Məhkəmə qərarları › İş №1(3-6)-685/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-685/2026

23.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(3-6)-685/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Mәmmәdov Habil Çingiz oğlunun sәdrliyi vә mәruzәsi ilә, Mәmmәdov Əli İrfan oğlu vә Nuriyev Elnur Alәm oğlundan ibarәt tәrkibdә, mәhkәmә iclas katibi X4, dövlәt ittihamçısı Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә İdarәnin apellyasiya instansiyası mәhkәmәlәrindә dövlәt ittihamının müdafiәsi üzrә şöbәsinin prokuroru Yusifov İlkin Fәrhad oğlunun, zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs vә nümayәndәsi Bakı şәhәri ** saylı Vәkil Bürosunun vәkili müdafiәçi3, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs, müdafiәçi Bakı şәhәri ** saylı Vәkil Bürosunun vәkili müdafiәçi2 iştirakları ilә, “Konstitusiya vә Suverenlik İli” münasibәtilә amnistiya elan edilmәsi haqqında Azәrbaycan Respublikası Milli Mәclisinin ## ###### 2025-ci il tarixli Qәrarının 5.1-ci bәndinә әsasәn Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 128-ci maddәsi ilә cinayәt mәsuliyyәtindәn azad edilmәsi vә barәsindә olan cinayәt tәqibinә xitam verilmәsinә dair Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qәrarından zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti vә apellyasiya şikayәtinә әlavәyә apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında (Bakı şәhәri, Az1073, Zahid Xәlilov küçәsi, 540-cı mәhәllә) açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı, ## ##### 2026-ci il tarixli qәrarı ilә (sәdrlik edәn hakim Mәtanәt Hacıyeva) ## ###### 2000-ci ildә Samux rayonu, Ağasıbәyli kәndindә anadan olmuş, Azәrbaycan Respublikası vәtәndaşı, subay, orta tәhsilli, fәrdi әmәk fәaliyyәti ilә mәşğul olan, әvvәllәr mәhkum olunmamış, Samux rayonu, Ağasıbәyli kәndindә qeydiyyatda olan vә ünvan 1 ünvanında yaşayan Tәqsirlәndirilәn şәxs “Konstitusiya vә Suverenlik İli” münasibәtilә amnistiya elan edilmәsi haqqında Azәrbaycan Respublikası Milli Mәclisinin ## ###### 2025-ci il tarixli Qәrarının 5.1-ci bәndinә әsasәn Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 128-ci maddәsi ilә cinayәt mәsuliyyәtindәn azad edilmәsi vә barәsindә olan cinayәt tәqibinә xitam verilmәsi, Tәqsirlәndirilәn şәxs barәsindә seçilmiş “başqa yerә getmәmәk barәdә iltizam” qәtimkan tәdbirinin xitam olunması, zәrәrçәkmiş şәxs-mülki iddiaçı Zәrәrçәkmiş şәxs Tәvәkkül oğlu tәrәfindәn verilmiş mülki iddianın baxılmamış saxlanılması vә mülki iddiaçıya dәymiş ziyanın ödәnilmәsi ilә bağlı mülki mühakimә icraatı qaydasında mәhkәmәyә müraciәt etmәk hüququnun izah edilmәsi qәrara alınmışdır. Qәrarla hәmçinin maddi sübut hәll edilmişdir. İşin halları: Tәqsirlәndirilәn Tәqsirlәndirilәn şәxs ## #### 2025-ci il tarixdә Zәrәrçәkmiş şәxs “Tik-Tok” sosial şәbәkәsindә paylaşdığı videoçarxa onun yazdığı tәnqidi şәrhlә bağlı aralarında olan telefon danışığı zamanı qarşılıqlı olaraq bir-birilәrinin ünvanına nalayiq ifadәlәr işlәdib tәhqir etmәlәrinә aydınlıq gәtirilmәsi ücün Zәrәrçәkmiş şәxs dәvәti ilә o, hәmin gün saat 23 radәlәrindә Bakı şәhәri, Nizami rayonu, Babәk prospekti 65 B ünvanda yerlәşәn “Astoria” hotelinin qarşısına gedib orada Zәrәrçәkmiş şәxs ilә görüşәn zamanı qarşılıqlı olaraq birbirilәrini tәhqir etmәlәri sәbәbindәn o, qisas almaq mәqsәdilә әvvәlcәdәn üzәrindә saxladığı, istintaqa mәlum olmayan kәsici-deşici alәtlә qәsdәn Zәrәrçәkmiş şәxs bel nahiyәsinin sağ tәrәfindәn bir dәfә vuraraq sonuncuya dәrәcәsinә görә sağlamlığın qısa müddәtә pozulmasına sәbәb olan sağlamlığa yüngül zәrәr vurmaya aid olan sağ tәrәf bel nahiyәsinin qarın boşluğuna nüfuz etmәyәn deşilmiş-kәsilmiş yarası xәsarәtini yetirәrәk qәsdәn sağlamlığa yüngül zәrәr vurmuşdur. Apellyasiya şikayəti və şikayətə əlavənin dəlilləri: Hәmin qәrardan zәrәrçәkmiş Zәrәrçәkmiş şәxs Tәvәkkül oğlu apellyasiya şikayәti verәrәk, Tәqsirlәndirilәn şәxs barәsindә Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı, ## ##### 2026-ci il tarixli qәrarının lәğv edilәrәk, başqa ittihamın irәli sürülmәsi mәsәlәsinә baxılması üçün qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs ## #### 2025-ci il tarixdә saat 23 radәlәrindә Bakı şәhәri, Nizami rayonu, Babek prospekti 65 B ünvanında yerlәşәn Astoria hotelin qarşısında әvvәlcәdәn şalvarının arxa cibinә qoyduğu bıçaqla zәrәrçәkmiş Zәrәrçәkmiş şәxs arxadan zәrbә vurmaqla sağ tәrәf bel nahiyәsindәn xәsarәt yetirmiş bununla kifayәtlәnmәyәrk Vaqifin arxası ilә qaçaraq, yenidәn xәsarәt yetirmәyә cәhd etmişdir. Hadisәnin baş verdiyi mәkan Bakı şәhәri, Nizami rayonu, Babәk prospekti 65B ünvanında yerlәşәn Astoria hotelin qarşısıdır. Hadisәdә istifadә olunan bıçaq soyuq silah hesab edildiyi ücün tәqsirlәndirilәn şәxs tәrәfindәn bilәrәkdәn yox edilmişdir. Hesab edir ki, mәhkәmә Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 39.12-ci maddәsini tәtbiq etmәklә, әsassız olaraq amnistiya aktını tәtbiq etmişdir. Mәhkәmә istintaqı ilә müәyyәn etdiyi aşağıdakı xüsusatlar nәzәrә alınmaqla Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 340, 318-ci maddәlәrinin tәlәblәrinә әsasәn daha ağır maddәnin tövsif edilmәsi ücün ibtidai araşdırmaya rәhbәrlik edәn prokurora qaytarmamışdır. Mәhkәmә istintaqı ilә müәyyәn olunur ki, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs ## #### 2025-ci il tarixdә saat 23 radәlәrindә Bakı şәhәri, Nizami rayonu, Babek prospekti 65 B ünvanında yerlәşәn Astoria hotelin qarşısında әvvәlcәdәn şalvarının arxa cibinә qoyduğu bıçaqla zәrәrçәkmiş Zәrәrçәkmiş şәxs arxadan zәrbә vurmaqla sağ tәrәf bel nahiyәsindәn xәsarәt yetirmiş bununla kifayәtlәnmәyәrk Vaqifin arxası ilә qaçaraq, yenidәn xәsarәt yetirmәyә cәhd etmişdir (Tәqsirlәndirilәnin ifadәsinә әsasәn). Mәhkәmә istintaqı ilә müәyyәn olunur ki, hadisәnin baş verdiyi mәkan Bakı şәhәri, Nizami rayonu, Babek prospekti 65 B ünvanında yerlәşәn Astoria hotelin qarşısıdır. Cinayәt işi üzrә şahid qismindә dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadәsindә hadisәnin baş verdiyi yerin ictimai xüsusatların dәqiqlәşdirilәmәsi ücün mәhkәmә tәrәfindәn mәcburi gәtirilmәsinә dair qәrardadı icra edilmәdәn şahidin dindirilmәsi barәdә vәsatәti tәmin edilmәdәn keçirilmәsi obyektiv qәrarın çıxarılmasını şübhә altına alır. Hadisәdә istifadә olunan bıçaq soyuq silah hesab edildiyi üçün tәqsirlәndirilәn şәxs tәrәfindәn bilәrәkdәn yox edilmişdir. Hәmin qәrardan zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Tәvәkkül oğlu apellyasiya şikayәtinә әlavә verәrәk, Tәqsirlәndirilәn şәxs barәsindә Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin *(***)- ***/**** saylı, ## ##### 2026-ci il tarixli qәrarının lәğv edilәrәk, başqa ittihamın irәli sürülmәsi mәsәlәsinә baxılması üçün qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәtinә әlavәnin dәlillәrindә әlavә olaraq göstәrilmişdir ki, tәqsirlәndirilәnin ifadәsinә әsasәn әvvәlcәdәn şalvarının arxa cibinә qoyduğu iş yerindә praklatka soymaq mәqsәdilә istifadә etdiyi alәti-bıçağı özünü qorumaq mәqsәdilә çıxardaraq Vaqifi vurmuşdur. Vaqif "Astoria" hotelin yanında olan avtomobil servisinә tәrәf qaçmağa başlamışdır, o da 5-6 addım onun arxasında qaçmışdır. Mәhkәmә qәrarında Şahid mәcburi gәtirilmәsinә dair qәrardadın icra olunmaması vә verilәn vәsatәtlәrә münasibәt öz әksini tapmır. Mәhkәmә isә yerindә baxış keçirmәdәn, şahidin dindirilmәsini tәmin etmәdәn belә nәticәyә gәlmişdir ki, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Tәvәkkül oğluna istintaqa mәlum olmayan kәsici-deşici alәtlә xәsarәt yetirәrәk sağlamlığına yüngül zәrәr vurmuş, hadisә yerindә kәnar heç bir şәxs olmamış, Tәqsirlәndirilәn şәxs tәrәfindәn ictimai qaydanı kobud surәtdә pozan, cәmiyyәtә açıqca hörmәtsizlik ifadә edәn qәrәzli hәrәkәtlәr edilmәmişdir. Qәrardan tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs tәrәfindәn apellyasiya şikayәti vә dövlәt ittihamçısı tәrәfindәn apellyasiya protesti verilmәmişdir. Apellyasiya şikayәtinә vә şikayәtә әlavәyә qarşı yazılı etiraz verilmәmişdir. Proses iştirakçılarının çıxışları: Mәhkәmә kollegiyasının iclasında zәrәrçәkmiş Zәrәrçәkmiş şәxs Tәvәkkül oğlu vә nümayәndәsi müdafiәçi3 verilmiş apellyasiya şikayәtini vә şikayәtә әlavәni müdafiә edәrәk, onun mәzmununa uyğun çıxış edәrәk, apellyasiya şikayәtinin vә әlavәnin tәmin edilmәsini, tәqsirlәndirilәn Tәqsirlәndirilәn şәxs әmәllәrinin Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 228 vә 221.3-cü maddәlәrinә tövsif edilmәsini xahiş etmişdilәr. Mәhkәmә kollegiyasının iclasında çıxış edәn tәqsirlәndirilәn Tәqsirlәndirilәn şәxs vә müdafiәçisi müdafiәçi2 ayrı ayrılıqda verilmiş apellyasiya şikayәtinә vә apellyasiya şikayәtinә әlavәyә etiraz edәrәk, mәhkәmә kollegiyasından apellyasiya şikayәtinin vә şikayәtә әlavәnin tәmin edilmәmәsini xahiş etdilәr. Mәhkәmә kollegiyasının iclasında dövlәt ittihamçısı Yusifov İlkin Fәrhad oğlu verilmiş apellyasiya şikayәtinә vә apellyasiya şikayәtinә әlavәyә etiraz edәrәk, mәhkәmә kollegiyasından apellyasiya şikayәtinin vә şikayәtә әlavәnin tәmin edilmәmәsini xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayәtinin vә şikayәtә әlavәnin dәlillәri ilә әlaqәdar оlaraq mәhkәmә kоllegiyası qeyd edir ki, Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 397.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsinin, habelә cinayәt qanununun vә bu Mәcәllәnin nоrmalarının tәtbiq edilmәsinin düzgünlüyünü yохlayır. Hәmin Mәcәllәnin 397.2-ci maddәsindә göstәrilir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununa vә bu Mәcәllәnin nоrmalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin vә ya apellyasiya prоtestinin dәlillәrindәn asılı оlmayaraq yохlanılır. Qeyd edilәn prosessual normaların mәnasına görә birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlә, işin faktiki halları yalnız apellyasiya tәlәbi ilә bağlı olan hissәdә yәni apellyasiya tәlәbinin tәsdiq vә ya tәkzib edilmәsi zәrurәti ilә әlaqәdar yoxlanılır. Burada işin faktiki halları dedikdә, konkret cinayәt әmәli üzrә sübut edilmәli olan vә mәhkәmәnin hökmünün vә ya başqa qәrarının qәbul edilmәsi üçün mühüm әhәmiyyәt kәsb edәn xüsusatların mәcmusu başa düşülmәlidir. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununun vә Cinayәt Prosessual Mәcәllәsinin normalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılması o demәkdir ki, hökmün vә ya qәrarın qanuni vә әsaslı olmasını yoxlayarkәn apellyasiya instansiya mәhkәmәsi qanunla müәyyәn edilmiş hüquqları hәddindә apellyasiya şikayәti vә apellyasiya protestindә göstәrilib-göstәrilmәmәsindәn asılı olmayaraq, birinci instansiya mәhkәmәsinin tәtbiq etdiyi cinayәt vә cinayәt-prosessual hüquq normalarının, habelә bu normalarla bağlı olaraq başqa hüquq sahәlәrinә aid normaların düzgün tәtbiq edilib edilmәmәsini yoxlamalıdır. Başqa sözlә apellyasiya instansiya mәhkәmәsi mәhkәmә baxışı zamanı hüquq mәsәlәsini hәr bir halda vә tam hәcmdә yoxlamalıdır. Apellyasiya şikayәti vә şikayәtә әlavәdәn görünür ki, tәqsirlәndirilәn şәxs barәsindә amnistiya aktının tәtbiq edilmәsi mübahisәlәndirilmiş, tәqsirlәndirilәn şәxsin әmәlinin daha ağır maddәnin tövsif edilmәsi üçün cinayәt işinin ibtidai araşdırmaya rәhbәrlik edәn prokurora qaytarılması xahiş edilmişdir. Mәhkәmә kollegiyası apellyasiya şikayәti vә әlavәnin dәlillәrinә dair mövqeyi ilә bağlı aşağıdakıları qeyd edir. Birinci instansiya mәhkәmәsi Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 128-ci maddәsi ilә cinayәt mәsuliyyәtindәn azad edilmәsi vә barәsindә olan cinayәt tәqibinә xitam verilmәsinә dair qәrar çıxararkәn aşağıdakı sübutları tәdqiq etmişdir. Birinci instansiya mәhkәmәsindә tәqsirlәndirilәn şәxs – mülki cavabdeh Tәqsirlәndirilәn şәxs ona Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 128-ci maddәsi ilә elan edilmiş ittiham üzrә özünü tәqsirli bilәrәk ifadәsindә göstәrmişdir ki, avtomobillәrin mühәrrikinin dәyişmәsi vә yığılması ustası işlәyir. Zәrәrçәkmiş şәxs da avtomobil ustası işlәyir. Vaqifin “Tik-Tok” sosial şәbәkәsindә paylaşdığı videonun şәrh bölmәsinә “bunu hamı belә dәyişir guya kim sepә görә motoru çıxardır” ifadәsini yazmışdır. İfadәsinә cavab olaraq Vaqif şәrh bölmәsindә ona yazmışdır ki, “sәnә istisi soyuğu nәdir?”. Fikirlәşmişdir ki, Vaqif yәqin sәhv başa düşmüşdür. “Tik-Tok”a qoyduğu nömrәyә zәng etmiş vә Vaqifә demişdir ki, “mәnim şәrhimә nә sәbәbә belә cavab vermisәn”. Vaqif isә cavabında ona nalayiq ifadә işlәtmiş vә telefonu söndürmüşdür. O, Vaqifә yenidәn yığmış ona niyә nalayiq ifadә işlәtdiyni sual vermiş, Vaqifә görüşmәk istәdiyni demişdir vә Vaqif ona deyib ki, “Astoria” hotelin qarşısına gәl. Vaqifә dediyi yerә gәlәcәyini demişdir. ## #### 2025-ci il tarixdә saat 23 radәlәrindә Vaqifin әvvәlcәdәn dediyi yer Bakı şәhәri, Nizami rayonu, Babәk prospektindә yerlәşәn “Astoria” hotelin qabağına getmiş vә zәng edәrәk burda olduğunu demişdir. Hotelin qarajının qabağına gәlmәyini demiş vә dediyi yerә getmişdir. O, Vaqifә yaxınlaşıb ona әl uzadaraq salam vermiş, lakin salamı almayaraq ona nalayiq ifadә işlәtmiş vә sifәtinә yumruq vurmuşdur. Vaqif ona yumruq atıb çönәndә әvvәlcәdәn şalvarının arxa cibinә qoyduğu iş yerindә praklatka soymaq mәqsәdilә istifadә etdiyi alәti-bıçağı özünü qorumaq mәqsәdilә çıxardaraq Vaqifi vurmuşdur. Vaqif “Astoria” hotelin yanında olan avtomobil servisinә tәrәf qaçmağa başlamışdır, o da 5-6 addım onun arxasında qaçmışdır. Vaqif hәmin әrazidә olan stulu götürüb, ona tәrәf yaxınlaşmış vә bunu görüb mübahisә etdiyi hadisә yerindәn qaçaraq uzaqlaşmışdır. Qaçanda bıçaq düşmüşdür. Etdiyi әmәlә görә peşmandır, zәrәrçәkmiş şәxs söyüş söydüyünә görә özünü itirmişdir. Hadisә vaxtı әtrafda heç kim olmamışdır. Dәfәlәrlә zәrәrçәkmiş şәxsdәn üzr istәmişdir. Valideynlәri onların evinә gedәrәk üzr istәmişlәr. Zәrәrçәkmişә demişdir ki, әgәr onunla barışarsa ömrü boyu ona borclu olar. Zәrәrçәkmiş şәxsә dәymiş ziyana görә 5.000 manat pul ödәyә bilәr. Barәsindә "Konstitusiya vә Suverenlik İli” münasibәtilә amnistiya elan edilmәsi haqqında Azәrbaycan Respublikası Milli Mәclisinin ## ###### 2025-ci il tarixli Qәrarının tәtbiq edilmәsini xahiş etmişdir. Birinci instansiya mәhkәmәsindә zәrәrçәkmiş şәxs-mülki iddiaçı qismindә dindirilmiş Zәrәrçәkmiş şәxs Tәvәkkül oğlu ifadәsindә göstәrmişdir ki, “Avto master” servisdә avtomobil ustası işlәyir. # #### 2025-ci il tarixdә “Tik-Tok” sosial şәbәkәsinә video yerlәşdirmişdir. Şәrh bölmәsindә görüb ki, Cavid adlı şәxs onun videosuna bu şәrhi yazıb “ deyә bilәrsәn ki, hansısa usta hundai kia sep başmaqnı dәyişәndә motor çıxarır ancaq ümumi quluqda çıxararlar” vә o, Cavidә cavab olaraq “ hә deyәrәm sәni incidәn nәdi?adın de” bu ifadәni yazmışdır. Saat 21 radәlәrindә tanımadığı nömrәdәn ona zәng gәlmiş, telefonu açdığında “kimdi danışan” deyә sual verilmiş cavab olaraq “Vaqifdi. Kimә zәng elәmisiz?” sualını vermişdir. Cavid ona “bu nә cavabdı mәnә yazmısan” demiş vә cavab olaraq Cavidә demişdir ki, “yazdığına uyğun cavab almısan”. Ona hәdә-qorxu gәlmiş vә ünvanına nalayiq ifadәlәr işlәtmәyә başlamışdır. O da Cavidә qarşı nalayiq ifadәlәr işlәtmәyә başlamış vә telefonu söndürmüşdür. Bir az sonra Cavid yenә yığmış vә onun ailәsinә qarşı nalayiq ifadә işlәtmiş vә olduğu yeri demәyini istәmiş, o da cavab olaraq “Astoria” hotelin yanında olduğnu demişdir. Gәlәcәyini demiş, bir neçә dәfә zәng vurmuş zәnglәrini açmamışdır. Bir qәdәr sonra ona yenә yığmış vә “Astoria” hotelin yanına gәldiyni demiş, cavab olaraq gәlәcәyini bildirmişdir. # #### 2025-ci il tarixdә 23 radәlәrindә “Astoria" hotelin qarşısına gәlәndә Cavidlә üzbәüz gәlmişdir. Cavidә demişdir ki, “mәni söyәn sәn idin?”, hәmin anda ona bıçaq ilә zәrbә vurmuş vә o, bıçaqdan yayınmışdır, Cavid ona xәsarәt yetirә bilmәmişdir. Sonra o, avtomobilә tәrәf qaçmağa başlamış, Cavid arxadan ona çataraq bıçaqı onun belindәn vurmuşdur. Görmüşdür ki, Cavid onu yenә vurmaq istәyir, lakin o qaçdığna görә Cavid ona başqa bıçaq zәrbәsi vura bilmәmişdir. Cavid dә onun arxasınca әlindә bıçaqla qaçmağa davam etmişdir. “Avto master” servisә tәrәf qaçmış vә orada olan stulu götürmüşdür. Cavid onun әlindә stulu görüb ondan uzaqlaşmağa başlamışdır. O, mübahisә olan yerә işçisi Sәnanla birgә getmişdir, lakin Sәnan onu avtomobildә gözlәmişdir. Sәnan onun bıçaqlandığnı görmüş ona kömәyә gәlmiş bu anda, Cavid onu görüb üstünә bıçaqla qaçmağa başlamışdır, lakin Sәnana hәr hansı bir zәrәr yetirә bilmәmişdir. Sәnan onun yanına gәlmiş vә onu “X2”ya aparmışdır. Hadisәdәn sonra Cavid ona “Whatsapp” sosial şәbәkәsi vasitәsilә yazaraq barışmaq istәdiyni demişdir, lakin o, Cavidin etdiyi tәklifi rәdd etmişdir. Bundan başqa Cavidin qohumu onların servisinә yaxınlaşaraq “mәn keçmiş Ryәm, mәn varamsa o tutulmuyacaq” demişdir. Hadisә nәticәsindә ona 25.000 manata yaxın ziyan dәymişdir. Ona dәymiş ziyan ödәnilmәmiş, şikayәtçidir. Mülki iddianın tәmin edilmәsini xahiş etmişdir. Mәhkәmә baxışında zәrәrçәkmiş şәxs - mülki iddiaçı Zәrәrçәkmiş şәxs Tәvәkkül oğlunun nümayәndәsi Bakı şәhәri ** saylı Vәkil Bürosunun vәkili müdafiәçi3 Mәmәdhüseyn oğlu mәhkәmәdәn mülki iddianın tәmin edilmәsi barәdә qәrar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya mәhkәmәsindә ifadәsi elan edilmiş şahid Şahid istintaqda verdiyi ifadәsindә göstәrmişdir ki, “Avto master” servisdә Vaqiflә birlikdә avtomobil ustası işlәyir. ## #### 2025-ci il tarixdә saat 21 radәlәrindә Vaqif telefonla danışan zaman o Vaqifә yaxınlaşmış vә nә olduğunu soruşmuşdur. Vaqif “Tik-Tok” sosial şәbәkәsindә videosuna Cavid adlı şәxs tәrәfindәn şәrh yazıldığını indi isә Cavid tәrәfindәn zәng edildiyini demişdir. Daha sonra 2-3 dәfә Cavid yenә dә onun yanında Vaqifә zәng etmiş, lakin bu zәnglәrә Vaqif cavab vermәmişdir. Zәnglәr çox gәldiyinә görә Vaqif zәngi açmış, aralarında danışıq olduqdan bir az sonra Cavid Vaqifin ünvanına nalayiq ifadәlәr işlәtmiş vә Vaqifdә onun işlәtdiyi nalayiq ifadәlәrә qarşılıq vermiş vә telefonu söndürmüşdür. Bir azdan Cavid yenә zәng etmiş görüşmәk istәdiyini demiş, Vaqif görüşmәk tәklifini qәbul edib, ona Nizami rayonu, Babәk prospektindә yerlәşәn “Astoria” hotelin qarşısına gәlmәsini demişdir. Vaqif “Hyundai Sonata” markalı avtomobillә “Astoria” hotelin qarşısına gedәndә, o da hәmin avtomobilin arxa oturacağına oturaraq onunla birlikdә hotelin qarşısına getmişdir. ## #### 2025-ci il tarixdә saat 23 radәlәrindә avtomobili “Astoria” hotelin yaxınlığında saxladıqdan sonra Vaqif avtomobildәn düşmüş, lakin onu avtomobildәn düşmәyә qoymamışdır. Vaqif “Astoria” hotelin qarşısına yaxınlaşdıqda Cavidi görüb, hәmin vaxt Vaqif Cavidә “mәni söyәn sәn idin?” ifadәsini işlәdib, Cavid “hә” cavabı verәrәk әvvәlcәdәn arxada saxladığı әlindәki bıçaqla Vaqifә zәrbә endirmiş, lakin Vaqif bıçaqdan yayınmışdır. Daha sonra Vaqif Cavidә yumruq vurmuş, lakin yumruğun Cavidin hansı nahiyәsinә dәydiyini görmәmişdir. Vaqif zәrbәni endirdikdәn sonra Cavidin yanından uzaqlaşmağa başlamış, lakin Cavid Vaqifin arxasınca qaçaraq Vaqifә çatmış vә onun sağ bel nahiyәsinә tәrәf bıçaqla vurmuşdur. Vaqif yenә dә uzaqlaşmağa başlamış vә hәmin anda o, avtomobildәn düşüb vә qışqıraraq Cavidә demişdir ki, “bıçağı yığışdır”. Cavid bunu eşitdikdәn sonra onun üzәrinә qaçmağa başlamış vә ona “bura gәl sәni dә bıçaqlayacam” ifadәsini işlәtmişdir. O, da Vaqifә tәrәf qaçmağa başlamışdır. Vaqif “Avto master” servisin yanında olan stulu götürәrәk Cavidin üstünә qaçmış, bunu görәn Cavid hadisә yerindәn uzaqlaşmış vә qışqıraraq “adamı belә bıçaqlayarlar” ifadәsini işlәtmişdir. Mübahisә 5-10 dәqiqә çәkmişdir. Daha sonra onlar avtomobilә oturaraq “X2”ya getmiş vә Vaqifә tibbi yardım göstәrilmişdir. Hadisәdәn 1 hәftә sonra servisә mülki geyimdә bir kişi yaxınlaşmış vә Vaqifin yerini soruşmuşdur. O, hәmin şәxsә nә lazım olduğunu soruşmuş vә ona cavab olaraq demişdir ki, Vaqiflә Cavid barışsın. Cavab olaraq deyib ki, Vaqif narahatdır heç kimlә görüşmәk istәmir. O, isә “mәn ehtiyatda olan polis Rıyam, mәn varamsa Cavid tutulmuyacaq” ifadәsini demiş vә servisdәn getmişdir. İş materiallarında olan vә mәhkәmә baxışında tәdqiq edilmiş: - Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyi xxxx X3 tәrәfindәn verilmiş canlı şәxsin ekspertizasına dair ## #### 2025-ci il tarixli, *** saylı rәyin nәticә hissәsindәn görünür ki, vәtәndaş Zәrәrçәkmiş şәxs sağ tәrәf bel nahiyәsinin qarın boşluğuna nüfuz etmәyәn 1 әdәd deşilmişkәsilmiş yarası olmuş, xәsarәt deşici-kәsici әşyanın tәsirindәn törәnmişdir, qәrarın tәsviri hissәsindә göstәrilәn müddәtdә, yәni ##.##.2025-ci il tarixdә alınması mümkündür vә dәrәcәsinә görә sağlamlığın qısa müddәtә pozulmasına sәbәb olan sağlamlığa yüngül zәrәr vurmaya aiddir, xәsarәt tibbi müdaxilәyә mәruz qalaraq ilkin görünüşünü itirdiyindәn konkret olaraq hansı әşya ilә yetirilmәsi barәdә fikir söylәmәk mümkün olmamış, hәmin xәsarәtin şәxsin özü tәrәfindәn özünә yetirilmәsi, elәcә dә yıxılma nәticәsindә alınması inkar olunur. - zәrәrçәkmiş şәxs qismindә tanınma haqqında ## ###### 2025-ci il tarixli qәrardan görünür ki, Zәrәrçәkmiş şәxs Tәvәkkül oğlu zәrәrçәkmiş şәxs qismindә tanınmışdır. - Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyi “xxxx” X3 tәrәfindәn verilmiş tәkrar mәhkәmәtibbi vә kriminalistik ekspertizasının ***-****/MTKŞ/T***-**** saylı, ## ######## 2025-ci il tarixli rәyin nәticә hissәsindәn görünür ki, Zәrәrçәkmiş şәxs Tәvәkkül oğlunda sağ tәrәf bel nahiyәsinin qarın boşluğuna nüfuz etmәyәn deşilmiş-kәsilmiş yarası olmuşdur. Qeyd edilәn xәsarәt deşici-kәsici alәtin tәsirindәn törәnmiş, qәrarın tәsviri hissәsindә göstәrilәn tarixdә, yәni ## #### 2025-ci il tarixdә törәnә bilәrdi, dәrәcәsinә görә sağlamlığın qısa müddәtә pozulmasına sәbәb olan sağlamlığa yüngül zәrәr vurmaya aiddir. Qeyd olunan xәsarәt cәrrahi işlәmәyә mәruz qaldığından, onun konkret hansı alәtin tәsirindәn törәnmәsi haqqında dәqiq fikir söylәmәk mümükün olmamışdır. - sübutların qiymәtlәndirilmәsi haqqında ## ####### 2025-ci il tarixli qәrardan görünür ki, Zәrәrçәkmiş şәxs Tәvәkkül oğlunun ## ###### 2025-ci il tarixli qәrar әsasında könüllü tәqdim etdiyi mәlumatların әks edildiyi 6 vәrәq sәnәd iş üzrә maddi sübut kimi tanınmış vә cinayәt işinә әlavә edilmişdir. - tәqsirlәndirilәn şәxs qismindә cәlb etmә haqqında ## ####### 2025-ci il tarixli qәrardan görünür ki, Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 128-ci maddәsi ilә tәqsirlәndirilәn şәxs qismindә cәlb edilmişdir. - qәtimkan tәdbirinin seçilmәsi barәdә ## ####### 2025-ci il tarixli qәrardan görünür ki, Tәqsirlәndirilәn şәxs barәsindә başqa yerә getmәmәk haqqında iltizam qәtimkan tәdbiri seçilmişdir. - Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyinin Baş Əmәliyyat vә Statistik İnformasiya İdarәsindәn verilmiş ## ###### 2025-ci il tarixli tәlәbnamәdәn görünür ki, Tәqsirlәndirilәn şәxs mәhkumluğu barәdә әmәliyyat-sorğu kartotekasında heç bir mәlumat yoxdur. İş materiallaırndan göründüyü kimi, zәrәrçәkmiş şәxs- mülki iddiaçı Zәrәrçәkmiş şәxs Tәvәkkül oğlunun nümayәndәsi birinci instansiya mәhkәmәsindә iddia әrizәsi tәqdim edәrәk, Zәrәrçәkmiş şәxs Tәvәkkül oğlunun mülki iddiaçı qismindә tanınması, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs zәrәrçәkmiş şәxsin sağlamlığına vurmuş olduğu 24.400 manat mәblәğindә ziyanın tutularaq zәrәrçәkmiş şәxsә ödәnilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Zәrәrçәkmiş şәxsin nümayәndәsi birinci instansiya mәhkәmәsindә vәsatәt verәrәk, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs әmәlinin Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 221.3 vә 228-ci maddәlәrinә tövsif edilmәli olduğunu bildirmiş vә mәhkәmәdәn Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 318-ci maddәsinә әsasәn tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs başqa ittihamın irәli sürülmәsi mәsәlәsinә baxılması üçün işin ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora qaytarılması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Birinci instansiya mәhkәmәsi zәrәrçәkmiş şәxsin nümayәndәsinin cinayәt işinin başqa ittihamın irәli sürülmәsi mәsәlәsinә baxılması üçün ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora qaytarılması barәdә vәsatәti ilә bağlı qeyd etmişdir ki, mәhkәmә iclasında tәdqiq edilmiş sübutlarla müәyyәn edilmişdir ki, tәqsirlәndirilәn şәxslә zәrәrçәkmiş şәxs arasında yaranan mübahisәyә sәbәb әvvәlcәdәn aralarında nalayiq ifadәlәr işlәdib birbirlәrini tәhqir etmәlәri vә şәxsi münasibәtlәrin pozulması olmuş, mübahisә zamanı tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Tәvәkkül oğluna istintaqa mәlum olmayan kәsici-deşici alәtlә xәsarәt yetirәrәk sağlamlığına yüngül zәrәr vurmuş, hadisә yerindә kәnar heç bir şәxs olmamış, Tәqsirlәndirilәn şәxs tәrәfindәn ictimai qaydanı kobud surәtdә pozan, cәmiyyәtә açıqca hörmәtsizlik ifadә edәn qәrәzli hәrәkәtlәr edilmәmişdir. Birinci instansiya mәhkәmәsi iş üzrә toplanmış vә mәhkәmә istintaqında tәdqiq edilmiş sübutlara qiymәt verәrәk hesab etmişdir ki, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs törәtdiyi әmәldә cinayәt tәrkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 128-ci maddәsi ilә ittiham irәli sürülmüş vә әmәli hәmin maddә ilә tövsif edilmişdir. Eyni zamanda, mәhkәmә hesab etmişdir ki, Tәqsirlәndirilәn şәxs “Konstitusiya vә Suverenlik İli” münasibәtilә amnistiya elan edilmәsi haqqında” Azәrbaycan Respublikası Milli Mәclisinin ## ###### 2025-ci il tarixli Qәrarına әsasәn cinayәt mәsuliyyәtindәn azad edilmәli vә cinayәt tәqibinә xitam verilmәlidir. Mәhkәmә kollegiya birinci instansiya mәhkәmәsinin mövqeyi ilә razılaşaraq gәlinәn nәticәni qanuni vә әdalәtli hesab edir. Apellyasiya şikayәtindә vә әlavәdә әmәlin düzgün tövsif edilmәmәsi әsası kimi hadisәnin ictimai yerdә - “Astoria” hotelin qarşısında törәdilmәsinә istinad edilmişdir. Lakin kollegiya bununla bağlı qeyd edir ki, zәrәçәkmiş tәrәfin irәli sürüdüyü dәlillәrdәn vә cinayәt işindә mövcud olan sübutlardan xuliqanlıq cinayәtinә xas әlamәtlәr aşkar edilmir. Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 221-ci maddәsindә göstәrilmişdir ki, xuliqanlıq ictimai qaydanı kobud surәtdә pozan, cәmiyyәtә açıqca hörmәtsizlik ifadә edәn, vәtәndaşlar üzәrindә zor tәtbiq olunması ilә vә ya belә zorun tәtbiq edilmәsi hәdәsi ilә, habelә özgәnin әmlakının mәhv edilmәsi, yaxud zәdәlәnmәsi ilә müşayiәt edilәn qәrәzli hәrәkәtlәrdir. Belә ki, ibtidai istintaq orqanının tәqsirlәndirilәn şәxsә qarşı irәli sürüdüyü ittihamın әsas dәlillәri cinayәt tәqibindә iştirak edәn şәxslәrin (tәqsirlәndirilәn şәxs, zәrәrçәkmiş şәxs vә şahid) ifadәlәri vә mәhkәmә tibbi ekspertizasının rәylәridir. Kollegiya qeyd edilәn dәlillәri araşdıraraq müәyyәn edir ki, ittihamın әsasını tәşkil edәn, әmәlin xuliqanlıq kimi tövsif edilmәsinә istiqamәtlәnәn ittihamın әn tutarlı dәlillәri hesab edilәn iş üzrә zәrәrçәkmiş şәxsin ifadәsi tәqsirlәndirilәn şәxsin әmәlinin mәhz xuliqanlıq kimi tövsif edilmәsi üçün yetәrli deyil. Çünki, әmәlin xuliqanlıq olmasının tәsdiq olunması üçün hәmin әmәlin spesifik, xarakterik әlamәtlәri mövcud olmalıdır. Belә ki, xuliqanlıq cinayәti obyektiv cәhәtdәn bir neçә hәrәkәtlәrdә ifadә olunsa da, әmәlin xuliqanlıq kimi tövsif olunması üçün hәmin әmәl üç әsas әlamәtә malik olmalıdır. Birincisi, bu hәrәkәtlәr ictimai qaydanı kobud surәtdә pozmalıdır; ikincisi, belә pozuntu cәmiyyәtә açıqca hörmәtsizlik ifadә etmәlidir; üçüncüsü isә vәtәndaşlar üzәrindә zor tәtbiq olunması ilә vә ya belә zorun tәtbiq edilmәsi hәdәsi ilә, habelә özgәnin әmlakının mәhv edilmәsi, yaxud zәdәlәnmәsi ilә müşayiәt edilmәlidir. “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 221.3-cü maddәsinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikasının Konstitusiya Mәhkәmәsinin Plenumunun ## ### 2011-ci il tarixli qәrarında xuliqanlıq cinayәtinin әtraflı şәrhi verilmiş vә göstәrilmişdir ki, xuliqanlıq cinayәti ictimai tәhlükәsizlik әleyhinә olan cinayәtlәr kateqoriyasına aid edilmiş, onun әsas obyekti kimi ictimai qayda, әlavә obyekti qismindә isә insanların sağlamlığının, şәrәf vә lәyaqәtinin, habelә mülkiyyәtin mühafizәsi ilә bağlı olan ictimai münasibәtlәr çıxış edir. İctimai tәhlükәsizlik әleyhinә olan cinayәtlәr ictimai qaydanın, şәxsiyyәtin tәhlükәsizliyinin vә sağlamlığının, şәrәf vә lәyaqәtinin, şәxsi vә dövlәt әmlakının qorunmasını, elәcә dә insanların әmәk vә istirahәtini, müәssisә vә tәşkilatların normal fәaliyyәtini tәmin etmәk üçün qanunvericilikdә müәyyәn edilmiş qaydaları pozan ictimai tәhlükәli әmәllәrdir. Tәqsirlәndirilәn şәxsin özünün, elәcә dә, zәrәrçәkmiş şәxsin ifadәlәrindәn ilk növbәdә o hal müәyyәn olunur ki, tәqsirlәndirilәn şәxs ilә zәrәrçәkmiş şәxs arasında yaranan mübahisә vә münaqişә tәqsirlәndirilәn şәxs qeyri-müәyyәn şәxslәr dairәsinin şüurunda özünün müstәsna şәxsiyyәt olduğunu vә başqalarından әsaslı surәtdә fәrqlәndiyini tәsdiq etmәk niyyәti ilә baş vermәmiş, onlar arasında mübahisә şәxsi münasibәtlәr zәminindә baş vermişdir. Qeyd edilir ki, şikayәtdә iddia edilәn kimi hadisә hotelin qarşısında olsa da, hadisәnin baş verdiyi yerdә insanlar olmamış, mübahisә zamanı hәr hansı bir iş rejimi pozulmamış, hadisәyә kiminsә müdaxilәsi olmamış, heç kimin müdaxilәsi olmadan hadisә başa çatdırmışdır. Hәtta tәqsirlәndirilәn şәxslә birgә gәlәn iş üzrә şahid dә kәnarda masında gözlәmiş, hadisәnin şahidi olan digәr şәxslәr müәyyәn edilmәmişdir. Qanunun mәnasına görә xuliqanlıq cinayәti qәsdәn törәdilәn әmәldir vә hәmin әmәl obyektiv cәhәtinә görә ictimai qaydanın vә ictimai tәhlükәsizliyin әleyhinә yönәldilmәlidir vә subyektiv cәhәtdәn şәxs heç bir motiv olmadan ictimai qaydanı vә ictimai tәhlükәsizliyә qәsd etdiyini dәrk etmәlidir. Bu zaman şәxs ictimai qaydanı elә kobud surәtdә pozmalıdır ki, bu qaydalara әhәmiyyәtli qaydada ziyan vurmuş olsun vә bununla insanların qanunla qorunan maraqları, onların dincliyi dayanaqlı şәkildә, uzun müddәt әrzindә, dözülmәz halda pozulmuş olsun vә bu hәrәkәtlәri törәdәn şәxs bu hәrәkәtlәri ilә onlara açıqca hörmәtsizlik göstәrmiş olsun. Belәliklә, cinayәt işinin tәdqiqi ilә Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 128-ci maddәsi ilә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәsi, onun hәmin әmәli törәtmәkdә tәqsirli olması tam sübuta yetirilmişdir. Şikayәtdә qeyd edilmişdir ki, tәqsirlәndirilәn şәxsin ifadәsinә әsasәn o, Vaqifin arxası ilә qaçaraq, yenidәn xәsarәt yetirmәyә cәhd etmişdir. Lakin tәqsirlәndirilәn şәxs ifadәsindә göstәrmişdir ki, Vaqif “Astoria” hotelin yanında olan avtomobil servisinә tәrәf qaçmağa başlamışdır, o da 5-6 addım onun arxasında qaçmışdır. Kollegiya ifadәlәri araşdıraraq hesab edir ki, tәqsirlәndirilәn şәxsin zәrәrçәkәnin ardınca 5-6 addım getmәsindә niyyәtinin onu yenidәn vurmaq olması barәdә ehtimalı zәrәrçәkmiş tәrәfin mülahizәsi olmaqla öz tәsdiqini tapmır. Hәmçinin, hadisәdә istifadә olunan soyuq silah bıçağın tәqsirlәndirilәn şәxs tәrәfindәn bilәrәkdәn yox edilmәsi barәdә şikayәtin dәlilinә münasibәtdә qeyd edilir ki, bu hal yalnız zәrәrçәkmiş tәrәfin ehtimalı sayılır, bununla belә, hadisәdә istifadә olunan soyuq silahın tәqsirlәndirilәn şәxs tәrәfindәn yox edilmәsi vә ya hәr hansı sәbәbdәn itmәsi әmәlin tövsif edilmәsindә әhәmiyyәt daşımır. Eyni zamanda, iş üzrә şahid qismindә dindirilәn şәxs mәhkәmә iclasına gәlmәsә dә, mәhkәmә istintaqı zamanı onun ifadәsi elan olunaraq tәdqiq edilmiş, onun mәcburi gәtirilәrәk dindirilmәsinin işin mahiyyәti baxımından zәrurәti olmadığından bu barәdә dәlillәr dә әsassız sayılır. Mәhkәmә amnistiya aktının tәtbiq edilmәsi әsası ilә cinayәt işi üzrә icraata xitam verdiyindәn mülki iddianı baxılmamış saxlamışdır. “Mәhkәmә hökmü haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Plenumunun 24” dekabr 2021-ci il tarixli ** nömrәli qәrarının 74-cü bәndindә göstәrilmişdir ki, tәqsirlәndirilәn şәxs barәsindә Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 42.1.1-ci maddәsinә müvafiq olaraq- cinayәt hadisәsinin olmamasına vә yaxud 42.1.3-cü maddәsinә müvafiq olaraq onun cinayәtin törәdilmәsinә aidiyyәtinin olmamasına görә bәraәt verilirsә, mәhkәmә mülki iddianı rәdd edir vә bәraәt hökmünün nәticәvi hissәsindә buna dair qәrar verir. Bәraәt hökmü Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 42.1.2-ci maddәsindә nәzәrdә tutulmuş әsasla (әmәldә cinayәt tәrkibinin olmamasına görә) vә yaxud 42.1.4-cü maddәsindә nәzәrdә tutulmuş әsasla (tәqsirliliyinin sübuta yetirilmәmәsinә görә) çıxarıldıqda, elәcә dә cinayәt tәqibinә istәr bәraәtverici olan, istәrsә dә bәraәtverici olmayan әsaslarla xitam verildiyi bütün hallarda mәhkәmә müvafiq qәrarı bәraәt hökmünün vә yaxud cinayәt işi üzrә icraat xitam verilmәsi haqqında qәrarın nәticәvi hissәsindә göstәrmәklә mülki iddianı baxılmamış saxlayır. Qeyd olunmalıdır ki, mәhkәmә kollegiyası tәrәfindәn birinci instansiya mәhkәmәsinin maddi vә prosessual qanunvericiliyin normalarının tәtbiqi ilә bağlı pozuntulara yol vermәsi halları müәyyәn edilmәmişdir. Tәqsirlәndirilәn şәxs barәsindә başqa ittihamın irәli sürülmәsi mәsәlәsi ilә bağlı şikayәtin dәlillәrinә münasibәt bildirәrәk kollegiya qeyd edir ki, Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 318.1-ci maddәsinә әsasәn mәhkәmә baxışı zamanı cinayәt işinә, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materiallarına vә ya xüsusi ittiham üzrә şikayәtә yalnız tәqsirlәndirilәn şәxsә qarşı irәli sürülmüş vә ya mәhkәmәyә verilәn ittiham daxilindә baxılır. Mәhkәmә baxışı nәticәsindә mәhkәmә tәqsirlәndirilәn şәxsin әmәlini ağır cinayәtdәn daha yüngül cinayәt әmәlinә tövsif etmәk, habelә ona qarşı irәli sürülmüş ittihamdan ayrı-ayrı bәndlәri çıxartmaq hüququna malikdir. Hәmin Mәcәllәnin 318.2-ci maddәsinә әsasәn mәhkәmә baxışı zamanı tәqsirlәndirilәn şәxsin hәrәkәtlәrindә daha ağır cinayәtin әlamәtlәrinin mövcudluğu müәyyәn edildikdә, dövlәt ittihamçısının vәsatәti әsasında mәhkәmә irәli sürülmüş ittiham üzrә cinayәt işinin vә ya mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materiallarının baxılmasına xitam verilmәsi vә tәqsirlәndirilәn şәxsә başqa ittihamın irәli sürülmәsi mәsәlәsinә baxılması üçün işin ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora qaytarılması barәdә әsaslandırılmış qәrar çıxarır. Mәhkәmә baxışı zamanı tәqsirlәndirilәn şәxsin hәrәkәtlәrindә daha ağır cinayәtin әlamәtlәrinin mövcudluğu barәdә zәrәr çәkmiş şәxsin vә ya onun qanuni nümayәndәsinin vәsatәti әsasında mәhkәmә bu maddәdә nәzәrdә tutulmuş qaydada qәrar çıxara bilәr. Cinayәt Prosessual Mәcәllәsinin 318-ci maddәsi mәhkәmә icraatında baxılan işlәrin baxış hәddini müәyyәn edir vә mәhkәmәlәr bu hәddәn kәnara çıxa bilmәz. Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 391.8-1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsindә dövlәt ittihamçısı tәrәfindәn müdafiә edilmiş ittihamla müqayisәdә daha ağır cinayәt üzrә ittihamın irәli sürülmәsinә dair Azәrbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının әrazisindә, hәmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilә razılaşdıqda apellyasiya şikayәtinә vә apellyasiya protestinә baxılmasına xitam verilmәsi vә cinayәt işinin, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materiallarının birinci instansiya mәhkәmәsinә qaytarılması haqqında qәrar çıxarır. Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 177 vә 178-ci maddәlәrinin Azәrbaycan Respublikası Konstitusiyasının 25-ci maddәsinin İ hissәsi baxımından vә Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 318 vә 391.8-1-ci maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ####### 2022-ci il tarixli Qәrarında göstәrilmişdir ki, Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 318-ci maddәsinin mәnasına görә, mәhkәmә baxışı zamanı tәqsirlәndirilәn şәxsin hәrәkәtlәrindә daha ağır cinayәtin әlamәtlәrinin mövcudluğu müәyyәn edildikdә, mәhkәmә öz tәşәbbüsü ilә ittihamın ağırlaşdırılmasına dair qәrar qәbul edә bilmәz. Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 391.8-1-ci maddәsinin tәlәbinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi әvvәlki ittihamla müqayisәdә daha ağır cinayәt üzrә ittihamın irәli sürülmәsinә dair müvafiq protest olduğu tәqdirdә, işin birinci instansiya mәhkәmәsinә qaytarılması haqqında qәrar qәbul edә bilәr. Mәhkәmә kollegiyası qeyd edir ki, zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә apellyasiya instansiyası mәhkәmәsindә ilkin baxış iclasında baxılarkәn Azәrbaycan Respublikası Baş prokuroru tәrәfindәn birinci instansiya mәhkәmәsindә dövlәt ittihamçısı tәrәfindәn müdafiә edilmiş ittihamla müqayisәdә daha ağır cinayәt üzrә ittihamın irәli sürülmәsinә dair protest verilmәmişdir. Belә olduğu tәqdirdә mәhkәmә kollegiyası Cinayәt Prosessual Mәcәllәsinin tәlәblәrini, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun әks olunmuş hüquqi mövqeyini nәzәrә alaraq hesab edir ki, zәrәrçәkmiş şәxsin nümayәndәsinin apellyasiya şikayәtinin vә şikayәtә әlavәsinin tәmin edilmәsi mümkünsüzdür. Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 398.1.1-ci maddәsinә әsasәn, apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin baxışı nәticәsindә apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarını dәyişdirmәdәn, apellyasiya şikayәtini vә ya apellyasiya protestini isә tәmin etmәdәn saxlanılması haqqında qәrar qәbul etmәk sәlahiyyәtinә malikdir. Göstәrilәnlәri nәzәrә alaraq, mәhkәmә kollegiyası belә gәnaәtә gәlir ki, verilmiş apellyasiya şikayәti vә şikayәtә әlavә әsassız olduğundan tәmin edilmәmәli, Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı, ## ##### 2026-ci il tarixli qәrarı qanuni vә әsaslı olduğundan verilmiş apellyasiya şikayәti vә apellyasiya şikayәtinә әlavәyә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә kollegiyası hәmçinin, hesab edir ki, tәqsirlәndirilәn şәxsin hüquqlarının mәhkәmә iclaslarında müdafiә xәrclәri Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 193.2 vә 193.3-cü maddәlәrinә, habelә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qәrarına әsasәn (hәmin qәrara ## ##### 2025ci il tarixli, *** saylı dәyişikliklәr nәzәrә alınmaqla) dövlәt büdcәsindәn ödәnilmәlidir. Bakı Apellyasiya Mәhkәmәsinin cinayәt kollegiyası şәrh olunanları vә Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 193, 397.1, 397.2, 398.1.2 vә 410-cu maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDI: Zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti vә apellyasiya şikayәtinә әlavә tәmin edilmәsin. Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 128-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair cinayәt işi üzrә xitam verilmәsi haqqında Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qәrarı zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti vә apellyasiya şikayәtinә әlavәyә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. “Arbitrium” Vәkil Bürosunun vәkili müdafiәçi1 tәrәfindәn tәqsirlәndirilәn Tәqsirlәndirilәn şәxs hüquqlarının mәhkәmәdә müdafiә edilmәsinә görә sәrf etdiyi hәr iş saatına görә 11 (on bir) manat hesab edilmәklә, 10 (on) saat üçün cәmi 110 (yüz on) manat dövlәt büdcәsindәn tutularaq “Arbitrium” Vәkil Bürosunun hesabına köçürülsün. Qәrar qәbul edildiyi andan qanuni qüvvәyә minir. Qәrardan Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 408-412-ci maddәlәrinә uyğun olaraq Bakı Apellyasiya Mәhkәmәsinin vasitәsilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasına kassasiya şikayәti vә kassasiya protesti verilә bilәr. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Əli Məmmədov Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar