Məhkəmə qərarları › İş №1(3-6)-683/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-683/2026

13.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-683/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Emin Zöhrab oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ### 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakim Mətanət Hacıyeva) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması, CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən 4 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 2 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməsi hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## ######## 2024-cü il tarixdə günorta saatlarında ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin darvazasının olmadığından istifadə edərək darvaza yerinə qoyulmuş taxtaları kənara çəkib yaşayış sahəsinə qanunsuz olaraq daxil olub həyətdə olan hər birinin dəyəri 300 manat təşkil edən 17 ədəd dəmir seyf qapıları, ## ######## 2024-cü il tarixdə günorta saatlarında eyni üsulla həmin həyətdə olan hər birinin dəyəri 110 manat təşkil edən 10 ədəd plastik qapıları və hər birinin dəyəri 100 manat təşkil edən 10 ədəd pəncərələri, ## ######## 2024-cü il tarixdə günorta saatlarında eyni üsulla həmin həyətdə olan 1 m2-nin dəyəri 10 manat təşkil edən 60x60 ölçülü 150 m2 boz rəngli metlax, bir metrinin dəyəri 0,80 manat təşkil edən 600 metr uzunluğunda isti döşəmənin çəkilməsi üçün nəzərdə tutulmuş boruları və 820 manat dəyərində elektrik naqilləri olmaqla, ümumilikdə dəyəri 10.000 manat təşkil edən təmir-tikinti materiallarını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 10.000 manat xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,724 qram olan psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, ## ###### 2024- cü il tarixdə saat 19:30 radələrində ünvan 1 ünvanının qarşısında Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## ###### 2024-cü il tarixdə ünvan 4 ünvanında baş vermiş oğurluq cinayətini törətməkdə şübhəli bilindiyi üçün saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-in 23-cü PB-nə gətirilib, PBnin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz qaramtıl rəngli cins şalvarın qabaq sağ yan cibindən sarı rəngli kağıza bükülmüş bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,724 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,264 qram olan psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, ## ##### 2025-ci tarixdə saat 11:20 radələrində ünvan 3 ünvanının qarşısında Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər cinayət törətdiyi üçün barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozaraq heç bir üzürlü səbəb olmadan istintaqdan yayındığı üçün axtarışda olduğuna görə saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-in 23-cü PB-nə gətirilib, PB-nin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,264 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar olunaraq götürülmüşdür. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün Təqsirləndirilən şəxs cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxsə təyin edilən cəza əsassız olaraq yüngül olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs az ağır cinayət əməlini törətməsini və əməlini səmimi etraf edərək peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Sadalanan yüngülləşdirici hallar məhkəmə tərəfindən qanunun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə görə şəxsin səmimi peşiman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsi və sair kimi hərəkətlərdə özünü göstərməlidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşiman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında başlanılmış və təqsirləndirilən şəxs cinayətin üstünün açılmasına heç bir köməklik göstərməmiş, əksinə olaraq cinayəti törətmiş şəxslər müəyyən edilməmiş, Nizami RPİ-nin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini və törətdiyi əməldən səmimi peşiman olmasını azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün tətbiqi üçün əsas kimi qəbul etsə də, qeyd olunanlardan aydın olduğu kimi onun səmimi peşimançılıq keçirməsinin nədə ifadə olunmasını hökmdə ümumiyyətlə göstərməmiş, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırmamışdır. Bundan əlavə, işin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda müvafiq olaraq bir bükümdə təmiz çəkisi 0,724 və 0,264 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək üstündə saxladığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı barəsində cinayət təqibi aparılarkən təkrar eyni xarakterli cinayət əməlini törətməsinə xüsusi diqqət yetirməmiş və işin konkret hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini nəzərə almayaraq cəzanın məqsədini təmin etməyən yüngül cəza təyin etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs qəti olaraq 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur ki, həmin cəza nə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə onun törədilməsi şəraitinə, nə də təqsirləndirilən şəxsin şəxsiyyətinə, eləcə də ölkəmizdə bu sahədə aparılan islahatlara uyğun olmamışdır. Bununla da məhkəmə tərəfindən təyin edilən yekun cəza şəxsin islah olunması üçün yetərli hesab edilə bilməz. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X2 verilmiş apellyasiya protestinin məzmununa uyğun çıxış edərək, apellyasiya protestinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin dəlillərini əsassız hesab edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası, apellyasiya protestinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti təmin edilməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Belə ki, apellyasiya protestindən göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin hüquqi tövsifi, onun cinayət əməlində təqsirlilik məsələsi mübahisələndirilməmiş, yalnız təyin edilmiş cəzanın əsassız olaraq yüngül olması mübahisələndirilmişdir. Müdafiə tərəfi də təqsirlilik və əməlin hüquqi tövsifi ilə bağlı apelyasiya şikayəti verməklə birinci instansiya məhkəməsinin hökmünü bu hissədə mübahisələndirməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya məhkəməsinin kollegiyası hesab edir ki, apelyasiya protestinə baxılması zamanı təqsirlilik və əməlin hüquqi tövsifi məsələləri münahisə mövzusu olmadığından, sübutların ətraflı təhlili ilə araşdırılmasına zərurət yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərər çəkmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması qənaətinə gəlmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılaraq qiymətləndirilən sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli, dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən yoxlanılaraq yekun nəticəyə gəlindiyini qeyd edir. Məhkum edilmiş şəxsə təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası bu hissədə dövlət ittihamçısının mövqeyi ilə razılaşaraq qeyd edir ki, ədalətli cəza ilk növbədə Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004-cü il və ## #### 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 509.1-ci maddəsinin həmin Məcəllənin 520.7-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında isə qeyd olunur ki, cəza ilə bağlı nəzərə alınmalıdır ki, bu, məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbir olmaqla, məhz ədalətli cəzanın təyini cinayət işləri üzrə ədalət mühakiməsinin məqsədlərinə nail olunmasına xidmət edir. Cəzanın sosial ədalətin bərpası məqsədi ilə bağlı qeyd edilməlidir ki, cinayət cəmiyyət tərəfindən qəbul edilən dəyərlər sistemini pozan ictimai təhlükəli hərəkət olduğundan bu nəticələri aradan qaldırmaq sosial ədalətin bərpasına xidmət edir. Sosial ədalətin bərpası cəmiyyətin şüurunda hüquq pozuntusunun nəticəsiz qalmayacağına dair inamı formalaşdırmaqla, onun hüquqa olan etimadını gücləndirir, habelə cəmiyyətdə dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına dair əminliyi təmin etmiş olur. Törədilmiş əməl ilə onun ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onu törədən şəxsin şəxsiyyəti arasında olan proporsionallıq cinayət cəzasının ədalətlilik meyarı kimi çıxış edir. Bu baxımdan o halda “sosial” ədalətin bərpası məqsədinə nail oluna bilər ki, təyin edilmiş cəza zərər çəkənin mənafeləri də nəzərə alınmaqla cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olsun və yalnız zərərçəkmiş şəxsdə deyil, bütövlükdə cəmiyyətdə ədalətin bərqərar olduğuna əminlik yaratsın. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, cəzanın birbirilə əlaqəli olan üç məqsədindən biri kimi sosial ədalətin bərpası əsasən cəzanın təyin olunması ilə bağlı olsa da, digər iki məqsədinə – məhkumun islah edilməsinə və yeni cinayətlərin törədilməsinin qarşısını alınmasına bilavasitə təyin edilmiş cəzanın icrası prosesində nail olunmağa çalışılır. Təsadüfi deyildir ki, Cəzaların İcrası Məcəlləsinin 2.1-ci maddəsində həmin Məcəllənin məqsədi kimi məhkumların islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması müəyyən olunmuşdur. Cəzanın mühüm məqsədlərindən olan məhkumların islah edilməsi onların törətdikləri əməlin təhlükəliliyini dərk etməsi, gələcəkdə bu cür davranışlardan çəkinməsi və cəmiyyət üçün faydalı bir üzvə çevrilməsi üçün islahedilmə vasitələrinin tətbiqinə yönələn proses olmaqla, cəzaların çəkilməsinin prinsipləri, qayda və şərtləri ilə bağlı məsələlər birbaşa qanunvericiliklə tənzimlənir. Qeyd edilməlidir ki, cəzanın icrası prosesi cəzanın qanunauyğun surətdə çəkilməsinə və onun məqsədlərinin həyata keçirilməsinə xidmət etdiyindən, məhkumların hüquqi və sosial reabilitasiyasına yönələn stimullaşdırıcı normaların tətbiqi də dövlət tərəfindən müəyyən olunan cəzanın icra mexanizminin tərkib hissəsini təşkil edir. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı). Məhkəmə kollegiyası nəzərə alır ki, Cinayət-Prosessual Məcəllənin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıqaydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər. İfrat humanizm xatirinə cəzanın qabaqlayıcı və ədaləti təmin edən funksiyasının zəiflədilməsi, cinayət və cəzanın mütənasibliyinin tarazlığını pozan yanaşma isə yolverilməzdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4—cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 234.1-ci maddələrinin sanksiyasında isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi azadlıqdan məhrum edilməsinə münasibətdə daha yüngül cəza təyin edərkən təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətin təkrar törədilməsini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmışdır. Lakin işin hallarından görünür ki, həm oğurluq, həm də psixotrop maddələrlə bağlı Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş və törətdiyi cinayət əməllərinin ifşa olunduğu faktı qarşısında qalaraq, ona qarşı irəli sürülmüş ittihamı etiraf etməməyin əhəmiyyətsiz olduğunu dərk etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 59.1.10-cü maddəsi cəzanı yüngülləşdirən hal kimi şəxs tərəfindən artıq törədilməsi müəyyən edilmiş əməlləri onun qarşısına qoyulmuş sübutların təsiri nəticəsində etiraf etməsini deyil, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsini nəzərdə tutur. Göründüyü kimi cəzanı yüngülləşdirən hallarla bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə əsassız olmuşdur. Bundan başqa, irəli sürülmüş ittihamdan və cinayətlərin törədilməsi ardıcılığından görünür ki, Təqsirləndirilən şəxs barəsində ## ###### 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanılmasına baxmayaraq o, buna etinasız yanaşaraq təkrarən eyni növ cinayət əməlini törətmişdir ki, bu da onun şəxsiyyətinin ictimai təhlükəli olduğunun və məsuliyyətini dərk etməməsinin aşkar təzahürüdür. Bundan başqa, məhkəmə ittiham tərəfinin qənaəti ilə razılaşır ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası nə onun şəxsiyyətinə, nə cinayətin xarakterinə, nə ictimai təhlükəlilik dərəcəsinə, nə də törədilmə hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 405.1 və 405.1.4-cü maddələrinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü aşağıdakı hallarda dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, məhkum edilmiş şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. Həbsdə saxlanılma müddətinin əvvəli həbsə alındığı tarixdə, yəni ##.##.2026-cı il tarixdən hesab olunmalıdır. Birinci instansiya məhkəməsinin hökm digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.4, 399.1.5, 404, 405.1.4 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Dövlət ittihamçısının apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil olunmaqla onun şübhəli şəxs qismində tutulduğu 4 (dörd) gün müddətində həbsdə saxlanılma müddətinə daxil edilməklə üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin və həbs qətimkan tədbiri seçilməklə o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Həbsdə saxlanılma müddətinin əvvəli tutulduğu ##.##.2026-cı il tarixdən hesab olunsun. Qərarın icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Konvoy Taboru vasitəsilə Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 20 (iyirmi) saat üçün cəmi 220 (iki yüz iyirmi) manat pul dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar