimat təmin edilmişdir. Növbəti şənbə günü icra məmuru hal şahidi və onunla birlikdə Nizami rayon İcra Şöbəsinə gələrək Hacıyeva Aytac Məhərrəm qızını gözləmişlər, lakin Aytac Hacıyeva şöbəyə gəlməmişdir. Həmin gun akt tərtib olunmuş və icra işinə əlavə edilmişdir. O, Nizami rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək keçmiş həyat yoldaşı Hacıyeva Aytac Məhərrəm qızı barəsində bütün tədbirlərin görülməsini xahiş etmişdir. Hacıyeva Aytac Məhərrəm qızı Şahbuz rayonunda olduğundan icra işi Naxçıvan MR Şahbuz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin ## ###### 2025-ci il tarixdə icra işi yenidən Nizami rayon İcra Şöbəsinə qaytarılmışdır, səbəb olaraq keçmiş həyat yoldaşı Hacıyeva Aytac Məhərrəm qızının yenidən qeydiyyatda olduğu yer üzrə ünvan 1 ünvanında məskunlaşdığı bildirilmişdir. Hacıyeva Aytac Məhərrəm qızına xəbərdarlıq məktubu yazılaraq sonuncunun yaşadığı ünvana göndərilmişdir. Aytac Hacıyeva barəsində axtarış elan olunduğu üçün nümayəndəsi ilə birlikdə Nizami rayon İcra Şöbəsinə gəlmişlər. Hacıyeva Aytac Məhərrəm qızının izahatı alınaraq barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Nizami Rayon Məhkəməsinin qərarına əsasən Hacıyeva Aytac Məhərrəm qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 500 manat məbləğində cərimə olunmuşdr. Bütün xəbərdarlıqlara baxmayaraq Hacıyeva Aytac Məhərrəm qızı məhkəmə qərarını qərəzli olaraq icra etməkdən yayınmışdır. Məhkəmə qərarının icrası ilə bağlı o, Şahbuz rayon İcra və Probasiya bölməsinin icra məmurları ilə birlikdə 4 dəfə Aytac Hacıyevanın ünvanında olmuş, lakin hər dəfə də uşaqlar ona göstərilməmişdir. 4-cü görüş zamanı Aytac Hacıyevanın ailə üzvləri və qohumları ona hücum çəkdikləri zaman əlbəyaxa mübahisə yaranmış, Aytac Hacıyeva onun üz nahiyəsinə vurduğu üçün o da Aytacı vurmuşdur. Onun icra məmurları ilə birlikdə Aytac Hacıyevanın ünvanına gəlməsi sonuncunun acığına gəlmişdir. Həmin hadisədən sonra Aytac Hacıyeva onun və atasnın barəsində şikayət etmişdir. Barələrində cinayət işi başlanmış və cərimə cəzasına məhkum edilmişlər. Məhkəmə qətnaməsinin icrası ilə bağlı müraciətindən sonra icra məmuru tərəfindən Aytac Hacıyeva barəsində axtarış elan edilmiş, polis orqanı tərəfindən Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə təhvil verilmişdir. Uşaqların onunla ünsiyyətinə təkrar olaraq razı olmadığı üçün icra məmuru tərəfindən Aytac Hacıyeva barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Aytac Hacıyeva barəsində 1000 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. O, ## ##### 2022-ci il tarixdən sonra heç vaxt övladlarını görə bilməmişdir. Aytac Hacıyevanın onu nə üçün uşaqları ilə görüşdürməməsinin səbəbini də bilməmişdir. O, uşaqlarını görmək istəyir, onun uşaqları ilə görüşməyinə köməklik göstərilməsini, əks təqdirdə məhkəmə qətnaməsini qərəzli şəkildə icra etmədiyi üçün təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və uşaqların ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Həsənov İlkin Qiyas oğlu ifadəsində bildirmişdir ki, Naxçıvan MR Babək Rayon Məhkəməsinin icra sənədinə əsasən, Zərərçəkmiş şəxs ilə Hacıyeva Aytac Məhərrəm qızının birgə nikahından olan uşaqların yetkinlik yaşına çatanadək hər həftənin şənbə günü saat 12.00-dan saat 17.00-dək görüşünə icazə verilməsi, görüşün uşaqların faktiki olaraq yaşadığı yer üzrə həyata keçirilməsi, uşaqlarla iddiaçı Zərərçəkmiş şəxs görüşü qətnamə icraya yönəldikdən sonra ilk 12 dəfə (3 ay) ərzində cavabdeh Hacıyeva Aytac Məhərrəm qızının iştirakı ilə keçirilməsi, bu müddət ərzində uşaqla atanın bağlılığının təklikdə ünsiyyətə imkan verəcək dərəcədə inkişafı üçün hər iki valideynin lazımi səylər göstərməsi, həmin müddət bitdikdən sonra ata ilə uşağın təklikdə ünsiyyətinin təmin edilməsi qərara alınmışdır. Qeyd olunan icra sənədi ## #### 2024 cü il tarixdə Nizami rayon İcra Şöbəsinin icraatına Naxçıvan MR Şahbuz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuşdur, icra məmuru Nüşabə Kərimzadə tərəfindən icraata başlanılmışdır. İcra sənədinə əsasən Aytac Hacıyeva və onun nümayəndəsi Nizami rayon İcra Şöbəsində olmuşlar, Hacıyeva Aytac Məhərrəm qızının izahatı alınmışdır. X6 Məhərrəm qızı və onun nümayəndəsi əvvəlcədən təyin olunduğu müddətdə uşaqları görüşə gətirə bilməyəcəyini və uşaqların səhhətində problem olduğunu bildirərək təyin olunmuş görüşün təxirə salınmasını xahiş etmişlər. Onun bu xahişi nəzərə alınaraq tələbkar bu barədə məlumatlandırılmışdır. Bundan sonrakı dövrdə X6 Məhərrəm qızı məhkəmə qərarının icrasını təmin etməkdən yayınmış, icra məmurunun çağırışlarına gəlməmişdir. Tələbin təmin edilməsi məqsədilə X6 Məhərrəm qızının ünvanında olarkən şöbəyə dəvət olunaraq izahat verilməsi tələb edilmişdir, lakin o, şöbəyə gəlməkdən və izahat verməkdən imtina etmiş, şifahi qaydada məhkəmə qərarının icrasını təmin etməyəcəyini bildirmişdir. X6 Məhərrəm qızının məcburi gətirilməsi barədə təqdimatla Nizami Rayon Məhkəməsinə müraciət edilmiş, təqdimat təmin edilmişdir. İcra sənədini icra etmədiyinə görə X6 Məhərrəm qızının barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarlarına əsasən X6 Məhərrəm qızının barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi 500 manat cərimə cəzası və 528.1-1-ci maddəsi ilə 1000 manat cərimə cəzası tətbiq edilmişdir. Aytac Hacıyevaya dəfələrlə məhkəmə qərarının icrasının icra məmurunun iştirakı ilə baş tutması təklif edilmiş, lakin o təklifi qəbul etməmişdir. Birinci instansiya məhkəməsinin baxışında ifadəsi elan edilmiş şahid şahid2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Naxçıvan MR Babək Rayon Məhkəməsinin 2(079)-35/2024 sayl, ## ###### 2024-cü il tarixli icra vərəqəsinə əsasən, Zərərçəkmiş şəxs ilə Hacıyeva Aytac Məhərrəm qızının birgə nikahından olan ## #### 2020ci il təvəllüdlü X3 və ## #### 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək hər həftənin şənbə günü saat 12.00-dan saat 17.00-dək görüşünə icazə verilməlidir. Görüş ## #### 2020ci il təvəllüdlü X3 və ## #### 2022-ci il təvəllüdlü X5 faktiki olaraq yaşadığı yer (şəhər, kənd və s. nəzərdə tutulur) üzrə həyata keçirilməlidir. Tərəflərin birgə nikahından olan ## #### 2020-ci il təvəllüdlü X3 və ## #### 2022-ci il təvəllüdlü X5 ilə iddiaçı Zərərçəkmiş şəxs görüşü qətnamə icraya yönəldikdən sonra ilk 12 dəfə (3 ay) ərzində cavabdeh Hacıyeva Aytac Məhərrəm qızının iştirakı ilə keçirilməlidir. Bu müddət ərzində uşaqla atanın bağlılığının təklikdə ünsiyyətə imkan verəcək dərəcədə inkişafı üçün hər iki valideyn lazımi səyləri göstərməli, həmin müddət bitdikdən sonra ata ilə uşağın təklikdə ünsiyyətinin təmin edilməsi qərara alınmışdır. Qeyd olunan icra sənədi ## #### 2024-cü il tarixdə Nizami rayon İcra Şöbəsinin icraatına Naxçıvan MR Şahbuz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuşdur, icra məmuru Nüşabə Kərimzadə tərəfindən icraata başlanılmışdır, icra sənədi Nizami rayon İcra Şöbəsinə daxil olduqdan sonra X9 nümayəndəsi çağırış nəticəsində Nizami rayon İcra Şöbəsinə gələrək hal-hazırda hüquqlarını təmsil etdiyi şəxsin Naxçıvan Muxtar Respublikasında istirahətdə olduğunu, eyni zamanda tələbkar Zərərçəkmiş şəxs da Naxçıvan MR Babək rayonunda olduğu üçün tərəflərin aralarında ümumi fikrə gəlinərək sentyabr ayı üçün görüş təşkil ediləcəyi qənaətinə gəlinmişdir. Naxçıvan MR Babək Rayon Məhkəməsinin **(***)-***/**** saylı, ## ###### 2024-cü il tarixli icra vərəqəsinə əsasən Aytac Hacıyeva və onun nümayəndəsi Müdafiəçi ## ######## 2024-cü il tarixində Nizami rayon İcra Şöbəsində olmuşlar, Hacıyeva Aytac Məhərrəm qızının izahatı alınmışdır. X6 Məhərrəm qızı və onun nümayəndəsi əvvəlcədən təyin olunduğu müddətdə uşaqları görüşə gətirə bilməyəcəyini və uşaqların səhhətində problem olduğunu bildirərək təyin olunmuş görüşün təxirə salınmasını xahiş etmişlər. Onun bu xahişi nəzərə alınaraq tələbkar bu barədə məlumatlandırılmışdır. Bundan sonrakı dövrdə X6 Məhərrəm qızı məhkəmə qərarının icrasını təmin etməkdən yayınmış, icra məmurunun çağırışlarına gəlməmişdir. Tələbin təmin edilməsi məqsədilə X6 Məhərrəm qızının ünvanında olarkən şöbəyə dəvət olunaraq izahat verilməsi tələb edilmişdir, lakin o, şöbəyə gəlməkdən və izahat verməkdən imtina etmiş, şifahi qaydada məhkəmə qərarının icrasını təmin etməyəcəyini bildirmişdir. Həmin günü ## ######## 2024-cü il tarixində X6 Məhərrəm qızının məcburi gətirilməsi barədə təqdimatla Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. Təqdimat ## ####### 2024-cü il tarixində Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədov tərəfindən təmin edilmişdir. X6 Məhərrəm qızının barəsində *(***)-***/**** saylı, ## ####### 2024-cü il tarixli qərardad qəbul edilərək Nizami rayon İcra Şöbəsi vasitəsi ilə Nizami rayon Polis İdarəsinə göndərilmişdir. Hacıyeva Aytac Məhərrəm qızının ## ######## 2024-cü il tarixli izahatında göstərdiyi həftə ## ######## 2025-ci il tarixində (növbəti şənbə günü) icra məmuru hal şahidi ilə və tələbkar Zərərçəkmiş şəxs ilə birlikdə Nizami rayon İcra Şöbəsinə gələrək Hacıyeva Aytac Məhərrəm qızım gözləmişlər, lakin borclu şöbəyə gəlməmişdir. Həmin gün aktlaşdırılaraq icra işinə əlavə edilmişdir. ## ######## 2024-cü il tarixdə tələbkar Zərərçəkmiş şəxs Nizami rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək X6 Məhərrəm qızı barəsində bütün tədbirlərin görülməsini xahiş etmişdir. Yenidən ## ###### 2024-cü il tarixində Zərərçəkmiş şəxs icra işinin Naxçıvan MR Şahbuz rayon İcra və Probasiya şöbəsinə göndərilməsini xahiş etmişdir, səbəb olaraq Hacıyeva Aytac Məhərrəm qızının 2 aydır Naxçıvan MR Şahbuz rayonunda anasının yanında yaşamasını göstərmişdir. Bundan sonra Naxçıvan MR Şahbuz Rayon İcra Hakimiyyətinin inzibati ərazi dairəsi üzrə Kiçikoba kəndinin icra nümayəndəsinə sorğu ünvanlanmış, Hacıyeva Aytac Məhərrəm qızının Şahbuz rayonu, Şahbuz qəsəbəsi, yaxud Kiçikoba kəndində yaşayıb-yaşamaması barədə Nizami rayon İcra Şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur. ## ###### 2024-cü il tarixdə Naxçıvan MR DİN Şahbuz rayon Polis İdarəsi tərəfindən daxil olan cavab məktubunda Hacıyeva Aytac Məhərrəm qızının Şahbuz rayon Kiçikoba kəndində dayısı X1 evində yaşadığı bildirilmişdir. ## ###### 2025-ci il tarixində icra işi Naxçıvan MR Şahbuz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin, ## ###### 2025-ci il tarixində icra işi yenidən Nizami rayon İcra Şöbəsinə göndərilmişdir, səbəb olaraq X6 Məhərrəm qızının yenidən qeydiyyatda olduğu yer üzrə ünvan 1 ünvanında məskunlaşdığı bildirilmişdir. ## ###### 2025-ci il tarixində Hacıyeva Aytac Məhərrəm qızına xəbərdarlıq məktubu yazılaraq yaşadığı ünvana göndərilmişdir. Axtarışda olduğu üçün ## ##### 2025-ci il tarixində Hacıyeva Aytac Məhərrəm qızı nümayəndəsi Müdafiəçi ilə birlikdə Nizami rayon İcra şöbəsinə gəlmişlər. X6 Məhərrəm qızının izahatı alınaraq barəsində inzibati protokol tərtib edilərək Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Nizami Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ## ##### 2025-ci il tarixli qərarına əsasən X6 Məhərrəm qızının barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 500 manat cərimə cəzası tətbiq edilmişdir. Bundan sonra Hacıyeva Aytac Məhərrəm qızına şəxsən, eləcə də nümayəndəsi Müdafiəçi vasitəsilə dəfələrlə məhkəmə qərarını icra etmədiyi təqdirdə barəsində cinayət işinin qaldırılması barədə təqdimatla Ədliyyə Nazirliyinin istintaq idarəsinə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Bütün bu xəbərdarlıqlara baxmayaraq X6 Məhərrəm qızı məhkəmə qərarını qərəzli olaraq icra etməkdən yayınmışdır. ## ##### 2025-ci il tarixdə X6 Məhərrəm qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir, ## ### 2025-ci il tarixində təqdimat təmin edilərək qərar icra edilməsi üçün Nizami rayon icra Şöbəsinə göndərilmişdir, həmin gün X6 Məhərrəm qızının ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılmışdır. ## ### 2025-ci il tarixində X6 Məhərrəm qızının qeydiyyatda olduğu ünvana cinayət məsuliyyətinə cəlb olunması haqqında xəbərdarlıq göndərilmişdir. Tələbkar Zərərçəkmiş şəxs ## ### 2025ci il və ## ### 2025-ci il tarixlərində ərizə ilə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə müraciət edərək, X6 Məhərrəm qızı barəsində cinayət işinin qaldırılmasını xahiş etmişdir. Bu səbəbdən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi X6 Məhərrəm qızı tərəfindən qərəzli olaraq icra edilmədiyindən barəsində CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Təqdimat göndərildikdən sonra Aytac Hacıyeva barəsində axtarış elan edilmiş, ## ###### 2025-ci il tarixdə Aytac Hacıyeva polis orqanı tərəfindən Nizami rayon İcra Şöbəsinə təhvil verilmişdir. Uşaqların atası ilə ünsiyyətinə təkrar olaraq razı olmadığı üçün Aytac Hacıyeva barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Nizami Rayon məhkəməsi tərəfindən İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Aytac Hacıyeva 1000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir, icra sənədi Nizami rayon İcra Şöbəsinin icraatında olduğu dövrdə Aytac Hacıyeva tərəfindən uşaqların Zərərçəkmiş şəxslə görüşünə cəhd göstərilməmişdir. Aytac Hacıyevanın bildirdiyinə görə icra sənədi Şahbuz Rayon İcra və Probasiya Bölməsinin icraatında olduğu zaman tərəflərin arasında münaqişə baş vermiş, bu səbəbdən uşaqların təhlükəsizliyi üçün məhkəmə qərarını icra etmir. Aytac Hacıyevaya dəfələrlə məhkəmə qərarının icrasının icra məmurunun iştirakı ilə baş tutması təklif edilmiş, lakin o təklifi qəbul etməmişdir. Eyni zamanda Aytac Hacıyevaya görüşün daha təhlükəsiz məkanlarda, uşaqlar üçün nəzərdə tutulmuş əyləncə mərkəzlərinin birində və ya parkda baş tuta biləcəyi təklif edilmişdir. Aytac Hacıyeva isə buna razı olmamışdır. İş materiallarında olan Naxçıvan MR Babək Rayon Məhkəməsinin 2(079)-35/2024 sayl, ##.##.2024-cü il tarixli qətnaməsindən və həmin tarixli icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Hacıyeva Aytac Məhərrəm qızının birgə nikahından olan ## #### 2020ci il təvəllüdlü X3 və ## #### 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək hər həftənin şənbə günü saat 12.00-dan saat 17.00-dək görüşünə icazə verilməsi, görüşün ## #### 2020ci il təvəllüdlü X3 və ## #### 2022-ci il təvəllüdlü X5 faktiki olaraq yaşadığı yer (şəhər, kənd və s. nəzərdə tutulur) üzrə həyata keçirilməsi, tərəflərin birgə nikahından olan ## #### 2020ci il təvəllüdlü X3 və ## #### 2022-ci il təvəllüdlü X5 ilə iddiaçı Zərərçəkmiş şəxs görüşü qətnamə icraya yönəldikdən sonra ilk 12 dəfə (3 ay) ərzində cavabdeh Hacıyeva Aytac Məhərrəm qızının iştirakı ilə keçirilməsi, bu müddət ərzində uşaqla atanın bağlılığının təklikdə ünsiyyətə imkan verəcək dərəcədə inkişafı üçün hər iki valideynin lazımi səylər göstərməsi, həmin müddət bitdikdən sonra ata ilə uşağın təklikdə ünsiyyətinin təmin edilməsi qət edilmişdir. Şahbuz rayon İcra və Probasiya Bölməsinin rəisi vəzifəsini icra edən X4 tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli qərardan görünür ki, Babək Rayon Məhkəməsinin 2(079)-35/2024 sayl, ##.##.2024-cü il tarixli icra sənədi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə göndərilmişdir. İcraata başlamaq haqqında ##.##.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Babək Rayon Məhkəməsinin 2(079)-35/2024 sayl, ##.##.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında ##.##.2024-cü il tarixli bildirişdən görünür ki, Babək Rayon Məhkəməsinin 2(079)-35/2024 sayl, ##.##.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından görünür ki, Hacıyeva Aytac Məhərrəm qızı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından görünür ki, Hacıyeva Aytac Məhərrəm qızının ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından görünür ki, Hacıyeva Aytac Məhərrəm qızı Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (min) manat məbləğində cərimə edilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Apellyasiya şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərərçəkmiş, şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ####### 2012ci il tarixli qərarına əsasən məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi (köhnə redaksiyada) ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, icra xidmətinin rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qərarında qeyd olunmasını zəruri hesab etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd olunan işin faktiki hallarını bir daha nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal əsaslarla qurulmuş və işin hallarını əks etdirmir. Belə olduğu halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin işin hallarına uyğun gəlmədiyini, Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməməsi kimi dəlillərin formal olmasını bir daha vurğulayır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək birinci instansiya məhkəməsiin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmə Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və onların hər birini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə aktı qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Təqsirləndirilən şəxs bəraət verilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər-hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırkı cinayət işi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkum edilmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, məhkum edilmiş şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onun təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkum edilmiş şəxsin müdafiəçisi apellyasiya şikayətində məhkəmənin hökmünün qanunsuz və əsassız olduğunu, cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı verilmiş ittiham üzrə şəxsi təqsirli bilmədiyini qeyd etsə də, məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dəlillər sadəcə ümumi sözlərdən ibarət olmaqla heç bir mötəbər sübuta əsaslanmır. Belə ki, apellyasiya şikayətində istinad etdiyi xüsusatlara dair müdafiə tərəfindən hərhansı sübut ibtidai istintaq, birinci instansiya məhkəməsində məhkəmə istintaqı və apellyasiya baxışı zamanı təqdim edilməməklə yanaşı, əksinə həmin dəlillərin mövcudluğu cinayət işi materiallarında olan zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə digər sübutlarla təkzib edilmişdir. Bununla da məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, iş materialları ilə öz təsdiqini tapmadığından və qanunvericiliyin müvafiq müddəaları ilə təkzib olunduğundan, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayət hüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlili olan şəxsə təyin olunmuş cəzanın təxirə salınması hissəsinə münasibətdə qeyd edir ki, bu hissədə də, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİ və İİİ hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 28-ci maddəsinin İ hissəsinə, 147-ci maddəsinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin müddəaları (o cümlədən 79-cu maddə) müəyyən siyasi-hüquqi münasibətlərin, hüquq normalarının, ideyaların, baxışların sistemi kimi səciyyələndirilən və dövlət tərəfindən yürüdülən cinayət-cəza siyasəti ilə bağlıdır. Bu siyasətin əsas məzmunu məqsəd və vəzifələrin işlənib hazırlanmasından, ictimai təhlükəsizliyin və cinayətkarlığın aradan qaldırılması və ya sosial baxımdan qəbul oluna biləcək səviyyədə saxlanmasının təmin edilməsi üçün zəruri vasitə və üsulların seçilməsindən ibarətdir. Cinayət-cəza siyasəti kompleks xarakteri daşıyır və digərləri ilə yanaşı ilk növbədə cinayətkarlıqla mübarizənin aparılması üzrə cinayət-hüquqi, cinayətprosessual, cəza-icra normalarının müəyyənləşdirilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununa əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, birinci instansiya məhkəməsi zamanı müəyyən edilmişdir ki, Səfiyeva (Hacıyeva) Aytac Məhərrəm qızı əmək fəaliyyəti ilə məşğul olmur və hər-hansı bir qazancı yoxdur. Cinayət Məcəlləsinin 79-cu maddəsinin məqsədi isə uşaqların on dörd yaşına çatanadək cəzanın çəkilməsinin təxirə salınması, ilk növbədə uşaqların maraqlarını, onların öz ailəsində, sağlam mühitdə böyüməsini və tərbiyə olunmasını təmin etməkdən ibarətdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə ədalətli cəza təyin edildiyindən, apellyasiya şikayətində qeyd olunan dəlillər onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinin tətbiq edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası son olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı kifayət qədər nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın növünün dəyişdirilməsi və ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinin tətbiq edilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə, yəni təqsirləndirilən şəxsə islah işləri və ya daha yüngül cəza təyin olunması ilə bağlı dəlilinə də qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə törətdiyi inzibati xətaya görə 1500 manat cərimə inzibati tənbehi tətbiq olunmuş və təqsirləndirilən şəxs qeyd olunan əməli törətməkdə davam etmişdir. Digər tərəfdən təqsirləndirilən şəxs hazırda işləmir və ona islah işləri cəzasının təyin olunması cəzanın məqsədlərlinə cavab vermir. Məhkəmə kollegiyası onu da xüsusi olaraq vurğulayır ki, apellyasiya məhkəməsinin baxış iclası zamanı da müəyyən edildi ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bu gün də uşaqların atası ilə ünsiyyətdə olmasına maraqlı deyil və əksinə, hazırda da məhkəmə qətnaməsinin onun tərəfindən icra olması real görünmür. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyası hüdudlarında cəzanın məqsədlərini təmin edən cəza təyin edilmişdir, təyin edilmiş cəzanın müddətinin yüngülləşdirilməsi və ya növünün dəyişdirilməsi üçün apellyasiya baxışı zamanı əsaslar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və müdafiəçisinin çıxışını, zərərçəkmiş şəxsin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələr və Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hərhansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar