Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-682/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və X1 ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynova-Zeynalova Səkinə qızının, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Bakı şəhər Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-ci il tarixli hökmündən birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etmiş dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə ilkin baxış iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhər Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanmaqla üzərində 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Hökmlə, həmçinin, təqsirləndirilən şəxsin üzərinə vəzifələr qoyulmuş, qətimkan tədbiri və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən birinci instansiya məhkəməsində iştirak edən dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün cinayət qanunu norması düzgün tətəbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir. Hökmdən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya protestində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin ## ######## 2014-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanı ## ######## 2018-ci il tarixdə çəkib qurtarmış, hazırki cinayət əməlini isə iki il müddət keçməmiş, yəni 2019-cu ilin iyun ayında törətdiyindən onun əməlində cinayətlərin sadə residivi vardır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Lakin, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə CM-in 65.2-ci maddəsinin tələbləri pozulmuş, beləliklə, cinayət qanunun norması düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən apellyasiya protestinə ilkin baxılması zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.2-ci maddəsində göstərilən məsələlər araşdırılmış və müəyyən edilmişdir ki, apellyasiya protesti verilərkən bu Məcəllənin 383-cü maddəsinin tələblərinə riayət olunmamışdır. Belə ki, apellyasiya protestində mübahisələndirilən yeganə hal təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması və birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən həmin halın nəzərə alınmaması ilə bağlı olmuşdur. Halbu ki, birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması, həmin halın onun cəzasını ağırlaşdıran hal olması, eyni zamanda residivə görə cəza təyin edilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinin tətbiqi, təqsirləndirilən şəxsin cəzasını ciddi rejmli cəzaçəkmə müəssisəsində çəkilməli olması barədə gəldiyi nəticələr və təkliflər olmamışdır. Birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının gəldiyi nəticələr və təkliflər aşağıdakı qaydada olmuşdur; “Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işində olan mötəbər sübutlarla təsdiq olundu. Təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Bunları nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib barəsində 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməsini və cəzaçəkmənin həbsə alındığı vaxtdan hesablanmasını, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsini və məhkəmə iclas zalından dərhal həbs edilməsini, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını təklif edirəm”. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsində aparılması təmin edilmiş məhkəmə iclasının audioyazısına baxış keçirilmiş, iştirak edən dövlət ittihamçısının gəldiyi nəticələr və təkliflər məhkəmə iclasının protokoluna uyğun olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 383.2-ci maddəsinə əsasən apellyasiya protesti vermək hüququna onun gəldiyi nəticələrin və təkliflərin nəzərə alınmadığı hissədə birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etmiş dövlət ittihamçısı malikdir. Göstərilən dövlət ittihamçısı vəfat etdikdə, xəbərsiz itkin düşdükdə, uzunsürən ağır xəstəliyə tutulduqda, protest verməkdən yayındıqda və ya imtina etdikdə, habelə onun mövqeyi ilə razılaşmadıqda Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini, habelə Naxçıvan Muxtar Respublikasının birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan, həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroru birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının əvəzinə apellyasiya protesti vermək hüququna malikdir. Birinci instansiya məhkəməsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına bu Məcəllənin 314.1, 314.3 və 314.4-cü maddələrinin tələblərinin ziddinə baxıldığı halda apellyasiya protesti vermək hüququna Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini, habelə Naxçıvan Muxtar Respublikasının birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroru malikdir. Apellyasiya protestinə ilkin baxılması zamanı iştirak edən dövlət ittihamçısı qanunvericiliyin tələblərinə uyğun qərər qəbul edilməsini təklif etmişdir. Apellyasiya protestinə ilkin baxılması zamanı iştirak edən müdafiəçi apellyasiya protestinin məhkəmə baxışına təyin edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması qaydası apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilir. Bu zaman hər bir halda apellyasiya instansiyası məhkəməsi aşağıdakı məsələləri araşdırmalıdır: 391.2.1. daxil olmuş apellyasiya şikayətinin və ya apellyasiya protestinin həmin məhkəməyə aid olub-olmadığını; 391.2.2. apellyasiya şikayəti və ya apellyasiya protesti verilərkən bu Məcəllənin 381—390-cı maddələrinin tələblərinə riayət olunub-olunmadığını; 391.2.3. cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsasların olub-olmadığını; 391.2.4. cinayət işi üzrə qətimkan tədbirinin dəyişdirilməsi, ləğv edilməsi və ya seçilməsi üçün əsasların olub-olmadığını; 391.2.5. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini. Həmin Məcəllənin 391.3.5-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq aşağıdakı qərarlardan birini qəbul edir: 391.3.1. apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması haqqında; 391.3.2. apellyasiya şikayətinin və ya apellyasiya protestinin məhkəmə aidiyyəti üzrə göndərilməsi haqqında; 391.3.3. apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında; 391.3.4. apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında; 391.3.5. apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında; 391.3.6. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə, icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında; 301.3.7. apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında; 391.3.8. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması haqqında; 391.3.9. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında; 391.3.10. apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında. Eyni Məcəllənin 391.5-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti vermək hüququna onun gəldiyi nəticələrin və təkliflərin nəzərə alınmadığı hissədə birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etmiş dövlət ittihamçısı malik olduğundan, birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etmiş dövlət ittihamçısı dövlət ittihamçısının təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması, həmin halın onun cəzasını ağırlaşdıran hal olması, eyni zamanda residivə görə cəza təyin edilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinin tətbiqi, təqsirləndirilən şəxsin cəzasını ciddi rejmli cəzaçəkmə müəssisəsində çəkilməli olması barədə gəldiyi nəticələr və təkliflər olmadığından, bununla da apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildiyindən apellyasiya protestinin icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarılmalıdır. Işin qeyd olunan hallarını və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 383 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhər Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-ci il tarixli hökmündən birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etmiş dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin icraata qəbulundan imtina edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-682/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-682/2026
26.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver